QURANDA “İMAMƏT” AYƏLƏRİ

KİTAB HAQQINDA

Müəllif: Ayətullah əl-uzma Nasir Məkarim Şirazi

Tərcümə edən: Mərdan Zalov

Year of publication: 1435AH/ 1392 Sh/ 2014

Publisher: Al-Mustafa International Translation and Publication Center

Printing: Narenjestan, Tehran

Print-run: 300

ISBN: 978-964-195-798-0

˜© Al-Mustafa International Translation and Publication Center

Satış mərkəzləri:

˜ İran, Qum, Qərbi Müəllim (Höccətiyyə) prospekti. Tel-faks: 025-37839305-9

˜ İran, Qum, Məhəmməd-Əmin prospekti, Salariyə üç yolayrıcısı. Tel: +98 25-32133106,

Fax: +98 25-32133146

˜ İran, Tehran, İnqilab prospekti, Vüsal Şirazi və Qüds prosprktinin ortası, Osku küçəsinin girişi, ev 1003.

Tel: +98 21-66978920

˜ İran, Məşhəd, İmam Rza (ə) prospekti, Şərqi Daneş prospekti, 15 və 17-ci küçələrinin arası.

Tel: +98 511-8543059

Bu kitabın ərsəyə çatmasında zəhmət çəkən bütün şəxslərə öz

təşəkkürümüzü bildiririk

pub.miu.ac.ir miup@pub.miu.ac.ir

səh:1

səh:2

səh:3

səh:4

NAŞİRDƏN

Hər hansı inkişaf mərhələsini keçən elmi-tədqiqi bir iş ilkin olaraq yazıçının ilham zəmisinə səpdiyi sorğu-suallarla başlayıb müəyyən zamanda verdiyi səmərə ilə yekunlaşır. Əlbəttə, bu, işin sonu yox, yeni-yeni fəaliyyətlər üçün ümid və təşəbbüs deməkdir. Belə ki, əldə olunan hər bir səmərəli qazancın məhsuldarlığı həmişə onun artımı üçün şərait yaradır. Deməli, zaman keçdikcə elm, bilik, hünər əhli onun toxumlarını becərib-yetişdirir, daim elm və mədəniyyətin cərəyanını təmin edir.

Fasilə və hüdudları həddən artıq azaldan müasir zamanımız coşqun tufan kimi, maraqlanan hər bir şəxsin qarşısına qalaq-qalaq məlumatı sovurub gətirir, mədəniyyətin yeni bir mərhələsinə qapı açır. Hər halda, onun normal inkişafında, şübhəsiz, düzgün təsəvvür və istiqamət həlledici rola malikdir.

Beynəlxalq əl-Mustafa (s) Universiteti ümumdünyəvi rolu, dini hövzələr arasında xüsusi yeri və yetərli kadr imkanına malik olmasını nəzərə alaraq, artıq elmi təhqiqat və tədqiqatlar üçün geniş şərait yaratmağı qarşısına qəti məqsəd qoymuşdur. Bununla əlaqədar Beynəlxalq əl-Mustafa (s) Universitetinin tədqiqat şöbəsi fundamental

səh:5

proqramın təşkili, mövcud avadanlığın düzgün təmini və dini sahələrdə araşdırma aparmaq istəyənlərin cəlb olunmasını özünün ən mühüm vəzifələrindən hesab edir. Ümid edirik ki, elmi-təhqiqi işlərə qarşı maraq və tərəqqiyə zəmin yaratmaq və potensial imkanları inkişaf etdirməklə dünyanın hər bir guşəsində dini mədəniyyətin çiçəklənməsinin şahidi olaq!

Beynəlxalq əl-Mustafa(s)

Tərcümə və Nəşr Mərkəzi

səh:6

MÜNDƏRİCAT

Müqəddimə. 15 [1]

Hazırkı kitab. 15 [2]

Xatırlatma. 16 [3]

XİLAFƏT AYƏLƏRİ VƏ MÜSƏLMANLARA RƏHBƏRLİK.. 19 [4]

1. “TƏBLİĞ” AYƏSİ. 19 [5]

Bəhsə qısa bir nəzər (baxış) 19 [6]

Şərh və təfsir 20 [7]

Canişin seçilməsi risalətin sona çatma nöqtəsidir 20 [8]

Birinci yol: Ayənin digər şahidlərin köməyi olmadan təfsiri 23 [9]

Üçlük təşkil edən nişanələrin vilayət məsələsinə tətbiqi 25 [10]

İkinci yol: “Təbliğ” ayəsini rəvayətlər sayəsində təfsir etmək. 27 [11]

Ayənin verdiyi mesajlar 29 [12]

Qədir-Xum hadisəsi 30 [13]

“Qədir” rəvayətinin möhtəvası 31 [14]

Təkmilləşdirici bəhs. 37 [15]

a) “Qədir” hədisindəki “vilayət” və “mövla” sözlərinin təfsiri 37 [16]

b) “Məaric” surəsinin ayələri “Qədir” hadisəsinin təsdiqləyicisidir 40 [17]

c) Bu ayənin özündən əvvəlvə sonrakı ayələr ilə münasibət və irtibatı necədir?. 44 [18]

2. “İKMALUD-DİN” (DİNİN KAMİLLİYİ) AYƏSİ. 45 [19]

Bəhsə qısa bir nəzər 45 [20]

Şərh və təfsir 45 [21]

Nemətlərin tamamlandığı və dinin kamil olduğu gün. 45 [22]

Həmin gün hansı gün idi?. 46 [23]

Birinci yol: Ayəni xarici qərinələr olmadan təfsir etmək. 47 [24]

“Dinin kamilliyi”ndə məqsəd nədir?. 50 [25]

Fəxri Razinin maraqlı bir etirafı 51 [26]

İkinci yol: Ayənin rəvayətlər sayəsində təfsir edilməsi 57 [27]

Alusidən təəccüb doğuracaq sözlər 61 [28]

Ayənin verdiyi mesajlar 62 [29]

a) “Vilayət” düşmənləri naümid edəndir 62 [30]

b) Vilayət sayəsində “dinin tamamlanması” və “nemətlərin kamilləşməsi”. 63 [31]

Təkmilləşdirici bəhs. 63 [32]

a) Vilayət İslamın ən əsas məsələlərindəndir 63 [33]

b) Vilayətin iki tərəfi vardır (ikitərəflidir) 65 [34]

3. “VİLAYƏT” AYƏSİ. 66 [35]

Bəhsə qısa bir nəzər 66 [36]

Şərh və təfsir 66 [37]

Vəlinin (rəhbərin) nişanələri 66 [38]

Birinci yol: Ayəni hədisləri nəzərə almadan təfsir etmək. 67 [39]

Quranda “vəli” sözünün işlədilməsi 68 [40]

Bəhs edilən ayədəki “vəli” sözündə məqsəd nədir?. 71 [41]

Əlləzinə amənu ... rakiun {...الَّذِینَ آمَنُوا ... رَاکِعُونَ} ayəsinin misdaq və nümunəsi kimdir?  72 [42]

İkinci yol: Ayəni hədisləri nəzərə almaqla təfsir etmək. 73 [43]

İki mətləbin xatırladılması 77 [44]

Bəhanə və iradlar 78 [45]

Birinci irad: {إِنَّمَا...} “İnnəma” sözü həsr və məxsusluğa dəlalət etmir 78 [46]

İkinci irad: Namazda üzük bağışlamaq artıq bir işidir (hərəkətdir) 80 [47]

Üçüncü irad: Üzük həddən artıq bahalı və qiymətli idi 81 [48]

Dördüncü irad: Bu iş (namazda) hüzuri-qəlblə uyğun gəlmir 82 [49]

Beşinci irad: Nə üçün ayədəki bütün əvəzliklər cəm halındadır?. 83 [50]

İndi isə biz həmin məsələyə cavab veririk. 85 [51]

Altıncı irad: Peyğəmbər (s) həyatda olduğu zaman Əlinin (ə) vilayətinin mənası nədir?  92 [52]

Yeddinci irad: Zəkatda məqsəd nədir?. 94 [53]

Həddən artıq mühüm olan bir mətləb. 97 [54]

“Vilayət” ayəsinin verdiyi mesajlar 98 [55]

4. “ULUL-ƏMR” AYƏSİ. 99 [56]

Bəhsə qısa bir nəzər 99 [57]

Şərh və təfsir 100 [58]

“Ulul-əmr” kimlərdir?. 100 [59]

“Ulul-əmr”ə itaətin əhatə dairəsi 101 [60]

“Ulul-əmr” barəsində müxtəlif nəzəriyyələr 102 [61]

a) “Ulul-əmr”də məqsəd cəmiyyətin hakim və rəhbərləridir 102 [62]

b) Alimlərdən bəziləri yuxarıdakı əqidələri inkar edərək, “Ulul-əmr”in məsum olması fikrindədirlər 103 [63]

c) Bəziləri bundan da irəli keçə və yadelli mədəniyyətlər müqabilində ruh düşkünlüyünə düçar olaraq, “Ulul-əmr”in nümunə və misdaqının “Qərb demokratiyası” olduğunu demişlər 104 [64]

d) Şiə alimlərinin nəzərincə, “Ulul-əmr” məsum olmalıdır və hər bir zaman və əsrdə bir nəfərdən artıq şəxs ola bilməz. Həmin şəxs Peyğəmbər (s) zamanında həzrət Əmirəl-Möminin (ə) idi və ondan sonra da on bir nəfərdən ibarət olan imamlardır 106 [65]

Əlavə izahlar 106 [66]

Ayənin rəvayətlər sayəsində təfsir edilməsi 107 [67]

“Səqəleyn” hədisinin əhəmiyyəti 108 [68]

Suallar və cavablar 113 [69]

“Təbuk” döyüşü. 115 [70]

Ayənin verdiyi mesajlar 119 [71]

5. “SADİQİN” (DOĞRU DANIŞANLAR) AYƏSİ. 122 [72]

Bəhsə qısa bir nəzər 123 [73]

“Tövbə” surəsi ilə icmali şəkildə tanışlıq. 123 [74]

Şərh və təfsir 126 [75]

“Sadiqin” (doğru danışanlar) kimlərdir?. 127 [76]

Əhli-sünnə alimlərinin nəzərləri 128 [77]

“Sadiqin” ayəsinin Quranın digər ayələri ilə. 130 [78]

təfsir edilməsi 130 [79]

Rəvayətdəki “Sadiqin”. 136 [80]

“Sadiqin” ayəsinin verdiyi mesajlar 138 [81]

ƏHLİ-BEYTİN (Ə) FƏZİLƏTLƏRİ İLƏ BAĞLI OLAN AYƏLƏR.. 141 [82]

1. “TƏTHİR” AYƏSİ. 141 [83]

Bəhsə qısa bir nəzər 141 [84]

Müqəddimə. 141 [85]

Şərh və təfsir 142 [86]

“Təthir” ayəsi ismətə (məsumluğa) açıq-aşkar bir dəlildir 142 [87]

Əhli-beyt (ə) kimlərdir?. 148 [88]

Bir neçə suala cavab. 156 [89]

2. “MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSİ. 159 [90]

Bəhsə qısa bir nəzər 159 [91]

Əvvəlki ayələrə bir baxış. 159 [92]

Şərh və təfsir 161 [93]

Əhli-beytə (ə) məhəbbət risalətin (təbliğin) əvəzidir 161 [94]

“Yaxınlar” {...الْقُرْبَی...} kimlərdir?. 162 [95]

Şiənin nəzərində “yaxınlar” {...الْقُرْبَی...} sözünün təfsiri 165 [96]

“Yaxınlar” {...الْقُرْبَی...} sözü barədə əhli-sünnənin nəzəri 165 [97]

İstəmədən etiraf etmək. 167 [98]

İmam Sadiqin (ə) sözlərində “Məvəddət”in təfsiri 171 [99]

“Məvəddət” ayəsini rəvayətlər sayəsində təfsir etmək. 172 [100]

Bir neçə mühüm mətləb. 176 [101]

“Məvəddət” ayəsinin verdiyi mesajlar 178 [102]

Məhəbbətin mərtəbə və mərhələləri 179 [103]

Xalis aşiq olan Meysəm Təmmar 180 [104]

3. “MÜBAHİLƏ” AYƏSİ. 181 [105]

Bəhsə qısa bir nəzər 182 [106]

Müqəddimə. 182 [107]

Şərh və təfsir 183 [108]

Mübahiləyə dəvət 183 [109]

Görəsən, mübahilə həyata keçirildimi?. 184 [110]

“Mübahilə” ayəsindəki {...أَبْنَاءَنَا...} (oğullarımız), {...نِسَاءَنَا...} (qızlarımız) və {...أَنْفُسَنَا...} (özümüz) kimlərdir?  187 [111]

4. “DƏHR” SURƏSİNİN AYƏLƏRİ. 190 [112]

Bəhsə qısa bir nəzər 191 [113]

Ayələrin nazilolma səbəbi 192 [114]

Şərh və təfsir 194 [115]

Əhli-beytin (ə) beş xüsusiyyəti 194 [116]

a) Əhd-peymana fəva etmək. 194 [117]

b) Qiyamət günündən qorxmaq. 195 [118]

c) Ehtiyacı olanlara yardım etmək. 196 [119]

d) Əxlaq. 198 [120]

e) Allah qorxusu. 198 [121]

Mükafat ayələri 199 [122]

Axirət və dünya mükafatlarının müqayisəsi 199 [123]

On iki adda olan cənnət nemətləri 200 [124]

Pak olan şərab nədir?. 205 [125]

Bəhanələr və onlara cavab. 207 [126]

a) “İnsan” surəsi Məkkidir (Məkkədə nazil olmuşdur) 207 [127]

b) Ev üçün vacib olan çıraq məscid üçün haramdır 210 [128]

c) Görəsən, “Dəhr” surəsi ümumidir, yoxsa, xüsusi?. 213 [129]

Ayənin verdiyi mesajlar 213 [130]

a) Ehtiyaclılara yardım etməyin əhəmiyyəti 213 [131]

b) Kəmiyyət əməlin meyar və ölçüsü deyil 216 [132]

c) “Dəhr” surəsindəki ayələrin şairlərin şerlərində öz əksini tapması 216 [133]

5. “ADƏMİN TÖVBƏSİ” AYƏSİ. 217 [134]

Bəhsə qısa bir nəzər 217 [135]

Şərh və təfsir 218 [136]

Allaha doğru qayıdış. 218 [137]

Həzrət Adəm (ə) və Həvva (ə) hadisələrindən əldə olunan dərslər (ibrətlər) 219 [138]

Həzrət Adəmin təvəssülü. 221 [139]

Həmin kəlmələr nədən ibarət idi?. 222 [140]

Görəsən, təvəssül etmək şəri bir məsələdirmi?. 226 [141]

Təvəssülün növləri (qisimləri) 227 [142]

Tövhidin təfsiri və onun yüksək mərtəbəsi 228 [143]

Tövhidin qisimləri 229 [144]

Əşairə və onların feli tövhidlə bağlı yanlış təfsiri 231 [145]

Görəsən, təvəssül tövhidlə uyğun gəlirmi?. 233 [146]

Quranda təvəssül 236 [147]

Böyük şəxsiyyətlərə ölümlərindən sonra təvəssül etmək. 237 [148]

Rəvayətdə təvəssül 239 [149]

Allahdan başqasına pərəstiş etmək düzgün (cayiz) deyil 242 [150]

HƏZRƏT ƏLİYƏ MƏXSUS FƏZİLƏTLƏRLƏ BAĞLI OLAN AYƏLƏR   245 [151]

1. “LƏYLƏTÜL-MƏBİT” AYƏSİ. 245 [152]

Bəhsə qısa bir nəzər 245 [153]

Ayənin nazilolma səbəbi (şəni-nuzul) 246 [154]

Əhli-sünnə alimlərinin etirafı 248 [155]

Şərh və təfsir 249 [156]

Bənzərsiz müamilə (ticarət) 249 [157]

Allahla ticarət 249 [158]

Bu üç ticarəti bir-biri ilə müqayisə. 251 [159]

Digər bir müqayisə. 252 [160]

“Ləylətül-Məbit” ayəsindəki ifadələrin zərifliyi 252 [161]

“Ləylətül-Məbit” ayəsinin əvvəlki ayələrlə rabitəsi 253 [162]

“Ləylətül-Məbit” ayəsinin Əmirəl-Mömininin (ə) vilayəti ilə irtibatı 255 [163]

Əsassız olan bəzi iradlara cavab. 255 [164]

a) “Ləylətül-Məbit” ayəsi əmr be mərufa əmr edənlər barəsindədir 256 [165]

b) Bəhs edilən ayə Əbuzər barəsindədir 256 [166]

c) Bu ayə bütün mühacirlər və ənsar barəsindədir 257 [167]

d) Həzrət Əli (ə) sağ qalıb-qalmayacağını bilirdi, ya yox?. 257 [168]

e) Peyğəmbərin (s) xitab etdiyi şəxslər (müxatəb) kimlər idi?. 259 [169]

Təkmilləşdirici bəhslər 260 [170]

a) Həzrət Əlinin (ə) fədakarlığının vəsfində Həssan ibn Sabitin şerləri 260 [171]

b) Həmin təhlükəli gecədə Əlinin (ə) aqibəti 261 [172]

c) Allah-taala Əlinin (ə) fədakarlığı ilə fəxr edir 262 [173]

Ayənin verdiyi mesajlar 263 [174]

Hər şey Allahın razılığı yolunda olmalıdır 263 [175]

2. “SİQAYƏTÜL-HACC” (HACILARA SU VERMƏ) AYƏSİ. 264 [176]

Bəhsə qısa bir nəzər 264 [177]

Ayənin nazilolma səbəbi 265 [178]

Mühüm bir mətləb (nöqtə) 267 [179]

Şərh və təfsir 268 [180]

Allaha imanın hər bir şeydən üstünlüyü. 268 [181]

“Siqayətül-Hacc” ayəsinin vilayət məsələsi ilə irtibat və əlaqəsi 270 [182]

Əhli-sünnə alimlərindən birinin etirafı 270 [183]

Ayənin verdiyi mesajlar 271 [184]

Dinin böyüklərinə (dini şəxsiyyətlərdən) əməldə itaət və ardıcıllıq. 271 [185]

Təkmilləşdirici bəhslər 273 [186]

a) Nə üçün həzrət Əlinin (ə) adı Quranda qeyd edilməyib?. 273 [187]

b) Nə üçün Peyğəmbər (s) münafiqləri ortadan qaldırıb məhv etmədi?. 275 [188]

3. “NÜSRƏT” (KÖMƏK) AYƏSİ. 276 [189]

Bəhsə qısa bir nəzər 276 [190]

Şərh və təfsir 276 [191]

Bütün quvvə ilə hazır olmaq. 276 [192]

Möminlər kimlərdir?. 279 [193]

Ayənin verdiyi mesajlar 282 [194]

İslamı bütün qüvvəsi ilə müdafiə etmək. 282 [195]

4. “ELMUL-KİTAB” AYƏSİ. 283 [196]

Bəhsə qısa bir nəzər 283 [197]

Heç bir şeyi dəlilsiz olaraq qəbul etməyin. 284 [198]

Şərh və təfsir 285 [199]

Nübuvvətin şahidləri 285 [200]

Allahın şahidliyinin necəliyi (xüsusiyyəti) 285 [201]

Elmi-kitab yanında olan şəxs kimdir?. 286 [202]

Həzrət Əlinin (ə) şahid olmasının necəliyi (xüsusiyyəti) 288 [203]

Asəf ibn Bərxiya ilə Əli ibn Əbutalibin (ə) müqayisə edilməsi 290 [204]

5, 6. “MÜƏZZİN” (AZAN VERƏN) VƏ “AZAN” AYƏSİ. 291 [205]

Bəhsə qısa bir nəzər 292 [206]

“Əraf” surəsi, 24-cü ayənin şərh və təfsiri 292 [207]

Cənnət əhli ilə cəhənnəm əhlinin bir-biri ilə söhbəti 292 [208]

Müəzzin kimdir?. 295 [209]

Görəsən, müəzzin olmaq iftixar hesab edilirmi?. 296 [210]

“Bəqərə” surəsi, 3-cü ayənin şərh və təfsiri 297 [211]

Cüzi məsələlərdə ixtilaflar 300 [212]

Şərh və təfsir 301 [213]

Müşriklərə ciddi xəbərdarlıq. 301 [214]

Görəsən, bu vəzifə fəzilətdirmi?. 303 [215]

“Azan” və “Müəzzin” ayəsinin bir-biri ilə irtibatı 304 [216]

“Bəraət” (tövbə) surəsini təbliğ etmək vəzifəsi verilən şəxslərin dəyişdirilməsindəki hikmət 305 [217]

7. “MUHSİNİN” (YAXŞILIQ EDƏNLƏR) AYƏSİ. 306 [218]

Bəhsə qısa bir nəzər 307 [219]

Şərh və təfsir 307 [220]

İnsanların ən zalımı 307 [221]

Doğru sözü (həqiqəti) gətirənlər və onu təsdiq edənlər kimlərdir?. 310 [222]

Yeganə müxalif Fəxri Razidir 311 [223]

8. “İLKİN QABAQCILLAR” AYƏSİ. 312 [224]

Bəhsə qısa bir nəzər 312 [225]

Şərh və təfsir 313 [226]

İslamın qabaqcılları 313 [227]

Birinci müsəlman olan kişi 316 [228]

Həddi-büluğdan qabaqkı imanın dəyəri 320 [229]

“Birinci mömin” olmaq böyük bir imtiyazdır 324 [230]

Ayənin verdiyi mesajlar 327 [231]

Fəzilətlərin tanınması əməl üçün bir müqəddimədir 327 [232]

9. “MƏHƏBBƏT” AYƏSİ. 328 [233]

Bəhsə qısa bir nəzər 328 [234]

Qəlblərə nüfuz etmək rəhbərlərin ən mühüm sərmayəsidir 329 [235]

Şərh və təfsir 330 [236]

İman və saleh əməlin qəlblərə nüfuz etməklə rabitəsi 330 [237]

“Məhəbbət” ayəsinin nazilolma səbəbi 331 [238]

Bəhs etdiyimiz ayə barəsində digər təfsirlər 334 [239]

Ayənin verdiyi mesajlar 335 [240]

Şiə nurlu çıraqdır 335 [241]

Təkmilləşdirici bəhslər 336 [242]

a) Hamının qəlbinə nüfuz etmək. 336 [243]

b) Saleh əməlin əhatə dairəsi 338 [244]

10. “SABİQUN” (ÖNCÜLLƏR) AYƏSİ. 339 [245]

Bəhsə qısa bir nəzər 339 [246]

“Vaqiə” surəsinin möhtəvası (əhatə dairəsi) 339 [247]

Şərh və təfsir 340 [248]

“Sabiqun” (oncüllər) kimlərdir?. 340 [249]

Həzrət Əli (ə) “Sabiqun”un ən kamil misdaq və nümunəsidr 342 [250]

Peyğəmbərin dili ilə “sabiqun”un təfsiri 344 [251]

11. “UZUNUN-VAİYƏ” (EŞİDİB YADDA SAXLAYAN QULAQ) AYƏSİ. 345 [252]

Bəhsə qısa bir nəzər 346 [253]

Şərh və təfsir 346 [254]

Peyğəmbərlərin əhvalatları 346 [255]

“Uzunun vaiyə” (eşidib yadda saxlayan qulaq) sahibi kimdir?. 348 [256]

Şeyx Ruzbəhanın sözlərindəki ziddiyyət 350 [257]

Fəxri Razidən zərif bir mətləb (nöqtə) 351 [258]

Əli (ə) haqq ilə, haqq da Əli (ə) ilədir 352 [259]

Peyğəmbərin (s) Əlinin (ə) barəsində duası 352 [260]

Əli (ə) ən yaxşı qazidir (hakimdir) 353 [261]

12. “SALEHUL-MUMİNİN” (MÖMİNLƏRİN ƏMƏLİ SALEHİ) AYƏSİ. 355 [262]

Bəhsə qısa bir nəzər 355 [263]

Ayənin nazilolma səbəbi 356 [264]

Şərh və təfsir 357 [265]

Peyğəmbərin (s) köməkçiləri 357 [266]

“Salehul-muminin” kimdir?. 360 [267]

Ayənin verdiyi mesajlar 363 [268]

13. “İNZAR VƏ HİDAYƏT” (QORXUTMA VƏ HİDAYƏT) AYƏSİ. 363 [269]

Bəhsə qısa bir nəzər 364 [270]

Şərh və təfsir 364 [271]

Yenə də bəhanə axtarışında. 364 [272]

Ayənin əvvəli ilə axırındakı tənasüb. 364 [273]

“Munzir” (qorxudan) və “hadi” (hidayətçi) kimdir?. 367 [274]

Birinci yol: Ayəni rəvayətləri nəzərə almadan təfsir etmək. 367 [275]

İkinci yol: Ayənin rəvayətlər sayəsində təfsiri 369 [276]

“Vilayət” və “İnzar” ayələrinin verdiyi mesajlar 372 [277]

a) Təəssüb və inadkarlıq iki böyük maneədir 372 [278]

b) Hidayət olunanın hidayət edənə iqtida etməsi (təqlidi) 374 [279]

14. “XƏYRUL-BƏRİYYƏ” (YARADILMIŞLARIN ƏN YAXŞILARI) AYƏSİ. 376 [280]

Bəhsə qısa bir nəzər 376 [281]

Şərh və təfsir 377 [282]

İnsanların ən pisi və ən yaxşısı 377 [283]

Rəvayətlərdə “Xəyrul-bəriyyə”. 380 [284]

“Xəyrul-bəriyyə” ayəsinin verdiyi mesajlar 385 [285]

a) İslami dəyərlər rejimi 385 [286]

b) Şiənin meydana gəldiyi tarix. 388 [287]

c) “Şiə” sözü hansı mənadadır?. 389 [288]

d) Rəvayətlərdə “şiə” sözü. 390 [289]

15. “HİKMƏT” AYƏSİ. 391 [290]

Bəhsə qısa bir nəzər 392 [291]

Şərh və təfsir 392 [292]

Hikmət hədsiz xeyirdir 392 [293]

Əli (ə) hikmət sahibidir 393 [294]

Həzrət Əlinin (ə) elminin əhatə dairəsi 395 [295]

səh:7

Ayənin verdiyi mesajlar 62 [1]

a) “Vilayət” düşmənləri naümid edəndir 62 [2]

b) Vilayət sayəsində “dinin tamamlanması” və “nemətlərin kamilləşməsi”. 63 [3]

Təkmilləşdirici bəhs. 63 [4]

a) Vilayət İslamın ən əsas məsələlərindəndir 63 [5]

b) Vilayətin iki tərəfi vardır (ikitərəflidir) 65 [6]

3. “VİLAYƏT” AYƏSİ. 66 [7]

Bəhsə qısa bir nəzər 66 [8]

Şərh və təfsir 66 [9]

Vəlinin (rəhbərin) nişanələri 66 [10]

Birinci yol: Ayəni hədisləri nəzərə almadan təfsir etmək. 67 [11]

Quranda “vəli” sözünün işlədilməsi 68 [12]

Bəhs edilən ayədəki “vəli” sözündə məqsəd nədir?. 71 [13]

Əlləzinə amənu ... rakiun {...الَّذِینَ آمَنُوا ... رَاکِعُونَ} ayəsinin misdaq və nümunəsi kimdir?  72 [14]

İkinci yol: Ayəni hədisləri nəzərə almaqla təfsir etmək. 73 [15]

İki mətləbin xatırladılması 77 [16]

Bəhanə və iradlar 78 [17]

Birinci irad: {إِنَّمَا...} “İnnəma” sözü həsr və məxsusluğa dəlalət etmir 78 [18]

İkinci irad: Namazda üzük bağışlamaq artıq bir işidir (hərəkətdir) 80 [19]

Üçüncü irad: Üzük həddən artıq bahalı və qiymətli idi 81 [20]

Dördüncü irad: Bu iş (namazda) hüzuri-qəlblə uyğun gəlmir 82 [21]

Beşinci irad: Nə üçün ayədəki bütün əvəzliklər cəm halındadır?. 83 [22]

İndi isə biz həmin məsələyə cavab veririk. 85 [23]

Altıncı irad: Peyğəmbər (s) həyatda olduğu zaman Əlinin (ə) vilayətinin mənası nədir?  92 [24]

Yeddinci irad: Zəkatda məqsəd nədir?. 94 [25]

Həddən artıq mühüm olan bir mətləb. 97 [26]

“Vilayət” ayəsinin verdiyi mesajlar 98 [27]

4. “ULUL-ƏMR” AYƏSİ. 99 [28]

Bəhsə qısa bir nəzər 99 [29]

Şərh və təfsir 100 [30]

“Ulul-əmr” kimlərdir?. 100 [31]

“Ulul-əmr”ə itaətin əhatə dairəsi 101 [32]

“Ulul-əmr” barəsində müxtəlif nəzəriyyələr 102 [33]

a) “Ulul-əmr”də məqsəd cəmiyyətin hakim və rəhbərləridir 102 [34]

b) Alimlərdən bəziləri yuxarıdakı əqidələri inkar edərək, “Ulul-əmr”in məsum olması fikrindədirlər 103 [35]

c) Bəziləri bundan da irəli keçə və yadelli mədəniyyətlər müqabilində ruh düşkünlüyünə düçar olaraq, “Ulul-əmr”in nümunə və misdaqının “Qərb demokratiyası” olduğunu demişlər 104 [36]

d) Şiə alimlərinin nəzərincə, “Ulul-əmr” məsum olmalıdır və hər bir zaman və əsrdə bir nəfərdən artıq şəxs ola bilməz. Həmin şəxs Peyğəmbər (s) zamanında həzrət Əmirəl-Möminin (ə) idi və ondan sonra da on bir nəfərdən ibarət olan imamlardır  106 [37]

səh:8

d) Şiə alimlərinin nəzərincə, “Ulul-əmr” məsum olmalıdır və hər bir zaman və əsrdə bir nəfərdən artıq şəxs ola bilməz. Həmin şəxs Peyğəmbər (s) zamanında həzrət Əmirəl-Möminin (ə) idi və ondan sonra da on bir nəfərdən ibarət olan imamlardır 106 [1]

Əlavə izahlar 106 [2]

Ayənin rəvayətlər sayəsində təfsir edilməsi 107 [3]

“Səqəleyn” hədisinin əhəmiyyəti 108 [4]

Suallar və cavablar 113 [5]

“Təbuk” döyüşü. 115 [6]

Ayənin verdiyi mesajlar 119 [7]

5. “SADİQİN” (DOĞRU DANIŞANLAR) AYƏSİ. 122 [8]

Bəhsə qısa bir nəzər 123 [9]

“Tövbə” surəsi ilə icmali şəkildə tanışlıq. 123 [10]

Şərh və təfsir 126 [11]

“Sadiqin” (doğru danışanlar) kimlərdir?. 127 [12]

Əhli-sünnə alimlərinin nəzərləri 128 [13]

“Sadiqin” ayəsinin Quranın digər ayələri ilə. 130 [14]

təfsir edilməsi 130 [15]

Rəvayətdəki “Sadiqin”. 136 [16]

“Sadiqin” ayəsinin verdiyi mesajlar 138 [17]

ƏHLİ-BEYTİN (Ə) FƏZİLƏTLƏRİ İLƏ BAĞLI OLAN AYƏLƏR.. 141 [18]

1. “TƏTHİR” AYƏSİ. 141 [19]

Bəhsə qısa bir nəzər 141 [20]

Müqəddimə. 141 [21]

Şərh və təfsir 142 [22]

“Təthir” ayəsi ismətə (məsumluğa) açıq-aşkar bir dəlildir 142 [23]

Əhli-beyt (ə) kimlərdir?. 148 [24]

Bir neçə suala cavab. 156 [25]

2. “MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSİ. 159 [26]

Bəhsə qısa bir nəzər 159 [27]

Əvvəlki ayələrə bir baxış. 159 [28]

Şərh və təfsir 161 [29]

Əhli-beytə (ə) məhəbbət risalətin (təbliğin) əvəzidir 161 [30]

“Yaxınlar” {...الْقُرْبَی...} kimlərdir?. 162 [31]

Şiənin nəzərində “yaxınlar” {...الْقُرْبَی...} sözünün təfsiri 165 [32]

“Yaxınlar” {...الْقُرْبَی...} sözü barədə əhli-sünnənin nəzəri 165 [33]

İstəmədən etiraf etmək. 167 [34]

İmam Sadiqin (ə) sözlərində “Məvəddət”in təfsiri 171 [35]

“Məvəddət” ayəsini rəvayətlər sayəsində təfsir etmək. 172 [36]

Bir neçə mühüm mətləb. 176 [37]

“Məvəddət” ayəsinin verdiyi mesajlar 178 [38]

Məhəbbətin mərtəbə və mərhələləri 179 [39]

Xalis aşiq olan Meysəm Təmmar 180 [40]

3. “MÜBAHİLƏ” AYƏSİ. 181 [41]

Bəhsə qısa bir nəzər 182 [42]

Müqəddimə. 182 [43]

Şərh və təfsir 183 [44]

səh:9

Mübahiləyə dəvət 183 [1]

Görəsən, mübahilə həyata keçirildimi?. 184 [2]

“Mübahilə” ayəsindəki {...أَبْنَاءَنَا...} (oğullarımız), {...نِسَاءَنَا...} (qızlarımız) və {...أَنْفُسَنَا...} (özümüz) kimlərdir?  187 [3]

4. “DƏHR” SURƏSİNİN AYƏLƏRİ. 190 [4]

Bəhsə qısa bir nəzər 191 [5]

Ayələrin nazilolma səbəbi 192 [6]

Şərh və təfsir 194 [7]

Əhli-beytin (ə) beş xüsusiyyəti 194 [8]

a) Əhd-peymana fəva etmək. 194 [9]

b) Qiyamət günündən qorxmaq. 195 [10]

c) Ehtiyacı olanlara yardım etmək. 196 [11]

d) Əxlaq. 198 [12]

e) Allah qorxusu. 198 [13]

Mükafat ayələri 199 [14]

Axirət və dünya mükafatlarının müqayisəsi 199 [15]

On iki adda olan cənnət nemətləri 200 [16]

Pak olan şərab nədir?. 205 [17]

Bəhanələr və onlara cavab. 207 [18]

a) “İnsan” surəsi Məkkidir (Məkkədə nazil olmuşdur) 207 [19]

b) Ev üçün vacib olan çıraq məscid üçün haramdır 210 [20]

c) Görəsən, “Dəhr” surəsi ümumidir, yoxsa, xüsusi?. 213 [21]

Ayənin verdiyi mesajlar 213 [22]

a) Ehtiyaclılara yardım etməyin əhəmiyyəti 213 [23]

b) Kəmiyyət əməlin meyar və ölçüsü deyil 216 [24]

c) “Dəhr” surəsindəki ayələrin şairlərin şerlərində öz əksini tapması 216 [25]

5. “ADƏMİN TÖVBƏSİ” AYƏSİ. 217 [26]

Bəhsə qısa bir nəzər 217 [27]

Şərh və təfsir 218 [28]

Allaha doğru qayıdış. 218 [29]

Həzrət Adəm (ə) və Həvva (ə) hadisələrindən əldə olunan dərslər (ibrətlər) 219 [30]

Həzrət Adəmin təvəssülü. 221 [31]

Həmin kəlmələr nədən ibarət idi?. 222 [32]

Görəsən, təvəssül etmək şəri bir məsələdirmi?. 226 [33]

Təvəssülün növləri (qisimləri) 227 [34]

Tövhidin təfsiri və onun yüksək mərtəbəsi 228 [35]

Tövhidin qisimləri 229 [36]

Əşairə və onların feli tövhidlə bağlı yanlış təfsiri 231 [37]

Görəsən, təvəssül tövhidlə uyğun gəlirmi?. 233 [38]

Quranda təvəssül 236 [39]

Böyük şəxsiyyətlərə ölümlərindən sonra təvəssül etmək. 237 [40]

Rəvayətdə təvəssül 239 [41]

Allahdan başqasına pərəstiş etmək düzgün (cayiz) deyil 242 [42]

səh:10

səh:14

MÜQƏDDİMƏ

İŞARƏ

Hicri-şəmsi 1379-cu il mart ayının 26-sının “Qədir-Xum” adlı islami bayrama təsadüf etməsi səbəbilə həmin ili həzrət Əli ibn Əbutalibin (ə) möhtərəm adı şərəfinə mübarək “Əmirəl-Möminin ili” adlandırmışlar. Həzrət Əliyə (ə) sevgisi olan şəxslərin onun fəzilət, kamal, üslub, söz, idarəçilik, əxlaq və digər xüsusiyyətləri barədə daha ətraflı məlumat əldə etməsi üçün geniş və əhatəli toplantı və seminarlar təşkil etməsi diqqətəlayiq hesab olunur.

Əvvəlki ənənəsinə uyğun olaraq Ayətullah Məkarim Şirazi Ramazan ayında təfsir dərsləri veriridi. O, qeyd olunan münasibətlə bağlı “Əmirəl-Mömininlə əlaqədar imamət ayələri”nin təfsirinə başlayır. Ümidvarıq ki, Quran və onun həqiqi təfsirçisi həzrət Əlinin (ə) vasitəsi ilə iman nuru günbəgün bizim qəlbimizda artaraq daha da möhkəmlənər və yalnız bizim deyil, digərlərinin də hidayət olunmasına səbəb olar.

Hazırkı kitab

Allaha şükürlər olsun ki, möhtərəm ustadın elmi məclislərində əhatəli, diqqəti cəlb edən və maraqlı şəkildə aparılan bütün söhbətləri toplanmış və bəhslərdə istifadə

səh:15

edilən mənbələr kifayət qədər tədqiq olunduqdan və xülasə şəkildə bəyan edilən bəzi mətləblərə geniş şərh verildikdən sonra, çap olunaraq oxucuların xidmətində qoyulmuşdur.

Xatırlatma

1. Ola bilsin ki, Quranda “imamət” və “vilayət”lə bağlı “Peyame Quran” (Quranın mesajları) kitabının doqquzuncu cildi və imamət ayələrilə əlaqədar nisbətən müfəssəl və geniş şəkildə bəyan edilən “Təfsire nümunə”nin (“Nümunə” təfsiri) olması ilə yanaşı, “bu kitaba nə ehtiyac vardı? “– deyə zehinlərdə sual yaransın.

Bu kitabda bəyan edilən mətləblər sadalanan iki kitaba nisbətən geniş şərhlərlə qeyd edilmişdir. Həmçinin, əhatə dairəsi və ayələrdən istifadə edilən mesajların əhəmiyyətliliyini ifadə etmək və cəmiyyətin ehtiyacını ödəmək baxımından da hazırkı kitab önəmlidir. Burada əvvəlki iki kitabda olmayan yeni mətləblərə toxunulmuş və onların nəşr edilməsinin zəruri olduğu düşünülmüşdür.

2. Qurani-Kərim təravətli olmasilə yanaşı, onun bütün əsr və zamanlar üçün həmişə təzə və yeni mətləb və mesajları vardır. Nəticədə, indiyə kimi bu əzəmətli və qalarğı olan asimani kitabın şərafətli ayələrinin təfsirilə əlaqədar yazılmış olan əsərlərlə kifayətlənilməməli, əksinə bizdən öncəki böyük şəxsiyyətlərin təfsirlərinin köməyi və onların zəhmətlərinin qiymətləndirilməsi ilə Quranın mütaliəsini artırmaq və yeni təhqiqatlarla – xüsusən, yeni metod və vasitələrdən istifadə etməklə – bu işi davam etdirmək və araşdırmanın nəticələrini maraqlananların ixtiyarında qoymaq lazımdır.

3. Bu kitabda imamət ayələri üç bölgüdə toplanmış və təfsir edilmişdir:

Birinci fəsil – Xilafət ayələri və müsəlmanlara rəhbərlik.

İkinci fəsil – Əhli-beytin (ə) fəzilətləri ilə bağlı olan ayələr.

Üçüncü fəsil – Həzrət Əliyə (ə) məxsus fəzilətlərlə

səh:16

bağlı olan ayələr.

Bizə bu kitabın ərsəyə çatması və başa gəlməsində yardımçı olan bütün şəxslərə – xüsusən, dəyərli övladlarıma – və əziz oxuculara nəzər və iradlarını bildirməsi səbəbilə öz təşəkkürümü bildirirəm.

Ümid edirik ki, Qurani-Kərimin parlaq nuru sayəsində həmişə doğru yolda addım atar və söz və əməlimizdə pak və tahir vilayət sahiblərinə tabe olaraq o şəxsiyyətlərin nəzərini cəlb edərik. Amin, ya rəbbəl aləmin!

{...رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّکَ أَنْتَ السَّمِیعُ الْعَلِیمُ}

“İlahi! Bizdən əməllərimizi qəbul et! Həqiqətən, sən eşidən və bilənsən!”(1)

səh:17


1- [1] . “Qum” elmi hövzəsi. Əbülqasim Əlyan Nejadi, tir (iyun), 1380-ci hicri-şəmsi ili.

səh:18

BİRİNCİ FƏSİL.XİLAFƏT AYƏLƏRİ VƏ MÜSƏLMANLARA RƏHBƏRLİK

1. “TƏBLİĞ” AYƏSİ

İşarə

{یا أَیهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَیکَ مِنْ رَبِّکَ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللَّهُ یعْصِمُکَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لَا یهْدِی الْقَوْمَ الْکَافِرِینَ}

“Ey Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata)

çatdır. Əgər (bunu) etməsən, onun risalətini yerinə yetirməmisən. Allah səni insanlardan (onların ehtimal edilən şərrindən) qoruyacaq. Həqiqətən, Allah kafir olan qövmü hidayət etməz”.(1)

Bəhsə qısa bir nəzər (baxış)

“Təbliğ” ayəsi adilə tanınan bu şərif ayə İslam dünyasının “nübuvvət” və “Peyğəmbərlik” məsələsindən sonra ən əhəmiyyətli mövzusu barədə bəhs edir və Peyğəmbərin (s) dəyərli ömrünün axırlarında israrla ona göstəriş verir ki, tamamilə aydın şəkildə özündən sonra “canişin” və “xilafət” məsələsini camaata çatdırsın və camaatın bu baxımdan vəzifəsi müəyyənləşsin. Bu ayənin təfsiri barədə şiə və əhli-sünnə alimləri müxtəlif mətləblər

səh:19


1- [1] . “Maidə” surəsi, ayə 67.

bəyan etmişlər ki, onun şərhi sonradan veriləcək.

Şərh və təfsir

Canişin seçilməsi risalətin sona çatma nöqtəsidir

{یَا أَیُّهَا الرَّسُول...}

“Ey Rəsul!”

İslam Peyğəmbərinə (s) Qurani-Kərimdə müxtəlif cümlələrlə xitab olunur:

{یَا أَیُّهَا الْمُزَّمِّلُ}

(Ya əyyuhəl-muzzəmmil) “Ey libasına bürünən!”(1)

{یَا أَیُّهَا الْمُدَّثِّرُ}

(Ya əyyuhəl-muddəssir) “Ey əbasına bürünüb yatan Peyğəmbər!”(2)

{یَا أَیُّهَا النَّبِیُّ...}

(Ya əyyuhən-nəbiy) “Ey Peyğəmbər!”(3)

Birinci və ikinci xitabda o həzrətin xüsusi zahiri halətinə, amma üçüncü və dördüncü xitabda isə Peyğəmbərin (s) mənəvi və ilahi məqamlarına işarə edilmiş və {یَا أَیُّهَا النَّبِیُّ...} (ya əyyuhən-nəbi)– xitabı dəfələrlə Quranda təkrar olaraq işlədilmişdir.

Amma {یَا أَیُّهَا الرَّسُول...} (Ey Rəsul!) – xitabı təkcə Quranın iki surəsində gəlmişdir. Biri indi bəhs etdiyimiz ayədə və digəri “Maidə” surəsinin 48-ci ayəsindədir və bu ayə ilə uyğunluq təşkil edir. Peyğəmbərə (s) aləmlərin rəbbi tərəfindən bu şəkildə xitab edilməsi mövzunun əhəmiyyətini göstərir.

{...بَلِّغْ مَا أُنْزِلَ إِلَیکَ مِنْ رَبِّکَ...}

“Ey Peyğəmbər! Allahın sənin öhdənə qoyduğu xüsusi vəzifəi yerinə yetir və onu camaata çatdır!”. Bu vəzifə canişin təyin edilməsindən başqa, bir şey deyildi.

{...وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ...}

səh:20


1- [1] . “Müzzəmmil” surəsi, ayə 1.
2- [2] . “Müddəssir” surəsi, ayə 1.
3- [3] . Bu cür xitab ondan artıq ayədə təkrarlanmışdır.

“Əgər (bunu) etməsən, onun risalətini yerinə yetirməmisən.” Öhdənə qoyulan vəzifə o qədər əhəmiyyətli və həlledicidir ki, əgər onu yerinə yetirməsən və camaata çatdırmasan, elə bil, Allahın risalətini (sənə verdiyi Peyğəmbərliyi) yerinə yetirməmisən və sənin iyirmi üç illik zəhmət və əziyyətin naqis olacaqdır.

Əlbəttə, aydın məsələdir ki, Peyğəmbər (s) ona nazil olunanların hamısını camaata çatdırır və onlara izah edirdi, amma ayənin bu ifadə və tərzdə nazil olması camaatın həmin mətləbin xüsusi və həddən artıq əhəmiyyətliliyinə diqqət etməsi üçündür.

{...وَاللَّهُ یعْصِمُکَ مِنَ النَّاسِ...}

“Allah səni insanlardan (onların ehtimal edilən şərrindən) qoruyacaq.” Bu xüsusi və həssas vəzifəylə bağlı xətər – aşkar və gizlində zəif imanlı şəxs və münafiqlərin reaksiya və əks-təsirləri – gözlənildikdə, Allah Peyğəmbərin (s) canını ehtimal edilən təhlükələr müqabilində qoruyacağına zəmanət verir.

{...إِنَّ اللَّهَ لَا یهْدِی الْقَوْمَ الْکَافِرِینَ}

“Həqiqətən, Allah kafir olan qövmü hidayət etməz”. Allah hamıya öz hidayətini şamil etmək istəməsinə baxmayaraq, yersiz olaraq öz təfəkkür və əqidələrində qalaraq tərslik edən kəsləri (kafir olan qövmü) hidayətə layiq bilməyərək hidayət etməz.

Qeyd edilən ayənin məzmunu barədə düşündükdə, onun çox mühüm bir məsələdən xəbər verdiyini və israrla yanaşı olduğunu anlayırıq.

1. Əvvəldə də vurğuladığımız kimi, ayənin

الف) {یَا أَیُّهَا الرَّسُول...}:

a) (Ya əyyuhər-rəsul):

xitabı ilə başlaması mətləbin xüsusi əhəmiyyətə malik olduğu və bu səbəbdən Peyğəmbərə (s) Allah tərəfindən belə xitab edildiyini göstərir.

ب) {...بَلِّغْ...}:

səh:21

b) (Bəlliğ):

sözü də yuxarıdakı ayənin məzmun baxımından xüsusiliyi və əhəmiyyətli olmasına digər bir dəlildir:

Birincisi, bu söz gələcəyə aiddir və Quranın yalnız həmin ayəsində işlənmişdir.

İkincisi, Rağib İsfahaninin “Rağib” kitabında dediklərinə əsasən, bu kəlmə ابلغ (ibləğ) sözünə nisbətdə daha çox təkidə malikdir. Nəticədə, həmin sözün Quranın bir ayəsində işlənməsinə baxmayaraq(1), kəlmənin daxilində təkiddən əlavə, təkrarın da olması mümkündür, yəni bu mövzu o qədər əhəmiyyətə malikdir ki, onu camaata çatdırmalı və təkrar etməlisən.(2)

ج) {...وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ...}:

c) (Əgər (bunu) etməsən, onun risalətini yerinə yetirməmisən)

ayəsi mətləbin əhəmiyyətliliyinə üçüncü şahiddir. Peyğəmbərin (s) təbliğinə vəzifəli olduğu məsələ “risalət” və “nübuvvət” in əsası və onun sütünudur. Əgər onu yerinə yetirməsə, elə bil ki, öz risalət və Peyğəmbərliyini yerinə yetirməmişdir.

d) Peyğəmbərin (s) canının qorunması üçün bu ayədə Allah tərəfindən zəmanət və ehtimal olunan təhlükələr müqbilində mühafizə edilməsinə vədə verilməsi məsələnin əhəmiyyət və böyüklüyünə başqa bir dəlildir.

Peyğəmbərin (s) vəzifəsi o qədər həlledici və əhəmiyyətlidir ki, onda can təhlükəsi və müxtəlif əksül-əməl və reaksiyaların olması ehtimalı da vardır. Amma bununla belə, Allah ehtimal edilən bütün təhlükələr qarşısında Peyğəmbərini (s) sığortalayaraq ona zəmanət verir. Görəsən, “Təbliğ” ayəsinin barəsində xəbər verdiyi

səh:22


1- [1] . “Tövbə” surəsi, ayə 6.
2- [2] . Peyğəmbər (s) də bu cür əməl etmişdir. O həzrət İslamın zühurunun əvvəlindən vəfat etdiyi günə qədər həzrət Əlinin canişinlik məsələsini camaatın qulağına eşitdirirdi.

mühüm mətləb nədir? İslam Peyğəmbərinin (s) açıq-aşkar ilahi zəmanətə ehtiyaclı olduğu vəzifə hansıdır?

Peyğəmbərin (s) risalətinə bərabər hesab edilən və camaata çatdırmalı olduğu mətləb nədir? Allahın Peyğəmbərdən (s) yerinə yetirməsini istədiyi və bir tərəfdən onu təhdid edən, digər tərəfdən isə Allahın onun canının mühafizəsinə vədə verdiyi məsələ hansı məsələdir? Xülasə, ayənin bütün bu misligörünməmiş təkidlərlə yanaşı bildirmək istədiyi mövzu nədir?

Bu sualların cavabını əldə etmək üçün iki yol var:

Birincisi, bu barədə əlimizə əhli-sünnə və şiədən onun təfsirilə bağlı gəlib çatan bütün rəvayətləri, tarix və təfsirçilərin sözlərini nəzərə almadan ayənin öz məzmunu üzərində təfəkkür etmək.

İkincisi, ayəni onun nazilolma səbəbilə bağlı hədis və rəvayətlər sayəsində təfsir etmək.

Birinci yol: Ayənin digər şahidlərin köməyi olmadan təfsiri

Ayənin özü barədə düşünmək və digər vasitələrdən yardım almamaqla bütün sualların cavabı aydın olacaq, bu şərtlə ki, münsifanə və təəssübçülükdən uzaq olmaqla qəzavət edək. Nəticədə:

Birincisi, qeyd edilən ayə “Maidə” surəsinin 67-ci ayəsidir və onun Peyğəmbərə nazil olan sonuncu surə və ya surələrdən olduğunu bilirik. Yəni, bu ayə hicrətin on və Peyğəmbəri-Əkrəmin (s) ömrünün sonuncu ilində və o həzrətin iyirmi üç illik təbliğindən sonra nazil olmuşdur.

Sual: Həqiqətdə, iyirmi üç ildən sonra Peyğəmbərin (s) ömrünün axırına qadər hələ də, rəsmi olaraq hansı məsələlər bəyan olunmamış qalırdı? Görəsən, bu mühüm məsələ müsəlmanların iyirmi ilə yaxın namaz qılmasına baxmayaraq, namazla bağlı idimi?

Yoxsa, orucla bağlı idi? Halbuki, oruc hicrətdən sonra

səh:23

vacib olmuş və ona göstəriş verilməsindən on üç ilə yaxın bir müddət keçmişdi.

Görəsən, cihada göstəriş verməklə bağlı idi, baxmayaraq, cihad hicrətin ikinci ilindən başlamışdı?

Həccə aid idimi?

Cavab: İnsaf adı çəkilən məsələlərdən heç birinin olmamasını deməkdədir. Peyğəmbərin (s) iyirmi üç illik məşəqqətli zəhmətlərindən sonra, yer üzərində hansı mühüm məsələnin deyilməmiş qaldığını anlamaq lazımdır.

İkincisi, ayədən Peyğəmbərin (s) bu vəzifəsinin çox mühüm və təhlükəli, eyni zamanda, nübuvvətlə eyni çəkidə olması başa düşülür. Bəzi alimlərin dedikləri ehtimalların və yuxarıdakı sətirlərdə işarə etdiyimiz məsələlərin də mühüm olmasına baxmayaraq, onlardan heç biri risalət və nübuvvətlə eyni çəki və ölçüdə deyil. İyirmi üç ildən sonra hələ də yerinə yetirilməyən və risalətə bərabər olan mühüm məsələnin nə olduğunu düşünməliyik.

Üçüncüsü, bu vəzifənin digər xüsusiyyəti bəzilərinin onunla müxalifətçilik etməsidir və hətta, həmin müxalifətçilik o qədər ciddi və şiddətlidir ki, Peyğəmbəri (s) də ortadan qaldırmağa hazırdırlar. Müsəlmanlar namaz, oruc, cihad və həcc kimi məsələlərlə müxalif olmadıqlarından, bu vəzifənin siyasi məqsəd daşıdığı aydınlaşır və bir dəstə onunla müxalifətçilik səbəbindən, İslam Peyğəmbərinin (s) müqabilində dayanmağa belə hazır idi.

Bütün bu məsələləri nəzərə aldığımız, bitərəf və münsif şəkildə mütaliə, həmçinin, tərslik və təəssübkeşlikdən uzaq olaraq qəzavət etdiyimiz zaman, Qədir-Xumda rəsmi olaraq bəyan edilən mətləbin Peyğəmbərin (s) “xəlifəsi” və “canişini” məsələsindən başqa, digər bir məsələ olmadığı nəticəsinə varırıq.

Bəli, Peyğəmbərin (s) şərafətli ömrünün sonlarında rəsmi olaraq bəyan etdiyi, Peyğəmbərlərin sonuncusunun risalət və

səh:24

nübuvvətinə bərabər, çoxlarının onunla mübarizə aparacağına and içmiş olduğu və Allahın da Peyğəmbərə (s) bu vəzifəni icra etməsi üçün mühafizə edəcəyinə zəmanət verdiyi məsələ həlledici və mühüm olan canişinlik məsələsi idi. Peyğəmbər (s) həzrət Əlinin (ə) vilayətini dəfələrlə bəyan etmişdisə də, həmin məsələni dünya müsəlmanları qarşısında rəsmi olaraq bildirməmişdi.

Beləliklə, o böyük və əzəmətli vəzifəni Peyğəmbər (s) “Həccətül-vida”dan (vida həcci) qayıtdığı zaman Qədir-Xum çolündə həyata keçirərək həzrət Əlini (ə) “öz canişini” ünvanında tanıdırdı və bununla da risalətini tamamlamış oldu.

Üçlük təşkil edən nişanələrin vilayət məsələsinə tətbiqi

Əmirəl-Mömininin (ə) vilayət və canişinlik məsələsi “Təbliğ” ayəsində bildirilmişdir və o, üçlük təşkil edən nişanələrə tamamilə uyğundur:

Birincisi, aydın olduğu kimi, Peyğəmbər (s) mübarək ömrü boyunca heç vaxt özündən sonra canişinlik və xilafət məsələsini rəsmi olaraq və belə geniş miqyasda bəyan etməmişdi və bu məsələ İslam Peyğəmbərinin (s) ömrünün son illərində yer üzərində hələ də bəyan edilməmiş olan ən mühüm məsələ idi.

İkincisi, İslamın müxtəlif məsələlərindən heç biri nübuvvət yolunu davam etdirmək baxımından onun həddi və şənində, həmçinin, onunla eyni ağırlıqda deyil, amma imamət məqamı nübuvvətlə eyni səviyyədədir və imam Peyğəmbərin vəzifələrini yerinə yetirməyə qadirdir.

Üçüncüsü, Əmirəl-Mömininin (ə) vilayət və imamət məsələsi bəyan olunduğu zamandan etibarən, çoxlu sayda müxalifətçiliklər meydana çıxmış, hətta, Qədir-Xum çölündə bir nəfər Peyğəmbərin (s) hüzuruna gələ və ona etiraz edərək

səh:25

demişdir: “Əgər bu gün dediklərin Allah tərəfindəndirsə, mənə Allahdan əzab nazil olmasını və məhv olmağımı dilə.” Onun dediyi kimi də olur və o məhv edilir. Bu məsələnin şərhi gələcək bəhslərimizdə veriləcək.

Xüsusən, “Maidə” surəsinin 41-ci ayəsini bu ayənin kənarında qoysaq, mətləb daha da aydın olacaq. Nəticədə, rəvayət, tarixdə gələnlər və təfsirçilərin rəy və dedikləri nəzərə alınmadıqda belə, yuxarıdakı ayənin Əmirəl-Mömininin (ə) vilayətinə dəlalət etdiyi məlum olur.

Sual: Bu ayədə bəyan edilən mühüm məsələ İslam və müsəlmanların iki böyük düşməninin – yəhudi və nəsranilərin (məsihilər) – təhlükəsi ola bilərmi? Onlar daimi olaraq İslamın müqabilində dayanmış, müsəlmanlar və İslamın inkişafına maneə hesab edilmişlər. Belə olduğu təqdirdə, ayənin vilayətlə rabitəsi varmı?

Cavab: Tarixlə azacıq tanışlığı olan kəslər bilirlər ki, hicrətin onuncu ilində artıq yəhudi və nəsrani məsələsi həll olunmuş və müxtəlif yəhudi qəbilələrinin – Bəni-Qürəyzə, Bəni-Nəzir, Bəni-Qəynəqa, Xeybər yəhudiləri və digərləri ilə nəsranilər – kitabı bağlanmışdı. Onların hamısı ya müsəlmanlara təslim, ya da hicrət etməyə məcbur olmuşdular. Nəticədə, “Maidə” surəsinin 41-ci ayəsində nazil olunanlara uyğun olaraq Peyğəmbərin (s) qorxusu və həyəcanı müsəlmanlar və iman gətirənlərdən idi, nəinki, İslamdan kənar olanlardan.

Bu baxımdan, ayəni yəhudi və nəsranilərlə əlaqədar təfsir etmək düzgün deyil və Əmirəl-Möminin Əli ibn Əbutalibin (ə) vilayətindən başqa, ayəni digər məsələlərlə əlaqələndirərək təfsir etmək yanlışdır.

Beləliklə, xatırlatdığımız ayə yuxarıda qeyd edilən şərh və izahlara əsasən, həzrət Əli ibn Əbutalibin (ə) xilafət və vilayətini inkar edərək danan kəslər üçün tutarlı və möhkəm dəlil və cavabdır.

səh:26

İkinci yol: “Təbliğ” ayəsini rəvayətlər sayəsində təfsir etmək

Ayəni təfsir etməkdə ikinci yol onun nazilolma səbəbi ilə bağlı gələn hədis və rəvayətlər, İslam alim və təfsirçilərinin rəy və nəzərləri, eyni zamanda, İslam tarixindən yardım almaqla təfsir edilməsidir. İslamın əvvəllərində yaşamış hədis söyləyənlərin (mühəddislər) əksəyiyyəti qeyd edilən ayənin Əmirəl-Möminin Əlinin (ə) barəsində nazil olduğuna etiqadlıdırlar. Həmin alimlər aşağıdakılardır:

1. İbn Abbas – ravi, tanınmış təfsirçi və vəhyin katıbidir (vəhyi yazan) və əhli-sünnə və şiə tərəfindən qəbul edilir.

2. Cabir ibn Abdullah Ənsari – hər iki məzhəb tərəfindən qəbul edilən və tanınmış şəxsdir.

3. Əbu Səid Xudri – Peyğəmbər (s) səhabələrinin böyüklərindən və ən çox ehtiram edilən şəxslərdəndir.

4. Abdullah ibn Məsud – vəhyi yazanlardan və Qurani-Kərimin təfsirçilərindən biri.

5. Əbu Hüreyrə – əhli-sünnə nəzərində çalışqan ravilərdən hesab olunur.

6-7. Hüzeyfə və Bərra ibn Azib – İslam Peyğəmbərinin (s) tanınınmış iki səhabəsi və s. tanınmış alim və Peyğəmbərin tərəfdarları da yuxarıdakı ayənin həzrət Əlinin (ə) vilayəti barədə nazil olduğunu demişlər.

Adları çəkilən bəzi şəxslərin nəql etdikləri rəvayətlərin sənədinin müxtəlif nəql edilmə vasitələrinin olmasına diqqət edilməlidir. Məsələn, yuxarıdakı rəvayət İbn Abbas və Cabir ibn Abdullah Ənsaridən on bir vasitə ilə nəql edilmişdir.

Əhli-sünnə təfsirçilərinin bir dəstəsi də həmin rəvayəti Əmirəl-Mömininin (ə) vilayətinə aid olduğunu nəql etmişlər və buna Süyutinin “Əd-Durrul-mənsur” kitabı, cild 2, səh. 298; Əbülhəsən Vahidi Nişapurinin “Əsbabun-nuzul” kitabı, səh. 150; Şeyx Məhəmməd Übdə “Əl-Mənar” kitabı, 6-cı cild, səh. 120; Fəxri Razi “Təfsire

səh:27

kəbir” kitabı və s. misal göstərmək olar.

Biz nümunə olaraq Fəxri Razinin söylədiklərinin bir qismini nəql edirik:

“O, əhli-sünnə təfsirçiləri arasında tayı-bərabəri olmayan, güclü və geniş şərhli təfsirə malik alim və huşyar bir insandır (eyni zamanda, hədsiz təəssübkeşdir və bu, onun üçün bir hicab və maneəyə çevrilmişdir). Yuxarıdakı ayə barəsində doqquz ehtimalı bəyan etdikdən sonra, Əmirəl-Mömininin (ə) vilayətini onuncu ehtimal ünvanında nəql edir. Fəxri Razinin kəlamlarının mətni bu tərtiblədir:

نزلت الآیة فی فضل علی بن ابیطالب ولما نزلت هذه الآیة أخذ بیده و قال: من کنت مولاه فعلی مولاه اللّهم وال من والاه وعاد من عاداه فلقیه عمر فقال: هنیئاً لک یا بن أبی طالب! أصبحت مولای ومولی کل مؤمن ومؤمنة.

“Bu ayə Əli ibn Əbutalib (ə) barəsində nazil olmuşdur. Həmin ayə nazil olan zaman Peyğəmbər (s) Əlinin (ə) əlindən tutaraq yuxarı qaldırdı və buyurdu: “Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlası və rəhbəridir. İlahi! Əlinin vilayətini qəbul edənləri özünə dost və onunla düşmənçilik edənləri isə düşmən tut!” Sonra Ömər Əliyə yaxınlaşdı və o həzrətə dedi: “Ey Əbutalibin oğlu! Bu məqam və fəzilət sənə mübarək olsun. Bu gündən etibarən, sən mənin və bütün müsəlman kişi və qadınların rəhbərisən”.

“Şəvahidut-tənzil” kitabında yazılanlara uyğun olaraq Ziyad ibn Munzir deyir: “İmam Baqir (ə) camaatla söhbət edən zaman mən onun yanında idim. Bəsrə əhlindən Osman Əşa adlı bir şəxs ayağa qalxdı və soruşdu: “Ey Allah Rəsulunun övladı! Canım sənə fəda olsun! Həsən Bəsridən bu ayənin kimin barəsində nazil olduğunu soruşduğumda, cavab verdi ki, bir kişi barəsindədir, lakin onun adını demədi. Siz onun kim olduğunu deyin. “İmam dedi ki, əgər Həsən Bəsri istəsəydi, onun adını deyə bilərdi, amma qorxu üzündən onu deməmişdir (çünki Bəni-Üməyyə zamanında yaşamış və Əmirəl-Möminin Əli (ə) ilə arası yaxşı deyildi). Amma mən

səh:28

deyirəm... Allah-taala camaatın ehtimal edilən təhlükəsi qarşısında Peyğəmbərə (s) zamanət verdiyi zaman, o, həzrət Əlinin (ə) əlindən tutaraq qaldırdı və onu özünün canişin və xəlifəsi ünvanında tanıtdırdı.”

Diqqəti cəlb edən məsələ “Şəvahidut-tənzil” kitabının müəllifi və həmin rəvayəti nəql edən şəxsin əhli-sünnədən olmasıdır. Digər əhli-sünnə alimləri də həmin rəvayəti nəql etmişlər.

Nəticə etibarilə, hədislər, rəvayətlər, səhabələrin dedikləri, alim və təfsirçilərin nəzəriyyələri “Təbliğ” ayəsinin Əmirəl-Möminin Əlinin (ə) vilayəti barədə nazil olmasına dəlalət edir.

Ayənin verdiyi mesajlar

Barəsində bəhs etdiyimiz ayədən iki ümdə və əhəmiyyətli mesajı anlamaq olar:

1. Ayənin o zamanda xitab etdiyi şəxsin Peyğəmbəri-Əkrəm (s) olmasına baxmayaraq, şübhəsiz ki, vilayət və imamətin təbliği və onun barəsində sual və şübhələrə cavab vermək təkcə o həzrətə məxsus deyil, əksinə bu məsələ tarix boyunca məlumatlı olan bütün kəslərin vəzifəsidir.

2. Ayənin çatdırdığı digər mühüm mesaj həqiqi möminlərin təəssübkeşlik, tərslik və münaqişə etmədən və hansısa qruplaşma və istiqamətə meylli olmadan Allahın əmr və fərmanı müqabilində təslim olmasıdır, nəinki, onların meyl və istəklərinə uyğun olduqda təslim olmaları və əksinə, zidd olduğu hallarda təslim olmamalarıdır.

Həqiqətdə, İslam Peyğəmbərinin (s) belə uca və ali məqamlara çatmasının sirri o həzrətin Allah qarşısında, məhz, təslim və bəndəçiliyi olmuşdur. Bu, bizim hər namazın təşəhhüdündə Peyğəmbərin risalətinə şəhadətdən öncə verdiyimiz şəhadətdir.

Əgər biz də Allaha yaxın və həqiqi mömin olmağı arzu

səh:29

edir və Allah Rəsulunun məktəbinin davamçısı olduğumuzu iddia ediriksə, istək və tutduğumuz mövqelərin xilafına olsa da belə, bütün hallarda onun əmrlərinə tabe olmalıyıq.

Bəhsimizi təkmilləşdirmək məqsədilə Qədir-Xum məsələsini xülasə şəkildə “Quranın mesajı” təfsirindən nəql edərək diqqətinizə çatdırırıq.

Qədir-Xum hadisəsi

Ötən bəhslərdən icmali olaraq aydın oldu ki, bu ayə çoxlu sayda şahidlərə əsasən, həzrət Əli (ə) barəsində nazil olmuşdur və həmin zəminədə əhli-sünnənin məşhur kitablarında qeyd edilən rəvayətlər – hələ, şiə kitablarında nəql olunanları demirik – o qədərdir ki, heç kəs onları inkar edə bilməz.

Yuxarıdakı rəvayətlərdən əlavə, bir sıra digər rəvayətlərimiz də var ki, açıq-aşkar bu ayənin Qədir-Xum hadisəsi və Peyğəmbərin (s) xütbəsi, həmçinin, həzrət Əlinin (ə) canişin və vəsi ünvanında tanıtdırılması barədə olduğunu göstərir və onların sayı əvvəldə qeyd etdiklərimiz rəvayətlərdən çoxdur. Tanınmış tədqiqatçı və mühəqqiq Əllamə Əmini “Əl-Qədir” kitabında həmin hədisi Peyğəmbərin (s) yüz on səhabə və ravisindən, səksən dörd nəfər tabein və üç yüz altmış nəfər alim və yazıçıdan dəqiq sənəd və materiallarla nəql edir.

Bu sənəd və materiallar toplusuna diqqət etməklə, hər bir şəxsdə Qədir hadisəsinin İslamın ən dəqiq və düzgün rəvayətlərindən və mütəvatir hədislərə aşkar bir nümunə olduğuna dair yəqin yaranar. Doğrusu, əgər bir kəs onların mütəvatir olmasına şəkk etsə, deməli, heç bir mütəvatir hədisə etiqadı yoxdur.

Bəhsə geniş şəkildə daxil olmaq bizi kitabda nəzərdə tutduğumuz üslubdan xaric etdiyi üçün, hədisin sənəd və nazilolma səbəbi barədə bu miqdarda kifayətlənir və hədisin əhatə etdikləri məsələlərə toxunuruq. Hədisin

səh:30

sənədləri barədə daha ətraflı məlumata sahib olmaq istəyənlər aşağıdakı kitablara müraciət etsinlər:

1. “Əl-Qədir” təfsiri, birinci cild.

2. Əllamə Qazı Nurullah Şüştərinin yazmış olduğu və Ayətullah Nəcəfinin geniş şərhilə “Ehqaqul-həqq” kitabı, cild 2, 3, 14 və 20.

3. Mərhum Seyid Şərifuddin Amulinin “Əl-Muraciat” kitabı.

4. Mir Hamin Hüseyn Hindinin “Əbqatul-ənvar” kitabı (daha yaxşı olar ki, onun xülasəsi olan 7, 8 və 9-cu cildlərə müraciət edəsiniz).

5. Mərhum alim Müzəffərin “Dəlailus-sidq” kitabı, 2-ci cild.

“Qədir” rəvayətinin möhtəvası

Hazırda yuxarıdakı rəvayətlərdən istifadə edərək “Qədir” hadisəsinin yığcam formasını (əlbəttə, bəzi rəvayətlərdə bu hadisə geniş, bəzilərində müxtəsər, bəzilərində də onun bir qisminə toxunularaq nəql edilmişdir və biz onların məcmusundan alınan nəticəni) qeyd edirik:

Peyğəmbərin (s) ömrünün son ilindəki “Həccətül-vida” (vida həcci) mərasimi möhtəşəm şəkildə o həzrətin hüzurunda başa çatdı. Qəlblər mənəviyyatın şölə və nuruna qərq olmuş və bu əzəmətli ibadətin mənəvi ləzzəti hələ də duyulmaqda idi.

Peyğəmbərin (s) sayca həddən artıq çox olan tərəfdarları sevincdən bu feyz və səadəti dərk edə bilmirdilər.(1)

Bu səfərdə Peyğəmbərlə (s) birgə olmaq üçün təkcə Mədinə əhalisi deyil, Ərəbistan yarımadasının müxtəlif məntəqələrindən olan kəslər də iştirak edərək belə

səh:31


1- [1] . Bəziləri Peyğəmbərlə (s) birgə olanların sayını 90 min, bəziləri 112 min, bəziləri də 120-124 min olaraq qeyd etmişlər.

əzəmətli tarixi iftixarı əldən vermək istəmirdilər.

Hicazın yandırıcı günəşi dağ və dərələrə od saçmasına baxmayaraq, səfərin şirinlik və misligörünməmiş mənəviliyi bütün çətinliyi asanlaşdırırdı.

Zöhr vaxtına az qalır və getdikcə Cöhfə məntəqəsi və Qədir-Xumun çöllük və biyabanlıqları uzaqdan görünməyə başlayırdı. Həqiqətdə, burada Hicaz camaatını bir-birlərindən ayıran dörd yol vardı. Mədinəyə tərəf gedən yol şimala, İraqa gedən yol şərqə, Misirə tərəf gedən yol qərb və Yəmənə gedən yol isə cənuba tərəf idi. Həmin dörd yol ayrıcında bu əzəmətli səfərin sonuncu xatirəsi və ən mühüm hissəsi həyata keçirilməli və müsəlmanlar Peyğəmbərin (s) sonuncu və həqiqətdə, onun risalətinin müvəffəqiyyəti hesab edilən göstərişinin nə olmasını bilməli və sonra bir-birlərindən ayrılmalı idilər.

Cümə axşamı və hicrətin onuncu ili idi və eynilə, Qurban bayramından səkkiz gün keçirdi. Gözlənilmədən Peyğəmbər (s) tərəfindən dayanmaq əmri verildi Müsəlmanlar uca səslə öndə gedənləri geri qayıtmağa səsləyir və geridə qalanların da onlara gəlib yetişməsini gözləyirdilər. Günəş zenit nöqtəsindən keçmişdi. Peyğəmbərin (s) müəzzini “Allahu əkbər” sədası ilə camaatı zöhr namazına çağırır və camaat da tələsərək namaza hazırlaşırdılar. Hava o qədər isti idi ki, onlar məcburən əbalarının bir ətəyini ayaqları altına və digər ətəyini isə başları üstünə atır və bu yolla səhranın qaynar və qızmar çınqıllarının istisindən və günəşin yandırıcı şüalarından qorunmağa çalışırdılar. Səhrada qızmar isti ilə mübarizə aparan bir neçə çılpaq ağaclardan başqa, nə bir kölgəlik və nə də bir ağac və yaşıllıq gözə dəymirdi. Camaatın bir qismi həmin ağaclara pənah aparmış və ağacın başına parça bağlayaraq Peyğəmbər (s) üçün kölgəlik düzəltmişdilər, lakin əsən isti küləklər günəşin hərarətini bu kölgəliyə daxil edir və yayırdı. Zöhr namazı bitdi.

səh:32

Müsəlmanların tez bir zamanda özləri ilə daşıdıqları kiçik alaçıq və xeymələrə pənah aparmaq qərarına gəlməsinə baxmayaraq, Peyğəmbər (s) onlara uzun və müfəssəl olacaq bir xütbəsində yeni ilahi mesajı dinləmək üçün hazır olmalarını söylədi. Uzaqda olan kəslər o həzrətin ruhani və mənəvi simasını görə bilmirdilər. Nəticədə, dəvələrin palanından hündür bir minbər düzəltdilər və Peyğəmbər (s) onun üzərinə çıxdı. Peyğəmbər (s) əvvəlcə, Allaha həmd və şükr etdi və özünü Allaha tapşırdıqdan sonra camaata xitab edərək sözə başladı: “Mən tezliklə Allahın dəvətini qəbul edərək sizin aranızdan ayrılacağam. Həm mən, həm də siz məsuliyyət daşıyırsınız. Siz mənim barəmdə necə şəhadət verəcəksiniz? Camaatın səsi ucaldı və onlar dedilər:

نَشْهَدُ أَنَّکَ قَدْ بَلَّغْتَ وَنَصَحْتَ وَجَهَدْتَ فَجَزاکَ اللهُ خَیراً؛

“Şəhadət veririk ki, sən risalət vəzifəsini təbliğ etmiş, xeyirxahlığı bizə nəsihət edərək hidayətimiz üçün bütün təlaş və səyini əsirgəməmisən. Allah sənə xeyir əta eləsin”. Peyğəmbər (s) sözünə davam etdi ki, siz Allahın yeganəliyinə, peyğəmbərliyimin həqiqi və doğruluğuna, qiyamət günü və ölülərin dirildilməsinə (məada) şəhadət verirsinizmi? Hamı bir ağızdan “bəli, şəhadət veririk” – dedi. Peyğəmbər (s) söylədi ki, ilahi, şahid ol! Sonra buyurdu: “Ey camaat, mənim səsimi eşidirsinizmi?” “Bəli!” – dedilər. Sonra aralığa sükut çokdü və küləklərin vıyıltısından başqa, bir şey eşidilmədi. Peyğəmbər (s) buyurdu: “Sizin aranızda yadigar qoyacağım iki dəyərli və qiymətli əmanətlə necə rəftar edəcəyinizə diqqət edin!” Camaatın arasından bir nəfər dilləndi ki, hansı iki əmanət, ey Allahın Peyğəmbəri? Peyğəmbər (s) fasiləsiz olaraq dedi: “Birincisi “böyük əmanət”dir ki, Allahın kitabıdır və onun bir ucu Allahın ixtiyarında, digər ucu isə sizin əlinizdədir. Onun möhkəm yapışın ki, yoldan azmayasınız, amma ikincisi “kiçik əmanət”dir ki, mənim xanədanımdır.

səh:33

Hər şeydən xəbərdar olan Allah mənə xəbər vermişdir ki, onların heç biri cənnətdə mənə qovuşana qədər bir-birindən ayrılmaz. Onlardan nə önə keçməyin, nə də geri qalmayın, yoxsa, hər iki halda həlak olarsınız.” Sonra camaat Peyğəmbərin (s) ətrafına baxaraq sanki kimi isə axtardığını gördü. Gözləri həzrət Əliyə (ə) sataşdıqda, onu yanına çağıraraq əlindən tutdu və əlini o qədər yuxarı qaldırdı ki, paltarının qoltuğunun alt hissəsində olan tərəfi görsəndi və camaat onun İslamın məğlubedilməz döyüşçüsü Əli (ə) olduğunu görüb tanıdı. Bu yerdə Peyğəmbərin (s) mübarək səsi daha da yüksələrək ucaldı və o buyurdu:

أَیُّهَا النّاسُ مَنْ أَوْلَی النّاسِ بِالمُؤمِنینَ مِنْ أَنْفُسِهِمْ

“Ey insanlar (ey camaat)! Kim möminlərə onların özlərinə nisbətdə onlardan daha övla və üstündür?” Dedilər ki, Allah və onun rəsulu daha yaxşı biləndir. Peyğəmbər (s) buyurdu: “Allah mənim mövlam və rəhbərim və mən də möminlərin mövla və rəhbəriyəm, həmçinin, onlara nisbətda özlərindən daha üstünəm (mənim istəyim onların istəyindən üstündür).” Sonra isə dedi:

فَمَنْ کُنْتُ مَوْلاهُ فَعَلِیٌّ مَوْلاهُ

“Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”. O həzrət bu sözləri üç dəfə, bəzi hədis söyləyənlərin nəqlinə əsasən, dörd dəfə təkrar etdikdən sonra üzünü asimana tərəf tutaraq bu cür dedi:

اَللّهُمَّ والِ مَنْ والاهُ وَعادِ مَنْ عاداهُ وَأَحِبّ مَنْ أَحَبَّهُ وَاَبْغِضْ مَنْ أَبْغَضَه وَانْصُرْ مَنْ نَصَرَه وَاخْذُلْ مَنْ خَذَلَهُ وَأَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دارَ

“İlahi! Onun dostlarını özünə dost və düşmənlərini də düşmən tut! Onu sevən kəsləri sev və ona qəzəbli olanlara qəzəbli ol! Ona kömək edənlərə kömək və xar etməyə çalışanları xar və zəlil et! Onu həmişə haqq ilə birgə et və haqdan ayırma!” Sonra sözünə belə davam edir:

أَلا فَلْیَبْلُغِ الشّ_اهِدُ الْغ_ائِبَ

“Bilin ki, burada olanlar olmayanlara bu xəbərləri çatdırmaqda vəzifəlidirlər”. Peyğəmbərin (s) xütbəsi sona

səh:34

çatır. Camaatın, Peyğəmbər (s) və Əlinin (ə) üz-gözündən tər axırdı və hələ camaat sıraları pozulmamış və bir-birlərindən ayrılmamışdı ki, Allah vəhyinə əmanətdar olan Cəbrayıl nazil olur və Peyğəmbərə (s) bu ayəni oxuyur:

{...الْیوْمَ أَکْمَلْتُ لَکُمْ دِینَکُمْ وَأَتْمَمْتُ عَلَیکُمْ نِعْمَتِی...}

“Bu gün sizə dini kamil etdim və nemətimi tamamladım!” Peyğəmbər (s) dedi:

اللهُ أَکْبَرْ، اللهُ أَکْبَرُ عَلَی اِکْمالِ الدِّیْنِ وَاِتْمامِ النِّعْمَة وَرِضَی الرَّبِّ بِرِسَالَتِی وَالْوِلایَةِ لِعَلیٍّ مِنْ بَعْدی

“Bizim üçün dinin kamil və nemətlərini tamamlayan Allah böyük və ucadır. O, mənim risalətim və məndən sonra Əlinin vilayətinə razıdır”.

Bu zaman camaat arasında böyük bir təlatüm və hərəkətlilik olur və onlar Əlini (ə) bu münasibətlə təbrik edirlər. Təbrik deyənlər arasında Əbu Bəkr və Ömər də vardı və onlar camaatın hüzurunda belə deyirdilər:

بَخّ بَخّ لَکَ یَا ابْنَ أَبی طالِب أَصْبَحْتَ وَأَمْسَیْتَ مَوْلایَ وَمَوْلا کُلِّ مُؤمِن وَمُؤمِنَة

“Əhsən sənə, ey Əbu Talibin oğlu! Sən bu gündən etibarən, bizim və bütün mömin və möminələrin (iman gətirən kişi və qadınların) rəhbər və mövlasısan!”

Elə bu zaman İbn Abbas deyir ki, Allaha and olsun, bu əhd-peyman hamımızın boynunda qalacaq və hamımız buna məsuluq. Sonra tanınmış və məşhur şair Həssan ibn Sabit Peyğəmbərdən (s) bu münasibətlə şer deməsi üçün icazə istədi və şerə başladı:

یُنادِیْهِمْ یَوْمَ الْغَدیرِ نَبیُّهُمْ

ج

 

بِخُمٍّ وَاَسْمِعْ بِالرَّسُولِ مُنادِیاً

فَقالَ: فَمَنْ مَوْلاکُمُ وَنَبیِّکُمْ؟

 

فَقالُوا وَلَمْ یَبْدُوا هُناکَ التَّعامِیا

اِل_هُکَ مَ_وْلان_ا وَاَنْ_تَ نَبِیُّن_ا

 

وَلَمْ تَلْقِ مِنّا فی الْوَلایَةِ عاصِیاً

ج

فَقالَ لَهُ قُمْ یا عَلَیٌّ فَاِنَّنی

ج

 

رَضیتُکَ مِنْ بَعْدی اِماماً وَهادِیاً

ج

فَمَنْ کُنْتُ مَوْلاهُ فَهذا وَلِیُّهُ

ج

 

فَکُونُوا لَهُ اَتْباعَ صِدْق مُوالِیا

ج

هُناکَ دَعا اَللّهُمَّ وَالِ وَلِیَّهُ

 

وَکُنْ لِلَّذی عادا عَلِیّاً مُعادِیاً

ج

Şerin oxunuşu:

Yunadihim yəvməl-ğədiri nəbiyyəhum,

Bixummin və əsmi bir-rəsuli munadiyən.

səh:35

Fəqalə, fəmən məvlakum və nəbiyyikum?

Fəqalu və ləm yəbdu hunakət-təamiyən,

İlahukə məvlana və əntə nəbiyyuna,

Və ləm təlqi minna fil-vilayəti asiyən.

Fəqalə ləhu qum, ya Əliyyu, fə innəni,

Rəziytukə min bədi imamən və hadiyən,

Fəmən kuntu məvlahu, fə haza vəliyyəhu,

Fə kunu ləhu ətbaə sidqin muvaliyən!

Hunakə dəa, Əllahummə, vali vəliyyuhu,

Və kun lilləzi əda Əliyyən muadiyən!

Qədir-Xumda Peyğəmbərin nidası,

Yayıldı carçısıyla hər sədası.

Dedi: “Kimdir sizin mövla, nəbiniz?”

Bir ağızdan: “Allah bizim rəbbimiz!

Ondan sonra sən də Peyğəmbərimiz!

Vilayətə asi olmaz heç birimiz!”

Peyğəmbərin Əliyə buyruğuyla:

Qalx ayağa həqiqət sorağıyla!

Məndən sonra imam, hidayətçisən,

Camaatın mövla və rəhbərisən!

Bəs, itaət edin buyruqlarıma,

Allahdan əmanət qoyduqlarıma!

İlahi, özün sev onu sevəni,

Düşməninə düşmən olsan, var yeri.

Bu, əhli-sünnə və şiə alimlərinin kitablarında qeyd etmiş olduqları Qədir-Xum hadisəsinin xülasəsi idi.

Təkmilləşdirici bəhs

a) “Qədir” hədisindəki “vilayət” və “mövla” sözlərinin təfsiri

İcmali şəkildə mütəvatir olan “Qədir” hədisi ilə tanış olduq və Peyğəmbəri-Əkrəmin (s) bütün kitablarda qeyd

səh:36

edilmiş مَنْ کُنْتُ مَوْلاهُ فَعَلِیٌّ مَوْلاهُ (mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır) məşhur kəlamı bir çox həqiqətləri üzə çıxardı. Bir çox əhli-sünnə müəllifləri buradakı “mövla” sözünün “dost və tərəfdar” mənasında təfsir edilməsinə israr edirlər, çünki bu sözün məşhur mənalarından biri də odur və biz də həmin sözün bir mənasının “dost və tərəfdar” olduğunu qəbul edirik. Amma işin içində çoxlu sayda qərinə və şahidlər var ki, yuxarıdakı hədisdə işlənən “mövla” sözünün “rəhbər”, “vəli” və “qəyyum” mənalarında olduğunu bildirir. Xülasə şəkildə həmin qərinələri nəzərinizə çatdırırıq:

1. Həzrət Əlinin (ə) bütün möminlərlə dostluğu məsələsi o qədər də məxfi və pünhan bir məsələ deyildi ki, bu qədər təkidə, böyük qəflə-qatardan ibarət camaatın yandırıcı günəş altında və quru olan çöllü biyabanda saxlanılması və uzun-uzadı xütbə edilməsi və onlardan bir-birinin ardınca beyət alınmasına ehtiyaclı olsun. Quranda açıq-aşkar deyilir:

{إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ...}(1)

“Həqiqətən, möminlər bir-biri ilə qardaşdırlar”. Həmçinin, digər yerdə buyurulur:

{وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِیاءُ بَعْضٍ...}(2)

“Mömin kişi və qadınlar bir-birinin dostu və vəlisidir.” Uzun sözün qısası, İslamdakı qardaşlıq və müsəlmanların bir-birilə dostluğu İslamın əvvəllərindən mövcud və aşkar olan məsələlərindən idi ki, Peyğəmbər (s) onu təbliğ və üzərində təkid etmişdir. Əlavə olaraq, qardaşlıq məsələsi Quranda bu qədər şiddətli ifadələrlə bildirilən məsələ deyildi ki, Peyğəmbər onun aşkar və bəyan olunmasından xətər və təhlükə hiss etsin (diqqət edin).

2. Əksər rəvayət mətnlərində qeyd edilmiş. اَلَسْتُ اَوْلی بِکُمْ مِنْ

səh:37


1- [1] . “Hucurat” surəsi, ayə 10.
2- [2] . “Tövbə” surəsi, ayə 71.

أَنْفُسِکُمْ (mən sizə sizin özününzdən daha üstün deyiləmmi?) cümləsinin sadə bir dostluğun bəyan edilməsilə heç bir rabitəsi yoxdur, əksinə həmin cümlədən “mənim sizə nisbətdə malik olduğum üstünlük, ixtiyar və rəhbərlik, eynilə, Əli (ə) üçün də keçərlidir” – mənası başa düşülür. Həmçinin, yuxarıda deyilənlərdən fərqli olaraq bu cümlənin, xüsusən, بِکُمْ مِنْ أَنْفُسِکُمْ (sizə özünüzə nisbətdə üstünəm) mənasında olduğu halda, başqa cür təfsir edilməsi həqiqət və insafdan uzaqdır.

3. Camaatın, həmçinin, Əbu Bəkr və Ömərin həmin tarixi hadisə ilə həzrət Əliyə (ə) təbrik deməsi də, məsələnin təbrik deyilməsinə səbəbə olan xəlifə təyinindən başqa, bir şey olmadığına daha yaxşı göstəricidir. Çünki müsəlmanlara ümümi şəkildə dostluq məsələsinin elan edilməsində təbrik deməyə ehtiyac yoxdur.

İmam Əhməd Hənbəlinin “Müsnəd” əsərində yazılmışdır: “Ömər Peyğəmbərin (s) bəyanatından sonra Əliyə xitab olaraq dedi:

هَنیئاً یَابْنَ اَبیطالِب أَصْبَحْتَ وَأَمْسَیْتَ مَوْلی کُلِّ مُؤمِن وَمُؤمِنَة

“Təbrik edirəm, ey Əbu Talibin oğlu! Sən gecə də, gündüz də (bütün vaxtlarda) mömin kişi və qadınların vəlisisən.”(1)

Fəxri Razinin {یا أَیهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَیکَ مِنْ رَبِّکَ...} ayəsi barədə yazdığı ifadələrdə oxuyuruq:

هَنیئاً یَابْنَ اَبیطالِب أَصْبَحْتَ وَأَمْسَیْتَ مَوْلی کُلِّ مُؤمِن وَمُؤمِنَة

“Bu tərtiblə, Ömər həzrət Əlini (ə) özü və bütün möminlərin mövlası olduğunu hesab edir.”

“Bağdad tarixi” əsərində yuxarıdakı rəvayət bu şəkildə qeyd edilmişdir:

بَخّ بَخّ لَکَ یابْنَ اَبیطالِب! أَصْبَحْتَ مَوْلایَ وَمَوْلی کُلِّ مُسْلِم(2)

“Əhsən, əhsən sənə! Ey Əbu Talibin oğlu! Mənim və

səh:38


1- [1] . imam Əhmədin “Müsnədi”, c.4, səh. 281 (“Fəzailul-xəmsə”, c.4, səh. 432-də nəql edilənlərə uyğun olaraq).
2- [2] . “Bağdad tarixi”, c.7, səh. 290.

müsəlmanların vəli və mövlası olaraq sübh etdin.”

“Feyzul-Qədir” və “Əs-Səvaiq” əsərlərində də Əbu Bəkr və Ömərin – onların hər ikisinin belə təbrik dedikləri yazılmışdır:

أَمْسَیْتَ یَابْنَ اَبیطالِب مَوْلا کُلِّ مُؤمِن وَمُؤمِنَة(1)

“Ey Əbu Talibin oğlu! Bütün mömin və möminələrin vəlisi olaraq gecəni başa vurdun!” Deməsək də aydındır ki, möminlərin arasında mövcud olan sadə bir dostluq üçün bu qədər təşkilatçılıq və toplanmaya ehtiyac yoxdur və həmin məsələ xilafət mənasını bildirən vilayətdən başqa, digər məsələ ilə uyğun gəlmir.

4. Həssan ibn Sabitdən nəql etdiyimiz şer də aşkar olan müddəamızın doğruluna digər bir dəlildir (onu yenidən mütaliə etməyiniz xahiş olunur).

b) “Məaric” surəsinin ayələri “Qədir” hadisəsinin təsdiqləyicisidir

Mühəddis və təfsirçilərin çoxu “Məaric” surəsinin ilkin ayələrinin(2) nazilolma səbəbi haqqında bəzi məsələləri nəql etmişlər ki, xülasəsi belədir:

İslam Peyğəmbəri (s) Əlini (ə) “Qədir-Xum”da xilafətə təyin edərək onun barəsində buyurmuşdur:

مَنْ کُنْتُ مَوْلاهُ فَعَلِیٌّ مَوْلاهُ

“Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.” Çox keçmədən bu məsələnin xəbəri ətrafa yayıldı və münafiqlərdən(3) olan Neman ibn Haris Fəhri Peyğəmbərin (s) hüzuruna gələrək dedi: “Sən bizə əmr etdin ki, Allahın birliyi

səh:39


1- [1] . “Feyzul-Qədir”, c.6, səh.217 və “Əs-Səvaiq”, səh.107.
2- [2] . { سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ * لِلْکَافِرِینَ لَیسَ لَهُ دَافِعٌ * مِنَ اللَّهِ ذِی الْمَعَارِجِ } (Kafirlərdən) biri baş verəcək əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu. (O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur! (O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!
3- [3] . Bəzi rəvayətlərdə “Haris ibn Neman” və bəzilərində “Nəzr ibn Haris” kimi qeyd edilmişdir.

və sənin risalətinə şəhadət verək, biz də şəhadət verdik, sonra namaz, zəkat, oruc və cihada göstəriş verdin, onların da hamısını qəbul etdik, lakin sən bunlarla razı qalmayaraq bu cavanı (Əliyə (ə) işarə edir) özünə canişin təyin elədin və dedin ki, mən kimin mövlasıyamsa, bu Əli (ə) də onun mövlasıdır مَنْ کُنْتُ مَوْلاهُ فَعَلِیٌّ مَوْلاه Bu iş Allah tərəfindən idi, yoxsa, öz tərəfindən?” Peyğəmbər (s) buyurdu: “Ondan başqa, məbud olmayan Allaha and olsun ki, Allah tərəfindəndir.” Neman ibn Haris üzünü çevirərək dedi: “İlahi! Əgər bu sözlər doğrudursa, asimandan mənə tərəf daş yağdır.” Gözlənilmədən başına asimandan bir daş düşərək onu öldürdü və {...سَئَلَ سائلٌ بِعَذاب واقِع...} (Kafirlərdən biri baş verəcək əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu)– ayəsi nazil oldu. Yuxarıda qeyd etdiklərimiz Əbülqasim Həskaninin “Məcməul-bəyan” əsərində nəql etdiklərinə uyğundur.(1) Bu məzmunu əhli-sünnə təfsirçi və hədis ravilərinin əksəriyyəti – Qurtubi məşhur təfsirində(2), Alusi “Ruhul-məani”(3) və Əbu İshaq Sələbi kimilər də öz təfsirlərində(4) azacıq bir fərqlə – nəql etmişlər.

Əllamə Əmini “Qədir” kitabında bu rəvayəti əhli-sünnənin otuz nəfər alimindən (sənəd və sözlərini olduğu kimi) nəql etmişdir, o cümlədən: Həmyuni “Sireye Hələbi” və “Fəraidus-səmtəyn”, Şeyx Məhəmməd Zərəndi “Durrus-səmtəyn”, Şəmsəddin Şafei “Əs-Siracul-munir”, Süyuti “Şərhu camius-səğir”, Hafiz Əbu Übeyd Hərvi “Təfsiru ğəribul-Quran”, Əbu Bəkr Nəqqaş “Təfsiru şəfaus-sudur” və digərləri də öz kitablarında həmin rəvayəti qeyd etmişlər. Həzrət Əlinin (ə) fəzilətlərini xoşlamadıqları halda, bu rəvayəti qəbul edən bəzi təfsirçi və hədissöyləyənlər onun nazilolma səbəbinə müxtəlif iradlar tutmuş və həmin

səh:40


1- [1] . “Məcməul-bəyan”, c.9-10, səh.352.
2- [2] . “Qurtubu” təfsiri, c.10, səh.6757.
3- [3] . “Sələbi” təfsiri, c.29, səh.52.
4- [4] . Şibləncinin “Nurul-əbsar” kitabı, səh.71-də nəql etdiklərinə uyğundur.

iradlardan ən mühümü olan dördünü “Əl-Mənar” təfsirinin müəllifi və digərləri yuxarıdakı rəvayəti qeyd etdikdən sonra bu cür bəyan etmişlər:

Birinci irad – “Məaric” surəsi Məkki (Məkkədə nazil olan) surədir və onun Qədir-Xum hadisəsilə uyğunluğu yoxdur.

Cavab: Surənin Məkki olması onun bütün ayələrinin Məkkədə nazil olması demək deyil. Quranın bir çox surələri Məkki adlandırılaraq bütün Quranlarda Məkki kimi qeyd edilmişdir, lakin onun ayələrinin çoxu Mədinədə nazil olmuşdur və əksinə, Quranda Mədəni (Mədinədə nazil olan) surələr adı ilə qeyd edilən surələrdən bəzilərinin ayələri Məkkədə nazil olmuşdur. Misal üçün, “Ənkəbut” surəsinin Məkki olduğunu deyə bilərik. Halbuki, onun on əvvəlki ayəsinin – Təbərinin məşhur təfsirində, Qurtubinin “Qurtubi” və digər alimlərin də öz təfsirlərində dediklərinə əsasən – Mədinədə(1) nazil olduğu məlum olur. Eyni zamanda, Məkki surəsi kimi tanınan “Kəhf” surəsinin ilk yeddi ayəsi də Qurtubi və Süyutinin təfsirlərinə əsasən, Mədinədə nazil olmuşdur və s. digər hallar da mövcuddur.(2)

Beləliklə, “Mücadilə” surəsi kimi surələr də ayələri Məkki olduğu halda, məşhur nəzərə əsasən, Mədəni hesab edilmişdir, lakin bəzi təfsirçilər onun ilk on ayəsinin Məkkədə nazil olduğunu demişlər.(3) Xülasə, Quran və təfsirlərdə Məkki və ya Mədəni ünvanında qeyd edilən çoxlu sayda surələr var ki, həqiqətdə, onların ayələrindən bir qısmi digər yerdə nazil olmuşdur. Nəticədə, “Məaric” surəsinin də həmin surələrdən olmasında heç bir maneə yoxdur.

səh:41


1- [1] . “Təbəri təfsiri”, 20-ci cüz, səh.86; “Qurtubu” təfsiri, 13-cü cüz, səh.323.
2- [2] . Daha artıq məlumat əldə etmək üçün “Qədir” kitabının 1-ci cildi və səh.256-257-yə müraciət edin.
3- [3] . Razinin təfsirinə haşiyə olaraq yazılan “Əbus-Səud” təfsiri, 8-ci cüz, səh.148 və “Əssiracul-munir”, c.4, səh.310.

İkinci irad – Bu hədisdə (Qədir) Haris ibn Nemanın Əbtəhdə Peyğəmbərin (s) xidmətinə yetişdiyi qeyd edilmişdir. Biz bilirik ki, Əbtəh Məkkədə olan dərələrdən birinin adıdır. Nəticədə, Məkkə və Mədinə arasında və Qədir hədisindən sonra nazil olan ayənin onunla heç bir uyğunluğu yoxdur.

Birinci cavab: “Əbtəh” ifadəsi bütün rəvayətlərdə deyil, bəzi rəvayətlərdə mövcuddur. İkincisi, Əbtəh və Bətha yarılmış olan (kanal kimi) yerə deyilir ki, oradan sel axır, həmçinin, Mədinə və digər məntəqələrdə Əbtəh və Bətha adlanan bir çox belə yerlər vardır. Maraqlı və diqqəti cəlb edən məsələ ərəb şerləri və rəvayətlərdə bu sözlərin təkrar-təkrar işlənməsi və ona işarə edilməsidir. O cümlədən, Şahabuddin (Heys və Beys kimi də tanınır)(1) adlı məşhur şair Əhli-beytə (ə) yazdığı mərsiyədə onların qatillərinə xitab olaraq belə deyir:

مَلَکْنا فَکانَ الْعَفْوُ مِنّا سَجِیَّةً

 

فَلَمّا مَلَکْتُمْ س_الَ بِالدَّمِ أَبْطَحُ

  وَحَلَّلْتُ_مُ قَتْ_لَ الاُس_اری وَط_الَم_ا                                غَ_دَوْنا عَنِ الاَسْری نَعْفُوا ونَصْفَحُ(2)

“Biz hökmranlıq etdik (Peyğəmbərin (s) Məkkədəki qələbəsinə işarə) və bağışlamaq (Peyğəmbərin (s) ümumi əfv fərmanı) bizim fitrətimizdə və bizim xüsusiyyətimiz idi. Amma siz qələbə çaldığınızda, qan Əbtəhdən axmağa başladı və siz əsirlərin qətlini halal bildiniz, halbuki, biz əsirləri əfv edirdik.”

səh:42


1- [1] . Şairin adı Səd ibn Məhəmməd ibn Səd ibn Seyfi Təmimi, ləqəbi Şəhabuddindir və Heys və Beys kimi tanınmışdır. O, şafei fəqihlərindəndir və bir çox elmləri bilirdi, lakin ədəbiyyat və şerdə daha mahir idi. Onun nə üçün Heys və Beys kimi tanınması barədə yazırlar: “O, bir gün camaatı çətinlik və sıxıntıda olduğunu görərək م_ا لِلنّ_اسِ فِی حَیْص وَبَیْص “nə hadisə baş vermişdir ki, siz giriftarçılığa və qaçmağa üz tutmusunuz? “-deyir və elə o zamandan bu cür tanınır. O, 554, 574 və ya 577-ci ildə (hixri-qəməri) vəfat etmiş və Qüreyş qəbirsanlığında dəfn edilmişdir.” (Reyhanətul-ədəb, c.2, səh.97).
2- [2] . “Əl-Qədir”, c.1, səh.255.

Aydın məsələdir ki, Peyğəmbər (s) Əhli-beytindən olan böyük şəxsiyyətlər əksərən İraq, Kərbəla və Mədinədə qətlə yetirilmişlər və heç vaxt Məkkənin Əbtəhində qan tökülməmişdir. Əlbəttə, Əhli-bytdən (ə) bəziləri də Məkkədən iki fərsəx fasilədə olan “Fəxx” məntəqəsində şəhadət şərbətini içmişlər, halbuki, Əbtəh Məkkənin kənarında yerləşirdi.

Şairlərdən biri də şəhidlər ağası və sərvəri imam Hüseynin (ə) mərsiyəsində yazır:

وَ تَاِنُّ نَفْسی لَلرُّبُ_وعِ وَ قَدْ غَ_دا

 

بَیْتَ النَّبِیِّ مُقَطَّعُ الاَطْنابِ

بَیْتٌ لاِلِ الْمُصْطَفی فی کَرْبَلا

 

ضَرَبُوهُ بَیْنَ أَباطِح وَرَوابی

“Mən Peyğəmbərin (s), həmçinin, onun Əhli-beytinin Kərbəlada Əbtəh və təpələr kənarında qurulmuş evinin viran edilməsi və evinin xarabalıqları təsirindən nalə edirəm.”

Nəticədə, bir çox şerlərdə işlənmiş “Əbtəh” və ya “Əbateh” sözlərinin təkcə Məkkədə olan xüsusi məntəqələrə aid olmadığı anlaşılır. Bir sözlə, Əbtəh sözünün Məkkədə olan bir məntəqəyə aid olmasına baxmayaraq, onun məfhum, misdaq və nümunəsi təkcə həmin məntəqəyə şamil deyil.

c) Bu ayənin özündən əvvəl və sonrakı ayələr ilə ...?

Bəzi təfsirçilər bu ayədə gizlənən həqiqətləri görməzdən gəlmək və qəbul etməmək üçün digər üzrlər gətirir və deyirlər: “Ayənin əvvəli və sonu əhli-kitab barəsində olduğuna görə, onun vilayət, imamət və xilafət məsələlərilə heç bir münasibəti yoxdur və bu cür ikilik Quranın bəlağət və fəsahəti ilə düz gəlmir.”

Cavab: Quran ayələrinin necə toplanması və cəm edilməsi ilə tanış olan bütün kəslər onun tədricən və müxtəlif münasibətlərlə nazil olunduğunu bilirlər. Bu səbəbdən, bir sıra ayələr var ki, onun bir qismində hansısa bir döyüş, şəri hökm, münafiqlərdən, digər qismində isə möminlərdən

səh:43

söhbət açılır. Misal üçün, əgər siz “Nur” surəsinə nəzər salsanız, görərsiniz ki, o, “tövhid”, “məad” mövzularından tutmuş “zinanın cəzası”, “ifk” və “münafiqlər” məsələsinə qədər müxtəlif və digər mətləbləri əhatə edən hissələrdən ibarətdir (Quranın digər uzun surələri də haradasa, belədir) və bununla yanaşı, surənin hissələri arasında ümumi şəkildə bağlılıq və rabitə mövcuddur. Surələrdəki bu cür dəyişiklik Quranın tədricən və ehtiyac, zərurətlər və hadisələrin müxtəlifliyinə əsasən nazil olması səbəbilədir. Əslində, Quran klassik bir kitab deyil ki, əvvəlcədən müəyyən edilmiş şəkildə vahid bir mövzunu izləsin.

2. “İKMALUD-DİN” (DİNİN KAMİLLİYİ) AYƏSİ

İşarə

{...الْیوْمَ یئِسَ الَّذِینَ کَفَرُوا مِنْ دِینِکُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ الْیوْمَ أَکْمَلْتُ لَکُمْ دِینَکُمْ وَأَتْمَمْتُ عَلَیکُمْ نِعْمَتِی وَرَضِیتُ لَکُمُ الْإِسْلَامَ دِینًا...}

“Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim və sizə olan nemətimi (Məkkənin fəthi, İslamın mövqelərinin möhkəmlənməsi, cahiliyyət dövründəki zərərli adətlərin aradan qaldırılması və s.) tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim”.(1)

Bəhsə qısa bir nəzər

Bu şərif ayədə müsəlmanlar üçün ən əzəmətli hesab edilən bir gündən bəhs edilir. Elə bir gündən ki, düşmənlərin naümid olması, dinin kamilləşməsi, ilahi nemətlərin tamamlanması, Allahın razılıq və rizayəti onda baş vermişdir. Həqiqətdə, həmin gün hansı gün idi? Gələcək bəhslərimizdə bu suala cavab veriləcəkdir.

səh:44


1- [1] . “Maidə” surəsi, ayə 3.

Şərh və təfsir

Nemətlərin tamamlandığı və dinin kamil

olduğu gün

{...الْیوْمَ یئِسَ الَّذِینَ کَفَرُوا مِنْ دِینِکُمْ...}

(Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər) – Peyğəmbərin (s) besətindən o həzrətin ömürünün sonlarına qədər İslam düşmənləri və tərslik edən və təəssübkeş olan kafirlərin müxtəlif döyüşlərdə İslamla qarşı-qarşıya gəlməsi və hər dəfə məğlub olaraq gələcək döyüşlərə ümid bəsləməsinə baxmayaraq, yuxarıdakı ayənin nazil edilməsilə düşmənin bir daha məğlub olması ilə yanaşı, onun gələcək ümidlərinə də son qoyacaq hadisə baş verdi. Nəticədə, kafirlər həmişəlik olaraq dinin məhv və aradan qaldırılmasından məyus oldular.

{...فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ...}

(Onlardan qorxmayın, məndən qorxun!) – Belə bir gündə böyük qələbə və nüsrət (yardım) əldə etdiyiniz üçün, artıq kafirlər və düşmənlərinizdən qorxmayın, onlar tərəfdən sizi heç bir təhlükə və xətər gözləmir, əksinə Allahın əmr və göstərişləri ilə müxalifət etməkdən çəkinin, çünki həmin şəraitdə Allahdan üzaq düşmək və həvayi-nəfsinizdən qaynaqlanan əsl xətərlə üzləşərsiniz.

{...الْیوْمَ أَکْمَلْتُ لَکُمْ دِینَکُمْ وَأَتْمَمْتُ عَلَیکُمْ نِعْمَتِی...}

“Bu gün dininizi sizin üçün kamil etdim və sizə olan nemətimi (Məkkənin fəthi, İslamın mövqelərinin möhkəmlənməsi, cahiliyyət dövründəki zərərli adətlərin aradan qaldırılması və sair) tamamladım”. Belə əzəmətli və həddən artıq əhəmiyyət kəsb edən bir gündə baş verən hadisə münasibətilə dininiz kamil olmuş və ilahi nemətlər siz müsəlmanlar üçün tamamlanmışdır.

{...وَرَضِیتُ لَکُمُ الْإِسْلَامَ دِینًا...}

“Sizin üçün din olaraq İslamı bəyənib seçdim.” Bu günün əzəməti və baş verən hadisənin əhəmiyyəti o qədər

səh:45

böyükdür ki, Allah İslam dinini həmişəlik və əbədi bir din olaraq təsbit edərək qəbul etmişdir.

Həmin gün hansı gün idi?

Barəsində şərif ayənin bəhs etdiyi gün dörd mühüm xüsusiyyətə malikdir:

Birinci: Düşmənlərin naümid və məyus olmasına səbəb olmuşdur.

İkinci: Dinin kamil olduğu bir gündür.

Üçüncü: Allahın müsəlmanlara nemətini tamamladığı gündür.

Dördüncü: Allahın İslam dininin camaatın əbədi və həmişəlik dini olmasına razı olduğu bir gündür.

Doğrudan da, həmin dörd xüsusiyyətə malik olan gün hansı gündür? Bu sualın cavabını əldə etmək üçün iki yol vardır:

Birinci yol: Ayənin öz məzmunu barədə dərindən düşünüb-daşınmaq və onun barəsində əlimizə gəlib çatan rəvayət və hədislər haqqında alim, təfsirçi və mühəddislərin rəy və fikirlərini, eyni zamanda, digər xarici qərinələri nəzərə almadan onun barəsində mütaliə etmək.

İkinci yol: Ayəni onun nazilolma səbəbilə bağlı (şəni-nüzul) nəql edilən rəvayətlər, həmçinin, təfsirçilərin rəy və nəzərlərindən istifadə etməklə təfsir etmək.

Birinci yol: Ayəni xarici qərinələr olmadan təfsir etmək

Bu ayə Peyğəmbər (s) zamanında baş verən hansı hadisə ilə uyğundur? Sualın cavabında Fəxri Razi iki nəzəriyyəni, mərhum Təbərsi isə üçüncü bir nəzəriyyəni bəyan etmişdir. Biz Allahdan yardım diləyə və təəssübçülükdən uzaq, eynilə elmi bəhslərdə olduğu kimi, məntiq və ağıla əsaslanaraq bu üçlük təşkil edən nəzəriyyəni dünya müsəlmanlarının

səh:46

vəhdətinə zərbə dəyməyəcək şəkildə araşdırırıq.

Birinci nəzəriyyə: Fəxri Razinin ayənin təfsiri ilə əlaqədar bəyan etdiyi nəzəriyyələrdən biri ayədə işlədilmiş olan “əl-yəvm” (bu gün) sözünün öz həqiqi mənasında deyil, əksinə məcazi mənasında işləndiyini deməsidir. Belə ki, həmin söz (əl-yəvm) ayədə “dövr” və “zamandan bir müddət” mənasındadır, nəinki, “zamanın qısa bir hissəsi” mənasında. Bu nəzəriyyəyə əsasən, ayə xüsusi bir gün və hadisə ilə bağlı deyil, əzəmətli İslam dövrünün başlanması və kafirlərin naümid və məyus olacaqları günün yetişməsindən xəbər verir. Eyni zamanda, “yəvm” sözünün məcazi mənada işlənməsi camaat arasında daha məşhurdur. Misal üçün, bir nəfərin “dünən cavan idim, bu gün isə qocalmışam” – deməsinə bənzəyir, yəni həqiqətdə, “cavanlıq dövrü keçmiş və qocalıq dövrü yetişmişdir” mənasını verir.

Amma bu nəzəriyyəyə cavab çox aydındır. Məcazi və qeyri-həqiqi məna məlum və aşkar bir qərinəyə ehtiyaclıdır. Fəxri Razi bu məcazi olan mənaya hansı aşkar qərinəni təqdim edir?

İkinci nəzəriyyə: Ayədəki “əl-yəvm” (bu gün) sözünün həqiqi, xüsusi və müəyyən bir mənası var və həmin gün Ərəfə günü – Zilqədə ayının səkkizidir. Ərəfə günü “Həccətül-vida” və İslam Peyğəmbərinin (s) son həcc səfəridir ki, hicrətin onuncu ilində baş vermişdir.

Bu nəzəriyyə də qane edici və qənaətbəxş deyil. Görəsən, hicrətin səkkiz və doqquzuncu ilindəki Ərəfə gününün hicrətin onuncu ilindəki Ərəfə günü ilə nə fərqi vardı ki, onu digərlərindən ayırırdı? Əgər onda əzəmətli bir hadisə baş verməmişdirsə, nə üçün o, belə əhəmiyyətli bir gün olaraq xatırlanır? Bir sözlə, bu nəzəriyyə də sağlam, təəssüb və hissiyyatdan uzaq olan əqlə uyğun gəlmir və qəbul ediləsi deyil. Nəticədə, Fəxri Razinin iki nəzəriyyəsinin heç biri ayənin batinində gizlənmiş olan

səh:47

sirri aşmaq üçün kifayət eləmir.

Üçüncü nəzəriyyə: Şiənin savadlı və böyük təfsirçilərindən biri mərhum Təbərsi Fəxri Razinin iki nəzəriyyəsini nəql və onu rədd etdikdən sonra, həmin ayə barədə bütün şiə alim və təfsirçilərinin qəbul etdiyi Əhli-beytin (ə) təfsirini nəql edir. Bu nəzəriyyənin tərəfdarları kafir və İslam düşmənlərinin naümid və məyus olması, ilahi razılığın cəlb edilməsi, din və nemətlərin tamamlanmasına səbəb olan həmin günün hicrətin onuncu ilindəki Zilhəccənin on səkkizinci günü – Qədir-Xum hadisəsi (bayramı) olması fikrindədirlər. Həmin gündə Peyğəmbər (s) ilahi fərmanı yerinə yetirərək Əli ibn Əbutalibi (ə) vilayətə təyin etdi və o həzrətin xəlifəliyini bütün müsəlmanlara elan elədi.

Sual: Görəsən, bu nəzəriyyə ayənin məna və məzmunu ilə uyğun gəlirmi?

Cavab: Əgər insaf və ədalətlə qəzavət etsək, görərik ki, bu şərif ayə Qədir hadisəsilə tamamilə uyğundur, çünki:

Birincisi: İslam düşmənləri planlarının alt-üst olması, döyüşlərdə məğlubiyyət və təfriqə salmalardan, xülasə, İslamı aradan aparmaq üçün etdikləri bütün təlaşlardan sonra, təkcə bir şeyə – Peyğəmbərin (s) dünyadan getməsinə və o həzrətin vəfatından sonra, oğlunun yoxluğu səbəbilə canişini olmayacağına və indiyə qədər də kimi isə rəsmi olaraq canişin ünvanında təyin etməməsinə və bu yolla öz arzularına çataraq İslama sonuncu zərbələrini vuracaqlarına bel bağlayırdılar. Amma hicrətin onuncu ili Zilhəccənin on səkkizində həzrət Peyğəmbərin (s) Qədir-Xum səhrasında və müsəlmanların indiyə qədər müşahidə olunmamış cəmiyyəti arasında İslam dünyasının ən üstün, ən güclü və məlumatlı fərdini özündən sonra canişin seçdiyini gördükləri zaman, öz arzularının puç olduğunu başa düşərək İslamın məhv edilməsi üçün son ümid qapısının üzlərinə bağlandığını anladılar və naümid oldular.

İkincisi: İmam Əlinin (ə) seçilməsi ilə nübuvvət məsələsi

səh:48

sona yetmədi, əksinə özünün təkamül yolunu davam etdirdi. Nəticədə, imamət nübuvvətin təkmilləşdiricisi və dinin kamilliyinə səbəbdir. Beləliklə, Allah Peyğəmbərdən (s) sonra ən üstün, elmli və məlumatlı şəxsi “müsəlmanların xəlifəsi” ünvanında təyin etməklə öz dinini kamilləşdirdi.

Üçüncüsü: İlahi nemətlər Peyğəmbərdən (s) sonra imam və rəhbərin təyin edilməsilə tamamlandı.

Dördüncüsü: Şübhəsiz, İslam dini imamət və rəhbərin təyin olunmaması ilə bütün dünyaya yaılan sonuncu din ünvanında mövcud ola bilməzdi, çünki sonuncu din bütün zamanlarda insanların ehtiyyaclarına cavab verməli idi və bu, təkcə hər bir zamanda var olan məsum imamın varlığı ilə reallığa çevrilə bilərdi. Nəticədə, ayənin “Qədir” hədisi ilə bağlı təfsir edilməsi, həqiqətdə, qəbul oluna bilən yeganə təfsirdir.

“Dinin kamilliyi”ndə məqsəd nədir?

Ayənin bu qisminin {...الْیَوْمَ أَکْمَلْتُ لَکُمْ دِینَکُم...} (bu gün sizin üçün dininizi kamil etdim) təfsiri barədə də üç nəzəriyyə mövcuddur:

1. Dində məqsəd “qanunlar”dır, yəni həmin gündə İslamın qanunları kamilləşdi və bundan sonra İslamda qanunla əlaqədar bir boşluq olmayacaq.

Amma bu nəzəriyyəyə cavab olaraq belə bir sual bəyan edilir ki, görəsən, həmin gündə ilahi qanunların təkmilləşməsi üçün hansı mühüm qanun və hadisə baş vermişdir (bu suala cavab ayənin aydınlaşması üçün həlledicidir)?

2. Bəziləri ayədəki “din” sözünün “həcc” mənasında olmasına etiqadlıdırlar, yəni həmin əzəmətli bir gündə Allah sizin həccinizi kamil etdi.

Görəsən, “din” sözü lüğətdə, doğrudan da, “həcc” mənasındadırmı? Yoxsa, din – etiqad və əməllərin toplusu,

səh:49

həcc isə onun bir hissəsidir? Aydın məsələdir ki, ikinci ehtimal düzgündür. Beləliklə, “din” sözünü “həcc” mənasına təfsir etmək üçün heç bir dəlil yoxdur.

3. Ayənin məzmununun həqiqəti, dinin kamilləşməsi və nemətlərin tamamlanması həmin gündə Allahın müsəlmanları düşmənə qalib edərək onların şərrini müsəlmanların başı üzərindən uzaqlaşdırmasında idi. Görəsən, bu söz doğrudurmu?! Hansı düşmən məğlub və məyus olmuşdu? Ərəb müşrikləri hicrətin səkkizinci ilində Məkkənin fəthi ilə müsəlmanlara təslim olmuşdular. İllərlə əvvəl müsəlmanlarla müharibə edən Mədinə və Xeybər yəhudiləri, Bəni-Nəzir, Bəni-Qüreyzə, Bəni-Qəynəqa qəbilələri “Xeybər” və “Əhzab” döyüşlərində məğlubiyyəti qəbul etmiş və ya İslam hökumətinin sərhədlərindən kənara çıxaraq hicrət etmişdilər. Məsihilər də müsəlmanlarla sülh müqaviləsi imzalamışdılar. Nəticədə, bütün İslam düşmənləri hicrətin onuncu ilindən qabaq təslim olmuş idilər. Bununla belə, ən təhlükəli düşmən olan və xəncəri arxadan saplayan münafiqlərin təhlükəsi hələ də qalmaqda idi. Amma necə oldu ki, onlar məğlub və məyus oldular? Bu sual da birinci nəzəriyyədə verilən sual kimidir və nəzəriyyənin müəllifləri tərəfindən hələ də cavablandırılmamışdır.

Amma şiə alimlərinin təfsiri – xatırlatdığımız kimi – bütün bu suallara cavab verərək ayəyə xüsusi bir aydınlıq gətirir. Bəli, Qədir-Xum hadisəsi və Əmirəl-Mömininin (ə) “canişinlik” və “vilayət” məsələsi bu ayə üçün ən yaxşı və yeganə düzgün təfsirdir. Nəticədə, bu hadisə ilə münafiqlərin üzərinə məyusluq kölkəsi çökdü və onların ümidləri puç oldu.

Fəxri Razinin maraqlı bir etirafı

Əhli-sünnənin savadlı və məşhur təfsirçisi Fəxri Razi deyir:

səh:50

قال اصحاب الآثار انّه لمّا نزلت هذه الایة علی النّبی| لم یعمر بعد نزولها الاّ احداً و ثمانین یوماً او اثنین و ثمانین یوماً و لم یحصل فی الشّریعة بعدها زیادة ولا نسخ ولا تبدیل البتّة

“Tarixçi və hədis söyləyənlər (mühəddislər) bu ayənin nazil olmasından sonra İslam Peyğəmbərinin səksən bir və ya səksən iki gündən artıq (hətta, üç ay belə çəkmədi) yaşamadığı barədə fikir birliyinə malikdirlər. Həmin müdət ərzində (üç aydan az bir vaxtda) İslamın hökmlərinə nə bir şey əlavə edildi, nə də ondan azaldıldı (nəsx edilmədi).(1) Beləliklə, qanun təyinedilməsi sona çatdı.”(2)

Fəxri Razinin dediklərinə uyğun olaraq, bu ayə rəhmət Peyğəmbərinin (s) kədərli vəfatından səksən bir və ya səksən iki gün əvvəl nazil edilmişdi. Deyilənləri diqqətə alaraq ayənin hansı zamanda nazil edildiyini hesablamaq olar. Bu mətləbin aydınlaşması üçün Peyğəmbərin (s) vəfat etdiyi tarixi bilmək lazımdır və əhli-sünnə Peyğəmbərin (s) Rəbiül-əvvəlin on ikisində dünyaya gəldiyinə və elə həmin gündə də (Rəbiül-əvvəlin on ikisində) vəfat etdiynə etiqadlıdır.

Əlbəttə, şiə alimləri arasında bu nəzəriyyənin tərəfdarları

səh:51


1- [1] . Bu günlərdə məlumatsız və qərəzli olanlar tərəfindən müxtəlif şübhələr bəyan edilir. Həmin şübhələrdən biri İslamın malik olduqlarına nisbətdə heç də məhdud olmadığı və düşünmək və təfəkkür etməklə ona əlavə qanun və mətləblərin əlavə edilməsidir. Əgər İslam Peyğəmbəri (s) daha artıq yaşasaydı, digər qanunlar da vəhy qəlibində o həzrətə nazil olacaqdı. Nəticədə, İslam kamil bir din deyil və onu təkmilləşdirmək lazımdır. Cavab: Fəxri Razinin cümlələrində qeyd edilənlərə əsasən, bu şübhəyə cavab aydınlaşır. Əgər belə olsaydı, Peyğəmbərin (s) dinin kamilliyi ilə bağlı ayənin nazilindən sonra yaşadığı son səksən iki gün müddətində o həzrətə ayə və qanunlar nazil edilməli idi. Nəticədə, heç bir ayənin o həzrətə nazil olmamasından deyilməli olan bütün məsələlərin deyildiyi və əgər o həzrət bundan sonra da yaşamış olsaydı belə, İslama heç bir qanun əlavə edilməyəcəyini anlamaq mümkündür. İslamla kifayət qədər tanışlığa malik olmayan bəzi kəslərin belə nəzərlər irəli sürməsindən təəssüfləndiyimizi bildirməliyik. Nə üçün bəzi məsələlərdə nəzər söyləmək üçün ixtisasa malik olmağın zəruriliyini qəbul edirlər, amma dinlə bağlı məsələlərdə isə mütəxəssis olmadığı halda, yerindən duran hər kəs nəzər bildirir?
2- [2] . “Ət-Təfsirul-kəbir”, c.11, səh.139.

vardır, şiə arasındakı məşhur nəzərə əsasən, o həzrətin doğulduğu tarixin Rəbiül-əvvəlin on yeddisi olmasına baxmayaraq, mərhum Kuleyni Peyğəmbərin (s) vəfatının Rəbiül-əvvəlin on ikisində olması fikrindədir.(1) Rəbiül-əvvəldən səksən bir və ya səksən iki gün geriyə qayıtmalıyıq. Bir-birinin ardınva olan üç ayın (təqvimdə ərəb ayı ilə) nə otuz gün, nə də iyirmi doqquz gün olmadığına diqqət etməli və iki ayı otuz gün, bir ayı isə iyirmi doqquz günlə, yaxud iki ayı iyirmi doqquz gün və bir ayı otuz günlə hesablamalıyıq. Əgər Məhərrəm və Səfər ayını iyirmi doqquz günlə hesablasaq, birlikdə əlli səkkiz gün edəcək və on iki gün əlavə etməklə Rəbiül-əvvəl ayı yetmiş günə çatacaq.

Həmçinin, Zilhəccə ayını otuz gün hesablamalı olduğumuzu nəzərə alsaq, on iki gün geri qayıtmalıyıq ki, səksən iki gün etsin və Zilhəccədən on iki gün azaltmaqla, bu ayın on səkkizinə – Qədir-Xum hadisəsi baş verən günə yetişəcəyik. Əhli-sünnə alimlərinin nəzəriyyəsinə uyğun olan bu hesablamalara əsasən, ayə Qədir hadisəsinə aiddir, nəinki, Ərəfə gününə. Əgər meyar və ölçünü səksən bir gün belə müəyyən etsək, Qədir hadisəsindən sonrakı günə uyğun gələcək və Ərəfə günü ilə onun fasiləsi həddən artıq çox olacaq ki, ayə ilə heç bir münasibətə malik deyil. Əgər Məhərrəm və Səfər aylıarının hər ikisini otuz günlə, Zilhəccə ayını isə iyirmi doqquz günlə hesablasaq, səksən iki günə uyğun olaraq Zilhəccənin on doqquzu və səksən bir günə uyğun olaraq Zilhəccənin iyirmisi və ayənin nazil olduğu günə təsadüf edəcək, yəni ayə Qədir hadisəsinin baş verməsi və həzrət Əlinin (ə) canişin seçilməsindən ya bir, ya da iki gün sonra nazil olmuşdur ki, həmin əhəmiyyətli hadisə ilə əlaqədardır və Ərəfə günü ilə heç bir rabitəsi

səh:52


1- [1] . “Üsuli-kafi” kitabının tərcüməsi, c.2, səh.323 (kitabul-höccət, əbvabut-tarix, məvlidun-nəbi bölməsi).

yoxdur. Nəticədə, ayənin həzrət Əmirəl-Möminin Əlinin (ə) imamət və canişinliyi ilə bağlı nazil olduğunu göstərən müxtəlif qərinələrin olması aydın olacaq.

Sual: “Maidə” surəsinin üçüncü ayəsinin əvvəlində haram ətlərdən(1), ayənin sonunda isə onun hökmü(2), məcburiyyət və iztirari hallardan danışılır və bu iki mətləbin ortasında “imamət” və “vilayət” məsələsindən bəhs edilir. Belə olan halda, Peyğəmbərin (s) canişini, “imamət” və “vilayət” məsələsi ilə haram ətlər, iztirari və zəruri vəziyyətlərdə onların hökmü arasında hansı münasibət və bağlılıq mövcuddur? Görəsən, bunun özü ayə barədə bəhs edilən cümlələrin “vilayət” məsələsi ilə irtibatının olmadığına və onun (ayənin) başqa bir mətləbi izlədiyinə dəlil və şahid deyilmi?

Cavab: Quran ayələri klassik bir kitab şəkilində tənzimlənməmiş, əksinə Peyğəmbərin (s) göstərişi ilə nazil oduğu kimi (bəzən dəyişiklik və yerbəyer olunma ilə) yazılmışdır.

Ola bilsin ki, barəsində bəhs edilən ayənin əvvəli Qədir hadisəsindən qabaq Peyğəmbərə (s) haram ətlər barəsində verilən suallara görə və bir müddət sonra da Qədir hadisəsi baş

səh:53


1- [1] . Xatırladılan ayənin əvvəli belədir: { حُرِّمَتْ عَلَیکُمُ الْمَیتَةُ وَالدَّمُ وَلَحْمُ الْخِنْزِیرِ وَمَا أُهِلَّ لِغَیرِ اللَّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّیةُ وَالنَّطِیحَةُ وَمَا أَکَلَ السَّبُعُ إِلَّا مَا ذَکَّیتُمْ وَمَا ذُبِحَ عَلَی النُّصُبِ وَأَنْ تَسْتَقْسِمُوا بِالْأَزْلَامِ ذَلِکُمْ فِسْقٌ... } Ölmüş heyvanın əti, qan, donuz əti və Allahdan başqasının adı çəkilərək kəsilən, boğulan və buynuzlu heyvanların vurub öldürdüyü, hündürlükdən düşüb ölən və yırtıcı heyvanların ovlayaraq parçaladıqları (can verməmişdən qabaq başı şəriətə uyğun olaraq kəsilənlər istisnadır) və ya bütlərə qurban edilərək kəsilən heyvanların əti haramdır. Eyni zamanda, fal və qumar alətləri ilə heyvanların ətlərinin bölüşdürülməsi də günahdır.
2- [2] . Bəhs edilən ayənin sonuncu hissəsi isə aşağıdakı kimidir: { ...فَمَنِ اضْطُرَّ فِی مَخْمَصَةٍ غَیرَ مُتَجَانِفٍ لِإِثْمٍ فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِیمٌ } Amma günaha meyl olmadan və əlləri digər halal yeməklərə çatmayan və ac olan kəslərin ehtiyyacları miqdarda haram ətlərdən yeməsində heç bir maneə yoxdur. Allah bağışlayan və mehribandır.

verdiyi üçün onun barəsində nazil edilmiş və vəhy katibləri də ayəni həmin tərtiblə haram ətlərin hökmünün ardınca yazmış olsun. Daha sonra məcburiyyət və iztirari hallar meydana çıxmış və onun hökmü nazil edildikdən sonra, ayənin ortasında yerləşən Qədir hadisəsinin ardınca yazılmışdır. Həmin məsələrə diqqət etməklə, ayələrin bir-birinə nisbətdə xüsusi münasibətə malik olması zəruri deyil. Bu məsələni nəzərə aldıqda, Quranın ayələri barəsindəki bəyan edilən irad və şübhələrin çoxu həll edilərək aradan qalxır.

Digər bir sual: Əvvəlki bəhslərdə “Maidə” surəsinin üçüncü ayəsinin Peyğəmbərə (s) nazil olan sonuncu ayə olduğu və bu ayənin nazil edilməsilə dinin kamilləşdiyi və Peyğəmbərə (s) zəruri olan bütün qanun və göstərişlərin tamamilə bəyan edildiyi bildirildi. Əgər məsələ belədirsə, bəs onda, nə üçün həmin ayə barəsində “məcburiyyət və iztirari halla bağlı” hökm bəyan olunur? Əgər “İkmalud-din” ayəsi sonuncu, həmçinin, din və qanunların kamilləşməsini bildirən ayədirsə, bəs, ondan sonra nazil edilən yeni qanun nədir?

Cavab: Bu irada iki cür cavab vermək olar:

Birinci cavab: Aclıq və qıtlıqla bağlı olaraq nazil edilən məcburiyyət və iztirari məsələ yeni və təzə bir hökm deyil, əksinə üzərində təkid edilən bir hökmdür. Belə ki, həmin hökm yuxarıdakı ayədən qabaq Quranın üç ayəsində nazil edilmişdir:

A) Məkki surələrdən olan “Ənam” surəsinin 145-ci ayəsində:

{قُلْ لَا أَجِدُ فِی مَا أُوحِی إِلَی مُحَرَّمًا عَلَی طَاعِمٍ یطْعَمُهُ إِلَّا أَنْ یکُونَ مَیتَةً أَوْ دَمًا مَسْفُوحًا أَوْ لَحْمَ خِنْزِیرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَیرِ اللَّهِ بِهِ فَمَنِ اضْطُرَّ غَیرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ رَبَّکَ غَفُورٌ رَحِیمٌ}

“(Ya Rəsulum!) De: Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü hüyvan, axar qan, dönuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir

səh:54

kəsin yediyi yeməklər içərisində haram buyururlan bir şey görmürəm. Bununla yanaşı, kimsə məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyyacını ödəyəcək qədər bunlardan yesə, Allah ona cəza verməz, çünki sənin rəbbin, həqiqətən, bağışlayan və mehribandır”. Diqqət etdiyiniz kimi, bu ayə Peyğəmbərin (s) Mədinəyə hicrətindən qabaq nazil olmuş və məcburiyyət hökmünü bildirməkdədir.

B) Bir qismi Məkkədə, bir qismi isə Mədinədə nazil olan “Nəhl” surəsinin 115-ci ayəsində belə buyurulur:

{إِنَّمَا حَرَّمَ عَلَیکُمُ الْمَیتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنْزِیرِ وَمَا أُهِلَّ لِغَیرِ اللَّهِ بِهِ فَمَنِ اضْطُرَّ غَیرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِیمٌ}

“Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur. (Özgənin malına əl uzatmamaq şərtilə) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini) bağışlayan, rəhm edəndir”.

Barəsində bəhs edilən yuxarıdakı ayədən əvvəl nazil olan bu ayədə də məcburiyyətlə bağlı hökm qeyd edilmişdir.

C) Hicrətin əvvəllərində Peyğəmbərə (s) Mədinədə nazil olan “Bəqərə” surəsinin 173-cü ayəsində də məcburiyyətlə bağlı hökm qeyd edilmişdir və yuxarıdakı ayə ilə eyni və oxşar olduğundan (əlbəttə, azacıq fərqə malikdir), biz onun təkrarından daşınırıq. Əldə edilən nəticə həmin hökmün üç ayədə gəlməsi(1) və bəhs edilən ayədə həmin hökmün yeni bir

səh:55


1- [1] . İztirar və məcburiyyətlə bağlı olan dörd ayənin məzmunu insanın məcburiyyət və ya canının sağlamlığını qoruması səbəbilə qadağan edilmiş ətlərdən ehtiyyacı miqdarında (nəinki artıq) istifadə edə bilməsidir. Əlbəttə, bu hökmün bizim dövr və əsrimizdə çox az nümunə və misdaqı vardır, amma xarici səfərlərdə və şəriətə uyğun olaraq kəsilmiş ət tapmadıqda gerçəkləşir. Nəticədə, belə ölkələrə səfər edən kəslər əgər ət və protein məhsulla rından istifadə etmədikləri təqdirdə sağlamlıqları təhlükə və xətərə düşəcəksə, məcburiyyət və iztirar səbəbilə onlara təhlükə aradan qalxsın deyə, ehtiyyacları miqdarda həmin məhsullardan istifadə etməyə icazə verilir. Fəqət ehtiyyacları miqdarda istifadə etmələrinə icazə verildiyinə bir daha təkid edirik.

hökm olmadığı və “İkmalud-din” ayəsi ilə heç bir ziddiyyət təşkil etməməsidir. Eyni zamanda, Peyğəmbəri-Əkrəmə (s) bu ayədən sonra yeni bir qanun nazil olmamışdır.

İkinci cavab: Quranın ayələri nazilolunma tərtibi ilə toplanmamışdır, əksinə Peyğəmbərin (s) göstərişinə uyğun olaraq xüsusi üsluba əsasən yazılmışdır.

Misal üçün, “Maidə” surəsinin 67-ci ayəsinin... {یا أَیهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَیکَ مِنْ رَبِّکَ...} hökmən, bəhs etdiyimiz ayədən (“Maidə” surəsinin 3-cü ayəsi) qabaq nazil edilmişdir, amma yazılarkən həmin ayədən sonra yazılmışdır. Beləliklə, məcburiyyətlə bağlı hökmün “İkmalud-din” ayəsindən əvvəl nazil olmasında və yazılarkən ondan sonra yazılmasında heç bir maneə yoxdur.

İkinci yol: Ayənin rəvayətlər sayəsində təfsir edilməsi

Bu ayənin nazilolma səbəbi barəsində əlimizə gəlib çatan hədis və rəvayətlər həddindən çoxdur. Mərhum Əllamə Əmini “Əl-Qədir”(1) adlı dəyərli və misilsiz kitabında Qədir hadisəsi barədə geniş şəkildə söhbət açmışdır. O, tədqiqat əsəri olan bu kitabında Qədir hədisini Peyğəmbərin (s) yüz on səhabəsindən, bundan əlavə, səksən nəfər “tabeindən”(2) həmin dəyərli hədisi nəql etmişdir. Eyni zamanda, bu əsərin qüdrətli

səh:56


1- [1] . “Əl-Qədir” kitabının mövzusu ilə bağlı “Əbqatul-ənvar”, “Əl-müracat”, “Ehqaqul-həqq” və s kimi digər kitablar yazılmasına baxmayaraq, həmin kitablar “Əl-Qədir” kitabının yerini vermir. Çünki mərhum Əllamə Əmini rəvayət barədə daha dəqiq və münəzzəm olaraq bəhs edir.
2- [2] . “Səhabə” ilə “tabein”in fərqi səhabələrin Peyğəmbərin (s) həyatı dövründə yaşayaraq onu ziyarət etmiş olmaları, tabeinin isə o həzrətin yaşadığı dövrdə olmadıqları və onun ziyarət və görüşünə yetişmədikləri, amma o həzrətin səhabələri dövründə yaşayaraq onları (səhabələri) görmələrindədir.

müəllifi bənzərsiz və indiyə qədər görünməmiş Qədir hadisəsi barəsindəki hədisləri bir qismi əhli-sünnə və bir qismi də şiəyə məxsus olan üç yüz altmış müxtəlif kitabdan nəql etmişdir. Diqqət olunası məsələ onun Qədir hadisəsi ilə bağlı nəql etdiyi rəvayətlərin hamısının təkcə bizim bəhsə aid olmamasıdır, amma bu ayənin nazil olunması ilə bağlı bəhs etdiyi rəvayət bizim bəhslə əlaqəlidir. Həqiqətdə, həmin rəvayətlərin sayı heç də az deyil və Əllamə Əmininin öz kitabında nəql etdiyi həmin rəvayətlər on altı dənədir.(1)

Bu rəvayətlərin bəzilərinə diqqət edin:

1. Əhli-sünnə alimlərindən olub Misirdə yaşayamış və əhli-sünnə arasında mötəbər şəxs hesab edilən Süyuti aşağıdakı rəvayəti öz kitabında nəql etmişdir:

لَمّا نَصَبَ رَسُولُ اللهِ| عَلِیّاً× یَوْمَ غَدیرِ خُمٍّ فَنادی لَهُ بِالْوِلایَةِ، هَبَطَ جِبْرَئیلُ بِهذِهِ الاْیَةِ: اَلْیَوْمَ اَکْمَلْتُ لَکُمْ دینَکُمْ

“İslam Peyğəmbəri (s) Qədir-Xum günündə həzrət Əlini (ə) öz canişini təyin və onun vilayətini möminlərə elan etdiyi zaman, Cəbrayıl nazil oldu və yuxarıdakı ayəni Peyğəmbərə (s) gətirdi”.(2) Əhli-sünnədən nəql edilən bu rəvayətə uyğun olaraq, “əl-yəvm” sözündə məqsəd Qədir-Xum günüdür və bəhs etdiyimiz ayə Əmirəl-Mömininin (ə) vilayət və xilafəti barədə nazil olmuşdur.

2. Həmin sünni alimi əhli-sünnə nəzərində qəbul edilən Əbu Hüreyrədən digər bir rəvayəti də nəql edir. Əbu Hüreyrə bu rəvayətə uyğun olaraq deyir:

لَمّ_ا کان یَوْمَ غَدیرِ خُمٍّ وَهُوَ یَوْمُ ثَمانی عَشَرَ مِنْ ذِی الْحَجَّةِ، قالَ النَّبِیُّ|: مَنْ کُنْتُ مَوْلاهُ فَهذا عَلِیٌّ مَوْلاهُ، فَاَنْزَلَ اللهُ: اَلْیَوْمَ أَکْمَلْتُ لَکُمْ دینَکُمْ و... .(3)

“Zilhəccənin on səkkizi – Qədir-Xum günü yetişdiyi zaman, Peyğəmbər (s) buyurdu: “Mən kimin mövlasıyamsa, bu Əli (yəni, digər Əli deyil, Əli ibn

səh:57


1- [1] . “Əl-Qədir fi kitab vəs-sünnəh vəl ədəb”, c.1, səh.230.
2- [2] . “Əd-Durrul-mənsur”, c.2, səh.259.
3- [3] . “Əd-Durrul-mənsur”, c.2, səh.259.

Əbutalib) də onun mövlasıdır”. Daha sonra “İkmalud-din” ayəsi nazil oldu”. Bu rəvayət də barəsində bəhs etdiyimiz məsələyə aşkarcasına dəlalət edir.

3. Beşinci əsrdə(1) yaşamış digər əhli-sünnə alimi Xətib Bağdadi özünün “Bağdad tarixi” adlı kitabında Əbu Hüreyrəyə istinadən belə nəql edir:

قالَ رَسُولُ الله|: مَنْ ص_امَ یَوْمَ ثَم_انَ عَشَرَةَ مِنْ ذِی الْحَجَّةِ کُتِبَ لَهُ صِی_امُ سِتّینَ شَهْراً وَهُوَ یَوْمُ غَدیرِ خُمٍّ لَمّ_ا أَخَذَ النَّبِیُّ| بِیَدِ عَلِیِّ بْنِ أَبی ط_الِب فَقالَ: أَلَسْتُ وَلِیَّ الْمُؤْمِنِینَ ق_الُوا: بَلی ی_ا رَسُولَ اللهِ، ق_الَ|: مَنْ کُنْتُ مَوْلاهُ،عَلِیٌّ مَوْلاهُ فَق_الَ عُمَرُ بْنُ خَطّاب: بَخّ بَخّ لَکَ یَابْنَ أَبی طالِب أَصْبَحْتَ مَوْلایَ وَمَوْلای کُلِّ مُؤْمِن وَمُؤْمِنَة، فَأَنْزَلَ اللهُ الْیَوْمَ أَکْمَلْتُ لَکُمْ دِینَکُمْ... .(2)

“Peyğəmbər (s) buyurdu: “Zilhəccənin on səkkizinci günü kimi oruc tutsa, ona altmış ayın orucunun savabı yazılar”.(3) Həmin gün Qədir-Xum gündür və Peyğəmbər (s) həzrət Əlinin (ə) əlindən tutaraq camaata dedi ki, mən müsəlman və möminlərə onların özündən övla və üstün deyiləmmi? Hamı “bəli” – deyə cavab verdi. Peyğəmbər (s) bu iqraretmə və təsdiqi onlardan eşitdikdən sonra dedi: “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır.” Ömər ibn Xəttab(4) təbrik demək üçün həzrət Əlinin (s) yanına gəldi və dedi ki, ey Əbu Talibin oğlu, bu məqam və fəzilət sənə mübarək olsun. Sən mənim və bütün

səh:58


1- [1] . Hicri beşinci əsrdə Qədir hədisinə nisbətdə daha artıq diqqət göstərilmiş və bu zəminədə çoxlu sayda kitablar qələmə alınmışdır.
2- [2] . “Bağdad tarixi”, c.8, səh.290.
3- [3] . Aydın məsələdir ki, Zilhəccənin on səkkizinci günü oruc tutmaq vilayət nemətinə şükr etmək üçündür və fəziləti o qədərdir ki, onun savabı altmış ayın orucuna bərabərdir. Bunun özü həmin mühüm hadisəyə digər bir dəlildir, əgər belə olmasaydı, o günün orucu üçün belə savab nəzərdə tutulmazdı.
4- [4] . İnsanların vilayət yolundan çıxaraq azmasının əsasını qoyanlardan biri olan Ömər ibn Xəttabın Qədir hadisəsindəki “vəli” sözündən “rəhbər” mənasını anlaması çox təəccüblüdür. O, “sən mənim və bütün müsəlmanların rəhbəri seçildin” – deyir. Yoxsa ki, Əlinin (ə) Ömər və digər müsəlmanlarla dostluğu məsələsi heç də yeni bir məsələ deyildi. Amma bununla belə, Ömərin tərəfdarları və hətta, Ömərdən də elmli və savadlı olan alimlər müxtəlif əsrlər boyu həmin sözün mənasını təəssübkeşlik və tərslik üzündən başqa bir mənaya təfsir etmişlər.

müsəlmanların mövla və rəhbəri seçildin. Daha sonra Allah-taala {...الْیوْمَ أَکْمَلْتُ لَکُمْ دِینَکُمْ...} ayəsini nazil etdi”.

4. Beşinci əsrdəki əhli-sünnə alimlərindən olan Hakim Həskani də bu zəminədə açıq-aşkar bir rəvayəti öz kitabında qeyd etmişdir ki, biz kitabda ixtisarı gözləmək səbəbilə onu nəql etməkdən daşınırıq.(1)

5. Hafiz Əbu Nəim İsfahani “Ma nəzələ minəl Quran fi Əli (ə)” adlı kitabında Peyğəmbərin (s) məşhur səhabələrindən olan Əbu Səid Xudridən nəql edir ki, Peyğəmbər (s) Əlini (ə) Qədir-Xumda xəlifə və vəli ünvanında camaata tanıtdırdı və hələ onlar bir-birlərindən ayrılmamış {...الْیوْمَ أَکْمَلْتُ لَکُمْ دِینَکُمْ...} ayəsi nazil edildi və həmin vaxt o həzrət buyurdu:

اَللهُ اَکْبَرُ عَلی اِکْمالِ الدّینِ وَ اِتْمامِ الِنّعْمَةِ وَرِضَی الرَّبِّ بِرِسالَتی وَ بِالْوِلایَةِ لِعَلِیٍّ× مِنْ بَعْدی، ثُمَّ قالَ: مَنْ کُنْتُ مَوْلاهُ فَعِلیٌّ مَوْلاهُ، اَللّهُمَّ والِ مَنْ والاهُ وَ عادِ مَنْ عاداهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَهُ(2)

“Dinini kamilləşdirərək nemətini tamamlayan, mənim risalətim və məndən sonra Əlinin (ə) vilayətinə razı olan Allah böyükdür. O həzrət daha sonra buyurur: “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. İlahi! Onu sevəni sev, ona düşmən olanla düşmən ol. Ona kömək edənə yardım et və yardımını əsirgəyəndən öz köməyini əsirgə””.

Xatırladılan (və ixtisara riayət etmək səbəbilə qeyd edilməyən) rəvayətdən açıq-aşkar əldə olunan nəticə “İkmalud-din” ayəsinin Qədir hadisəsi ilə əlaqədar nazil edilməsi və Əmirəl-Mömininin (ə) imamət, xilafət və vilayəti ilə bağlı olmasıdır.

Alusidən təəccüb doğuracaq sözlər

Bu şərif ayə ilə bağlı aşkar qərinələrin (onların şərhini verdik) olmasına və sünni və şiədən çoxlu sayda rəvayətlərin

səh:59


1- [1] . “Şəvahidut-tənzil”, c.1, səh.157.
2- [2] . “Təfsire-nümunə”, c.4, səh.266.

nəql edilməsinə baxmayaraq, bəzi kəslər tərslik və təəssübçülüyün təsiri ilə həmin məsələlərə göz yumaraq onu öz istəklərinə uyğun şəkildə təfsir etmiş və məntiqi bəhsdən xaric olmuşlar. O cümlədən, həmin kəslərdən biri əhli-sünnənin tanınmış alim və təfsirçisi, həmçinin, geniş şərhlər yazılan “Ruhul-məani” təfsirinin müəllifi Alusidir. O, “Maidə” surəsinin 67-ci ayəsinin təfsir və şərhində Qədir hadisəsinə yetişdiyi zaman deyir: “İbn Cərir Təbəri – əhli-sünnənin tanınmış tarixçisi Qədir hədisləri ilə bağlı iki cildlik kitab yazmışdır. Sonra Alusi (həmin kitabı nəzərə almadan və ondakı rəvayətləri tədqiq edib araşdırmadan rahatlıqla) deyir: “Bu iki kitabda səhih və zəif olan hədislər bir-birinə qarışdırılmışdır”. Daha sonra ibn Əsakirin Qədir hədisləri və xütbələri ilə əlaqədar çoxlu hədis nəql etmədiyinə toxunur və qeyd edir ki, biz təkcə onun hədislərini qəbul edirik və həmin hədislərdə də Əlinin (ə) xilafətindən danışılmır.(1) Bu sözlər insaflı olan hər bir şəxsdə təəccüb doğurur. Görəsən, biz “hər iki kitabda zəif və səhih hədislər bir-birinə qarışmışdır” – bəhanəsilə bütün kitabı etibarsız hesab edərək kənara qoymalıyıqmı? Əhli-sünnənin mötəbər kitablarında zəif hədislər mövcud deyilmi? Siz həmin bəhanə ilə o kitablardan əl çəkirsinizmi?

Həqiqətdə, bu cür sözlər çox gülməlidir. Amma bundan da betər və ən pisi İbn Əsakirin nəql etdiyi rəvayətlər barədəki sözlərdir. Çünki həmin sözlər onun haqq və Peyğəmbər (s) Əhli-beyti (ə) və sünnəsi ilə düşmənçiliyi və inadının son həddini göstərir. Dünyanın hansı bir yerində “mənim meyl və istəklərimlə uyğun olan sözləri qəbul edir, digərlərini isə qəbul etmirəm” – kimi deyilən belə sözlər qəbul ediləsidir?! Belə bir söz hansısa adi bir insandan qəbul edilmişdirmi?! Bəs, Alusi kimi bir alimdən necə?!

səh:60


1- [1] . “Ruhul-məani”, c.6, səh.195.

Əziz oxucular! Bəlkə də, Alusi kimi bir alimin belə əsassız sözlər deməsi sizi həddən artıq təəccübləndirir. Amma cavabında deməliyik ki, qəzavət etmək istəyən, lakin özünü tələskənliklə rəy və nəzər verməkdən qorumayan kəslər asanlıqla bu cür vəziyyətlə üzləşməli olurlar.

Ayənin verdiyi mesajlar

a) “Vilayət” düşmənləri naümid edəndir

Əgər düşmənlərinizin sizdən naümid olmasını istəyirsinizsə, hər zaman vilayətdən yapışaraq ona sarılın və onu (vilayəti) dirçəldin. Həmin gündə (Qədir-Xum) vilayət məsələsi düşmənlərin ümidsizliyinə bais olduğu kimi, bu gün də ondan yapışaraq vilayəti canlandırmaq münafiq və düşmənlərin məyus olmasına səbəb olacaq.

Bu gün hamımızın diqqəti gözlərdən qaib, amma qəlblərdə hazır olan həzrət Höccət ibnil Həsən Əsgəridə (ə) (imam Mehdi (ə)) olmalı və onun barəsində düşünməliyik. Çünki o həzrətin vilayəti müxtəlif xüsusiyyətlərə malik olan bütün şiələrin birləşdiyi zəncirin bir həlqəsidir. Nəticədə, ixtilaf və pərakəndəlik bədbəxtlik və məhv olmağın qaynağı hesab edildiyi kimi, vilayəti canladırıb dirçəltmək vəhdət və birliyə yenilik bağışlamaq, xoşbəxtliyin başlanğıcı və azadlıq ümidinin bir parıltısıdır. Əgər bütün İslam ölkələri təkcə bu əsaslı məsələyə əməl etmiş və əl-ələ verərək vəhdət təşkil etmiş olsaydılar, Fələstin hadisələri tez-tez təkrarlanmaz və həmin məzlum müsəlmanlar dünya ictimaiyyətinin gözləri önündə pis vəziyyətə düşmüş olmazdılar. Beləliklə, kafirlərin naümid və məyus olmaları üçün yeganə yol vilayətə söykənməkdir.

səh:61

b) Vilayət sayəsində “dinin tamamlanması” və “nemətlərin kamilləşməsi”

Ayədən də başa düşüldüyü kimi, dinin tamamlanması və nemətlərin kamilləşməsi həmin gün “vilayət” sayəsində gerçəkləşdi. Bu gün də nemətlərin – istər maddi olsun, istərsə də mənəvi – kamilləşməsi və dinin tamamlanması özünün bütün xüsusiyyət və cəhətləri ilə “vilayət” sayəsində həyata keçmişdir. Vilayət olmadan dinin zahirinə əməl olunsa və onun sadəcə ibadət və əməli forması saxlanılsa da, şübhəsiz, Allah dərgahında qəbul mərhələsinə yetişməyəcəkdir. Deməli, dinin tamamlanması və nemətlərin kamilləşdirilməsi bütün əsr və zamanlarda vilayətə əsaslanmaqla əməldə özünü doğruldacaqdır.

Təkmilləşdirici bəhs
a) Vilayət İslamın ən əsas məsələlərindəndir

Vilayət məsələsinin əhəmiyyəti barədə çoxlu sayda rəvayətlər mövcuddur. İmam Məhəmməd Baqirdən (ə) nəql edilən rəvayətdən bir nümunəni bəhsi təkmilləşdirmək məqsədilə diqqətinizə çatdırırıq. Zürarə o həzrətdən belə nəql edir:

بُنِیَ الاِْسْلامُ عَلی خَمْسَةِ اَشْیاءَ; عَلَی الصَّلاةِ وَالزَّکاةِ وَالصَّوْمِ وَالْحَجِّ وَاْلِولایةِ. قالَ زُراَرَةُ: فَقُلْتُ: وَأیُّ شَیْء مِنْ ذلِکَ أفْضَلُ؟ قالَ×: اَلْوِلایَةُ اَفْضَلُ لاَِنَّها مِفْتاحُهُنَّ وَالْوَالی هُوَ الدَّلِیلُ عَلَیْهِنَّ... .

“İslam beş sütunla möhkəmlənib: Namaz, zəkat, oruc, həcc və vilayət. Zürarə deyir ki, mən imamdan soruşdum: “Bu beş təməldən hansı daha mühüm və əhəmiyyətlidir?” İmam cavab verdi ki, vilayət hamısından daha mühümdür, çünki onlara yetişmək üçün bir vasitə və açardır (həmin göstərişlərin əhatə dairəsi vilayətdə həqiqət tapır). İmam və rəhbər camaatı o əməllərə doğru istiqamətləndirəndir”.(1)

səh:62


1- [1] . “Üsuli-kafi”, c.3, səh.30 (“Dəaimul-İslam” bölməsi, “iman və küfr” başlığı, 5-ci hədis).

Bu rəvayətdə iki mətləb diqqətə və üzərində düşünülməyə layiqdir:

A) Birincisi, həmin beş məsələ səbəbsiz olaraq bir-birinin yanında yerləşdirilməmişdir, əksinə onların bir-birilə rabitə və bağlılığı vardır.

Namaz – xaliqlə məxluq arasında bir rabitədir, başqa sözlə, xaliqlə məxluq arasında ən yaxşı ünsiyyət zamanı namaz vaxtıdır.

Zəkat – Allahla insan arasında bir rabitədir. Varlıların vasitəsilə zəkat qanununun icra edilməsi sayəsində ehtiyaclıların ehtiyacı aradan qalxır və onların iqtisadi çətinlikləri həll edilmiş olur.

Oruc – insanın özünə münasibətilə bağlı rabitədir. Bu rabitənin yaranması ilə insan öz nəfsi ilə mübarizə aparmağa müvəffəq olur. Orucun insan nəfsi ilə mübarizə aparmaq simvolu olduğunu da demək olar.

Həcc – bütün müsəlmanların bir-biri ilə rabitəsi, düşüncə və fikir mübadiləsidir və bu yolla İslam dünyasının problem və çətinlikləri həll edilərək onların yaralarına məlhəm qoyulur.

Vilayət – bu məsələlərin doğru və düzgün həyata keçirilməsinə zamin və onun hökmlərini bəyan edəndir. Beləliklə, həmin beş məsələnin təsadüfi olaraq bir yerdə toplanmadığını, əksinə əqli və məntiqi şəkildə bir-birilə rabitədə olduğunu deyə bilərik.

B) Nə üçün “vilayət” digər dörd təməldən daha üstün və mühümdür? Rəvayətdə də bildirildiyi kimi, vilayət namaz, oruc, zəkat və həccin həyata keçməsi və gerçəkləşməsi üçündür və onun sayəsində bu və digər ibadətlər əməli olaraq həqiqət tapa bilir. Yəni, islami hakimiyyət və vilayətsiz bütün bu göstərişlər sadəcə kağız üzərindəki cızma-qaralardır (məsələn, həkimin reseptinə bənzəyir ki, ona əməl edilməsə,

səh:63

xəstəlikdən şəfa tapmaq olmaz).

“Vilayət” İslam qanunlarının məsum imamlar (ə) və onlarının canişinləri vasitəsilə icra edilməsi mənasındadır. Deməli, “nəticəsi islami hakimiyyət olan” vilayət oruc, namaz, həcc və zəkatdan üstün olacaq. Elə bir vilayət ki, Qədir-xumda həzrət Əlinin (ə) vilayətindən qaynaqlanmış olsun.

b) Vilayətin iki tərəfi vardır (ikitərəflidir)

Ötən bəhsdəki təfsirə əsasən, vilayətin iki tərəfi vardır:

Onun bir tərəfində məxluqatın hidayətinə çalışan, deyilməli mətləb və məsələləri camaata çatdıran, təhlükə və xətərlər müqabilində müsəlmanlara xəbərdarlıq verərək onları ayıldan, cəmiyyətə nizam-intizamı hakim edən, məzlumların haqqını zalımlardan alan, ilahi hədləri (cəzaları), nəhy əz münkər və əmr be mərufu icra edən imam və rəhbər dayanır.

Digər tərəfində isə camaat dayanır və onların əməli, danışıq və rəftarları, etiqad və düşüncələri həmin şəxsiyyətlərin nəzər və düşüncələri ilə uyğunluq təşkil etməli, addımlarını onların addımına münasib şəkildə atmalıdırlar, əks təqdirdə, o əzəmətli şəxslərin (imamların (ə)) göstərişlərinə itaətsizlik etmək, müxtəlif günahlara mürtəkib olmaqla, onların vilayətində olmağı iddia etmək olmaz. Maraqlı burasıdır ki, Milli Təhlükəsizlik rəisi məndən sorğu-sual edərkən (ehtimal ki, söhbət şah zamanından gedir) belə demişdi: “Mən həzrət Əliyə (ə) məhəbbət bəsləyirəm və ona qəlbimdə sevgim var, amma kimsə şaha qarşı müxalifətçilik etsə, onun uğrunda milyonlarla adamı qətlə yetirməyə hazıram”. Görəsən, bu cür əməl və rəftar vilayətlə uyğun gəlirmi, yoxsa, belə bir vilayət yalançı (aldadıcı) bir vilayətdir?

Bəli, vilayət bütün əməl, rəftar və düşüncənin məsum imamların (ə) danışıq, əməl və əqidəsinə uyğun olması deməkdir.

səh:64

3. “VİLAYƏT” AYƏSİ

İşarə

{إِنَّمَا وَلِیکُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِینَ آمَنُوا الَّذِینَ یقِیمُونَ الصَّلَاةَ وَیؤْتُونَ الزَّکَاةَ وَهُمْ رَاکِعُونَ}

“Həqiqətən, sizin rəhbəriniz Allah, onun rəsulu və iman gətirən kəslərdir – o kəslər ki, namaz qılır və ruku halında zəkat verirlər”.(1)

Bəhsə qısa bir nəzər

“Maidə” surəsi vilayət ayələrinin mühüm bir qismini təşkil edir. Bu surə İslam Peyğəmbərin (s) ömrünün sonlarında nazil olunmuşdur. Digər tərəfdən, vilayət və canişinlik məsələsi də təbii olaraq, o həzrətin (s) ömrünün axırlarında bəyan edilmişdi və bu səbəbdən həmin surə çoxlu sayda vilayət ayələrini əhatə edir.

Hər halda, yuxarıda qeyd edilən ayə də – ona izah veriləcək – açıq-aşkar Əmirəl-Möminin Əlinin (ə) vilayətinə dəlalət edən digər bir ayədir.

Şərh və təfsir

Vəlinin (rəhbərin) nişanələri

{إِنَّمَا وَلِیکُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِینَ آمَنُوا...}

(Həqiqətən, sizin rəhbəriniz Allah, onun rəsulu və iman gətirən kəslərdir) – Bilirik ki, ərəb qrammatikasında {إِنَّمَا...} (innəma) kəlməsi “həsr” və “məxsusluq” bildirmək mənasındadır və onun dilimizdəki qarşılığı “fəqət” və ya “həqiqətən” sözləridir. Beləliklə, sizin rəhbər və vəliniz olan möminlərdir və fəqət üç dəstədir ki, bu ayədə bildirilmişdir və həmin üç dəstədən başqa, heç kəs möminlərin vəlisi hesab edilmir. Həmin üç dəstə aşağıdakılardır:

1. Allah, 2. Peyğəmbər (s), 3. İman gətirən kəslər {...الَّذِینَ آمَنُوا...} Əlbəttə, bütün möminlər deyil, ayənin davamında gələn şərtə əsasən, onların bəziləridir.

səh:65


1- [1] . “Maidə” surəsi, ayə 55.

{...الَّذِینَ یقِیمُونَ الصَّلَاةَ وَیؤْتُونَ الزَّکَاةَ وَهُمْ رَاکِعُونَ}

(O kəslər ki, namaz qılır və ruku halında zəkat verirlər) – Üçüncü dəstədən olanlar möminlərdir, amma onların hamısı deyil, əksinə birincisi, namaz qılırlar, ikincisi, namaz qılmaqdan əlavə, zəkat ödəyirlər, üçüncüsü, zəkatı ruku halında və ona ehtiyaclı olana verirlər.

Nəticədə, siz möminlərin vəli və rəhbəri fəqət üç dəstədir:

Allah, Peyğəmbər (s) və iman gətirərək namaz qılan və ruku halında zəkat verənlər.

Sual: Bu ayədəki {...الَّذِینَ آمَنُوا...} (iman gətirən kəslər) kimdir? “Vəli” sözü hansı mənadadır? Yuxarıdakı ayədə iki cəhətdən anlaşılmazlıq var. Birincisi, ayədəki “vəli” sözündə məqsəd nədir? “Vəli” sözünün müxtəlif mənaları olduğundan, bu ayədə işlənmiş həmin sözün mənasını aydınlaşdırmalıyıq. İkincisi, {...الَّذِینَ آمَنُوا...} (əlləzinə amənu) sözündə üç cür qeydin olmasına baxmayaraq, məqsəd kimdir? Görəsən, ayədəki məqsəd xüsusi bir şəxsdir, yoxsa, ayə həmin üç sifətə malik olan bütün şəxslərə də şamildir?

Cavab: Bu sualların cavabı aydın olsun deyə, əvvəlki ayələrdə bəhrələndiyimiz iki üsuldan istifadə edəcək və daha sonra digər suallar və bəhanə axtarışında olan fərdlərin təəssübkeşliyinə – təəssübkeşlik onların haqq və həqiqəti anlamasına mane olmuşdur – cavab verəcəyik.

Birinci yol: Ayəni hədisləri nəzərə almadan təfsir etmək

Əvvəlcə “vəli” sözünü bəyan və şərh edirik, çünki bu sözün mənası aydınlaşsa, digər məsələlərin çoxu həll ediləcək. Əhli-sünnə təfsirçilərinin əksəriyyəti ayənin aşkar olan mənasını xitab etdikləri şəxslərin diqqətindən yayındırmaq üçün “vəli” sözü barədə həddən artıq çox – iyirmi yeddi məna(1) xatırlatmışlar ki, həmin sözün bir sıra

səh:66


1- [1] . Mərhum Əllamə Əmini dəyərli “Əl-Qədir” kitabı, 1-ci cild, səh.362-də həmin iyirmi yeddi ehtimalı qeyd etmişdir.

müxtəlif mənaları bildirməkdə müştərək olduğunu və Allahın bu ayədə hansı mənanı iradə etdiyini (nəzərdə tutuduğunu) bilmədiklərini desinlər. Onların nəzərincə, ayə anlaşılmazdır və heç bir şeyə dəlalət etmir.

Amma lüğətlərə müraciət və lüğət mütəxəssislərinin nəzəriyyələri ilə bağlı mütaliələr etdikdə, müşahidə edirik ki, onlar “vəli” sözü ilə əlaqədar iki və üç mənadan artıq bir məna göstərməmişlər və digər mənalar da həmin üç mənaya qayıdır. O üç məna bunlardan ibarətdir:

1. “Vəli” – “dost”, “köməkçi” və “kömək edən” mənasındadır. Vilayət isə “kömək” və “nüsrət”.

2. “Vəli” sözü üçün deyilən ikinci məna “rəhbər” və “ixtiyar sahibi”dir və nəticədə, həmin söz bu mənalardadır.

3. Vəli “sözünün üçüncü mənası “dost” və “rəfiq”dir (onlar insana kömək etməsələr belə, həmin mənadadır). Nəticədə, rəfiqlik və dostluq bir-birilə yardımlaşmaya əsaslanır deyə, üçüncü məna birinci mənaya qayıdır. Deməli, lüğət alimlərinin nəzərində “vəli” sözü iki əsas mənaya malikdir və digər mənalar da bu iki mənaya qayıdır.

Quranda “vəli” sözünün işlədilməsi

İndi isə Qurana üz tutaraq bu sözün həmin müqəddəs kitabda işlənən mənalarını araşdırırıq. “Vəli” və “övliya” sözü Qurani-Kərimdə yetmiş dəfəyə yaxın işlənmiş və müxtəlif mənaları ifadə etmişdir.

1. “Bəqərə” surəsinin 107-ci ayəsi kimi bəzi ayələrdə “dost”, “köməkçi” və kömək edən” mənalarında istifadə edilmişdir. Həmin ayədə Allah buyurur:

{...وَمَا لَکُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِی وَلَا نَصِیرٍ}

“Allahdan başqa, sizə bir kömək edən və yardımçı yoxdur”. Bu ayədə “vəli” sözü “köməkçi” mənasında

səh:67

işlənmişdir.

2. “Vəli” sözü bəzi ayələrdə “məbud” mənasındadır. “Bəqərə” surəsinin 257-ci ayəsi həmin ayələrdəndir:

{اللَّهُ وَلِی الَّذِینَ آمَنُوا ... وَالَّذِینَ کَفَرُوا أَوْلِیاؤُهُمُ الطَّاغُوتُ}

“Allah iman gətirən kəslərin məbududur. Amma kafirlərin isə məbudu tağutdur”.

Bu ayədə “vəli” sözü “məbud” mənasındadır və möminlərin məbudu Allah, kafirlərin məbudu isə tağut, şeytan və onların həvayi-nəfsidir.

3. Həmin söz Quranda “yol göstərən” və “bələdçi” mənalarında da işlənmişdir. “Kəhf” surəsinin 17-ci ayəsində oxuyuruq:

{...وَمَنْ یضْلِلْ فَلَنْ تَجِدَ لَهُ وَلِیا مُرْشِدًا}

“Sən Allahın zəlalətə saldığı bir kimsə üçün əsla yol göstərən və bələdçi tapa bilməzsən”. Bu ayədə də müşahidə etdiyiniz kimi, “vəli” sözü “yol göstərən” və “bələdçi” mənalarında istifadə edilmişdir.

4. Bu kəlmənin (vəli) şamil olduğu əksər ayələrdə “vəli” sözü “rəhbər” və “ixtiyar sahibi” mənalarında işlənmişdir. Həmin ayələrdən olan nümunələrə nəzər salın:

A) “Şura” surəsinin 27-ci ayəsində belə buyurulur:

{وَهُوَ الَّذِی ینَزِّلُ الْغَیثَ مِنْ بَعْدِ مَا قَنَطُوا وَینْشُرُ رَحْمَتَهُ وَهُوَ الْوَلِی الْحَمِیدُ}

“(İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və öz rəhmətini yayan odur və odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş!”

“Vəli” sözü bu ayədə “ixtiyar sahibi” və “rəhbər” mənasındadır, həmçinin “vilayət” də təkvini vilayətdir.

B) Təşrii vilayətdən bəhs edən “İsra” surəsinin 33-cü ayəsində buyurulur:

{...وَمَنْ قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِیهِ سُلْطَانًا...}

“Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik”. Bu ayədə “vəli” sözü “ixtiyar sahibi” və “qəyyum” mənasında işlənmişdir.

səh:68

Çünki qisas almaq hökmü dosta deyil, öldürülən şəxsin varis və qəyyumuna şamildir.

C) Qurani-Kərimin ən uzun və borc verərkən onun yazılması(1) ilə bağlı ayələrindən olan “Bəqərə” surəsinin 282-ci ayəsində oxuyuruq:

{...فَلْیمْلِلْ وَلِیهُ بِالْعَدْلِ...}

“Əgər boynunda haqı olan şəxs səfeh, zəif (az yaşlı) və ya dilində olan qüsur səbəbilə söyləməyə qadir deyilsə, onun qəyyumu ədalətlə imla etsin”. Bu ayədə də “vəli” sözü “qəyyum” və “ixtiyar sahibi” mənasında işlənmişdir.

D) “Ənfal” surəsinin 34-cü ayəsində belə buyurulur:

{...وَهُمْ یصُدُّونَ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَمَا کَانُوا أَوْلِیاءَهُ إِنْ أَوْلِیاؤُهُ إِلَّا الْمُتَّقُونَ...}

“Məscidül-Həramın başçısı olmaya-olmaya insanları ora daxil olmaqdan saxladıqları (camaatın ora daxil olmalasına mane olduqları) halda, Allah onlara nə üçün əzab verməməlidir? Oranın başçısı yalnız pərhizkarlardırlar, lakin çoxları bilmirlər”.

“Vəli” sözü bu ayədə “başçı” mənasındadır və aydındır ki, kafir və müşriklərin belə müqəddəs məkanla irtibat və ona məhəbbətləri yoxdur.

E) “Məryəm” surəsinin 5-ci ayəsində də bu cür oxuyuruq:

{...فَهَبْ لِی مِنْ لَدُنْکَ وَلِیا * یرِثُنِی وَیرِثُ مِنْ آلِ یعْقُوبَ...}

“(Ey mənim rəbbim!) Öz dərgahından mənə və Ali-Yaquba (Yaqub nəslinə) varis olacaq bir övlad əta et”. Aydın məsələdir ki, vərəsə vəlinin vəfatından sonra onun malı və mirasının sahibidir, nəinki, ona nisbətdə dost və köməkçi.

“Vəli” kəlməsinin Quran ayələrində müxtəlif mənalarda işlənməsi və əksər hallarda “ixtiyar sahibi” və “rəhbər” mənasında olması nəticəsinə gəlirik.

səh:69


1- [1] . Borcun yazılması ilə bağlı ən uzun ayə olmasına baxmayaraq, təəssüflər olsun ki, bu hökm müsəlmanlar arasında tərk olunmuş və həmin sünnənin tərk olunması nəticəsində də bir çox çətinlik və problemlər meydana gəlmişdir.

Bəhs edilən ayədəki “vəli” sözündə məqsəd nədir?

Qeyd edilənlərə diqqət etməklə, “Vilayət” ayəsində işlənmiş “vəli” sözündə məqsəd nədir? “Vəli” sözü bu ayədə “dost”, “köməkçi” və “qəyyum” mənasındadırmı? Əgər belədirsə, həmin məsələ Quranda işlənmiş əksər mənalarla müxalif və ziddiyyət təşkil edir. İnsaf bu ayədəki “vəli” sözünün “ixtiyar sahibi” və “rəhbər” mənasında olduğunu deməkdədir, nəinki, onun “dost” və “köməkçi” mənasında olmasını söyləməkdə. Alınan nəticə belədir:

Birincisi, ayənin əvvəlində gələn {إِنَّمَا...} kəlməsi həsr və məxsusluğu bildirir. Yəni, fəqət bu üç dəstə möminlərin vəlisi və rəhbəridir. Əgər “dost” mənasında olsa, həsr və məxsusluqdan danışmaq faydasız olar. Beləliklə, aydın olur ki, həmin üç dəstədən başqa, digərləri də möminlərin dostu və köməkçisidir. Əlavə olaraq, əgər “vəli” sözü “dost” mənasında olsaydı, {الَّذِینَ آمَنُوا...} (iman gətirən kəslər) üçün “namaz qılan və ruku halında ikən zəkat verən” qeydinə ehtiyac qalmazdı, çünki bütün möminlər, hətta, namaz halında və ümumiyyətlə, namaz qılan belə olmasa da müsəlmanların dost və köməkçisi ola bilərdi. Nəticədə, həsr və məxsusluğu bildirən {إِنَّمَا...} kəlməsindən və ayədə {الَّذِینَ آمَنُوا...} (iman gətirən kəslər) barəsində işlədilən çoxlu saydakı qeydlərdən “vilayət” in “dostluq” və “nüsrət” mənasında deyil, əksinə “rəhbər” və “ixtiyar sahibi” mənasında olduğu başa düşülür. Yəni, Allah, Peyğəmbər (s) və möminlər (ayədə gələn şərtlərə uyğun olaraq) sizin rəhbər və ixtiyar sahibinizdir.

İkincisi, bəhs etdiyimiz ayənin ardınca gələn “Maidə” surəsinin 56-cı ayəsi bizim iddia etdiklərimizə ən yaxşı dəlil və şahiddir. Allah-taala həmin ayədə buyurur:

{وَمَنْ یتَوَلَّ اللَّهَ وَرَسُولَهُ وَالَّذِینَ آمَنُوا فَإِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغَالِبُونَ}

“Kim Allahı, onun Peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə, (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalib gələnlərdir”. “Hizb” sözü

səh:70

“mütəşəkkil olan cəmiyyət” mənasındadır və onların qələbəsi ictimai bir hərəkat və fəaliyyətlə bağlıdır. Beləliklə, barəsində bəhs etdiyimiz yuxarıdakı ayə ilə rabitəli və onunla eyni zamanda nazil olmuş bu ayədən belə bir nəticə əldə olunur ki, ayədə istifadə edilən “vilayət”də məqsəd siyasi və hakimiyyətlə bağlı olan vilayətdir. Onda, ayənin mənası belə olacaqdır: “Allahın, onun Peyğəmbəri və {الَّذِینَ آمَنُوا...} – iman gətirən kəslərin hakimiyyətini qəbul edən şəxslər – belə hizb və cəmiyyət qalibdir.” Nəticədə, “Vilayət” ayəsinin söz və cümlələrində dərindən düşünüb təfəkkür etdikdə və ayə barəsində nəql edilən çoxlu saydakı rəvayətləri nəzərə almadıqda, aydın olur ki, ayədə istifadə edilən “vəli” sözünün mənası “rəhbər”, “imam” və “öndərdir” və Allah, Peyğəmbər (s) və {الَّذِینَ آمَنُوا...} – iman gətirən kəslərin hakimiyyətini, əlbəttə, onun deyilən şərtləri ilə birlikdə qəbul edən şəxslər qalibdirlər və onlara Allah tərəfindən yardım ediləcək.

Əlləzinə amənu ... rakiun {...الَّذِینَ آمَنُوا ... رَاکِعُونَ} ayəsinin misdaq və nümunəsi kimdir?

Ötən bəhslərimizdə {إِنَّمَا...} və “vəli” sözlərinin mənalarının aydınlaşmasına baxmayaraq, hələ də ayədəki qaranlıq qalmış tərəflər tamamilə aradan qalxmamışdır. Çünki keçmiş bəhslərimizdən {...الَّذِینَ آمَنُوا ... رَاکِعُونَ} ayəsindəki məqsədin kim olduğu bilinməmişdir.

Bu suala cavab vermək üçün bilməliyik ki, ravilərin, təfsirçi, əhli-sünnə və şiə alimlərinin heç biri bu ayənin misdaq və nümunəsi kimi Əlidən (ə) başqa, heç bir şəxsi xatırlatmamışdır. Nəticədə, bütün müsəlman alimləri həmin ayənin nümunə və misdaqının həzrət Əli (ə) olması ilə bağlı fikir birliyinə malikdirlər. Digər tərəfdən, {...الَّذِینَ آمَنُوا...} (iman gətirən kəslər) üçün ən azı bir nümunə mövcud olmuşdur və şübhəsiz ki, o şəxs də Əli ibn Əbutalibdən (ə) başqası deyildi.

Beləliklə, ötən bəhslərimizin ümumilikdə nəticəsi – təfsirçilərin hədis, rəvayət və nəzəriyyələrini çıxmaq şərti

səh:71

ilə – üç mətləbdən ibarətdir:

1. {إِنَّمَا...}:

1. (innəma) – sözü həsr və məxsusluğu bildirir və vilayəti üç dəstəyə şamil edir.

2. Bu ayədəki “vilayət” sözü Quranda işlənən əksər mənaları nəzərə aldıqda, “ixtiyar sahibi” və “rəhbər” mənasındadır.

3. {...الَّذِینَ آمَنُوا...}:

3. (əlləzinə amənu) – sözündə məqsəd, şübhəsiz ki, həzrət Əli ibn Əbutalibin (ə) müqəddəs vücududur.

İkinci yol: Ayəni hədisləri nəzərə almaqla təfsir etmək

Mərhum Mühəddis Böhrani “Ğayətəl-məram” əsərində əhli-sünnə mənbələrindən iyirmi dörd hədis və şiə mənbə və sənədlərindən isə on doqquz rəvayət nəql etmişdir ki, birlikdə qırx üç hədis təşkil edir. Bu ayə barəsində gəlib çatan rəvayətlər mütəvatirdir.(1) Bundan əlavə, Əllamə Əmini də öz dəyərli əsəri olan “Əl-Qədir” kitabında həmin ayə barəsində əhli-sünnənin iyirmi dörd tanınmış mənbəsindən rəvayət nəql etmişdir. Onun nəql etdiyi mənbələr bunlardır:

“Təbəri təfsiri”, “Əsbabun-nuzul”, “Fəxri Razi təfsiri”, Sibt ibn Covzinin “Təzkirə”si, İbn Həcərin “Əs-Səvaiq”, Şibləncinin “Nurul-əbsar” əsəri və “İbn Kəsir” təfsiri. Bu əsərlər əhli-sünnə nəzərində xüsusi etibara malikdir.

Həmin hədislərin raviləri Peyğəmbərin (s) on nəfər aşağıda adlarını çəkdiyimiz məşhur və tanınmış səhabələrindəndir:

1. İbn Abbas, 2. Əmmar Yasir, 3. Cabir ibn Abdullah

səh:72


1- [1] . Hər hansı bir məsələ barəsində həddən artıq rəvayətlərin nəql edilməsi ilə həmin mövzuya nisbətdə insan yəqin əldə edərsə, bu cür hədislər “mütəvatir” adlanır və onların sənədlərinin araşdırılmasına ehtiyac duyulmur.

Ənsari, 4. Əbuzər Qəffari (o, bu zəminədə ən məşhur və geniş şərhli rəvayəti nəql etmişdir), 5. Ənəs ibn Malik, 6. Abdullah ibn Salam, 7. Səlmət ibn Kuheyl, 8. Abdullah ibn Qalib, 9. Uqbət ibn Həkim, 10. Abdullah ibn Ubəyy.

Əlavə olaraq, bu ayənin nazilolma səbəbi barədə, şəxsən, həzrət Əlinin (ə) də rəvayət nəql etdiyini və o həzrətin dəfələrlə həmin ayəni dəlil gətirdiyini deyə bilərik. Yuxarıdakı rəvayətlərin məzmunu belədir: “Bir gün həzrət Əli (ə) Məscidün-Nəbidə (Peyğəmbər məscidi) namaz qılmaqla məşğul olduğu zaman məscidə ehtiyacı olan bir şəxs (dilənçi) daxil olur və öz ehtiyaclarını ödəmək üçün kömək istəyir. Amma heç kəs ona bir şey vermir.(1) Namazda ruku halında olan həzrət Əli (ə) əli ilə ona işarə edir və həmin şəxs yaxın gələrək o həzrətin mübarək barmağından üzüyü çıxarıb götürür və sonra məsciddən gedir. Elə həmin zaman barəsində bəhs etdiyimiz ayə Peyğəmbərə (s) nazil olur”.

Xatırlatdığımız mətləb nazil edilən ayə barəsində nəql edilmiş qırxdan artıq rəvayətin məzmunudur. Biz burada həmin qırx rəvayətdən yalnız üçünü nəzərinizə çatdırmaqla kifayətlənir və onları müxtəsər şəkildə Fəxri Razinin təfsirindən nəql edirik:

1. رَوی عَط_ا عَنْ اِبْنِ عَبّاسْ أَنَّه_ا نَزَلَتْ فی عَلِیِّ بْنِ أَبیطالِب(2)

1.“Əta adlı bir şəxs Peyğəmbərin (s) məşhur səhabəsi və Quran müfəssiri olan İbn Abbasın belə nəql etdiyini buyurur: “Vilayət ayəsi Əli ibn Əbutalibin (ə) şənində nazil edilmişdir.””

2. روی ان عبدالله بن سلام قال: لَمّ_ا نَزَلَتْ ه_ذِهِ الاْیَةُ، قُلْتُ، یا رَسُولَ اللهِ أَنَا رَأَیْتُ عَلِیّاً تَصَدَّقَ بِخ_اتَمِهِ عَلی مُحْت_اج وَهُوَ راکِعٌ فَنَحْنُ نَتَوَلاّهُ(3)

səh:73


1- [1] . Peyğəmbər (s) zamanında iqtisadi cəhətdən müsəlmanları vəziyyəti o qədər də yaxşı deyildi və onların əksəriyyəti çətinliklə həyat sürür, hətta, zəruri ehtiyaclarını belə, təmin edə bilmirdilər.
2- [2] . “Üsuli-kafi”, c. 12, səh.26.
3- [3] . “Üsuli-kafi”, c. 12, səh.26.

2. “Abdulla ibn Salamın belə dediyi nəql edilmişdir: “Vilayət ayəsi nazil olduğu zaman mən Peyğəmbərə (s) dedim ki, həzrət Əli (ə) öz üzüyünü ehtiyaclı olan şəxsə sədəqə verdiyində, mən də orada hazır idim və bunların hamısını öz gözlərimlə gördüm (onun vilayəti barəsində bu ayənin nazil olmasına diqqət etməklə) mən oun vilayətini qəbul edirəm””.

3. Bu barədə ən geniş şərhə malik və mühüm hesab edilən üçüncü rəvayət Əbuzər Qəffaridən nəql edilmişdir. Fəxri Razi Əbuzərə istinadən həmin rəvayəti belə bəyan edir:

ق_ال: صَلَّیْتُ مَعَ رَسُولِ اللهِ| یَوْماً صَلوةَ الظُّهْرِ، فَسَأَلَ س_ائِلٌ فِی الْمَسْجِدِ فَلَمْ یُعْطِهِ أَحَدٌ فَرَفَعَ السّ_ائِلُ یَدَهُ إِلَی السَّم_اءِ وَق_الَ: اللّهُمَّ اشْهَدْ أَنِّی سَأَلْتُ فِی مَسْجِدِ الرَّسُولِ فَم_ا أَعْط_انِی أَحَدٌ شَیْئاً! وَعَلِیٌّ ک_انَ راکِعاً، فَأَوْمَأ إِلَیْهِ بِخِنْصِرِهِ الْ_یُمْنی وَک_انَ فِیه_ا خ_اتَمٌ فَأَقْبَلَ السّ_ائِلُ حَتّی أَخَذَ الْخ_اتَمَ بِمَرْأی النَّبِیُّ| فَق_الَ|: اللَّهُمَّ إِنَّ أَخِی مُوسی سأَلَکَ فَق_الَ: رَبِّ اشْرَحْ لِی صَدْرِی، وَیَسِّرْ لِی أَمْری، وَاحْلُلْ عَقْدَةً مِنْ لِس_انِی، یَفْقَهُوا قَوْلِی، وَاجْعَلْ لِی وَزِیراً مِنْ أَهْلی، ه_ارُونَ أَخِی، اُشْدُدْ بِهِ أَزْرِی وَأَشْرِکْهُ فِی أَمْرِی فَأَنْزَلَت قُرْآناً ناطِقاً: سَنَشُدُّ عَضُدَکَ بِاَخیکَ وَنََجْعَلُ لَکُم_ا سُلْط_اناً وَاَللّهُمَّ وَأَنَا مُحَمَّدٌ نَبِیُّکَ وَصَفِیُّکَ فَاشْرَحْ لِی صَدْرِی وَیَسِّرْ لِی أَمْرِی وَاجْعَلْ لِی وَزِیراً مِنْ أَهْلِی، عَلِیّاً، اُشْدُدْ بِهِ ظَهْرِی. ق_الَ أَبُوذَر: فَوَ اللهِ م_ا أَتَمَّ رَسُولُ الله| ه_ذِهِ الْکَلِمَةِ حَتَّی نَزَلَ جِبْرَئیلُ، فَق_الَ: ی_ا مُحَمَّدُ: إِقْرَءْ إِنَّم_ا وَلِیُّکُمُ اللهُ وَرَسُولُهُ... .

“Əbuzər deyir: “Bir gün Peyğəmbərlə (s) zöhr namazını camaatla birlikdə qıldıq. Namazdan sonra (əksər müsəlmanlara hakim kəsilən fəqirlik səbəbindən) ehtiyacı olan bir şəxs kömək istədi. Amma məsciddə olanlardan heç biri ona kömək etmədi. Sonra o, əllərini asimana tərəf qaldırıb dua edərək dedi: “İlahi! Sən şahidsən ki, İslam Peyğəmbərinin (s) məscidində kömək istədim, amma kimsə mənə kömək etmədi.

Həmin vaxt namaz (müstəhəb və nafilə) qılmağa məşğul olan Əli (ə) sağ əlinin kiçik barmağı ilə (həmin barmağnda üzük vardı) həmin şəxsə işarə etdi. O, həzrət Əlinin (ə) yanına gələrək üzüyü həzrətin barmağından çıxardı və getdi. Bu səhnə Peyğəmbər (s) və səhabələrin hüzurunda və gözləri önündə baş verdi. Peyğəmbər (s) (həmin gözəl səhnəni gördükdən sonra əllərini asimana qaldırdı və) dedi: “İlahi! Qardaşım Musa ibn İmran səndən hacət istəyərək dedi ki, ey mənim rəbbim, sinəmi genişləndir, işlərimi mənim üçün asan elə, dilimdəki düyünü aç ki, sözlərimi

səh:74

başa düşsünlər və xanədanımdan olan bir şəxsi – qardaşım Harunu mənə vəzir təyin et. Onunla mənə kömək ol (arxamı möhkəmləndir) və onu işlərimə şərik et.

Sən Quranda (onun hacətlərini qəbul etməyinlə bağlı) belə buyurmusan: “Mən tezliklə səni qardaşınla qüvvətləndirəcək və sizə üstülük və hakimiyyət əta edəcəyəm.” İlahi! Mən Məhəmməd (s) sənin Peyğəmbər olaraq seçdiyin kəsəm. Sinəmi genişləndir, işlərimi mənim üçün asan et və xanədanımdan – Əlini (ə) mənə vəzir təyin elə və onunla arxamı möhkəmləndir””. Əbuzər hədisin davamında çox gözəl şəkildə belə buyurur: “Allaha and olsun ki, hələ Peyğəmbərin (s) sözləri sona çatmamış Cəbrayıl nazil oldu və... {إِنَّمَا وَلِیکُمُ اللَّهُ وَ...} ayəsini Peyğəmbərə (s) oxudu””.

Fəxri Razi bu üç rəvayəti nəql etdikdən sonra deyir: “Bu məsələ barədə gəlib çatan rəvayətlərin məcmusu elə üç rəvayətdən ibarətdir”(1)

İki mətləbin xatırladılması

1. Əbuzərin nəql etdiyi rəvayət həzrət Əlinin (ə) verdiyi sədəqənin sadəcə kömək məqsədli olmadığını, əksinə səhabə və müsəlmanların toplanma mərkəzi olan Peyğəmbər (s) məscidinin əzəməti və ehtiramının qorunmasına xidmət etdiyini də nişan verir. Çünki kömək istəyən şəxs əzəmət və ehtirama malik Peyğəmbər (s) məscidində ona yardım edilmədiyindən, Allaha şikayət edir. Nəticədə, namazın ruku halında həzrət Əlinin (ə) o şəxsə sədəqə verməsi onun ehtiyaclarını ödəməkdən əlavə, Peyğəmbər (s) məscidinin əzəmət və ehtiramı, həm də səhabələrin etibarının qorunmasına səbəb olmuşdur.

2. Fəxri Razinin sözügedən ayə ilə bağlı “əlimizə gəlib çatan rəvayətlərin sayının cəmi üç ədəd olması”nı deməsi

səh:75


1- [1] . “Təfsirul-kəbir”, c.12, səh.26.

əsassız iddiadan ibarətdir. Məlum olduğu kimi, bu zəminədə qırxdan artıq rəvayət mövcuddur və maraqlı burasındadır ki, onların əksəriyyəti əhli-sünnədən nəql edilmişdir. Amma təəssüf edilməli məsələ təəssüb və tərsliyin insana üz gətirdiyi zaman Fəxri Razi kimi alim olmasına baxmayaraq, ondan gözlənilməyən sözlərin deyilməsinə səbəb olmasıdır. Bundan əlavə, əlimizə bu ayə barədə sadəcə qırxa yaxın rəvayət gəlib çatmasına əsasən, biz tarix ərzində həmin zəminədə onun neçə bərabəri olan rəvayətlərin də aradan getdiyini iddia edə bilərik.

Xüsusən, tarixin Bəni-Üməyyə dövrü kimi qaranlıq bir dövründə Əhli-beytin (ə) və ümdə olaraq Əmirəl-Mömininin (ə) fəzilətlərinin camaat arasında yayılması ilə bağlı mübarizə aparılmış və o həzrət barəsində bir çox fəzilətlərdən xəbərdar olan şəxlər onları deməyə cürət etməmiş və həmin fəzilətlərlə bağlı məlumatları özləri ilə qəbrə aparmışlar. Həmin zamanlarda elə bir vəziyyət yaranmışdı ki, əgər bir kəs o həzrətin fəzilətlərini dilə gətirərdisə, hakimiyyət tərəfindən təqib edilir və bir sıra əziyyətlərə məruz qalırdı, hətta, kiminsə öz övladının adını Əli qoymağa belə ixtiyarı yox idi. Bunları nəzərə almaqla, əlimizdəki qırx hədisə istinadən biz də cürətlə deyə bilərik ki, tarix ərzində həmin hədislərin neçə bərabəri aradan aparılaraq məhv edilmişdir.

Nəticədə, bu ayə barəsində gəlib çatan rəvayətlərin təvatür həddəki say çoxluğu və onlara geniş və müfəssəl şəkildə şərhlər verilməsi ilə {إِنَّمَا وَلِیکُمُ اللَّهُ...} ayəsinin həzrət Əmirəl-Möminin (ə) barəsində nazil edilməsi və o həzrətin Allah və Peyğəmbərdən (s) sonra müsəlmanların rəhbər, imam və öndəri olması kimi düşünülməsinə heç bir şəkk-şübhə yeri qalmır.

Bəhanə və iradlar

İşarə

Ayənin Əmirəl-Mömininin (ə) vilayətinə açıq-qşkar şəkildə dəlalət etməsi ilə yanaşı, bəzi alimlər ayənin işarə

səh:76

etdiyi mövzu barəsində bir sıra iradlar bəyan etmişlər və həmin iradların əksəriyyətinin sual və irad qəlibində olmasına baxmayaraq, həqiqətdə, onlar bəhanələrdir.(1)

Birinci irad:

{إِنَّمَا...} “İnnəma” sözü həsr və məxsusluğa dəlalət etmir

Ötən bəhslərdə qeyd etdiyimiz kimi, yuxarıdakı ayəyə gətirilən dəlillər üç məsələ üzərində möhkəmlənmişdir. Birincisi, {إِنَّمَا...} “innəma” sözü həsr və məxsusluğu bildirir və vilayəti ayədə gələnlərə əsaslanaraq üç dəstəyə şamil edir. Beləliklə, vilayət məsələsi onlardan başqası üçün sübuta yetmir.

Əhli-sünnədən olan bəzi təfsirçilər {إِنَّمَا...} “innəma” sözünün həsr və məxsusluğu bildirmədiyini deyirlər, çünki həmin söz digər ayələrdə də işlənmiş, amma həsr mənasını ifadə etməmişdir. Onlar misal olaraq “Hədid” surəsinin 20-ci ayəsini göstərirlər. Ayədə deyilir:

{اعْلَمُوا أَنَّمَا الْحَیاةُ الدُّنْیا لَعِبٌ وَلَهْوٌ وَزِینَةٌ وَتَفَاخُرٌ بَینَکُمْ وَتَکَاثُرٌ فِی الْأَمْوَالِ وَالْأَوْلَادِ...}

“(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək, mal-dövlət və oğul-uşağı çoxaltmaqdan ibarətdir”.

“İnnəma” {إِنَّمَا...} sözü bu ayədə həsr və məxsusluq

səh:77


1- [1] . Əlbəttə, sual və soruşmağın məchul və qaranlıq məsələlərin həlli və elm və biliyin əldə edilməsi ilə bağlı əsas rola malik olmasında şəkk yoxdur. Bu baxımdan, Quranın iki ayəsində tədqiqat və araşdırma üçün sual verilməsinə göstəriş verilmişdir. Allah-taala “Nəhl” surəsinin 43 və “Ənbiya” surəsinin 7-ci ayələrində buyurur: { ...فَاسْأَلُوا أَهْلَ الذِّکْرِ إِنْ کُنْتُمْ لَا تَعْلَمُونَ } (Əgər bilmirsinizsə, zikr əhlindən soruşun) Bu şərif ayə hər bir cəhətdən mütləq şəkildədir. Yəni, hər hansı bir sualı olan şəxs onu bilənlərdən soruşa bilər. Bu barədə də çoxlu rəvayət və hədislər mövcuddur. Amma mühüm olan məsələ sualın həqiqətləri anlamaq üçün verilməsidir, nəinki, yuxarıda qeyd edilən ayə barəsində bəzi əhli-sünnə alimlərinin təəssübkeşlik səbəbilə suallar verməsi.

mənasında deyil, çünki dünya həyatı təkcə ayədə gələnlərdən təşkil olunmamışdır, əksinə elm, təhsil, fəaliyyət və digər əldə edilən ləzzətlərə də şamildir. Nəticədə, bu ayədə {إِنَّمَا...} sözü həsr və məxsusluğu bildirmədiyi kimi, “Vilayət” ayəsində də həsr və məxsusluğu ifadə etmir və sizin bu barədəki dəliliniz naqisdir.

Cavab: Bu irad da sual qiyafəsində olan bəhanələrdəndir və bizim etiqadımız belədir:

Birincisi, {إِنَّمَا...} “innəma” sözü bu ayədə də həsr və məxsusluq mənasındadır və dünya, həqiqətdə, mömin və arif olan bir insanın nəzərində əyləncə və oyun-oyuncaqdan başqa, bir şey deyil. Siz dünyanın bər-bəzəyinə giriftar olmuş və elə hesab edirsiniz ki, dünya həmin məsələləri yox, digərlərini əhatə edir, amma həqiqəti görən gözlərlə diqqət etsəniz, onda, qəsr və sarayların, məqam və cah-cəlalın dünyaya pərəstiş edənlərin başını qatmaq üçün uşaq oyun-oyuncağından başqa, bir şey olmadığını görəcəksiniz.

İkincisi, bir yerdə {إِنَّمَا...} “innəma” sözünün öz həqiqi mənasında istifadə edilmədiyini fərz etsək, bu, həmin qeyri-həqiqi mənanı digər ayələrə də tətbiq etməyimiz üçün dəlil sayılmaz. Nəticədə, {إِنَّمَا...} sözü həsr və məxsusluq mənasındadır və ayə ilə bağlı bizim dəlilimiz kamildir.

İkinci irad:

İkinci irad: Namazda üzük bağışlamaq artıq bir işidir (hərəkətdir)

Əhli-sünnə tərəfindən bəyan edilən və daha çox bəhanəyə bənzəyən ikinci bir irad “ayənin həzrət Əli (ə) barəsində nazil olduğunu qəbul edirik, amma bu işin Əli ibn Əbutalib tərəfindən namazda yerinə yetirilməsi artıq (namazdan sayılmayan) bir işdir və namazda artıq bir iş (hərəkət) onun batil olmasına səbəb olur” – demələridir. Görəsən, həzrət Əli (ə) namazın batil olması üçün artıq bir iş görərmi?

səh:78

Cavab: Bu bəhanəyə cavab çox aydındır:

Birincisi, “artıq iş” adından da məlum olduğu kimi, namaza aidiyyatı olmayan və namazın halət və surətinin pozulmasına bais olan əlavə işlərə deyilir. Məsələn, namazın ortasında sevindirici bir xəbər eşidərək şadlanan və şadlığından əl çalmağa, yerində atılıb-düşməyə başlayan bir şəxsin əməlləri kimi. Amma namazda ehtiyaclı və dilənci bir şəxsə barmağı ilə işarə etmək və hətta, həzrətin barmağından üzüyü özü deyil, həmin şəxsin çıxarmasına səbəb olan hərəkət, görəsən, artıq işdirmi?!(1)

Rəvayətə uyğun olaraq namaz qılan şəxsin burnundan qan gəldiyində, əgər yaxınlığında su olarsa, burnunu yumasına və sonra namazı davam etdirilməsinə icazə verildiyi halda, bu işin “artıq iş” olmasını necə deyirlər?! Yaxud da, öz yaxınlığında yırtıcı və təhlükəli bir heyvanın olduğunu müşahidə etdikdə, onu öldürməsi və sonra namazını davam etdirməsinə icazə verildiyinə nə deyirsiniz?! Bütün bu işlər artıq iş deyil, amma bir işarə artıq işdirmi?

İkincisi, (Allaha pənah aparırıq) bu irad və bəhanə Allaha tutlan iraddır, çünki həzrət Əlinin (ə) yerinə yetirdiyi həmin işlə bağlı nazil edilən ayədə o həzrət təriflənir. Əgər o həzrətin işi namazın batil olmasına səbəb olsaydı, görəsən, Allah-taala onun mədhi ilə əlaqədar ayə nazil edərdimi?

Belə nəticəyə gəlirik ki, bu irad da təəssüb, tərslik və bəhanədən başqa, bir şey deyil.

Üçüncü irad:

Üzük həddən artıq bahalı və qiymətli idi

Bəzi rəvayətlərə uyğun olaraq, üzük həddən artıq bahalı və qiymətli bir üzük idi, hətta, bəzilərinin

səh:79


1- [1] . Zəməxşəri özünün “Əl-Kəşşaf” təfsirinin 1-ci cild 649-cu səhifəsində bu işin artıq iş olmadığını etiraf etmişdir.

dediklərinə görə, üzüyün qiyməti Şamat (Şam) kimi bir şəhərin gəlirinə bərabər idi. Görəsən, belə bahalı və qiymətli bir üzükdən istifadə etmək Əli ibn Əbutalib (ə) üçün israf və haram deyildimi?

Cavab: Əlbəttə, bu bəhanənin də cavabı aydındır belə ki:

Birincisi, heç bir mötəbər rəvayətdə bu mətləb qeyd edilməmişdir, əksinə nəzərdə tutulan üzük adi və sadə bir üzük olmuşdur. Həmin dövrlərdə İran, Şamat (Şam) və digər şəhərlər hələ fəth edilməmiş və onun külli miqdarda olan sərvətləri müsəlmanların əlinə keçməmişdi, bundan əlavə, onların fəthi Peyğəmbərin (s) vəfatından sonra və xəlifələr zamanında baş vermişdir. Eyni zamanda xəlifə və qüdrət sahibi olmasına baxmayaraq, həzrət Əlinin (ə) yeməyi bir növ sadə yeməkdən ibarət idi. Adətən, o həzrət arpa unundan olan çörəklə kifayətlənər və sadə paltarlar geyinərdi. Belə olan halda, onun bu cür bahalı bir üzükdən istifadə etməsi necə mümkün idi?

Deməli, şübhə yoxdur ki, həmin zəif rəvayət nə digər rəvayətlərlə uyğunluq təşkil edir, nə də həzrət Əlinin (ə) yaşayış tərzi onu təsdiqləyir. Həmçinin, bu məsələnin tarixlə də uzlaşmayaraq şəxsi qərəzçilikdən düzəldildiyi aydın olur.

İkincisi, həzrət Əlinin (ə) haram və israfa səbəb olan və həddən artıq bahalı qiymətə malik üzüyə sahib olması və onu sədəqə verdiyi zaman Allahın da onu mədh etməsi necə mümkün ola bilər?! Ayənin belə bir şəxs və bü cür iş barəsində nazil olaraq onu mədh və tərif etməsindən yuxarıda deyilən sözlərin boş və əsassız olduğunu və xüsusi məqsədlə hazırlandığını anlayırıq.

Dördüncü irad:

Bu iş (namazda) hüzuri-qəlblə uyğun gəlmir

Həzrət Əlinin (ə) Allahı xatırlayıb zikr edərkən, xüsusən, namaz halında tamamilə hüzuri-qəlbə malik olmasına,

səh:80

Allahın camal və cəlal sifətlərində qərq olaraq ondan başqasına diqqət etməməsinə, ayağına batmış oxun çıxarılmasının adi və qeyri-namaz halında mümkün və dözülməz olmayaraq o həzrətin namaz qıldığı vaxt asanlıqla çıxarıldığına və onun heç bir ağrı hiss etməməsinə və Allahda fəna olmasına, eyni zamanda, ondakı bu cür qeyri-adi hüzuri-qəlbə nəzər saldıqda, Əlinin (ə) dilənçinin sözlərinə diqqət və namazın rukusunda ona yardım etdiyini necə söyləyə bilirsiniz?! Uzun sözün qısası, namazdakı bu məsələ həzrət Əlidə (ə) olan hüzuri-qəlblə uyğun gəlmir.

Cavab: Birincisi, dilənçi öna kömək edilməsindən naümid olduqda, Allahla razu-niyaz edərək öz şikayətinə Allahın adı ilə başlayır: اَللّهُمَّ اشهد “İlahi! Sən özün şahid ol...” Deməli, Allahın adı idi ki, Əlinin (ə) diqqətini dilənçiyə yönəltmişdir. Bunun namazda hüzuri-qəlbə malik olmaq və Allaha diqqətlə heç bir ziddiyyəti yoxdur. Əlavə olaraq, bəyəm, camaat namazında pişnamaza iqtida edən (məmum) mükəbbirin (təkbir deyənin) səsini namazda eşitmir və ona uyğun hərəkət etmirmi? Əgər eşitməsə, onunla birlikdə necə namaz qıla bilər?! Yox, əgər eşidirsə, onda, heç bir camaat namazında hüzuri-qəlb mövcud deyilmi?!

İkincisi, dilənçinin səsini eşitməkdə, – onun barəsində hədislərdə “Allahın göndərdiyi” (elçisi) deyə ifadə edilmişdir – hansısa bir irad vardırmı? Allahın göndərdiyi şəxsin səsini eşitməyin hüzuri-qəlblə nə ziddiyyəti vardır?(1)

Üçüncüsü: Məzlumun səsini eşitmək və hətta, namazda da olsa belə, onun çətinliyini həll etmək ibadət deyilmi?(2)

səh:81


1- [1] . Əmirəl-Möminindən (ə) olan bir hədisdə belə gəlmişdir: “Miskin və dilənçi Allahın göndərdiyidir, hər kəs onu geri çevirsə, sanki Allahı geri çevirmişdir və hər kəs ona bir şey versə, sanki Allaha bir şey vermişdir.” “Vəsailuş-şiə”, c.6, 23-cü bölmə, sədəqə bölməsi, hədis 11.
2- [2] . Sədəqənin fəzilət və təsirləri, həmçinin, ehtiyacı olanlara kömək etmək barəsində çoxlu rəvayətlər gəlib çatmışdır. O cümlədən, imam Baqirdən (ə) olan hədisdə belə oxuyururq: “Mən həcc əməlini yerinə yetirməyi yetmiş qulu azad etməkdən daha çox sevirəm və ehtiyacı olan bir müsəlman ailəsinə kömək etmək, onların qarınlarını doyurmaq və əyinlərinə libas geyindirmək, həmçinin, abır-həyalarını qorumaq mənim üçün yetmiş həcdən üstündür.” (“Vəsailuş-şiə”, c.6, “sədəqə” bölməsi, 2-ci bölmə, hədis 3).

Əgər ibadətdirsə, bu, həzrət Əlinin (ə) diqqətini çəkmiş və həmin işi yerinə yetirmişdir. O həzrətin əməli iradtutulası deyil, əksinə ibadət içində ibadət hesab olunur. İradtutulası məsələ namazda insanın öz yaxınlarına diqqətidir, amma ehtiyaclı və məzlum olan birinə diqqət və ona kömək etmək ibadətdir və heç bir iradı yoxdur.

Nəticədə, bu irad da yersizdir və həqiqətdə, onu və ona bənzər iradları düzəldənlərin hədəfi həzrət Əlinin (ə) vilayəti ilə bağlı bizim dəlillərimizi zəiflətməkdir.

Beşinci irad:

Nə üçün ayədəki bütün əvəzliklər cəm halındadır?

Ötən bəhslərimizdə dediklərimizə əsasən, ayə üç dəstədən olanların vilayəti barədədir və üçüncü dəstə barədə gələn bütün əvəzliklər, fellər və s. cəm halındadır. Diqqət edin:

1. {...الَّذین...} 2. {...آمنوا...} 3. {...الَّذین...} 4. {...یقیمون...} 5. {...یؤتون...} 6. {...هم...} 7. {...راکعون...}

Xatırladılan bu yeddi sözün hamısı cəm şəkildədir. Yəni, müxtəlif fərdlərin ruku halında fəqirə kömək etməsinə baxmayaraq, bütün rəvayətlər fəqət həzrət Əlinin (ə) ruku halında sədəqə verən şəxs kimi tanındırır. Bu mətləbə diqqət etməklə, ayənin nazil edilməsi ilə bağlı nəql edilən rəvayətlər ayə ilə uyğunluq təşkil edirmi?

Aydın məsələdir ki, əgər Qurani-Kərimin ayələri ilə onun barəsində nəql edilən rəvayət arasında ziddiyyət meydana gələrsə, biz rəvayəti kənara qoyaraq ayənin məzmununa əməl etməliyik. Deməli, yuxarıdakı ayə ilə rəvayət arasındakı ziddiyyət rəvayətin etibardan düşməsinə səbəb olur.

səh:82

Cavab: Əhli-sünnənin öz alim və təfsirçiləri bu irada cavab vermişlər. Fəxri Razi bu sualın cavabında belə deyir: “Sözün cəm halda işlədilməsi bəzən ehtiram üçündür, yəni xitab edilən tərəfin bir nəfərdən artıq olmamasına baxmayaraq, ona hörmət mənasında cəm təşkil edən sözlərdən istifadə olunur. Belə məsələlər digər dillərdə də mövcuddur. Məsələn, “sən gəldin, getdin və s.” yerinə “siz gəldiniz, getdiniz və s.” kimi cümlələr işlədilir. Nəticədə, ərəb ədəbiyyatında (qrammatikasında) da tək halda olan sözlər yerinə ehtiram məqsədi ilə cəm haldakı sözlərdən istifadə olunur. Yuxarıdakı ayə də, eynilə, bu cürdür.(1)

Alusi “Ruhul-məani” kitabında aşağıdakı kimi fərqli bir cavab vermişdir: “Bəzi vaxtlarda şəxsin, bəzən də işin əzəmət və böyüklüyü səbəbi ilə təklik bildirən (müfrəd) sözlər yerinə cəmdən istifadə olunur. Bu, ərəb dilində (lüğətində) olan bir ənənədir və belə istifadə məcazi olduğu üçün qərinə və şahidə ehtiyac vardır”.(2)

İndi isə biz həmin məsələyə cavab veririk

Birincisi, deyirsiniz ki, iş və ya şəxsin əzəməti və ona ehtiram edilməsi üçün, müfrəd (tək) yerinə cəmdən istifadə olunması ərəblər arasında adət və ənənə halını almış və sözügedən ayədə də həmin cəhət nəzərdə tutularaq cəm şəkilçiləri işlədilmişdir. Bu məcazi mənanın ən yaxşı qərinəsi heç bir alimin, hətta, əhli-sünnədən olan təəssübkeş alimlərin də həzrət Əlidən (ə) başqa, ayənin ona şamil olması üçün kiminsə namazın ruku halında sədəqə verməsinə etiqad bəsləməməsidir və bunun özü tək haldakı söz yerinə cəmin işlədilməsi üçün ən yaxşı qərinə və şahiddir.

İkincisi, Qurani-Kərimin bir çox ayələrində tək haldakı sözün işlənməsi lazım gəldiyi yerdə, cəmin

səh:83


1- [1] . “Ət-Təfsirul-kəbir”, c.12, səh.28.
2- [2] . “Ruhul-məani”, c.6, səh.168.

işlədilməsi görülmüşdür. Nümunə üçün, yeddi ayəni diqqətinizə çatdırırıq:

1. “Bəqərə” surəsinin 215-ci ayəsi:

{یسْأَلُونَکَ مَاذَا ینْفِقُونَ قُلْ مَا أَنْفَقْتُمْ مِنْ خَیرٍ فَلِلْوَالِدَینِ وَالْأَقْرَبِینَ وَالْیتَامَی وَالْمَسَاکِینِ وَابْنِ السَّبِیلِ وَمَا تَفْعَلُوا مِنْ خَیرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِیمٌ}

“(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri (infaq) haqqında soruşanlara de: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir””.

Bu şərif ayədə {یسْأَلُونَکَ...}، {...ینفقون...}، {...انفقتم...} و {...ما تفعلوا...} – kimi sözlər cəm halda işlədilmişdir və elə nəzərə çarpır ki, bütün müsəlmanlar yuxarıdakı sualı vermişlər. Amma ayənin nazilolma səbəbi ilə bağlı deyilənlərə uyğun olaraq, bu sualı bir nəfərdən – varlı şəxs olan Ömər ibn Cumuhdan – başqa, kimsə verməmişdir.(1) Nəticədə, bu ayədə də ya infaq kimi əhəmiyyətli işə, ya da sual verənin (Ömər ibn Cumuh) ehtiramına xatir müfrəd yerinə cəm işlədilmişdir.

Bir mətləlb: Bu ayədə nəzərə çarpan maraqlı məsələ Ömər ibn Cumuhun verdiyi sualın cavabında Allahın digər bir mövzuya toxunmasıdır. Yəni, Ömər ibn Cumuh hansı mallardan infaq etməyi soruşur, amma Allah-taala sualın cavabını bildirməkdən əlavə, həmin malların kimlərə xərclənməli olması barədə söhbət açır. Bu cür cavabın verdiyi mesaj malın xərclənmə yerlərinin əhəmiyyətliliyindədir və insanın əvvəlcə, ata-anası, yaxınları və qohum-əqrəbasını və daha sonra digərlərini nəzərdə tutmasını diqqətə çatdırır.

2. Allah-taala “Bəqərə” surəsinin 274-cü ayəsində buyurur:

{الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمْ بِاللَّیلِ وَالنَّهَارِ سِرًّا وَعَلَانِیةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَیهِمْ وَلَا هُمْ یحْزَنُونَ}

“Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Allah yanında böyük mükafatları vardır.

səh:84


1- [1] . “Əl-Kəşşaf”, c.1, səh.257.

Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər”.

Bu ayədə də {الَّذِینَ...}، {...ینْفِقُونَ...}، {...أَمْوَالَهُمْ...}، {...فَلَهُمْ...}، {...أَجْرُهُمْ...}، {...رَبِّهِمْ...}، {...عَلَیهِمْ...}، {...هُمْ...} و {...یحْزَنُونَ} – sözləri cəm şəklində nazil edilmişdir, lakin əksər təfsirçilər ayədəki məqsədin Əli ibn Əbutalib (ə) olduğunu və o həzrətin gecə-gündüz, aşkar və gizlində infaq etdiyini demişlər. Rəvayətə əsasən, o həzrətin dörd dirhəm pulu vardı və o, bir dirhəmi gecə, bir dirhəmi günüz və yerdə qalan iki dirhəmi isə aşkar və gizlində infaq etmiş və həmin ayə də onun şənində nazil edilmişdir.(1)

Sual: Dörd dirhəmin infaq edilməsi kimi cüzi və kiçik işlər üçün ayə nazil edilməsi mümkündürmü?

Cavab: İslamın nəzərində əhəmiyyətli və mühüm olan əməlin kəmiyyət və miqdarı deyil, onun keyfiyyət və necəliyidir. Əgər əməl ixlasla yerinə yetirilmiş olarsa, dörd dirhəmlik azacıq infaqla bağlı ayənin nazil edilməsi mümkündür, amma kimsə qızıldan olan bir gövhəri infaq etsə və əməli ixlas üzündən olmasa, heç bir dəyərə malik olmayacaq və onun barəsində bir ayə belə, nazil edilməyəcəkdir.

3. “Ali-İmran” surəsinin 173-cü ayəsində buyurulur:

{الَّذِینَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَکُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِیمَانًا وَقَالُوا حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَکِیلُ}

“Onlar (Ühüd döyüşündəki mücahidləri) elə kəslər idilər ki, camaatın bəzisi “camaat (düşmən qoşunu) sizin (lə vuruşmaq) üçün toplaşmışdır, onlardan qorxun” – dediyində, bu xəbər onların imanını artırdı və dedilər: “Allah bizə kifayətdir və o, necə də gözəl vəkildir!””

Bu ayə “Ühüd” döyüşü barədə nazil olmuşdur. Yenicə müsəlman olmuş bir qrup döyüşdə Peyğəmbərin (s) göstərişinə itaətsizlik edərək onlara təyin olunmuş yeri tərk etdilər və döyüş qənimətlərini toplamağa başladılar.

səh:85


1- [1] . “Əl-Kəşşaf”, c.1, səh.319.

Bu səbəbdən, məğlubiyyətə uğradılmaqda olan düşmən müsəlmanların qəflətindən sui-istifadə edərək Ühüd dağını mühasirə edir və beləliklə, müsəlmanlardan yetmiş nəfər şəhadətə çatdırılır.

Kafir və müşriklər işi sonuna kimi davam etdirməyərək həmin miqdardakı qələbə ilə kifayətlənmiş və Məkkəyə doğru geri qayıtmışlar. Məkkəyə qayıtmaq ərəfəsində onlardan biri deyir: “Biz bu mərhələyə qədər qələbə çalmağımıza baxmayaraq, nə üçün İslam Peyğəmbərini (s) qətlə yetirmədik ki, İslamın işi tamamilə sona yetsin? Əgər elə bu gün həmin işi görməsək, gələcəkdə İslam və müsəlmanlar bizə maneçilik törədəcəklər.” Onun sözləri digərlərinə təsir etdi və hamısı geri qayıdıb yenidən döyüşmək istədilər. Müşriklərin arasında təkcə Nəim ibn Məsud və ya Möbəd Əl-Xüzai adlı bir şəxs döyüşün davam etdirilməsindən narazı idi. O, kafirlərin müsəlmanlara yetişməsindən qabaq, müşriklərin geri qayıdıb döyüşə qərar verdikləri xəbərini müsəlmanlara çatdırdı.

Müsəlmanlardan bəziləri bu xəbərdən qorxu və vəhşət hissi keçirərək dedilər: “Sağlam olduğumuz zaman onlarla döyüşdə məğlub olduq və indi bu qədər yaralandığımız və bəzilərimiz öldürüldüyü halda, onların müqabilində necə davam gətirə biləcəyik?!” Amma müsəlmanların digər dəstəsi dedi ki, biz təkcə onlarla döyüşmək deyil, əksinə onların qarşısına da çıxacağıq. Onlar, hətta, yaralananlardan da qoşun toplayaraq düşmən qarşısına çıxdıqda, kafir və müşriklər başa düşdülər ki, müsəlmanlar yaralananlarla döyüşə gəlmişdir. Bu hadisədən qorxuya düşdülər və həmin miqdar qələbə və müvəffəqiyyətlə kifayətlənərək geri çəkildi və yenidən döyüşməkdən əl çəkdilər.

Yuxarıdakı ayə də həmin məsələ barədə nazil olmuşdur. Eyni zamanda, kafirlərin müsəlmanlarla bağlı verdikləri qərarı müsəlmanlara çatdıran Nəim ibn Məsud və ya Möbəd Əl-Xüzai bir nəfər olmasına baxmayaraq,

səh:86

{...النَّاسُ...} (camaat) təbiri ilə ifadə edilmişdir. Onun bu cür rəftar və əməli diqqətə layiq və əzəmətli olduğundan, ona ehtiram və hörmət əlaməti olaraq ayədə tək (müfrəd) yerinə cəmdən istifadə edilmişdir.

4. “Ali-İmran” surəsinin 61-ci ayəsində Allah-taala buyurur:

{فَمَنْ حَاجَّکَ فِیهِ مِنْ بَعْدِ مَا جَاءَکَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَکُمْ وَنِسَاءَنَا وَنِسَاءَکُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَکُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَی الْکَاذِبِینَ}

“Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: “Gəlin biz öz oğullarımızı, siz də öz oğullarınızı, biz öz qadınlarımızı, siz də öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək və beləliklə, Allahın yalançılara lənət etməsini diləyək. (Peyğəmbər (s) bu hadisədə imam Həsənlə (ə) imam Hüseyni (ə) “oğulları”, Fatiməni (ə) “qadın” və Əlini (ə) “canı” kimi “mübahilə” yə, yəni ayədə işarə olunan “qarşılıqlı nifrin etmə” mərasiminə apardı və kafirlər təslim oldular)”.

Bu ayə “mübahilə” məsələsi barədə nazil olmuşdur. Bu macərada – hamının bildiyi kimi – Peyğəmbər (s) tərəfindən Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) mübahiləyə gəlmişdir. {...أَبْنَاءَنَا...} (oğullarımız) da məqsəd imam Həsən (ə) və Hüseyn (ə), {...نِسَاءَنَا...} (qadınlarımız)da məqsəd xanım Fatimədir (ə) və bu söz cəm halda işlənmişdir. {...أَنْفُسَنَا...} (özümüz)də isə məqsəd Əli ibn Əbutalibdir (ə) və bu söz də cəm şəkildədir.(1) Beləliklə, bu ayədə də {...نِسَاءَنَا...} (qadınlarımız) və {...أَنْفُسَنَا...} (özümüz) cəm halında işlənməsinə baxmayaraq, müfrəd mənasındadır və məqsəd xanım Fatimə (ə) və həzrət Əlidir (ə).

5. “Mümtəhinə” surəsinin 5-ci ayəsində oxuyuruq:

səh:87


1- [1] . “Əl-Kəşşaf”, c.1, səh.368.

{یا أَیهَا الَّذِینَ آمَنُوا لَا تَتَّخِذُوا عَدُوِّی وَعَدُوَّکُمْ أَوْلِیاءَ...}

“Ey iman gətirən kəslər! Mənim və sizin düşməniniz olanları özünüzə dost tutmayın.” Müfəssirlərin əksəriyyəti bu ayənin Xatib ibn Əbi Bətləə barəsində nazil olduğunu demişlər və onun bir nəfər olmasına baxmayaraq, {...الَّذِینَ...}، {...آمَنُوا...} و {...عَدُوَّکُمْ...}.

{...لَا تَتَّخِذُوا...} kimi sözlər cəm şəklində istifadə edilmişdir. Buna səbəb onun yerinə yetirmək istədiyi işin təhlükəsinin böyüklüyü olmuşdur. Həmin iş belə idi: Peyğəmbər (s) Məkkəni fəth etmək qərarına gəldiyi zaman, Məkkəyə gedən bütün yolları bağlatdırmışdı ki, müsəlmanların qoşun toplayaraq Məkkəyə gəlmək istəmələri düşmənlərin qulağına çatmasın və hadisədən qafil qalsınlar və həmçinin, bu yolla qan tökülmədən döyüşsüz təslim edilsinlər.

Xatib ibn Əbi Bətləənin Məkkədə çoxlu mal-dövləti var idi və o, öz-özünə fikirləşdi ki, müsəlmanların Məkkəyə qoşun yeritmək istəməsi xəbərini müşriklərə çatdırmaqla, mal-dövlətini müşriklərdən geri ala bilər. Bu, indiki siyasətçilərin deyimi ilə “imtiyaz verib imtiyaz almaq” demək idi. Həmin məqsədlə o, Məkkə böyüklərinə məktub yazaraq onu Sarə adlı bir qadına verdi ki, Məkkəyə çatdırsın. Sarə də məktubu öz paltarlarının altında gizlətdi və Məkkəyə yola düşdü.

Cəbrayıl nazil olaraq bu planı Peyğəmbərə (s) xəbər verdi və o, həzrət Əli (ə) və bir neçə nəfəri məktubun tapılması üçün qadının arxasınca getməklə vəzifələndirdi. Nəticədə, onlar məktupu taparaq Mədinəyə geri qayıtdılar. Bu hadisənin ardınca, qeyd etdiyimiz yuxarıdakı ayə nazil oldu və Xatib ibn Əbi Bətləə məzəmmət edildi. Peyğəmbərin (s) səhabələri onun qətlə yetirilməsini tələb etdilər, amma Peyğəmbər (s) onun İslamdakı xidmətlərini və “Bədr” döyüşündə göstərdiyi şücaətini və peşman olmasını nəzərə alaraq onu bağışladı.(1) Bu

səh:88


1- [1] . “Əl-Kəşşaf”, c.4, səh.511.

ayədə də Xatib ibn Əbi Bətləə bir nəfər olduğu halda, cəm bildirən sözlərdən istifadə olunmuşdur.

6. “Maidə” surəsinin 52-ci ayəsində buyurulur:

{فَتَرَی الَّذِینَ فِی قُلُوبِهِمْ مَرَضٌ یسَارِعُونَ فِیهِمْ یقُولُونَ نَخْشَی أَنْ تُصِیبَنَا دَائِرَةٌ...}

“(Ey möminlər! Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın) Beləliklə, sən qəlblərində xəstəlik (nifaq və ikiüzlülük xəstəliyi) olan kəslərin onlar(la dostluğ)a tələsmələrini və “bizə pis bir hadisənin üz verməsindən (İslam dövlətinin süquta uğramasından və onların bizə hakim olmalarından) qorxuruq” demələrini görürsən”.

İslam Peyğəmbəri (s) müsəlmanlara müşrik və kafirlərlə “əlaqələrini kəsmək” göstərişi vermişdi. Abdulla ibn Ubəyy adlı münafiqlərdən biri deyir: “Əgər biz onlarla əlaqələrimizi kəssək, bizim yaşayışımız çətinləşəcək və bir çox çətinliklərlə üzləşəcəyik.” Yuxarıdakı ayə həmin münafiq barəsində nazil edilmişdir.(1) Kafir və müşriklərlə rabitəni kəsmək istəməyən birdən artıq şəxs deyildi, amma ayədə {...الَّذِینَ...}، {...قُلُوبِهِمْ...}، {...یسَارِعُونَ...}، {...یقُولُونَ...}، {...نَخْشَی...} و {...تُصِیبَنَا...} – kimi cəm halda işlənən sözlərdən istifadə olunmuşdur. Aydın olur ki, cəm və ya tək halda olan sözlərin işlədilməsində heç bir problem yoxdur.

7. Allah-taala “Munafiqun” surəsinin 8-ci ayəsində belə buyurur:

{یقُولُونَ لَئِنْ رَجَعْنَا إِلَی الْمَدِینَةِ لَیخْرِجَنَّ الْأَعَزُّ مِنْهَا الْأَذَلَّ وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِینَ وَلَکِنَّ الْمُنَافِقِینَ لَا یعْلَمُونَ}

“Onlar: “Əgər biz (Bəni-Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər – münafiqlər) ən zəifləri (ən həqirləri – Peyğəmbəri (s) və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki, izzət və cəlal (qüvvət və qələbə də) yalnız Allaha, onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!”

Bu ayə hicrətin altıncı ilində Qədir adlı yerdə baş verən

səh:89


1- [1] . “Əl-Kəşşaf”, c.1, səh.643.

Bəni-Müstəliq vuruşundan sonra nazil edilmişdir. Mühacir və ənsardan olan iki nəfər arasında baş verən ixtilafda münafiqlərin böyüyü Abdulla ibn Ubəyy söyüş söyərək dedi: “Bizim mühacirdən olanlara pənah verərək onlara kömək etməyimizə baxmayaraq, bizim işimiz məşhur bir zərbül-məsəldə deyilənlərə bənzəyir ki, belədir: “Öz itini kökəldərək yaxşı saxla, sonda səni yesin.” Sonra o, and içir ki, Mədinəyə qayıtdıqdan sonra mühacirləri şəhərdən çıxaracaq.” Bu hadisə səbəbilə həmin ayə nazil edilir.(1) Diqqət etdiyiniz kimi, bu sözləri söyləyən bir nəfərdir, amma onun barəsində {یقُولُونَ...} و {...رَجَعْنَا...} – bu cür cəm halda olan sözlər işlənmişdir. Belə nəticə çıxır ki, şərh verdiyimiz bu yeddi ayə və Quranın hələ mürəciət etmədiyimiz digər ayələrində tək halda işlənməli olan yerdə cəm işlədilməsi Quranda geniş yayılan və ona məxsus bir üslubdur.

Deməli, “Vilayət” ayəsində də ruku halında Əli ibn Əbutalibdən (ə) başqa, heç kimin sədəqə verməməsinə baxmayaraq, cəm şəkilçisindən istifadə edilməsi ayəyə heç bir xələl gətirmir, əksinə bu məsələ o həzrətin işi və özünün əzəmətinə xatirdir.

Altıncı irad:

Peyğəmbər (s) həyatda olduğu zaman Əlinin (ə)

vilayətinin mənası nədir?

Fəxri Razi(2) və digərlərinin tutduqları irad belədir: “Əgər ayədəki vilayət “rəhbər”, “ixtiyar sahibi”, “imamət” mənasındadırsa, həzrət Əlinin (ə) vilayətinin Peyğəmbər (s) həyatda ikən nə mənası vardır? Bu mənanın Əli ibn Əbutalib (ə) barəsində sübuta yetdiyini fərz etsək belə, onun Peyğəmbərin (s) vəfatından sonra gerçəkləşməsi aydınlaşacaq və Peyğəmbər (s) həyatda ikən “vilayət” məna kəsb etməyəcəkdir. Amma vilayətin “dost” və

səh:90


1- [1] . Bu hadisənin şərhini “Təfsire nümunə” (Nümunə təfsiri), c.24, səh.156-dan mütaliə edə bilərsiniz.
2- [2] . “Ət-Təfsirul-kəbir”, c.12, səh.28.

“köməkçi” mənasında olduğunu hesab etsək, heç bir irad yoxdur, çünki Əli (ə) Peyğəmbər (s) zamanında da möminlərin dostu və köməkçisi idi”.

Cavab: Bu iradın da cavabı aydındır, belə ki, “vilayət” sözü “canişin”, “vəli”, “vəsi” və “xəlifə” mənalarında istifadə edilmək qabiliyyətinə malikdir və xüsusən, həmin mətləb bu kəlmənin batinində yerləşdirilmişdir. Məsələn, həzrət Zəkəriyyə (ə) Allahdan ona varis, vəli və canişin olacaq bir övlad əta etməsini istəyir və Allah-taala da onun hacətini qəbul edərək Yəhyanı (ə) o həzrətə nəsib edir.(1) Onda, görəsən, Yəhya (ə) atasının sağlığında onun varis və canişinidir, yoxsa, onun vəfatından sonra? Aydın məsələdir ki, atasının vəfatından sonradır.

Bu məsələ əqli və ürfi bir məsələdir. Vəsiyyətnamə yazan və özlərinə vəsi təyin edən kəslərin vəsisi, görəsən, onların ölümündən qabaq vilayət və ixtiyara malikdir, yoxsa, bunlar ölümdən sonrakı məsələlərə aiddir? Məlum məsələdir ki, Fəxri Razi də vəsiyyətnamə yazaraq özünə vəsi təyin etmişdir. Belə isə, onun təyin etdiyi vəsi Fəxri Razi həyatda ikən onun canişidir və ya ölümündən sonra?! Bundan əlavə, dünyanın bütün hökmdarları özlərinə xəlifə və canişin təyin edirlər, amma onların (canişinlərin) heç biri hökmdar həyatda olduğu müddətdə qüdrətə malik olmur, əksinə ixtiyar və qüdrətə hökmdarın vəfatından sonra yiyələnirlər.

Beləliklə, ayədəki “vilayət” sözü “rəhbər”, “ixtiyar sahibi” və “ümmətə imamlıq etmək” mənasındadır və bütün bu mənalar Peyğəmbərin (s) vəfatından sonra həzrət Əli (ə) üçün gerçəkləşərək həqiqət tapır. Bundan əlavə, Peyğəmbərin (s) canişininin təyin edilməsinin təkcə bu ayəyə məxsusluğu yoxdur, əksinə İslam Peyğəmbəri (s) iyirmi üç illik Peyğəmbərliyi ərzində Əlinin (ə) xəlifəlik

səh:91


1- [1] . “Məryəm” surəsi, ayə 5-6.

məsələsini təkrarən və dəfələrlə bəyan etmişdir və bunun ilkin nümunəsi “Yəvmud-dar” (ev günü) hadisəsidir.

Peyğəmbər (s) üç illik məxfi və gizli şəkildə təbliğdən sonra, öz təbliğini aşkar formada həyata keçirməyə başladı və o həzrətin birinci addımı Qüreyş böyüklərini ziyafətə dəvət etmək və ziyafətdən sonra da onlara öz risalətini bildirmək oldu. O həzrət sonda belə buyurur:

أَیُّکُمْ یُوازِرُنِی عَلی ه_ذَا الاَْمْرِ

“Sizin hansınız mənə bu mühüm və məsuliyyətli işdə kömək edər?” Həzrət Əlidən (ə) başqa, heç kəs müsbət cavab vermədi və Peyğəmbər (s) elə həmin məclisdə buyurdu ki, اَنْتَ وَصِیّی (əntə vəsiyyi) - sən mənim vəsim və canişinimsən. Peyğəmbər (s) həyatda olduğu və yaşadığı müddətdə canişin və vəsini nə üçün istəyirdi?!

Nəticədə, bu cür iradların bəhanə axtarmaqdan başqa, digər bir cavabının olmadığı aydındır.

Yeddinci irad:

Zəkatda məqsəd nədir?

Diqqət etdiyiniz kimi, “Vilayət” ayəsi barədə müxtəlif bəhanələr meydana çıxmış və onu sözbəsöz, kəlməbəkəlmə sual altında qoymağa çalışmışlar.

إنّما (innəma), ولیّ (vəliyy), راکعون (rakiun), الزّکاة (əz-zəkat) – kimi sözlərin hamısına irad tutulmuş və barəsində sual verilmişdir. Fəxri Razi və başqaları demişlər: “Ayədəki zəkatda məqsəd hansı zəkatdır? Görəsən, vacib zəkatdır, yoxsa, müstəhəb zəkat?” Müstəhəb zəkat adlı bir məsələ yoxdur, deməli, zəkatda məqsəd, hökmən vacib zəkatdır. Əgər zəkatda məqsədin “vacib zəkat” olduğunu və digər tərəfdən də “ayə Əli ibn Əbutalib (ə) barəsindədir” desək, onda, ziddiyyətə düçar olmuş olarıq, çünki həzrət Əli (ə) iqtisadi və var-dövlət baxımdan o həddə deyildi ki, ona vacib zəkat aid olsun. “Dəhr” (insan) surəsinin nazil edilməsi barədə deyirdilər ki, Əli (ə) və ailəsi oruc tutmuşdu və onların qapısına dilənçi gəldikdə, öz şam yeməklərini ona verdilər və iftar üçün heç bir yeməkləri qalmadı və bu səbəbdən, su ilə

səh:92

iftar etməyə məcbur oldular. Uzun sözün qısası, həzrət Əlinin (ə) bir gündən artıq əlavə yeməyi olmadığı halda, vacib zəkat ona necə aid ola bilərdi ki, ruku halında onu (zəkatı) ödəsin?!

Cavab: Bu iradın, daha doğrusu, bəhanənin cavabında deyirirk:

Birincisi, İslamın nəzərində həm müstəhəb, həm də vacib zəkat vardır. Zəkatın toplanması İslam Peyğəmbərinin (s) Mədinəyə hicrətindən sonra həyata keçirilmişdir. Bununla yanaşı, Məkki surələrdə də zəkat barəsində söhbət açılmış və Allah-taala insanları zəkat ödəməyə təşviq etmişdir. Deməli, məqsəd müstəhəb zəkatdır, çünki isalmi hökumət təşkil edilməyən zamana qədər vacib zəkat toplanılmırdı.

Məkkədə nazil edilmiş həmin ayələrdən üçünə diqqət edin:

A) Məkki surələrindən olan “Muminun” surəsinin 4-cü ayəsində buyurulur:

{وَالَّذِینَ هُمْ لِلزَّکَاةِ فَاعِلُونَ}

“O kəslər (möminlər) ki, zəkat verirlər”. Bu ayədə zəkatın ödənilməsi möminlərin sifəti kimi tanıtdırılır və surə Məkki olduğu və zəkat hökmü qanun şəklini almazdan qabaq nazil edildiyindən, onun müstəhəb zəkat barəsində olduğunu anlayırıq.

B) Möminlərin vəsfi barədə olan “Nəml” surəsinin 3-cü ayəsində deyilir:

{الَّذِینَ یقِیمُونَ الصَّلَاةَ وَیؤْتُونَ الزَّکَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ یوقِنُونَ}

“(Möminlər) O kəslər ki, (vaxtlı-vaxtında və lazımınca) namaz qılır, zəkat verir və axirətə möhkəm inanırlar (yəqin edirlər)”.

“Nəml” surəsi də Məkki surələrdəndir və burada da zəkatda məqsəd müstəhəb zəkatdır.

C) “Rum” surəsinin 39-cu ayəsində belə buyurulur:

{...وَمَا آتَیتُمْ مِنْ زَکَاةٍ تُرِیدُونَ وَجْهَ اللَّهِ فَأُولَئِکَ هُمُ الْمُضْعِفُونَ}

“Allahın razılığını diləyərək verdiyinizdən (zəkatdan) isə (mənfəət götürəcəksiniz). Bunu edənlər mənfəətlərini qat-qat artıranlardır”. Bu surə də Məkki surələrdəndir və

səh:93

ayədəki zəkatda məqsəd müstəhəb zəkatdır.

Nəticədə, Qurandan əldə etdiklərimizə əsasən, həm vacib, həm də müstəhəb zəkat vardır. Eyni zamanda, şiə fiqhində də bəzi mallar vacib, bəziləri isə müstəhəb zəkata malikdirlər.

İkincisi, Peyğəmbərin (s) ömrünün sonlarında nazil olan ayə zamanındakı Əli ibn Əbutalibin (ə) iqtisadi vəziyyətini “Dəhr” surəsi nazil olan zamandakı vəziyyətlə müqayisə etmək düzgün müqayisə deyil. Çünki İslam Məkkədə yenicə yarandığı zaman, müsəlmanların vəziyyəti ümumi halda münasib şəkildə deyildi və müsəlmanlarının əksəriyyətinin iqtisadi vəziyyəti, xüsusən də, onların Məkkədə iqtisadi mühasirədə olduğunu nəzərə alsaq çox pis idi.

Amma İslam inkişaf etdikcə və onlar Məkkə müşriklərinin caynağından yaxa qurtarıb Mədinəyə mühacirət etdikləri və iqtisadi mühasirədən xilas olduqlarında, müsəlmanların iqtisadi vəziyyəti yaxşılaşırdı, həmçinin, onlar əkinçilik və ticarətlə də məşğul olurdular ki, bu da onların vəziyyətlərinin yaxşılaşmasına təsir edirdi. Eyni zamanda, döyüş qənimətləri hesabına onların iqtisadi vəziyyəti o qədər irəlilədi ki, artıq Peyğəmbərin (s) mübarək ömrünün sonlarında demək olar ki, müsəlmanların əksəriyyəti firavan həyat sürürdülər.

“Maidə” surəsinin Peyğəmbərin (s) həyatının sonlarında nazil olduğunu nəzərə aldıqda, vacib zəkatın həzrət Əliyə (ə) də şamil olmasını düşünmək mümkündür və biz həzrət Əlinin (ə) bu zamandakı iqtisadi vəziyyətini – bütün müsəlmanlar demək olar ki, iqtisadi baxımdan yaxşı vəziyyətdə idilər – “Dəhr” surəsinin nazil olduğu zamanla (şiə etiqadına əsasən hicrətin əvvəlləri, ya da bəzi əhli-sünnəyə əsasən, hicrətdən qabaq), qeyd edək ki, həmin zamanlar müsəlmanlar çox çətin həyat sürürdülər, müqayisə etməməliyik. Çünki Tilbeginin dediyi kimi, ziddiyyətdə səkkiz vəhdətin olması şərtdir və zaman və məkan vəhdəti onlardan ikisidir ki, bizim bəhs etdiyimiz mövzuda mövcud deyil.

səh:94

Bunlardan əlavə, Əmirəl-Möminin (ə) barədə gələn bir rəvayətdə deyilir:

اَعْتَقَ اَلْفَ مَمْلُوک مِنْ کَدِّ یَدِه(1)

“Həzrət Əli (ə) öz zəhmətilə qazandığı gəlirlə min nəfər qul azad etmişdir”. Aydındır ki, o həzrət xəlifə olduğu dövrdə iqtisadi baxımdan elə də fəaliyyət göstərməmiş və çoxlu gəlir əldə etməmişdir ki, bu qədər qul azad edə bilsin. Deməli, bu əməli yerinə yetirməyə xilafət və rəyasətə yetişməzdən qabaq nail ola bilmişdir. Nəticədə, həzrət Əli (ə) tərəfindən üzüyün vacib zəkat ünvanında verilməsində təəccüblü və gözlənilməz bir məsələ yoxdur.

Həqiqətən də, bahanə axtarışında olanlar açıq-aşkar ziddiyyətə düçar olmuşlar. Onlar bir tərəfdən, üzüyün həddən artıq baha və qiymətli olmasını bəhanə edərək onun israfa bərabər tutmuş və digər tərəfdən də işin əslini – həzrət Əlinin (ə) vacib zəkatı yerinə yetirmək üçün lazımı miqdarda imkana malik olmadığını deyərək – inkar etmişlər.

Beləliklə, “Vilayət” ayəsi barədə gətirilən dəlillərə tutulmuş irad və bəhanələrin ən mühümlərinə yuxarıda qeyd edildiyi kimi, geniş şəkildə cavab verməklə ayənin vilayətə dəlalət etməsi aydın olur. Qeyd edilən ayə vilayət, rəhbərlik və imaməti üç dəstə üçün sübuta yetirir: Birinci, Allah-taala, ikinci, onun Peyğəmbəri (s) və o həzrətdən sonra da Əmirəl-Möminin Əli ibn Əbutalib (ə) üçün.

Həddən artıq mühüm olan bir mətləb

Əgər yuxarıda qeyd edilənlər kimi, Quranın hər bir ayəsi barədə bəhanə və iradlar gətirilərsə, ən aydın və aşkar tövhid ayələri də sual altına düşər və dəlil gətirmək üçün bir şeydən əsər-əlamət qalmaz. Müşahidə etdiyiniz kimi, nəzər elə çarpır ki, Quranın digər ayələri barədə tutulan irad və

səh:95


1- [1] . “Biharul-ənvar”, c.41, səh.43.

gətirilən bəhanələrə göz yumulur və təkcə “Vilayət” ayəsi və Əhli-beytin (ə) fəzilətləri ilə bağlı ayələrdən söhbət gedəndə həmin məsələlər (bəhanələr) meydana çıxır.

Əgər Quran və onun ayələri ilə bu cür ikili rəftarın səbəblərini araşdırmaq istəsəniz, deməliyik ki, belə şəxslər Quran müqabilində ədəb göstəərək diz çökməmiş və onun dediklərini öyrənmək fikrində də deyillər. Əksinə, onlar Qurana müəllim kəsilmək və öz düşüncələri üçün Qurandan dəlillər tapmaq fikrindədirlər. Bu, islami rəvayətlərdə çox şiddətli şəkildə məzəmmət edilən və barəsində tünd sözlər deyilən “rəyə əsasən təfsir”dir.(1)

Əziz oxucular! Əgər Quran, rəvayət, vəhy və ya məsumların sözlərindən düzgün istifadə etmək və həqiqətlərə yetişmək istəyirsinizsə, Quran və hədislərin şagirdi olmalı və sizin meyl və istəklərinizin xilafına olsa belə, bu iki dəyərli və islami maarifi əhatə edən mənbədən anlayıb başa düşdüklərinizi qəbul etməlisiniz. Əks təqdirdə, bu, çox aydın və aşkar olan mətləblərlə bağlı bəhanə axtarışı və irad tutmaqla, həmçinin, rəyə əsasən təfsir etməklə nəticələnəcək.

Peyğəmbərdən (s) nəql edilən rəvayətlərin birində Quranla bağlı bu cür rəftar edənlərin aqibət və taleyi barədə buyururlur:

…مَنْ جَعَلَهُ اَمامَهُ قادَهُ اِلَی الْجَنَّةِ وَمَنْ جَعَلَهُ خَلْفَهُ ساقَهُ اِلَی النّارِ(2)

“Quran onu özünə rəhbər və imam təyin edənləri (və onun qarşısında şagird kimi diz çökənləri) cənnətə tərəf yönəldər və özünü Qurana rəhbər və imam təyin edən (öz nəzər və düşüncələrini Qurna yeritmək istəyən) kəsləri isə cəhənnəmə tərəf istiqamətləndirər.” Həqiqətən də, bu rəvayət Quranı öz rəylərinə əsasən təfsir edən kəsləri lərzəyə gətirəndir.

səh:96


1- [1] . Rəyə əsasən təfsir barədə daha ətraflı məlumata sahib olmaq üçün Ayətullah Məkarim Şirazinin “Təfsir be rəy” kitabına müraciət edərək mütaliə edin.
2- [2] . “Biharul-ənvar”, c.74, səh.134.
“Vilayət” ayəsinin verdiyi mesajlar

Bəhs etdiyimiz ayənin Əmirəl-Mömininin (ə) vilayətini sübuta yetirməkdən əlavə, o həzrətin şiələri, həmçinin, dünyanın bütün müsəlmanlar üçün mühüm bir mesajı vardır.

Həzrət Əli (ə) təsadüfi və gözlənilməz şəkildə möminlərin rəhbəri, Allah-taalanın layiqli xəlifəsi və axiruz-zaman (sonuncu) Peyğəmbərin (s) canişini olaraq seçilməmişdir, əksinə bu böyük məqama yetişmək üçün bəhs etdiyimiz ayədə bəzi səbəblərin olduğu da göstərilmişdir. O həzrətin güclü imana sahib olması, özü və Allahı arasında münasibəti, namazı bərpa etməsi, zəkat ödəməsi, özü ilə digər insanlar arasında münasibət və rəftarları həzrət Əlinin (ə) “Əmirəl-Möminin” seçilməsinə səbəb olmuşdur.(1)

Yuxarıda qeyd edilən ayədə həzrət Əlinin (ə) tərafdarlarına belə deyilir: “Əgər siz də həzrət Əlinin (ə) addımı ilə addımlamaq istəyirsinizsə, onda, güclü imana sahib olmalı, onu qorumaq və hifz etmək üçün çalışmalı, Allahla öz aranızdakı rabitə və münasibətləri daha da yaxşılaşdırmalı və hətta, zəkat və digər vergiləri də namazda ödəməkdən qəflət etməməlisiniz. Xüsusən, ayıqlıq, özünü düzəltmək və ibadət ayı olan mübarək Ramazan ayında təlaş və səy edərək bu ayda xəstələrin şəfa tapması, vəfat edənlərin bağışlanması, acların doyurulması və ehtiyaclıların ehitiyacının aradan qaldırılması və s. üçün dualar etməlisiniz”.

4. “ULUL-ƏMR” AYƏSİ

İşarə

{یا أَیهَا الَّذِینَ آمَنُوا أَطِیعُوا اللَّهَ وَأَطِیعُوا الرَّسُولَ وَأُولِی الْأَمْرِ مِنْکُمْ فَإِنْ تَنَازَعْتُمْ فِی شَیءٍ فَرُدُّوهُ إِلَی اللَّهِ وَالرَّسُولِ إِنْ کُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْیوْمِ الْآخِرِ ذَلِکَ خَیرٌ وَأَحْسَنُ تَأْوِیلًا}

səh:97


1- [1] . Biz elmi hövzə tələbələrinin ifadəsi ilə desək, “Hökmün sifətə şamil olması, səbəb adı ilə tanınır”, yəni hansısa bir hökmü sifət (vəsf) üçün qeyd etsələr, ondan anlaşılan nəticə həmin sifətin bu hökm üçün səbəb olmasıdır. Məsələn, “alim olan insanlara ehtiram edin” deyilsə, aydın olur ki, onların elmi ehtiram edilmələrinə səbəb olmuşdur.

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”.(1)

Bəhsə qısa bir nəzər

Digər bir adı “İtaət ayəsi” olan yuxarıdakı ayə aşkar şəkildə Əmirəl-Mömininin (ə) vilayətinə dəlalət edən digər ayələrdəndir və bu ayədəki əsas bəhs “Ulul-əmr” (əmr sahibləri) sözü üzərindədir və onun barəsində müxtəlif nəzəriyyələr bəyan edilmişdir. Həmin nəzəriyyələr barədə şərh və izahlar qeyd ediləcəkdir.

Şərh və təfsir

“Ulul-əmr” kimlərdir?

{یا أَیهَا الَّذِینَ آمَنُوا أَطِیعُوا اللَّهَ وَأَطِیعُوا الرَّسُولَ وَأُولِی الْأَمْرِ مِنْکُمْ...}

(Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!) – Allah-taala ayənin bu hissəsində dünyanın bütün yerində olan, bütün zamanlardan qiyamətə qədər İslama iman gətirəcək müsəlmanlara xitab edərək üç şəxsə mütləq şəkildə və sorğu-sualsız itaət etməyin lazım və vacib olduğunu buyurmuşdur. Ardıcıl olaraq, Allah, ondan sonra Peyğəmbər (s) və daha sonra isə “Ulul-əmr”ə (əmr sahiblərinə) itaətin vacibliyi bildirilmişdir.

{...فَإِنْ تَنَازَعْتُمْ فِی شَیءٍ فَرُدُّوهُ إِلَی اللَّهِ وَالرَّسُولِ إِنْ کُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْیوْمِ الْآخِرِ...}

(Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!) – Ayənin ikinci hissəsində müsəlmanların ixtilaf və münaqişə zamanı müraciət etməli olduqları mənbə müəyyən edilir və sanki, onlar üçün müstəqil bir qəzavət sisteminin

səh:98


1- [1] . “Nisa” surəsi, ayə 59.

əsası təşkil olunaraq buyurulur ki, əgər hansısa bir məsələ barədə ixtilafa düçar olsanız, Allaha, Peyğəmbərə (s) müraciət edin və öz mübahisəli məsələlərinizi İslamdan olmayanlar yanında bəyan etməyin (açıb-ağartmayın). Ayədə “Allah” və “axirətə iman” qeydlərinin işlənməsinə diqqət etməklə, ixtilaflı məsələlərdə islami mənbə və hökmlərə müraciət etməyən müsəlmanların Allah və axirətə iman gətirmədikləri məlum olur. Diqqət edilməli digər bir məsələ ayənin əvvəlində itaət olunması vacib hesab edilən kəslərin sırasında “Ulul-əmr” sözünün nəzərə çarpmasıdır. Amma bununla yanaşı, ixtilaflı məsələlərdə müraciət olunanlar “Ulul-əmr” şəklində bildirilməmişdir. Bu mətləb yuxarıdakı ayə barədə bəyan edilən mühüm suallardandır və inşallah onun barəsində gələn bəhslərimizdə söhbət edəcəyik.

{...ذَلِکَ خَیرٌ وَأَحْسَنُ تَأْوِیلًا}

(Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır) – Bu cümlə, həqiqətdə, əvvəlki iki cümlənin səbəbidir.

Möminlər nə üçün Allah, Peyğəmbər (s) və “Ulul-əmrə” (əmr sahiblərinə) itaət etməlidirlər? Özlərinin ixtilaf və mübahisəli məsələlərində Allah və onun Peyğəmbərindən (s) başqa, nə üçün kimisə hakim seçməməlidirlər? Çünki bu iş möminlərə aqibət və əməl baxımından daha xeyirli və yaxşıdır.

“Ulul-əmr”ə itaətin əhatə dairəsi

Ayənin əsas düyün və qaranlıq nöqtəsi yuxarıdakı cümə ilə bağlıdır. Əgər “Ulul-əmr”in kim olduğu məlum olsa, ayənin təfsiri aydın və aşkar olacaqdır. Beləliklə, təfsirçilər “Ulul-əmr”in misdaq və nümunəsi barədə söhbət açmış və onunla əlaqədar yeddiyə yaxın müxtəlif nəzəriyyələr irəli sürmüşlər.

Sual: “Ulul-əmr”in kim olması barədə təfsirçilərin nəzəriyyəsinə toxunmazdan əvvəl, həmin sözün mənasının anlaşılmasında daha çox rol oynayan bir suala cavab

səh:99

verməyimiz lazım gəlir. Həmin sual belədir:

“Ulul-əmr”ə itaət etmək, görəsən, hansısa bir şərt və qeydlərlə məhdudlaşır, yoxsa, onlara itaət etmək Allah və onun Peyğəmbərinə (s) itaət etmək kimi mütləq şəkildə vacibdirmi? Başqa bir deyimlə, “Ulul-əmr”ə itaət etmək, məkan zaman və s. baxımından müəyyən qeydlərə malikdir, yoxsa, hər bir zaman, məkan və şəraitdə zəruridirmi?

Cavab: Ayənin zahirindən “Ulul-əmr”ə itaətin mütləq olduğu və heç bir şərt və qeydlə məhdudlaşmadığı aydın olur. Başqa sözlə, bu ayədə “Ulul-əmr”ə itaət onların səhv və xətasız olması ilə qeydlənməmişdir, yəni Allah və onun Peyğəmbərinə (s) itaət mütləq şəkildə olduğu kimi, onlarla eyni səviyyədə duran “Ulul-əmr”ə itaət də mütləq şəkildə vacibdir. Deməli, “Ulul-əmr” istər-istəməz məsum olmalıdır, çünki heç bir qeyd və şərt olmadan itaətedilmə sadəcə onlara şamil ola bilər. Yəni, səhv və xəta edən hansısa bir şəxsə qeydsiz və şərtsiz itaət etmək və tabe olmaq olmaz.

Bu cəhətdən, əgər hansısa bir hakim verdiyi hökmdə xətaya düçar olar və şikayətçi tərəf də məsələnin (hökmün) yanlış olmasına yəqin edərsə, onun hökmünə əsasən, tərəflərdən birinin mənfəəti, digərinin isə məhkum edilməsini müəyyən etmək olmaz və biz bu məsələyə etiqad bəsləyirik. Hətta, mərcəyi-təqlidlərə (din alimləri) təqlid edənlərin itaət etməsi zəruri olduqda belə, əgər onlar (alimlər) xəta etmiş olsalar, onlara itaət etmək olmaz. Məsələn, mübarək Ramazan ayının otuzuncu gecəsində ayı görmək mərcəyi-təqlidə müyəssər olmasa və o, hökm versə ki, camaat Ramazan ayının otuzuncu günü də oruc tutsun, amma onun müqəllidlərindən bəzisi öz gözləri ilə otuzuncu gün Şəvval ayının olduğunu bildirən göydəki ayı görmüş olsalar, həmin alimə itaət edərək oruc tuta bilməzlər, əksinə onlar oruclarını açmalıdırlar, çünki mərcəyi-təqlid bu məsələdə səhvə yol vermişdir.

Nəticədə, təkcə məsumlara sorğu-sualsız və mütləq

səh:100

şəkildə itaət etmək caizdir və qeyri-məsumlara itaət isə caiz deyil. “Ulul-əmr”ə itaəti mütləq şəkildə Allahın vacib etdiyini nəzərə aldıqda, onların (“Ulul-əmr”in) məsum olduğu nəticəsinə gəlirik.

“Ulul-əmr” barəsində müxtəlif nəzəriyyələr

İşarə

Əvvəldə qeyd etdiyimiz kimi, “Ulul-əmr”in təfsiri barəsində müxtəlif nəzəriyyələr mövcuddur və biz onlardan bəzilərinə işarə edirik:

a) “Ulul-əmr”də məqsəd cəmiyyətin hakim və rəhbərləridir
İşarə

İslami cəmiyyətdə hər hansı bir şəkildə hakim olan və müsəlmanların rəhbərliyini öz öhdəsinə götürən şəxslər “Ulul-əmr”dən hesab ediləcəklər və onlara qeydsiz və şərtsiz itaət edilməlidir – hətta, onlar camaatın iradə və istəyinin ziddinə olaraq qılınc və zor gücünə hakimiyyətə gəlsə və ən pis və fasiq insanlar olsalar belə. Beləliklə, monqollar və Çingiz xan kimilər də əgər İslam cəmiyyətinə hakim olsalar, onlara itaət etmək vacibdir.

Əhli-sünnə alimlərindən bir neçəsi bu nəzəriyyənin tərəfdarıdır. Görəsən, sağlam əql və düşüncəyə sahib olan hansısa bir şəxs bu sözləri qəbul edə bilərmi? Allah öz Peyğəmbərini (s) yer üzərində ədalət və əmin-amanlığı bərpa etmək üçün göndərməmişdirmi?(1) Belə olan halda, zalım bir şəxs necə Peyğəmbərin (s) canişini ola bilər və əgər o hökmranlıq etsə, ədalət aradan qaldırılmazmı? Ayədəki “Ulul-əmr”in bu şəkildə təfsir edilməsi İslamın hansı ümidverici proqram və planları ilə uyğun gəlir? Görəsən, bu sözləri deyənlər, doğrudan da, İslam cəmiyyətinə zorla və qılınc gücünə hakim kəsilən, bütün

səh:101


1- [1] . Bu barədə “Hədid” surəsinin 25-ci ayəsində söhbət açılmışdır.

islami dəyərləri ayaq altında qoyan, haramları halal edən və Allahın vacib buyurduqlarını aradan aparan zalım, kafir və azğın bir şəxsin “Ulul-əmr”dən olmasına etiqad bəsləyərək ona itaət edilməsinin vacibliyini düşünürmü?!

Təəssüflər olsun ki, onların bu barədə cavabı müsbətdir və onlar Müaviyyə və oğlu Yezid kimi insanları “Ulul-əmr”dən hesab etmişlər. Kaş ki, heç bir müsəlman alimi ayəni bu cür təfsir etməyəydi!

b) Alimlərdən bəziləri yuxarıdakı əqidələri inkar edərək, “Ululəmr”

in məsum olması fikrindədirlər

b) Alimlərdən bəziləri yuxarıdakı əqidələri inkar edərək...

b) Alimlərdən bəziləri yuxarıdakı əqidələri inkar edərək, “Ululəmr”

in məsum olması fikrindədirlər

Bütün insanların səhv və xətaya düçar olduğunu düşündükdə, “Ulul-əmr”dəki məqsədin “bütün İslam cəmiyyəti” olduğunu söyləmişlər, çünki İslam ümməti ismətə malikdir və cəmiyyətdəki fərdlərin ayrılıqda xətakar olmasına baxmayaraq, bütün müsəlman camaatının səhv və xəta etməsi mümkün deyil. Nəticədə, Allah və Peyğəmbərə (s) itaət vacib olduğu kimi, İslam ümmətinə də itaət etmək vacibdir. Bu nəzəriyyənin cavabında belə deyirik:

Siz hansısa bir məsələdə bütün müsəlman ümmətinin rəy və nəzərini necə əldə edə bilərsiniz? Həmin nəzəriyyəyə əsasən, bütün müsəlmanların düşüncəsini ələ gətirmək lazım deyilmi? Ola bilsin ki, cavabında “bütün müsəlmanların ayrı-ayrılıqda nəzərini əldə etmək lazım deyil, əksinə nümayəndələrin seçilməsi və onların icma və fikir birliyi müsəlman ümməti üçün kifayət edər” – deyilsin. Belə isə, biz də soruşuruq ki, görəsən, (bütün müsəlmanların deyil) nümayəndələrin rəy və nəzərlərini əldə etmək mümkündürmü?

Həqiqətdə, isalmi ümmətin nümayəndələrinin belə, rəy və fikir birliyini əldə etmək mümkün olası deyil. Bəlkə də,

səh:102

“ümumiyyətlə, rəy birliyinə ehtiyac yoxdur, bizim meyarımız əksəriyyətdir, hansısa bir məsələdə İslam ümmətinin nümayəndələrinin əksəriyyəti müsbət rəy versə, “Ulul-əmr” ünvanında ona itaət etmək vacibdir” – deyilsin. Doğrudan da, “Ulul-əmr”in mənası “İslam ümmətinin nümayəndələri”dirmi?

c) Bəziləri bundan da irəli keçə və...

c) Bəziləri bundan da irəli keçə və yadelli mədəniyyətlər

müqabilində ruh düşkünlüyünə düçar olaraq, “Ulul-əmr”in nümunə

və misdaqının “Qərb demokratiyası” olduğunu demişlər

Görəsən, bu cür təfsir və izahlar şəxsi rəy və nəzərə əsasən deyilmi?! Bu məsələlər Qurana yeridilmək istənilən nəzəriyyələr hesab edilmirmi?! Belə nəticə çıxarmaq Qurana diqqətsizlik və hörmətsizlik deyilmi?!

Bütün bunları bir kənara qoyaraq deyə bilərik ki, Qərb demokratiyası işə yarayan bir şey deyil. Onların (alimlərin) özləri də etiraf edərək qəbul edirlər ki, qərblilərin demokratiyası ideal deyil və məcburiyyət səbəbindən ona pənah aparmışlar. Əgər hazırkı vəziyyətdə ona sığınmasaydılar, onlar bundan da pis hala düçar olacaqdılar və zərəri daha da azaltmaq məqsədi ilə ona əməl etmişlər. Yoxsa, hansı ağıllı insan ölkə cəmiyyətinin yüz faiz təşkil edən əhalisindən əlli faizinin seçkilərdə iştirak edərək iyirmi altı faizinin bir nəfərə və iyirmi dörd faizinin isə digər bir nəfərə səs verməsini və nəticədə, iyirmi faiz rəyin yüz faizə hakim olmasını qəbul edər? Görəsən, bu, ədalətdirmi?!

Özlərini Qərb demokratiyası müqabilində satan şəxslər Amerikanı həmin məsələnin (demokratiyanın) beşiyi hesab edirlər. Xoşbəxtlikdən, son zamanlarda Amerikadakı seçkilərlə bağlı yaranan rüsvayçılıq bu cür demokratiyanın mahiyyət və həqiqətini bütün dünyaya aşkarladı. Öz ölkə, idarə və şirkətlərini kompyuter

səh:103

sistemləri ilə idarə edənlər beş-on mindən ibarət səsvermə vərəqələrini əllə, yoxsa, kompyuterlə saymaq üstündə dava və mübahisə edirlər. Belə mübahisənin nə mənası var? Bir gün vaxt aparacaq iş barəsində o qədər dava və səs-küy qaldırdılar ki, bütün dünyanın qulağı kar oldu. Bu qəbildən olan məsələlər demokratiya iddiaçıları və millət öncüllərinin özlərinə və təşkilatlarına etimad etmədiklərini nişan verir. Dünya həmin seçkilərə gülərək rişxənd etməlidir. Tədqiqatçılar, xüsusən də, Amerika demokratiyasını öz əməllərinin qibləsi hesab edənlər həmin hadisələri çox diqqətlə araşdırmalıdır ki, onun əsl mahiyyəti onlar üçün aydınlaşsın. Münsifanə şəkildə deməliyik ki, “Ulul-əmr”in ayənin zahirinin əksinə olaraq “demokratiya” kimi təfsir edilməsi, həqiqətdə, Qurani-Kərimə böyük zülm və sitəm etməkdir.

d) Şiə alimlərinin nəzərincə, “Ulul-əmr”...

d) Şiə alimlərinin nəzərincə, “Ulul-əmr” məsum olmalıdır və hər

bir zaman və əsrdə bir nəfərdən artıq şəxs ola bilməz. Həmin şəxs

Peyğəmbər (s) zamanında həzrət Əmirəl-Möminin (ə) idi və

ondan sonra da on bir nəfərdən ibarət olan imamlardır

Əlavə izahlar

A) Qeyd edildiyi kimi, “Ulul-əmr” ayənin tələbinə uyğun olaraq (Allah, Peyğəmbər (s) və “Ulul-əmr”ə itaəti mütləq şəkildə vacib etmişdir) məsum olmalıdır ki, ona sorğu-sualsız və mütləq şəkildə itaət edilsin. Yəni, “Ulul-əmr” günah, xəta və səhvdən sığortalanmış kəslər olmalıdır. Başqa bir ifadə ilə desək, “ismət” mənəvi bir qüdrət və yüksək təqvadır ki, məsum olan şəxs ixtiyara malik və məcbur olmamasına, həmçinin, günah edə bilmə imkanının olmasına baxmayaraq, onun (üstün təqvanın) bərəkəti hesabına günah və xətaya mürətkib olmur.

səh:104

Təqvanın müxtəlif mərtəbələri vardır. Bir mərtəbəsi kəbirə (böyük) günahlardan çəkinməkdir, əgər insan təsadüfən ona mürtəkib olsa belə, dərhal tövbə edir. İkinci mərtəbəsi kəbirə (böyük) günahlara yanaşı, səğirə (kiçik) günahlardan da çəkinmək və günaha düşdükdə dərhal tövbə etməkdir. Əvvəlki iki mərhələdən üstün olan üçüncü mərhələdə həm kəbirə və səğirə günhlar, həm də məkruhlardan (bəyənilməz işlərdən) çəkinilir. Təqvanın mərtəbəsi bu minvalla, daha da yüksəlir və nəhayət, günah və xətalardan amanda qalmağa səbəb olan “mütləq ismət” mərtəbəsinə yetişir. Bəzilərinin güman etdiyi kimi, ismət cəbrin (məcburiyyətin) bir növü deyil, əksinə təqvanın ən ali mərtəbəsidir.

B) Məsum olan “Ulul-əmr” – onun şərhini verdik – bütün İslam ümməti və ya İslam ümmətinin nümayəndələri, yaxud da onların (nümayəndələrin) əksəriyyəti ünvanında alimlər deyil, əksinə müəyyən və xüsusi bir şəxs olmalıdır.

C) “İsmət” mənəvi qüdrət və təqvanın ən üstün mərhələsi olduğu üçün, həmin meyarın bütün adi insanlarda olduğunu demək mümkün deyil. Məsum “Ulul-əmr” Allah, Peyğəmbər (s) və ya isməti sübuta yetmiş digər məsum tərəfindən tanıtdırılmalıdır.

Nəticədə, birincisi, “Ulul-əmr” məsum, ikincisi, müəyyən və xüsusi bir şəxs və üçüncüsü, “Ulul-əmr” və məsumun təyin edilməsi Allah tərəfindən olmalıdır.

Burada bəhsimizin ikinci qisminə – yəni, ayənin nazilolma səbəbi barədə nəql edilən rəvayətlərə diqqət etməli və bilməliyik ki, görəsən, “Ulul-əmr”in misdaq və nümunəsi müəyyən olunmuş, Allah və Peyğəmbər (s) belə bir məsumu təyin etmişdirmi?

Ayənin rəvayətlər sayəsində təfsir edilməsi

{...أَطِیعُوا اللَّهَ...}

(Allaha itaət edin) – ayəsinin məqsədi olan məsum şəxsin

səh:105

tanıtdırılması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur və onlardan ən önəmlisi “Səqəleyn” hədisidir.

Bu hədisə uyğun olaraq, Peyğəmbəri-Əkrəm (s) mübarək ömrünün sonlarında buyurmuşdur:

إِنّی قَدْ تَرَکْتُ فِیکُمُ الثِّقْلَیْنِ م_ا إنْ تَمَسَّکْتُمْ بِهِم_ا لَنْ تَضِلُّوا بَعْدِی... کِت_ابَ اللهِ... وَعِتْرَتِی أَهْلَ بَیْتِی(1)

“Mən sizi tərk edərək aranızda iki ağır əmanət qoyuram. Kim onlardan yapışsa, məndən sonra heç vaxt doğru yoldan azmaz ... Allahın kitabı ... və itrətim (Əhli-beytim)”.

Hədisin mənası Quranın səhv və xətadan qorunmuş olması və onun sayəsində hərəkət edənlərin də səhv və günahlardan amanda qalacağıdır. Bu baxımdan, Əhli-beyt (ə) də məsum olmalıdır ki, onlardan yapışanlar da səhv və xətadan amanda qalsınlar. Yoxsa, onlar məsum olmadığı halda, onlara təvəssül edənlərin səhv və günahlardan amanda qala bilməsi mümkün deyil. Deməli, həmin rəvayətə uyğun olaraq, Əhli-beyt (ə) ismət və təharətə malik və məsumdur, eyni zamanda, {...أَطِیعُوا اللَّهَ...} – ayəsinin şərhində dediklərimizə əsasən, “Ulul-əmr” Allah tərəfindən seçilmiş məsum bir fərd olmalıdır. Beləliklə, onların bir-birinin ardınca məsum imamlar olduğu aydın olur.

“Səqəleyn” hədisinin əhəmiyyəti

“Səqəleyn” hədisi “imamət” və “vilayət” mövzusu ilə bağlı həddən artıq əhəmiyyətə malikdir və onun tayı-bərabəri yoxdur. Bu hədis dəlil baxımından tutarlı və güclü sübutlara malikdir və sənəd cəhətdən isə əhli-sünnə və şiə mənbələrində mütəvatir və geniş şəkildə nəql edilmişdir. Həmin hədis barədəki mənbə və sənədlərə nəzər saldıqda, Peyğəmbərin (s) onu bir dəfə deyil, dəfələrlə söylədiyi məlum olur. Qeyd edilən hədis həm şiənin mötəbər mənbələrində (“Təhzibul-

səh:106


1- [1] . “Mizanul-hikmət”, bölmə 161, hədis 917.

əxbar”, “Əl-İstibsar”, “Əl-Kafi” və “Mən la yəhzurul-fəqih”)(1), həm də əhli-sünnənin “Sihahe sittə” kitablarında gəlmişdir. “Sihahe sittə” bunlardan ibarətdir:

1. “Səhih Buxari” – həmin altı kitab arasında ən əhəmiyyətlisidir və onun müəllifi Buxari hicri-qəməri 256-cı ildə vəfat etmişdir.

2. “Səhih Müslim” – “Səhih Buxari”dən sonra ən etibarlı kitabdır. Kitabın müəllifi Müslim ibn Hicar hicri-qəməri 261-ci ildə vəfat etmişdir. Bu iki kitabı “Səhiheyn” və müəlliflərini də “Şeyxeyn” adlandırırlar.

3. “Sünəne İbn Davud” – İbn Davudun. vəfat etdiyi il hicri-qəməri 275-ci ildir.

4. “Sünəne Tirmizi” – Tirmizi hicri-qəməri 279-cu ildə vəfat etmişdir.

5. “Sünəne Nəsai” – Nəsai hicri-qəməri 303-cü ildə vəfat etmişdir.

6. “Sünəne İbn Mace” – İbn Macenin vəfat etdiyi il 273-cü hicri-qəməri ilidir.

Əhli-sünnə nəzərində yuxarıdakı altı kitabın rəvayətlərinin hamısı mötəbərdir və həmin rəvayətlər təkcə bu kitablarla məhdudlaşmır. Hakim adlı bir şəxs “Müstədrəkus-səhihəyn” kitabını yazaraq “Səhih Müslim” və “Səhih Buxari”də olmayan mötəbər hədisləri orada toplamışdır.(2)

səh:107


1- [1] . “Təhzibul-əxbar”, “Əl-İstibsar” Şeyx Tusinin, “Əl-Kafi” mərhum Kuleyninin və “Mən la yəhzurul-fəqih” Şeyx Səduqun əsrlərindəndir və hər üç əsər şiənin ən dəyərli və mötəbər mənbələrindən hesab edilir. Xatırladırıq ki, həmin kitabların şiənin ən mötəbər kitabları olduğunu demək oradakı hədislərin araşdırmaya ehtiyaclı olmadığı mənasında deyil, əksinə həmin kitablardakı hədislərin sənədləri araşdırıldıqda, mötəbərliyi aydın olur.
2- [2] . İbn Əbil Hədid deyir: “Ustadım Əbdül Vəhhabdan soruşdum ki, bütün səhih və mötəbər hədislər “Səhihe sittə” də gəlmişdirmi və ya həmin hədislər bu kitabda olanlarla bitmirmi? Cavab verdi ki, çoxlu sayda digər mötəbər hədislər bu kitablarda qeyd edilməmişdir. Mən soruşdum: “Peyğəmbərdən (s) nəql edilən (Zülfüqar kimi qılınc və Əli (ə) kimi qəhrəman yoxdur) لا سیف الاّ ذو الفقار و لافتی الاّ علی (Əli ibn Əbutalibin (ə) şənində nəql edilmişdir) hədisi mötəbərdirmi? “Bəli” deyərək onu təsdiqlədi və bildirdi ki, “Səhihe-sittə” də gəlməyən coxlu səhih hədislər mövcuddur””.

Bu kitabın müəllifi deyir: “Mənim “Müstədrəkus-səhihəyn” kitabında topladığım bütün rəvayətlər Buxari və Müslimin meyarlarına uyğundur”.

“Səqəleyn” hədisi yeddilik təşkil edən yuxarıdakı kitabların üçündə, yəni “Səhih Müslim”, “Sünəne Tirmizi”(1) və “Müstədrəkus-səhihəyn”də(2) qeyd edilmişdir. “Səhih Müslim”də gələn rəvayətə diqqət edin:

“Yezid ibn Həyyan deyir: “Hüseyn ibn Səbrə və Ömər ibn Müslimlə birlikdə Peyğəmbərin (s) məşhur səhabələrindən olan Zeyd ibn Ərqəmin yanına getdik. Onun yanında əyləşdiyimiz zaman, Hüseyn ona dedi ki, ey Zeyd ibn Ərqəm, sən böyük bir iftixara maliksən, belə ki, Peyğəmbəri (s) çox ziyarət etmiş, ondan hədislər eşitmiş, o həzrətin kənarında döyüşmüş və onun arxasında namaz qılmısan. Həqiqətən də, bu, böyük fəxrdir. İndi Peyğəmbərdən (s) eşitdiyin hansısa bir hədisi bizə nəql et”. Zeyd ibn Ərqəm dedi: “Mənim yaşım artmış və qocalıq səbəbi ilə Peyğəmbərdən (s) eşitdiklərimin bəzisini unutmuşam. Sonra o, aşağıdakı hədisi bizə nəql etdi: “Bir gün Peyğəmbər (s) Qədir-Xum səhrasında sözə başlayaraq Allaha həmd və səna dedi və camaata moizə etdikdən sonra buyurdu:

أَیُّهَا النّ_اسُ! فَإِنَّما أَنَا بَشَرٌ یُوشَکُ أَنْ یَأْتِیَ رَسُولُ رَبّی فَأُجِیبَ وَأَنَا ت_ارِکٌ فِیکُمْ ثِقْلَیْنِ أَوَّلُهُما کِت_ابُ اللهِ فِیهِ الْهُدی وَالنُّورُ فَخُذُوا بِکِت_ابِ اللهِ وَاسْتَمْسِکُوا بِه فَحَثَّ عَلی کِتابِ اللهِ وَرَغَّبَ فِیهِ» ثُمَّ قالَ: «وَأَهْلُ بَیْتی اُذَکِّرُکُمُ اللهَ فِی أَهْل ِبَیْتِی... .

“Ey camaat! Mən də sizin kimi bir insanam və tezliklə Allahın dəvətini qəbul edəcəyəm (vəfat edəcəyəm). Mən sizin

səh:108


1- [1] . “Sünəne-Tirmizi”, c.5, səh.662, hədis 3786 (“Quranın mesajları” kitabına istinadən nəql edilmişdir).
2- [2] . “Müstədrəkus-səhihəyn”, c.1, səh.93 və c.3, səh.109.

aranızda iki qiymətli və ağır əmanət qoyuram. Onlardan birincisi, nur və hidayət olan Allahın kitabıdır. Onu qəbul edin və ondan möhkəm yapışın”. Zeyd ardınca əlavə edir: “Peyğəmbər (s) Allahın kitabı barəsində camaatı təşviq edəndən sonra buyurdu: “İkincisi isə, mənim Əhli-beytimdir ki, onları sizə əmanət qoyuram. Sonra üç dəfə “Əhli-beytimlə rəftarınızda Allahı nəzərdə tutmağınızı sizə xatırladıram”(1) – dedi””.

Yuxarıdakı üç kitabdan əlavə, xatırlatdığımız rəvayət “Xəsaisun-Nəsai” adlı kitabda qeyd edilmişdir.(2) Təəccüblü burasındadır ki, İbn Həcər həddən artıq təəssübkeş biri olmasına və şiənin əleyhinə “Əs-Səvaiqul-mühərrəqə” adlı bir kitab yazmasına baxmayaraq, o da öz kitabında həmin rəvayəti qələmə almışdır.(3)

Yolundan azmış vəhhabi firqəsinin əsasını qoyan İbn Teymiyyənin də “Minhacus-sünnə” adlı kitabında “Səqəleyn” hədisini nəql etməsi də çox maraqlıdır.(4)

Beləliklə, yüksək əhəmiyyətə malik və dərin mənalı “Səqəleyn” hədisinin əhli-sünnə və şiə mənbələrində qeyd edilən mütəvatir hədis olduğu anlaşılır.(5)

Bu mətləb “Səqəleyn” hədisinin həddən artıq əhəmiyyət və xüsusiyyətlərə malik olduğunu nişan verir. Mərhum imam Xomeyni (r.ə) özünün tarixi vəsiyyətnaməsini həmin hədislə başlamışdır, çünki o, söz sərrafıdır və bu hədisin tutarlı bir hədis olduğunu və onun barəsində şəkk-şübhə

səh:109


1- [1] . “Səhih Müslim”, c.4, səh.1873.
2- [2] . “Xəsaisun-Nisai”, səh.20 (“Quranın mesajları” kitabı, c.9, səh 66-da nəql edilənlərə əsasən).
3- [3] . “Əs-Səvaiqul-mühərrəqə”, Misir “Əbdüllətif” nəriyyatı, səh.226 (“Quranın mesajları” kitabı, c.9, səh 67-də nəql edilənlərə əsasən).
4- [4] . “Minhacus-sünnə”, c.4, səh.104 (“Quranın mesajları” kitabı, c.9, səh 69-da nəql edilənlərə əsasən).
5- [5] . Qeyd edilən yuxarıdakı kitablardan əlavə, “Səqəleyn” hədisini əhli-sünnənin digər mötəbər kitablarında tapmaq olar. Bu mətləbin şərhini “Quranın mesajları” kitabı, c.9, səh 62-dən sonra və “Ehqaqul-həqq” kitabı, c.4, səh.438-dən sonra müatliə edə bilərsiniz.

edilməyəcəyini yaxşı bilirdi.

“Səqəleyn” hədisi vasitəsi ilə “Ulul-əmr”in məsum və tahir, həmçinin, öz zamanılarında onların hər birinə itaət edilməsi vacib olan və bu baxımdan (itaət) heç bir qeyd və şərtə ehtiyac duyulmayan imamlar olduğu məlumdur.

“Səqəleyn” hədisindən əlavə, ayənin nazilolma səbəbi barədə nəql edilən digər xüsusi rəvayətlər də mövcuddur. Burada onların iki nümaunəsinə işarə etməklə kifayətlənirik:

1. Şeyx Süleyman Hənəfi Qunduzi “Yənabiul-məvəddəh” əsərinin 116-cı səhifəsində belə yazır:

“Bir nəfər imam Əli ibn Əbutalibdən (ə) soruşdu: “İnsanı doğru yoldan yayındıran və azğınlardan olmasına səbəb olan ən aşağı bir məsələ nədir?” Həzrət cavabında buyurdu: “Allahın höccətini görməzdən gələrək ona itaət etməməkdir. Hər kəs Allahın höccətinə itaət etməsə, azğındır”. Həmin şəxs yenidən soruşdu ki, bir qədər artıq izah verərək Allah höcətinin kim olduğunu bildirin? Həzrət Əli (ə) ona cavabında həmin şəxslərin “Nisa” surəsinin 59-cu ayəsində “Ulul-əmr” kimi tanıtdırılanlar olduğunu söylədi. Sual verən bir daha “Ulul-əmr”in kim olduğunu soruşdu. İmam cavabında dedi ki, həmin şəxs barəsində Peyğəmbər (s) dəfələrlə belə buyurmuşdur:

إِنّی تَرَکْتُ فِیکُمْ أَمْرَیْنِ لَنْ تَضِلّوا بَعْدِی إِنْ تَمَسَّکْتُمْ بِهِم_ا کِت_ابَ اللهِ عَزَّوَجَلَّ وَعِتْرَتِی أَهْلَ بَیْتی

“Yəni, höccət bu hədisdə barəsində buyurulan kəslərdir. “Ulul-əmr” həmin hədisdə bəyan edilən kəsdir”.

Bu rəvayətdə “Səqəleyn” hədisi ilə “Ulul-əmr”in irtibatı aşkar və aydın şəkildə bəyan edilmişdir.

2. Əbu Bəkr Mömin Şirazi İbn Abbasdan belə nəql edir:

“Peyğəmbəri-Əkrəm (s) “Təbuk” döyüşünə yola düşdüyü zaman, həzrət Əlini (ə) Mədinədə öz yerində saxlamaq və digər müsəlmanlarla döyüş meydanına getmək qərarına

səh:110

gəlir.(1) Həzrət Əli (ə) (Peyğəmbərin (s) bu işinin fəlsəfəsini bildiyi halda, münafiqlərin hadisələri mənfi şəkildə təbliğ etməməsi üçün) Peyğəmbərə (s) “nə üçün məni Mədinədə qadın və uşaqlarla qoyur və digər müsəlmanlarla döyüşə gedərək bu fəzilətdən məhrum olmağımı istəyirsiniz?” – deyir. Peyğəmbər (s) cavabında buyurur:

أَم_ا تَرْضی أَنْ تَکُونَ مِنِّی بِمَنْزَلَةِ ه_ارُونَ مِنْ مُوسی، حِینَ ق_الَ: اُخْلُفْنِی فی قَوْمِی وَأَصْلِحْ، فَق_الَ عَزَّ وَجَلَّ وَاُولُوا الاَْمْرِ مِنْکُمْ

Sənin mənə olan nisbətinin Harunun (ə) Musaya (ə) olan mənziləti kimi olmasını istəmirsənmi? O, Tur dağına yola düşmək istəyən zaman (qövmü arasında ixtilaf yaranacağından qorxurdu və belə də oldu və Samirinin buzovu məsələsi meydana çıxdı. Bu cəhətdən) qardaşı Haruna (ə) dedi ki, sən mən qayıdana qədər yerimə qövmüm arasında canişinim ol. Allah da bu barədə buyurur ki”,(2) {...وَأُولِی الْأَمْرِ مِنْکُمْ...}.

Yəni, sən “Ulul-əmr”sən və bu iş sənə məxsusdur. Beləliklə, rəvayətləri nəzərə almadıqda, ayədəki “Ulul-əmr”in Allah tərəfindən təyin edilmiş məsum və müəyyən bir şəxsə dəlalət etməsi nəticəsinə gəlirik. Rəvayətlərin sayəsində də Allah tərəfindən təyin edilmiş məsum və müəyyən bir şəxsin şiənin on iki imamı, yəni Əli (ə) və onun on bir övladının olmasını anlayırıq.

Suallar və cavablar

Ayə barəsində müxtəlif və çoxlu sayda suallar

səh:111


1- [1] . Peyğəmbərin (s) həzrət Əlini (ə) öz yerinə Mədinədə qalmasını istəməsinə səbəb “Təbuk” döyüşünün Mədinədən uzaq bir məsafədə yerləşməsi idi və ehtimal var idi ki, Mədinə daxilindəki münafiqlər Peyğəmbər (s) və müsəlmanların olmamasından istifadə edərək Mədinədən xaricdəki münafiqlərlə əlbir olsun və hakimiyyəti ələ keçirmək üçün üsyan qaldırsınlar. Bu baxımdan, ümmətin ən güclü və şücaətli fərdini öz yerinə təyin etdi.
2- [2] . “Ehqaqul-həqq”, c.3, səh.435.

verilmişdir ki, onlardan ən əsas və mühümü üç ədəddir. Həmin suallara və onların cavablarına diqqət edin:

Birinci sual: Şiənin etiqad bəslədiyi kimi, əgər “Ulul-əmr”də məqsəd həzrət Əlidirsə (ə), onda, nə üçün Peyğəmbər (s) zamanında ona itaət vacib deyildi, halbuki, ayədə “Ulul-əmr”ə itaət Allah və onun Peyğəmbərinə (s) itaət kimi vacib hesab edilmişdir? Başqa sözlə, Əli (ə) Peyğəmbər (s) zamanında müsəlmanların itaət etməsi vacib olan şəxs deyil, onun özü itaət edən idi. Nəticədə, ayənin yuxarıdakı kimi təfsir edilməsi “Ulul-əmr”ə itaətin vacibliyi ilə uyğun gəlmir.

Cavab: Bu irada iki şəkildə cavab vermək mümkündür:

A) Əvvəlcə, “Rəsul” və “Ulul-əmr” sözlərinə diqqət edək. Əgər bu iki sözün fərqini anlaya bilsək, onda, yuxarıdakı sualın cavabı da aydın olacaq. “Rəsul” – Allah tərəfindən dinin təbliği, ilahi hökmlərin çatdırılması və camaatın qorxudulması (qiyamətlə) üçün göndərilən şəxsdir. Yəni, o, nübuvvətdən əlavə, əhkam və dinin təbliği və camaata xəbərdarlıq etmək və onları çəkindirmək vəzifəsinə də malikdir və daha sadə və anlaşıqlı dillə desək, “Rəsul” əhkamın bəyanı və onun təbliği ilə vəzifəlidir.

Amma “Ulul-əmr” – qanun təyin etmək vəzifəsinə malik deyil, əksinə onlar mövcud olan həmin qanunları qorumaq və işə salmaqla vəzifələndirilmişlər. Sadə və aydın bir cümlə ilə Peyğəmbərin (s) “qanun təyinedicisi” və “Ulul-əmr”in isə “qanun icraçısı”na bənzdiyini deyə bilərik. Verdiyimiz izaha əsasən, Peyğəmbərin (s) özünün həmin zamanda “qanunu təyinedən” olduğu aydın olur. Eyni zamanda, qanunun mühafizəçi və icraçısı da, şəxsən, o həzrətin özü idi.

Nəticədə, Quranda həzrət İbrahim (ə) barədə onun Ulul-əzm Peyğəmbər olması və imam təyin edildiyini bildiyimiz kimi, İslam Peyğəmbəri (s) də həyatda olduğu zamanda o həzrətin özü həm “Rəsul” idi, həm də “Ulul-əmr”. Yəni, qanunu təyin etməkdən əlavə, həm də onun icraçısı idi. Risalət məqamı qanunun təyin edilməsi, imamət məqamı və

səh:112

“Ulul-əmr” isə qanunun icra edilməsi üçündür və Peyğəmbər (s) həyatda olduğu müddətdə həm “Rəsul” idi, həm də “Ulul-əmr”, amma o həzrətin vəfatından sonra Allah və Peyğəmbər (s) tərəfindən təyin edilmiş məsum şəxs “Ulul-əmr”dir və o, həzrət Əli (ə) və ondan sonra bir-birinin ardınca gələn imamlardan başqası deyil, çünki onlardan başqa, digər şəxslər üçün bu məqamın təyin edildiyi iddia edilməyib. Beləliklə, rəvayətlərdən də aydın olduğu kimi, həzrət Əli (ə) barəsində “Ulul-əmr”ə itaətin vacibliyi Peyğəmbərin (s) vəfatından qabaq gerçəkləşmir, həmçinin, bu məsələ həzrət Əlinin (ə) övladları barəsində də keçərlidir.

B) İkinci cavabımız budur ki, həzrət Əli (ə) də Peyğəmbər (s) həyatda olduğu zamanlarda bir müddət “Ulul-əmr” funksiyasını daşımışdır. Misal olaraq, Peyğəmbərin (s) “Təbuk” döyüşünə gedərkən o həzrəti Mədinədə öz yerinə çanişin təyin etməsini göstərmək olar. Bu mətləbin daha da aydın olması üçün “Təbuk” döyüşü barədə müxtəsər bir izaha ehtiyac vardır:

“Təbuk” döyüşü

“Təbuk” döyüşü Peyğəmbərin (s) risaləti boyunca və ömrünün son illərində həyata keçirdiyi ən axırıncı döyüşdür. Bu döyüş Hicazın ən şimal ərazisində – Hicazla Şərqi-Romanın müştərək sərhəddi olan məntəqədə – baş vermişdir.

İslam get-gedə genişlənərək öz dayaqlarını Mədinədə möhkəmlətdikcə və onun əks-sədası bütün dünyaya yayıldıqca, islami ölkələrin qonşuları – xüsusən, Şərqi-Roma, yəni həmin Şamat (Fələstin və Suriya) – onu özləri üçün bir xətər hesab etmiş və İslamın onların ölkələrinə nüfuz edərək hakimiyyət və.

taxt-tacı ələ keçirməsinin qarşısını almaq səbəbilə müsəlmanlara həmlə etmək fikrinə düşümşdülər.(1) Onlar bu

səh:113


1- [1] . Hicaz İslamdan əvvəl dünyanın qüdrətli dövlətlərindən heç birinin diqqət mərkəzində olmamışdır. Bu cəhətdən, oranın əhalisi nə hansısa bir təhlükəylə üzləşirdi, nə də orada inkişaf etmiş iqtisadiyyat, mədəniyyət və din vardı, əksinə Hicaz əhalisi yarıvəhşi bir camaat kimi tanınırdı, çünki onlar daimən bi-biri ilə ixtilaf və müharibədə idilər. Bu səbəbdən, onlaı heç bir təhlükə gözləmirdi. Əgər Hicazı müft belə olsa, hansısa bir qüdrətli dövlətə təqdim etsəydilər, onu qəbul etməzdi və o, fatehlərin diqqətini də cəlb etmirdi. Amma İslamın meydana çıxması, müsəlmanların birlik və vəhdəti, həmçinin, yeni yaranan mədəniyyət düşmənlər üçün xətər hesab edilməyə başladı.

məqsədlə qırx min nəfərlik və tamamən hazırlıqlı vəziyyətdə olan bir orduyla Hicaza tərəf hərəkət etməyə başladılar.

Bu xəbər müsəlmanlar və şəxsən, Peyğəmbərə yetişdi. Peyğəmbəri-Əkrəm (s) müsəlmanları Mədinədə qalaraq düşmənin onlara həmlə etməsini gözləmələrini deyil, əksinə düşməni qarşılamağa dəvət edərək təşviq etdi. Bu özü ən yaxşı döyüş taktikası idi, çünki döyüşdə müdafiə və gözləmə taktikası həmisə məqbul deyil, əksinə düşmənin hücumu müqabilində hücum etmək lazımdır.

Həqiqətdə, “Təbuk” döyüşü münasib bir zamanda baş verməmişdi. Bir tərəfdən Ərəbistan yarımadasının yandırıcı və qızmar istisi, digər tərəfdən də müsəlmanların keçən ildən qalan ərzaq ehtiyyatının bitməsi və yeni ərzaq tədarükünün görülməməsi, həmçinin, Mədinə ilə “Təbuk” döyüşü olan ərazi arasında həddən artıq fasilənin olması müsəlmanların ora qədər piyada getməsinə səbəb olaraq vəziyyəti çətinləşdirirdi. Çünki müsəlmanlardan on nəfərdən birinin minik vasitəsi (at, dəvə) vardı və onlar növbə ilə ona minməli olacaqdılar. Nəticədə, döyüşə hazır olmaq və ərzaq tədarükünün görülməsi əmri verildi. Amma anbarlarda olan ərzaq müəyyən miqdarda qurumuş və xarab olmuş xurmalardan başqa, bir şey deyildi.

Müsəlmanların otuz minlik qoşunu Peyğəmbərin (s) başçılığı ilə Təbuk meydanına tərəf yola düşdü. Aclıq və susuzluq İslam qoşununa əziyyət verərək onları taqətdən salmış və hətta, əsgərlərdən bəzilərinin piyada yol

səh:114

getməkdən ayaqları şişmişdi. Amma buna baxmayaraq, onlar yollarına davam edirdi. İslam qoşunu döyüşə getmək və qayıtmaqda o qədər əziyyət və çətinliklərə düçar oldu ki, onlara “Ceyşul-usrəh” (çətinlik qoşunu) adı verdilər.(1) Rum (Roma) qoşunu İslam ordusunun bu qədər məsafəni piyada və ən az minik vasitəsinə malik olduqları halda və otuz min nəfərlik qoşunla onlarla döyüşmək üçün gəldiyindən xəbər tutduqda, geri çəkilmək qərarına gəldi. Rum sərkərdəsi geri çəkilmək əmri verdi. Müsəlmanlar Təbuk çölünə yetişdikdə, düşmənin geri çəkildiyini bildi və bu müvəffəqiyyətə görə Allaha şükr etdilər. Peyğəmbər (s) müsəlmanlarla geri qayıtmaq və ya Rum qoşununu təqib edərək Şamatda onlarla döyüşməklə bağlı məşvərət etdi. Nəticədə, geri qayıtmaq qərarına gəldilər. İslam həmin zamanlarda gənc idi və ölkələrin fəth edilməsi ilə əlaqədar kifayət qədər təcrübəyə malik deyildi və onlar bu şəkildə addım atmaqla yenicə çiçəklənən İslama təhlükə yarada bilərdilər.

Verdiyimiz şərhə diqqət etməklə, “Təbuk” döyüşünün müxtəlif cəhətlərdən – xüsusən, Mədinə ilə Təbuk arasındakı məsafənin həddən artıq çoxluğu və bütün müsəlmanların iştirak edə bilməməsi – Peyğəmbər (s) zamanında baş vermiş bütün döyüşlərdən fərqli olduğunu və o həzrətə qarşı terror aktının həyata keçirilməsi, eyni zamanda, Mədinədəki münafiqlərin şəhərdən xaricdəki münafiqlərlə əlbir olaraq üsyan qaldırması ehtimalının olmasını anlayırıq.

Bu səbəbdən, İslam Peyğəmbərinin (s) yerinə o həzrət Mədinədə olmadığı zaman müsəlmanlardan ən güclü şəxsin İslamın paytaxtı olan Mədinəni münafiqlərin ehtimal edilən təhlükəsindən qoruması üçün təyin edilməsi

səh:115


1- [1] . Şübhəsiz ki, həmin qoşunun çətinliklərə dözümü və səbr etməsi olmasaydı, bu gün İslam bizim əlimizə gəlib çatmazdı. Bu səbəbdən, İslamı asanlıqla əldən vermək olmaz, çünki o, bizə çətinliklə gəlib çatmışdır.

zəruri idi və həmin şəxs Əlidən (ə) başqası ola bilməzdi. Beləliklə, Peyğəmbər (s) həzrət Əlini (ə) öz yerinə çanişin təyin edir və Əbu Bəkr Mömin Şirazinin də nəql etdiyi rəvayətə uyğun olaraq onu “Ulul-əmr” adlandırır.

Nəticədə, həzrət Əlinin (ə), hətta, Peyğəmbər (s) zamanında müvəqqəti olsa belə, “Ulul-əmr” və ona itaət edilməsinin Mədinə müsəlmanlarına Allah və onun Peyğəmbərinə (s) iataətin vacibliyi kimi zəruri olduğunu başa düşürük. Beləliklə, itaətlə bağlı tutulan irad verilən iki cavabla aydın oldu.

İkinci sual: “Ulul-əmr” cəm şəkildədir və həzrət Əli (ə) bir nəfərdən artıq deyil, görəsən, ayədəki “Ulul-əmr”də məqsəd təkcə Əli ibn Əbutalibdirmi (ə)?

Cavab: “Ulul-əmr” in cəm olmasına baxmayaraq, onda məqsəd təkcə həzrət Əli (ə) deyil, əksinə şiənin bütün on iki imamıdır. Misal olaraq, deyə bilərik ki, “Səqəleyn” hədisindəki عِتْرَتِی أَهْلَ بَیْتی (itrəti əhlə-bəyti) sözü təkcə həzrət Əliyə (ə) şamil olmadığı kimi, bütün məsum imamlara (ə) məxsusdur. Sözümüzə dəlil olaraq “Yənabiul-məvəddəh” əsərində geniş şərhllə verdiyimiz rəvayəti göstərə bilərik. Bu rəvayətdə “Ulul-əmr” “Səqəleyn” hədisində gələnlərə uyğun olaraq təfsir edilmişdir və عِتْرَتِی أَهْلَ بَیْتی sözünün bütün məsum imamlar (ə) olduğunu söyləmişdik. Nəticədə, “Ulul-əmr”dəki məqsədin şiənin bütün on iki imamı olduğu və onların imam olduqları zamanlarda hər birinə itaətin qeydsiz və şərtsiz hamıya vacibliyi anlaşılır.

Üçüncü sual: Nə üçün “Ulul-əmr” müsəlmanların ixtilaflarının həll edilməsində müraciət edilməli olan mənbəni göstərən ayənin altınada təkrar olaraq gəlməmiş və o da həmin mənbələrdən biri ünvanında qeyd edilməmişdir?

Cavab: Birincisi, bu irad təkcə şiəyə aid deyil, əksinə əhli-sünnə də ona cavab verməlidir, çünki onlar “Ulul-əmr”i hansı mənaya təfsir etsələr, bu problemlə üzləşməli olacaqlar. İkincisi, “Ulul-əmr”in ayənin son hissəsində təkrar olaraq

səh:116

gəlməməsi səbəbinin “Rəsul” və “Ulul-əmr” sözlərinin fərqi ilə bağlı verdiyimiz izahda bildirmişdik. Demişdik ki, “Rəsul” əhkamı bəyan və qanunu təyin edən şəxs, “Ulul-əmr” isə qanunu icra edəndir. Aydın məsələdir ki, əgər kimsə ilahi hökmlərdən hansısa biri ilə bağlı şəkkə düşərsə, qanun icraçısının deyil, qanunvericinin ardınca getməlidir. Deməli, ayədə təkrara yol verilməməsi onun üçün naqislik hesab olunmur, əksinə Quranın fəsahət və bəlağətini nişan verir.

Diqqət ediləsi məsələ bütün məsum imamların (ə) İslam qanunlarının icraçısı olmasıdır və onlar hansısa bir islami hökmü bəyan edirdilərsə, onu Peyğəmbərdən (s) öyrənmişdilər (əldə etmişdilər).

“Camiu əhadisuş-şiə” kitabının birinci cildi səhifə yüz səksən üçdə “bütün hidayətçi imamların (ə) əhkamla bağlı rəvayətləri Peyğəmbərdən (ə) əldə etdiklərini” bildirən bir rəvayət mövcuddur. Beləliklə, “Ulul-əmr”in qanunverici deyil, qanun icraçısı olması səbəbilə ayənin son hissəsində təkararlanmadığı nəticəsinə çatırıq.

Ayənin verdiyi mesajlar

1. Ayənin verdiyi ən mühüm mesaj müsəlmanların islami hökmlər müqabilində tamamilə təslim olması, Allah və onun Peyğəmbərinin (s) göstərişlərinə sorğu-sualsız əməl etmələrinin zəruriliyidir. Onlar özlərinin meyl və istəklərinə uyğun göstərişlərə əməl etməməli və ona təslim olmamalıdırlar. Bunların əksini edən şəxslər həqiqi müsəlman və mömin deyillər.

Qurani-Kərimin bu barədə gözəl ifadələri vardır. Allah-taala “Nisa” surəsinin 65-ci ayəsində buyurur:

{فَلَا وَرَبِّکَ لَا یؤْمِنُونَ حَتَّی یحَکِّمُوکَ فِیمَا شَجَرَ بَینَهُمْ ثُمَّ لَا یجِدُوا فِی أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَیتَ وَیسَلِّمُوا تَسْلِیمًا}

“Amma belə deyildir (onların imanları yoxdur)! Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə

səh:117

özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca, iman gətirməzlər”. Bu ayə insanın ilahi hökmlər müqabilində hansı miqdarda təslim olduğunu müəyyən etmək üçün ən yaxşı və dəqiq meyardır.

Bu ayəyə uyğun olaraq, həqiqi müsəlmanlar Peyğəmbərin (s) onların ixtalıfı barədə hökm verdiyində onların zərərinə olsa belə, narazı olmazlar, əksinə onlar təslim (rizayət) məqamının elə bir dərəcəsinə yetişmişlər ki, qəlblərinin dərinliyində də narazı və narahat olmazlar, yəni əməl, rəftar və qəlblərində də Allaha təslim olarlar. Əgər islami hökmlərdən birinə qəlbinin dərinliyində narahat və narazı olsa, deməli, hələ həqiqi şəkildə Allaha təslim olmamışdır. Müsəlmanlar Allahın onlar üçün bəyəndiyini qəbul etməlidirlər, nəinki, nəfslərinin istədiklərini.

Həzrət Əli (ə) hədislərinin birində deyir:

لاَنْسُبَنَّ الاِْسْلامَ نِسْبَةً لَمْ یَنْسُبْه_ا أَحَدٌ قَبْلی: الاْسْلامُ هُوَ التَّسْلِیمُ، وَالتَّسْلِیمُ هُوَ الْیَقینُ، وَالْیقینُ هُوَ التَّصْدِیقُ، وَالتَّصْدِیقُ هُوَ الاِْقرارُ، وَالاْقرارُ هُوَ اْلأَداءُ، وَالاَْداءُ هُوَ الْعَمَلُ.(1)

“Mən İslamı sizin üçün elə izah edəcəyəm ki, məndən əvvəl heç kəs belə izah etməmişdir. İslam Allahın əmrləri müqabilində sorğu-sualsız və mütləq şəkildə (bütün vücudu ilə) təslim olmaqdır. Təslim yəqindən ibarətdir (çünki insan bir məsələyə yəqin etmədikcə, ona mütləq şəkildə təslim ola bilməz, deməli, təslim yəqindən yaranır) və yəqin elm və təsdiqdən doğur (elm olmadıqca, yəqin hasil olmaz). İqrar olmadıqca elm və təsdiqin dəyəri yoxdur (yəni, qəlbdə olan elm yayılmadıqca, qiymətə minməz) və iqrar məsuliyyət hissidir (iqrar və elmin yayılması məsuliyyət hissi ilə yanaşı olmalıdır). Məsuliyyət hissi də əməl etməkdir (əgər məsuliyyət hissi əməlsiz olarasa, onun heç bir mənası yoxdur)”

Bu gözəl rəvayətə uyğun olaraq, İslam insanın qəlbində yaranır, daha sonra coşaraq müxtəlif mərhələləri keçir və

səh:118


1- [1] . “Nəhcül-bəlağə”, qısa (lakonik) cümlələr, cümlə 125.

nəhayət, əməl mərhələsinə yetişir. Yəni, İslam qəlbi etiqad olmadan, təkcə əməl və ibadətlə kifayətlənmir. Eləcə də, etiqadlar əməli vəzifələri yerinə yetirmədən və ibadətsiz kifayət deyil. İslam etiqad və əməllər məcmusundan ibarətdir və onların hər ikisinə ehtiyaclıdır.

2. “Əmr” kəlməsi müsbət mənalıdır və bu sözdə qüdrət və qüvvət yerləşdirilmişdir. Bu söz “Ulul-əmr”in camaatdan xahiş və təmənna etməsi deyil, onların qüdrət, qüvvət və hakimiyyət mövqeyindən çıxış etməsindən söhbət açır. Həmin məna “əmr be məruf”da (yaxşı işlərə dəvət) da mövcuddur.

“Əmr be məruf” qüdrət mövqeyindən çıxış etməlidir. Amma diqqət edilməlidir ki, qüdrətli olmaq mövqeyindən çıxış etməyin mülayim rəftar və anlaşma ilə heç bir ziddiyyəti yoxdur. İmam Həsənlə (ə) bağlı bir hadisə dediyimiz mətləbə ən yaxşı şahiddir. Həmin hadisəyə diqqət edin: “Şamda Müaviyyənin həzrət Əli (ə) və onun xanədanına qarşı zəhərli təbliğatı özünün zirvə nöqtəsinə çatmışdı. Məktəblərdən, cümə namazlarından tutmuş məscidlərə qədər hamı həzrət Əli (ə) barəsində xoşagəlməz sözlər danışır və onu pis xatirələrlə yad edirdilər. Bu təbliğat nəticəsində o həzrətə qarşı hamıda kin və nifrət meydana gəlmişdi. Həmin zamanlarda Mədinəyə Şam şəhərindən olan bir nəfər qərib gəlir. O, Mədinədə bir dəstə camaatla hərəkən edən şəxsi müşahidə edir və bir nəfərdən soruşur ki, həmin şəxs kimdir? Cavab verirlər ki, Həsən ibn Əli ibn Əbutalibdir (ə). şamlı şəxs o həzrətin Əlinin (ə) övladlarından olduğunu bildikdə, ağzını Allah yolunda qoyaraq ona olmazın sözlər deyərək hörmətsizlik etdi. İmam Həsən (ə) onun dediklərinə qulaq asdı. Şamlının sözləri bitdikdə, (səhabələrə işarə edərək onu ədəbləndirmək və hətta, qətlə yetirmək imkanı olmasına baxmayaraq, onu bağışladı və) ona dedi: “Sənin geyimindən məlum olur ki, mədinəli deyilsən, bu şəhərdə müsafirsən (qərib) və qalmağa bir yerin yoxdur. Gəl bizə gedək və bizim qonağımız ol. Bizim qapımız qəriblərin üzünə açıqdır, səni yaxşı qarşılayar, borcun varsa

səh:119

onu ödəyər, düşmənin səni təqib edirsə, səni müdafiə edərik və bağışlanmağı da tələb etsən, günahlarından keçərik”. Qəzəb və əsəbindən qaynar kürəyə bənzəyən şamlı imam Həsənin (ə) bu cür ilahi rəftar və əməli müqabilində qəzəb və hirsi soyudu, sanki yerində donub qaldı və elə bil onun üstünə soyuq su səpdilər. Bəlkə də, o, öz-özünə fikirləşdi ki, ilahi, bu qüdrətli şəxs mənim sözlərim müqabilində məni cəzalandıra bilərdi, amma bunu etmədi. O, necə də əzəmətli bir şəxsdir! Şamlı dedi: “Ey Peyğəmbərin (s) nəvəsi! Sizi birinci dəfə gördüyümdə, Şamdakı zəhərli təbliğatların təsirilə mənim gözümdə camaatın ən pisi idiniz. Amma indi mənim gözlədiyimin əksinə, bu cür rəftar etməklə mənim nəzərimdə dünyanın ən yaxşı insanısınız”.(1)

Əziz oxucular! Yer üzündəki ən yaxşı camaatla ən pis camaat arasındakı fasilə həddən artıqdır. Amma imam Həsən Müctəba (ə) özünün düzgün və yerində olan “əmr be mərufu” ilə həmin uzun fasiləni aradan qaldırmışdır.

Biz də bu məsələlərdən dərs almalı və bilməliyik ki, bizim müxaliflərimiz iki dəstədir:

1. Xatakarlar (günahkarlar) və əks-təbliğat nəticəsində qeyri-münasib və xoşagəlməz rəftarlar edənlər. Bu dəstə ilə imam Həsənin (ə) şamlıyla rəftar etdiyi kimi rəftar etməli və onları doğru yola hidayət etməliyik. Həmin şamlı şəxs günahkarlardan idi və imamın rəftarı ilə hidayət oldu.

2. Fəsad törədənlər, yəni bilərəkdən və elmləri olduğu halda, qəsdən müxalifət və düşmənçilik edənlər. Bu yerdə anlaşıqlı və mülayim rəftar mənasızdır. Belə hallarda qətiyyətli və kəskin rəftar etmək lazımdır. Bu iki dəstəni bir-birindən ayırıb seçə bilmək zəruri, dəqiq və incə bir məsələdir.

İlahi! Bizə bütün əmr və göstərişlərin müqabilində tamamilə təslim ola bilmək tofiqi əta et. Bizi vacibat və müqəddəs əməllərdən olan “əmr be məruf” və “nəhy əz

səh:120


1- [1] . “Muntəhil-amal”, c.1, səh.417.

münkər” kimi əməlləri İslamın buyurduğu kimi yerinə yetirə bilməkdə müvəffəq et.

5. “SADİQİN” (DOĞRU DANIŞANLAR) AYƏSİ

İşarə

{یا أَیهَا الَّذِینَ آمَنُوا اتَّقُوا اللَّهَ وَکُونُوا مَعَ الصَّادِقِینَ}

“Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin (s) məsum Əhli-beytidir (ə))”.(1)

Bəhsə qısa bir nəzər

Yuxarıdakı ayə “Sadiqin” adı ilə tanınır və həzrət Əli (ə) və onun on bir övladının “vilayət”, “imamət” və “isməti” ilə bağlı olan çoxlu saydakı ayələrdən biridir. Allah-taala bu ayədə möminləri döğruçu olanlara itaət etmək və tabe olmağa dəvət edir. Görəsən, doğru danışanlar (sadiqin) kimlərdir və onların hansı xüsusiyyətləri vardır? Bunlar barədə gələn bəhslərimizdə danışacağıq.

€“Tövbə” surəsi ilə icmali şəkildə tanışlıq

“Sadiqin” ayəsinin nə üçün nazil olduğunu bilmək üçün “Tövbə” surəsi ilə xülasə və qısa şəkildə tanış olmaq lazımdır. Bu baxımdan, bir neçə mətləbi izah etmək lazımdır:

A) Surələrin adları və adlandırılmasının səbəbləri: Bu surənin müxtəlif və bir-birinə antonim (əks) olan iki adı vardır: “Tövbə” və “Bəraət”.

“Bəraət” adlandırılmasının səbəbi surənin “bəraət” sözü ilə başlamasında, həmçinin, İslam düşmənləri, müşrik və bütpərəstlərdən uzaq olmağın lazım gəldiyinin bildirilməsindədir. Bu cəhətdən, surə Allahın rəhmət və rəhmaniyyətinin nişanəsi olan “Bismillahir Rəhmanir

səh:121


1- [1] . “Tövbə” surəsi, ayə 119.

Rəhim” sözləri ilə başlanmamışdır.

“Tövbə” adlandırılmasının səbəbi isə surənin bir çox ayələrində insanların tövbə etmək və Allaha tərəf qayıtmağa dəvət edilməsinin bəyan edilməsidir. Surədə düşmənlər və bütpərəstlərdən uzaqlıq və onlarla döyüşməyə əmr edilməsi ilə yanaşı, onun əksər ayələrində geniş şəkildə tövbəyə dəvət bəyan olunmuşdur. Belə ki, düşmən və müşriklərlə müharibənin elan edilməsindən sonra, beşinci ayənin sonunda(1) oxuyuruq:

{...فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّکَاةَ فَخَلُّوا سَبِیلَهُمْ إِنَّ اللَّهَ غَفُورٌ رَحِیمٌ}

“Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr yollarını açın ki, həqiqətən, Allah çox bağışlayan və mehribandır”.

Yəni, müşrik və kafirlərin müsəlmanlar əleyhinə çoxlu sayda fəaliyyət göstərmsinə və müxtəlif cinayətlərə mürtəkib olmalarına baxmayaraq, əgər tövbə edib İslamın hökmlərinə tabe olsalar, onların tövbəsini qəbul edin (onları bağışlayın). Bu surə üçün iki müxtəlif və mütəzad (bir-birinə zidd) adların verilməsi döyüşlə bağlı ayələrin arasında çoxlu sayda tövbə ayələrinin də olmasıdır və sanki məsələni belə bəyan etməklə, İslamda günahkarların Allaha tərəf qayıtması üçün qapıların bağlanmadığı bildirilir, hətta, döyüş və onun oxşarı kimi hallar olsa da belə. İslamın heç kimdən intiqam almaq fikri yoxdur, əksinə İslamın döyüşlərdə də hədəfi camaatı islah etməkdir. Bu baxımdan, İslam düşmənləri döyüş zamanı tövbə etsələr və əməldə də bunu nişan versələr, İslam onlarla döyüşməkdən əl çəkər və onları himayə edər. Başqa sözlə, surədəki ayələrin tərkibi və ona iki adın verilməsindən aşağıdakı mühüm bir tərbiyəvi mətləbi anlamış oluruq: “Təlim-tərbiyə məsələlərində həm anlayış

səh:122


1- [1] . Tövbə məsələsi bu ayədən əvvəl ikinci ayədə də bəyan edilmişdir.

göstərmək, həm də sərt davranmaq – bunların hər ikisi lazımdır. Əgər hər yerdə sərtlikdən istifadə olunarsa, insanlar pərakəndə olar və İslamdan qaçar. Həmçinin, bütün hallarda mülayimlik göstərilsə, səhv və xəta edənlər bundan sui-istifadə edərək öz çirkin işlərini cəsarətlə davam etdirərlər. Amma həmin iki məsələnin yerində istifadə edilməsi bu problemi ortadan qaldırır. Bu baxımdan, mülayimlik və sərtlik, cəza və tövbə – onların hər ikisi zəruridir”.

B) “Tövbə” surəsinin ayələrinin nazil olduğu zaman: “Tövbə” surəsinin ilkin ayələri hicrətin doqquzuncu ilində, yəni Peyğəmbərin (s) vəfatından bir il əvvəl nazil edilmişdir. Təfsirçilərin yazdıqlarına əsasən, Peyğəmbər (s) maraqlı bir macərayla(1) əlaqədar həzrət Əlini (ə) əzəmətli həcc mərasimində müsəlmanlara dörd mətləbi elan etməsi üçün vəzifələndirdi:

1. Hicrətin doqquzuncu ilindən sonra heç kəsin lüt və çılpaq şəkildə Kəbəni təfav etməyə ixtiyarı yoxdur.

Sual: Doğrudan da, həmin zamana qədər Kəbəni çılpaq halda təvaf edirdilərmi və buna səbəb nə idi?!

Cavab: Bəli, kişi və qadınların bəzisi anadangəlmə lüt halda Kəbəni təfav edirdilər. Çünki müşrik və bütpərəstlərin xürafat olan etiqadına görə, Kəbəni paltarda təvaf edən şəxs təvaf başa çatdıqdan sonra öz libasını sədəqə verməli idi. Bu cəhətdən, birdən artıq paltarı olmayanlar geyinmək üçün paltar icarə edir və bu şəkildə təvaf edirdilər ki, həmin hökm onlara

səh:123


1- [1] . Haradasa, bütün təfsirçi və tarixçilər fikir birliyinə malikdirlər ki, bu surə – və ya onun ilkin ayələri – nazil olduğunda, Peyğəmbərin (s) müşriklərlə bağladığı müqavilə ləğv edildi. Peyğəmbəri-Əkrəm (s) onu həcc mərasimində ümumi camaata elan etməsi üçün Əbu Bəkrə həvalə etdi. Daha sonra onu Əbu Bəkrdən geri alaraq həzrət Əliyə (ə) tapşırdı və o həzrət həcc mərasimində məsələni camaata bildirdi. Bəzilərinin gizlətməyə çalışdığı bu məsələnin şərhini ətraflı şəkildə “Təfsire nümunə”, c.7, səh.257-dən sonra mütaliə edə bilərsiniz.

şamil olmasın. Libas kirayə edə bilməyən kəslər isə tamamilə lüt və çılpaq halda təvaf etmək məcburiyyətində idilər, yoxsa, onlar öz libaslarını təvafdan sonra fəqirə verməli idilər.

2. Müşrik və bütpərəstlər bundan sonra Kəbəni təvaf etmək haqqına malik deyillər.

Sual: Bəyəm, İslam azad məzhəbli olanları qəbul etmirmi? Əgər qəbul edirsə, onda, nə üçün digər məzhəblilərin təvaf etməsinə mane olur?

Cavab: Məzhəb və din azadlığı doğrudur. Amma bütpərəstlik din və məzhəb hesab edilmir, əksinə cürbəcür xürafat və əsassız əqidələrin qarışığıdır.

3. Müsəlmanlar müşriklərlə imzaladıqları sazişə təyin edilmiş müddətin sonuna qədər vafa edəcəklər, amma müddət bitdikdən sonra onlar arasında heç bir müqavilə yoxdur və o, bir daha yenilənməyəcək.

4. Müsəlmanlarla heç bir müqavilə və sazişə malik olmayan müşrik və bütpərəstlər dörd ay müddətində öz etiqad və əqidələrini islah etməli və bütpərəstlikdən əl çəkməlidirlər, əks təqdirdə, müsəlmanlar onlarla döyüşəcəkdir.

Hər halda, “Tövbə” surəsinin ilkin ayələri – onun məzmununa işarə etdik – hicrətin doqquzuncu ilinin sonlarında nazil olmuşdur və böyük ehtimalla surənin ardı və bəhs etdiyimiz ayə hicrətin onuncu ili, yəni Peyğəmbərin (s) ömrünün axırında nazil edilmişdir. Nəticədə, “Sadiqin” ayəsi Peyğəmbərin mübarək ömrünün sonlarında nazil olaraq Əli ibn Əbutalibin (ə) “vilayət”, “imamət” və “xilafət”inə zəminə yaratmaq rolunu oynayır.

Şərh və təfsir

{...یا أَیهَا الَّذِینَ آمَنُوا اتَّقُوا اللَّهَ وَکُونُوا مَعَ الصَّادِقِینَ...}

(Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun) – Xitabı müsəlman və möminlər olan bu ayədə Allah-taala onlara iki göstəriş verir:

səh:124

Birincisi, müsəlmanlar ən üstün sərmayə hesab edilən ilahi təqvaya sahib olmalıdırlar. Təqva Allaha yaxınlıq dərəcəsinin meyarıdır, insan nə qədər yüksək təqvaya malik olarsa, Allaha bi o qədər yaxınlaşmış və az təqvaya sahib olarsa, bir o qədər Allahdan uzaqlaşmış olar.

“Hucurat” surəsinin 13-cü ayəsində deyilir:

{یا أَیهَا النَّاسُ إِنَّا خَلَقْنَاکُمْ مِنْ ذَکَرٍ وَأُنْثَی وَجَعَلْنَاکُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَکْرَمَکُمْ عِنْدَ اللَّهِ أَتْقَاکُمْ إِنَّ اللَّهَ عَلِیمٌ خَبِیرٌ}

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”.

“Məryəm” surəsinin 63-cü ayəsində təqva cənnətə giriş vəsiqəsi hesab edilmişdir:

{تِلْکَ الْجَنَّةُ الَّتِی نُورِثُ مِنْ عِبَادِنَا مَنْ کَانَ تَقِیا}

“Bu, öz bəndələrimizdən təqvalı olan hər bir kəsi varis edəcəyimiz həmin cənnətdir”. İslamın nəzərində çox əhəmiyyətli olan təqva günahlar müqabilində insanın özünü cilovlayıb kontrol edə bilməsinə səbəb olan batini Allah qorxusu mənasındadır və xaricdən idarə olunmağa ehtiyac yoxdur. Allah-taalanın bu ayədə mömin bəndələrinə verdiyi ikinci göstəriş onların doğru danışanlarla birlikdə olmalarıdır.

“Sadiqin” (doğru danışanlar) kimlərdir?

Sual: Görəsən, müsəlmanların onlara tabe olmasını nəzərdə tutan ayədəki “Sadiqin”də məqsəd xüsusi insanlardır, yoxsa, bu hökm onun lüğəvi mənasını verən bütün doğru danışanlara şamildirmi?

Cavab: Biz ayədə nəzərdə tutulan “Sadiqin”dəki məqsədin hansısa bir doğru danışan insan deyil, əksinə onların xüsusi bir dəstə olmasına etiqadlıyıq. Bu iddianı sübut etmək üçün iki qərinə və şahid mövcuddur:

səh:125

1. Birincisi, əgər “Sadiqin”dəki məqsəd xüsusi insanları nəzərdə tutmayaraq onun ümumi mənasındadırsa, onda, ayə {...کُونُوا مَعَ الصَّادِقِینَ} (kunu minəs-sadiqin) kimi olmalı idi, nəinki, {...کُونُوا مَعَ الصَّادِقِینَ} (kunu məəs-sadiqin), yəni hamı doğru danışanlarla birgə deyil, onların özləri doğru danışan olmalıdır.

Ayənin {...کُونُوا مَعَ الصَّادِقِینَ} kimi gəlməsi və onlara itaətin lazımlığı bildirildiyindən, ayədəki məqsədin xüsusi və seçilmiş şəxslər olduğu və onlara tabeçiliyin zəruriliyi məlum olur.

2. İkinci şahid ayənin zahirinin “Sadiqin”lə birgə olmağı qeydsiz və şərtsiz olaraq nişan verməsidir. Deməli, onlarla birgə olmaqda heç bir qeyd və şərt bildirilmədiyindən, “Sadiqin”dən olan həmin şəxslərin xəta və günahdan amanda qaldıqları və buna Allah tərəfindən zəmanət verildiyi məlum olur. Çünki onlar məsum olmasalar, müsəlmanların həmişə onlara itaət etməsi mümkün deyil, əksinə səhv və günah etdiklərində onlardan ayrılmalıdırlar. Nəticədə, “Sadiqin”ə iatət və tabeçilik mütləq şəkildə qeyd edildiyindən, bu işin həyata keçirilməsi üçün onların günah və xətadan amanda qalan məsum və xüsusi şəxslər olması zəruridir.

Beləliklə, ya “Sadiqin”ə tabeçilik və itaət həmişə mütləq şəkildə və “Sadiqin”in özü də xüsusi şəxslərə şamil olmalıdır, ya da “Sadiqin”in mütləq şəkildə bütün doğru danışanlara şamil olmalı və onlara tabeçilik və itaət müəyyən qeyd və şərtlərə əsaslanmalıdır. Qeyd etdiyimiz iki qərinəyə əsasən, birinci ehtimal daha düzgündür. Deməli, “Sadiqin”in qeydə malikdir və onda məqsəd xüsusi şəxslərdir. Həmçinin, həmin xüsusi şəxslərə itaət və tabeçilik mütləq şəkildədir.

Əhli-sünnə alimlərinin nəzərləri

Əhli-sünnə təfsirçiləri umumilikdə bu məsələ barəsində iki qrupa bölünürlər:

Onlardan bəziləri bu ayənin kənarından çox sadə

səh:126

şəkildə keçərək “Sadiqin” sözü barədə məlumat verməmişlər. İkinci qrup isə müxtəlif şəkildə bəhs etmiş və bir qədər irəli gedərək “Sadiqin”in məsum olmasını söyləmişlər, çünki məsumdan başqasına mütləq şəkildə itaət etmək düzgün deyil. Amma bəzi təəssübkeşlər onların həqiqətə yetişməsinə imkan verməmişlər.

Fəxri Razi ikinci dəstədən olan təfsirçilərdəndir. O, “Sadiqin”in məsum olması fikrində olmaqdan əlavə, ayənin təkcə Peyğəmbər (s) zamanına aid olmaması, əksinə hər bir zamanda itaət edilməsi vacib olan “məsum doğru danışanlar”ın mövcudluğu düşüncəsindədir. Amma “Sadiqin”in misdaq və nümunəsini təyin etmək zamanı gəldikdə, təəssüb və şəxsi rəyə əsasən deyir: “Biz “Sadiqin”in xüsusi bir dəstə olmasını müəyyən edə bilmərik. Belə olan halda, onların bütün İslam ümməti olduğunu demək məcburiyyətindəyik”. Yəni, İslam ümməti hansısa bir məsələdə fikir birliyinə gəlsə, həmin məsələdə hamının ona itaət etməsi vacibdir.

Nəticədə, Fəxri Razinin etiqadına əsasən, {...کُونُوا مَعَ الصَّادِقِینَ} (kunu məəs-sadiqin) hər bir zaman və əsrdə mövcud olan “İslam ümməti”dir.

Amma biz Fəxri Razidən soruşuruq: “Həqiqətdə, sizin ayəni bu cür təfsir edərək belə nəticəyə gəlməyiniz Peyğəmbər (s) zamanında və ayə nazil olarkən Peyğəmbərin (s) səhabələrinin ağlına batar və onu qəbul edərdilərmi?” Əslində, icma (ümmətin fikir birliyi) məsələsi birinci əsrdən neçə əsr sonra meydana çıxmışdır, belə isə, o zamana aid olan həmin ayədən “ümmətin icması” məsələsini necə əldə edirsiniz (istinbat edirsiniz)? Əlbəttə, bu cür təfsir səhv və yanlışdır və Peyğəmbərin (s) səhabələri “Sadiqin” ayəsindən onun hökmünün xüsusi və ismət (məsum) məqamına malik olan bir dəstəyə şamil olduğunu anlayırdılar.

Nəticədə, şübhəsiz, “Sadiqin” ismət məqamına malik və günah və xətadan amandadırlar. İkincisi, Hər bir əsrdə

səh:127

vardırlar və təkcə Peyğəmbər (s) zamanına məxsus deyillər. Üçüncüsü, xüsusi və müəyyən bir dəstədirlər.

Ayənin özündən yuxarıda qeyd edilən bu üç məsələ – onu müfəssəl şəkildə bəyan etdik – əldə edilir.(1) Amma “Sadiqin” ayəsinin nümunə və misdaqı ayənin özündən anlaşılmır və onu rəvayətlərdən istifadə etməklə anlamalıyıq.

“Sadiqin” ayəsinin Quranın digər ayələri ilə təfsir edilməsi

Əgər Quran müqabilində şagird kimi diz çökərək bu əzəmətli kitabın ayələri barədə təssübkeşlikdən uzaq şəkildə düşünsək, Quranın özü digər ayələrində “Sadiqin”in kim olduğunu bizə tanıtdıracaqdır. Allah-taala “Hucurat” surəsinin 15-ci ayəsində “Sadiqin”i tanıtdırmaqla bağlı buyurur:

{إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِینَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ یرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِی سَبِیلِ اللَّهِ أُولَئِکَ هُمُ الصَّادِقُونَ}

“Möminlər yalnız Allaha və onun Peyğəmbərinə iman gətirmiş, sonra (öz imanında) əsla şəkk-şübhə düşməyən, mal və canları ilə Allah yolunda cihad edən kəslərdir. (Etiqad, söz və əməldə) doğruçu olan onlardır”.

Bu ayəyə uyğun olaraq, “Sadiqin” Allah və onun Peyğəmbərinə (s) iman gətirməkdən, başqa sözlə, bütün müsəlmanların iman gətirdiyi “məad” və “nübuvvət” məsələsindən əlavə, onları müsəlmanlardan fərqləndirən digər iki xüsusiyyətə də malik idilər:

1. “Məad” və “nübuvvət” məsələsinə iman gətirməkdən əlavə, onlar heç vaxt şəkk və tərəddüdə düçar

səh:128


1- [1] . Təəssübkeşlik olmadan yuxarıdakı ayələr və ona bənzərləri barədə təfəkkür edənlər çox yaxşı nəticələr əldə etmişlər. Həmin şəxslərdən biri əhli-sünnə alimi doktor Səmavi Ticanidir. O, təəssübkeşliyə yol vermədən belə ayələr barədə dəqiq mütaliələr etməklə hidayət olmuş və ondan “nə üçün şiə olmusunuz?” deyə soruşanlara cavab olaraq “Doğru danışanlarla birgə olmaq istəyirəm” adlı kitab yazmışdır. Həmin kitab daha çox “Sadiqin” ayəsi barəsindədir.

olmamış və həyatda olduqları müddətdə bu möhkəm və güclü imanı qoruyub saxlamışlar.

2. İkincisi, onların imanı təkcə qəlb və dillərində deyil, əksinə həmin şəxslərin əməllərində də zahir olmuşdur. Bu səbəbdən, digərlərinin yox, fəqət Allahın razılığını qazanmaq üçün Allah yolunda öz mal və canları ilə cihad etmişlər.

İndi bu iki mühüm və az müşahidə edilən xüsusiyyəti nəzərə almaqla, əldə çıraq tutaraq Peyğəmbərin (s) bütün səhabələri arasında həmin xüsusiyyətlərə malik və “Sadiqin” zümrəsindən olan şəxsi tapmağa çalışmalıyıq. İslamın əvvələrinə məxsus olan tarixi mütaliə etməklə bu həqiqətə yetişirik ki, həmin xüsusiyyətlərə malik olan yeganə şəxs Əli ibn Əbutalibdir (ə). Çünki həzrət Əli (ə) bütün ömrünü mal və canı ilə Allah yolunda cihad etməkdə keçirmiş və bir göz qırpımı qədər də olsun, öz imanında şəkk etməmişdir.

Bu məsələni isbat etmək üçün sadəcə o həzrətin həyatında baş vermiş və onun can və malı ilə cihad etdiyinin və yüksək imana malik olduğunun zirvə nöqtəsini göstərən üç müxtəlif hadisəyə işarə edirik:

1. Məkkə müşrikləri yenicə yaranan İslamı aradan aparmaq üçün cürbəcür planlar cızsalar da, öz istəklərinə nail ola bilməmişdilər. Onlar bir gün çox təhlükəli və şeytani bir məsələyə əl ataraq Peyğəmbəri (s) qətlə yetirmək fikrinə düşdülər. Bu baxımdan, gələcəkdə Peyğəmbərin (s) qəbiləsi hansısa bir şəxsdən qisas ala bilməsin deyə, terror aktını həyata keçirmək üçün qırx nəfər təyin edildi ki, onlar gecə ilə Peyğəmbərin evinə hücum edərək planı həyata keçirsinlər.

Allah-taala vəhy mələyi vasitəsi ilə Peyğəmbəri (s) məsələdən xəbərdar etdi. Bu məsələdən Peyğəmbər (s) xilas ola bilməsi üçün Mədinəyə hicrət etməli, amma şücaətli və fədakar bir şəxsi düşmənlər o həzrətin yoxluğundan xəbər tutmasınlar deyə, öz yerində yatırtmalı idi. Peyğəmbər (s)

səh:129

həzrət Əlini (ə) bu iş üçün müəyyən etdi. Rəvayətlərə(1) uyğun olaraq, Peyğəmbər (ə) Əmirəl-Mömininə (ə) xitab edərək buyurur: “Mən Məkkədən Mədinəyə hicrət etməklə vəzifələndirilmişəm. Amma qırx qəbilədən olan qırx nəfər əliqılınclı mənim evimin ətrafını mühasirəyə almış və sübh çağı hücum edərək məni öz yatağımda qətlə yetirmək fikrindədirlər. Ey Əli! Mənim Mədinəyə hərəkət edə bilməyim üçün sən mənim yerimdə yatmağa hazırsanmı?

Peyğəmbərə (s) bütün vücudu ilə məhəbbət bəsləyən və bir an belə olsa, imanında şəkk etməyən Əli (ə) dedi: “Ey Allahın Peyğəmbəri (s)! Əgər mən sizin yerinizdə yatsam, sağ salamat Mədinəyə gedə biləcəksinizmi?” Bu sual çox mühüm bir sualdır, çünki həzrət Əli (ə) xətər və təhlükənin vəhşətindən və öz canı qorxusundan bu sualı vermir, əksinə onun narahatçılığı Peyğəmbərdən (s) yanadır. Peyğəmbər (s) belə olan halda salamat qalacağını bildirir. Həzrət Əli (ə) Peyğəmbərin (s) salamat qalacağı və cavabının müsbət olduğunu bildirərək şükür səcdəsi edir. Bu şükür səcdəsinin İslamda ilkin şükür səcdəsi olduğu ehtimalı vardır”.

Həqiqətdə, müsəlmanlar arasında bu qədər Peyğəmbərə (s) məhəbbət bəsləyən digər bir şəxsi tanıyırsınızmı? Biz Əli (ə) aşiqləri və belə bir imamı olan məktəbə təslim olanlarıq. Həzrət Əli (ə) Peyğəmbərin (s) yatağında uzanır və o həzrət Mədinəyə yola düşür. Sübh çağı silahlı düşmənlər evə daxil olanda həzrət Əli (ə) onların səs-küyünə yerindən qalxır və düşmənlər Peyğəmbəri (s) evdə tapmadıqda, ondan soruşurlar ki, Məhəmməd (s) haradadır?

Həzrət Əli (ə) zərrə qədər də qorxmadan onlara “bəyəm, Peyğəmbəri (s) mənə tapşırmışdınız ki, onu məndən soruşursunuz?” – deyə cavab verir. Onlar bu cürətli cavanın verdiyi tutarlı cavabdan məyus olaraq

səh:130


1- [1] . Mərhum mühəddis Qummi (r.ə) bu məsələnin şərhini özünün “Muntəhil-amal”, c.1, səh.110-da xatırlatmışdır.

dedilər: “Bu, Məhəmmədin (s) yalanlarına aldanan sadəlövh bir cavandır”. Həzrət Əli (ə) bu töhmətli və Peyğəmbərə (s) nisbət verilən nalayiq sözləri eşitdikdə onlara elə bir cavab verir ki, indiyə qədər heç kəs özü barəsində belə cümlələri söyləyə bilməmişdir:

اللهُ قَدْ أَعْط_انی مِنَ الْعَقْلِ م_ا لَوْ قُسِّمَ عَلی جَمِیعِ حُمَق_اءِ الدُّنْی_ا وَمَج_انِینه_ا لصارُوا بِهِ عُقَلاءَ وَمِنَ القُوَّةِ م_ا لَوْ قُسِّمَ عَلی جَمِیعِ ضُعَف_اءِ الدُّنْی_ا لَص_ارُوا بِهِ أَقْوی_اءَ، وَمِنَ الشُّج_اعَةِ م_ا لَوْ قُسِّمَ عَلی جَمیعِ جُبَن_اءِ الدُّنْی_ا لَص_ارُوا بِهِ شَجْع_اناً(1)

“(Siz məni sadəlövh adlandırırsınız. Xeyr, heç də belə deyil.) Allah-taala mənə o qədər əql vermişdir ki, əgər onu dünyanın bütün divanə və cahilləri arasında bölüşdürsələr, onların hamısı ağıllı olar və mənə o qədər qüvvə və qüdrət əta etmişdir ki, əgər onu aləmin bütün qüdrətsizləri (zəifləri) arasında bölüşdürsələr, onların hamısı güclü olar və o qədər şücaət vermişdir ki, əgər onu dünyanın bütün qorxaqları arasında paylaşdırsalar, hamısı şücaətli olar”.

Düşmənlərin hamısı o həzrətin bu cavabı ilə Peyğəmbəri tapmaqdan naümid olaraq evi tərk etdi.

Əgər həzrət Əli (ə) Allah və onun Peyğəmbəri (s) barəsində azacıq da olsa şəkk etsəydi, öz canını belə təhlükəyə atmağa hazır olardımı?

2. Müsəlmanlardan bir dəstəsinin dünyapərəstliyi səbəbi ilə nisbi qələbə ilə bitən “Ühüd” döyüşündə düşmənlər onların qəflətindən istifadə etməkdən əlavə psixoloji döyüşə də əl atmışdılar. Düşmən qoşununun başçısı Peyğəmbərin (s) yaralandığını gördükdə, uca səsələ “Məhəmməd (s) öldürüldü!” – deyə qışqırmağa başladı. Müsəlmanların bir dəstəsi və bəzi rəvayətlərə əsasən, hamısı bu sözləri eşitməklə qaçmağa üz tutdu. Amma həzrət Əli (ə) Peyğəmbərin (s) düşmənlərin məğlubiyyəti ilə bağlı dediyi sözlərə əsaslanaraq və imanında şəkk etmədən, həmin sözlərə əhəmiyyət vermədi və döyüşə davam etdi. O, peyğəmbərin yaralı olduğunu

səh:131


1- [1] . “Biharul-ənvar”, c.19, səh.83.

gördükdə, pərvanə kimi o həzrətin başına dolanaraq Allah Peyğəmbərini (s) müdafiə etməyə başladı. Həzrət Əlinin (ə) iman, şücaət və döyüşü düşmənin planını alt-üst etdi və müsəlmanların bir dəstəsi Peyğəmbərin (s) yaşadığını bilərək geri qayıtdılar və əziyyət və çətinliklə olan döyüş başa çatdı və düşmən Peyğəmbəri (s) aradan qaldıra bilmədiklərinin ümidsizlik və məyusluğu ilə Məkkəyə qayıtdı.

Həzrət Əli (ə) döyüşdə göstərdiyi şücaətə görə doxsana yaxın yara və zərbə almışdı. Peyğəmbər (s) o həzrətin müalicəsi üçün iki təbib və cərrah göndərdi. Amma onlar tez bir zamanda geri qayıdaraq həzrətin yarasının bir-birinə həddən artıq yaxın olduğunu və bu səbəbdən onlardan birini tikdikdə, digərinin açılmasına səbəb olduğunu dedilər.

Əhli-sünnənin tanınmış alimi Şiblənci “Nurul-əbsar” adlı kitabında yazır: “Həzrət Əli (ə) “Ühüd” döyüşü bitdikdən sonra Peyğəmbərin (s) hüzuruna gələrək o həzrətə belə dedi: “Düşmənlərlə şiddətli və tufanlı olan bu döyüşdə mənə on altı ağır zərbə dəydi ki, mən onların təsiri ilə dörd dəfə yerə yıxıldım. Amma hər dəfə nurani bir şəxs məni yerdən qaldıraraq “ayağa qalx və Peyğəmbərə kömək et!” – deyirdi. Ey Allahın elçisi! Həmin şəxs kim idi?” Həzrət cavab verdi ki, gözlərin aydın olsun və xoş sənin halına! O şəxs Cəbrayıl idi”.(1)

Bəli, Quranın da təsdiqinə əsasən, tövhidi qəbul edən və bu yolda daxili və xarici düşmənlərlə döyüşdə səbr edən kəslərə Allah-taala asimanın mələklərini onlara yardım etməsi üçün göndərir:

{إِنَّ الَّذِینَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَیهِمُ الْمَلَائِکَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِی کُنْتُمْ تُوعَدُونَ}(2)

“Şübhəsiz, (səmimi qəlbdən) “bizim rəbbimiz Allahdır!” deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya

səh:132


1- [1] . “Nurul-əbsar”, səh.97.
2- [2] . “Fussilət” surəsi, ayə 30.

da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): “Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş cənnətlə müjdə olsun sizə!”

Bir sözlə, bu hədislər həm həzrət Əlinin (ə) can və malı ilə cihad etməsinin ən yüksək dərəcəsini, həm də Allah və Peyğəmbəri-Əkrəmə (s) olan şəkk və tərəddüdsüz imanını, eyni zamanda, Quranın İslamın müşriklər üzərində qələbə vədəsini nişan verərək göstərir. Beləliklə, həzrət Əlinin (ə) “Sadiqin” ayəsində deyilən xüsusiyyətlərə malik olan nümunə və misdaqı olduğu məlum olur.

3. “Əhzab” (Xəndək) döyüşündə xəndəkdən keçərək uca səslə onunla döyüşməyə bir şəxs tələb edən ərəbin ən böyük qəhrəmanı Əmr ibn Əbdüvədə Əlidən (ə) başqa, heç kəs müsbət cavab vermir. Bu hadisə (Əbdüvədin döyüşçü tələb etməsi) üç dəfə təkrar olunur və hər dəfəsində həzrət Əli (ə) döyüşə getməyə can atır. O həzrət güclü iman və qeyri-adi şücaətilə düşmənə tərəf hərəkət etdiyi zaman Peyğəmbər (s) onun üçün dua edir. Onlar döyüşməyə başlayırlar və nəhayət, Allahın lütfü ilə həzrət Əli (ə) düşmənə qələbə çalır. O, Əbdüvədin sinəsinə çökür və bu zaman o, ağzının suyunu həzrət Əliyə (ə) ataraq ona nalayiq sözlər deyir.(1) O həzrət ayağa qalxaraq bir neçə addım meydanda gəzişməyə başlayır. Bu hadisəni uzaqdan seyr edən müsəlmanlar çox təəccüblənirlər və “Əhzab” döyüşünün qəhrəmanı bir müddətdən sonra düşmənin başını bədənindən ayırır. Hadisə bitdikdən sonra o həzrətdən məsələnin sirrini soruşduqda belə cavab verir:

قَدْ ک_انَ لَشَتَمَ اُمِّی وَتَفَلَ فی وَجْهی فَخَشِیتُ أَنْ أَضْرِبَهُ لِحَظِّ نَفسی فَتَرَکْتُهُ حَتَّی سَکَنَ م_ا بی ثُمَّ قَتَلْتُهُ فِی اللهِ(2)

“O, mənim anam barəsində nalayiq sözlər deyərək ağzının suyunu üzərimə atdı. Onun bu hərəkətinindən

səh:133


1- [1] . “Biharul-ənvar”, c.21, səh.26.
2- [2] . “Biharul-ənvar”, c.21, səh.51 (“Məzhəre vilayət” əsəri, səh.365-dən nəql edilənlərə əsasən).

çox qəzəbləndim və qordum ki, onu bu halda öldürsəm, ixlaslı şəkildə deyil, öz nəfsimi təskinləşdirmək üçün öldürmüş olaram. Bu səbəbdən, ondan əl çəkib bir neçə addım gəzişdim ki, qəzəbim yatsın və qəlbim aramlaşsın. Sonra onu ixlasla Allah rizası üçün öldürdüm”.

Məşhur fars şairi Mövlana Cəlaləddin Bəlxi yuxarıdakı hadisəni aşağıdakı kimi nəzmə çəkmişdir:

Əz Əli amuz exlase əməl,

Şire Həqq ra dan münəzzəh.

Dər ğəza bər pəhləvani dəst yaft,

Şəmşiri bər avərd o şetaft.

U xod əndaxt bər ruye Əli,

İftixar hər nəbiyy o hər vəliyy.

U xod əndaxt bər ruyi ke mah,

Səcdə arəd pişe u dər səcdeqah.

Dər zəman şəmşir əndaxt an Əli,

Kərd u əndər əzayəş kaheli.

Gəşt heyran an mobarez zin əməl,

Əz numudən əfv o rəhme biməhəl.

Qoft: “Bər mən tiğe tiz əfraşti,

Əz çe əfkəndi, məra boqzaşti”

Şair sonra həzrət Əlinin (ə) dilindən deyir:

Qoft: “Mən tiğ əz peye həqq mi zənəm,

Bəndeye həqqəm, nə məmure tənəm.

Şire Həqqəm, nistəm şire həva,

Fele mən bər dine mən başəd qovah”.(1)

Həzrət Əlinin (ə) imanı onun bütün ömrü boyu özünü nişan verir. Nəticədə, Quranın digər ayələrində istifadə etmək və tarixin köməyi ilə “Sadiqin”dəki məqsədin Əli ibn Əbutalib (ə) olduğu aydın olur.

səh:134


1- [1] . Bu qəsidə həddən artıq uzundur. Onun şərhini “Məhzəre vilayət” kitabı, səh.365-dən mütaliə edə bilərsiniz.

Rəvayətdəki “Sadiqin”

Əgər sadəcə həmişə tarixi öz parlaq nuru ilə aydınlandıran “Səqəleyn” hədisinə diqqət edərək onu “Sadiqin” ayəsinin kənarına qoysaq, “Sadiqin”in misdaq və nümunəsi məlum olacaq. “Sadiqin”in “Səqəleyn” hədisində məsum şəxslər ünvanında tanıtdırılan və onlardan yapışmağın azğınlığa maneə olduğu bildirilən kəslərdir. Bəli, bu hədisə diqqət etməklə, Əhli-beyt (ə) və məsum imamların (ə) “Sadiqin”in olduğu bilinir. Bundan əlavə, çoxlu sayda digər rəvayərlər də ayənin izahı ilə bağlı nəql edilmişdir. Həmin rəvayətlərin bəzi nümunələrə diqqət edin:

1. Əhli-sünnənin beş nəfər tanınmış alim və böyükləri bu zəminədə rəvayət nəql etmişlər: 1. Süyuti,(1) 2. Xarəzmi,(2) 3. Əllamə Sələbi,(3) 4. Əllamə Gənci,(4) 5. Hakim Həskani,(5) Adları çəkilən alimlərin hamısı Peyğəmbərin (s) məşhur səhabəsi İbn Abbasdan və ya Cabir ibn Abdullah Ənsaridən bu rəvəyəti nəql etmişlər:

کُونُوا مَعَ الصَّ_ادِقِینَ، أَیْ کُونُوا مَعَ عَلِیِّ بْنَ اَبی ط_الِب

“Sadiqinlə birgə olun və ya Əli ibn Əbutaliblə (ə) birlikdə olun.” Yəni, “Sadiqin” həzrət Əlidir (ə). Bəziləri yuxarıdakı ifadənin yerinə هو علیّ بن ابیطالب

نزلت فی علیّ بن ابیطالب (nəzələt fi Əliyyibni Əbi Talib)(6) kimi cümlələri işlətmişlər ki, hamısı eyni mənadadır.

2. Hakim Həskani “Şəvahidut-tənzil” əsərində yuxarıdakı rəvayətdən əlavə, Abdullah ibn Ömərdən digər bir rəvayəti nəql edir. Həmin rəvayət belədir:

səh:135


1- [1] . “Əd-Durrul-mənsur”, c.3, səh.290.
2- [2] . “Ehqaqul-həqq”, c.3, səh.298-də nəql edilənlərə əsasən.
3- [3] . “Sələbi” təfsiri (“Ehqaqul-həqq”, c.3, səh.297-də nəql edilənlərə əsasən).
4- [4] . “Kifayətut-talib”, səh.111 (“Ehqaqul-həqq”, c.3, səh.297-də nəql edilənlərə əsasən).
5- [5] . “Şəvahidut-tənzil”, c.1, səh.260.
6- [6] . Həmin mənbə.

مَعَ الصَّ_ادِقِینَ أَیْ مَعَ مُحَمّد وَأَهْلِ بَیْتِه(1)

“Sadiqlərlə və ya Məhəmməd (s) və onun Əhli-beyti (ə) ilə (birlikdə olun).”

Maraqlı burasındadır ki, yerdə qalan digər məsum imamlar (ə) da “Sadiqin”dən hesab edilir.

3. Süleym ibn Qeys – Əllamə Məclisi “Biharul-ənvar” əsərində onu mötəbər bir insan olaraq tanıtdırır – “Sadiqin”i aşağıdakı rəvayətlə belə izah edir:

“Mən Peyğəmbərin xidmətində olarkən “Sadiqin” ayəsi nazil oldu və mən Peyğəmbərdən (s) soruşdum ki, “Sadiqin” ümumi mənadadır, yoxsa, məqsəd xüsusi şəxslərdir? Peyğəmbər (s) buyurdu ki, ayənin xitabı ümumidir və bütün camaat nəzərdə tutlmuşdur, amma “Sadiqin” xüsusi şəxslərdir və onda məqsəd qardaşım Əli (ə) və mənim qiyamətə qədər olacaq canişinlərimdir”.(2) Bu rəvayətə uyğun olaraq, “Sadiqin” məsum imamlardır (ə).

4. Əllamə Gənci “Kifayətut-talib” və İbn Cövzi “Təzkirə” kitablarında yazır:

قال علماء السّیر معناه کونوا مع علیّ و اهل بَیْته(3)

“Bir nəfər deyil, tarixçilərin əksəriyyəti {...کُونُوا مَعَ الصَّادِقِینَ} (kunu məəs-sadiqin) cümləsinin mənasının “Əli (ə) və onun Əhli-beyti (ə) ilə birgə olun” – mənasında olduğunu demişlər.

Bu hədisə əsasən də, “Sadiqin”in şiənin on dörd imamı olduğu aydın olur.

“Sadiqin” ayəsinin verdiyi mesajlar

Məsum imamların bütün xüsusiyyət və sifətlərindən olan “zakirin”, “abidin”, “mücahidin”, “rakiin”, “sacidin”, “qaimin”, “zahidin”, “alimin”, “müttəqin”, “xaşiin”

səh:136


1- [1] . “Şəvahidut-tənzil”, c.1, səh.262.
2- [2] . “Əsrarun Ali-Muhəmməd”, səh.297.
3- [3] . “Ehqaqul-həqq”, c.3, səh.297-də nəql edilənlərə əsasən.

arasından təkcə “Sadiqin” sifəti seçilmişdir. Bu cür seçim edilməsi bizə “düz danışmaq və doğruçuluğun” (təkcə müsəlmanların deyil) bütn insanların həyatında həlledici rol oynadığını və həmin səbəbdən, hidayətçi imamların (ə) bu adla tanıtdırıldığını başa salır.

Qeyd edilən mövzunun əhəmiyyətini bildirmək üçün həzrət Əlidən (ə) nəql edilən bir neçə hədisə diqqət edin:

1. الصِّدْقُ عِم_ادُ الإِسْلامِ وَدَع_امَةُ الإِیم_انِ(1)

1. “Doğruluq və düz danışmaq İslamın sütunu və imanın təməlidir.” Əgər binanın təməli xarab olsa, bina uçar. Müsəlman da doğru və düz danışan olmasa, İslam və onun imanı məhv olar.

2. الصِّدقُ أَقْوی دَع_ائِمِ الاْیم_انِ(2)

2. “Əgər iman üçün müxtəlif sütunların olduğunu təsəvvür etsək, doğruluq onun ən güclü və möhkəm sütunudur.” Həmin sütun xeymənin (alaçığın) ortasındakı sütuna bənzəyir. Əgər onu götürsələr uçacaqdır.

3. الصِّدقُ صَلاحُ کُلِّ شَیء وَالْکِذْبُ فَسادُ کُلِّ شَیء(3)

3. “Doğruluq hər bir məsələnin islah edilməsinə səbəb, amma yalan hər bir şeyi məhv edəndir.” Həqiqətən də, əgər cəmiyyətin bütün fərdləri - ər və arvad evdə, idarə işçiləri iş yerlərində, ticarətdə şərik olanlar ticarətdə, dövlət adamları siyasətdə, təhsil adamları təhsildə – xülasə, hamı tutduğu mövqedə doğru danışmağı özünə peşə etsə, şübhəsiz, cəmiyyətin bugünkü promlemlərinin əksəriyyəti həll edilmiş olar. Bədbəxtliklərin hamısı doğruluğun olmamasından qaynaqlanır.

Bu məsələ dünyəvi və beyləlmiləl yönlüdür. Məsələn, bəşər hüququndan dəm vuranlar zahirdə düzgünlüyə riayət etsəydilər, bəşər dünyası bugünkündən fərqli bir şəkildə

səh:137


1- [1] . “Mizanul-hikmət”, bölmə 2190, hədis 10185.
2- [2] . Həmin yerdə hədis 10184.
3- [3] . “Mizanul-hikmət”, bölmə 2189, hədis 10166.

olmuş olardı. Amma hazırda doğru yoldan çıxmış, öz mənafeləri üçün çalışaraq zülm və ayrı-seçkiliyin yaranmasına səbəb olmuşlar. Əgər dünyanın hansısa bir məntəqəsində İsrail cəsusunu yaxalayaraq mühakimə etmək istəsələr, o dəqiqə onların bəşər hüququ fəryadı digərlərinin qulaqlarını kar edər. Amma Fələstinin minlərlə məzlum camaatı ən faciəvi şəkildə qətlə yetirilsə, bəşər hüququ iddiası edənlərdən heç bir səs çıxmaz, əksinə daha çox təəccüb edərək iqtisadi, siyasi və hərbi yardımlarla zalımların köməyinə tələsərlər ki, onlar bir az da zülm etsinlər. Bərəkallah müttəqilərin əmiri Əli ibn Əbutalibə ki, belə buyurmuşdur: “Doğruluq yolundan yayınmaq bütün fəsad və pisliklərin yaranmasına səbəbdir”.

Nəticədə, “Sadiqin” ayəsinin bütün müsəlmanlara deyil, əksinə bütün insanlara doğruluq və düz danışmaq mesajı verdiyi məlum olur.

səh:138

İKİNCİ FƏSİL.ƏHLİ-BEYTİN (Ə) FƏZİLƏTLƏRİ İLƏ BAĞLI OLAN AYƏLƏR

1. “TƏTHİR” AYƏSİ

İşarə

{...إِنَّمَا یرِیدُ اللَّهُ لِیذْهِبَ عَنْکُمُ الرِّجْسَ أَهْلَ الْبَیتِ وَیطَهِّرَکُمْ تَطْهِیرًا}

“Həqiqətən, Allah (təkvini iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi bütün çirkinliklərdən pak etmək istəyir”.(1)

Bəhsə qısa bir nəzər

“Təthir” ayəsi də Əmirəl-Möminin (ə) və digər məsum imamların (ə) imamət və vilayəti ilə bağlı olan ayələrdəndir. Hər bir kəlməsi və sözündə dərin təfəkkür, düşüncə və mütaliəyə ehtiyac duyulan bu ayə bir daha məsum imamların ismətinə dəlalət edir.

Müqəddimə

“Əhzab” surəsinin 28-ci ayəsindən 34-cü ayəsinə qədər bütövlükdə Peyğəmbərin (s) qadınlarına xitab olunmuş və həmin yeddi ayənin arasında “Təthir” ayəsi

səh:139


1- [1] . “Əhzab” surəsi, ayə 33.

məzmun baxımından, xüsusi və fərqli bir tərzdə nazil edilmişdir.

Həmin fərqlərə misal olaraq əvəzliklərin dəyişilməsini göstərmək olar. “Təthir” ayəsindən əvvəlki ayələrdə iyirmi beş əvəzlik və fel və həmin ayədən sonra da iki əvəzlik və fel işlədilmişdir ki, hamısı qadınlara aiddir. Amma cəmi iyirmi yeddi və hamısı da qadınlara məxsus olan bu əvəzliklərin arasında nazil edilən “Təthir” ayəsindəki əvəzlik və fellər kişilərə məxsusdur və ya onları həm kişiyə, həm də qadına aid etmək olar, yəni o əvəzliklər təkcə qadınlara aid deyil. Görəsən, bu bir təsadüfdür, yoxsa, xüsusi fəlsəfəyə malikdir? Şübhəsiz, təsadüfi deyil və xüsusi bir fəlsəfəyə malikdir və onun kənarından asanlıqla keçmək olmaz. Əgər ayədəki məqsəd Peyğəmbərin (s) qadınlarınadırsa, onda, nə üçün ayənin xitabı dəyişilir və qadınlara məxsus əvəzliklərdən istifadə edilmir?

Aydındır ki, ayənin məzmun və əhatə dairəsi, həmçinin, onun fel və əvəzliklərinin dəyişilməsi ayədəki məqsədin Peyğəmbərin (s) qadınları olmadığını göstərir. Daha ətraflı şəkildə gələn bəhslərimizdə izahlar verəcəyik.

Şərh və təfsir

“Təthir” ayəsi ismətə (məsumluğa) açıq-aşkar bir dəlildir

Qeyd etdiyimiz kimi, bu ayənin hər bir kəlməsi və sözündə dərin təfəkkür, düşüncə və mütaliəyə ehtiyac duyulmuş və barəsində bəhslər edilmişdir. Bu baxımdan, biz də onun bir-bir kəlmələrini araşdırmağa başlayırıq:

1. {...إِنَّمَا...}:

1. “fəqət” mənasını verən bu söz həsr və məxsusluğu bildirir. Ayədəki bu sözün işlənməsindən onda bütün müsəlmanlara aid olmayan bir məsələnin mövcudluğu məlum olur, yoxsa, həmin sözün işlənməsinə ehtiyac duyulmazdı.

səh:140

Ayədə bəhs edilən “çirkinlik və pislik” bütün insanlardan deyil, əksinə ayədə bildirilən xüsusi bir dəstədən təmizlənilmişdir. Eyni zamanda, həmin pislik və çirkinliklər də xüsusi şəkildədir və xüsusi insanlardan da təmizlənilmiş və təkcə onlar pak olmuşdurlar. Doğrudur ki, adi və sadə olan təqva bütün müsəlmanlara şamildir və günahlardan şəkinmək hamıya vacibdir. Amma ayədə nəzərdə tutulan məsələ adi təqvadan üstün bir məsələdir ki, xüsusi şəxslərə məxsusdur.

2. {...یرِیدُ اللَّهُ...}:

2. (Allah iradə edir) – Ayədəki Allahın iradəsində məqsəd hansı iradədir? Görəsən, “təkvini” iradədir, yoxsa, “təşrii” iradə?

Cavab: Bu suala cavab vermək üçün “təkvini” və “təşrii” iradə barədə qısa bir izah verməyi lazım bilirik:

“Təşrii” iradə: Bu iradə “ilahi göstəriş və əmrlər”, başqa sözlə, “vacib və haramlar” mənasındadır. “Bəqərə” surəsinin 185-ci ayəsi Allahın təşrii iradəsin göstərən ayələrdən biridir. Allah-taala bu ayədə Ramazan ayının orucunun vacibliyini və səfərdə olan müsafir və xəstələrin həmin hökmdən istisna olduğunu bildirdikdən sonra buyurur:

{...یرِیدُ اللَّهُ بِکُمُ الْیسْرَ وَلَا یرِیدُ بِکُمُ الْعُسْرَ...}

“Allah sizin üçün çətinlik deyil, asanlıq istər.” Həmçinin, (istəyir ki,) müəyyən olunmuş miqdarı (otuz günü) tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq “təkbir” deyərək Allahı əzəmətli sayasınız, bəlkə, (onun) şükrünü yerinə yetirə bildiniz”.

Allahın bu ayədəki iradəsi “təşrii” iradədir, yəni Allahın Ramazan ayının orucu ilə bağlı verdiyi hökm çətin deyil, asandır. Bütün islami hökmlər elə də çətin sayılan hökmlər hesab edilməməlidir. Peyğəmbər (s) buyurur:

بُعِثْتُ إِلَیْکُمْ بِالْحَنَفِیَّةِ السَّمْحَةِ السَّهْلَةِ(1)

“Mən asan və rahat olan bir şəriət və dinlə sizə tərəf

səh:141


1- [1] . “Biharul-ənvar”, c.65, səh.346.

göndərilmişəm (Peyğəmbər seçilmişəm)”.

“Təkvini” iradə: Bu iradə “yaradılış” və “xilqət” mənasındadır. “Təkvini” iradə Allahın kimi və ya nəyi isə yaratması ilə bağlıdır. Həmin iradənin nümunəsini “Yasin” surəsinin 82-ci ayəsində müşahidə etmək olar:

{إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَیئًا أَنْ یقُولَ لَهُ کُنْ فَیکُونُ}

“Bir şeyin var olmasını istədiyi zaman, onun (Allahın) əmri ona ancaq: “Ol!” – deməkdir. O da dərhal olar (heç bir alətdən istifadə etmədən, Allahın, məhz, iradə və istəyi ilə var olar, sanki, ona “ol” demiş, o da olmuşdur).”

Ayədəki məqsəd “təkvini” iradədir. Həqiqətən, Allah çox qüdrətli və qüvvət sahibidir. O, əgər yaşadığımız bu qəribə aləmin – alimlərin dediyinə əsasən, günəş yer kürəsindən bir milyon iki yüz min dəfə böyükdür və günəş sistemində bir milyard ulduz mövcuddur ki, onların orta həddə olanı günəş böyüklüyündədir və bu, sadəcə çünəş sistemində olanlardır – oxşarını yaratmağı iradə etsə, kifayətdir ki, ona yaranmasını əmr etsin və o da dərhal yaransın:

اَلْعَظَمَةُ للهِ الْواحِدِ الْقَهّار(1)

Allahın “təkvini” və “təşrii” iradəsi ilə tanış olduğumuza görə, ayədə hansı iradə nəzərdə tutulmuşdur? Yəni, görəsən, Allah Əhli-beytin (ə) pislik və çirkinliklərdən uzaqlaşaraq pak olmasını istəmişdir, yoxsa, onun (Allahın) özü onları çirkinlik və pisliklərdən paklamış və təmiz etmişdir?

Cavab: Şübhəsiz ki, məqsəd “təkvini” iradədir. Çünki təqva və pak olmaq əmri təkcə Əhli-beytə (ə) məxsus deyil, əksinə ümumi bir göstərişdir və bütün müsəlmanlara şamildir. Amma əvvəl də dediyimiz kimi, {...إِنَّمَا...} sözünün tələbi hansısa yeni bir məsələnin digər müsəlmanlara şamil olması deyil, Əhli-beytə (ə) məxsus olmasıdır. Deməli, Allah-taala özünün “təkvini” iradəsi ilə Əhli-beytin (ə) vücudunda ismət adlı bir qüvvə yerləşdirmişdir ki, onun vasitəsi ilə çirkinlik və

səh:142


1- [1] . Əzəmət və böyüklük yeganə və Qəhhar olan Allaha məxsusdur.

pisliklərdən çəkinir və günahlardan amanda qalırlar.

Sual: Əhli-beytə (ə) əta edilən ismətin məcburiyyət yönü vardırmı? Başqa sözlə, onlar ixtiyarsız şəkildə günahdan çəkinir və qeyri-iradi olaraq Allahın göstərişlərinə itaət edirlər? Əgər günah etmək istəsələr, günah edə bilməzlərmi?

Əgər belə olarsa, ismət məqamı heç də iftixar sayılmır. Məsələ bu cür deyilsə, onda, nədən ibarətdir?

Cavab: Mahal (qeyri-mümkün) məsələlər iki cürdür: 1. Əqli mahal, 2. Adi mahal.

“Əqli mahal” gerçəkləşməsi mümkün olmayan məsələlərdir. Məsələn, eyni anda həm gecə, həm də gündüzün olması, sizin mütaliə etdiyiniz kitabın eyni zamanda həm dörd yüz, həm də beş yüz səhifə olması kimi. Bu, əqlən mahal bir məsələdir. Deməli, bir-birinə zidd olan iki məsələnin (hadisənin və s.) bir yerdə cəm olması əqli mahaldır.(1)

Bəzən də əqli cəhətdən bir şeyin baş verməsi mümkündür, amma o, həyata keçmir. Məsələn, hansısa bir ağıllı insan çılpaq halda küçədə gəzməyi qəbul edə bilməz. Bu məsələ əqli baxımdan mümkün, amma adətən, mahaldır. Beləliklə, hamının həmin məsələyə nisbətdə isməti vardır. Yəni, bütün insanlara verilən əql və şüur bu şəkildəki işlərə onların mürtəkib olmamasına yardımçı olur, həmçinin, bəzi günahdan çəkinmələrini də təmin edir ki, ismətin cüzi bir qismini təşkil edir.

Diqqət etdikdə, bəzi insanların digərləri müqabilində cüzi də olsa ismətə malik olduğunu və günahlara mürtəkib olmasının qeyri-mümkünlüyünü anlayacağıq. Məsələn, hansısa tanınmış ruhaninin Ramazan ayının iyirmi birində məcciddə mehrabın önündə səccadədə oturduğu halda, hamının gözü önündə şərab içməsi (bu məsələ mahaldır).

səh:143


1- [1] . Bu məntiqi terminlə daha ətraflı məlumat əldə etmək üçün Şəhid Mütəhhərinin yazmış olduğu “İslami elmlərlə tanışlıq, məntiq və fəlsəfə” kitabının 65-ci səhifəsindən sonrakı hissəsinə müraciət edin.

Əlbəttə, əqli mahal deyil, amma belə bir şəxs üçün adətən, mahal bir məsələdir, çünki onun məqam, mövqe və şəxsiyyəti belə bir işə mürtəkib olmasına mane olur.

Məsum imamlar (ə) onlar üçün əqli cəhətdən günah və xətaya mürtəkib olmaq imkanının olmasına baxmayaraq, – bu işlər adətən, mahaldır – onlar bütün günah və xətalar qarşısında məsumdurlar. Çünki onların günahlar müqabilindəki elm, mərifət və təqvası adi insanlarda olduğu kimi deyil və günah onlar üçün evdən çölə çılpaq şəkildə çıxmaq kimidir. Yəni, adi insanların həmin günahlara nisbətdə ismət məqamı olduğunu nəzərə aldıqda, məlum olur ki, məsum imamların (ə) da bütün günahlar müqabilində ismət məqamı vardır və əqlən bu iş mümkün olsa da, onların günah etməsi mahaldır.

Deməli, ismət icbari bir məsələ deyil ki, ixtiyarı məsumların əlindən alaraq onların əməllərini dəyərdən salmış olsun. Nəticədə, ayədəki Allahın iradəsinin “təkvini” iradə olduğu və ismətin məsumların ixtiyar və iradəsini aradan qaldımadığı və onların günahı məcburi çəkildə tərk etmələrinə səbəb olmadığı, əksinə o böyük şəxsiyyətlərin öz ixtiyarları ilə günahlardan çəkindikləri məlum olur.

3. {...الرِّجْسَ...}:

3. (Ər-rics) – “Rics”də məqsəd nədir? “Rics” sözü “pislik” və “çirkinlik” mənasındadır. Bu söz bəzən zahiri və maddi olan çirkinliklər, bəzən də batini çirkinliklər barəsində işlədilir. Bəzən də hər iki mənada istifadə edilir. Rağib İsfahani özünün “Müfrədat” əsərində bu məsələyə toxunmuşdur.

Yuxarıdakı sözün işlədildiyi üç halla bağlı Qurandan ayələri şahid gətiririk:

A) Mənəvi çirkinliklər – “Tövbə” surəsinin 125-ci ayəsində buyurulur:

{وَأَمَّا الَّذِینَ فِی قُلُوبِهِمْ مَرَضٌ فَزَادَتْهُمْ رِجْسًا إِلَی رِجْسِهِمْ وَمَاتُوا وَهُمْ کَافِرُونَ}

“Qəlblərində (şirk, küfr və nifaq) xəstəliyi olanlara gəldikdə isə, (Allah) onların çirkinliklərinin (pisliklərinin) üstünə daha bir çirkinlik artırdı və onlar

səh:144

kafir olduqları halda öldülər”.

{...فِی قُلُوبِهِمْ مَرَضٌ...}

(Qəlblərində xəstəlik olanlar) ifadəsi adətən, münafiqlər barəsində işlədilir və həqiqətən də, nifaq bir xəstəlikdir, yoxsa, insan ya sadəcə Allahın əmrlətrini qəbul edərək müsəlman olar, ya da onları rədd edərək kafir. Amma İslamı zahirdə qəbul edərək ona əməl etmək, lakin qəlbdə etiqadlı olmamaq münafiq və ikiüzlülükdür ki, xəstəlik hesab olunur. Bu ayədə “rics” sözü “mənəvi pislik” mənasındadır. Çünki nifaq zahiri deyil, bir növ, mənəvi pislik və aludəlik hesab edilir.

B) Zahiri çirkinlik – “Ənam” surəsinin 145-ci ayəsində Allah-taala buyurur:

{قُلْ لَا أَجِدُ فِی مَا أُوحِی إِلَی مُحَرَّمًا عَلَی طَاعِمٍ یطْعَمُهُ إِلَّا أَنْ یکُونَ مَیتَةً أَوْ دَمًا مَسْفُوحًا أَوْ لَحْمَ خِنْزِیرٍ فَإِنَّهُ رِجْسٌ...}

“De: “Mənə gələn vəhylərin içərisində yemək istəyən şəxsə murdar olduqları üçün ölü heyvan, (heyvanın damarlarından) tökülmüş qan və donuz ətindən, yaxud itaətsizlik üzündən Allahdan başqasının (istər bütlərin, istərsə də bütlərdən başqa, digər şeylərin, hətta, müqəddəs hesab edilən şeylərin) adı çəkilərək kəsilmiş heyvandan başqa, bir haram (yemək) tapmıram””.

Ayədəki “rics” sözünün zahiri “murdarlıq” və “pisliklər” mənasında olduğu məlum məsələdir.

C) Mənəvi və zahiri cirkinlik və pisliklər – “Maidə” surəsinin 90-cı ayəsində “rics” sözü hər iki mənada işlədilmişdir:

{یا أَیهَا الَّذِینَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَیسِرُ وَالْأَنْصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّیطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّکُمْ تُفْلِحُونَ}

“Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər (ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və şeytanın ixtiralarındandır. Buna görə də, onlardan çəkinin, bəlkə, nicat tapasınız”

Yuxarıdakı ayədə “rics” sözü həm mənəvi, həm də zahiri cirkinlik və pislik mənasındadır. Şərab zahiri çirkinlik və

səh:145

pislik mənasındadır, amma qumar isə mənəvi pislik və aludəliyi bildirir. Nəticədə, “rics” sözünün ümumi mənada işlənərək hər cür əxlaqi, mənəvi, zahiri, cismani və ruhi (psixoloji) çirkinliklərə şamil olduğu məlum olur. Deməli, “Təthir” ayəsində Allah-taala “təkvini” iradəsi ilə hər cür çirkinlik və pislikləri (onun bütün mənası ilə) Əhli-beytdən (ə) uaqlaşdıraraq onları paklaşdırdığını bildirir. Bizim bu barədəki dəlilimiz ayədəki “rics” sözünün heç bir qeyd və şərtə istinad edilmədən işlədilməsi və mütləq şəkildə bəyan edilməsidir ki, bütün çirkinlik və pisliklərə şamil olur.

{...وَیطَهِّرَکُمْ تَطْهِیرًا...}

Bu cümlə, həqiqətdə, əvvəlki cümlənin {...لِیذْهِبَ عَنْکُمُ الرِّجْسَ أَهْلَ الْبَیتِ...} təkid və təfsiri üçündür.

Qeyd edilən ayəyə uyğun olaraq, Əhli-beyt (ə) Allahın “təkvini” iradəsi ilə hər cür çirkinlik və pisliklərdən uzaq və pak, həmçinin, mütləq ismət məqamına malikdirlər.

Əhli-beyt (ə) kimlərdir?

“Təthir” ayəsindən istifadə edərək Əhli-beytin (ə) digər müsəlmanlarda olmayan mütləq ismət və təharət (paklığa) kimi xüsusiyyətlərə malik olduğunu anladıq. Amma indi belə bir sual meydana çıxır ki, Əhli-beyt (ə) kimdir?

Cavab: Əhli-beytin (ə) kim olması barədə müxtəlif nəzəriyyələr mövcuddur və indi onların dördünə diqqət yetirin:

1. Əhli-sünnənin bəzi təfsirçiləri Əhli-beyti (ə) Peyğəmbərin (s) qadınları kimi təfsir etmişlər.(1) Həmin təfsirə əsasən, həzrət Əli (ə), xanım Fatimə (ə), imam Həsən (ə) və imam Hüseyn (ə) Əhli-beytdən (ə) deyillər. Başqa sözlə, Əhli-beyt (ə) Peyğəmbərin (s) səbəbi (evlənməklə yaranan) qohumlarındandır və nəsəbi (əvvəlcədən qohumluq əlaqələri olan (məsələn, əmi, dayı və s. kimi))

səh:146


1- [1] . Qurtubi özünün “Furqan” təfsirinin 6-cı cildi, səh.5264-də bu nəzəriyyəni Zicacdan nəql edir.

qohumlar Əhli-beytdən (ə) hesab edilmirlər. Onların bu barədəki dəlilləri “Təthir” ayəsinin qadınlarla bağlı olan ayələin ortasında yerləşməsi və ondan əvvəl və sonrakı ayələrin qadınlara aid olmasıdır. Beləliklə, ayənin düzülüşü Əhli-beytin (ə) qadınlara şamil edilməsini tələb edir.

Bu nəzəriyyə üç dəlilə əsasən, batildir:

Birinci dəlil: Əvvəldə də bildirdiyimiz kimi, “Təthir” ayəsindən qabaqkı beş ayədə və “Əhzab” surəsinin 32-ci ayəsində (“Təthir” ayəsi bu ayədən sonradır) cəmi iyirmi beş əvəzlik və fel işlədilmişdir ki, qadınlara məxsusdur, amma “Təthir” ayəsində işlədilən əvəzlik və fellərin hamısı kişilərə mənsubdur və onda sadəcə iki dənə qadınlara aid əvəzlik və feldən istifadə edilmişdir ki, həm kişi, həm də qadına aid ola bilir. Həmçinin, həmin əvəzliklərin təkcə qadınara şamil olmadığı qəti bir məsələdir. Nəticədə, Quran Allah-talanın sözü olduğundan, ən kamil və fəsahətli cümlələrə malikdir, eyni zamanda, əvvəli və sonu qadınlara aid olan ayənin ortasında yerləşdirilən “Təthir” ayəsinin nazil edilməsi və əvəzlik və fellərin kişilərə mənsubluğu ayədəki məqsədin Peyğəmbərin (s) qadınları deyil, başqaları olduğunu sübuta yetirir, çünki Allah həmin ayələri digərlərindən fərqləndirmişdir. Beləliklə, söylədiklərimizdən ayədəki Əhli-beytdə (ə) məqsədin Peyğəmbərin (s) qadınları olmadığı və onu digər şəxslər arasında dəlil-sübuta dayanaraq araşdırmağın zəruriliyi məlum olur.

İkinci dəlil: “Təthir” ayəsinin təfsir və şərhlərinə əsasən, Əhli-beytin (ə) mütləq ismət məqamına sahib olması da həmin əqidənin batilliyini sübut edir, bundan əlavə, şiə və ya əhli-sünnə alimlərindən hansı biri Peyğəmbərin (s) qadınlarının ismət məqamına sahib olduğunu söyləmişdir?

Peyğəmbərin (s) qadınlarının, adətən, yaxşı insanlar olduğunu deməkdən əlavə, onlardan bəzilərinin, nəinki, ismət məqamına sahib olduğunu söyləmək olmaz, əksinə

səh:147

dəlil və sübutlara istinad edərək böyük günahlara da mürtəkib olduqlarını bildirmək olar. Bir nümunəni diqqətinizə çatdırırıq:

Əli ibn Əbutalib (ə) həm Allah tərəfindən təyin edilmək, həm də camaatın rəyi ilə seçilmək – özü də üç əvvəlki xəlifənin seçilməsindən fərqli bir şəkildə olan seçilmək – imtiyazına malik olan yeganə xəlifədir. Birinci xəlifə məhdud və xüsusi adamların vasitəsi ilə Bəni-Saidə Səqifəsində seçilmiş və camaat onunla beyət etmək məcburiyyətində qalmışdı. İkinci xəlifə isə birinci xəlifənin təyini ilə və üçüncü xəlifə isə altı nəfərdən ibarət şuranın üç üzvünün verdiyi səslə seçilmiş və idarəçiliyi öz əlinə almışdır. Amma camaatin ümumi hissəsi öz razılığı və daxili meyil və istəyi ilə həzrət Əliyə (ə) tərəf gəlmiş və onunla beyət etmişdir. Onunla beyət etmək istəyən camaatın izdihamı o qədər çox olmuşdur ki, həzrət buyurmuşdur: “Mən Həsən (ə) və Hüseynin (ə) camaatın ayağı altında qalıb əzilməsindən qorxuya düşdüm”.(1)

Amma Peyğəmbərin (s) qadınlarından birinin o həzrətin haqq olan xəlifəsi ilə müxalifət edərək öz beyətini pozduğunun və Peyğəmbərin (s) qadınlarına ölümündən sonra evdən çölə çıxmaması barədə göstəriş verməsinin əksinə olaraq, onun Mədinədən xaric olaraq dəvəyə minməsi və Bəsrəyə tərəf hərəkət etmsinin şahidi oluruq. O, Həvəb adlı yerə çatanda, itlərin hürmək səsini eşidir və Peyğəmbərin belə buyurduğunu xatırlamağa başlayır: “Sizlərdən biri dəvəyə minərək Mədinədən xaric olacaq və Həvəb adlı yerə çatdıqda, itlərin hürmək səsini eşidəcək. O, bu zaman Allahın dinindən çıxmışdır”.

Həmin yerin adını soruşduqda, ona bu yerin Həvəb olduğunu bildirirlər. O, qayıtmaq istədikdə, “Cəməl” döyüşünün təçkilatçıları onu aldadaraq yoluna davam

səh:148


1- [1] . “Nəhcül-bəlağə”, xütbə 3 (“Şiqşiqiyyə” xütbəsi).

etməsinə səbəb olurlar.(1)

Görəsən, Peyğəmbər (s) və onun xəlifəsinin göstərişi ilə müxalifət edərək Peyğəmbər (s) xəlifəsi ilə müharibə aparan və on yeddi mindən artıq müsəlmanın qanının tökülməsinə bais olan bir qadın məsum və bütün pisliklərdən uzaqdırmı? Maraqlı burasındadır ki, onun özü bu hadisəyə etiraf etmiş və ondan “bu döyüşün (“Cəməl” döyüşü) başlanmasına səbəbkar kimdir və tökülən qanların məsuliyyəti kimin öhdəsinədir?” – deyə soruşduqda, təkcə təəssüfləndiyini bildirərək bunu “ilahi təqdir” hesab etmiş və demişdir ki, kaş ki, bu hadisələr baş verməyəydi!

Ayişənin özünün bu səhvə etiraf dərək “təlafi edilməsinin qeyri-mümkünlüyü”nü söyləməsini əhli-sünnənin bəzi təəssübkeş alimləri ictihad kimi dəyərləndirmiş və bu işin yanlış və bağışlanmazlığını qəbul etməmişlər.

Görəsən, bu cür düşünmək doğrudurmu? Allah Peyğəmbərinin (s) həqiqi xəlifəsi və Ayişənin özünün dediyi kimi, “o, camaatın ən yaxşısıdır və kim ona qəlbində düşmənçilik və qəzəb bəsləsə, kafirdir” – bu xüsusiyyətlərə malik olan şəxs müqabilində ictihad etməsi nə dərəcədə doğrudur? Əgər bu məsələni ictihad kimi qiymətləndirsək, onda, heç bir günahkar öz günahını qəbul etməz və pis əməlini iözünə ctihad ünvanında aşılamağa başlayar.

Nəticədə, “Cəməl” döyüşünün təşkilatçılarına heç bir halda məntiqi şəkildə haqq verilə bilməz və ona səbəb olan şəxslər, şübhəsiz ki, günahkar və xətakarlardırlar, həmçinin, onları pak, tahir və pisliklərdən uzaq hesab etmək olmaz.

Üçüncü dəlil: Gələn bəhslərimizdə də bildirəcəyimiz kimi, əhli-sünnə və şiədən nəql edilən çoxlu sayda rəvayətlər var ki, Əhli-beytin (ə) Peyğəmbərin (s)

səh:149


1- [1] . İbn Əbil Hədid, “Nəhcül-bəlağənin şərhi”, c.6, səh.225 (“Nəhcül-bəlağənin tərcümə və şərhi” əsəri, c.1, səh.403-dən nəqlən).

qadınları deyil, əksinə, Peyğəmbər (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) olduğunu bildirir.

2. İkinci nəzəriyyədə Əhli-beytdəki (ə) məqsədin, şəxsən, İslam Peyğəmbəri (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə), eyni zamanda, Peyğəmbərin (s) qadınları olduğu bildirilir.(1) Bu nəzəriyyəyə əsasən, birinci nəzəriyyəyə tutulan iradlardan birincisi aradan qalxmış olur, çünki qadın və kişi əvəzliklərinin arasından xitab edilənin kişilər olduğunu söyləmək olar, amma digər iki irad (onun şərhi birinci nəzəriyyətə tutulan iradda verildi) Peyğəmbərin (s) qadınları ilə bağlı burada da keçərlidir və bu nəzəriyyəni də qəbul etmək olmaz.

3. Əhli-sünnədən olan digər təfsirçilər Əhli-beytin (ə) Məkkə sakinləri olduğunu bildirərək demişlər: “{...الْبَیتِ...} (Əl-beyt) sözündə məqsəd Allahın evi olan Kəbədir və nəticədə, Əhli-beyt (ə) sözü Məkkə sakinlərinə şamildir”.

Əlbəttə, bu nəzəriyyənin də batilliyi gün kimi aydındır və əvvəlki nəzəriyyəyə tutulan iki irad burada da bəyan edilir. Məkkə əhalisinin Mədinə camaatına nisbətdə heç bir imtiyazı olmadığı halda, necə ola bilər ki, Allah fəqət onları günah və çirkinlikdən pak etmiş olsun?

4. Dördüncü nəzəriyyə şiənin bütün alimlərinin nəzəriyyəsidir və yuxarıda qeyd edilən iradlardan heç biri ona şamil olmur. Həmin nəzəriyyədə Əhli-beytdə (ə) məqsədin Peyğəmbər (s) xanədanından olan xüsusi şəxlər, yəni Əli (ə), Fatimə (ə), Həsən (ə), Hüseyn (ə) və onların da başında Peyğəmbər (s) olduğu bildirilmişdir. Bu nəzəriyyənin doğruluğuna şahid birinci nəzəriyyəyə tutulan iradlardan heç birinin həmin nəzəriyyəyə şamil olmamasıdır. Bundan əlavə, dördüncü nəzəriyyəyə dəlalət edən çoxlu sayda rəvayətlər də mövcuddur. Əllamə Təbatəbai “Əl-Mizan” təfsirində həmin

səh:150


1- [1] . “Ət-Təfsirul-kəbir”, c.25, səh.209.

rəvayətlərin sayının yetmişə çatdığını qeyd etmişdir.(1) Maraqlı burasındadır ki, həmin rəvayətlərin əksəriyyəti əhli-sünnənin mənbələrində nəql edilib. Həmin mənbələr bunlardır:

1. “Səhih Müslim”(2) – Əhli-sünnənin ən mötəbər hədis kitablarındandır.

2. “Səhih Tirmizi”(3) – Altılıq təşkil edən kitablardan biridir.

3. “Əlmustədrəku ələs-səhihəyn”(4)

4. “Əs-Sünənil-kubra lil beyhəqi”(5) – bu kitabın fiqhi rəvayətlərlə bağlı olmasına baxmayaraq, onda qeyri-fiqhi rəvayətlər də mövcuddur.

5. Süyutinin “Əddurrul-Mənsur”(6) əsəri.

6. Həkim Həskani Nişapurinin “Şəvahidut-tənzil”(7) əsəri.

7. “Müsnəde Əhməd”.(8)

Beləliklə, Əhli-beytin (ə) beş nəfər olduğunu söyləyən rəvayətlər həm sayca çoxluq təşkil edir, həm də həmin rəvayətlər əhli-sünnənin mötəbər mənbələrində qeyd edilmişdir.

Fəxri Razi bu rəvayətlərin say çoxluğu və onun hansı dərəcədə mötəbər olması barədə maraqlı bir etiraf etmişdir. O, “Mübahilə” ayəsinin (“Ali-İmran” surəsi, ayə 61) təfsiri barədə belə yazır:

واعلم ان هذه الروایة کالمتفق علی صحتها بین اهل التفسیر والحدیث

“Əhli-beyin (ə) kim olmasını təfsir edən bu rəvayət hədis və təfsir əhli alimlərin nəzərində etibarlı və düzgün

səh:151


1- [1] . “Əl-Mizan” təfsirinin tərcüməsi, c.32, səh.178.
2- [2] . “Səhih Müslim”, c.4, səh.1883, hədis 2424 (“Quranın mesajları”, c.9, səh.143-dən nəql edilməklə).
3- [3] . “Ehqaqul-həqq”, c.2, səh.503.
4- [4] . “Əl-Mustədrəku ələs-səhihəyn”, c.2, səh.416 (“Ehqaqul-həqq”, c.2, səh.504-də nəql edilənlərə istinadən).
5- [5] . “Əs-Sünənil-kubra”, c.2, səh.149.
6- [6] . “Əd-Durrul-mənsur”, c.5, səh.198.
7- [7] . “Şəvahidut-tənzil”, c.2, səh.10-92.
8- [8] . “Müsnəde Əhməd”, c.1, səh.330; c.4, səh.107; c.6, səh.292 (“Quranın mesajları”, c.9, səh.144-də nəql edilənlərə istinadən).

olan rəvayətdir”.(1)

Nəticədə, Əhli-beytin (ə) kimliyini təfsir edən rəvayətlərin sayca çox və etibarlı olmasını anlayırıq. Həmin rəvayətlərin arasından bir hədisi, yəni “Hədise kisa”nı (“kisa” hədisini) xatırlatmaqla kifayətlənirik.

“Kisa” hədisi iki şəkildə nəql edilmişdir:

1. Müfəssəl (geniş).

2. Müxtəsər (qısa).

Müfəssəl olan və xəstələrin şəfası, çətinlik və problemlərin həlli üçün oxunan “Kisa” hədisi mütəvatir deyil. Amma müxtəsər şəkildəki “Kisa” hədisi mütəvatir şəkildədir və məzmunu aşağıdakı kimidir:

“Günlərin birində Peyğəmbərə (s) müəyyən ölçüdə bir parça gətirdilər. O həzrət Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseynin (ə) arxasınca adam göndərərək onları yanına çağırdı və Peyğəmbər (ə) özü ilə birlikdə parçanı onların üzərinə çəkdi və sonra buyurdu:

اَللّهُمَّ إِنَّ هؤُلاءِ أَهْلُ بَیْتی وَخ_اصَّتی اَذْهِبْ عَنْهُمُ الرِّجْسَ، فَنَزَلَ جِبْرَئیلُ إِنَّم_ا یُرِیدُ اللهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتِ وَیُطَهِّرَکُمْ تَطْهِیراً

“İlahi! Bunlar mənim əhli-beytimdir. Pislik və çirkinlikləri onlardan uzaqlaşdır. Sonra Cəbrayıl nazil olaraq “Təthir” ayəsini gətirdi.””

Əhli-sünnənin kitablarında bu rəvayətdən sonra belə bir cümlə qeyd edilmişdir: “Ümmü Sələmə Peyğəmbərdən (s) ona da parçanın altına girməsinə və əhli-beytə qoşulmasına icazə verməsini istədikdə, Peyğəmbər (s) buyurur: “Sən yaxşı insansan, amma əhli-beytdən deyildən.”(2) “Başqa bir hədisdə həmin məsələ Ayişə barəsində də nəql edilmişdir.(3)

Bu rəvayətlərdən əldə edilən nəticə, Əhli-beytin (ə) beş nəfərdən ibarət olmasıdır.

səh:152


1- [1] . “Təfsire Fəxri Razi”, c.8, səh.80.
2- [2] . “Şəvahidut-tənzil”, c.2, səh.24-31.
3- [3] . Həmin mənbə, səh.37-38.

Sual: Bu işin fəlsəfəsi nədən ibarətdir? Nə üçün Peyğəmbəri-Əkrəm (s) onları parçanın altına salaraq həmin gözəl cümlələriƏhli-beyt (ə) barədə buyurdu? Ümmü Sələmə və Ayişəyə parçanın altına girməyə nə üçün icazə vermədi?

Cavab: Peyğəmbərin (s) belə bir addım atmasına səbəb onun Əhli-beyti (ə) digərlərindən ayırmaq istəməsidir. O həzrət istəyirdi ki, Əhli-beyti (ə) hamıya elə bir şəkildə tanıtsın ki, həmin şəxslər barəsində nə onun öz zamanında, nə də gələcəkdə heç kəs qəsdən və bilməyərəkdən Əhli-beyti (ə) başqa şəxslərə şamil etməsin və onlar barəsində heç bir qaranlıq məsələ və tutula bilən irad qalmasın. Bu cəhətdən, Peyğəmbər həmin məsələ ilə kifayətlənməmiş və müxtəlif mənbələr, o cümlədən, “Şəvahidut-tənzil” əsərində gələn (Peyğəmbərin (s) xüsusi xadimi Ənəs ibn Malikdən nəql edilən) rəvayətə əsasən, bu hadisəsən sonra hər gün sübh namazından sonra və camaat namazlıarından qabaq həzrət Əli (ə) və Fatimənin (ə) qapısı önündə dayanaraq belə buyurmuşdur:

اَلصَّلاةَ ی_ا أَهْلَ الْبَیْتِ إِنَّم_ا یُرِیدُ اللهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتَ وَیُطَهِّرَکُمْ تَطْهیراً

“Namaz vaxtıdır ey Peyğəmbərin əhli-beyti! Həqiqətən, Allah (təkvini iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi bütün pisliklərdən pak etmək istəyir”.

O həzrət bu işi altı ay davamlı olaraq təkrar etmişdir.(1) Yuxarıda qeyd etdiyimiz rəvayət Əbu Səid Xudridən də nəql edilmişdir. O deyir: “Peyğəmbər (s) səkkiz ay hər gün sübhlər bu işi davamlı olaraq yerinə yetirirdi”.(2)

Peyğəmbərin (s) bu müddətdən artıq həmin işi davam etdirdiyini, amma Ənəs ibn Malikin altı ay və Əbu Səid Xudrinin isə səkkiz aydan artıq görmədiyini düşünmək mümkündür.(3)

səh:153


1- [1] . “Şəvahidut-tənzil”, c.2, səh.11-15.
2- [2] . Həmin mənbə, səh.28.
3- [3] . Əbu Səid Xudridən bu müddətin doqquz ay olduğu da nəql edilmişdir. “Şəvahidut-tənzil”, c.2, səh.29-a müraciət edin.

Deməli, Peyğəmbərin (s) bu əməlindəki məqsəd Əhli-beyti (s) tamamilə digərlərindən ayırmaq və onun misdaq və nümunəsinin təkcə həmin şəxslərə mənsub olduğunu bildirməkdir. O həzrətin buna kamil bir şəkildə nail ola bildiyi aydın məsələdir. Peyğəmbərin (s) digər bir məsələ ilə bağlı bu qədər isarar və təkid etdiyi heç bir yerdə görülməmişdir. Belə olan halda, Əhli-beytin (ə) başqa şəxslər olduğunu söyləməyimiz insafsızlıq deyilmi?

Görəsən, nə üçün gün kimi aydın olan bu məsələ ilə əlaqədar yanlış yolda olur və digərlərini də giriftarçılığa düçar edirlər? Bu sualın da cavabı aydındır və o, rəyə əsasən təfsir etmənin insanların gözündə onların həqiqətləri görməsinə mane olan qalın bir hicabın (pərdənin) yaranması səbəb olmasıdır. Təəssüflər olsun ki, bu hicab o qədər qalındır ki, günün işiğını da görə bilmirlər. Ya da qəbul etmək istəmirlər.

İlahi! Biz həmişə sənin hidayət və yol göstərməyinə möhtacıq. Bizi bir an belə olsa, öz hidayət nurundan məhrum etmə. İlahi! Bizə Quranın təfsiri və din maarifi, həmçinin, həqiqətlərə yetişməkdə yardımçı ol.

Bir neçə suala cavab

“Təthir” ayəsi ilə bağlı müxtəlif suallar verilmişdir. Biz onlardan bəzi nümunələri diqqətinizə çatdıraraq həmin suallara cavab veririk:

Birinci sual: “Təthir” ayəsinin heç olmasa, Əhli-beytin (ə) yəni Əli (ə), Fatimə (ə), Həsən (ə), Hüseyn (ə) və onların da başında Peyğəmbərin (s) ismət və məsumluğuna, dəlaləti var, amma yuxarıdakı ayənin “vilayət” və “imamət” məsələsi ilə heç bir irtibat və əlaqəsi yoxdur. Başqa sözlə, bizim bəhsimiz Əmirəl-Mömininin (ə) “vilayət” və

səh:154

“imamət”inə dəlalət edən ayələr barəsindədir və yuxarıdakı ayə bu məsələyə deyil, əksinə Əhli-beytin (ə) ismətinə dəlalət edir. Siz nə üçün həmin ayəyə istinad edirsiniz?

Cavab: Əgər Əhli-beytin (s) ismət məqamı sübuta yetirilsə, imamət məqamı da sübuta yetirilmiş olacaq. Əvvəldə deyildiyi kimi, itaət edilməli olan imam qeydsiz-şərtsiz bildirilmiş və ona itaətin vacibliyində də heç bir şərt nəzərdə tutulmamışdır. Əlbəttə, məsum olmayan imama mütləq şəkildə itaət etməyin mümkün olmadığını bildiyimizə görə, imamın məsum olması zəruridir. Bundan əlavə, imamın təyin edilməsi və ya seçilməsindən söhbət düşdüyündə, məsum imam olduğu zaman, digər şəxsin ardınca getmək düzgün deyil.

Həzrət İbrahimlə bağlı olan “Bəqərə” surəsinin 124-cü ayəsində Allah-taalanın ona “Ulul-əzm”, “xəlil”, “Peyğəmbər” məqamlarını əta etdikdən və onu bir sıra çətin imtahanlardan keçirdikdən sonra “imamət” məqamına layiq gördüyü bildirilir. Eyni zamanda, o həzrətin bu məqamı onun nəsil və zürriyyələrinə də (gələcək övladlarına) əta etməsi istəyinə aşağıdakı kimi cavab verir:

{...لَا ینَالُ عَهْدِی الظَّالِمِینَ}

“Mənim əhdim zalımlara şamil olmaz.” Beləliklə, Allah isməti imamətin ayrılmaz bir hissəsi olduğunu bildirərək bundan əvvəl zülmə mürtəkib olanlara həmin məqamın nəsib olmayacağını vurğulayır.

İkinci sual: Biz hər bir imamın məsum olduğunu qəbul edirik, amma hər bir məsum imamdırmı? Bəyəm, xanım Zəhra (ə) məsum deyildimi, bəs, nə üçün o, imam seçilmədi?

Cavab: Qadınlar arasında ismətə malik olmaq onların imam olmasını zəruri etməz. Amma kişilər arasında məsumluq zərurət təşkil edir və biz yer üzündə kişilər arasında Peyğəmbər (s) və imamlardan (ə) başqa, məsum olan bir şəxsi tanımırıq.

Üçüncü sual: Əvvəlki bəhslərdə “Təthir” ayəsindən öncə və sonrakı ayələrdə işlənən əvəzlik və fellərin

səh:155

qadınlara məxsus olduğu, amma həmin ayədəki əvəzlik və fellərin kişilərə mənsub olaraq fərqli şəkildə gətirilməsi xitab edilən kəslərin Peyğəmbərin (s) qadınları olması fikrini aradan qaldırdığı söylənmişdi.

Halbuki, əvəzlik və fellərin bu şəkildə gətirildiyini göstərən ayələrin olmasına baxmayaraq, həmin əvəzliklər qadına da şamil edilir. Məsələn, həzrət İbrahimə qoca yaşında övlad verilməsi ilə bağlı ayədə işlədilən əvəzliklər onun qadınına da şamildir və ona da xitab edilmişdir.

“Hud” surəsinin 73-cü ayəsində oxuyuruq:

{قَالُوا أَتَعْجَبِینَ مِنْ أَمْرِ اللَّهِ رَحْمَتُ اللَّهِ وَبَرَکَاتُهُ عَلَیکُمْ أَهْلَ الْبَیتِ إِنَّهُ حَمِیدٌ مَجِیدٌ}

“(Mələklər) dedilər: “Allahın rəhməti və onun bərəkətləri sizin ailənizə olduğu halda, Allahın əmrinə (işinə) təəccüb edirsən?! Həqiqətən, o, sifət və işləri mədh edilmiş, ümumi lütf və mərhəmət sahibidir”. (Allahın bütün işləri bəyənilmişdir. O, tükənməz və əvəzsiz nemət, ehsan və kərəm sahibidir!)”.

Bu ayəyə uyğun olaraq, həzrət İbrahimin arvadına kişilərə mənsub olan əvəzliklə {...عَلَیکُمْ...} “ələykum” deyə xitab edilmişdir.

Cavab: Əllamə Təbatəbai(1) və digərlərinin də dediyi kimi, Quran ayələrinin hamısı bir yerdə nazil edilməmişdir. Hətta, bəzən bir ayənin cümləsi bir dəfə də təkrar olunmurdu. Ayələr baş verən hadisələr və tələbatlara əsasən nazil edilirdi. Beləliklə, müəyyən bir zamanda ayələrin bu şəkildə nazil edilməsi və xitabının Peyğəmbərin qadınları olması, “Kisa” hədisinin baş verməsi və Peyğəmbərin (s) Əhli-beytlə (ə) bağlı hacətlərini Allahdan diləməsi və “Təthir” ayəsinin göndərilməsi və onun ardınca xüsusi məsələlər və hadisələrlə bağlı ayənin nazil edilməsi də mümkündür. Nəticədə, Quranın bütün ayələrinin bir-biri ilə irtibat və bağlılığa malik olması zəruri deyil.

Beləliklə, “Təthir” ayəsinin həm Əhli-beytdən (ə) olan

səh:156


1- [1] . “Əl-Mizan” təfsirinin tərcüməsi, c.32, səh.179.

beş nəfərin ismətini bildirdiyi, həm də Əmirəl-Möminin Əlinin (ə) vilayətinə aid olduğu aydın olur.

2. “MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSİ

İşarə

{...قُلْ لَا أَسْأَلُکُمْ عَلَیهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِی الْقُرْبَی وَمَنْ یقْتَرِفْ حَسَنَةً نَزِدْ لَهُ فِیهَا حُسْنًا إِنَّ اللَّهَ غَفُورٌ شَکُورٌ}

“(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa, bir şey istəmirəm. Kim yaxşı bir iş görərsə, onun yaxşılığının savabını (mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışlayan və qədirbiləndir! (Şükrün, itaətin və gözəl əməllərin əvəzini verəndir!)”.(1)

Bəhsə qısa bir nəzər

Əhli-sünnə alimləri bu ayəni də şəxsi rəyə əsasən təfsir etməyə mübtəla olaraq, insanda təəccüb doğuracaq nəzəriyyələr irəli sürmüşlər. Biz bəhsin davamında ona toxunacağıq. Amma şiə alimləri ayəni Əhli-beyt (ə) məktəbi sayəsində aydın və yaxşı təfsir etmişlər.

Əvvəlki ayələrə bir baxış

“Məvəddət” ayəsinin təfsirinin aydın olması üçün əvvəlki ayə (yəni “Şura” surəsinin 22-ci ayəsi) və bu ayənin əvvəlində gələnlər barədə (biz onu ayənin əvvəlində qeyd etməmişik) bəhs etməyimiz zəruridir.

{...وَالَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ...}

(İman gətirərək saleh əməl edən kəslər) – Allah-taala əvvəlki ayələrdə zülmkarların aqibətini və onların gələcyinin zülmətli olacağını bəyan etdikdən sonra, təkcə Allahın yeganəliyi və Peyğəmbərin (s) nübuvvətinə iman gətirmək və əməldə bunu təsdiq etməklə kifayətlənməyən müsəlmanların aydın gələcəyi barədə söhbət açır və onların

səh:157


1- [1] . “Şura” surəsi, ayə 23.

saleh əməllər etdiyini vurğulayır. Allah-taala bundan sonra əməlisaleh möminlərin axirətə nail olacaqları və bir-birindən dəyərli olan üç mühüm savabı xatırladır:

1. {...فِی رَوْضَاتِ الْجَنَّاتِ...}:

1. (cənnət bağları) – Axirətdə ilkin olaraq onların məskun olacaqları yer cənnət bağlarıdır.

Sual: {...رَوْضَاتِ الْجَنَّاتِ...} - yəni, cənnət bağları haradadır?

Cavab: Əgər Quranı başdan ayağa qədər mütaliə etsək, bu cümləni “Şura” surəsinin 23-cü ayəsindən başqa, digər bir ayədə tapa bilmərik. Ərəblər yaşıl, bol sulu və ağacları olan bağa “rovzə” deyir və “rovzat” onun cəmidir. Əlbəttə, bəzən suyun toplandığı yerə də bu söz şamildir. Amma “rovzə” sözündə məqsəd onun birinci mənasıdır və {...رَوْضَاتِ الْجَنَّاتِ...} “cənnət bağları” deməkdir.

Sual: Cənnətdəki bütün bağların başdan-başa yaşıl və təravətli olmasına baxmayaraq, “cənnət bağları”nda hansı məna nəzərdə tutulmuşdur?

Cavab: Yuxarıdakı cümlədən cənnətdəki bağlardan əlavə, Allahın xüsusi bəndələrinə məxsus olan bağların olacağı da anlaşılır. Nəticədə, möminlərə saleh əməlləri müqabilində veriləcək ilkin nemətin “cənnət bağları” olması aydın olur.

2. {...لَهُمْ مَا یشَاءُونَ...}:

2. (onlar üçün istədikləri hər şey var) – Xüsusi cənnət bağlarında məskunlaşmış olacaq əməlisaleh möminlər üçün onların istədikləri hər bir şey hazır ediləcək. Həqiqətən də, maddi nemətlərlə bağlı bundan üstün olan bir məsələ təsəvvür edilməzdir, çünki o hər nəyi istəsə, ona verəcəklər.

3. {...عِنْدَ رَبِّهِمْ...}:

3. (Allah yanında) – Cənnət nemətləri maddi və mənəvi nemətlərlə qarışıqdır. Aydın olduğu kimi, möminlər saleh əməllər nəticəsində, ən yaxşı vəziyyətdədirlər və maddi nemətlərdən istifadə edirlər. Bu məsələ mənəvi cəhətdən də belədir. Onlar Allah yanında “Ali-İmran” surəsinin 169-cu ayəsində şəhidlər üçün deyilən yaxınlıq məqamına

səh:158

malikdirlər. Amma {...عِنْدَ رَبِّهِمْ...} məqamının hansı xüsusiyyət və bərəkətlərinin olduğu bizə o qədər də aydın deyil.

{...ذَلِکَ هُوَ الْفَضْلُ الْکَبِیرُ...}

(Bu, böyük fəzilətdir) – Əməlisaleh möminlərə cənnətdə maddi və mənəvi nemətlərin hazırlanmasını Allah-taala “böyük fəzilət” adlandırmışdır. Əgər Allah bir şeyi “böyük fəzilət” adlandırarsa, biz hər nə qədər fikirləşsək də o, bizim düşündüyümüzdən əzəmətli və böyük olacaq.

Deməli, Allaha bəndəlik etməyin iki meyarı vardır: İman və saleh əməl. Beləliklə, “elm”, “sərvət”, “mal” və “qüdrət” kimi digər məsələlər iman və saleh əməl üçün istifadə olunduqda dəyər kəsb edəcəkdir.

{ذَلِکَ الَّذِی یبَشِّرُ اللَّهُ عِبَادَهُ الَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ...}

Allah bu ayədə də əməlisaleh möminlərə {...رَوْضَاتِ الْجَنَّاتِ...}، {...لَهُمْ مَا یشَاءُونَ...}، {...عِنْدَ رَبِّهِمْ...} kimi nemətlər əta edəcəyini bildirir ki, onlara nəfslə mübarizə, ibadət və itaət çətin gəlməsin. Yuxarıdakı ayə barədə verilən qısa izaha diqqət etməklə, “Məvəddət” ayəsinin şərh və təfsirinə nəzər salaq.

Şərh və təfsir

Əhli-beytə (ə) məhəbbət risalətin (təbliğin) əvəzidir

{...قُلْ لَا أَسْأَلُکُمْ عَلَیهِ أَجْرًا...}

(de ki, mən sizdən heç bir əcr və muzd istəmirəm) – Şübhəsiz ki, İslam Peyğəmbəri (s) risalətin təbliği, ilahi vəzifələrin yerinə yetirilməsi uğrunda coxlu zəhmət və əziyyətlərə qatlaşmalı olmuşdu. Amma o həzrət heç zaman bu dəyərli işlərin müqabilində kimdənsə bir muzd və əcr istəməmişdir. Eyni zamanda, Peyğəmbərin (s) xidmətinə yetişən bəzi müsəlmanların: “Əgər maddi ehtiyacınız qarşıya çıxarsa, bizim mal və sərvətimiz qeydsiz-şərtsiz sizin ixtiyarınızdadır” – deməsi ilə yuxarıdakı ayə nazil olmuş(1) və risalət müqabilində Peyğəmbərin (s) heç kəsdən

səh:159


1- [1] . “Nümunə” təfsiri, c.2, səh.402.

bir muzd istəmədiyini bildirmişdir.

{...إِلَّا الْمَوَدَّةَ فِی الْقُرْبَی...}

(yalnız yaxınlarıma məhəbbətdən başqa) – Peyğəmbər (s) risalət müqabilində onlardan sadəcə Əhli-beyt (ə) və yaxınlarına məhəbbətdən başqa, heç bir muzd istəməmişdir. Nəticədə, o həzrətin iyirmi üç illik təbliğ və müsəlmanlara çəkdiyi zəhmət müqabilində fəqət “yaxınlarına məhəbbət” bəsləmələrini tələb etdiyi məlum olur.

“Yaxınlar” {...الْقُرْبَی...} kimlərdir?

Bu ayədəki bütün bəhslər “yaxınlar” {...الْقُرْبَی...} kəlməsi barədə və onun təfsiri ətrafında dolanır. Doğrudan da, görəsən, “yaxınlar” kimlərdir ki, Peyğəmbər (s) müsəlmanlardan risalətinə muzd olaraq onlara sevgi və məhəbbət göstərilməsini istəmişdir?

Alim və təfsirçilərdən bəziləri bu ayənin kənarından rahatlıqla keçərək onun barəsində dərindən düşünməmiş və ya onların fikirləri ilə üst-üstə düşmədiyindən, bu cür reaksiya göstərmişlər. Halbuki, ayədə dərin mənalar vardır. Ayə və onda bəyan edilənlərin əzəmətinə inanmaqdan ötrü, həmin məsələni digər Peyğəmbərlərin dilindən Quranda araşdırırıq.

Əgər “Şüəra” surəsinə nəzər salsaq, görərik ki, İslam Peyğəmbərindən (s) öncə, muzd almaq məsələsi həzrət Nuh (ə), Hud (ə), Saleh (ə), Lut (ə) və Şüeyb (ə) kimi beş Peyğəmbərin dilindən də bəyan edilib. Amma onların heç biri öz yaxınlarına, hətta, məhəbbət göstərmələrini belə, istəməmişlər. Onların hamısı belə buyurmuşdur:

{وَمَا أَسْأَلُکُمْ عَلَیهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِی إِلَّا عَلَی رَبِّ الْعَالَمِینَ}(1)

“Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!”

səh:160


1- [1] . “Şüəra” surəsi, ayə 109, 128, 145, 164 və 180. Bu mətləb həmin peyğəmbərlərin dilindən Quranın digər ayələrində də qeyd edilmişdir.

Həmin Peyğəmbərlərin öz risalət və təbliğləri müqabilində heç bir muzd istəməməsi, amma İslam Peyğəmbərinin (s) yaxınlarına muzd olaraq məhəbbət və sevgi bəsləməyi istəməsi necə mümkündür? Görəsən, İslam Peyğəmbərinin (s) məqamı üstün idi, yoxsa, digər Peyğəmbərlərin? Şübhəsiz ki, Xatəmul-ənbiya həzrət Məhəmməd Mustafa (s) bütün Peyğəmbərlərdən üstün və fəzilətlidir, həmçinin, qiaymət günü hər bir Peyğəmbər sadəcə öz ümmətinə şahid olacaq, amma o həzrət isə bütün şəhadət verə bilənlərin şəhadətinə. Buna Quranın aşağıdakı ayəsi dəlildir:

{فَکَیفَ إِذَا جِئْنَا مِنْ کُلِّ أُمَّةٍ بِشَهِیدٍ وَجِئْنَا بِکَ عَلَی هَؤُلَاءِ شَهِیدًا}(1)

“Buna görə də, hər ümmətdən (onların iman, küfr, itaətkarlıq və itaətsizliklərinə şahidlik etmək üçün) bir şahid (Peyğəmbərlərini) gətirəcəyimiz və səni də bunlara (bu ümmətə, yaxud o şahidlərə) şahid gətirəcəyimiz zaman, (sənin və camaatın halı) necə olacaq?!”

Sözün düzü, məsələ daha qarışıq bir şəkildədir, çünki Allahın ən üstün olan Peyğəmbəri (s) əcr və muzd istəyir, amma digər Peyğəmbərlər əksinə, heç bir əcr istəmirlər. Həqiqətən də, bu ayənin dərin təfəkkür və düşüncə tələb etməsinə baxmayaraq, bəsi alimlər onun yanından sadəliklə keçmiş və ayıq vicdanın onlara verəcəkləri əzabdan qaçmışlar.

Sual: Peyğəmbərin (s) bu əcr və muzdu istəməkdəki hədəfi nə olmuşdur? Görəsən, həmin muzdu özü üçün istəyir, yoxsa, bu tələbdə də digər bir müqəddəs hədəf yatır ki, onun xeyri yenə də müsəlmanların özünə qayıdır?

Cavab: Bu məsələnin aydın olması üçün Quranın digər iki ayəsini də “Məvəddət” ayəsi ilə tutuşdurmalıyıq ki, ayələrin özü bir-birini təfsir etsin.

1. “Səba” surəsinin 47-ci ayəsində buyurulur:

{قُلْ مَا سَأَلْتُکُمْ مِنْ أَجْرٍ فَهُوَ لَکُمْ إِنْ أَجْرِی إِلَّا عَلَی اللَّهِ وَهُوَ عَلَی کُلِّ شَیءٍ شَهِیدٌ}

“De ki: “Sizdən istəmədiyim bütün muzdlar sizin olsun.

səh:161


1- [1] . “Nisa” surəsi, ayə 41.

(Sizdən muzd istəməyə haqqım var idi). Sizdən istədiyim muzd (Əhli-beytimə olan məhəbbət) sizin öz xeyrinizədir, mənim mükafatım yalnız Allahın öhdəsinədir və o, hər bir şeydən agah və hər bir şeyə şahiddir.”

Bu şərif ayənin də “Məvəddət” ayəsindəki qaranlıq qalan məsələni bir qədər izah etdiyini və İslam Peyğəmbərinin (s) də digər Peyğəmbərlər kimi özü üçün heç bir muzd və əcr istəmədiyini, əksinə yaxınlara məhəbbətlə bağlı həmin muzdun camaatın öz xeyrinə olduğunu bildirdiyi anlaşılır.

2. Həqiqətdə, “Səba” surəsinin 47-ci ayəsinin təfsiri olan “Furqan” surəsinin 57-ci ayəsində “yaxınlara məhəbbət” məsələsinin camaata necə faydalı olması izah edilir:

{قُلْ مَا أَسْأَلُکُمْ عَلَیهِ مِنْ أَجْرٍ إِلَّا مَنْ شَاءَ أَنْ یتَّخِذَ إِلَی رَبِّهِ سَبِیلًا}

“De: “Mən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində sizdən kiminsə öz Rəbbinə tərəf yol tutmaq istəməsi istisna olmaqla, bir muzd istəmirəm. (Peyğəmbərin dəvətindən sonra ümmətin ixtiyari şəkildə Allaha tərəf getməsi Peyğəmbərliyin muzdudur)”.

Yuxarıdakı ayə İslam Peyğəmbərinin (s) istədiyi əcr və muzdun onun şəxsi mənafeyinə xidmət etmədiyini, əksinə onun faydasının camaatın özünə qayıtdığını nişan verir. Həmçinin, ayə risalət əcrinin istənilməsinin özündə ilahi hədəflərin olduğunu və həqiqətdə, həmin mənfəətin dinin özünə qayıtdığını göstərir. Nəticədə, o həzrətin “Məvəddət” ayəsində istədiyi muzdun onun şəxsən özü üçün deyil, camaatın xeyrinə olduğu məlum olur. Belə olan halda, bu ayəyə şəxsi düşüncələrlə üst-üstə gəlmədiyi üçün sadə yanaşmaq lazımdırmı?

Şiənin nəzərində “yaxınlar” {...الْقُرْبَی...} sözünün təfsiri

Şiə alimləri ayə barəsində diqqətlə düşünüb təfəkkür etdikdən sonra “yaxınlar” {...الْقُرْبَی...} sözündəki məqsədin İslam Peyğəmbərinin (s) Əhli-beyti (ə) olması fikrinə

səh:162

gəlmişlər. Sözsüz ki, “vilayət” məsələsi risalətlə bir çəki və ağırlıqdadır və onun davamıdır. Deməli, yaxınlara məhəbbət {... الْمَوَدَّةَ فِی الْقُرْبَی...} də risalətlə mütənasibdir. Bundan əlavə, vilayətlə camaat Allaha doğru istiqamətləndirilir.

Əgər “Məvəddət” ayəsini şiə alimlərinin təfsir etdiyi kimi təfsir etsək, həm bu, həm də onunla irtibata malik olan digər ayələrin mənası aydın olacaq və həm də ki, bu rabitənin məntiqi və düzgünlüyü meydana çıxacaq.

Maraqlı burasındadır ki, ilahi maarif ensiklopediyası və imamətlə bağlı olan “Nüdbə” duasında da yuxarıdakı üç ayəyə işarə edilmiş və imamlar tərəfindən həmin ayələrin ilahi rəhmət və cənnətə daxil olmağa vəsilə olduğu bildirilmişdir.

“Yaxınlar” {...الْقُرْبَی...} sözü barədə əhli-sünnənin nəzəri

“Yaxınlar” {...الْقُرْبَی...} sözü barədə əhli-sünnənin nəzəri

Əhli-sünnə alimlərinin bu zəminədə müxtəlif nəzəriyyələr irəli sürməsinə baxmayaraq, onların heç bir ayə ilə mütənasib və uyğun deyil. Onların bir neçə nümunəsinə diqqət edin:

1. Onlar “yaxınlar” {...الْقُرْبَی...} sözündəki məqsədin Peyğəmbərin (s) Əhli-beytinə (ə) sadəcə (vilayət, xilafət və imamət olmadan) məhəbbət və sevgi bəsləmək olduğunu demişlər. Onlar fəqət Peyğəmbər (s) xanədanına zahiri sevgini nəzərdə tutmuşlar. Görəsən, bu məhəbbəti risalətdən saymaq olarmı? Sadə və adi bir məhəbbət risalətin muzdu ola və ona bərabər hesab edilə bilərmi? Bundan əlavə, keçmiş Peyğəmbərlərin öz risalət və təbliğlərinə görə muzd istəməməsi və “bizim muzdumuz Allaha aiddir” – deməsinə baxmayaraq, İslam Peyğəmbərinin (s) sizin dediyiniz mənada risalətə muzd və əcr istəməsi necə mümkündür? Deməli, yuxarıdakı bu cür təfsir qəbul olunası deyil.

2. Bəziləri də “yaxınlar” {...الْقُرْبَی...} sözünü insanı Allaha yaxınlaşdıran işlər mənasına yozmuş və {...الْمَوَدَّةَ فِی الْقُرْبَی...}

səh:163

(yaxınlara məhəbbəti) yaxşı işlərə sevgi və məhəbbət kimi nəzərdə tutmuşlar. Onların fikrincə, namaz, oruc, həcc, sileyi-rəhim (qohum-əqrəbaya yaxşılıq), böyüklərə ehtiram, cihad və s. işlərə məhəbbət risalətin muzd və əcri hesab edilir.

3. Bəziləri ayədəki “fi” sözünün “lam” mənasında işləndiyini və ayənin mənasının “mənə məhəbbət göstərin ki, mənim risalətimin muzd və əcridir, çünki mən sizin qohumunuzam” – olduğunu söyləmiş və bu məsələ ilə bağlı müfəssəl bir şəcərənamə düzəldərək bütün ərəb qəbilələrini Peyğəmbərə qohum etmişlər. Bu cür təfsirin də irada malik olduğu aydın məsələdir.

Birincisi, “fi” sözünün “lam” mənasında işləndiyi hallar çox azdır və ayədəki həmin sözün də “lam” mənasında olduğunu bildirən dəlillərimiz yoxdur.

İkincisi, peyğmbərə (s) şəxsən, məhəbbət göstərmək risalətə bərabər və onunla eyni ölçüdə tutula bilməz. Risalətin muzdu onun özünə bərabər şəkildə olmalıdır. Görəsən, yuxarıda “məni incitməyin və məhəbbət göstərin, çünki mən sizin qohumunuzam” kimi işlədilən məna risalətə bərabərdirmi? Ayənin bu cür təfsir edilməsi onun həqiqi mənasına təhqir deyilmi?

4. Dördüncü təfsir yuxarıdakından da aşağı olan bir təfsirdir və həmin təfsirdə deyilir: “Öz qohumlarınıza məhəbbət göstərin, çünki risalətimin muzd və əcri sizin öz qohumlarınıza məhəbbət göstərməyinizdir.” İnsan ayənin bu cür təfsir edilməsinə inanmaq istəməsə də, təəssüflər olsun ki, belə təfsir və rəyə malik olan alimlər mövcuddur. Bu nəzəriyyənin batil və səhvliyi o qədər aydın və aşkardır ki, ona cavab verməyə ehtiyac tələb etmir. Öz qohumlarına insanın məhəbbət və sevgi göstərməsi risalətlə eyni çəki və ağırlıqdadırmı?

Görəsən, insanın öz yaxınlarına məhəbbəti nübuvvətin davamı hesab edilirmi? Bəli, əgər məsələyə bu cür səthi yanaşsaq və təssübkeşlik etsək, açıq-aşkar belə səhv və

səh:164

yanlışlara yol verəcəyik.

Həqiqətən də, bu və digər təfsirlərin ayə ilə mütənasibliyi varmı və yaxud o, ərəb ədəbiyyatıdan (qrammatikasından) azacıq belə olsa, başı çıxan birinin əlinə düşsə, ondakı çatışmamazlığı görməyəcəkmi? Bu cəhətdən, alimlərin özləri də onun çatışmamazlığına və qeyri-həqiqi mənada olmasına etiraf edirlər. Nə üçün Quran ayəsini giriftarçılıq və çətinliyə düşəcəyimizi bilə-bilə qeyri-həqiqi və məcazi mənaya yozmalıyıq? Niyə barəsində bəhs etdiyimiz ayədəki “yaxınlara məhəbbət” sözünü “imamət” və “vilayət”, həmçinin, digər ayələrlə tamamilə uyğun gələn mənaya yozmamalıyıq?

İstəmədən etiraf etmək

Ruzigarın təəccübləndirici hallarından biri bəzi əhli-sünnə təfsirçilərinin bu ayə ilə bağlı peyğmbərdən (s) Əhli-beytə (ə) məhəbbət göstərməklə bağlı uzun və müfəssəl bir hədis nəql etməsidir. İnsan həmin hədisi oxuduqda və onun barəsində düşndükdə edilən əsassız təfsirlərdən daha çox heyrətə gəlir. Fəxri Razidən nəql edilən bu hədisə diqqqət edin:

نَقَلَ ص_احِبُ الْکَشّ_افِ(1) عَنِ النَّبِیِّ|

“Əl-Kəşşaf” kitabının müəllifi Zəməxşəri Peyğəmbərdən (s) hədis nəql etmişdir. O, həmin hədisdə Peyğəmbərdən (s) çox əhəmiyyətli olan on iki cümlə nəql edib:

1. مَنْ م_اتَ عَلی حُبِّ آلِ مُحَمَّد م_اتَ شَهیداً:

1. Hər kəs Əhli-beytə (ə) məhəbbət və sevgi ilə dünyadan gedərsə, şəhidlər sırasında olacaqdır. Görəsən, bu məhəbbət vilayət və imamət olmayan adi bir məhəbbətdirmi? Əgər adi bir məhəbbət olarsa, belə bir şəxs şəhidlər cərgəsində ola bilərmi? Yoxsa, insanı belə bir məqama çatdıran bu məhəbbət vilayət və imamətlə birgədir?

2. أَلا وَمَنْ م_اتَ عَلی حُبِّ آلِ مُحَمّد ماتَ مَغْفُوراً لَهُ:

2. Ey insanlar! Bilin ki, kim Ali-Məhəmmədin (s)

səh:165


1- [1] . Bu rəvayət “Əl-Kəşşaf” təfsiri, c.4, səh. 220-221-də qeyd edilib.

Əhli-beytinə (ə) məhəbbəti olduğu halda dünyadan gedən kəslər bağışlanmaq və məğfirətə layiq olacaqlar.

Doğrudan da, bu necə məhəbbətdir ki, əgər insan ölənə kimi onu qoruyub saxlaya bilsə, günahlarının bağışlanmasına səbəb olacaq? Bu adi bir sevgi və məhəbbətdirmi?

3. أَلا مَنْ م_اتَ عَلی حُبِّ آلِ مُحَمّد م_اتَ ت_ائِباً:

3. Əhli-beytə (ə) məhəbbəti olduğu halda vəfat edənlər pak halda ölərlər. Yəni, bu məhəbbət tövbənin əvəzedicisidir. Onlar ölən zaman tövbəkarlar kimi bağışlanarlar. Həqiqətən də, bu necə bir məhəbbətdir?

4. أَلا وَمَنْ م_اتَ عَلی حُبِّ آلِ مُحَمَّد م_اتَ مُؤْمِناً مُسْتَکْمِلَ الاْیمانِ:

4. Peyğəmbərin (s) Əhli-beytinə (ə) sevgi bəsləyərək ölənlər imanları kamil olan möminlər kimi dünyadan köçrlər. Sadə bir bağlılıq imanın kamilliyinə səbəb ola bilərmi? Şübhəsiz ki, bu cümlələrdə mühüm mənalar yatmışdır və həmin mənalar yüksək kamala çatmağa səbəb olmuşdur.

5. أَلا وَمَنْ ماتَ عَلی حُبِّ آلِ مُحَمّد م_اتَ بَشَّرَهُ مَلَکُ الْمَوْتِ بِاْلَجَنَّةِ ثُمَّ مُنْکِرٌ وَنَکیرٌ:

5. Bilin ki, Ali-Məhəmmədə (s) məhəbbətlə ölən şəxslərə ölüm mələyi sonra isə sorğu-sual mələkləri cənnət müjdəsi verərlər. İnsana ölümün ilkin mərhələsində bəşarət verən həmin məhəbbət hansı xüsusiyyətlərə malikdir?

6. لا وَمَنْ م_اتَ عَلی حُبِّ آلِ مُحَمّد یَزِفُّ إِلَی الْجَنَّةِ کَم_ا تَزِفُّ الْعَرُوسُ إِلی بَیْتِ زَوْجِه_ا:

6. Agah olun ki, Əhli-beytə (s) məhəbbətlə dünyasını dəyişənləri kəcavədə aparəlan təzə gəlin kimi cənnətə apararlar. Yəni, onu ehtirama layiq bir şəkildə cənnətə apararlar. Əhli-beytə (s) məhəbbətin belə qeyri-adi təsirləri vardır.

7. لا وَمَنْ م_اتَ عَلی حُبِّ آلِ مُحَمَّد فُتِحَ لَهُ فی قَبْرِه ب_اب_انِ إِلَی الْجَنَّةِ:

7. َPeyğəmbərin (s) Əhli-beytin (s) məhəbbətlə dünyasını dəyişənlərin qəbirindən cənnətə iki qapı açarlar.

Sual: Nə üçün iki qapı?

Cavab: Ola bilsin ki, biri nübuvvətə və digəri də imamət və vilayətə görədir.

8 . لا وَمَنْ م_اتَ عَلی حُبِّ آلِ مُحَمّد جَعَلَ اللهُ قَبْرَهُ مَزارَ مَلائِکَةِ الرَّحْمَة:

8. َBilin ki, Əhli-beytə (s) məhəbbətlə dünyasını

səh:166

dəyişənlərin qəbirini Allah rəhmət mələklərinin ziyarətgahına çevirər. Bir insanın qəbrinin sadə bir məhəbbətlə ziyarətgaha çevriləcəyinə inanmaq olarmı?

9. أَلا وَمَنْ م_اتَ عَلی حُبِّ آلِ مُحَمّد م_ات عَلَی السُّنَّةِ وَالْجَماعَةِ:

9. Əhli-beytə (s) məhəbbətlə vəfat edənlər Peyğəmbər (s) sünnəsində və müsəlman cəmiyyətində olduğu halda dünyadan köçmüşlər.

Yuxarıdakı doqquz cümlədə Əhli-beytə (s) məhəbbətin təsirləri bəyan edildi. Sonrakı üç cümlədə onlarla düşmənçiliyin mənfi təsirlərindən bəhs ediləcəkdir.

İndi həmin cümlələrə nəzər salın:

10. أَلا وَمَنْ م_اتَ عَلی بُغْضِ آلِ مُحَمَّد ج_اءَ یَوْمَ الْقِی_امَةِ مَکْتُوبٌ بَیْنَ عَیْنَیْهِ آیِسٌ مِنْ رَحْمَةِ اللهِ:

10. Agah olun ki, Peyğəmbər (s) Əhli-beytinə (s) kin və düşmınçiliyi olduğu halda ölənlər məşhər səhrasına alınlarında “bu Allahın rəhmətindən məyus və naümid olmuşdur” yazıldığı halda gətirilərlər. Əhli-beytlə (s) düşmınçilik insanı suquta uğradacaq qədər təhlükəlidir.

11. اَلا وَمَنْ ماتَ عَلی بُغْضِ آلِ مُحَمَّد ماتَ کافِراً:

11. Bilin ki, Əhli-beytə (s) düşmən olaraq ölən kəslər kafir kimi dünyadan gedərlər. Bu, öncəki cümlədə deyiləndən də pis bir vəziyyətdir.

12. اَلا وَمَنْ م_اتَ عَلی بُغْضِ آلِ مُحَمَّد لَمْ یَشُمَّ رَائِحَةَ الْجَنَّةِ:

12. Agah olun ki, Peyğəmbər (s) Əhli-beytinə (s) kin və düşmınçilik bəsləyərək vəfat edənlərə cənnətin iyisini duymaq nəsib olmaz. Bəzi rəvayətlərə uyğun olaraq, cənnətin gözəl iyisi min illik bir fasilədən duyulur.(1) Belə

səh:167


1- [1] . “Mizanul-hikmət”, bölmə 553, hədis: 2585. Peyğəmbər (s) bu rəvayətdə buyurur ki, Cəbrayıl nazil olaraq mənə cənnətin ətrinin min illik bir fasilədən duyulduğunu bildirmişdir. Həmçinin, bir neçə dəstənin bu ətri duymayacağını da söyləmişdir: 1.Valideynin üzünə ağ olanlar, 2. Şəri üzrü olmadan sileyi-rəhimi tərk edənlər, 3. Qoca yaşlarında zinaya mürtəkib olan kişilər.

olduğu halda, siz məsələni təsəvvür edin.

Bu rəvayətə uyğun olaraq, Əhli-beytə (s) düşmən kəslərin cənnətin ətrini beş yüz illik məsafədən belə, duymayacağı, bir sözlə, ondan çox-çox uzaq olduğu məlum olur. Bu cür gözəl rəvayəti nəql edən Fəxri Razinin ayəni əvvəlki bəhslərdə də qeyd etdiyimiz kimi, çox sadə bir şəkildə təfsir etməsi təəccüb doğurur. Daha təəccüblüsü onun bu rəvayəti nəql etdikdən sonra, rəvayətin mərkəzində duran Peyğəmbər (s) Əhli-beyti (ə) barədə sözə başlayaraq belə deməsidir:

“Peyğəmbərin (s) ailəsi onunla daha çox, möhkəm və kamil irtibat və münasibətdə olan şəxlərdir. Şübhəsiz ki, o həzrətlə daha yaxın olan kəslər Fatimə (ə), Əli (ə), Həsən (ə) və Hüseyndir (ə) və bu məsələ mütəvatir və çox aydın olan bir məsələdir”.(1)

Belə bir rəvayətin təəssübkeş olan sünni bir alim tərəfindən nəql edilməsi maraqlı məsələdir. Bu cür təfsir şiə alimlərinin təfsirinə o qədər yaxındır ki, mən onun barəsində mütaliə edərkən bir anlıq onun şiə, yoxsa, sünni alimi tərəfindən yazılması barədə şəkkə düşdüm. Elə bildim ki, şiə aliminin təfsirini mütaliə edirəm.

Sual: “Məvəddət” ayəsi və onun təfsiri ilə əlaqədar olan digər Quran ayələrini tutuşdurduğumuz və nəql edilən bir çox rəvayəti və yuxarıdakı hədisi nəzərə aldığımızda, Əhli-beytə (ə) göstərilən məhəbbətin sadə, vilayət və imamətdən kənar olduğunu başa düşmək mümkündürmü? Eyni zamanda, biz qəti şəkildə məhəbbətin vilayət və imamətlə bağlı olduğunu iddia edə və onun risalətin davamı və onunla eyni çəki və ölçüdə olduğunu söyləyə bilmərikmi?

Əgər belə olmadığını düşünsək, onda, hansı təfsiri göstərə

səh:168


1- [1] . “Fəxri Razi təfsiri”, c.27, səh.165-166. Mətləbin əsli “Qurtubi” təfsiri, c.8, səh.5843 və “Sələbi” təfsirində bəhs etdiyimiz ayə ilə bağlı qeyd edilmişdir.

bilərik ki, ayə və qeyd edilən yuxarıdakı rəvayət ilə kamilən uyğun gəlmiş olsun? Biz Allaha Əhli-beytin (ə) vilayətini qəlbimizdə yerləşdirdiyi, həmçinin valideynlərimizin də, həmin məhəbbəti bizə öyrətdiyi üçün minnətdar olmalıyıq.

İmam Sadiqin (ə) sözlərində “Məvəddət”in təfsiri

İmam Sadiqdən (ə) olan bir rəvayətdə oxuyuruq:

م_ا أَحَبَّ اللهَ مَنْ عَص_اهُ(1)

“Günah və məsiyət edən şəxs Allahı sevməz”. Beləliklə, həzrət Əliyə (ə) müxalif olanların ona məhəbbət göstərmədiyi məlum olur. Bu baxımdan, məhəbbət insanı itaət, bəndəçilik və tabe olmağa yönəltməlidir. Həmin səbəbdən, daxilində itaət və bəndəçiliyin olmadığı məhbbət, həqiqətdə, məhəbbət deyil. Aşağıdakı hadisəyə diqqət edin:

“Hacib məhşur və istedadlı şairlərdən biri idi. Yaxşı şerlərə malik olan bu şair avamlar üçün də şerlər yazırdı. Bir gün o, Əmirəl-Mömininin (ə) vəsfində münasib olmayan belə bir şer oxuyur: “Nə qədər ki, Əliyə (ə) məhəbbətin var, bu, nicat üçün kifayətdir. Yəni insan günahların içində qərq olsa da belə həmin məhəbbət yetərlidir””.

Bu, yalançı məhəbbətə aid olan şer günahkarlar üçün yaşıl işıq yandırır. Hacib bir gün həzrət Əlini (ə) yuxuda görür ki, ona nə üçün belə bir şer yazdığını deyir. Hacib necə şer deməli olduğunu soruşduğunda, o həzrət onun şerini islah edərək “əgər Əlinin (ə) üzünü qiyamətdə qara etmək istəmirsənsə, az günah et” – kimi düzəliş edir. Deməli, məhəbbət Allaha itaət və günahları tərk etməkdir.

“Məvəddət” ayəsini rəvayətlər sayəsində təfsir etmək

Bu ayənin də təfsir və şərhi ilə əlaqədar şiə və əhli-

səh:169


1- [1] . “Rövzətül-müttəqin”, c.13, səh.156.

sünnədən müxtəlif şəkildə rəvayətlər nəql edilmişdir. Biz onlardan bir neçı nümunəsini qeyd etməklə kifayətlənirik:

1. Əhli-sünnənin böyüklərindən hesab edilən Əhməd “Fəzailus-səhabə” adlı kitabında Səid ibn Cübeyrdən, o da Amirdən aşağıdakı rəvayəti nəql edir:

لَمّ_ا نَزَلَتْ {قُلْ لَا أَسْأَلُکُمْ عَلَیهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِی الْقُرْبَی} ق_الُوا: یا رَسُولَ اللهِ! مَنْ قَرابَتُکَ؟ مَنْ هؤُلاءُ الَّذینَ وَجَبَتْ عَلَیْن_ا مَوَدَّتُهُمْ؟ ق_الَ: عَلِیٌّ وَفاطِمَةُ وَابْن_اهُما، وق_الَه_ا ثَلاثاً(1)

““Məvəddət” ayəsi Peyğəmbərə (s) nazil olan zaman, camaat o həzrətdən soruşdu ki, ayədə yaxınlara məhəbbət göstərməyimiz vacib olan kəslərdə məqsəd kimlərdir? Peyğəmbər (s) həmin kəslərdəki məqsədin Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) olduğunu dedi və bu cümləni üç dəfə təkrarladı”.

Bu rəvayətdən bir neçə mühüm mətləb aydın olur:

Birincisi, rəvayətdə işlənən “yaxınlar” (Zəvil-qurba) sözündəki məqsədin Peyğəmbər (s), müsəlmanların qohumları və insanı Allaha yaxınlaşdıran yaxşı işlər deyil, Peyğəmbərin (ə) Əhli-beyti (ə) olduğu bildirilir. Bundan əlavə, “yaxınlar” peyğmbərin (s) bütün qohumları hesab edilmir, əksinə, xüsusi və sayca müəyyən edilən şəxslərə şamildir və biz onların adlarını xatırlatmışıq.

İkincisi, əvvəlki mətləbdə xatırladılan məsələlər Peyğəmbərin (s) səhabələrinin də zehnində vardı və onlar bu səbəbdən, əhli-sünnənin bəzi alimləri kimi ehtimalların ardınca getməmişlər. Başa düşmüşlər ki, ayədəki məqsəd Peyğəmbərin (s) bütün qohumları və yaxınları deyil, ona görə də həzrətdən həmin şəxsləri tanıtdırmasını istəmişlər.

Üçüncüsü, Şiə alimlərinin bəyan etdikləri kimi, Peyğəmbərin (s) səhabələri də “Məvəddət” ayəsinin mənasını rəvayətləri nəzərə almadan başa düşmələrinə və həmin məhəbbətin onlara vacib olmasına baxmayaraq, təkrarən o

səh:170


1- [1] . “Ehqaqul-həqq”, c.3, səh.2. Bu rəvayət “Əd-Durrul-mənsur”, c.6. səh.7-də də nəql edilmişdir.

həzrətdən bu məhəbbətin nə üçün vacib olması barədə soruşmuşlar. Görəsən bu məhəbbətin fəlsəfəsi bəzi hökmlərdə olduğu kimi bizim üçün qaranlıqdır, yoxsa, onun fəlsəfəsi aydın və aşkardır? Eyni zamanda, onun mənası budur ki, məhəbbət həmin şəxsiyyətlərə itaət və tabe olmaq üçün bir müqəddimədir. Əgər bu ayə və onun təfsiri ilə əlaqədar olaraq nəql edilən rəvayətlər, həmçinin, Fəxri Razidən nəql etdiyimiz bu yuxarıdakı rəvayətdən düzgün nəticə çıxarmaq istəyiriksə, məhəbbəti imamət, vilayət və xilafətin fəlsəfəsi olduğunu başa düşməliyik. Vilayət risalətlə bir sırada və onunla eyni çəkidədir. İslamın əsası risalətdə olduğu kimi, vilayət də onun davamı hesab edilməlidir.

Peyğəmbərin (s) həddən artıq çox olan qohumları arasında əmisi Abbas və onun övladları, Əbdül Müttəlibin digər nəvələri də vardı və biz onların içindən sadəcə Fatimə (ə), Əli(ə), Həsən (ə) və Hüseynə (ə) istinad etməklə doğru addım atmış oluruq və təkcə onlar vilayət və imamət üçün ən yaxşı qərinədirlər. Əgər belə olmasaydı, onda, həmin məhbbətin sadə və Peyğəmbərin (s) bütün qohumlarına şamil olduğunu söyləmək mümkün olardı.

2. Mərhum Təbərsi özünün “Məcməul-bəyan” əsərində Hakim Həskaninin “Şəvahidut-tənzil” əsərinə istinadən Əbu Əmamə Bahelidən “Nüdbə” duasında da nəzərə çarpan aşağıdakı rəvayəti nəql edir:

إِنَّ اللهَ تَع_الی خَلَقَ الاَنْبی_اءَ مِنْ أَشْج_ار شَتّی وَخَلَقَ أَنَا وَعَلِیّاً مِنْ شَجَرَة واحِدَة فَاَنَا أَصْلُها وَعَلِیٌ فَرْعُها وَف_اطِمَةُ لِقاحُها وَالْحَسَنُ وَالْحُسَیْنُ ثِم_ارُه_ا وَأَشْیاعُن_ا أَوْراقُه_ا، فَمَنْ تَعَلَّقَ بِغُصْن مِنْ أَغْصانِه_ا نَج_ا وَمَنْ زاغَ عَنه_ا هَوی وَلَوْ أَنَّ عبداً عَبَدَ اللهَ بَیْنَ الصَّف_ا وَالْمَرْوَةِ اَلْفَ ع_ام ثُمَّ اَلْفَ ع_ام ثُمَّ اَلْفَ ع_ام حَتَّی یَصیرَ کَالشَّنِّ.(1)

səh:171


1- [1] . “Şənn” ərəb dilinin lüğətində “köhnə su tuluğu” mənasındadır. Ərəblər dəridən olan bütün qabları şənn adlandırırlar. “Əlbali” sözü də “köhnə” mənasını verir. Deməli شن البالی həddən artıq köhnəlmiş tuluq mənasındadır. Qeyd edilən cümlədə həmin sözdə məqsəd bir insanın həddən artıq çox ömürə malik olaraq qocalması və köhnə su tuluğu kimi qurumasıdır.

الْب_الی ثُمَّ لَمْ یُدْرِکْ مَحَبَّتَن_ا کَبَّهُ اللهُ عَلی مِنْخَرَیْهِ فِی النّ_ارِ ثُمَّ تَلا: {...قُلْ لَا أَسْأَلُکُمْ عَلَیهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِی الْقُرْبَی...}

“Allah-taala Peyğəmbərləri ayrı-ayrı nəsillərdən və kökdən yaratmışdır, amma mən (İslam Peyğəmbəri (s)) və Əli (ə) bir ağac (nəsil) və bir kökdənik. Mən bu ağacın kökü, Əli (ə) isə onun budaqları, Fatimə (ə) onun tumurcuqları, Həsən (ə) və Hüseyn (ə) isə meyvələri və bizim şiələrimiz də ağacın yarpaqları mənziləsindədir. Əgər Allah bəndələrindən hansısa biri Səfa və Mərvə arasında hər dəfəsində min il olmaqla cəmi üç min il ibadət edə və su tuluğu kimi bu yolda köhnəlib quruyar, amma bizim məhəbbətimizi dərk etməzsə, bütün bu ibadətlərin ona heç bir faydası olmaz, əksinə Allah-taala onu üzü üstə cəhənnəmə atar. Daha sonra Peyğəmbər (s) “Məvəddət” ayəsini tilavət etdi”.(1)

Bu rəvayətdə də, aşağıdakı məsələlər nəzərə çarpır:

Birincisi, bu rəvayətdə də Əhli-beytə (ə) göstərilən məhəbbətin sadə və adi bir məhəbbət deyil, əksinə vilayət və imamətin səmərəsi olduğu və o şəxsiyyətlərin ismət və təharət məqamına malik olduqları bildirilir.

İkincisi, yuxarıdakı rəvayət açıq-aşkar {...شَجَرَةٍ طَیبَةٍ...}(2) (pak olan ağac) ayəsinin rəsim və şəkilidir. Ayənin təfsirlərindən biri yuxarıdakı rəvayətdə bildirilən kimidir.

Üçüncüsü, ağacın yarpaqları meyvələrin qorunması rolunu oynayır. Əgər yarpaqlar olmazsa, onun meyvələri günəş və digər təbii hadisələr müqabilində məhv olacaqdır. Rəvayətdə qeyd edildiyi kimi, ağacın yarpaqları kimi göstərilən şiələr onun meyvəsi olan imamət, vilayət və rəhbərliyi qorumaqda vəzifəlidirlər.

Dördüncüsü, doğrudur ki, Səfa və Mərvə arasında ibadət

səh:172


1- [1] . “Məcməul-bəyan”, c.9, səh.28.
2- [2] . “İbrahim” surəsi, ayə 24.

etməyin Məscidül-hərama nisbətdə üstünlüyü vardır, amma həmin ibadətlərin imamət və vilayətsiz heç bir dəyərə malik olmadığı rəvayətdən istifadə etməklə başa düşülür.

Beşincisi, bir daha rəvayətdə bildirilən məhəbbətin sadə məhbbət olmadığını nəzərinizə çatdırırıq, əgər həmin məhəbbət sadə və adi bir məhbbət olsaydı, rəvayət və hədislər müqabilində onun qaranlıq qalan tərəfləri olmuş olardı. Amma onu vilayət və imamətə yozsaq, mənası tamamilə aydın olacaq.

3. Süyuti “Əddürrul-Mənsur” əsərində imam Səccaddan (ə) belə bir rəvayət nəql etmişdir: “Kərbəla əsirlərini Şama gətirdikləri zaman, zəhərli təbliğatın təsirinə düşənlərdən biri imam Zeynəl-Abidinə xitab olaraq dedi: “Allaha şükürlər olsun ki, sizi rüsvay edərək yalanınızı üzə çıxardı.” Bu cür sözlərin həddən artıq pis və xoşagəlməz olmasına baxmayaraq, imam onun Bəni-Üməyyə zəhərli təbliğatının təsiri altında olduğunu nəzərə alaraq qəzəblənmədi və onunla mülayim danışaraq soruşdu ki, sən Quran oxuyursanmı?

-Bəli, niyə də oxumayım?!

-İmam dedi ki, sən bizi tanıyırsanmı?

-Siz kimsiniz?

-“Məvəddət” – {...قُلْ لَا أَسْأَلُکُمْ عَلَیهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِی الْقُرْبَی...} ayəsini heç tilavət etmisənmi?

-Bəli, bu ayə Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbət göstərməyi vacib etmişdir, amma bunun sizinlə nə əlaqəsi var?

-Peyğəmbər xanədanənən yaxınları bizlərik.

Şamlı kişi bu sözləri eşitdikdə, çox pis oldu və öz işindən peşman olaraq tovbə etdi”.(1)

Bütün qərinə və şahidlər və bu barədə bəyan edilən rəvayətlərin hamısı Əhli-beytə (ə) bəslənilən məhəbbətin adi və sadə bir məhəbbət olmadığını göstərir.

səh:173


1- [1] . “Əd-Durrul-mənsur”, c.6, səh.7.

Bir neçə mühüm mətləb

1. Quranın bəzi ayələrinə uyğun olaraq, məhəbbət itaət və bəndəçiliyə səbəb olmalıdır. Allah-taala “Ali-İmran” surəsinin 31-ci ayəsində buyurur:

{قُلْ إِنْ کُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِی یحْبِبْکُمُ اللَّهُ وَیغْفِرْ لَکُمْ ذُنُوبَکُمْ وَاللَّهُ غَفُورٌ رَحِیمٌ}

“De: “Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın”. Allah çox bağışlayan və mehribandır”.

Deməli, insan sevdiyi kəslərə itaət etməlidir və əgər biz Əhli-beytı (ə) məhəbbət bəslədiyimizi iddia ediriksə, onda, onlara tabe olaraq itaət etməliyik, belə olmadığı təqdirdə, məhəbbətimizdə sadiq hesab edilməyəcəyik. Bu barədə “Ayənin verdiyi mesajlar” hissəsində daha ətraflı məlumat verəcəyik.

2. Dediklərimizdən “Məvəddət” ayəsinin bütün rəvayət və digər ayələrə diqqət etmədən Əmirəl-Möminin (ə) və məsum imamların (ə) vilayət və imamətinə dəlalət etdiyi aydın olur. Həmçinin, bu ayənin nazil edilmə səbəbi barədə nəql edilən rəvayətləri və “İkmalud-din”, “Sadiqin”, “Təbliğ” kimi digər ayələri də bir-birinin kənarında qoysaq, onun vilayət və imamətə dəlalət etdiyi daha çox aydınlaşacaq.

3. Əhli-sünnənin tanınmış təfsirçisi Alusinin “Ruhul-məani” kitabında iki iradı bəyan edilmişdir. Biz əvvəlki bəhslərdə həmin irada cavab verdiyimiz üçün onlarsdan sadəcə ikisi ilə kifayətlənirik:

A) Digər Peyğəmbərlər risalətə muzd və əcr istəmədikləri halda, İslam Peyğəmbəri (s) risalətinə əcr olaraq yaxınlarına məhəbbəti müsəlmanlardan tələb edə bilmişdir? Bu sualın cavabında onun xeyir və mənfəətinin Peyğəmbərin (s) özünə deyil, bütün müsəlmanlara qayıtdığını demişdik.

B) Yaxınlara məhəbbətdəki məqsədin Əhli-beytə (ə) məhəbbət olduğunu fərz edərək qəbul etsək, şiənin iddia etdiyi kimi, onun imamət və xilafətlə hansı əlaqəsi mövcuddur?

səh:174

Bunun da cavabın bildirmiş və demişdik ki, əcr və muzd hər bir şeyin özünə uyğun şəkildə olmalıdır və mənşə və ya səməmrəsi imamət və vilayət olan məhəbbət də risalətlə mütənasib olmalıdır. Eyni zamanda, vilayətsiz sadə məhəbbət nübuvvətlə eyni çəkidə ola bilməz. Allahın hikmət sahibi və əməllərin savabını hikmətə əsasən verdiyi üçün, Peyğəmbərdə (s) hikmətə əsasən, risalətinə münasib olan bir muzd tələb edir ki, o da vilayət və imamətlə əlaqədar olan məhəbbətdir.

“Məvəddət” ayəsinin verdiyi mesajlar

Ayədə risalətin əcr və muzdu kimi bildirilən məhəbbət nədir? Əli (ə) və hidayətçi imamlara sevgi göstərməyin mənası və məfhumu nədir?

Bu sualların cavabənda dostluq və məhəbbətin iki cür olduğunu deməliyik:

1. Yalançı məhəbbət.

2. Həqiqi məhəbbət.

Bu mətləblərin aydınlaşması üçün məhəbbət və dostluqdakı məqsədə nəzər salmalı və Əlini (ə) nə üçün sevməli olduğumuzu bilməliyik. Görəsən, malı, kamalı, şücaəti, səxavət və kərim olması, İslam və Peyğəmbəri (s) müdafiə etməsi və cihad və fədakarlığı üçünmü sevirik? Yoxsa, işin içində digər məsələlər vardır? Əgər Əlini (ə) onun etiqad bəslədiyi dəyərlərə görə seviriksə, görəsən, bizdə də onun qığılcım və şüaları mövcuddurmu? Əgər bizdə yoxdursa, bu məhəbbət yalançı və kəzzab bir məhəbbətdir və əksinə, həqiqidir.

Biz məhəbbət və dostluğu onun meyarları ilə ölçməli və bilməliyik ki, hansı növdəndir. Əgər Allah eləməmiş, birinci növ məhəbbətdən olsa onu düzəltməyə, yox, ikinci növdən olsa, onu təkmilləşdirməyə çalışmalıyıq. Həzrət Əlinin (ə) üzərində möhkəm durduğu məsələlərdən biri qayda-qanunlar məsələsi idi. “közərmiş dəmir” əhvalatını yəqin ki, dəfələrlə

səh:175

eşitmisiniz. Biz bir daha onu xatırladırıq:

“Həzrət Əli (ə) ona edilən hədsiz zülümlər, sükut və ev dustaqlığından sonra, müsəlmanlaın hakimi olur. Onun qardaşı Əqil – ailə və külfət sahibi, həm də fəqir bir şəxs idi – Mədinədən hakimiyyətin mərkəzi olan Kufə şəhərinə qardaşının yanına gəlir ki, bəlkə, beytül-maldan bir qədər artıq səhm ala bildi. Həzrət Əli qızmar istidə onun üçün süfrə açır, amma həmin süfrə padşah və sultanların süfrəsi kimi cürbəcür yeməklərlə bəzənmiş deyildi və adi süfrələrdən fərqlənmirdi. Bu baxımdan, Əqil əlini süfrəyə uzatmır və deyir: “Bu yeməklər mənim mədəmə görə deyil. Sən mənim çətinliyimi həll et ki, Mədinəyə qayıdım”. Həzrət Əli (ə) buyurdu: “Qardaş, Kufə bazarının zəngin olduğunu bilirsən, gəl birlikdə gedib dükanlardan birini yaraq, sən də istədiyin qədər mal götür apar”. Əqil deyir ki, əziz qardaş, bəyəm, biz oğruyuq ki, belə bir işə əl ataq?! Həzrət cavabında ona “beytül-maldan əlavə bir şey götürmək oğurluq deyilmi?” – deyir. Sonra həzrət qardaşına başqa bir təklif edərək deyir “Eşitmişəm ki, Kufəyə bir karvan gəlir. Gəl pusquda dayanıb o karvanı soyaq və sən ehtiyaclı olduğun hər şeyi o karvandan götür”. Əqil deyir ki, axı, biz karvan soyan quldur deyilik! Həzrət Əli (ə): “Beytül-maldan kiməsə səhmindən artıq bir şey vermək də bir növ quldurluqdur, sən nə üçün məni bu cür işlərə dəvət edirsən?” – deyir.(1) Sonra Əli (ə) közərmiş bir dəmiri ona tərəf yaxınlaşdıraraq, demək istəyir ki, sən bunun istiisinə dözə bilmədiyin halda, mən cəhənnəmin atəşinə dözə bilərəmmi? Əqil onun bir an belə ədalətdən xaric olmayacağını gördüyündə, ayağa qalxıb gedir”.

Dünyanın hansı bir yerində qüdrətli və ölkə sərvətinə sahib olan bir qardaşın ədaləti gözləmək üçün öz qardaşı

səh:176


1- [1] . “Biharul-ənvar”, c.9 (Təbriz çapı) səh.613 (“Dastane rastan”, c.1, 38-ci dastanında nəql edilənlərə əsasən).

ilə belə rəftar etdiyini müşahidə etmək olar?!

İlahi! Bizim məsul şəxslərimizə də bu cür olmağı nəsib elə.

Məhəbbətin mərtəbə və mərhələləri

Digər məsələlərdə olduğu kimi, məhəbbətin də müxtəlif mərhələ və mərtəbələri vardır və Əmirəl-Mömininə (ə) məhəbbət hamıda eyni səviyyəli deyil. Bəzi şəxslərin məhəbbəti yalandan və dillərindədir və onların qəlbində özünə kök salmamışdır. Bəzilərinin də məhəbbəti həqiqi və qəlblərində möhkəmlənmiş olsa da, hələ dərin bir məhəbbət deyil, səthidir. Üçüncü dəstənin qəlbində həmin məhəbbət elə bir şəkildə formalaşmışdır ki, onlar məhbubun xüsusiyyət və keyfiyyətini əldə etmişlər. Onların danışıqları, rəftar və bəxşişləri, bir sözlə, hər bir xüsusiyyətləri Əliyə (ə) bənzər şəkildədir. Bu, məhəbbətin ən ali mərhələsidir və onun sahibləri həmin məhəbbəti heç nə ilə dəyişməyə hazır deyillər, hətta, bu yolda canlarını belə fəda edə bilərlər. Həmin nümunələrin bir neçəsinə diqqət edin:

Xalis aşiq olan Meysəm Təmmar

Əli (ə) ona hədsiz və xalis məhəbbət göstərənlərdən birinə deyir: “Səni bir gün mən və mənim məktəbimi müdafiə etdiyin üçün dar ağacından asacaqlar. O zaman sənin halın necə olacaq? Adı çəkilən şəxs heç bir qorxu hissi keçirmədi və Əlidən (ə) uzaqlaşmadı da. Əksinə, onu asacaqları ağacın hansı ağac olduğunu soruşdu. Həzrət Kufədəki xurma ağaclarından birinə işarə etdi və onu orada asacaqlarını söylədi. Meysəm Təmmar bu hadisədən sonra o həzrətdən kənar gəzmədi, əksinə onun məhəbbəti daha da çoxalmağa başladı. O, hər gün həmin xurma ağacının yanına gələrək ona suverib qulluq edir və orada namaz qılaraq ağacla bu şəkildə söhbət edirdi: “Ey ağac! Sən məmin üçün yaradılmısan, mən də sənin üçün. Bir

səh:177

gün məni Əliyə (s) bəslədiyim məhəbbətə görə sənin budaqlarından asarlar. Dünyanın harasında bu cü aşiqləri tapmaq olar?!”(1) Vədə edilmiş gün gəlib çatdıqda, onu həmin ağacdan asırlar və o, bununla kifayətlənməyərək Əlinin (ə) fəzilətlərindən danışmağa başlayır. Düşmən ona mane ola bilmədikdə, həm dilini, həm də başını kəsir”.

Baş canan yolunda fəda oldu, lap yerinə düşdü,

Bun din boynumdan əda oldu, lap yerinə düşdü.

Qəlbim qanı ilə düzələn həna başa yaxıldı,

Qəlbim qanı dillərdə dastana çevrildi, lap yerinə düşdü.

Sual: İslam dinində təqiyyə etmək vacib deyilmi? Nə üçün belə insanlar təqiyyə edərək öz canlarının amanda qalmasına çalışmırdılar?

Cavab: Təqiyyə bəzi yerlərdə vacib olduğu kimi, bəzi yerlərdə də haramdır. Dinin təməl və əsaslarə aradan gedə və bütün yeri zülmət və zülm bürüryərsə, insan qüdrətə sahib olduğu miqdarada onun mənfi cəhətlərini ifşa etməlidir. Belə hallarda təqiyyə etməyin ən böyük və bağışlanılmayan günahlardan ola biləcəyi də bildirilmişdir.(2)

3. “MÜBAHİLƏ” AYƏSİ

İşarə

{فَمَنْ حَاجَّکَ فِیهِ مِنْ بَعْدِ مَا جَاءَکَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَکُمْ وَنِسَاءَنَا وَنِسَاءَکُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَکُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَی الْکَاذِبِینَ}

“Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə

səh:178


1- [1] . Keçmişdəki edam etmə məsələsi bu günlərdə məşhur olan edam etmə ilə fərqlərə malik olmuşdur. Hazırda olan edametmə kimi, insanın başına xüsusi bir kəndir keçirib yuxarı qaldırararaq onun qısa bir müddətdə öldürmürdülər. Qədimdə bir şəxsi edam etmək istəyərkən, onların əllərini möhkəm bağlayırr və əllərindən asırdılar və beləliklə, o, günün istisi, soyuq və yağan yağışlar, həmçinin ac və susuzluqdan günlərlə can verərək ölürdü. Onlardan bəzilərinin cəsədlərini hətta, ağacdan endirmirdilər ki, başqalarına ibrət olsun və bu minvalla, onun əti tökülüb skeleti qalana qədər ağacda saxlayırdılar.
2- [2] . Bu mövzu barəsində “Güclü mübarizə aparmaq üçün müdafiə təqiyyəsi” əsərindən məlumat əldə edə bilərsiniz.

mübahisə edən (höcətləşən) kəsə de: “Gəlin biz öz oğullarımızı, siz də öz oğullarınızı, biz öz qadınlarımızı, siz də öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə, Allahın lənətinin yalançılara olmasını diləyək (Peyğəmbər (s) bu hadisədə imam Həsənlə (ə) imam Hüseyni (ə) oğulları, Fatiməni (ə) qadın və Əlini (ə) canı kimi “mübahilə”yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular)”.(1)

Bəhsə qısa bir nəzər

“Mübahilə” ayəsi də Əmirəl-Möminin (ə) və onun iki övladı imam Həsən (ə) və imam Hüseynin (ə) imamət və vilayətinə dəlalət edən ayələrdən hesab edilir. Mövzusu müsəlmanların Nəcran məsihiləri ilə mübahiləsi olan bu şərif ayə bir tərəfdən, İslam və İslam Peyğəmbərinin (s) haqq olduğunu, digər tərəfdən də Peyğəmbərin (s) Əhli-beytinin (ə) yüksək məqam və mərtəbəyə malik olmasını bəyan edir. Eyni zamanda, həmin ayə vasitəsi ilə Əmirəl-Mömininin (ə) vilayət və xilafətini sübuta yetirmək olar.

Müqəddimə

Ayənin təfsirinə başlamazdan əvvəl, iki mətləbin xatırladılması çox zəruridir:

1. “Mübahilə” sonuncu çarədir

“Ali-İmran” surəsinin 35-ci ayəsindən 60-cı ayəsinə qədər İsa Məsih barəsində danışılır. Bu iyirmi altı ayədə o həzrətin məqam və xüsusiyyətlətri, anası Məryəm (ə), onun mələklərlə söhbəti, asimani süfrənin həzrət İsaya (ə) nazil edilməsi və s. digər məsələlərdən söhbət açılmışdır. Allah-taala həzrət İsa (ə) barədə bu qədər uzun-uzadı danışdıqdan sonra, İslam Peyğəmbərinə (s) bildirir ki, əgər məsihilər

səh:179


1- [1] . “Ali-İmran” surəsi, ayə 61.

bbbbu qədər məntiqi və tutarlı dəlillərdən sonra yenə də İslamı qəbul etməməkdə israr etsələr, onlarla başqa cür davranaraq mübahilə et ki, bu yolla haqq aydın olsun.

2. “Mübahilə” nə deməkdir?

“Mübahilə” sözü “bəhl” kökündən götürülmüşdür və ərəb dilinin lüğətində “tərk etmək” mənasını verir. Dəvələr balalayanda, sahibi onun süd gələn yerlərini (əmcəyini) bağlayır ki, dəvənin balası südün hamısını içib qurtarmasın və sahibi də ondan istifadə edə bilsin. Ərəblər bəzən də dəvə balasının dəvənin bütün südünü içə bilməsi üçün, onu sərbəst buraxırlar. Belə dəvələr “ibilun bahil” adlanır.

Amma həmin sözün terminalogiyada başqa bir mənası da var və iki nəfər elmi və məntiqi bəhslərdə bir-birini qane edə bilməsə bir-birinin haqqında qarğış edərək deyirlər ki, əgər mən doğru deyirəmsə, Allah sənin cəzanı versin. Bu məsələyə şərtləri ilə bərabər “mübahilə” deyirlər.

“Mübahilə” sözünün lüğəvi və terminoloji mənasının bir-biri ilə irtibatı aydındır. Özünün haqq olduğunu iddia edən şəxs qarşı tərəfi tərk edərək onu Allaha tapşırır.

Şərh və təfsir

Mübahiləyə dəvət

{فَمَنْ حَاجَّکَ فِیهِ مِنْ بَعْدِ مَا جَاءَکَ مِنَ الْعِلْمِ...}

Ey Peyğəmbər! Əgər həzrət İsa Məsih (ə) və onun bütün xüsusiyyətləri barəsində söylənən açıq-aşkar dəlillərdən sonra, yəhudi və məsihilərin bir daha tərslik və inad etdiklərinə davam etdiklərini – bu inad və tərslik onların haqqı tapmasına mane olmuşdur – görsən, başqa bir yolla onları haqqa dəvət edərək onlarla mübahilə et.

{...فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَکُمْ وَنِسَاءَنَا وَنِسَاءَکُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَکُمْ...}

Ayənin bu qismində mübahilədə iştirak edəcək insanlar müəyyən edilir. Peyğəmbərə (s) bu mərasimdə dörd dəstənin iştirak edəcəyini onlara bildirməsi göstərişi verilir:

1. Müsəlmanların başçısı – Peyğəmbər (s) və Nəcran

səh:180

məsihilərinin böyüyü.

2. Bizimlə sizin övladlarımız.

3. Bizim və sizin qadınlarınız.

4. Özümüzlə sizin özünüz.

“Mübahilə” ayəsindəki {...أَبْنَاءَنَا...} (oğullarımız), {...نِسَاءَنَا...} (qızlarımız) və {...أَنْفُسَنَا...} (özümüz) sözlərindəki məqsədin kimlər olduğunu gələcək bəhslərdə geniş və müfəssəl bildirəcəyik.

{...ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَی الْکَاذِبِینَ}

Mübahilədə iştirak etmək üçün tərəflər arasında müəyyən edilmiş şəxslər hazır olduqda, onlar bu şəkildə mübahilə etməli idilər ki, əgər kim yalan desə, Allahın əzabı və lənəti ona olsun və bu yolla haqq aşkara çıxsın.

Görəsən, mübahilə həyata keçirildimi?

Sual: Quranda şərt və keyfiyyəti bildirilən kimi, mübahilə mərasimi həyata keçirildimi? Əgər həyata keçirildisə, onun nəticə və təsirləri necə oldu?

Cavab: Quran bu barədə heç bir məlumat verməmişdir və biz ayələrdən istifadə edərək onun olub-olmamasını deyə bilmərik, amma İslam tarixində aşağıdakı hadisə şox məşhurdur:

Tarixdə Peyğəmbərin (s) mübahilə gününü məsihilərlə təyin etdiyi qeyd edilmişdir. Məsihilərin ən üstün məzhəbi məqamına sahib olan usquf onlara dedi ki, əgər vədə edilmiş gündə Peyğəmbər (s) mübahilə üçün öz əshabı, baş bilənləri və müsəlmanların tanınmış şəxsiyyətləri ilə gəlsə, onlarla mübahilə edin. Amma əgər öz övlad və uşağı ilə gəlsə mübahilədən əl çəkin. Nə üçün? Ona görə ki, birinci halda onun nübuvvətində sadiq olmadığı və məğlub olacağə məlumdur, amma ikinci halda onun Allahla irtibatının olması və ona təvəkkül edərək meydana gəldiyi məlum olur.

Vədə olunmuş gün gəlib çatdıqda, məsihilər müşahidə

səh:181

etdilər ki, Peyğəmbər iki uşağın – Həsən (ə) və Hüseynin (ə) əlindən tutmuş, Fatimə (ə) və Əli (ə) də onun yanında meydana gəlir.

Məsihilərin böyük üsqufu bunları gördükdə deyir ki, mən elə şəxslərin simalarını görürəm ki, əgər Allaha dua etsələr, hökmən, qəbul olar və yer üzündə bir məsihi qalmaz!(1) Onlar mübahilədən əl çəkərək müsəlmanların kənarında yaşamaq və onlara vergi verməyə razı olduqlarını bildirdilər.

İslam Peyğəmbəri (s) onların təklifini qəbul etdi və mübahilədən əl çəkdi.

Müxtəsər şəkildə qeyd etdiyimiz mübahilə hadisəsi İslam tarixində səbt edilmişdir. Hicri dördüncü əsr alimlərindən olan Əbu Bəkr Cəssas özünün iki kitabında bu zəminədə iki gözəl və cazibədar cümlə qeyd etmişdir:

1. “Əhkamul-Quran” kitabında belə yazır:

إنّ رواة السّیر ونقلة الاثر لم یختلفوا فی أنّ النّبی| أخذ بید الحسن والحسین وعلی وفاطمة ودعا النصاری الّذی حاجّوه الی المباهله(2)

“Mübahilə günü Peyğəmbərin (s) Həsən (ə) və Hüseynin (ə) əlindən tutduğu və Əli (ə) və Fatimənin (ə) də yanında olduğu halda, Nəcran məsihilərini mübahiləyə dəvət etməsi barədə heç bir tarixçi, ravi və məlumat verənlər fikir ayrılığına malik deyillər (yəni, bu məsələni təsdiqləmişlər).”

2. “Mərifətu ulumil-hədis” kitabında aşağıdakı sözləri qələmə almışdır:

قد تواترت الاخبار فی التّفاسیر عن عبدالله بن عبّاس و غیره أنّ رسول الله| أخذ یوم المباهلة بید علی والحسن والحسین و جعلوا فاطمة ورائهم ثم قال: هؤلاء أبنائنا و أنفسنا و نسائنا(3)

səh:182


1- [1] . Mübahilədə iştirak etməli olan şəxslər iki xüsusiyyətə malik olmalıdır: Birincisi, öz dediyinə imanı olmalıdır. Yalançı şəxslər heç vaxt mübahiləyə razı olmazlar. İkincisi belə şəxslər Allaha yaxın olmalıdır ki, dua etdiyində duası qəbul olsun. Bir neçə və ya on nəfərdən ibarət olan Nəcran alimləri bu xüsusiyyətləri Peyğəmbər (s) və onunla gələnlərin simasından müşahidə edərək mübahilədən əl çəkdilər.
2- [2] . “Əhkamul-Quran”, c.2, səh.16 (“Ehqaqul-həqq” kitabı, c.3, səh.48-dən nəqlən).
3- [3] . “Mərifətu ulumil-hədis”, səh.50 (Misir çapı) (“Ehqaqul-həqq” kitabı, c.3, səh.48-dən nəqlən).

“Abdullah ibn Abbasın “Mübahilə” ayəsinin nazil olması ilə bağlı Peyğəmbərdən (s) nəql etdiyi hədis mütəvatirdir. Həmin hadisənin məzmunu belədir ki, Peyğəmbər (s) mübahilə günü Əli (ə), Həsən (ə) və Hüseyni (ə) yanında gətirdi və Fatimə (ə) də onların arxasınca hərəkət edirdi. Həzrət buyurdu: “Bunlar bizim, övladlarımız, qadınlarımız və bizim özümüzdür””.

“Mübahilə” ayəsinin nazil olması barədə çoxlu rəvayət və hədislər nəql edilmişdir. Biz sadəcə onlardan birini nəql etməklə kifayətlənirik:

“Səhih Müslim” kitabının “Fəzailus-səhabə” qismində Səd ibn Əbi Vəqqasdan maraqlı bir hədis nəql edilmişdir:

“Səd deyir: “Mən Müaviyyənin görüşünə getmişdim. Müaviyyə mənə dedi ki, eşitmişəm sən Əliyə (ə) lənət göndərmirsən. Ona nə üçün nalayiq sözlər demir və lənət oxumursan?”(1) Səd cavabında Müaviyyəyə xitab olaraq dedi ki, Allah ona lənət eləsin. Sonra ona “Mən Peyğəmbərdən (s) Əli (ə) barəsində üç cümlə eşitmişəm ki, sənin istəyini yerinə yetirməyimə mane olur. Həmin cümlələr belədir:

A) Peyğəmbər (s) “Təbuk” döyüşünəı gedərkən Əlini (ə) Mədinədə öz yerinə canişin təyin etdiyində, o həzrət dedi ki, ey Peyğəmbər, nə üçün məni də özününzlə döyüşə aparmırsınız? Peyğəmbər buyurdu: “Sənin mənə nisbətinin Harunun (ə) qardaşı Musaya (ə) mənziləti nisbətindı olmasını istəmirsənmi? O, həm Musanın (ə) qardaşı, həm də canişini idi.”

B) “Xeybər” döyüşündə qalanın fəthi üçün müxtəlif

səh:183


1- [1] . Bu cümlələr Bəni-Üməyyənin o həzrətə kin və düşmənçiliyinin zirvə nöqtəsini və həzrət Əlinin (ə) məzlumiyyətinin dərəcəsini göstərir. Onlar o qədər xəbis və məlun idilər ki, ən azı, müsəlmanların xəlifəsi kimi qəbul edilən o həzrətə ehtiram etmirdilər və əgər kimsə bu işi yerinə yetirməsəydi, onu tutub incidir və işkəncə verirdilər. Daha təəccüblüsü bəzi əhli-sünnələrin onu (ümmül-xəbaisi – yəni, pisliklərin anası) bu qədər cinayətlərin müqabilində müdafiə edərək ona mövla Müaviyyə deməsidir.

şəxslər döyüşə getsələr də, onların hamısı kor-peşman geri qayıtdı. Peyğəmbər (s) bir gecə buyurdu ki, sabah döyüş bayrağını elə bir şəxsə verəcəyəm ki, o döyüşdün yorulmur və düşmənə də arxa çevirmir. Bütün səhabələr həmin şəxsin kim olmasının intizarında idi. Birdən peyğəbmbər (s) üzünü səhabələrə tutaraq gözlərilə kimizə axtarmağa başladı və Əlini (ə) görmədikdə, onun harada olduğunu soruşdu. Xəbər verdilər ki, o, göz ağrısına tutulubdur deyə istirahət edir.

Onu yanına çağırmalarını istədi. Əli (ə) Peyğəmbərin (s) yanına gəldikdə o həzrət ağzının suyundan onun gözlərinə çəkdi və Allahın izni ilə gözləri şəfa tapdı. Bayrağı ona verdi və həzrət Əli (ə) döyüşün gedişində Xeybər qalasını fəth etdi.

C) Mübahilə məsələsində də Peyğəmbər (s) Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseynlə (ə) Nəcran məsihiləri ilə mübahilədə iştirak etdi. Daha sonra Səd Müaviyyəyə dedi ki, Peyğəmbərdən (s) Əlinin (ə) fəzilətləri barədə eşitdiyim bu sözlərlə ona lənət göndərə bilərəmmi?! Müaviyyə (Allahın lənəti ona olsun) sakit olaraq öz sözlərindən peşman oldu”.(1)

“Mübahilə” ayəsindəki {...أنْنَاءَنَا َ {... (oğullarımız)...

“Mübahilə” ayəsindəki {...أَبْنَاءَنَا...} (oğullarımız), {...نِسَاءَنَا...} (qızlarımız) və {...أَنْفُسَنَا...} (özümüz) kimlərdir?

{...نِسَاءَنَا...} (qızlarımız) sözündəki məqsədin Peyğəmbərin (s) qızı Fatimə (ə) olduğu barəsində bizimlə əhli-sünnə arasında fakir ayrılığı mövcud deyil. Həmçinin, şiə və əhli-sünnə təfsirçiləri {...أَبْنَاءَنَا...} (oğullarımız) sözünün imam Həsən (ə) və imam Hüseynə (ə) şamil olması kimi təfsir etmələrində də heçş bir nəzəri ixtilaf yoxdur. Bu bəhsdə daha çox və {...أَنْفُسَنَا...} (özümüz) barəsində söhbət açacağıq və məsələ həmin sözün ətrafındadır.

Mərhum Qazı Nurullah Şüştəri (r.ə) dəyərli kitabı “Ehqaqul-həqq”də belə yazır:

səh:184


1- [1] . “Səhih Müslim”, c.4, səh.187, hədis: 32.

اجمع المفسّرون علی ان «ابناءنا» اشارة الی الحسن والحسین‘ و «نسائنا» اشارة الی فاطمه÷ و «انفسنا» اشارة الی علی×

“Əhli-sünnə və şiə təfsirçilərinin hamısı fikir birliyinə malikdirlər ki, {...نِسَاءَنَا...} (qızlarımız) sözündəki məqsəd Peyğəmbərin (s) qızı Fatimə (ə), {...أَبْنَاءَنَا...} (oğullarımız) sözündə imam Həsən (ə) və imam Hüseyn (ə) və {...أَنْفُسَنَا...} (özümüz) sözündə isə Əlidir (ə)”.

Ayətullahul-uzma Mərəşi Nəcəfi (r.ə) bu kitabın vərəqlərinin ən aşağı hissəsində əhli-sünnənin altmış kitabından yuxarıdakı mətləbi nəql etmişdir.(1)

Bu, o deməkdir ki, həmin məsələ o qədər aydın və aşkardır ki, əhli-sünnənin bütün kitablarında öz əksini tapmışdır.

Amma təəssüflər olsun ki, bütün bu rəvayətlərin olmasına baxmayaraq, əhli-sünnənin yersiz təəssübçülük və şəxsi rəyə əsasən ayələri təfsir edən bəzi alimləri həmin ayə ilə bağlı təəccüb doğuran mətləblər söyləmişlər. Onlardan ikisinə diqqət edin:

1. Alusi “Ruhul-məani” kitabında mübahilədə Peyğəmbərlə (s), Fatimə (ə), Əli (ə), Həsən (ə) və Hüseyndən (ə) başqa, kiminsə iştirak etmədiyini etiraf və bu məsələ barəsində hansısa bir möminin şəkk etməməli olduğuna təkid etdikdən sonra, şiə alimlərinin dəlilləri barədə söhbət açaraq iddia edir ki, {...أَنْفُسَنَا...} (özümüz) sözündəki məqsəd Peyğəmbərin (s) özüdür və Əli (ə) {...أَبْنَاءَنَا...} (oğullarımız) sözünə daxildir. Çünki ərəblər kürəkənə də bəzən “oğul” deyirdilər.(2)

Bu məsələyə cavab da açıq-aşkardır. Həmin ayəyə əsasən, Peyğəmbər (s) {...نِسَاءَنَا...} (qızlarımız), {...أَبْنَاءَنَا...} (oğullarımız), {...أَنْفُسَنَا...} (özümüz) – nı mübahiləyə aparmışdır. Əgər {...أَنْفُسَنَا...} (özümüz) sözündəki məqsəd Peyğəmbərin (s) özüdürsə, onda, yaxınları mübahiləyə dəvət etməyin mənası olarmı? Bildiyimiz kimi, Quran fəsahət və bəlağətli sözlərə

səh:185


1- [1] . “Ehqaqul-həqq”, c.3, səh.46.
2- [2] . “Ruhul-məani”, c.3, səh.189.

malikdir və qeyri-fəsih sözlər onda işlənməmiş və boş yerə Peyğəmbərə (s) yaxınlarını mübahiləyə aparmasına göstəriş verməmişdir. Həmin sözdəki məqsədin Peyğəmbərin (s) özü olmadığı aydındır. Bundan əlavə, ərəbin ədəbiyyatında kürəkənə oğul deyə xitab edilməsinə rast gəlməmişik və bu məsələ nadir hallarda və məcazi mənada işlənir.

Bu şəkildə olan düşüncə və nəzərlərdən o qədər də təəccüb etməyin, çünki bunlar yersiz təəssübkeşliyin nəticələridir. Belə şəxslər öz batil əqidələrinə haqq qazandırmaq üçün, hətta, Qurana belə öz fikirlərini yeritmək istəyirlər.

2. Alusinin yuxarıdakı sözlərdən daha heyrətlisi Məhəmməd Ubdənin “Əl-Mənar” təfsirindəki nəzəriyyəsidir. O, “Mübahilə” ayəsinin təfsiri ilə əlaqədar yazır:

الرّوایات متّفقة علی أنّ النّبی| اختار للمباهلة علیّاً وفاطمة و ولدیهما و یحملون کلمة نسائنا علی فاطمة وکلمة انفسنا علی علیٍّ فقط و مصادر هذه الرّوایات الشّیعة و مقصدهم منها معروف(1)

“Rəvayət və hədislərdə Peyğəmbərin (s) mühabiləyə Əli (ə), Fatimə (ə) və onların iki övladını apardığı göstərilmişdir. {...نِسَاءَنَا...} sözü Fatiməyə (ə) və {...أَنْفُسَنَا...} sözü Əliyə (ə) aid edilmişdir. Bu sözlər şiələrin mənbə və sənədələrində qeyd edilmişdir. Onların belə rəvayətlərdəki hədəfi məlum məsələdir”.

Həqiqətən də, Məhəmməd Ubdənin sözlərinin əvvəli və axırı bir-biri ilə ziddiyyət təşkil edir. Çünki əvvəldə rəvayətlərdə həmin məsələnin bildirildiyini söyləyir, sonra isə onu şiələrə nisbət verir. Bundan əlavə, onun sonuncu sözləri düzgün deyil, onun iddia etdiyinin əksinə olaraq, həmin məsələlər daha çox əhli-sünnə mənbələrində qeyd edilmişdir. Belə əsassız sözlər müqabilində təəssüfləndiyimizi bildirməkdən başqa, bir söz demirik.

Beləliklə, “Mübahilə” ayəsinin deyilən bütün rəvayət və hədislərə əsasən, Əmirəl-Mömininin (ə) və onun

səh:186


1- [1] . “Əl-Mənar”, c.3, səh.322.

övladlarının vilayətinə dəlalət etdiyi anlaşılır.

Sual: “Mübahilə” ayəsinin Əmirəl-Möminin (ə) üçün fəzilət və iftixar hesab edilməsində şübhə yoxdur. Amma onun vilayətlə hansı rabitəsi var ki, siz həmin ayəni burada o məqsədlə qeyd etmisiniz?

Cavab: Ayədəki {...أَنْفُسَنَا...} sözünün şəxsən, həzrət Əliyə (ə) şamil olduğu aydın məsələdir, amma Peyğəmbər (s) Əlini (ə) öz canı kimi tanıtdırdığına görə, ondakı məqsəd sözün həqiqi mənasıdır, yoxsa, məqamın üstünlüyüdür? Sözsüz ki, həqiqi məna nəzərdə tutulmamışdır. Yəni, Əli (ə) Peyğəmbər deyil, əksinə onun bütün kamalat, şücaət, təqva və digər xüsusiyyətlərdə Peyğəmbər kimi olması bildirilir. Bu baxımdan, əgər Peyğəmbər (s) üçünAllah tərəfindən canişin təyin edilsə və ya ümmət kimisə seçmək istəsə, onlar həzrət Əli (ə) kimi birini seçməli deyillərmi? Çünki o, ismət və təharət məqamında, həmçinin, bütün kamal sifətlərində, şəxsən, Peyğəmbərin (s) özü kimidir. Əgər bununla yanaşı, digər şəxslər seçilərsə, əql həmin işi qəbahət və pis bir iş kimi dəyərləndirməzmi? Deməli, {...أَنْفُسَنَا...} sözünün şəxsən, həzrət Əliyə (ə) uyğun gəlməsi ilə biz vilayət və imamət məsələsini sübuta yetirə bilərik.

İlahi! Əhli-beytin (ə) vilayəti olaraq bizə əta etdiyin bu böyük və əvəzsiz nemətinqədrini bilməyimizdə bizə kömək ol. Onların dünyadakı nəzərlərini və axirətdə isə şəfaətini bizdən məhrum etmə.

4. “DƏHR” SURƏSİNİN AYƏLƏRİ

İşarə

{إِنَّ الْأَبْرَارَ یشْرَبُونَ مِنْ کَأْسٍ کَانَ مِزَاجُهَا کَافُورًا * عَینًا یشْرَبُ بِهَا عِبَادُ اللَّهِ یفَجِّرُونَهَا تَفْجِیرًا * یوفُونَ بِالنَّذْرِ وَیخَافُونَ یوْمًا کَانَ شَرُّهُ مُسْتَطِیرًا * وَیطْعِمُونَ الطَّعَامَ عَلَی حُبِّهِ مِسْکِینًا وَیتِیمًا وَأَسِیرًا * إِنَّمَا نُطْعِمُکُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِیدُ مِنْکُمْ جَزَاءً وَلَا شُکُورًا * إِنَّا نَخَافُ مِنْ رَبِّنَا یوْمًا عَبُوسًا قَمْطَرِیرًا}

“İnsanın zaman axışında elə bir dövrü olub keçmişdirmi ki, onda xatırlanası bir şey olmasın? (Bəli, onun ilk maddəsinin formalaşmağa başladığı zamandan insan şəklinə düşdüyü və ruhun ona üfürüldüyü

səh:187

zamanadək, müxtəlif dövrlər olmuşdur. Bu dövrdə o, insan adlandırılacaq şəkildə olmamışdır).

Həqiqətən, biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək. Nəhayət, onu eşidən və görən bir varlıq etdik.

Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükr edən olsun, istərsə də nankor.

Əlbəttə, biz kafirlər (və nankorlar) üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq.

Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər.

(Orada) elə bir bulaq (vardır) ki, Allah bəndələri ondan içəcək və onu hər hansı bir tərzdə istəsələr, axıdacaqlar.

Onlar öz nəzirlərinə əməl edər, şəri və əzabı olduqca geniş olan bir gündən qorxarlar.

Onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda, Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər.

(Onlar həm dildə, həm də qəlbdə deyərlər:) “Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik”.

“Həqiqətən, biz öz Rəbbimizdən, çox sərt, olduqca çətin, dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq”.(1)

Bəhsə qısa bir nəzər

Həzrət Əli (ə) və pak və tahir Əhli-beytin (ə) mühüm və ibrətamiz fəzilətlərindən biri bəyan edilən ayələr

səh:188


1- [1] . “İnsan” surəsi, ayə 5-10.

“İnsan” surəsindədir. Bu surənin otuz bir ayəsindən on səkkizi onların bu bənzərsiz fəzilətləi barəsindədir. Həmin ayələrin bir qismində macəranın əsli və digər on dörd ayədə isə Əhli-beyt (ə) olan bu dəyərli ailənin etdiyi əməllərin savabından söhbət açılır. Onlarla əlaqədar olan mətləbi gələn bəhslərdə diqqətinizə çatdıracağıq.

Ayələrin nazilolma səbəbi

Barəsində söhbət edilən ayələrin nazil olunma səbəbi barədə əksər kitablarda bəhs edilmişdir. Mərhum Əllamə Əmini “Əl-Qədir” kitabında əhli-sünnənin otuz dörd,(1) Qazı Nurullah Şüştəri isə onların otuz altı kitabından nazilolma səbəbi barədə nəql etmişdir.(2) Beləliklə, nazilolma səbəbi barədə deyilənlər mütəvatir həddindədir. Yuxarıda qeyd edilən bütün mənbələrdə xülasə şəkildə bəyan edilən nazilolma şəni barədəki şərh belədir:

“İmam Həsən (ə) və imam Hüseyn (ə) uşaqlıqda xəstələnirlər və həzrət Peyğəmbər (s) onlara baş çəkmək üçün imam Əli (ə) və xanım Fatimənin (ə) evinə gəldi. Peyğəmbər (s) sevimli nəvələrinin xəstə halını müşahidə etdikdə, üzünü Əliyə (ə) tutaraq dedi ki, Allahın onlara şəfa verməsi üçün nəzir edin.

Həzrət Əli (ə) dərhal belə deyir: “İlahi! Əgər

səh:189


1- [1] . “Əl-Qədir”, c.3, səh.107. Bu kitabda nazil olma səbəbi barədə nəql edilən on dənə əhli-sünnə kitablarına diqqət edin: “Navadirul-usul”, səh.64; “Əl-Əqdul-fərid”, c.3, səh.42; “Əl-Kəşfu vəl-bəyan”, səh.307-428; “Mənaqibu Xarəzmi”, səh.180; “Mətalibus-suul”, səh.31; “Nurul-əbsar”, səh.12-14; “Fəthul-Qədir”, c.5, səh.338; “Ruhul-bəyan”, c.10, səh.268; “Əl-İsabəh”, c.4, səh.387; “Əd-Durrul-mənsur”, c.6, səh.299.
2- [2] . “Ehqaqul-həqq”, c.3, səh.157.Bu kitabın əhli-sünnədən nəql etdiyi nazil olma səbəbi barədəki kitablar belədir: “Kəşşaf”, c.4, səh.169; “Əsbabun-nuzul”, səh.331; “Məalimut-tənzil”, c.7, səh.159; “Ət-Təfsirul-kəbir”, c.3, səh.243; “Təzkirətun ibnil-Covzi”, səh.322; “Kifayətut-talib”, səh.201; “Təfsire Qurtubi”, c.19, səh.129; “Zəxayirul-uqba”, səh.102; İbn Əbil Hədid, “Nəhcül-bəlağənin şərhi”, c.1, səh.7, “Əllamə Nişapurinin təfsiri”, c.29, səh.5112.

övladlarım şəfa tapsa, üç gün oruc tutacağam”. Xanım Fatimə (ə) də, hətta, imam Həsən (ə) və imam Hüseyn (ə) yaşları çox az olmasına baxmayaraq, ata və anasının nəzir etdikləri kimi oruc tutmağı nəzir etdilər. Orada olan Fizzə (onların xidmətçisi) də çox ehtimal ki, eyni şəkildə nəzir etdi. Çox az bir müddətdən sonra Peyğəmbərin (s) nəvələri şəfa tapır və Əhli-beyt (ə) öz nəzirlərini əda etməli olur.

Birinci gün oruc tuturlar. Həzrət Əli (ə) bu üç günlük orucun iftarı üçün bir miqdar arpa gətirir. Onu üyüdüb una çevirərək üç yerə bölürlər. Onun birinci qismindən oruc tutanların sayına görə birinci günün iftarı üçün çörək hazırlayırlar. İftar zamanı onlar həyət qapısının araxasından bir nəfərin səsləndiyini duyaraq çölə çıxırlar və bir şəxsi görürlər ki, onlara belə xitab edir:

اَلسَّلامُ عَلَیْکُمْ یا اَهْلَ الْبَیْتِ

“Salam olsun sizə, ey Əhli-beyt (ə)”. Mən ehtiyaclı, möhtac və miskin bir şəxsəm. Mənə kömək edin. Həzrət Əli (ə) öz hissəsinə düşən çörək payını o fəqirə verir və Fatimə (ə) də belə edir, həmçinin, ailənin qalan üzvləri də öz paylarını həmin şəxsə verirlər. O axşam onlar su ilə iftar edirlər.(1) İkinci gün də oruc tutaraq unun üçdəbir hissəsi ilə çörək hazırladılar. İftar etmək istəyərkən yenə də kiminsə səsləndiyini duydular və çölə çıxdılar. Həmin şəxs belə dedi: “Salam olsun sizə, ey Əhli-beyt (ə)!” Onlar həmin şəxsdən kim olduğunu və nəyə ehtiyac duyduğunu soruşdular. O dedi ki, mən bu şəhərdəki yetimlərdən biriyəm və acam. Məni doyurun. Yenə də həzrət Əli (ə) öz payına düşən hissəni ona verdi və digərləri də kamil

səh:190


1- [1] . Bugünlərdə süfrələrdə cürbəcür yeməklər mövcuddur və təəssüflər olsun ki, bəzən bu məsələ naşükürlüklə nəticələnir. Bəzi süfrələrdə birdən artıq xörək olmasa, süfrə əhli şikayət və giley-güzar edərlər və bu təhlükəli məsələlərdəndir. Amma həmin zamanlardakı müsəlmanların ümumi vəziyyəti münasib deyildi və camaatın əksəriyyəti öz qarınlarını quru çörək və su ilə doyururdu.

bir ixlasla Allahın rizayətini cəlb etmək üçün bu işi gördülər və birinci gündə olduğu kimi su ilə iftar etdilər. Üçüncü gün də birinci və ikinci günlərdə olduğu kimi oruc tutdular və hadisələr əvvəldə olduğu kimi təkrarlanmağa başladı. Bu dəfə onlardan kömək istəyən şəxs bir əsir idi. Həzrət Əli (ə) və ailənin digər üzvləri öz paylarını əsirə verərək həmin günü su ilə iftar etdilər və beləliklə, öz nəzirlərinə vəfalı qaldılar.

Növbəti gün Peyğəmbər (s) imam Həsən (ə) və imam Hüseyni (ə) zəifliyin şiddətindən titrəyən halda müşahidə etdikdə çox narahat oldu və digər tərəfdən də, qızı Fatimənin çuxura düşmüş gözlərini gördükdə, o həzrətin nigaranlığı bir az da artdı və o, həzrət Əlidən (ə) soruşdu ki, ey Əli (ə), nə üçün uşaqlar bu qıdır zıifləmiş və narahat haldadırlar? Niyə qızım Fatimənin (ə) rəngi solmuşdur? Həzrət Əli (ə) hadisəni Peyğəmbərə (ə) danışdı və Cəbrayıl nazil olaraq “İnsan” (Dəhr) surəsinin ayələrini gətirdi”.

Şərh və təfsir Əhli-beytin (ə) beş xüsusiyyəti

On səkkiz ayənin dördündə bu əzəmətli ailənin gördüyü işin əsli barədə bəhs edilir və yerdə qalan on dörd ayədə isə onların tayı-bərabəri olmayan və qalarğı əməllərinin müzd və əcrindən danışılır. Əvvəlcə ilk dörd ayənin şərh və təfsirinə diqqət edin. Bu ayələrdə Əhli-beytin (ə) aşkar olan beş xüsusiyyətindən söhbət açılmışdır:

a) Əhd-peymana fəva etmək

{یوفُونَ بِالنَّذْرِ...}

(öz nəzirlərinə vəfa edərlər) – Bütün şiələrə örnək və nümunə olacaq bu ailənin birinci dəyərli əməli onların öz nəzirlərinə əməl etməsidir. Amma şiələrdən bəziləri bəla, müsibət, xəstəlik və əziyyətlər müqabilində nəzir edir, lakin çətinlikləri həll olunduqdan sonra nəzirlərinə əməl etmək

səh:191

zamanı gəldikdə, müxtəlif bəhanələrlə öz nəzirlərinə əməl etməkdən boyun qaçırırlar. Bəzən nəzir etməklə bağlı olan sözlərin düzgün oxunun-oxunmamasında şəkkə düşür, bəzən də onun düzgün icra edilib-edilməməsində şübhə edirlər. Bir sözlə, hansısa bir bəhanə ilə onu yerinə yetirməkdən çəkinirlər.

Bu məsələ bir şəxsin canı xətərt və təhlükəyə düşərkən nicat tapacağı təqdirdə, çətin bir nəziri yerinə yetirəcəyinə söz verməsinə və həmin çətinlikdən nicat tapdıqdan sonra da nəzir etdiyi imamzadəyə xitab olaraq belə deməsinə bənzəyir: “Ey “imamzadə, mən canım təhlükəyə düşdüyündə, qorxumdan belə əağır bir nəzir etdim, siz nə üçün mənə inandınız və məni xilas etdiniz?!”

Biz müsəlmanların bəzzisi aşağıdakı ayənin misdaq və nümunəsiyik:

{فَإِذَا رَکِبُوا فِی الْفُلْکِ دَعَوُا اللَّهَ مُخْلِصِینَ لَهُ الدِّینَ فَلَمَّا نَجَّاهُمْ إِلَی الْبَرِّ إِذَا هُمْ یشْرِکُونَ}(1)

“Gəmiyə minən (və qərq olmaq təhlükəsi ilə üzləşən) zaman dini yalnız Allaha məxsus edib ona dua edərlər. (İbadət etdikləri bütləri unudarlar. Allah) onları quruya çıxarıb xilas edən kimi dərhal ona şərik qoşarlar”.

Əhli-beyt (ə) isə heç vaxt bu cür olmamışdır və onlar təkcə öz nəzirlərinə deyil, əksinə bütün əhdlərinə həmişə əməl etmişlər. Çünki imanın(2) nişanə və həqiqi müsəlmanın əlamətlərindən biri insanın zərərinə də olsa, əhd və nəzirə vəfa etməkdir.

b) Qiyamət günündən qorxmaq

{...وَیخَافُونَ یوْمًا کَانَ شَرُّهُ مُسْتَطِیرًا}

(Onlar şər və əzabı olduqca geniş olan bir gündən qorxarlar) – Allah-taalanın bu hadisə ilə əlaqədar ona işarə

səh:192


1- [1] . “Ənkəbut” surəsi, ayə 65.
2- [2] . Bu zəminədə “Mizanul-hikmət” birinci bölmədə (cild 1, səh. 346) bir rəvayət nəql edilmişdir. Maraqlananlar həmin mənbəyə müraciət edə bilərlər.

etdiyi Əhli-beytin (ə) ikinci xüsusiyyəti onların qiyamət (məad və dirilmə) günündən qorxmasıdır. Bu qorxu qiyamət günündə kiməsə zülm ediləcəyindən deyil, əksinə Allahın ilahi ədalət məhkəməsində dayanacaqları səbəbindəndir.

Çünki həmin ədalət məkkəməsində insanın bütün böyük və kiçik əməlləri araşdırılacaq. {فَمَنْ یعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَیرًا یرَهُ * وَمَنْ یعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا یرَهُ} (Hər kəs bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir və hər kəs bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir) ayəsinin misdaq və nümunəsi olan məhkəmə, həqiqətən də, qorxmağa layiqdir. Çünki orada tükü yağdan çəkər kimi əməllər dəyərləndirilir və heç kimə iynənin ucu qədər də zülm olunmur. Bəli, ilahi ədalət məhkəməsi geniş və əhatəlidir, o kişi, qadın, böyük, kiçik, varlı, fəqir, yaşlı, cavan, alim, cahilə – bir sözlə, bütün insanlara şamildir. Belə bir məhkəməyə iman və etiqad bəsləmək insanda qorxu və xof yaradır.

c) Ehtiyacı olanlara yardım etmək

{وَیطْعِمُونَ الطَّعَامَ عَلَی حُبِّهِ مِسْکِینًا وَیتِیمًا وَأَسِیرًا}

(Onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda, Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər) – Bu bəhsin əsasını təşkil edən və ayədə göstərilən Əhli-beytin (ə) üçüncü xüsusiyyəti cəmiyyətdəki ehtiyaclı şəxslərə yardım etməkdir. Bu əzəmətli xanədan, hətta, özləri ehtiyaclı olduğu halda belə, əllərindəkini ehtiyaclı olanlar və fəqirlərə verirlər. Onlar yetim, miskin və əsirə kömək edirlər. Bu şərif ayədə cəmiyyətdəki üç ehtiyaclı qrupa – əsir, miskin və yetimlərə işarə edilmişdir.

A) Miskin – Bu söz “sükun” kökündəndir, yəni fəqirlik və ehtiyac miskinə o qədər təziq göstərmişdir ki, o, yerə yapışmışdır. Müsəlman və möminlər öz zəruri ehtiyaclarını ödəyə bilməyən fəqir və miskinlərə əl tutmalı

səh:193

və Allahın onların ixtiyarında qoyduğu nemətlərdən onların da faydalanması üçün onlara kömək etməlidirlər.

B) Yetim – Yetimlər öz himayədarlarını itirən kəslərdir. Yetimlarin maddi baxımdan ehtiyaclı olmaması mümükündür, amma onlar ruhi və mənəvi cəhətdən məhəbbət və nəvazişə ehtiyaclıdırlar. Son zamanlarda baş verən şiddətli və çoxlu tələfat olan zəlzələlərin birində əlli nəfərdən ibarət olan bir ailədən sadəcə bir nəfər sağ qalmışdı. Həmin şəxs ata, ana, əmi, dayı, bacı, qardaş – bir sözlə, bütün yaxınlarını itirmişdi. Onun məhəbbət və nəvazişə daha çox ehtiyacı vardır, yoxsa, o, təklikdə həmin problemlərin öhdəsindən gələ bilməz.

C) Əsir – Bu sözün mənası aşkar və aydındır və öz ev-eşiyi, vətən və yaxınlarından uzaq düşərək digər eldə tək qalmış bir kəsə deyilir. Əsirin öz vətənində varlı və dövlətli olmaq imkanı vardır, amma əsarətdən sonra kömək və yardıma ehtiyaclıdır. Uzun sözün qısası, mömin və müsəlman olan insanlar öz imkan və qüdrətləri daxilində cəmiyyətin zərər çəkmiş bütün təbəqələrinə kömək etməlidirlər.

Günümüzdə yuxarıda qeyd edilərək Əhli-beyt (ə) xanədanının diqqət mərkəzində saxlanılan cəmiyyətin üç qrupu (təbəqəsi) mövcud deyil, amma digər möhtac təbəqələr də var ki, onların köməyə ehtiyacı daha artıqdır. Məsələn, xərçəng, cüzam və s. kimi müalicəsinə ümid olmayan xəstələri, cehizi olamamasına görə evlənməyi təxirə düşən qızları və başqalarını buna misal göstərmək olar və onlara qayğı və diqqət göstərilməlidir.

İlahi! Həzrət Əlinin (ə) xanədanı necə də fədakarlıq edirdi! Görəsən, biz də onlar kimiyikmi? Görəsən, biz öz qonşularımızın hansı vəziyyətdə yaşadığından, səhəri və axşamı necə keçirtdiklərindən xəbərdarıqmı? Öz yaxın, qohum və tanışlarımızdan xəbərimiz varmı? Əgər bu suallara Allah eləməmiş, cavab verə bilməsək, şiə

səh:194

olduğumuzu iddia edə bilərikmi?

D) Əxlaq

{إِنَّمَا نُطْعِمُکُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِیدُ مِنْکُمْ جَزَاءً وَلَا شُکُورًا}

((Onlar həm dildə, həm də qəlbdə deyərlər:) “Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik”.) – Həzrət Əli (ə), onun xanımı və iki övladının aşkar və bariz olan dördüncü fəziləti o şəxsiyyətlərin ixlas məsələsidir. Onlar belə deyirlər: “Siz miskin, yetim, əsirlər və cəmiyyətin digər ehtiyaclı təbəqəsinə etdiyimiz kömək sadəcə və saədəcə Allahın razılığını cəlb etmək üçündür və bunda başqa bir niyyətimiz yoxdur. Bu cəhətdən, sizdən heç bir mükafat və əcr istəmirik, hətta təşəkkür və qədirbilməyinizi də gözləmirik”.

Bu cümlələrə bir daha diqqət edək – görəsən, adi insanlar belə bir iddiada ola bilərlərmi? Bunlardan da üstün olanı budur ki, əgər ehtiyaclılar təşəkkür əvəzinə cəsarət edərək onları təhqir etsəydi belə, Əhli-beytin (ə) halında heç bir təsir qoymazdı. İxlas çox dəyərli və nadir tapılan bir gövhərdir və bu cəhətdən, İslam əməlin kəmiyyət və miqdarına deyil, onun keyfiyyət və necəliyinə təkid edir. Yəni, Allah dərgahında ixlasla qılınan bir rükətlik namaz ixlaszız qılınan min rükətlik namazdan daha dəyərlidir.

e) Allah qorxusu

{إِنَّا نَخَافُ مِنْ رَبِّنَا یوْمًا عَبُوسًا قَمْطَرِیرًا}

(Həqiqətən, biz öz Rəbbimizdən, çox sərt, olduqca çətin, dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq) – Onların beşinci xüsusiyyəti Allah qorxusudur. Soruşa bilərsiniz ki, ikinci xüsusiyyətdə “məad” və “qiyamət” qorxusundan danışıldı, burada isə Allah qorxusundan bəhs edilir, bunların ikisi arasında fərqlər vardırmı?

Cavab: Allah qorxusunun qiyamət, cəhənnəm və şiddətli əzablar səbəbi ilə olmasına lüzum yoxdur, əksinə bu

səh:195

qorxunun Allahın əzəmətindən də olması mümkündür. Mömin insan Allahın əzəmətinə nəzər saldıqda qorxu onun bütün vücudunu bürüyür və bədəni lərzəyə gəlir. Bu məsələ böyük bir şəxsiyyətin görüşünə getməyə və hansısa bir mətləbi ona demək istədikdə, (onun mehriban, xoş əxlaqlı və xoşrəftar bir insan olmasına baxmayaraq) dilin söz tutmamasına bənzəyir. Beləliklə, beşinci xüsusiyyətdəki qorxu ikinci xüsusiyyətdəkindən fərqlidir və Allah qorxusu onun əzəmət və böyüklüyündən qorxmaq mənasındadır.

Mükafat ayələri

Bildirdiyimiz kimi, “Dəhr” surəsinin on səkkiz ayəsindən on dördü həzrət Əli (ə) xanədanının fədakarlıq və fəqirə təam verməsi məsələsi ilə əlaqədardır və həmçinin, burada həmin tayı-bərabəri olmayan əmələ veriləcək çoxlu mükafatdan danışılır. Aydındır ki, Quranın heç bir yerində hansısa bir əməllə bağlı bu əmələ veriləcək mükafat qədər söhbət açılmamışdır.

Bir sözlə, həmin əməl üçün bir-birinin ardınca on beş mükafatdan bəhs edilmişdir və əgər biz on səkkiz ayədə bir qədər də incələmə aparsaq, həmin mükafat sayını iyirmiyə çatdıra bilərik. Həmin mükafatları on iki ad altında xatırladacağıq. Amma bundan öncə, bir müqəddiməni diqqətinizə çatdırmağı lazım və zəruri hesab edirik:

Axirət və dünya mükafatlarının müqayisəsi

Şübhə yoxdur ki, axirət mükafatları dünya mükafatlarından fərqlidir. Onların barəsində dünyəvi ifadə və sözlər işlədilməsinə baxmayaraq, həmin mükafatların məfhumu, anlamı, həmçinin, əhatə dairəsi və mahiyyəti axirətə məxsusdur. Deməli, bizim axirət nemətləri barəsindəki təsəvvürlərimiz sadəcə bir obrazdır və biz həmin nemətlərin həqiqətini bu dünyada o qədər də dərk edib

səh:196

anlaya bilmərik. Bu məsələ ananın bətnindəki uşağa bənzəyir və o, İbn Sina olsa və hətta, anası onun üçün ən yaxşı şəkildə tərif etsə də, dünya haqqında lazımı anlayışa malik olmaz, təkcə onun barəsində müəyyən təsəvvürə sahib ola bilər. Bu baxımdan, Peyğəmbərdən (s) belə bir rəvayəti oxuyuruq:

اِنَّ اللهَ یَقُولُ: اَعْدَدْتُ لِعِبادِیَ الصّالِحینَ ما لا عَیْنٌ رَأتْ، وَ لا اُذُنٌ سَمِعَتْ، وَ لا خَطَرَ عَلی قَلْبِ بَش(1)

“Allah buyurur: “Saleh bəndələrim üçün elə mükafatlar hazırlamışam ki, onu nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də onun barəsində kimsə düşünmüşdür””.

Deməli, dünyadakı hansısa lütfün bizim üçün müəyyən bir məna, amma həmin lütfün cənnət nemətləri barəsində fərqli və hətta, ziddiyyətli mənaları kəsb etməsi mümkündür. Gələn bəhslərimizdə bu barədə daha ətraflı izahlar verəcəyik. Bu müqəddiməyə diqqət etməklə on iki adda olan nemətlərlə bağlı şərhə başlayırıq:

On iki adda olan cənnət nemətləri

1. {فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَلِکَ الْیوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا}

1. Aramlıq – Onlara nəsib olan ilkin nemət aramlıqdır. Allah qiyamət çətinliklərini onlardan bərtərəf edəcək və onlar şadlıq və sevinc içərisində olacaqlar. Aramlıq nemətinin ilkin olaraq xatırlanması onun, həqiqətən də, dəyərli bir nemət olduğunu göstərir. Aramlıq və asayiş dünya və axirət nemətlərinin ən mühüm və dəyərlisidir. Dünyada elə şəxslər var ki, bütün imaknlara malikdirlər, amma onların aramlıq və asayişləri yoxdur və belə şəxslərin sahib olduqları imkanlar onlar üçün işkəncə və əzab-əziyyətə çevrilir. Bu səbəbdən, var-dövlət sahiblərinin əksəriyyəti intihara əl atır. Amerikada “intihar meşəsi” adlı bir meşənin olduğunu deyirlər. Həmin meşənin müştərisi dünyada aramlıqdan başqa, hər şeyə sahib olan varlı şəslərdir. Onların

səh:197


1- [1] . “Quranın mesajı”, c.6, səh.302.

müqabilində az imkanlı və öz məişət ehtiyaclarını təmin edə bilən və rahatlıqla yaşayan şəxlərin olduğunu da görürük. Çünki onların aramlıq və asyişi vardır.

“Belə böyük və dəyərli bir neməti necə ələ gətirmək olar?” – deyə soruşa bilərsiniz. Cavabında, “Ənam” surəsinin 82-ci ayəsində Allah-taalanın aramlıq və asayişin imanlı şəxslərdə olduğunu bildirərək belə buyurduğunu deyirik:

{الَّذِینَ آمَنُوا وَلَمْ یلْبِسُوا إِیمَانَهُمْ بِظُلْمٍ أُولَئِکَ لَهُمُ الْأَمْنُ وَهُمْ مُهْتَدُونَ}

“İman gətirib imanlarını zülmə qarışdırmayanlar (yaradılışın başlanğıcına olan etiqadı dualizm və ya üç üqnuma əqidəsi, yaxud çoxallahlılıqla, yaxud da qəlbi etiqadları əməli itaətsizliklə qarışdırmayanlar) üçün əmin-amanlıq vardır və onlar hidayət olunmuşlardır”.

Eyni zamanda, “Rəd” surəsinin 28-ci ayəsində də Allahı yad edərək onu unutmamaq daimi feyz və bərəkətin, həmçinin, asayişin mənbəyi və aramlığa səbəb kimi xatırladılmışdır.

2. {وَجَزَاهُمْ بِمَا صَبَرُوا جَنَّةً وَحَرِیرًا}

2. Cənnət bağları – (səbr etdikləri şeylərin əvəzi olaraq onlara cənnət bağları verilər) – Nemətlərdən digər biri cənnət balarıdır ki, o bağların hər bir şeyi dünya bağlarından tamamilə fərqlənir. O bağlarda həmişə ağacları altından sular axaraq cari olmaqdadır. Elə bir bağlar ki, orada xəzan (payız) yoxdur və ağaclarda bütün fəsillərdə daima meyvələr vardır. Eyni zamanda, cənnətdəkilərin o meyvələri zəhmət çəkərək dərmələrinə ehtiyac yoxdur, əksinə iradə etdikləri zaman ağacın budaqları onlara tərəf əyiləcəkdir.

3. {مُتَّکِئِینَ فِیهَا عَلَی الْأَرَائِکِ...}

3. Aramlıq və asayiş – (onlar cənnətdə taxtlara söykənmiş halda olarlar) – {...ارائک...} (əraik) sözü اریکه (ərikə) sözünün cəm formasıdır və həqiqətdə, toy gecısində gəlin üçün hazırlanan taxta deyilir. Bundan başqa, bütün gözəl taxtlara da şamil

səh:198

olunur. Cənnət əhli gözəl taxtlara söykənərək cənnət nemətlərindən istifadə edəcəklər. {مُتَّکِئِینَ...} (Muttəkiinə) “söykənmək” sözü zərif və gözəl bir sözdür, çünki insan asayiş və aramlıqda olduğu vaxt sərbəst və rahat söykənə bilir və əksinə, narahatçılıq və iztirab halında rahat ola və bir yerdə əyləşə bilmir (o üz bu üzə gəzişir).

4. {لَا یرَوْنَ فِیهَا شَمْسًا وَلَا زَمْهَرِیرًا}

4. Münasib bir mühit və ləzzət verən hava – (orada nə qızmar günəş, nə də soyuq görməzlər) – Cənnətin havası çox münasib bir havadır. Orada hava nə isti deyil ki, sərinləşdirici vasitələrə, nə də soyuq deyil ki, qızdırıçı vasitələrə ehtiyac duyulsun. Əksinə, orada hava bahar fəslindəki kimidir və hava ruhu oxşayandır. Şübhəsiz ki, belə bir münasib havada gözəl və bəzəkli taxtlara sökənməyi və meyvə dolu ağacları vəsf etmək mümkün deyil.

Sual: Bu ayədə günəşin mövcudluğu inkar edilir, amma sonrakı ayədə cənnətdəki ağacların kölgəsindən danışılır. Əgər cənnətdə günəş yoxdursa, onda, ağaclar necə kölgə sala bilir? Bu ayələr bir-biri ilə ziddiyyət təşkil etmirmi?

Cavab: Birincisi, ayədə günəşin ümumiyyətlə mövcud olmamasından söhbət getmir, əksinə onun gozə çarpmadığı bildirilir. Yəni, cənnət ağacları o qədər sıx və yan-yanadır ki, günəşin cənnətdəkilər tərəfindən görülməsinə maneə olur.

İkincisi, {...لَا یرَوْنَ فِیهَا شَمْسًا...} (orada günəşi görməzlər) – deyə buyurulan ifadədə məqsəd yandırıcı və qızmar günəşin olmamasıdır, nəinki, orta temperaturlu günəşin inkar edilməsi. Beləliklə, ayələrdə ziddiyyətin olması gözə çarpmır.

5. {وَدَانِیةً عَلَیهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِیلًا}

5. Kölgə və meyvələr – Cənnət ağacları cənnətdəkilərə kölgə salır və ağacların meyvəsini dərmək də çox asandır. Əvvəldə də qeyd etdiyimiz kimi, onlar meyvələri dərmək üçün heç bir zəhmətə qatlaşmayacaqlar.

6. {وَیطُوفُ عَلَیهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ...}

səh:199

6. Qulluq etmək üçün hazır dayanmış xidmətçilər – (Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qolbağı taxmış oğlanlar dolanacaqlar)– Cənnət əhli bir şey istədikləri zaman, onların qulluğunda dayanmış gözəl, sədəf və mirvari kimi cavan xidmətçilər onlara qulluq edəcəklər. Onlarə səsləməyə də ehtiyac olmayacaq, çünki daim xidmət etmək halında olacaqlar.

7. {عَالِیهُمْ ثِیابُ سُنْدُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ...}

7. Həddən artıq gözəl olan paltar və libaslar – Qalın və nazik ipəkdən olan növbənöv gözəl libaslar cənnət əhli üçün hazırlanmışdır. Dünyada kişilər üçün istifadəsi qadağan olunmuş paltarlardan kişilər axirətdə istifadə edə biləcəklər.

8 . {...وَحُلُّوا أَسَاوِرَ مِنْ فِضَّةٍ...}

8. Zinət əşyaları(1) – (Onlar gümüş bilərziklərlə zinətləndiriləcəklər) – Hər cür zinətdən istifadə etməkdə onlar icazəlidirlər. Cənnət əhlinin qollarında gümüşdən olan bilərziklər olacaq.

9. {وَیطَافُ عَلَیهِمْ بِآنِیةٍ مِنْ فِضَّةٍ...}

9. Ən yüksək səviyyədə olan qonaqlıq – (onların dövrəsində gümüş kasalar dolandırılacaqdır)

{...وَأَکْوَابٍ کَانَتْ قَوَارِیرَا}

(və büllur qədəhlər)– İnsanın yemək yeyəndə istifadə etdiyi qabların növü çox əhəmiyyət daşıyır. Əgər ən yaxşı yeməyi çirkli bir boşqaba çəksələr, insanın iştahası qaçar. Əksinə, ən sadə yeməyi gözəl, təmiz və münasib bir boşqaba çəksələr, insanın iştahası bir neçə bərabər olar. Bu baxımdan, gözəl və gümüşdən olan zinətli qablar cənnət əhlinin ixtiyarında qoyulacaq. Əlbəttə, axirətdəki gümüş bu dünyanın gümüşündən fərlidir. Həmin gümüşlər şəffaf büllura bənzəyir.

səh:200


1- [1] . İslam, zinətdən istifadəni qadağan etməmişdir, əksinə israf və ifratın qarşısını almağa çalışmışdır. Quranda məscidə gedərkən insanın təmiz və yaraşıqlı paltarlar geyilməsinə göstəriş verilmişdir, həmçinin, məscidə gedərkən ətir vurulmasının müstəhəbliyi də bu cəhətdəndir.

10. {وَإِذَا رَأَیتَ ثَمَّ رَأَیتَ نَعِیمًا...}

10. Nemətlərin növləri – (Oranı gördükdə, (bolluca) nemət və böyük bir mülk olduğunu anlayarsan) – Cənnət əhli cənnətə daxil olduqları zaman, onların ixtiyarında qoyulmuş növbənöv nemətləri görəcəklər ki, onların vəsf edilməsi mümkün deyil.

11. {...مُلْکًا کَبِیرًا}

11. Əzəmətli mülkiyyət – Cənnətdəkilərin hər biri o qədər imkan və xidmətçilərə sahib olacaq ki, sanki müstəqil bir ölkəni idarə və ona rəhbərlik edirlər.

12. Cənnət şərablarının növləri – Allahın Quranda təkrar-təkrar xatırlatdığı məsələ cənnətdəkilərə vədə verilmiş cənnət şərabıdır. Həmin şərablar insanın əql və huşunu aradan aparmayacaq, əksinə onlara şadlıq və aramlıq bəxş edəcəkdir. “Dəhr” surəsinin ayələrində həmin şərabın üç növündən bəhs edilir:

الف) {إِنَّ الْأَبْرَارَ یشْرَبُونَ مِنْ کَأْسٍ کَانَ مِزَاجُهَا کَافُورًا}

A) Kafur şərabı – (Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər)– Saleh və yaxşı insanlar cənnətdə kafurun xoş ətri ilə qarşımış şərabdan içəcəklər. Fars dilində “kafur” sözü meyidə qüsl verərkən suya qatılan maddəyə deyilir və həmin madda antibakterioloji xüsusiyyətə malikdir. Amma ərəb dilində “kafur” sözü geniş mənada işlədilir və həmin söz bütün ətirli və xoş xoş iyili maddələrə şamildir.

Deməli, cənnətdəki kafur içkisinin xoş ətiri vardır və onu içən şəxslər onun ətirindən də ləzzət duyacaqlar.

ب) {وَیُسْقَوْنَ فیها کَأْساً کانَ مِزاجُها زَنْجَبیلا}

B) Zəncəfil (zəncəbil) şərabı – (Cənnətdə onlara (xoş ətirli) zəncəfil qatılmış camdan içirdərlər) –“Zəncəfil” sözü də ərəb dilində həm özünün məşhur mənasında işlənir, həm də xüsusi ətrə malik olmaq mənasını verir. Burada isə ikinci mənada işlənmişdir. Cənnət əhli zəncəfillə qarışdırılmış içkilərdən içəcəklər.

səh:201

ج) {...وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا}

C) Pak olan şərab – (Rəbbi onlara pak olan və (bütün kin-küdurətdən təmizləyən) pak edici bir şərab içirəcəkdir) – Cənnətdəkilərin istifadə edəcəkləri üçüncü şərab pak olan şərabdır. Allah özü həmin şərabı cənnət əhlinə içirdəcəkdir.

Üç şərab barəsində işlədilən ifadələr diqqətə layiqdir. Kafur şərabı barəsində {...یشْرَبُونَ...} (yəşribunə) sözü işlədilmişdir, yəni cənnətdəkilər öz əlləri ilə həmin şərabdan içəcəklər. Zəncəfil şərabı barəsində {وَیسْقَوْنَ...} (yəsqunə) – yəni, saqi və xidmətçilərin vasitəsi ilə içirdilmək ifadəsindən istifadə edilmişdir. Amma pak şərab barəsində isə {...سَقَاهُمْ رَبُّهُمْ...} (səqahum rabbuhum) sözü işlənmişdir. Yəni, Allah-taalanın özü həmin şərabı cənnətdəkilərə içirəcəkdir.

Pak olan şərab nədir?

Rəvayətlərin birində cənnət əhli pak olan şərabı icdikləri zaman, belə olacaqlar:

یُطَهِّرُهُمْ مِنْ کُلِّ شَیْء سِوَی اللهِ(1)

“Onların qəlblərində Allahdan başqa, mövcud olan bütün şeylər silinəcəkdir”. Cənnət əhlinin bütün varlığı Allaha məhəbbət və onu yad etməyə, həmçinin, ona yaxın olmağa şamil olacaq və Allahdan qeyrisi unudulacaq. İslam Peyğəmbəri (s) digər bir hədisdə pak olan şərabın təsiri barədə belə buyurur:

فَیُطَهِّرُ اللهُ بِهَا قُلُوبَهُمْ مِنَ الْحَسَدِ(2)

“Həmin şərabı icməklə Allah-taala onların qəlbindən həsədi tamamilə aradan aparacaqdır (cənnət əhli özlərindən dərəcə etibarı ilə üstün olanlara həsəd etməyəcəklər)”. Həsəd bəşər həyatında mövcud olan bəlalardan biridir. İnsanın öz ixtiyarında bütün imkan və

səh:202


1- [1] . “Biharul-ənvar”, c.8, səh.113.
2- [2] . Həmin yerdə, səh. 157.

vasitələrin olmasına baxmayaraq, o, digərlərinin də asudə və asayişdə yaşamasını görməyə səbir və dözüm göstərə bilmir. Həsəd insandan azadlıq, asayiş və aramlığı almaq baxımından bir zindana bənzəyir. Pak şərabın qoyduğu təsirlərdən biri insandakı bu əxlaqi çirkinliyin kökünü tamamilə kəsməkdir.

Sual: Xatırladılan ayədə bir sıra müxtəlif nemətlərdən bəhs olunmuş və hətta, onun xırdalıqları da bəyan edilmişdir. Amma bununla yanaşı, Quranda tez-tez cənnət nemətləri ilə bağlı danışılarkən, zehinə daha tez gələn bir nemət barəsində yuxarıdakı ayələrdə söhbət açılmamışdır. Bəli, sizin təxmininiz doğrudur, bu ayələrdə “hurul-eyndən” (cənnət huriləri və qadınlarından) danışılmamışdır. Görəsən, buna səbəb nədir?

Cavab: Bəzi təfsirçilər(1) belə düşünürlər ki, ayələrdə xanım Fatimeyi-Zəhradan (ə) danışıldığından, ona ehtiram etmək səbəbilə Allah-taala hurul-eynin adını çəkmir və bu özü ayələrin həzrət Əli (ə) və onun xanədanı barəsində nazil olduğunu göstərən digər bir dəlildir. Yoxsa, cənnət nemətlərindən bəhs edərkən hurul-eynin adını çəkməməyin hansı səbəbi ola bilər?

Xülasə olaraq “Dəhr” surəsinin on dör ayəsində bəyan edilən on iki nemətin əməlisalehlərə və yaxşılıq edənlərə və onların başında isə həzrət Əli (ə), xanım Fatimə (ə), imam Həsən (ə) və imam Hüseynə (ə) şamil olduğu bildirilir.

Bəhanələr və onlara cavab

İşarə

Təəssüflər olsun ki, Əhli-beytin (ə) fəzilətləri, imamət və vilayət barəsində olan bu və difər ayələrə gətirilən bəhanələr o qədərdir ki, həmin bəhanələr Quranın digər

səh:203


1- [1] . “Ruhul-məani”, c.29, səh.157.

ayələri və ya İslamın digər məsələlərinin yüzdəbiri barəsində bəyan olunmamışdır. Əlbəttə, bəhanə axtaranların hədəf və məqsədi məlumdur. Əgər onlar bu ayələrin bütövlükdə həzrət Əli (ə) və digər imamlara şamil olduğunu qəbul etsələr, onda, onların imamət və vilayətlərini də təsdiq etməli olacaqlar. Dəfələrlə dediyimiz kimi, əgər imamətin Allahın təyini ilə olduğu sübuta yetərsə, heç bir müsəlmana ən yaxşı, şücaətli və müsəlmanların ən üstününü qoyub başqasının ardınca getməsi yaraşmaz (yəni, bunun əksini edənlərin səhvliyi anlaşılar). Əgər seçimlə də olarsa, onda, ağıllı camaat ən üstün şəxsi qoyub digərinin ardınca getməməlidir. Belə bir nəticənin əldə edilməsi nəfsinə tabe və təəssübkeş olan şəxslərin istəkləri ilə uyğun gəlmir. Bu səbəbdən, onlar Əhli-beytin (ə) fəziləti ilə bağlı ayələri bu cür təfsir etməklə onu zəiflətmək istəyirlər ki, vicdanları sızlamasın. Onlar buna görə mütəlif bəhanələr gətirirlər. Həmin bəhanələrin bir neçə nümunəsinə diqqət edin:

a) “İnsan” surəsi Məkkidir (Məkkədə nazil olmuşdur)

“İnsan” surəsi Mədinədə nazil olmamışdır, əksinə məkki surələrdəndir. Bilirik ki, imam Həsən (ə) və Hüseyn (ə) hicrətin iki və üçüncü ilində Mədinədə dünyaya gəlmişlər. Nəticədə, “Dəhr” surəsi nazil olarkən bu iki şəxsiyyət hələ dünyaya gəlməmişdi. Deməli, ayənin nazilolma səbəbi (şəni-nuzul) bu surə ilə mütənasib deyil. Bu səbəbdən, bəziləri bu ayələrin nazilolma səbəbini belə şərh etmişlər:

Qara dərili qullardan biri peyğmbərin (s) xidmətinə yetişərək dedi: “Cənnətdə sizin kənarınızda olmaq isərdim. Mən qara dərili, siz isə ağ dərilisiniz və mənim bu arzumun əməldə gerçəkləşməsi çətin məsələdir.” Peyğəmbər (s) ona belə cavab verdi: “Qəm yemə!

səh:204

Qiyamət günü o qədər nurani olacaqsan ki, uzun illik məsafədən səni görəcəklər”. Sonra yuxarıdakı ayələr o qara qul barəsində nazil oldu.(1) Bir sözlə, “Dəhr” surəsinin məkki(2) olmasına diqqət etdikdə, qeyd edilən nazilolma səbəbinin surə ilə mütənasib olmadığı məlum olur.

Cavab: Birincisi, təfsirçi, mühəddis və tarixçilərin çoxu “Dəhr” surəsinin Mədinədə nazil olması fikrindədirlər və onun Məkkədə nazil olması düşüncəsini qəbul edən və həmin alimlərin əksini düşünənlərin barmaqla göstəriləcək qədər az olduğunu da deməliyik. Surənin Mədinədə nazil olduğuna etiqadlı olaraq ona dəlil gətirən alimlər iki dəstəyə bölünür:

Onlardan bir dəstəsi “Dəhr” surəsinin Mədinədə nazil olduğunu açıq-aşkar söyləmiş, digər bir dəstəsi isə həmin mətləbi deməsələr də, bizim həzrət Əli (ə) və ailə üzvləri ilə bağlı söylədiyimiz nazilolma səbəblərini ayənin altında qeyd etmişlər. Bu da surənin mədəni olduğu münasibəti ilədir.

Mərhum Qazı Nurullah Şüştəri “Ehqaqul-həqq” əsərinin 3-cü cild, səhifə 157-dən sonrakı hissısində həmin alimlərin adlarını qeyd etmişdir və biz onlardan bəzilərinə işarə edirik:

1. Zəməxşəri – Əhli-sünnənin tanınmış və məşhur təfsirçilərindəndir. O, məşhur kitabı “Kəşşaf”da “Dəhr” surəsinin mədəni olmasını təsdiqləmişdir.(3)

2. Vahidi – O da əhli-sünnənin alimlərindəndir və “Əsbabun-nuzul” əsərində həmin nəzərə üstünlük vermişdir.(4)

3. İbn Covzi – sünni məzhəbli alimlərdəndir və Dəhr” surəsinin mədəni (Mədinədə nazil edilən) olmasına

səh:205


1- [1] . “Ruhul-məani”, c.29, səh.167.
2- [2] . “Nümunə təfsiri”, c.25, səh.330.
3- [3] . “Əl-Kəşşaf”, c.4, səh.169.
4- [4] . “Əsbabun-nuzul”, səhş331.

etiqadı vardır.(1)

4. Gənci – “Kifayətut-talib” əsərində bu nəzəriyyəni seçmişdir.(2)

5. Təbəri də “Zəxairul-uqba” əsərində bu fikirdədir.(3)

6. Alusi də bu surənin mədəni olmasına etiqad bəsləyir.(4)

7. Fəxri Razi – sünni dünyasının ən məşhur təfsirçisi də həmin nəzəri qəbul etmişdir.(5)

8. Məşhur təfsirçi Qurtubi öz təfsirində aşağıdakı ifadəni qeyd etmişdir:

ذکر الثّعلبی فی تفسیره: و قال اهل التّفسیر انّها نزلت فی علی و فاطمة و جاریة لهما اسمها فضّة(6)

“Sələbi öz təfsirində belə demişdir: ““Dəhr” surəsi Mədinədə nazil olmuşdur və bütün təfsir əhli onun (surənin) həzrət Əli (ə), xanım Fatimə” (ə) və onların kənizi Fizzə barəsində nazil edildiyinə etiqadlıdırlar”.

Xülasə, işarə etdiyimiz bəzi İslam alimlərinin şəhadətinə əsasən, “Dəhr” surəsinin Mədinədə nazil edilməsində şübhə yoxdur.

İkincisi, {وَیطْعِمُونَ الطَّعَامَ عَلَی حُبِّهِ مِسْکِینًا وَیتِیمًا وَأَسِیرًا} – ayəsindən də onun mədəni olduğu anlaşılır. Çünki Məkkədə əsir yox idi və bu məsələ Peyğəmbər (s) və müsəlmanlar Mədinəyə hicrət etdiyi, həmçinin, cihad hökmü verildiyində Mədinədə meydana gəldi. Deməli “əsir” sözünün özü surənin mədəni olmasına ən yaxşı dəlildir.

Qara dərili qulla bağlı qeyd edilən nazilolma səbəbinin “Dəhr” surəsi ilə heç bir rabitə və əlaqəsi yoxdur, çünki orada əsir, yetim və miskinə təam (yemək) vermək barəsində heç bir söz danışılmır. Beləliklə, bu cür

səh:206


1- [1] . “Ət-Təzkirə”, səh.332.
2- [2] . “Kifayətut-talib”, səh201.
3- [3] . “Zəxairul-uqba”, səh.102.
4- [4] . “Ruhul-məani”, c.29, səh.157.
5- [5] . “Ət-Təfsirul-kəbir”, c.30, səh.244.
6- [6] . “Qurtubi təfsiri”, c.19, səh.19.

nazilolma səbəbi ayələr ilə müxalifdir və Qurana zidd olan məsələlər etina və qəbul olunası deyil.

b) Ev üçün vacib olan çıraq məscid üçün haramdır

Sual: Görəsən, Əlinin (ə) özü və öhdəsində olan ailəsinin yeməyini dilənçiyə verməsi yaxşı və layiqli bir iş idimi? Halbuki, Allah-taala müsəlmanlar Peyğəmbərdən (s) “biz nəyi infaq edək?”– deyə soruşduqda, onların sualını “Bəqərə” surəsinin 219-cu ayəsində belə cavablandırır: {...قُلِ الْعَفْوَ...} – yəni, öz ehtiyaclarınızı təmin etdikdən sonra artıq qalanını infaq edin.

Əgər “Dəhr” surəsinin ayələri həzrət Əli (ə) və onun ailəsi barəsindədirsə, onda, nə üçün o, yuxarıdakı ayənin xilafına əməl edərək ehtiyaclı olduğu şeyi infaq etmişdir?

Cavab: Alim adlanan bir şəxsin bu cür sözlər danışması insanda çoxlu təəccüb doğurur? Bunlar bəhanə axtaran şəxslərin bixəbər və məlumatsız olmasını nişan verir. İzah üçün “infaq” və “isar”ın fərqli məsələlər olduğunu bildiririk. Təəssüflər olsun ki, bu iradı bəyan edənlər infaqla isar arasındakı fərqi dərk edə bilməmişlər.

“Həşr” surəsinin 9-cu ayəsində ənsarın fəsfi ilə bağlı belə buyuyrulur:

{...وَیؤْثِرُونَ عَلَی أَنْفُسِهِمْ وَلَوْ کَانَ بِهِمْ خَصَاصَةٌ...}

“(Ənsar) özləri ehtiyaclı olduğu halda, onları (mühacirləri) özlərindən üstün tutanlardır (isar edənlərdir)”. Müsəlmanlardan bir dəstəsinin iradəsi o qədər möhkəmdir ki, onlar isar məqamına yetişmişlər və həddən artıq ehtiyaclı olduqları halda belə, isar edirlər.

Bu ayənin nazilolma səbəbi barəsində belə qeyd edilmişdir: “Ehtiyaclı olan bir şəxs İslam Peyğəmbərinin (ə) yanına gələrək “mən ac, ehtiyaclı və fəqir biriyəm, mənə kömək edin” – deyir. Peyğəmbər (ə) səhabələrindən birini öz evinə göndərir ki, onun işinə yarayacaq bir şey

səh:207

tapıb gətirsin və ona versinlər”. Həmin səhabə Peyğəmbərin (s) evinə gedib-qayıtdığı zaman bir şey tapmadığını bildirir. Peyğəmbər (s) səhabələrə üz tutaraq deyir: “Sizlərdən hansınız bir gecəlik bu şəxsi evində qonaq edə və onu doyura bilər?”

Səhabələrdən biri bu işi yerinə yetirə biləcəyini elan edərək həmin şəxslə birlikdə evinə getdi. O, evə çatan kimi mətbəxə baş çəkdi və xanımının ona və uşaqlarına hazırladığı yeməkdən başqa, bir şey tapmadı. O xanımına dedi ki, şam yeməyindən qabaq uşaqları yatızdır, sonra süfrəni sal. Xanımı uşaqları ac yatızdırdıqdan sonra, o, çırağı söndürdü və süfrə salındı. Ev sahibi qonaqla birlikdə şam yeməyə başladı. Ev sahibi loğmanı ağzına tərəf yaxınlaşdırır, amma yeməkdən yemirdi ki, qonaq tamamilə doysun (qonaq qaranlıqda bunu görmürdü). Bu minvalla, o və ev əhli həmin gecəni ac keçirdərək öz yeməklərini fəqirə isar etdilər.

Səhəri gün o, peygəmbərin (s) hüzuruna yetişdikdə, həzrət ondan dünən qonaqla nə etdiyini soruşdu. O, məsələni Peyğəmbərə (s) bildirdi. Peyğəmbər (s) dedi ki, sənin dünənki isarı etməyinlə bağlı mənə dünən ayə nazil edildi. Sonra o həzrət yuxarıdakı ayəni tilavət etdi.(1)

Deməli, bu şəkildə bəhanə axtarışında olan şəxslər Quranın bütün ayələrini mütaliə etməmişlər, yoxsa, onlar isarın dərəcə etibarı ilə infaqdan da üstün bir məsələ olduğundan xəbərdar olardılar. Həmçinin, bu məqama hamı nail ola bilmir və o, həqiqi möminlərin sifətidir.

Bundan əlavə, “Dəhr” surəsinin ayələrindəki məsələdə həzrət Əli (ə) bütün ailənin yeməyini deyil, təkcə öz yeməyini fəqirə isar etmişdi. Sonra xanım Fatimə (ə) də öz istək və razılığı ilə yeməyini isar etdi, ardınca da imam Həsən (ə) və imam Hüseyn (ə). Bu, Quranın tərif etdiyi

səh:208


1- [1] . “Nümunə təfsiri”, c.23, səh.262.

isarın ən son həddidir və çox dəyərli bir məsələdir.

{...قُلِ الْعَفْوَ...} – ayəsinə gəldikdə isə bu barədə iki nəzəriyyə mövcuddur. Birincisi, ayədəki {...الْعَفْوَ...} sözü ehtiyacdan artıq qalan vəsilələrdir.(1) Amma ikinci ehtimal budur ki, الْعَفْوُ هُوَ الطُّیِّبُ من المال o, alın ən yaxşı və seçilmiş qisimdir.(2) Biz malın bu qismindən ehtiyaclılara yardım etməliyik, nəinki, malın pis və istifadəyə yararsız hissəsindən. Əgər belə olarsa, biz yaxşılığa əl tapa bilmərik. Allah-taala buyurur:

{...تَنَالُوا الْبِرَّ حَتَّی تُنْفِقُوا مِمَّا تُحِبُّونَ...}(3)

“Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə, əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz”.

Deməli, {...قُلِ الْعَفْوَ...} – ayəsi istifadəyə yararsız malı deyil, yararlı və yaxşı malın seçilərək fəqirlərə verilməsini sifariş edir və bu, “Dəhr” surəsinin ayələrində işarə edilən həmin isardır. Yuxarıda qeyd edilən mətləbə diqqət etməklə {...قُلِ الْعَفْوَ...} ayəsinin “Dəhr” surəsinin ayələri ilə ziddiyyət təşkil etmədiyi, əksinə onunla həmahəng olaraq onu təsdiqlədiyi məlum olur.

c) Görəsən, “Dəhr” surəsi ümumidir, yoxsa, xüsusi?

Sual: Görəsən, yaxşılıq edənlərin sifəti ilə bağlı nazil olan və axirətdəki mükafat və nemətlərindən bəhs edən “Dəhr” surəsi təkcə həzrət Əli (ə) və onun xanım və övladlarına məxsusdurmu, yoxsa, əbrar (yaxşılıq edənlər) sifətinə malik olan bütün kəslərə şamildirmi? Əgər ikinci ehtimal düzgündürsə,(4) onda, nə üçün həmin ayələri Peyğəmbər (s) xanədanına həsr etmişlər?

səh:209


1- [1] . “Əl-Kəşşaf”, c.1, səh.262.
2- [2] . “Nümunə təfsiri”, c.23, səh.219-da birinci və ikinci ehtimal, eləcə də digər ehtimallar qeyd edilmişdir.
3- [3] . “Ali-İmran” surəsi, ayə 92.
4- [4] . Fəxri Razi öz “Ət-Təfsirul-kəbir” əsərinin 30-cu cild, səhifə 244-ündə bu nəzəriyyəni qeyd etmişdir.

Cavab: Birincisi, Bu şərif ayələrdə bəzi nişanə və qərinələr müşahidə olunmaqdadır ki, onların varlığı ilə bu ayəni bütün yaxşılıq edənlərə şamil etmək olmaz, əksinə o nişanələrə uyğun olaraq onu xüsusi dəstədən olan yaxşılıq edənlərə (əbrara) aid etmək lazımdır. Məsələn, Bu ayədə nəzir edən əbrardan danışılır və onların nəzirlərinə əməl edərkən əzəmətli bir isar etməsi və ehtiyacı olan miskin, yetim və əsirə yemək verməsi vurğulanır. Deməli, bu ayələr nəzir etməyən və yuxarıdakı əməlləri həyata keçirməyən əbrara (yaxşılıq edənlərə) şamil deyil.

İkincisi, xatırlanan ayələrin ümumi olduğunu və onun bütün yaxşılıq edənlərə şamil edildiyini fərz etsək belə, şübhəsiz ki, nazilolma səbəbi ayələrə aid olacaqdır. Həzrət Əli (ə), Fatimə (ə) onun (yaxşılıq edənlər və əbraraın) ən üstün və bariz misdaq və nümunələridir.

Xülasə olaraq “Dəhr” surəsinin ayələrinin Əhli-beytin (ə) fəziləti və xüsusən də, həzrət Əlinin (ə) imamət və vilayətini nişan verdiyini deyə bilərik.

Ayənin verdiyi mesajlar
a) Ehtiyaclılara yardım etməyin əhəmiyyəti

a) Ehtiyaclılara yardım etməyin əhəmiyyəti

On səkkiz ayənin bildirmək istədiyi əsas məsələ və onun mayası, həmçinin, on iki ədəd olan mühüm nemətlərin verilməsinə səbəb olan mətləb insanların ehtiyacı olanlara kömək etməsi məsələsidir və bu, mehriban Allahın həmin məsələyə xüsusi diqqət göstərdiyi və əhəmiyyət verdiyi məsələlərdəndir. Allah-taalanın inayət etməsinin ona da şamil olmasını istəyən kəslər ehtiyaclı və çarəsiz şəxslərə yardım etməlidirlər. Əgər bundan da irəli gedərək özlərinin ehtiyaclı olduğunu digərlərinə isar edərlərsə, şübhəsiz, Allahın xüsusi diqqətində olacaqlar. Ehtiyaclılara yardım etmək

səh:210

məsələsinin daha artıq aydın olması üçün aşağıdakı iki rəvayətə diqqət edin:

1. Həzrət Əli (ə) oğlu imam Həsən Müctəbaya xitab olaraq yazdığı məktubda belə buyurur:

وَاعْلَمْ أَنَّ اَمَامَکَ عَقَبَةً کَؤُوداً، اَلْمُخِفُّ فِیهَا اَحْسَنُ حَالا مِنَ الْمُثْقِلِ، وَالْمُبْطِیءُ عَلَیْهَا اَقْبَحُ حَالا مِنَ الْمُسْرِعِ، وَاَنَّ مَهْبِطَکَ بِهَا لاَ مَحَالَةَ اِمَّا عَلَی جَنَّة اَوْ عَلَی نَار، فَارْتَدْ لِنَفْسِکَ قَبْلَ نُزُولِکَ، وَوَطِّیءِ الْمَنْزِلَ قَبْلَ حُلُولِکَ، فَلَیْسَ بَعْدَ الْمَوْتِ مُسْتَعْتَبٌ، وَلاَ اِلَی الدُّنْیَا مُنْصَرَفٌ(1)

“Oğlum! Bil ki, qarşıda səni keçilməsi çətin və təhlükəli uçurumlar gözləyir (yəni, o uçurumları keçmək yükü yüngül olanlar üçün çox asandır, nəinki, yükü ağır olanların), həmçinin, sürəti yavaş olanların halı sürətlə oradan keçənlərin halından daha pisdir. Şübhəsiz ki, sonunda insan ya cənnətə, ya da cəhənnəmə daxil olacaqdır. Həmin dünyaya köç etməzdən əvvəl özün üçün vəsilələr və mənzil hazırla, çünki ölümdən sonra heç bir üzr qəbul olunası deyil və dünyaya qayıtmaq üçün bir yol da yoxdur”.

Belə xətərli və çətin uçurumlardan ötüb keçmək üçün məhşər səhrasında ən yaxşı azuqə və ehtiyat ehtiyaclı olanlara yardım və fəqirlərə ehsan etməkdir. Həqiqətdə, bu ehtiyat və azuqə onu dünyada təhvil verib axirətdə aldığımız zaman bizim köməyimizə çata bilər. Görəsən, belə bir müamilə və ticarətdən daha yaxşı olanı mövcuddurmu?

2. Şiə alimlərinin böyüklərindən sayılan mərhum mühəddis Kuleyni imam Sadiqdən (ə) olan hədisi “Kafi” kitabında belə nəql etmişdir:

ثَلاَثٌ مَنْ اَتَی اللهَ بِوَاحِدَة مِنْهُنَّ(2) اَوْجَبَ اللهُ لَهُ الْجَنَّهِ؛ اَلإنْفاقُ مِنْ اِقْتَار، وَالْبِشْرُ لِجَمِیعِ الْعَالَمِ، وَالإنْصَافُ مِنْ نَفْسِه،

“Üç şey var ki, əgər insan onlardan hansısa birini yerinə yetirsəa, Allah-taala cənnəti ona vacib edər. Həmin

səh:211


1- [1] . “Nəhcül-bəlağə”, 31-ci məktub.
2- [2] . “Kafi”, c.2, səh.103 (“Kitabul-iman və kufr”, “Hüsnül-bəşər” bölməsi, hədis: 2).

üç şey bunlardır: 1. Ehtiyac və əlin aşağı olduğu hallarda infaq etmək;(1) 2. (Təkcə müsəlmanlarla deyil, əksinə) dünyadakı bütün insanlarla (istər müsəlman olsun, istərsə də qeyri-müsəlman) xoş rəftar etmək;(2) 3. Özü ilə digərlərinin haqqına bir gözlə baxmaq.”

İnsanın özü və digərlərinin haqqına eyni cür yanaşma və bir gözlə baxması, çox əhəmiyyət kəsb edir və digər bir rəvayətdə belə qeyd edilmişdir:

اِنَّ اللهَ یُحِبُّ الْمَرْءَ الْمُسْلِمَ الَّذِی یُحِبُّ لاَِخیهِ ما یُحِبُّ لِنَفْسِه وَیُکِرْهُ لَهُ مَا یُکْرِهُ لِنَفْسِه(3)

“Həqiqətən, Allah özünə arzuladığı şeyi müsəlman qardaşına arzulayan və özü üçün sevmədiyi şeyi də müsəlman qardaşına istəməyən müsəlmanı sevir.”

b) Kəmiyyət əməlin meyar və ölçüsü deyil

“Dəhr” surəsindəki ayələrin verdiyi mühüm mesajlardan biri də İslamın nəzərində dəyərin ölçü və mizanının kəmiyyət və miqdarda deyil, əməlin keyfiyyət və necəliyində olmasıdır. O möhtərəm ailənin (Əhli-beytin (ə) infaq etdiyi bir neçə kiloqram arpadan başqa, bir şey deyildi, amma ixlasla olduğu və fəqət Allahın rizayətini ələ gətirmək üçün yerinə yetirildiyindən, onların əməllərinin dəyəri Quranda tayı-bərabəri olmayan nemətlərin onlara verilməsi ilə yad olundu.

Həqiqətən, İslam möcüzələr yaradaraq əməlin dəyərini bəzən min, milyon, bəzən milyard bərabər edir və hətta, onun dəyərini qiyamətə qədər artırır.(4) İnsanın ixlaslı olmasının

səh:212


1- [1] . Bəzi rəvayətlərdə bildirirlib ki, insanın yaşayışında çətinliyə düşərsə, Allahla müamilə etsin. Elə o ağır şəraitdə sədəqə versin ki, Allah onun çətinliklərinin həlli üçün bir yol açsın (“Vəsailuş-şiə”, c.6, səh.259).
2- [2] . Rəvayətdə iki məsələ insanın cənnətə daxil olmasına səbəb kimi göstərilmişdir: Əxlaq və təqva (“Kafi” kitabul-iman vəl kufr, hüsnül-bəşər bölməsi, hədis:5).
3- [3] . “Biharul-ənvar”, c.27, səh.89.
4- [4] . Məsələn, həzrət Əlinin “Əhzab” döyüşündə müşriklərin qəhrəmanı Əmr ibn Əbdüvədə vurduğu zərbə ilə ölməsi barədə Peyğəmbər (s) belə buyurur: لضربة علیّ خیر من عبادة الثّقلین Əlinin (ə) “Xəndək” döyüşündəki vurduğu zərbə bütün insan və cinlərin ibadətindən üstündür. Başqa bir ifadədə isə belə buyurur: لضربة علیّ لعمرو بن عبدود افضل من عمل امّتی الی یوم القیامة Əlinin (ə) “Xəndək” döyüşündəki Əmr ibn Əbdüvədə vurduğu zərbə (onun ölümü ilə nəticələndi) qiyamətə qədər mənim bütün ümmətimin əməllərindən üstündür.

əlaməti onun Allahdan başqa, heç kəsdən mükafat və əcr gözləməməsi, həmçinin, təşəkkürə belə ehtiyac duymamasıdır. Bəzən ixlas elə bir həddə çatır ki, insan üçün söyülmək və təşəkkür eyni bir səviyyəyə gəlir. Yəni, yaxşı əməlindən o qədər də xoşhal və sərməs olmur, nə də təhqirdən halı o qədər də dəyişmir. Xoş belə müxlis insanların halına!

c) “Dəhr” surəsindəki ayələrin şairlərin şerlərində öz əksini tapması

“Dəhr” surəsindəki ayələrin həzrət Əli (ə) və onun ailəsi barəsində nazilolma səbəbi o qədər aydın, bariz və qətidir ki, hətta, şairlərin şerlərində də öz əksini tapmışdır.

Əhli-sünnə(1) rəhbərlərindən biri olan Məhəmməd ibn İdris Əl Mütəlləbiş-Şafeinin həzrət Əli (ə) barəsində şeri var və həmin şerin bir hissəsində belə yazılıb:

اِلی مَ اِلی مَ وَ حَتّی مَتی

اُعاتَبُ فی حُبِّ هذَا الْفَتی

     وَ هَ_لْ زُوِّجَ_تْ ف_اطِ_مُ غَ_یْ_رَهُ                           وَ فی غَیْرِه هَلْ أَتی(2) «هَلْ أتی»؟

Şerin tərcüməsi: “Mən hara gedim? Nə vaxta qədər məni təqib edəcəksini? Məni Əlinin (ə) məhəbbətinə görə məzmmət edirsiniz? (Əgər belədirsə,) qəzəbi Allahın qəzəbi və razılığı Allahın razılığı olan Fatimə (ə) Əlidən

səh:213


1- [1] . O, məsum və pak xanədana həddən artıq məhəbbət bəsləmişdir və bu məhəbbət onun ardıcılları arasında da müşahidə edilməkdədir. Şafeilər şiəyə yaxın olduğu müddətdə onlar şiəyə ümumiyyətlə yaxın gəlməyərək ondan kənar gəzən vəhhabi və s. əhli-sünnə məzhəblərindən fərqli olaraq bidət və şirkdə ittiham edilirlər.
2- [2] . “Ehqaqul-həqq”, c.3, səh.158.

(ə) başqa, digər birisi iləmi evlənmişdi? “Həl əta..” surəsi (özünün bütün fəzilət və qeyd etdiyi mükafatlarla birlikdə) bəyəm, Əlidən (ə) başqa, digər biri barəsində nazil olmuşdurmu (Onda məni nə üçün Əliyə (ə) bəslədiyim məhəbbətə görə məzəmmət və tənə edirsiniz?!)?”

5. “ADƏMİN TÖVBƏSİ” AYƏSİ

İşarə

{فَتَلَقَّی آدَمُ مِنْ رَبِّهِ کَلِمَاتٍ فَتَابَ عَلَیهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِیمُ}

“(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin edildi və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır”.(1)

Bəhsə qısa bir nəzər

Yuxarıdakı ayə bir tərəfdən, həzrət Adəmlə (ə) bağlı hadisələri bəyan edir, təvəssülün şərili olmasına dəlil hesab olunur və digər tərəfdən isə, tövbə edərək Allaha doğru qayıtmağa təkid edir. Eyni zamanda, bu ayə Əhli-beytin (ə) fəziləti hesab edilən ayələrdəndir. Qeyd edilən üç mətləbdən əlavə, əhli-sünnə və şiə mənbələrində də bu ayənin Əhli-beytlə (ə) bağlılığı barəsində rəvayətlər mövcuddur və biz gələcək bəhslərimizdə onlara toxunacağıq.

Şərh və təfsir

Allaha doğru qayıdış

{فَتَلَقَّی آدَمُ مِنْ رَبِّهِ کَلِمَاتٍ فَتَابَ عَلَیهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِیمُ}

Şeytanın Adəmə (ə) vəsvəsə etməsi və cənnətdən onun xaric olmasına əmr edilməsi macərasından sonra Adəm özünə zülm etdiyinin, eyni zamanda, şeytanın tovlaması nəticəsində aram və bol nemətli mühitdən

səh:214


1- [1] . “Bəqərə” surəsi, ayə 37.

qovulduğunun və zəhmət və əziyyətlərlə dolu dünya mühitində qalmalı olacağının fərqinə varır. Bu yerdə Adəm (ə) bütün vücudu ilə qəlbinin dərinliklərindən gələn bir peşmançılıqla etdiyi xətanı düzəltmək məqsədi ilə Allaha üz tutur. Həmin anda da Allahın rəhməti onun imdadına çatır və Quranda bu barədə belə buyurulur: “Adəm Allahdan bəzi kəlmələr öyrəndi və onların vasitəsi ilə Allahdan bağışlanmaq dilədi və tövbəsi qəbul olundu.” Həmin kəlmələrin nə olması barədə gələn bəhslərimizdə geniş şəkildə bəhs sedəcəyik.

{...إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِیمُ}

“Tövbə” əslində “qayıtmaq və dönüş” mənasındadır və Quranın ifadələrində bu söz günahdan qayıtmaqla bağlı işlədilmişdir. Bu məsələ günahkar şəxsə günah nisbət verildiyi zaman həmin mənadadır. Bəzən həmin söz Allaha nisbətdə işlədilir və bu zaman Allahın rəhmətinə qayıdış mənasını verir. Yəni, günaha mürtəkib olmaqla ondan uzaqlaşdırılan rəhmət tövbə və bəndəçilik səbəbi ilə yenidən ona tərəf qaytarılır. Hər halda, yuxarıdakı cümlə (Allah rəhimli və tövbələri qəbul edən olması) Adəmin (ə) tövbəsinin qəbul olunması səbəbini bildirir.

Həzrət Adəm (ə) və Həvva (ə) hadisələrindən əldə olunan dərslər (ibrətlər)

Quranın bir neçə surəsində(1) qeyd edilən Adəm (ə) və Həvva hadisəsi özündə mühüm və diqqət olunması zəruri olan mətləbləri əhatə edir:

1. Allah-taala Adəmi (ə) “Allahın xəlifəsi” (xəlifətullah) ünvanında tanıtdırmışdır {...إِنِّی جَاعِلٌ فِی الْأَرْضِ

səh:215


1- [1] . Həzrət Adəm (ə) və Həvva hadisəsi geniş şərhlərlə Quranın “Bəqərə” surəsi, 30-cu, “Əraf” surəsi, 11-ci və “Taha” surəsi, 115-ci ayədən sonra qeyd edilmişdir.

خَلِیفَةً...}.(1) Allah xəlifəsi hansı şərtlərə (şəraitə) malikdir? Görəsən, bütün insanlar Allahın xəlifəsidirlərmi? Yoxsa, bu fəxarət libası bəzi insanların payına düşür? Bunlar barəsində diqqət edilərək tədqiq olunası və mütaliə edilməli mətləblərdəndir.

2. Mələklər etiraz ünvanında deyil, sual formasında Allahdan belə soruşdular:

“Sən yer üzərində qanlar axıdacaq bir məxluq yaratmaq istəyirsən?

{...أَتَجْعَلُ فِیهَا مَنْ یفْسِدُ فِیهَا وَیسْفِکُ الدِّمَاءَ...}(2)

Görəsən, mələklər insanın əvvəlini (sabiqəsini) haradan bildilər? Onlar bizə aid olan məlumatları necə mütaliə etmişdilər?

3. Allah mələklərə buyurdu: “Mən elə məsələlərdən xəbərdaram ki, siz onları bilmirsiniz”(3) və daha sonra adların elmini Adəmə öyrətdi və bu zaman onlardan adların elmi barədə soruşdu. Mələklər də bilmədiklərini söylədilər.

Bu zaman Allah Adəmə adların (isimlərin) elminiı mələklərə söyləməsinə göstəriş verdi və o, mələklərə bildirdiyində, mələklər Adəm barəsində səhvə yol verdiklərini anladılar. Həqiqətdə, ismlərin elmi nədir? Görəsən, Adəmin məqamının bu qədər yüksəldən məxluqatın yaranma sirri və onların adlandırılması elmi nə idi?

4. Allah-taala bütün mələklərə Adəmə səcdə etməsi əmrini verdi.

{...قُلْنَا لِلْمَلَائِکَةِ اسْجُدُوا...}

Görəsən, Adəm hansı yüksək məqama malik idi ki, bütün asiman mələklərin ona səcdə etməsinə səbəb olmuşdu? Adəmə bu qədər ehtiram qoyaraq dəyər verən məktəblə onun əslini meymun, keçi və şimpanzelərlə

səh:216


1- [1] . “Bəqərə” surəsi, 30-cu ayə.
2- [2] . Həmin yerdə.
3- [3] . “Bəqərə” surəsi, ayə 31.

əlaqələndirən məktəblər arasında nə qədər böyük fərqlər vardır?! Həmin fərq yerlə göy qədərdir.

5. Adəm və Həvva yarandıqları vaxtdan cənnətə sakin oldular. Həmin cənnət harada idi? Görəsən, dünyadakı bağlardan biri, yosa, axirət aliməndəki cənnət idi? Belə olduğu təqdirdə Adəm və Həvva oradan necə xaric oldular?

6. Necə oldu ki, Adəm şeytana aldandı? Şeytan Adəmi hansı formada tərki-övlaya (yerinə yetirməsi daha yaxşı olan işin tərki) mürtəkib elədi?

7. Qadağan olunmuş ağacın meyvısindən Adəm yeyən zaman bütün paltarları açıdı və o, lüt qaldı və nəhayət, ağacların yarpaqları ilə örtündü. Qadağan olunmuş ağac hansı ağac idi? Həmin paltarlar necə əldə olundu? Eyni zamanda, onun cinsi nə idi?

8. Adəmin paltarı əynindən açıldığı zaman şeytanın hiyləsinə aldandığını başa düşdü və bu işdən bərk peşman oldu.

9. Adəm səhv və xətasını düzəltmək üçün Allah dərgahında tövbə etməli idi və tövbənin qəbulu üçün Allah dərgahına yaxın olan bir şəxsə təvəssül etməsi zərurət təşkil edirdi. Görəsən, belə bir şəxs kim idi?

10. Adəmin tövbəsi qəbul edildi, amma o, cənnətdən çıxarıldı və o dünyada məskunlaşdı. Görəsən Adəm və onun qadınının cənnətdə məskunlaşdırılması elə əvvəlcədən müvəqqəti idimi? Yoxsa, əbədi idi, amma tərki-övla etdiyi üçün cənnətdən xaric edildi?

Qeyd edilən on mətləbin araşçdırma, mübahisə və geniş təhlilə ehtiyacı var. Amma biz burada bəhs etdiyimiz ayələrlə mütənasib olan doqquzuncu məsələni, yəni həzrət Adəmin (ə) təvəssül məsələsini araşdıracağıq.

Həzrət Adəmin təvəssülü

Adəm və Həvvaya cənnətdə məskən verildikdən sonra Allah-taala bir ağacın meyvəsindən başqa, onlara bütün

səh:217

cənnət nemətlərindən istifadə etməkdə icazə verdi. Onlar da cənnətdə oz yaşayışlarını davam etdirir və qadağan olunmuş ağaca yaxın getmirdilər. Adəmin xəlq olunması ilə ağır və bərpaolunmaz zərbə alaraq Allah dərgahından qovulan və Allahın lənəti və qəzəbinə düçar olan şeytan Adəmdən intiqam almaq fürsəti axtarırdı. Bu cəhətdən, o, Adəm və Həvvanı qadağan olunmuş ağacla bağlı vəsvəsə etməyə başladı. Məlum məsələdir ki, şeytan insanları vəsvəsə edərkən onları birbaşa günah etməyə dəvət etmir, əksinə onu insanın gözündə bəzəyib şəkilləndirərək cazibəli göstərir və insan da bəzən günahı öz şəri vəzifəsi və ibadət imiş kimi yerinə yetirməyə başlayır. Misal olaraq, günəşə pərəstiş edərək müşrik olanlar barəsində Allahın belə buyurduğunu qeyd edə bilərik:

{وَجَدْتُهَا وَقَوْمَهَا یسْجُدُونَ لِلشَّمْسِ مِنْ دُونِ اللَّهِ وَزَینَ لَهُمُ الشَّیطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِیلِ فَهُمْ لَا یهْتَدُونَ}(1)

“Mən onun (Səba hökmdarının) və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmi və beləliklə, haqq yoldan onları saxlamışdır. Buna görə də, əsla düz yolu tapa bilmirlər”.

Beləliklə, şeytan Adəmi tovlayaraq ona belə dedi: {...هَلْ أَدُلُّکَ عَلَی شَجَرَةِ الْخُلْدِ...}(2) – yəni, istəyirsənmi sənə meyvəsindən yediyin zaman cənnətdə əbədi qalacağın ağacı göstərim? Əbədiliyi istəmək, adətən, bəşərin fitrətindədir və o, məhv və fəna olmaqdan qorxur. Ölümdən qorxan kəslərin qorxusuna səbəb onu məhv olmaq kimi başa düşdükləri üçündür, amma İslam və Əhli-beyt (ə) məktəbi tərəfdarları ölümü bu dünyadan digər dünyaya körpü olduğunu bildikləri üçün ölümdən ümumiyyətlə qorxmurlar.

Şeytan cənnətdə əbədi qalmaq hiyləsi ilə Adəmə

səh:218


1- [1] . “Nəml” surəsi, ayə 24.
2- [2] . “Taha” surəsi, ayə 120.

qadağan olunmuş ağacı vəsvəsə elədi. O, Allahın göstərişindən qəflət edərək həmin ağacın meyvəsindən yedi. Adəm daha sonra şeytanın onu tovladığını başa düşdü və öz əməlindən hədsiz dərəcədə peşman oldu. Tövbə etmək niyyətinə düşdü, amma o, tövbə və təvəssül etməyin qaydasını bilmirdi. Allah təvəssül etməyin qaydasını Adəmə bildirdi və ona bəzi kəlimələr təlqin olundu. Adəm həmin kəlmələri tövbə və təvəssüldə istifadə etdi və tövbəsi qəbul olunduqdan sonra o, öz məqamının yenidən tövbələri qəbul edən Allah dərgahında geri qaytarıldığını müşahidə elədi. Həmçinin, öz tövbəsi ilə Adəm öz qədim düşməni olan şeytana yenidən möhkəm bir zərbə vurmuş oldu.

Həmin kəlmələr nədən ibarət idi?

Adəmin onun vasitəsi ilə Allah dərgahına təvəssül edərək tövbəsinin qəbul olunmasına səbəb olan həmin kəlmələrdəki məqsədin nə olması barədə müxtəlif nəzəriyyələr mövcuddur. Biz onlardan üçünü sizin diqqətinizə çatdırırıq.

1. Həmin kəlmələrdəki məqsədin nə olması barədə “Əraf” surəsinin 23-cü ayəsində buyururlur:

{...رَبَّنَا ظَلَمْنَا أَنْفُسَنَا وَإِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَکُونَنَّ مِنَ الْخَاسِرِینَ}

“Dedilər: “Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyana uğrayanlardan olacağıq”.

Həzrət Adəm və Həvva bu kəlmələrlə Allah dərgahında tövbə etdilər.(1)

2. Həmin kəlmələrdəki məqsəd Mücahidin etiqadına əsasən aşağıdakılar idi:

اَللّهُمَّ لا اِلهَ اِلاّ اَنْتَ، سُبْحانَکَ وَبِحَمْدِکَ رَبِّ اِنّی ظَلَمْتُ نَفْسی فَاغْفِرْلی اِنَّکَ خَیْرُ الْغافِرینَ. اَللّهُمَّ لا اِلهَ اِلاّ اَنْتَ، سُبْحانَکَ وَبِحَمْدِکَ رَبِّ اِنّی ظَلَمْتُ نَفْسی فَارْحَمْنی، اِنَّکَ اَنْتَ اَرْحَمُ الرّاحِمینَ. اَللّهُمَّ لا اِلهَ

səh:219


1- [1] . Mərhum Təbərsi bu nəzəriyyəni Həsən, Qütadə, Əkrəmə və Səid ibn Cübeyr kimi alimlərdən nəql etmişdir (“Məcməul-bəyan”, c.1, səh.89).

اِلاّ اَنْتَ، سُبْحانَکَ وَبِحَمْدِکَ رَبِّ اِنّی ظَلَمْتُ نَفْسی، فَتُبْ عَلَیَّ اِنَّکَ اَنْتَ التَّوّابُ الرَّحیمُ(1)

“İlahi! Səndən başqa, heç bir məbud yoxdur, sən pak və münəzzəhsən və mən sənə həmd və sitayişlə məşğulam. İlahi! Mən özümə zülm etdim, məni bağışla, sən bağışlayanların ən yaxşısısan. İlahi! Səndən başqa, heç bir məbud yoxdur, sən pak və münəzzəhsən və mən sənə həmd və sitayişlə məşğulam. İlahi! Mən özümə zülm etdim, mənə rəhm elə, sən rəhimlilərin rəhimlisisən. İlahi! Səndən başqa, heç bir məbud yoxdur, sən pak və münəzzəhsən və mən sənə həmd və sitayişlə məşğulam. İlahi! Mən özümə zülm etdim, mənim tövbəmi qəbul et, sən tövbələri qəbul edən və mehribansan”.

3. Kəlmələrdə məqsəd həzrət Məhəmməd (s), Əli (ə), Fatimə (ə) Həsən (ə) və Hüseyndir(ə). Yəni, həzrət Adəm bu beş şəxsin adına təvəssül edə və onları şəfaətçi seçərək Allah dərgahında tövbə etdi və onların bərəkətinə tövbəsi qəbul olundu.(2) Yuxarıdakı ehtimalların da düzgün olması mümkünlüyünə baxamyaraq, şiə və sünni mənbələrində üçüncü ehtimalı təsdiqləyərək ona daha artıq təkid edən çoxlu sayda hədislər mövcuddur. Yəni, həzrət Adəmin bu beş şəxsə (xəmseye təyyibə) təvəssül və dildə isə iki ehtimalda qeyd edilən sözlərlə tövbə etdiyini söyləmək mümkündür.

Qeyd etdiyimiz kimi, əhli-sünnə alimlərinin əksəriyyəti şiənin qəbul etdiyi üçüncü ehtimala daha artıq üstünlük vermiş və bu zəminədə çoxlu rəvayətlər nəql etmişlər. Biz onlardan səkkiz nəfərinə işarə edirirk:

1. Əllamə Beyhəqi, “Dəlailun-nubuvvəh”(3);

2. Əllamə İbn Əsakir, “Müsnəd”(4);

3. Əllamə Süyuti, “Durrul-mənsur”(5) təfsirində;

səh:220


1- [1] . “Ət-Tibyan”, c.1, səh.169.
2- [2] . “Məcməul-bəyan”, c.1, səh.89.
3- [3] . “Ehqaqul-həqq”, c.3, səh.76-da nəql edilənlərə əsasən.
4- [4] . Həmin yer, səh.77.
5- [5] . “Əd-Durrul-mənsur”, c.1, səh.60 (“Ehqaqul-həqq”, c.3, səh.78-də nəql edilənlərə əsasən).

4. Əllamə Süyuti, “Cəmul-cəvame”(1);

5. Əllamə Kaşifi, “Məaricun-nubuvvəh”(2) əsərində;

6. Əllamə Qubduzi, “Yənabiul-məvəddəh”(3)

7. Əllamə İbnil Muğazəli, “Mənaqib”(4)

8. Əllamə Nətnəzi, “Xəsaisul-ələviyyəh”(5) əsərlərində həmin rəvayətləri qeyd etmişlər.

Həmin rəvayətlərin bəzi nümunələrinə diqqət edin:

A) İbn Muğazəli İbn Abbasdan belə nəql edir:

سُئِلَ رَسُولُ اللهِ| عَنِ الْکَلِماتِ الَّتی تَلَقّاها آدَمَ، قال: سَئَلَهُ آدَمُ بِحَقِّ مُحَمَّد وَعَلِیٍّ وَفاطِمَةَ وَالْحَسَنِ وَالْحُسَیْنِ اِلاّ ما تُبْتَ عَلَیْهِ فَتابَ عَلَیْهِ(6)

“Peyğəmbərdən (s) həzrət Adəmə Allah tərəfindən təlqin edilən kəlmələrdəki (həmin kəlmələrlə təvəssül etmiş və tövbəsi qəbul olunmuşdu) məqsədin nə olduğu barədə soruşulduqda, o həzrət belə cavab verir: “Adəm Allahdan Məhəmmədin (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseynin (ə) haqqına xatir onun tövbəsini qəbul etməsini istəmiş və Allah da onun tövbəsini qəbul etmişdi””.

B) İbn Əsakir “Müsnəd” əsərində ikinci xəlifədən belə nəql edir:

قالَ آدَمُ: اَسْئَلُکَ بِحَقِّ مُحَمَّد وَآلِ مُحَمَّد وَآلِه اِلاّ غَفَرْتَ لی _ الی قوله× _ وَلَوْ لا هُوَ ما خَلَقْتُکَ(7)

“Adəm (Allah dərgahında tövbə edərkən) belə dedi: “İlahi! Səni Məhəmməd (s) və Ali-Məhəmmədin haqqına and verirəm ki, məni bağışla... Əgər Məhəmməd (s) və Ali-Məhəmməd olmasaydı, Adəm xəlq olunmazdı””.

səh:221


1- [1] . “Ehqaqul-həqq”, c.3, səh.78-də nəql edilənlərə əsasən.
2- [2] . “Məaricun-nubuvvəh”, ikinci rükn, səh.9 (“Ehqaqul-həqq”, c.3, səh.78-də nəql edilənlərə əsasən).
3- [3] . “Yənabiul-məvəddəh”, səh.98 (“Ehqaqul-həqq”, c.3, səh.89-da nəql edilənlərə əsasən).
4- [4] . “Ehqaqul-həqq”, c.3, səh.77-də nəql edilənlərə əsasən.
5- [5] . Həmin yerdə, səh.78.
6- [6] . Yenə orda, səh.76.
7- [7] . “Ehqaqul-həqq”, c.3, səh.77.

Ömər ibn Xəttab bu rəvayəti Peyğəmbərə (s) nisbət verməsə də, bu elə bir mətləb deyil ki, Peyğəmbər (s) və ya imamdan başqa, kimsə ondan xəbərdar ola bilsin. Deməli, bu məsələni o, hökmən, Peyğəmbərdən (s) eşitmiş idi.

C) Əllamə Nətnəzi, “Xəsaisul-ələviyyəh” əsərində Mücahiddən belə nəql edir:

اَنَّ الْکَلِماتِ الَّتی تَلَقّاها آدَمُ مِنْ رَبِّه اَللّهُمَّ بِحَقِّ مُحَمَّد وَعَلِیٍّ وَفاطِمَةَ وَالْحَسَنِ وَالْحُسَیْنِ اِلاّ تُبْتَ عَلَیْهِ فَتابَ اللهُ عَلَیْهِ(1)

“Adəmə Allahdan təlqin olunan kəlimələr belə idi: “İlahi! Məhəmməd (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) xatirinə mənim tövbəmi qəbul et. Allah da onun tövbəsini qəbul etdi””.

Bu rəvayətin ardınca həzrət Adəmin tövbəsi qəbul olunduqdan sonra özünə üzük hazırladığı və onun qaşında həzrət Məhəmmədin (s) adını “Rəsullullah” və həzrət Əlinin (ə) adını isə “Əmərəl-möminin” ünvanında həkk etdiyi nəql edilmişdir.

Bir sözlə, şiə və sünni kitablarında qeyd edilən çoxlu sayda rəvayətlərə uyğun olaraq (bizim nəzərinizə çatdırdıqlarımız həmin rəvayətlərin çox az bir qismi idi) həzrət adəmə təlqin edilən və onun vasitəsi ilə təvəssül edərək tövbəsi qəbul olunan kəlmələrdəki məqsədin “Xəmseye təyyibə” yəni, Əhli-beytin (ə) adları olduğunu deyə bilərik.

Görəsən, bu məqam varlıq aləmində (dünyada) məsum və pak Əhli-beytdən (ə) başqa, hansısa bir şəxs üçün təsbit edilmişdirmi?! Bu böyük fəzilətin özü onların insanlardan daha üstün olduğuna dəlalət etmirmi?! Əgər onlar insanların ən üstünüdürlərsə (elə ən üstünüdürlər) və Allah da Peyğəmbərə (s) xəlifə təyin etmək istəyərsə, Allahın hikməti ən üstün olan fərdləri qoyub digərlərini Peyğəmbərin (s) canişini ünvanında seçməyə icazə verərmi (uyğun gələrmi)?! Əgər camaat da seçim etmək

səh:222


1- [1] . “Ehqaqul-həqq”, c.3, səh.78.

istəsə, əql üstün şəxsləri qoyub digərlərini seçməyi qəbul edərmi?! Qəzavət etməyi sizin öhdəsnizə qoyuruq.

Görəsən, təvəssül etmək şəri bir məsələdirmi?

Təəssüflər olsun ki, Məkkə və Mədinə kimi müsəlmanların ziyarətgahı olan bu iki şəhər quru və sərt əqidələrə sahib vəhhabilərin əlinə keçmişdir. Onlar ziyarətə gələrək Peyğəmbər (s) və Bəqidə olan digər məsum imamların qəbirlərinə təvəssül etmək istəyən şəxslərə mane olurlar, çünki onlar təvəssül məsələsi ilə sərt şəkildə müxalifət edir və ona qadağa qoyurlar. Görəsən, onların öz etiqadlarını digər müsəlmanlara, hətta, sünnilərin özlərinə belə qəbul etdirməyə nə haqları (ixtiyarları) vardır? Əgər belə bir haqqa malikdirlərsə, onda, nə üçün bütün müsəlmanları əlibağlı namaz qılmağa məcbur etmirlər?

Bu suallar Məkkə və Mədinəyə ziyarət gedən bütün müsəlmanların soruşduğu, amma ona cavab tapmadığı suallardır. Bəli, vəhhabilər təvəssül məsələsi ilə şiddətli şəkildə müxalifdirlər və onu tövhidə zidd və bir növ, şirk hesab edirlər. Bəhsimiz təvəssül məsələsinə yetişdiyi üçün onun şəri olması ilə bağlı Quran ayələri və məsum imamlaın rəvayətlərindən dəlillələr gətirərək bu barədə kamil və hərtərəfli söhbət açmaq istəyirik.

Təvəssülün növləri (qisimləri)

Təvəssülün müxtəlif qisimləri vardır:

1. Bəzən təvəssül edərkən bizim xitab etdiyimiz şəxs Peyğəmbər (s) və ya imamdır. Təvəssül duasında gələnləri buna misal göstərmək olar. Həmin duada imamların hamısına bir-bir təvəssül edərək onların Allah dərgahında məqamları olduğu üçün bizə şəfaətçi olmasını istəyirik. Həqiqətdə, bu formadakı təvəssüllə biz Allahdan hacət istəyir və o şəxsiyyətləri vasitəçi kimi seçirik.

səh:223

2. Bəzən bizim xitab etdiyimiz Allah-taaladır və biz bu zaman Allahı onun dərgahında xüsusi ehtiramı olan bir şəxsin haqqına and veririk ki, bizim hacətimizi qəbul etsin. Buna misal olaraq, həzrət Adəmin Allah dərgahında etdiyi təvəssülü göstərə bilərik:

اَللّهُمَّ یا حَمیدُ بِحَقِّ مُحَمَّد وَیا عالِیُ بِحَقِّ عَلِی وَیا فاطِرُ بِحَقِّ فاطِمَةَ وَیا مُحْسِنُ بِحَقِّ الْحَسَنِ وَیا قَدیمَ الاِْحْسانِ بِحَقِّ الْحُسَیْنِ

Bu qisimdən olan təvəssüldə də Allahdan hansısa bir hacət istənilir və əzəmətli şəxslərdən kimsə vasitə seçilir.

3. Üçüncü qisimdən olan təvəssüldə də xitab edilən Allahdır və biz onun dərgahında abırı olan şəxsləri Allaha and veririk ki, bizim hacətimizi qəbul və çətinliklərimizi həll etsin. Məsələn belə deyirik: “İlahi! Səni İslam Peyğəmbərinə (s), Qurana və digər müqəddəs olan kəslərə and verirəm, mənim hacətimi qəbul et”.

Vəhhabilər təvəssülün hər üç növünü haram və onu şirk bilirlər. Vəhabi böüklərindən bir neçəsinin dediyi sözlərə diqqət edin:

1. Məhəmməd ibn Əbdülvəhhab öz tövhid kitabında (halbuki, kitaba şirk adını versək daha yaxşıdı, çünki başdan-ayağa şirkdir) belə deyir:

اِنَّ هذا الشرک الاکبر(1)

“Bu (təvəssül), Allaha qoşulan ən böyük şirkdir”

2. Sənani adlı digər vəhhabi alimi deyir:

من توسّل بمخلوق فقد اشرک مع الله غیره و اعتقد مالا یحلّ اعتقاده(2)

“Allahın məxluqlarından birinə təvəssül edən şəxs Allaha digər bir şəxsi şərik qoşmuş və başqa bir kəsə etiqad bəsləmişdir ki, ona etiqad düzgün deyil”.

3. İbn Teymiyyə vəhhabi təfəkkürünün əsas təməlini qoyanlardan biri belə deyir:

من توسّل بعظیم عندالله... فهذا من افعال الکفّار و المشرکین(3)

səh:224


1- [1] . “Kəşful-ertiyab”, səh.301-də nəql edilənlərə əsasən.
2- [2] . “Təthirul-etiqad” (“Kəşful-ertiyab”, səh.301-də nəql edilənlərə əsasən).
3- [3] . “Kəşful-ertiyab”, səh.302.

“Allah dərgahında əzəmətli olan bir şəxsə təvəsül edən kəsin əməli kafir və müşriklərin (bütlərə pərəstiş etməsi) əməlinə bənzəyir”.

Uzun sözün qısası, vəhabiyyət əqidəli şəxslər təvəssülü şirk hesab edir və İslamda yoldan çıxmış bu azğınlar Allah evinin ziyarətçilərini “şirk” və “bidət” bəhanəsi ilə incidirlər.

Tövhidin təfsiri və onun yüksək mərtəbəsi

Təvəssülün tövhidlə heç bir ziddiyyətinin olmamasının aydınlaşması üçün əvəlcə, tövhidi təfsir etmək və onun yüksək mərtəbəsinin nə olduğunu başa düşmək lazımdır. Bizim etiqadımıza əsasən, tövhid dinin əsas sütunudur və onun bütün işlərdə təsirli rolu vardır. Allah birdir və Peyğəmbərlər də bir məsələyə doğru insanları dəvət etmişlər. Qiyamət günü bütün insanlar eyni bir gündə məşhərdə olacaq, müsəlmanların qibləsi bir olan Kəbədir, bütün müsəlmanların Quranı birdir. Xülasə, tövhid bizim üsul və füruid-dinimizdə cərəyanda olan əsas məsələlərdəndir. Bu baxımdan, tövhid sadəcə üsuli-dinin bir təməli deyil, əksinə bütün üsul və füruid-dində təsirlidir. O, təsbehin ipinə bənzəyir, yəni təsbeh dənələrini bir-biri ilə əlaqələndirir və əgər tövhid olmasa, din gerçəkləşə və reallaşa bilməz. Həmçinin, təsbehin ipi olmasa, təsbeh də forma və şəkil ala bilməz. Deyilənləri nəzərə alaraq, tövhidlə ziddiyyət təşkil edən bütün məsələləri biz də qəbul etmirik.

Tövhidin qisimləri

Tövhidin müxtəlif şaxələri vardır və biz onun ən mühüm olan dörd qisminə işarə edirik:

1. Zatda tövhid (tövhidie zat) – yəni, Allahın zatı birdir. Bu məsələ onun iki yox, bir olması mənasında deyil. Birinci təfsirə əsasən, onun tayı və bənzəri təsəvvür olunmazdır, lakin ikinci təfsirə əsasən, xaricdə vücudu (nümunəsi)

səh:225

olmasa da, ona tay və bənzər təsəvvür etmək mümkündür. Bu cəhətdən, “İxlas” surəsinin birinci ayəsində {قُلْ هُوَ اللَّهُ أَحَدٌ} onun heç bir tayı və bərabəri olmadığı,

{وَلَمْ یکُنْ لَهُ کُفُوًا أَحَدٌ} eyni zamanda, təsəvvürünün də qeyri-mümkünlüyü təfsir olunur.

2. Sifətdə tövhid (tovhide sifat) – Allahın bütün sifətləri bir həqiqətə qayıdır. Allahla bağlı onun elm sifəti qüdrət sifətindən, qüdrət sifəti şücaət, əzəli olması da elm, qüdrət və şücaət sifətindən ayrı deyil. Amma insan üçün onun elminin ruhunda, qüdrətinin qollarında və məhəbbət və hislərinin isə qəlbində olduğunu demək mümkündür. Biz Allahla bağlı belə deyə bilmərik və onun elmi, qüdrəti və digər sifətlərinin hamısı sadəcə onun bir olan zatına qayıdır, yəni qüdrət də, elm və həyat da onun zatındadır.

3. Feli tövhid (tovhide əfali) – Aləmdə baş verən bütün fel və işlər Allah tərəfindəndir və onun icazəsi olmadan heç bir şey təsirli deyil:

(مُؤَثِّرَ فِی الْوُجُودِ اِلاَّ اللهُ) – yəni, od yandırmaq qabiliyyətinə malikdirsə, bu, Allahın əmri ilədir. Məsələn, həzrət İbrahimi (ə) oda atdıqları zaman atəş onu yandırmadı, çünki belə bir icazə oda verilməmişdi. Eyni zamanda, əgər su da odu söndürürsə, bu da Allahın izni ilədir ki, su oda təsir edə bilir.

Bizim görə bildiyimiz işlər də Allahın icazəsi ilədir. Yəni, Allah bizə seçim edə bilmək üçün ixtiyar vermişdir. Bizə əta olunan əql, ixtiyar və qüdrət Allah tərəfindədir və hamısı Allahın zatına qayıdır. Deməli, mütəqil şəkildə təsirli ola bilən kəs Allahdır və digər səbəblər Allahın iradəsinə tabedir.

4. İbadətdə tövhid (tovhide ibadət) – İbadət və pərəstiş yalnız Allaha məxsusdur və ondan başqa, heç bir varlıq ibadət və pərəstişə layiq deyil. Məsələn, şiələrdən hansısa birinin pak və mütəhhər imamlardan birini ziyarət edərkən hərəmin astanasını öpməsi, həqiqətdə, onun – nəuzubillah – imama səcdə etməsi deyil, əksinə Allaha şükür səcdəsi yerinə

səh:226

yetirməsinə bənzəyir ki, belə bir tofiqi Allah onlara nəsib etmişdir. Şiələrdən heç biri Allahdan başqa, digər mövcudları sitayiş və pərəstişə layiq bilmir və ondan başqasına da səcdə etmir. Bis bəzilərinin yanlış anlamasının və bu məsələdən mənfi məqsədlə istifadə etməsinin qarşısını almaq və Allahdan başqasına pərəstişin düzgün olmadığını bildirmək üçün həmin hallarda da şükür səcdəsi etməmələrini tövsiyə edirik. Bir sözlə, ibadət tək olan Allaha məxsusdur.

Yuxarıda qeyd edilən dörd şaxə tövhidin əsil qisimləridir. Eyni zamanda, tövhidin hakimiyyət(1), şəriət göndərilməsi(2), malikiyyət(3) və s. buna bənzər digər növləri də vardır.(4) Söylədiklərimiz tövhidin həqiqəti idi və belə etiqadlara malik olan hər bir müsəlmanın tövhidi kamildir. Tövhid və şirkdən dəm vuran vəhhabilər şiələrin imamları tərəfindən təlim verilən bu cür mətləbləri dərk etmirlər. Bu səbəbdən, digərlərini daimi olaraq şirkdə ittiham edirlər.

Əşairə və onların feli tövhidlə bağlı yanlış təfsiri

Əhli-sünnə məzhəblərindən olan əşairə feli tövhidlə bağlı məsələləri düzgün təhlil edə və düzgün nəticələr əldə edə bilmədiklərindən, cəbrə (məcburiyyətə) etiqad bəsləmiş və insanları iradə və ixtiyarsız olaraq tanıtdırmışlar. Onlar

səh:227


1- [1] . “Hakimiyyətdə tövhid” məsələsində məqsəd bütün hökumətlərin camaat tərəfindən deyil, Allah tərəfindən olmasıdır. Camaat əgər seçki məsələlərində meydanda görsənir və onlara əhəmiyyət verilirsə, bu da Allahın əmri ilədir.
2- [2] . “Şəriətin göndərilməsindəki tövhid”in mənası təkcə Allahın qanunverici olması məsələsidir və Allah qanunlarından qaynaqlanan bütün qanunlar şəridir.
3- [3] . “Malikiyyətdə tövhid”in mənasə həqiqi malikin sadəcə Allah olmasıdır və “o, əmanət olaraq müəyyən müddət üçün bizə verilmişdir. Sahib olduğumuz hər bir şey Allaha məxsusudur və bir məhdud bir vaxt üçün bizə verilmişdir.
4- [4] . Tövhidin geniş şərhlərlə verilmiş digər şaxələri barədə məlumat almaq üçün “Quranın mesajları” kitabının 4-cü cildini mütaliə edin.

elə düşünmüşlər ki, əgər insan ixtiyar sahibi olarsa, bu, feli tövhiddə şirkə gətirib çıxarar. Halbuki, onların cəbrə etiqadlı olması bütövlükdə nübuvvət, qiyamət, ibadət və imaməti sual altına aparır. Həqiqətən də, əgər insanlar irdəsiz və bütün iş və əməllərində məcburdursa, onda, qiyamət gününün sorğu-sualında hansı məna var?

Günahkarların cəzalandırılması və Allahın yaxşı bəndələrinə mükafat verilməsini belə olduğu halda, necə izah etmək olar? Onda, belə çıxır ki, nə günühkar öz günahında ixtiyara sahib olmamışdır, nə də itaət edən öz itaətində və onlardan heç biri cəza və mükafata layiq deyildir. Əgər cəbr məsələsini qəbul etsək, onda heç bir məhkəmə cinayətkarı cəzalandırmamalıdır, çünki həmin şəxs cinayəti öz ixtiyarı ilə eləməyib.

Siz odun günahsız bir insanı yandırdığı və dərya sularının da bir insanı boğduğu üçün onları mühakimə edə bilərsinizmi? Həmçinin elektirik cərəyanının günahsız birini öldürdüyü üçün onu ittiham edə bilərsinizmi?

Aydın məsələdir ki, bu sualların cavabı mənfidir və belə bir mühakimə gülməlidir. İxtiyar və iradəyə malik olmyan insan da od, su və s. kimi etdiyi günahlara görə mühakimə olunmaq qabiliyyətinə sahib deyil.

Maraqlı burasındadır ki, bu nəzəriyyə tərəfdarları əməldə öz etiqadlarının əksinə rəftar edir və kimsə onlara şillə vursa, oğru evlərinə girib nəyi isə oğurlasa, o dəqiqə qazıya şikayət edərlər, halbuki, insanlar iradəyə malik olmasalar, onlara etiraz və onlardan şikayət etmək olmaz. Bu məsələ cəbrə etiqad bəsləyənlərin sözləri ilə əməlləri arasında mövcud olan ən mühüm ziddiyyətdir.

Yəqin ki, möhtərəm oxucu bunun sadəcə bir nəzəriyyə olduğunu və həiqətdə tərəfdarlarının olmadığını düşünür. Amma təəssüflər olsun ki, belə batil bir nəzəriyyəni ciddi şəkildə müdafiə edənlərin olduğunu və bu sahədə yazılan

səh:228

bir sıra kitab və əsərlərin mövcudluğunu elan etməliyik.

Belə insanlar feli tövhidi yaxşı izah edə bilmədiklərindən, cəbrə üz gətirmiş və Allahın insana iradə və ixtiyar verdiyini unutmuşlar. Biz Allahın insana iradə və ixtiyar verdiyini və insanların işlərini ona əsasən yerinə yetirdiyini dediyimiz zaman, bu məsələlər Allaha qayıdır və feli tövhidə heç bir zərbə dəymir.

Əşairə və cəbrə etiqad bəsləyənlər aləmdəki səbəblərin də inkarçısına çevrilmişlər. Onlar deyirlər ki, od yandırmır, həqiqətdə, Allah yandırır. Həmçinin, “əslində daş şüşəni sındırmır, elə ki, daş şüşəyə yaxınlaşır, Allah onu sındırır”. kimi əqidəyə sahibdirlər.

Bəli, onlar bu qədər sadə və aydın olan bir məsələni feli tövhidi yanlış anladıqlarından inkar etmişlər. Nəticədə, feli tövhidin insanın ixtyar və iradəsi, həmçinin, səbəblər aləmi ilə heç bir ziddiyyəti yoxdur, çünki iradə və səbəblərin hamısı Allaha məxsusdur. Allah insana əql, qüvvə və qüdrət, iradə və ixtiyar, eyni zamanda, seçim edə bilmək vermişdir. Bütün bunlar Allah tərəfindən olduğu üçün işlərin hamısını Allah yerinə yetirir. Bununla belə, insan seçim etdikləri müqabilində məsuliyyət daşıyır.

Mətləbin daha da aydın olması üçün bu misala diqqət yetirin:

Bir ata övladının ixtiyarında xərcləməsi üçün pul qoyur. Bununla yanaşı, ata həmişə övladının yanındadır, istədiyi zaman verdiyi pulu ondan geri ala bilər. Burada övladın pulu xərcləməsi və aldığı şeylərdə məsuliyyət daşımasına baxmayaraq, pul ataya məxsusdur. Deməli, ixtiyar və iradənin feli tövhidlə heç bir ziddiyyəti yoxdur və onu ifrat şəkildə və şirkəqarışmış kimi tanıtmaq lazım deyil.

Görəsən, təvəssül tövhidlə uyğun gəlirmi?

Sual: Nə üçün vəhhabilərin əqidəsində təvəssül şirk

səh:229

hesab edilir? Görəsən, təvəssül tövhidin hansı qismi ilə uyğun gəlmir? Bəyəm, təvəssül sifət və zatdakı tövhidlə uyğun gəlmir? Şübhəsiz ki, təvəssül tövhidin heç bir qismi ilə uyğunsuzluğu yoxdur.

Görəsən, təvəssül iabadətdəki tövhidlə bağlı problem yaradır? Əgər cavab müsbətdirsə, deməliyik ki, vəhhabilər çox böyük səhvə yol verirlər. Çünki şiələr Peyğəmbər (s), imamlar (ə) və Qurana təvəssül etdiklərində bütpərəslər bütlərə sitayiş edərək onları özlərinə şəfaətçi və vasitə bildikləri kimi, onlardan heç birinə pərəstiş etmirlər. Əksinə biz onlardan ahiş edirik ki, Allah yanındakı etibar və abırlarından istifadə edərək bizim çətinliklərimizin həllini Allahdan istəsinlər. Deməli, bizim təvəssül məsələmizlə bütpərəslərin bütlərə sitayiş etməsi arasındakı fərq tamamilə aydındır və şiələri bütpərəstlikdə ittiham edənlər, həqiqətdə, insafsız kəslərdirlər. Biz daş və ağaca ibadət etməklə Allah yanında üstün məqamları olan Peyğəmbər (s), imamlar (ə) və Qurana təvəssül etməyin müqayisə olunmayacaq şəkildə olduğunu söyləmək istəyirik. Nəticədə, təvəssülün zat, sifət və ibadətdəki tövhidlə heç bir ziddiyyətinin olmadığını bildiririk. Vəhhabilərin onu tövhidə zidd kimi dəyərləndirməsində məqsədi nədir? Görəsən, onlar təvəssülü tövhidin hansı qismi ilə zidd bilirlər?

Cavab: Vəhhabilərin təvəssülü şirk hesab etməsi onun feli tövhidlə zidd olduğunu düşünmələridir. Çünki Peyğəmbər (s) və imamlara (ə) təvəssül edərək onlardan hansısa bir hacətin yerinə yetirilməsi və çətinliyin həllini istəməklə Allahdan başqasının işlərdə təsirli olduğuna etiqad bəsləmiş olurlar. Bilirik ki, təsirli olan fəqət Allahdır və kimsə Allahdan başqasının varlıq aləmində təsirli olduğuna etiqadlı olarsa, o, müşrik hesab edilər.

Biz bu məsələnin cavabında deyirik: “Şiə Peyğəmbər, imam və Qurana təvəssül etdiyində həmin şəxslərin Allah

səh:230

dərgahında müstəqil olaraq təsirli deyil, əksinə Allahın izni ilə təsir edə bildiklərini düşünürlər ki, bu da feli tövhidlə heç bir ziddiyyətə malik deyil. Bəli, biz Peyğəmbər (s) və imamların (ə), nəuzubillah, müstəqil şəkildə təsirli olduğunu desəydik, onda, şürkə yol vermişdik. Amma heç kəs belə bir şey söyləmir. Əgər biz Peyğəmbərin (s) şəfaətçi olaraq Allah dərgahında bizim çətinliklərimizin həllini istəməsini söyləyiriksə, bu, şirk deyil, əksinə tövhidin özüdür”. Bu məsələ Quranda öz əksini tapmışdır. Hər halda, vəhhabilər Qranı qəbul edirlər. “Ali-İmran” surəsinin 49-cu ayəsi onların iddi və ittihamlarına titarlı bir cavabdır. Bu ayənin icmali şərh və təfsirinə diqqət yetirin:

{...أَنِّی قَدْ جِئْتُکُمْ بِآیةٍ مِنْ رَبِّکُمْ...}

Həzrət İsa Məsih (ə) Bəni-İsrail camaatına deyir ki, mən Allahın Peyğəmbəriyəm və Allah tərəfindən sizin üçün möcüzə və nişanələr gətirmişəm. Daha sonra o, möcüzənin növünə işarə edir:

1. {...أَنِّی أَخْلُقُ لَکُمْ مِنَ الطِّینِ کَهَیئَةِ الطَّیرِ فَأَنْفُخُ فِیهِ فَیکُونُ طَیرًا بِإِذْنِ اللَّهِ...}:

1. Mənim möcüzələrimdən biri torpaqdan quş heykəli düzəldərək ona üfürməyimdir Mən ona üfrdüyümdə, gildən olan heykəl həqiqətən də canlı quşa cevrilər. Amma bunların hamısı Allahın izni ilə gerçəkləşir. Yəni, mən müstəqil şəkildə təsirli və yaradan deyiləm, əksinə mənim yaratmağım Allahın izni ilədir. Mən sadəcə həmin heykələ nəfəsimi üfürürəm və o, Allahın əmri ilə quşa çevrilir.

2. {...وَأُبْرِئُ الْأَکْمَهَ وَالْأَبْرَصَ وَأُحْیی الْمَوْتَی بِإِذْنِ اللَّهِ...}:

2. Mənim digər möcüzəm anadangəlmə kor və bərəs (cüzam) xəstəliyinə tutulmuşlara şəfa verməyim və ölüləri diriltməyimdir. Əlbəttə, bu işləri də Allahın izni və icazəsi ilə edirəm, məbada, məni Allah və ya onun oğlu adlandırasınız. Mən sadəcə bir vəsiləyəm və bütün bunlar Allaha məxsus olan işlərdir.

3. {...وَأُنَبِّئُکُمْ بِمَا تَأْکُلُونَ وَمَا تَدَّخِرُونَ فِی بُیوتِکُمْ...}:

səh:231

3. Mənim Peyğəmbərliyimə dəlil olan üçüncü möcüzəm sizin evinizdə ehtiyat olaraq saxladığınız və yediyiniz şeyləri xəbər verməyimdir və bunların hamısı Allahın təlim verməsi ilədir.

Bu ayə təkvini vilayəti qəbul etməyən, təvəssülü inkar edən və ya onun feli tövhidlə zidd olduğunu düşünən kəslər üçün tutuarlı bir cavab və dəlildir. Deməli. Hansısa bir işi Allahdan başqasına nisbət versək və onun Allahın izni ilə təsirli olaraq baş verdiyini qəbul etsək, belə bir mətləbin tövhidlə heç bir ziddiyyəti olmaz.

Quranda təvəssül

Deyilənlərdən əlavə, Quranda təvəssül məsələsini aşkarcasına bəyan edən digər ayələr də mövcuddur. Həmin ayələrin bir neçə nümunəsinə diqqət edin:

1. “Yusuf” surəsinin 97-ci ayəsində buyururlur:

{قَالُوا یا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا کُنَّا خَاطِئِینَ}

“(Yəqubun oğlanları) dedilər: “Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən, biz səhv etmişik””.

Həzrət Yusifin (ə) həyatda olması xəbəri atası vəqardaşlarına yetişdikdə, onun qardaşları səhv etdiklərini anlayaraq tövbə etmək fikrinə düşdülər və Allahla öz aralarında atalarını vasitəçi təyin etdilər ki, o, Allah dərgahında şəfaətçi olaraq Allahdan qardaşların günüahlarını bağışlamasını istəsin. Ataları cavabında dedi:

{...سَوْفَ أَسْتَغْفِرُ لَکُمْ رَبِّی إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِیمُ}(1)

səh:232


1- [1] . “Yusif” surəsi, ayə 98. Həzrət Yaqubun (ə) həmin vaxt onların istəyini yerinə yetirməməsinə səbəb bu idi ki, hər bir şeyin öz zamanı olduğu kimi, duanın qəbul olunmasının da öz zamanı vardı və bu cəhətdən, həzrət Yaqub (ə) bağışlanmaq diləməsini gələcəyə (sonraya) saxladı. Rəvayətə uyğun olaraq həmin vaxı cümə günüə saxladı, çünki o gün duanın qəbul olunması üçün daha münasibdir. Maraqlı burasındadır ki, “Qurtubi təfsiri”, c.6, səh.3491-də həzrət Yəqubun həmin məsələni cümə günün axşamına – o gün Aşura günnə bərabər idi – salması qeyd edilmişdir (“Nümunə təfsiri”, c.10, səh.75).

“Tezliklə Allahdan sizi bağışlamasını istəyəcəyəm, həqiqətən, o, bağışlayan və mehribandır”.

Bu ayəyə uyğun olaraq, həzrət Yaqubun (ə) günahkar övladları ona təvəssül edərək Allah dərgahında onlar üçün bağışlanmaq tələb etsin. Beləliklə, bizim də İslam Peyğəmbəri (s), məsum imamlar (ə), Quran və digər möhtərəm şəxslərə təvəssül edərək onların Allah dərgahında bizim çətinliklərimizin həllini tələb etmələrini istəməyimizin nə eybi var?

2. “Nisa” surəsinin 64-cü ayəsində buyurulur:

{وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِیطَاعَ بِإِذْنِ اللَّهِ وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوکَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِیمًا}

“Biz hər bir Peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsə, sonra Allahdan bağışlanmaq istəsə və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz, Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər”.

Bu ayədə Allahın özü təvəssül etmək qaydasını camaata təlim verir. Təvəssülə icazə verən Quranın bu iki aşkar ayəsi müqabilində vəhhabilərin cavabı nədir?

Böyük şəxsiyyətlərə ölümlərindən sonra təvəssül etmək

Quran ayələri və dəlillər müqabilində qənaətbəxş cavabları olmayan kəslər tutduqları mövqeyi dəyişərək təvəssülün Peyğəmbərin (s) həyatda olduğu zamana aid olduğunu və o həzrətin ölümündən sonra isə cayiz olmadığını söyləməyə məcbur olmuşlar.

Onlar dedikləri sözlərin mənasına diqqət etməmişlər. Vəhhabilərin sözlərindən belə çıxır ki, Peyğəmbər (s)

səh:233

həyatda olduğu müddətdə şirk eləmək olar, amma o həzrətin vəfatından sonra şirk cayiz deyil. Başqa bir ifadə ilə desək, onların sözündən şirkin iki qismə bölündüyü anlaşılır:

1. İcazə verilərək mübah olan şirk; 2. İcazə verilməyən və haram olan şirk.

Görəsən, indiyə qədər hansısa bir alim belə bir söz demişdirmi? Hansısa bir müsəlmandan indiyə kimi şirkə icazə verildiyini eşitmisinizmi? Şirkin batil və qadağan olması külli əqli qaydalara əsalanır və onda istisnaya yer yoxdur. Elmi baxımdan, vəhhabilər geridə qalmış bir cəmiyyətdir və digər islami məzhəblərlə müqayisə olunmağa belə, layiq deyillər. Onlar nə Dəməşq, nə Əl-Əzhər, nə də şiə alimləri ilə müqayisə olunasə deyillər. Bundan əlavə, Peyğəmbərin (s) vəfatından sonra o həzrətdən nə əskilib ki, ona təvəssül etmək mümükün olmasın? Düzdür ki, o həzrətin cismi vəfatı ilə aradan getmişdir, amma ruh cisimdən ayrıldıqdan sonra daha da qüvvətli hala gəlir. Quranda şəhidlərin ruhu ilə bağlı bərzəx həyatının olduğu bildirlir:

{وَلَا تَحْسَبَنَّ الَّذِینَ قُتِلُوا فِی سَبِیلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْیاءٌ عِنْدَ رَبِّهِمْ یرْزَقُونَ}

“Allah yolunda öldürülənləri ölü hesab etməyin, əksinə onlar Allah dərgahında diridir və orada ruzi yeyirlər”.

Şəhidlərin ölümdən sonra Allah dərgahında diri olduğu və ruzi yedikləri və sonrakı ayəyə əsasən, dünyadakı yaxınlarının əməllərini müşahidə etdikləri halda, şəhidlərdən də üstün bir məqama sahib olan İslam Peyğəmbəri (s) ölümdən sonra həyata malik deyilmi? Şübhısiz, o həzrət bərzəxdə şəhidlərdən də üstün olan bir həyata malikdir. Bu baxımdan, müsəlmanların hamısı o həzrətə hər namazın sonunda salam göndərirlər:

اَلسَّلامُ عَلَیْکَ اَیُّهَا النَّبِیُّ وَرَحْمَةُاللهِ وَبَرَکاتُهُ

“Allahın salam və bərəkəti sənə olsun, ey Allahın Peyğəmbəri”.

səh:234

Əgər o həzrət həyatda deyilsə, nə üçün onaxitab edilərərk salam verilir? Həmçinin, bunun mənası nədir? Nəticədə, dinin böyük şəxsiyyətlərinə təvəssül etməyin cayiz olduğunu və bu məsələdə onların həyatda olub-olmaması arasında heç bir fərq yoxdur.

Rəvayətdə təvəssül

Şiə və sünni rəvayətlərində də təvəssül məsələsi geniş şəkildə bəyan edilmişdir. Ümuni mənada nəql edilən rəvayətlərin bəzi nümunələrinə işarə edirik:

1. Əhli-sünnə alimlərindən biri olan Beyhəqi Peyğəmbərin (s) xüsusi xidmətçilərindən sayılan Ənəsdən belə nəql edir:

“Peyğəmbərin sağlığında ərəblərdən biri o həzrətin yanına gələrək aşağıdakı şerlə o həzrətdən hacət istədi:

اَتَیْناکَ وَالْعُذْراءُ یُدْمی لِبانَها

 

وَ قَدْ شَغَلَتْ اُمُّ الصَّبِیَّ عَنِ الطِّفْلِ

وَ لَیْسَ لَنا اِلاّ اِلَیْکَ فِرارُنا

 

وَ اَیْنَ فِرارُ الْخَلْقِ اِلاّ اِلَی الرُّسُلِ

“Ey Allahın Peyğəmbəri! Mən çöllük və biyabandan gəlirəm, quruluq bizi lap əldən saldı. Qıtlığın şiddətindən süd verən qadınlardan süd yerinə qan gəlir. Nə qadınların sinəsində süd var, nə də əkin yerlərində bir su. Biz sənə pənah gətirmişik, səndən başqa, bir pənah yerimiz yoxdur”.

Peyğəmbər (ə) həmin şəxsin dediklərindən narahat olaraq çox təsirləndi və məscidə doğru hərəkət etməyə başladı. O həzrətin əbası narahatçılıqdan yerlə sürünürdü. Həzrət minbərə yaxınlaşaraq əllərini dua üçün asimana qaldırdı. O qədər dua etdi ki, rəhmət yağışı yağmağa başladı və beləliklə, camaat qıtlıq və quruluqdan nicat tapdı”.(1)

Qeyd olunan rəvayətə əsasən, ərəblərdən biri

səh:235


1- [1] . “Kəşful-irtiyab”, səh.310. Yağış namazı ilə bağlı geniş şərhi bizim “Yağış namazı barəsində bir təhqiq” adlı kitabımızdan mütaliə edə bilərsiniz.

Peyğəmbərin (ə) sağlığında o həzrətə təvəsül edir və Peyğəmbər (s) onu bu işdən çəkindirmir.

2. Buxari öz kitabında bu zəminədə bir hədis nəql etmişdir:

Peyğəmbər (s) zamanında camaat quruluq ili ilə üzləşməli olur və onun aradan qaldırılması üçün Peyğəmbərə (s) təvəssül edir. Peyğəmbər (s) dua edir və yağış yağır. Bu zaman o həzrət belə buyurur:

لَوْ کانَ اَبُوطالِب حَیّاً لَقَرَّتْ عَیْناهُ(1)

“Əgər Əbu Talib sağ olsaydı, bu duanın və yağış yağmasının təsiri ilə gözləri işıqlanardı (nurlanardı)”.

Peyğəmbərin (s) bu cümləsi o həzrətin besətindən (Peyğəmbərliyə seçilməsindən) qabaq Əbu Talibin camaat üçün yağış yağmasına dua etməsi və yağışın da yağmasına bir işarədir. Həmin zamanlarda Əbu Talib Peyğəmbər hələ bələkdə olarkən onu qucağına alır və ona təvəssül edərək Allahı bələdəki Peyğəmbərə (s) and verir və beləliklə, onun duası qəbul olur və yağış yağaraq camaata quruluq ilindən nicat verir. Daha sonra Əbu Talib belə bir şer deyir:

         وَاَبْیَضُ یُسْتَسْقَی الْغَمامُ بِوَجْهِه                    ثَمالُ الْیَت_امی عِصْمَ_ةٌ لِلاَْرامِ_لِ(2)

“Peyğəmbərin siması ağappaqdır və onun simasının nuruna Allahdan yağış istəyirlər. O, yetimlərin pənahı və dul qadınların himayəçisidir”.

Bir sözlə, bu rəvayətə uyğun olaraq camaat həm o həzrətin sağlığında, həm də vəfatından sonra ona təvəssül edərək hacətlərini alır və Peyğəmbər (s) onları bu işdən çəkindirmir, əksinə həmin işi yaxşılıqla yad edir və digərlərini də Əbu Talibin yağışın yağması ilə bağlı oxuduğu şerin digər beytlərini oxumağa təşviq edirdi. Bu məsələni həzrət Əli (ə) öz öhdəsinə götürmüşdü.

3. Əhli-sünnə böyüklərindən Səmhudi “Vəfaul-vəfa” adlı öz kitabında əhli-sünnənin dörd məzhəbindəki

səh:236


1- [1] . “Kəşful-irtiyab”, səh.310.
2- [2] . “Kəşful-irtiyab”, səh.311.

imamlarından biri olan Malikdən və Abbasi xəlifəsi Mənsur Dəvaniqidən aşağıdakı kimi nəql edir:

“Mənsur Dəvaniqi Peyğəmbərin (s) qəbrini ziyarət etmək məqsədi ilə xidmətçi və mühafizlərinin müşayətində Məscidun-Nəbiyə (Peyğəmbər məscidi) gəlir. Malik də orada ziyarət etməklə məşğul idi. Mənsur tez-tez öz xidmətçilərinə əmr və göstərişlər verirdi. Bu məsələ Malikin etiraz etməsinə sabəb oldu. O, Mənsura xitab olaraq dedi ki, niyə bu qədər səs-küy edirsən, bəyəm, buranın hara olduğunu bilmirsən? Bu ayəni heçoxumamısanmı?:

{یا أَیهَا الَّذِینَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَکُمْ فَوْقَ صَوْتِ النَّبِی وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ کَجَهْرِ بَعْضِکُمْ لِبَعْضٍ أَنْ تَحْبَطَ أَعْمَالُکُمْ وَأَنْتُمْ لَا تَشْعُرُونَ}(1)

“Ey iman gətirənlər! (Söhbət zamanı ədəbə riayət və Peyğəmbərin məqamına hörmət olaraq) səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın. Məbada, özünüz də bilmədən əməlləriniz puç olsun. (Çünki Peyğəmbəri incitmək əməllərin mükafatının puç olmasına səbəb olan amillərdəndir)”. Mənsur cavab verdi ki, Peyğəmbər (s) həyatda deyil və bu ayə onun sağ olduğu vaxta aiddir. Malik isə dedi:

حُرْمَتُهُ مَیِّتاً کَحُرْمَتِه حَیّاً(2)

Peyğəmbərə (s) ölümündən sonra ehtiram etmək o həzrətin həyatda olduğu zamanlardakı ehtirama bənzəyir və bu, lazım və vacibdir”.

Bu sözlərə uyğun olaraq, Peyğəmbərə istər həyatda olduğu zaman olsun, istərsə də vəfat etdiyi zamanda, ehtiram etmək lazım və vacibdir və hər iki halda o həzrətə təvəssül etmək olar.

4. Əhli-sünnənin tanınmış alimlərindən İbn Hacər – o,

səh:237


1- [1] . “Hucurat” surəsi, ayə 2.
2- [2] . “Vəfaul-vəfa”, cş1, səh.422 (“Kəşful-irtiyab”, səh.317-də nəql edilənlərə əsasən).

çox təəssübkeş bir insan olmuşdur – “Əs-Səvaiqul-muhrəqə” adlı öz kitabında şiəliyin xeyrinə olan maraqlı bir etiraf edir. Həmin etiraf Şafeinin aşağıdakı şeridir:

          آلُ النَّبِ_____یِّ ذَری_عَت____ی                                       وَ هُ__مْ اِلَیْ__هِ وَسیلَت___ی(1)

اَرْجُوا بِهِمْ اُعْطی غَداً

 

بِیَدِالْیُمْنی صَحیفَتی

“Peyğəmbər (s) ailəsi Allah dərgahında mənim üçün bir vasitə və çətinliklərimin həlli üçün təvəssül vəsiləsidir. Ümid edirəm ki, o böyük şəxsiyyətlərə təvəssülüm vasitəsi ilə əməl dəftərimi mənim sağ əlimə təqdim edərlər”.

Nəticədə, dinin böyük şəxsiyyətləri və Qurana təvəssül etməyin feli tövhidlə heç bir ziddiyyəti yoxdur və Quran ayələri və rəvayətlərdə də müsəlmanlar bu məsələyə rəğbətləndirilərək təşviq edilmişlər.

Allahdan başqasına pərəstiş etmək düzgün (cayiz) deyil

Sual: Siz ibadət və pərəstişin Allaha məxsus olduğunu və digər varlıqların buna ləyaqəti olmadığını və bu məsələnin əksinin şirk hesab edildiyini dediniz, halbuki, Quranın bəzi ayələrində Allahdan başqasına səcdə edilməsi ilə bağlı mətləblər bəyan edilib. Həmin ayələrə diqqət yetirin:

1. Həzrət Adəm (ə) və Həvvanın xəlq edilməsi ilə bağlı məsələdə Allah bütün mələklərə həzrət Adəmə səcdə etmələrini əmr edir və onlar da səcdə edirlər:

{فَسَجَدَ الْمَلَائِکَةُ کُلُّهُمْ أَجْمَعُونَ}(2)

“Bütün mələklər səcdə etdilər”. Əgər Allahdan başqasına ibadət şirk hesab olunursa, onda, nə üçün bu ayədə Adəmə səcdə edilməsinə əmr edilmişdir?

səh:238


1- [1] . “Əs-Səvaiqul-muhrəqə”, (“Kəşful-irtiyab”, səh.319-da nəql edilənlərə əsasən).
2- [2] . “Hicr” surəsi, ayə 30 və “Sad” surəsi, ayə 73.

2. Həzrət Yusifin (ə) qardaşları onun sağ olmasını bilib atalarına xəbər verdiklərində, onların hamısı Misirə tərəf hərəkət edirlər. Quranda həzrət yusifin (ə) ata, ana və qardaşlarının onun yanına gəldiklərini belə bəyan edir:

{وَرَفَعَ أَبَوَیهِ عَلَی الْعَرْشِ وَخَرُّوا لَهُ سُجَّدًا...}(1)

“Yusif ata-anasını öz taxtına çıxartdı və (o daxil olan zaman hamısı) onun qarşısında səcdəyə düşdülər” Bu ayəyə uyğun olaraq, həzrət Yaqubun (ə) övladları Yusif (ə) qarşısında səcdə etdilər. Əgər Allahdan başqasına səcdə etmək şirk hesab olunursa, bu ayəni necə təfsir etmək olar?

3. Bəni-İsrail Beytül-Müqəddəsi fəth etdiyi zaman həmin şəhərə daxil oldular və şəhərin məbədinə daxil olduqlarında onun qarşısında səcdəyə düşdülər. Allah-taala “Bəqərə” surəsinin 58-ci ayəsində bu barədə belə buyurur:

{وَإِذْ قُلْنَا ادْخُلُوا هَذِهِ الْقَرْیةَ فَکُلُوا مِنْهَا حَیثُ شِئْتُمْ رَغَدًا وَادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُولُوا حِطَّةٌ نَغْفِرْ لَکُمْ خَطَایاکُمْ وَسَنَزِیدُ الْمُحْسِنِینَ}

“(Yadınıza salın) o zaman(ı) ki, dedik: “Bu şəhərə (Beytül-Müqəddəsə) daxil olun və onun bollu nemətlərindən istədiyiniz yerdə yeyin və bu qapıdan (şəhərin, ya Məscidül-Əqsanın qapısından) səcdə halında daxil olun və “(ilahi, bizim istəyimiz) günahların tökülməsidir (bağışlanmasıdır)” deyin ki, sizin səhvlərinizi bağışlayaq. Biz yaxşı iş görənləri(n savabını) artıracağıq”.

Bir sözlə, bu ayələrdə Allahdan başqasına səcdə edildiyi bildirilir və bu ibadətdəki tövhidlə necə uyğun gəlir?

Cavab: Dediyimiz kimi, şirkin haramlığı və Allahdan başqasına səcdənin cayiz olmaması, həmçinin, ibadət və pərəstişin yalnız Allaha məxsus olması külli əqli qanunlara əsaslanır və bunda istisna mövcud deyil. Tövhidin heç bir qismində şirkə yol vermək olmaz və bu təsəvvür edilməzdir. Beləliklə, yuxarıdakı ayələrdə səcdə ibadət və pərəstiş mənasında deyil, əksinə nemətə şükür və

səh:239


1- [1] . “Yusif” surəsi, ayə 100.

Allah qarşısında təzim etmək mənasındadır.

Mələklərin Adəmə səcdə etməsi, həqiqətdə, onların Allaha səcdə etməsi idi, çünki Allah belə bir üstün dəyərli məxluq yaratmışdır. Deməli, səcdə həqiqətdə Allah üçün idi.

Həzrət Yusifin (ə) qardaşları da Allahın Yusifə verdiyi əzəmətə xatir Allaha şükür etmək və həmin neməti böyük saymaq üçün səcdə edirlər. Yusif (ə) vasitəsi ilə nlar uzun illərdən bəri itirdikləri qardaşlarını tapmış, Kənandakı çətin yaşayışdan sonra Misirə köçmüş və yaxşı yaşayış əldə etmişdilər. Bu səbəbdən, səcdəyə düşürlər. Həmin məsələ Bəni-İsrail üçün də keçərlidir. Yəni, onlar Beytül-Müqəddəsin məscidinə deyil, Allaha səcdə edirdilər.

Kəbəyə ziyarətə gələn zəvvar və müsəlmanlar camaat namazında iştirak edərkən Kəbənin ətrafında dairə əmələ gətirir və səcdə edərkən Kəbənin müqabilində olurlar. Belə olduğu halda, onlar Kəbəyə səcdə edirlər, yoxsa, keç kəs Kəbəyə ibadət etmir, əksinə Allaha ibadət üçün onun müqabilində səcdə edirlər? Deməli, səcdə hər bir yerdə, müxtəlif formalarda olmasına baxmayaraq, sadəcə Allah üçündür. Nəticədə, yuxarıdakı üç ayə tövhidin küllü qaydasından istisna olaraq ibadət hesab edilmir.

səh:240

ÜÇÜNCÜ FƏSİL.HƏZRƏT ƏLİYƏ MƏXSUS FƏZİLƏTLƏRLƏ BAĞLI OLAN AYƏLƏR

1. “LƏYLƏTÜL-MƏBİT” AYƏSİ

İşarə

{وَمِنَ النَّاسِ مَنْ یشْرِی نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ}

“İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin - səlləllahu əleyhi və alihi və səlləm - yatağında yatmış Əli əleyhissalam kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır”.(1)

Bəhsə qısa bir nəzər

“Ləylətül-Məbit” adı ilə tanınana bu ayə həzrət Əmirəl-Mömininin (ə) fəzilətləri barəsində olan ən mühüm ayələrdən biridir. Elə bir fəzilət ki, onun oxşarı İslamda heç kəs barəsində təsbit edilməmişdir. Yuxarıda qeyd edilən ayə şiələrin birinci imamının Peyğəmbərin (s) Mədinəyə hicrəti və o şəhərə doğru hərəkət etdiyi tarixi bir gecədə o həzrətin yerində yatmasına işarə edir və gələn bəhslərdə verəcəyimiz izahda biz ayənin həzrət Əlinin (ə) imamətinə də dəlalət etdiyini bildirəcəyik.

səh:241


1- [1] . “Bəqərə” surəsi, ayə 207.

Ayənin nazilolma səbəbi (şəni-nuzul)

Əhli-sünnə və şiə alimlərinin əksəriyyəti nəzərdə tutulan ayənin həzrət Əli (ə) barəsində nazilolması fikrindədirlər. Eyni zamanda, bu məsələni öz kitablarında təvatür hesab olunacaq şəkildə və geniş formada nəql etmişlər. Yəni, bu barədə o qədər çox nəql edilmişdir ki, onu inkar etmək mükün deyil.

“Ləylətül-Məbit” hadisəsi belədir:

Məkkə müşrikləri və İslam düşmənləri İslam Peyğəmbəri (s) tərəfindən bir təhlükə hiss etdikləri və onların cızdıqları planlar baş tutmadığı zaman son bir qərara gələrək üç xətərli əməliyyatı hıyata heçirməyi düşündülər. Həmin əməliyyat belə idi:

İslam Peyğəmbərini öldürmək, ya onunla heç kimin əlaqəsi olmasın deyə əbədi olaraq zindana salmaq və yaxud da o həzrəti.

Hicazdan kənar olan yerlərə sürgün etmək.(1) Qərinə və şahidlər sonunda onların bu üç məsələdən birinci və ən təhlükəlisini seçdiklərini və onu həyata keçirmək üçün qırx ərəb qəbiləsindən yardım aldıqlarını nişan verir. Hər qəbilədən bir nəfər mahir döyüşçü istədilər. Onlar gecə vaxtı Peyğəmbərin (s) evinin ətrafını mühasirəyə aldılar və o həzrət yatan yeri nəzarətdə saxladılar ki, münasib bir fürsətdə hücum edərək Peyğəmbəri (s) qətlə yetirsinlər.

Allah-taala vəhy mələyini göndərərək o həzrəti müşriklərin planlarından xəbərdar edir. Peyğəmbər (s) Məkkəni tərk etmək qərarına gəlir və o, bu xətərli və

səh:242


1- [1] . Allah-taala “Ənfal” surəsinin 30-cu ayəsində bu məsələyə işarə etmişdir. Həmin ayədə buyururlur: { وَإِذْ یمْکُرُ بِکَ الَّذِینَ کَفَرُوا لِیثْبِتُوکَ أَوْ یقْتُلُوکَ أَوْ یخْرِجُوکَ وَیمْکُرُونَ وَیمْکُرُ اللَّهُ وَاللَّهُ خَیرُ الْمَاکِرِینَ } (Ey Peyğəmbər! (Yada sal) o zaman(ı) ki, kafirlər sənin barəndə - səni həbs etmək, ya öldürmək və ya (şəhərdən) çıxarmaq üçün hiylə və biclik işlədirdilər. Onlar daim hiylə işlədirdilər və Allah da onların hiylələrinin qarşısını alırdı. Allah hiylənin qarşısını alanların ən yaxşısıdır).

şeytani plandan canını salamat qurtara bilmək üçün iki işi yerinə yetirməli idi:

Birincisi, Mədinə istiqamətinin əksinə hərəkət etməli idi, yəni Məkkənin şimalına deyil, cənubuna doğru yola düşməli idi ki, düşmənlər o həzrətin şəhəri tərk etdiyini anlamış olsalar, onu tapa bilməsinlər. İkincisi, öz yerində bir nəfəri yatırtmalı idi ki, kimsə onun olmadığından və Məkkəni tərk etməsindən xəbər tutmasın. Bu səbəbdən, o, həzrət Əliyə (ə) buyurdu ki, sən bu gecə mənim yerimdə yat. Həzrət Əli (ə) soruşdu ki, siz bu vasitə ilə siz sağ-salamat Mədinəyə gedəcəksinizmi?(1) Peyğəmbər (s) “bəli” – deyə cavab verdiyində, həzrət Əli (ə) Allah xəlifəsinin yer üzündə salamat qalacağı üçün şükür səcdəsi etdi. Bu səcdənin müqəddəs İslam şəriətində ilkin şükür səcdəsi olduğunu söyləmişlər. Peyğəmbər (s) həzrət Əlini (ə) öz yerində yatırtdıqdan sonra Məkkəni tərk edərək Mədinə istiqamətinin əksinə, yəni cənuba doğru hərəkət etdi və Sur mağarasında daldalandı. Düşmənlərin onu tapmaqdan ümidləri üzüldükdən sonra Mədinəyə yola düşərək oraya sağ-salamat yetişdi.(2)

Şübhəsiz ki, “Ləylətül-Məbit” hadisəsi həssas, təhlükəli və İslamın taleyində həlledici rola malik idi və həmin təhlükəli gecənin qəhrəmanı həzrət Əmirəl-Möminindən (ə) başqa, heç bir kəs deyildi. Peyğəmbərin (s) Mədinəyə hərəkəti zamanı Məkkə və Mədinə arasında bəhs etdiyimiz ayə həzrət Əlinin (ə) İslam Peyğəmbərinə etdiyi fədakarlıq barəsində ona nazil edilir.

səh:243


1- [1] . Diqqət edin ki, həzrət Əli (ə) öz canı üçün baş verə biləcək təhlükədən soruşmur, əksinə onu narahat edən məsələ Peyğəmbərin (s) canının qorunmasıdır. O həzrətin salamat qalacağına əmin olduqdan sonra, təhlükəyə göz yumaraq Peyğəmbərin (s) yerində yatır.
2- [2] . “Ləylətül-Məbit” hadisəsinin geniş şərhini “Furuğe əbədiyyət” kitabı, c.1, səh.417-dən sonrakı hissədən mütaliə edə bilərsiniz.

Əhli-sünnə alimlərinin etirafı

Qeyd edilən nazilolma səbəbi təkcə şiələrə məxsus deyil, əksinə əhli-sünnə alimlərinin çoxu da onu nəql etmişdir. O cümlədən, Təbəri,(1) İbn Hişam,(2) Hələbi,(3) Yəqubi(4) (onların hamısı əhli-sünnənin məşhur tarixçiləridir), əhli-sünnə fəqihlərindən Əhməd,(5) İbn Covzi(6) və İbn Səbbağ Malikinin(7) adlarını çəkə bilərik. Bunlardan da daha maraqlısı “Nəhcül-bəlağə”nin məşhur şərhçilərindən biri olan İbn Əbil Hədid mötəzilənin ustadı Əbu Cəfər İskafinin bu zəminədə söylədikləri sözlərdir. O, belə soyləyir:

قد ثبت بالتّواتر حدیث الفراش،... ولا یجحده الاّ مجنون او غیر مخالط لاهل الملّة،... و قد روی المفسّرون کلّهم: انّ قول الله تعالی: و من النّاس من یشری نفسه ابتغاء مرضات الله انزلت فی علیّ× لیلة المبیت علی الفراش.(8)

“Həzrət Əlinin (ə) Peyğəmbərin (s) yerində yatması təvatür həddə sübuta yetirilmiş və inkar olunması mümkün deyil. Divanə və məcnun, yaxud da müsəlmanlarla heç bir əlaqəsi olmayanlardan başqa, heç kəs belə bir rəvayəti inkar edə bilməz, çünki Quranın bütün təfsirçiləri “Ləylətül-Məbit” günü nazil olan {وَمِنَ النَّاسِ مَنْ یشْرِی نَفْسَهُ...} ayəsinin həzrət Əli (ə) barəsində olması ilə əlaqədar fikir birliyinə malikdirlər”.

Nəticədə, istər şiə olsun, istərsə də sünni, bütün İslam

səh:244


1- [1] . “Təbəri tarixi”, c.2, səh.99-101 (“Əl-Qədir”, c.2, səh.48-də nəql edilənlərə əsasən).
2- [2] . “Sireye İbn Hişam”, c.2, səh.291 (“Əl-Qədir”, c.2, səh.48-də nəql edilənlərə əsasən).
3- [3] . “Əs-Sirətul-hələbiyyə”, c.2, səh.29 (“Əl-Qədir”, c.2, səh.49-da nəql edilənlərə əsasən).
4- [4] . “Tarixe Yəqubi”, c.2, səh.29 (“Əl-Qədir”, c.2, səh.48-də nəql edilənlərə əsasən).
5- [5] . “Müsnəde Əhməd”, c.1, səh.348 (“Əl-Qədir”, c.2, səh.48-də nəql edilənlərə əsasən).
6- [6] . “Təzkirətu İbni Covzi”, səh.21 (“Əl-Qədir”, c.2, səh.48-də nəql edilənlərə əsasən).
7- [7] . “Fusul İbn Səbbağ Maliki”, səh.33 (“Əl-Qədir”, c.2, səh.48-də nəql edilənlərə əsasən).
8- [8] . İbn Əbil Hədid, “Nəhcül-bəlağənin şərhi”, c.13, səh.261.

alimlərinin “Ləylətül-Məbit” ayəsinin həzrət Əlinin (ə) bənzərsiz fədakarlığı barədə nazil olmasında eyni fikirə gəldiklərini söyləmək olar.

Şərh və təfsir

Bənzərsiz müamilə (ticarət)

{وَمِنَ النَّاسِ مَنْ یشْرِی نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَاللَّهُ...}

İnsanların bəzisi Allahın razılığını qazanmaqdan ötrü (çox mühüm və üstün bir məqamdır) öz canından keçərək onu müamilə edirlər.

Həmin şəxs əvvəldə qeyd etdiyimiz kimi, Əli ibn Əbutalib (ə) idi. Bu bənzərsiz müamilədə ticarət edilən mal həzrət Əlinin (ə) canı, onun alıcısı bütün məxluqatın yaradanı və malın dəyər və qiyməti isə Allahın razılığının əldə edilməsi olmuşdur.

{...وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ}

Allah-taala öz bəndələrinə qarşı rauf və mehribandır. Görəsən, Allahın insanın canını ən baha qiymətə almasından da üstün bir lütf və mehribanlığı təsəvvür etmək mümkündürmü?!

Allahla ticarət

Allahla müamilə və ticarət barəsində Quranda üç ayə mövcuddur və onları birlikdə müqayisə etdiyimiz zaman lütfdən başqa, bir şey olmadığı anlaşılır.

Birinci ayə: “Tövbə” surəsinin 111-ci ayəsində buyurulur:

{إِنَّ اللَّهَ اشْتَرَی مِنَ الْمُؤْمِنِینَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّةَ یقَاتِلُونَ فِی سَبِیلِ اللَّهِ فَیقْتُلُونَ وَیقْتَلُونَ وَعْدًا عَلَیهِ حَقًّا فِی التَّوْرَاةِ وَالْإِنْجِیلِ وَالْقُرْآنِ وَمَنْ أَوْفَی بِعَهْدِهِ مِنَ اللَّهِ فَاسْتَبْشِرُوا بِبَیعِکُمُ الَّذِی بَایعْتُمْ بِهِ وَذَلِکَ هُوَ الْفَوْزُ الْعَظِیمُ}

“Həqiqətən, Allah möminlərin canlarını və mallarını onlardan cənnətin onların olması bahasına almışdır. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürür və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu ticarət) onun öhdəsində olan – (onun əzəli elmindən başqa, həm də Lövhi-

səh:245

Məhfuzda qeyd olunmuş və ticarət sənədi kimi) Tövrat, İncil və Qur’anda (yazılmış) və haqq olan bir vəddir. Allahdan başqa, kim öz əhdinə daha vəfalıdır?! Buna görə də, etdiyiniz bu ticarətə şad olun. Budur böyük uğur və qurtuluş!”

Bu böyük ticarətdə alıcı Allah-taala, satıcı mücahid və mömin bəndələr, satılan mal möminlərin canı və onun dəyəri bərin cənnətləridir, eyni zamanda, həmin ticarətin dəyərli sənədi üç asimani kitabda (Quran, İncil və Tövrat) qeyd edilmişdir. Bu ticarət o qədər dəyərlidir ki, Allah onu “böyük qələbə” deyə xatırladır və ticarətdə iştirak edənlərə təbrik deyilir. Həqiqətən də, bu ticarət çox böyük bir ticarətdir, çünki alıcı özünə aid olan malı satıcıdan ən baha qiymətə alır. Görəsən, belə bir ticarət “böyük qələbə” olunmamalı və bunun üçün təbrik deyilməməlidirmi?!

İkinci ayə: Allah-taala “Səff” surəsinin 10-13-cü ayələrində də digər bir ticarətə işarə edir. Həmin ayələrdə buyurulur:

{یا أَیهَا الَّذِینَ آمَنُوا هَلْ أَدُلُّکُمْ عَلَی تِجَارَةٍ تُنْجِیکُمْ مِنْ عَذَابٍ أَلِیمٍ * تُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ وَتُجَاهِدُونَ فِی سَبِیلِ اللَّهِ بِأَمْوَالِکُمْ وَأَنْفُسِکُمْ ذَلِکُمْ خَیرٌ لَکُمْ إِنْ کُنْتُمْ تَعْلَمُونَ * یغْفِرْ لَکُمْ ذُنُوبَکُمْ وَیدْخِلْکُمْ جَنَّاتٍ تَجْرِی مِنْ تَحْتِهَا الْأَنْهَارُ وَمَسَاکِنَ طَیبَةً فِی جَنَّاتِ عَدْنٍ ذَلِکَ الْفَوْزُ الْعَظِیمُ * وَأُخْرَی تُحِبُّونَهَا نَصْرٌ مِنَ اللَّهِ وَفَتْحٌ قَرِیبٌ وَبَشِّرِ الْمُؤْمِنِینَ}

“Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın? Allah və onun rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir. (Əgər belə etsəniz,) Allah günahlarınızı bağışlar, sizi (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə, bağlara və əbədi (Ədn) cənnətlərindəki pak və xoşagələn məskənlərə daxil edər. Budur böyük səadət. Və sevdiyiniz başqa bir nemət(i də sizə verər və bu nemət) Allah tərəfindən (məntiq əsasında və dəlil-sübutla tarix boyunca bütün millətlərə) bir kömək və (Məkkənin fəthində və başqa işlərdə) yaxın bir qələbədir. (Ey Peyğəmbər,) möminlərə müjdə ver”.

Bu gəlirli ticarətdə də satıcılar möminlər, alıcı Allah-

səh:246

taala və satılan mal imanlı insanların canıdır. Onun dəyər və qiyməti günahların bağışlanması, cənnətə getmək, behiştin pak məskənləri, yaxın qələbə və Allahın yardımıdır (Məkkənin fəthi). Allah bu ticarəti də “böyük qələbə” adı ilə xatırlatmış və buna müvəffəq olanlara təbrik denişdir.

Üçüncü ayə: “Bəqərə” surəsinin 107-ci ayəsidir və onun şərhini əvvəldə bəyan etmişik. Bildirdiyimiz kimi, həmin müamilə və ticarətdə satıcı Əli ibn Əbutalib (ə), alıcı Allah-taala və satılan mal həzrət Əlinin (ə) canı və onun qiymət və dəyəri isə Allahın razılığı olmuşdur.

Bu üç ticarəti bir-biri ilə müqayisə

“Tövbə”, “Saff” və “Bəqərə” surələrində qeyd edilən və şərhi verilən ayələr bir cəhətdən oxşarlıq təkil edirlər. Yəni, həmin ayələrdə alıcı Allah, satıcı möminlər və satılan mal isə möminlərin canıdır. Amma satılan malların dəyər və qiyməti fərlərə malikdir. Ticarətin birində Allah möminlərin canını cənnət müqabilində alır, digər müamilədə isə qiyməti qaldıraraq bərin cənnətlərindən əlavə, orada məskənlər, günahların bağışlanması və dünyada qələbə də əta edir. Amma “Ləylətül-Məbit”lə bağlı gələn ayədəki üçüncü ticarətdə isə, ən üstün qiymət olan Allahın razılığından söhbət açılır. Aydın məsələdir ki, cənnən, cənnət nemətləri və s. bu kimi məsələlər müqabilində Allahın razılıq və rizayəti müqayisə olunası deyil. Bu baxımdan, həmin qiymət və dəyər həzrət Əlinin (ə) ruhiyyəsi ilə daha uyğundur. O həzrətin Allaha xitab olaraq söylədiyi sözlərindən bunu daha yaxşı anlamaq olar:

“İlahi! Cəhənnəm atəşi, həqiqətən də şiddətlidir, amma mən cəhənnəm qorxusuna görə sənə pərəstiş eləmirəm. Eyni zamanda, cənnət nemətləri də dəyərli və cəlbedicidir, amma mən onun iştəhasına xatir sənə ibadət etmirəm. Mən sənin ibadətə layiq olduğunu bildiyim və sənə məhəbbətim

səh:247

olduğu üçün ibadət edirəm”.(1)

Digər bir müqayisə

Həzrət Əli (ə) “Ləylətül-Məbit” günü canını böyük bir təhlükə gözləməsinə baxmayaraq, öz meyli və istəyi ilə İslam Peyğəmbərinin (s) yerində yatdı və heç bir qorxu hissi də keçirmədi. Sübh çağı Peyğəmbərin (s) evinə hücüm edən düşmənlər onun yerində həzrət Əlini (ə) görür və öz planlarının alt-üst olduğunu başa düşürlər. Onlar o həzrətə təhqiramiz sözlər deyirlər və həzrət Əli (ə) də həm özü, həm də Peyğəmbər (s) məktəbini müdafiə edərək onlara cavab verir. Həmin cümlələr onun nə qədər qeyri-adi əql, qüvvə və qüdrət, həmçinin, şücaətə malik olduğunu göstərir və biz inşallah həmin cümlələri gələn bəhslərdə bəyan edəcəyik. Amma Əbu Bəkrin də Peyğəmbərlə (s) birlikdə Məkkəni tərk edərək o həzrətlə birlikdə Sur mağarasında olduğunu və onları təqib edən düşmənlərin ayaq səslərini eşitdikləri zaman qorxunun şiddətindən rəng verib-rəng aldığını və Peyğəmbərin (s) ona təskinlik verdiyini nəql etmişlər. Bu barədə ətraflı məlumat almaq üçün həmin hədislərə müraciət edə bilərsiniz.

€

“Ləylətül-Məbit” ayəsindəki ifadələrin zərifliyi

“Tövbə” və “Səff” surələrində {إِنَّ اللَّهَ اشْتَرَی...} və {...هَلْ أَدُلُّکُمْ عَلَی تِجَارَةٍ...} kimi ifadələrlə malik olan ayələrin mənası budur ki, həmin ticarətdə alıcı olan Allah-taala satıcıları öz mallarını satmağa təşviq edərək rəğbətləndirir. Amma “Ləylətül-Məbit” ayəsindəki {وَمِنَ النَّاسِ مَنْ یشْرِی نَفْسَهُ...} ifadəsi satıcının ilkin olaraq addım atdığını və öz malını qabaqcadan satışa çıxardığını göstərir. Aydın məsələdir ki, bu ayədəki lətafət və zəriflik digərlərindən daha artıqdır. Çünki öz canını öz istəyi və ixlasına xatir fəda edərək onu satışa çıxaran şəxs atdığı

səh:248


1- [1] . “Biharul-ənvar”, c.68, səh.186 (“Quranın gözəl misalları”, c.1, səh.126-da nəql edilənlərə əsasən).

addımın dəyərli olmasına baxmayaraq, alıcının təşviqi ilə bu işi yerinə yetirən kəslə müqayisə olunası deyil. Bundan əlavə, bəhs etdiyimiz ayə (fərqləndirmə və bəzi mənasında olan) “min” {وَمِنَ النَّاسِ...} kəlməsi ilə başlayır, yəni təkcə insanlardan bəzisi belə bir qeyri-adi addımı atmağa qadirdi. Halbuki, canın müqabilində verilən cənnət və ya cəhənnəm atəşindən nicatdan bəhs edən digər ayələrdə ümumilik və hamıya məxsusluq vardır {...اشْتَرَی مِنَ الْمُؤْمِنِینَ...}.

€“Ləylətül-Məbit” ayəsinin əvvəlki ayələrlə rabitəsi

Əgər bu ayədən əvvəlki üç ayəni diqqətlə oxusaq, onda, həzrət Əlinin (ə) həmin təhlükəli gecədə gördüyü işin əzəməti və o həzrətin Peyğəmbər (s) yanındakı uca məqamı aydınlaşacaq. Bu ayələrə diqqət yetirin:

{وَمِنَ النَّاسِ مَنْ یعْجِبُکَ قَوْلُهُ فِی الْحَیاةِ الدُّنْیا...}

Münafiqlərdən bəziləri zahirdə o qədər yaxşı görsənir və şirindillidirlər ki, səni gördükləri zaman həddən artıq məhəbbət göstərirlər və onların tovlayıcı sözləri səndə təəccüb doğurur. Həqiqətdə isə onlar batində başqa cürdürlər.

{...وَیشْهِدُ اللَّهَ عَلَی مَا فِی قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ}

Allah-taala zahirdə yaxşı görsənən və yağlı dilləri olan bu münafiqlərin batinindən xəbərdardır. Onlar öz qəlblərindəkinə Allahı şahid tutmalarına baxmayaraq, İslamın ən inadkar(1) düşmənləridirlər. Bu ayədə Əxnəs ibn Şəriqə işarə edilmişdir. O, münafiq və ikiüzlü şəxslərdən idi. Zahirdə o qədər gözəl və yaxşı rəftar edirdi ki, hamını özünə cəlb edirdi. Əxnəs özünü imanlı, təqvalı bir şəxs kimi göstərsə də ən alçaq bir insan idi və qəlbində Allah və onun Peyğəmbərinə iman gətirməmişdi.(2) Allah-taala sonrakı ayədə onun münafiqlik və düşmənçiliyinin dəlilini bu cür izah edir:

{وَإِذَا تَوَلَّی سَعَی فِی الْأَرْضِ لِیفْسِدَ فِیهَا وَیهْلِکَ الْحَرْثَ وَالنَّسْلَ وَاللَّهُ لَا یحِبُّ الْفَسَادَ}

səh:249


1- [1] . لَدُودْ –kəlməsi inadkar mənasını verir və ayədəki اَلَدُّ الْخِصَامِ cümləsi İslamın ən inadkar düşməni mənasındadır.
2- [2] . “Nümunə təfsiri”, c.2, səh.43.

Əxnəs və onun kimilərinin münafiq və ikiüzlüllüklərinə səbəb sənin yanından ayrıldıqları zaman Allahın fəsadı sevmədiyini bildikləri halda, yer üzündə fəsad törətmək,

əkin sahələri və mal-qaranı məhv etmək üçün çalışmalarıdır.(1) Əlbəttə, {...تَوَلَّی...} sözünün vilayət və hakimiyyət mənasında olma ehtimalı da mövcuddur, yəni belə insanlar qüdrət və hakimiyyət əldə etdiklərində, yer üzündə fəsad törədərək əkin sahələri və mal-qaranı aradan aparır və hər yerə fəsad toxumu səpirlər.

Münafiq olan Əxnəs də müsəlmanların məntəqəsinə daxil olaraq orada fəsad törətməyə başlayır. O, müsəlmanların əkin sahələrini viran edərək mal-qarasını da məhv edir.(2) Amma Peyğəmbərin (s) hüzuruna yetişdikdə, yağlı dilini işə salmağa başlayır.

{وَإِذَا قِیلَ لَهُ اتَّقِ اللَّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالْإِثْمِ فَحَسْبُهُ جَهَنَّمُ وَلَبِئْسَ الْمِهَادُ}

Belə münafiq şəxslərə Allahdan qorxun və bu cür insanlığa zidd olan əməllərə mürtəkib olmayın deyilən zaman, bir sözlə, kimsə onlara nəhy əz münkər və əmr be məruf edən vaxt onlar qulaq asmamaqla yanaşı, öz pis əməllərini daha da artırır, təkəbbür, inadkarlıq və təəssübkeşlik edərək həmin günahlara yenidən mürtəkib olurlar. Aydın məsələdir ki, belə insanların yeri cəhənnəmdir və ora necə də pis bir məskəndir.

Bu üç ayədə İslamın ən pis düşməni və insanların ən mənfuruu barədə təsəvvür yaradılmışdır və biz bu ayələri “Ləylətül-Məbit” ayəsi ilə tutuşdurduqda, həmin ayədə İslama nisbətdə daha canıyanan, imanlı və Peyğəmbərin (s) yanında da daha sevimli bir şəxsin həzrət Əli (ə)

səh:250


1- [1] . Bu ayənin özü İslamın min dörd yüz il bundan əvvəl ətraf mühitin qorunub saxlanmasına xüsusi əhəmiyyət verdiyini göstərir və bu səbəblə ona vurulan zərbəni “yer üzündə fəsad törətmək” kimi qiymətləndirir. Həmçinin, bunu münafiqlik və İslamla düşmənçilik ünvanında bəyan edir. Quranın digər ayələri və islami rəvayətlərdə də yaşayış mühiti ilə bağlı məsələlərə rast gəlmək mümkündür.
2- [2] . “Nümunə təfsiri”, c.2, səh.43.

olduğunu anlayırıq. Şübhəsiz ki, Peyğəmbərin (s) imanlı şəxslərə məhəbbəti onların Allaha imanlı olmasına xatirdir və işin içində bundan başqa, digər bir məsələ yoxdur.

“Ləylətül-Məbit” ayəsinin Əmirəl-Mömininin (ə) vilayəti ilə irtibatı

Sual: Bu ayənin müsəlmanların birinci imamı və xəlifəsi hesab edilən həzrət Əlinin (ə) imamət və vilayəti ilə nə rabitəsi var? Başqa sözlə, tutaq ki, əhli-sünnə bu ayənin həzrət Əli (ə) barəsində nazil olduğunu qəbul etdi, onda, həmin ayə vasitəsi ilə həzrət Əlinin (ə) İslam Peyğəmbərinin (s) canişini olmasını necə sübut etmək olar?

Cavab: Əvvəlki bəhslərimizdən həzrət Əlinin (ə) Peyğəmbərdən (s) sonra Allahın ən fədakar, şücaətli və ixlaslı bəndəsi olması aydın oldu və digər tərəfdən də, bilirik ki, Peyğəmbərin (s) canişini insanların ən şücaətli, fədakar və elmlisi olmalıdır. Deməli, imamət və xilafət məsələsi təyin edilmə ilədirsə, yəni, Peyğəmbər (s) Allah tərəfindən təyin olunduğu kimi, imam da onun tərəfindən təyin olunursa, onda, yuxarıdakı şərtlərə malik olan həzrət Əlini (ə) qoyub digər bir şəxsin ardınca getmək və seçim eləmək Allahın hikməti ilə uyğun gəlmir.

Əgər bu məsələ əhli-sünnənin etiqad bəslədiyi kimi, seçimlədirsə, əql qeyd etdiyimiz sifətlərə malik olan şəxs dura-dura başqa birisinin ardınca getməməyi tələb edir. Nəticədə, qeyd edilənləri nəzərə aldıqda, həzrət Əlidən başqa, digər birinin seçilməsi əql və şəriətin xilafı və ziddinədir.

Əsassız olan bəzi iradlara cavab

İşarə

Ayənin həzrət Əlinin (ə) imamət və xilafət məsələsi ilə irtibatının olmasını nəzərə alaraq bəzilərinin onun həqiqi mənasını dəyişməyə cəhd etdiyini və Peyğəmbərin (s) canişininə aid olması ilə bağlı dəlil gətirilə bilməməsi üçün çalışmasını söyləmək olar. Burada həmin iradlardan

səh:251

bəzilərinə toxunaraq onları cavablandırırıq.

a) “Ləylətül-Məbit” ayəsi əmr be mərufa əmr edənlər barəsindədir

Məşhur şiə təfsirçisi mərhum Əllamə Təbərsi əhli-sünnədən mürsəl bir rəvayəti nəql edir ki, həmin rəvayətə uyğun olaraq, yuxarıdakı ayə əmr be məruf və nəhy əz münkər yolunda öldürülən kəslər barəsində nazil olmuşdur.(1)

Deməli, ayənin Əli ibn Əbutalibin (ə) imamət və vilayəti ilə heç bir irtibatı yoxdur.

Cavab: Ayənin düzülüşü onun əmr be məruf və nəhy əz münkər yolunda öldürülən kəslər barəsində nazil olmadığını nişan verir. Çünki, əvvəldə verdiyimiz izaha əsasən, ayənin nəzərdə tutduğu şəxsi can təhlükəsi gözləyir, halbuki, əmr be məruf və nəhy əz münkrə əmr edənlər üçün belə bir təhdid nadir hallardadır. Nəticıdı, ayənin quruluşundan onun həmin şəxslər barəsində olmadığı məlum olur. Bundan əlavə, nəql edilən rəvayət mürsəldir və o höccət (dəlil) sayıla bilməz.

b) Bəhs edilən ayə Əbuzər barəsindədir

Bəziləri bu ayənin Peyğəmbərin (s) yüksək məqamlı səhabəsi Əbuzər Qaffari(2) barəsində nazil olması fikrindədirlər və onun həzrət Əlinin (ə) imamət və vilayəti ilə heç bir rabitəsinin olmadığını düşünürlər.(3)

Cavab: Bu cür etiqad da həqiqətə uyğun deyil. Çünki biz tarixin şəhadətinə əsasən, İslam Peyğəmbərinin (s) zamanında Əbuzər Qaffarinin həyatında təhlükə yaradacaq bir hadisə ilə rastlaşmırıq. Deməli, Əbuzərin İslam Peyğəmbərindən (s)

səh:252


1- [1] . “Məcməul-bəyan”, c.1, səh.301.
2- [2] . Bəzi şəxslər Əbuzər Qaffarinin adını Cündəb, atasının adını isə Cənadə, Əssəkin kimi qələmə almışlar. O, Peyğəmbərin əzəmətli səhabəsi və uca məqam sahibi idi. Əbuzər Qaffari Əbu Bəkrlə beyət etməyən kəslərdən idi (“Mustədrəkatu elmir-rical”, c.2, səh.240).
3- [3] . “Məcməul-bəyan”, c.1, səh.301.

sonra yaranmış çətin şəraitdə çoxlu xidmətlərinin aşkar və hamıya bəlli olmasına baxmayaraq, bu ayənin onun barəsində nazil olmasına inanmaq mümkün deyil.

c) Bu ayə bütün mühacirlər və ənsar barəsindədir

Bir sıra şəxslər “Ləylətül-Məbit” ayəsinin bütün mühacirlər və ənsarla(1) bağlı olduğunu demişlər, yəni bu ayə Peyğəmbər (s) zamanında mövcud olan bütün müsəlmanalara şamildir. Beləliklə, bəhs edilən ayə həzrət Əli ibn Əbutalibə (ə) məxsus deyil.

Cavab: Bu sözlərin batilliyi çox aydındır. Çünki ayə özü bu iftixarı müsəlmanların hamısına deyil, onlardan bəzisinə şamil olduğunu bildirir. Nəticədə, həmin ayənin bütün mühacirlər və ənsara şamil olduğunu iddia etmək olmaz.

d) Həzrət Əli (ə) sağ qalıb-qalmayacağını bilirdi, ya yox?

Sual: Görəsən, həzrət Əli (ə) işin nəticəsindən xəbərdar idimi? O, bu təhlükəli məsələdən canını salamat qurtaracağını bilirdi, yoxsa, bilmirdi? Əgər o həzrət müşriklərin onu öldürməyəcəyini və sağ qalacağını bilirdisə, onda, Peyğəmbərin (s) yerində yatmaq o həzrət üçün heç bir iftixar sayılmır, yox, əgər bilmirdisə, bu əməl böyük bir iftixardır. Amma burada həll ediləsi digər bir məsələ var və o, belədir: “İmamların qeybi elmləri olduğu halda, o həzrət məsələnin nəticəsindən xəbərdar deyildimi?”

Cavab: Böyük alimlərin tədqiqatları və bəzi rəvayətlərin də bildirdiyinə uyğun olaraq imaların elminin qeybə nisbətdə iradəyə bağlı bir elm olduğu məlum olur. Yəni, iradə etdikləri və istədikləri zamanda nəyinsə barəsində məlumata sahib olurdular, amma iradə etməsəydilər heç bir şey bilmirdilər.(2) O

səh:253


1- [1] . Həmin yerdə.
2- [2] . Bu məsələnin şərhini “Quranın mesajları”, c.7, səh.249-dan sonrakı hissədən mütaliə edə bilərsiniz.

həzrətin bu işin nəticəsi barədə iradə etməməsini ehtimal etmək olar, amma, həzrətin zehnində təhlükənin olduğu məlum idi və bununla belə, o, böyük bir fədakarlıq etməyə hazır idi. Nəticədə, həmin hadisənin həzrət Əli (ə) üçün böyük bir iftixar olduğu və bunun imamların elmi ilə heç bir ziddiyyət təşkil etmədiyi aydın olur. Bu məsələyə diqqət etmək imaların qeybi elmləri ilə bağlı qarşıya çıxan əksər şübhə, tərəddüd və problemlərin həll edilməsində əhəmiyyət kəsb edir.

Sual: Siz belə dediniz: “Həzrət Əli (ə) iradəyə bağlı olan qeybi elmindən hadisənin nə ilə nəticələnəcəyini bilmək üçün istifadə etmədi, amma o həzrət üçün təhlükənin ola biləcəyi ehtimalı var idi. Bu cəhətdən, onun Peyğəmbərin (s) yerində yatması böyük bir fəzilət hesab edilir”. Amma bəzi rəvayətlərdə nəql edilənlərə əsasən, o həzrət ona bu hadisədə heç bir zərər dəyməyəcəyindən xəbərdar idi və həmin həidisə uyğun olaraq Peyğəmbər (s) ona bu məsələdə zəmanət vermişdi.(1) Belə olduğu halda, “Ləylətül-Məbit” ayəsi o həzrət üçün necə fəzilət hesab edilə bilər?

Cavab: Bu irada iki formada cavab vermək olar:

A) Bu hədis mürsəldir və onun sənədi yoxdur. Mərhum Əllamə Əmini həmin hədisi Sələbi təfsirindən mürsəl şəkildə nəql etmişdir(2) və sənədi olmadığı üçün ona etimad edərək əsaslanmaq olmaz.(3)

B) Hər hansı bir rəvayətin qəbul edilməsi üçün üç şərtin olması lazımdır: Onun sənədi mötəbər olsun,

səh:254


1- [1] . İbn Əbil Hədid, “Nəhcül-bəlağənin şərhi”, c.13, səh.262.
2- [2] . “Əl-Qədir”, c.2, səh.48.
3- [3] . İbn Əbil Hədidin ustadı Əbu Cəfər İskafinin bu iradın rədd edilməsi ilə bağlı maraqlı sözləri vardır. O, belə deyir: “Bu sözlər açıq-aşkar yalandır və Peyğəmbərdən (s) nəql edilən sözlərdə belə bir məsələ bəyan edilməmişdir.” O, bu cür qondarma sözləri Əbu Bəkr Əl-Əsəm adlı bir şəxsə nisbət verir ki, Cahiz ondan nəql etmişdir (İbn Əbil Hədid, “Nəhcül-bəlağənin şərhi”, c.13, səh.263).

Quranın ayələri ilə zidd və müxalif olmasın, din alimlərinin nəzərində qəbul olunası olsun.

Həmin rəvayət alimlər tərəfindən qəbul olunmamaqla yanaşı, Quranın ayələri ilə də ziddir. Allah-taala yuxarıdakı ayədə həzrət Əlinin (ə) gördüyü işi əzəmətli bir iş və Allahla müamilə kimi dəyərləndirir. Əgər rəvayətin etibarlı olduğunu qəbul etsək, onda, həzrət Əlinin (ə) işində heç bir əzəmət olmaz və bu adi bir məsələ kimi təlqin edilər. Nəticədə, Quranın bir ayəsi ilə zidd olan bu rəvayətə istinad etmək və onun vasitəsi ilə məsələni dəyərdən salmaq və sual altına aparmaq olmaz (diqqət edin).

e) Peyğəmbərin (s) xitab etdiyi şəxslər (müxatəb) kimlər idi?

Sual: Bəzi şəxslər Peyğəmbərin (s) bir nəfəri öz yerində qoymaq fikrində olduğu zaman öz əshabına xitab edərək bu təhlükəli gecədə kimin onun yerində yatmağa hazır olduğunu soruşduğuna və həzrət Əlidən (ə) başqa, heç kəsin müsbət cavab vermədiyinə etiqadlıdırlar. Bu məsələ nə dərəcədə doğrudur və Peyğəmbər (s) həmin hadisədə təkcə həzrət Əli (ə) ilə söhbət etmişdirmi?

Cavab: Biz mötəbər kitablarda Peyğəmbərin (s) bütün əshabına xitab etməsi məsələsi ilə rastlaşmamışıq. Bundan əlavə, həmin məsələ əqllə də uyğun gəlmir, çünki Peyğəmbər (s) onu bütün səhabələrlə danışsaydı, onda məsələ yayılaraq düşmənlərin qulağına çatar və onlar Peyğəmbərin (s) planından xəbərdar olaraq oun icrasına mane olardılar. Bu cəhətdən, həmin məsələ tamamilə məxfiyanə idi və ondan Peyğəmbər (s) və Əlidən (ə) başqa, heç kəsin xəbəri yox idi.

səh:255

Təkmilləşdirici bəhslər
a) Həzrət Əlinin (ə) fədakarlığının vəsfində Həssan ibn Sabitin şerləri

İslam Peyğəmbərinin (s) müasiri və o həzrətin haqq canişininə həqiqi məhəbbəti olan şair Həssan ibn Sabit(1) özünün ən ali şerlərini Qədir-Xum hadisəsi ilə bağlı qələmə almışdır. Eyni zamanda, onun Əmirəl-Mömininin (ə) fəzilətləri ilə əlaqədar yazdığı şerləri də vardır ki, onun bir qismi “Ləylətül-Məbit” hadisəsinə həsr edilmişdir.

Həmin şerlər aşağıdakı kimidir:

مَنْ ذا بِخاتَمِه تَصَدَّقَ راکِعاً

 

وَ اَسَرَّها فی نَفْسِه إسْراراً

مَنْ کانَ باتَ عَلی فِراشِ مُحَمَّد

 

وَ مُحَمَّدٌ اَسْری یَؤُمُّ الْغارا

مَنْ کانَ فِی الْقُرْآنِ سُمِّیَ مُؤْمِناً

 

 فی تِسْعِ آیات تُلینَ غَزاراً

Tərcümə: “Barmağındakı üzüyü ruku halında və müsəlmanların gözlərindən uzaq və məxfi şəkildə ehtiyaclı olan şəxsə verən, lakin Allahın aşkar etdiyi şəxs kimdir? Tarixi bir gün olan “Ləylətül-Məbit” günü Peyğəmbərin (s) yerində yatan və düşmənlərin mühasirəsindən Peyğəmbərin (s) qurtarmasına və Sur mağarasında gizlənməsinə səbəb olan kim idi? Quranın doqquz ayəsində(2) “həqiqi mömin”

səh:256


1- [1] . O, İslam Peyğəmbərindən (s) səkkiz il əvvəl dünyaya gəlmiş və Peyğəmbərdən (s) sonar uzun illər həyatda olmuşdur. Həssan uzunömürlü şairlərdən olmuş və yüz iyirmi il yaşamışdır. Peyğəmbər (s) Məscidun-Nəbidə bu şair üçün bir minbər düzəldilməsinə göstəriş vermişdi. Həzrət bəzən ona minbərə çıxaraq şerlər oxumasını söyləyirdi. Bəzi pis niyyətli insanlar onun bu işinə irad tutaraq deyirdilər ki, məscid şer oxumaq yeri deyil. Peyğəmbər isə cavabında onlara sakit dayanmalarını və Həssanın şerlətinin döyüşdəki oxlardan da təsirli olduğunu bildirirdi. Peyğəmbərin (s) vəfatından sonar Həssan birinci və ikinci xəlifənin hörmətsizliyinə düçar olur və onlar Həssanın şer söyləməsinə mane olurlar. Əlbəttə, möhtərəm moxucuya bunun səbəbləri aydındır. Onun günahə Qədir-Xumun qəhrəmanı həzrət Əlini (ə) müdafiə etmək idi. Əlimizdə ondan bir şer divanı vardır və həmin divan həzrət Əlinin (ə) vəsfində yazılmışdır.
2- [2] . Əllamə Əmini Həssan ibn Sabitin işarə etdiyi doqquz ayəni xatırlatmaqdan əlavə, bu zəminədə mövcud olan digər ayələri də nəql etmişdir. Həmin ayələr belədir: “Kəhf” surəsi, ayə, 18; “Ənfal” surəsi, ayə 62, 64; “Əhzab” surəsi, ayə 33; “Maidə” surəsi, ayə 55; “Tövbə” surəsi, ayə 19; “Məryəm” surəsi, ayə 96; “Casiyə” surəsi, ayə 21; “Bəyyinə” surəsi, ayə 7; “Əsr” surəsi (“Əl-Qədir”, c.2, səh.49-57).

adı ilə xatırlanmış olan şəxs kimdir?”(1)

Bir sözlə, “Ləylətül-Məbit” hadisəsi o qədər aşkar və məşhur idi ki, o ərəb şerində də öz əksini tapmışdır.

b) Həmin təhlükəli gecədə Əlinin (ə) aqibəti

İslam düşmənləri planlarını hıyata keçirmək üçün qoşun toplayaraq gecə vaxtı Peyğəmbərin (s) evinə hücum etmək fikrində idilər. Amma müşriklərin başçılarından biri (Əbu Cəhl və ya Əbu Ləhəb) bu işə mane olaraq dedi ki, qadın və uşaqların bu məsələdə heç bir günahı yoxdur və onlar qorxuya düşəcəklər. Bu cəhətdən, onlar hücumu sübh zamanına qədər təxirə salmalı oldular.(2) Sübhdə o həzrəti öldürmək üçün evə hücum etdilər. Həzrət Əli (ə) onlar Peyğəmbərin (s) yatağına yaxınlaşmamış yerindən qalxaraq onlara dedi ki, nə istəyirsiniz? Peyğəmbərin (s) yerində Əlini (ə) görən müşriklər heyrətdən donmuş halda dedilər ki, biz Məhəmmədi (s) axtarırıq, o haradadır? Həzrət Əli (ə) cavab verdi ki, bəyəm, onu mənə tapşırmışdınız ki, indi məndən soruşursunuz?

Düşmənlər onu öldürmək, yoxsa, sağ buraxmaq barədə tərəddüd edirdilər. Əbu Cəhl dedi: “Bu cavanı buraxın, Məhəmməd (s) onu aldadaraq öz yerində yatızdırmış və canını xilas etmişdir”.

Əbu Cəhldən Peyğəmbər (s) və özünün təhqir edildiyini

səh:257


1- [1] . “Əl-Qədir”, c.2, səh.47.
2- [2] . Bu sözləri bəşər hüququnun yalançı iddiaçılarının əməllləri ilə müqayisə edin ki, onların cahiliyyət dövründəki ərəblərdən də vəhşi olduğunu anlaya biləsiniz. Amerika və İngiltərənin məzlum Əfqanıstan xalqına hücum edərərk müdafiəsiz və günahı olmayan kəslərə rəhm etmədiyi məlumdur. Onların vəhşicəsinə edilən həmlələrindən uşaq, qadın və qocalar, hətta, xəstəxanalarda olan xəstələr də amanda deyillər.

eşitdikdə, o həzrət hədsiz şücaətlə dilə gələrək buyurdu:

اَلی تَقُولُ هذا یا اَباجَهْل! قَدْ اَعْطانی مِنَ الْعَقْلِ ما لَوْ قُسِّمَ عَلی جَمیعِ حُمَقاءِ الدُّنْیا وَ مَجانینِها لَصاروُا بِه عُقَلاءَ، وَ مِنَ الْقُوَّةِ ما لَوْ قُسِّمَ عَلی جَمیعِ ضُعَفاءِ الدُّنْیا لَصاروُا بِه اَقْویاءَ، وَ مِنَ الشُّجاعَةِ ما لَوْ قُسِّمَ عَلَی جَمیعِ جُبَناءِ الدُّنْیا لَصاروُا بِه شَجْعاناً(1)

“Ey Əbu Cəhl! Sadəlövhlük və xamlığı mənə nisbət verirsən? (Sanki məni tanımırsan, onda, mən özümü tanıtdıraram, əslində sizin düşündüyünüz kimi deyil, əksinə) Allah mənə o qədər əql vermişdir ki, əgər onları dünyanın bütün axmaqları arasında bölüşdürsələr, onların hamısı ağıllanar. Mənə o qədər qüvvət və qüdrət əta olunmuşdur ki, əgər onu dünyanın bütün zəifləri arasında bölüşdürsələr, dünyada zəif bir adam tapılmaz. Həmçinin, mənə o qədər şücaət verilmişdir ki, əgər onu bütün qorxaqlara paylasalar, onların hamısı şücaətli olar”.

Mən İslam Peyğəmbərini tanıyaraq və agah şəkildə iman gətirmiş və ixlasımla öz canımı ona fəda eləmişəm. Düşmənlər İslam Peyğəmbərinin (s) evindən kor-peşman və naümid halda çıxdıqları zaman, həzrət Əli (ə) ona tapşırılan vəzifənin öhdəsindən başıuca çıxdı.

c) Allah-taala Əlinin (ə) fədakarlığı ilə fəxr edir

Məşhur əhli-sünnə təfsirçilərindən biri olan Sələbi bəhs edilən ayəyə yetişdikdə, “Ləylətül-Məbit” ayəsi barəsində çox gözəl bir rəvayət nəql edir. Həmin rəvayətə diqqət yetirin:

“Həzrət Əli (ə) Peyğəmbərin (s) yerində yatdığı zaman, Allah Cəbrayıl və Mikayıl adlı iki mələyinə xitab edərək deyir ki, siz iki qardaşsınız və mən sizin canınızı almaq istəsəm, sizdən hansısa biri digərinə öz ömrünü fəda etməyə hazırdırmı? Onlardan heç biri bir söz demədi və öz hazırlıqlarını elan etmədi. Allah onlara xitab edərək yer üzündəki Peyğəmbərin (s) evinə nəzər salmalarını və Əlinin (ə) Peyğəmbəri (s) qorumaq üçün öz canını necə təhlükəyə

səh:258


1- [1] . “Biharul-ənvar”, c.19, səh.83.

atdığını görmələrini əmr edir. Sonra onları Əlini (ə) qorumaq üçün göndərir. Cəbrayıl və Mikayıl yerə enərək Peyğəmbərin (s) evində hazır olurlar. Cəbrayıl o həzrətin başı üstə və Mikayıl isə ayaq tərəfində onu mühafizə etmək üçün dayanır. Daha sonra onların hər ikisi Əliyə (ə) xitab olaraq deyirlər:

بَخّ بَخّ لَکَ یَابْنَ اَبی طالِب، مَنْ مِثلُکَ؟ وَقَدْ باهَی اللهُ بِکَ مَلائِکَةَ السَّماواتِ و فاخَرَ بِکَ(1)

Yəni, Sənə təbrik deyirik, ey Əli! Kim sənin kimidir? Allah-taala səninlə səmadakı mələklərinə fəxr edir”.

Görəsən, bundan da üstün bir məqamı təsəvvür etmək olarmı?! Şiənin bu xanədanın qapısına üz gətirməsi yersiz, həmçinin, kor-koranə və təəssüb səbəbi ilə deyil, əksinə o həzrətin qeyri-adi və əzəmətli məqamına xatirdir.

Ayənin verdiyi mesajlar

Hər şey Allahın razılığı yolunda olmalıdır

Əvvəlki bəhslərdə də ona işarə etdiyimiz kimi, bu ayənin Peyğəmbərin (s) hicrət etməsi və həzrət Əli (ə) ilə bağlı nazil olmasına baxmayaraq, o, Quranın digər ayələrində olduğu kimi ümumi və külli bir hökmə şamildir. Həmçinin, bu ayə {وَمِنَ النَّاسِ مَنْ یعْجِبُکَ...} ayəsinin müqabilində nazil olduğu üçün məlum olur ki, camaatın bu dəstəsi onlara ayədə də işarə edildiyi kimi, əvvəlkilərdəndirlər və onların xüsusiyyətləri də digərlərindən fərqlənir. Onlar eqoist, xudxah və inadkar idilər və insanlar arasında izzət və məqamı nifaq yolu ilə əldə etmiş və zahirdə özlərini digərlərinin yaxşılıq və xeyrini istəyən kimi göstərirdilər. Amma onların rəftarları yer üzündə fəsad törətməkdən başqa, digər bir şeyi göstərmirdi. Amma digər dəstədən olanlar sadəcə Allahla müamilə edir və hətta, öz canlarından belə, keçirlər və izzətin Allah vasitəsi ilə əldə olunmasına etiqadlıdırlar. Belə şəxslərin fədakarlıqları nəticəsində din və dünya islah olunmaqda, haqq və hüquqlar

səh:259


1- [1] . “Biharul-ənvar”, c.19, səh.85.

bərpa edilməkdə və İslam ağacı bar gətirməkdədir.(1)

2. “SİQAYƏTÜL-HACC” (HACILARA SU VERMƏ) AYƏSİ

İşarə

{أَجَعَلْتُمْ سِقَایةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ کَمَنْ آمَنَ بِاللَّهِ وَالْیوْمِ الْآخِرِ وَجَاهَدَ فِی سَبِیلِ اللَّهِ لَا یسْتَوُونَ عِنْدَ اللَّهِ وَاللَّهُ لَا یهْدِی الْقَوْمَ الظَّالِمِینَ * الَّذِینَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِی سَبِیلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِنْدَ اللَّهِ وَأُولَئِکَ هُمُ الْفَائِزُونَ * یبَشِّرُهُمْ رَبُّهُمْ بِرَحْمَةٍ مِنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَهُمْ فِیهَا نَعِیمٌ مُقِیمٌ * خَالِدِینَ فِیهَا أَبَدًا إِنَّ اللَّهَ عِنْدَهُ أَجْرٌ عَظِیمٌ}

“Yoxsa, siz hacılara su verməyi və Məscidül-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir. Allah zalım dəstəni hidayət etməz. İman gətirən, hicrət edən və Allah yolunda mal və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və nicat tapanlar da onlardır. Rəbbi onları öz tərəfindən bir rəhmət və razılıqla və içərisində onlar üçün sürəkli və daimi nemət olan cənnətlərlə müjdələyir. Onlar orada həmişəlik və əbədi olaraq qalacaqlar. Həqiqətən, Allah yanında böyük bir mükafat vardır”.(2)

Bəhsə qısa bir nəzər

“Siqayətül-hacc” adı ilə tanınan bu ayə həzrət Əmirəl-Mömininin (ə) fəzilətlərinə işarə edən ayələrdən biridir və onunla imamət və xilafət məsələsini də sübuta yetirmək olar və bu ayə “Siqayətül-hacc” və “İmarətul-Məscidil-Həram”ı Allaha iman, onun yolunda hicrət, can və malla cihada bərabər hesab edən kəslərin düşüncəsini sual altına aparanlara bir cavabdır. Daha artıq şərh bəhsin davamında veriləcəkdir.

səh:260


1- [1] . “Nümunə təfsiri”, c.2, səh.48.
2- [2] . “Tövbə” surəsi, ayə 19-22.

Ayənin nazilolma səbəbi

“Siqayətül-hacc” ayəsi Peyğəmbər (s) zamanında baş verən bir hadisədən xəbər verir və sadəcə ümumi bir məsələni bəyan etmir. Yəni, həqiqətdə də belə bir müqayisə olunmuşdur. Bu ayə barəsində müxtəlif nazilolma səbəbi qeyd etmişlər və biz onların ən məhşurlarından bəzi nümunələri diqqətinizə çatdırırıq:

Peyğəmbərin (s) əmisi Abbas və Əbdül Müttəlibin övladlarından olan Şöybə Məscidül-Həramda bir-biri ilə söhbət edirmişlər. Abbas Şöybəyə xitab olaraq dedi ki, Allah mənə heç kəsə nəsib olmayan bir iftixar əta etmişdir və o, “Siqayətül-hacc”dır(1) (hacılara su vermə). Şöybə də ona cavabında dedi ki, Allah da mənə “İmarətul-Məscidil-Həram”(2), Kəbə evinin açarlarını əta etmişdir və bundan üstün heç bir iftixar ola bilməz.

Onların yanından keçən həzrət Əli (ə) bu sözləri eşidərərk onlara yaxınlaşdı və slam verərək danışmaq üçün icazə istədi. O həzrətə danışmaq üçün icazə verdilər. Həzrət Əli (ə) buyurdu: “Allah mənə elə bir iftixar əta etmişdir ki, onu başqa

səh:261


1- [1] . Hacıların həcc mövsümündə Mina, Ərəfat və Məşərül-Həramda sirab edilməsi “Siqayətül-Hacc” adlanır. Adı çəkilən üç məntəqədə heç vaxt su olmamış və ona suyu digər məntəqələrdən daşımışlar. Hətta, bu günlərdə də həmin məntəqələrin suyu Məkkə və digər məntəqələrdən oraya su boruları vasitəsi ilə daşınır. Qədim zamanlarda hacılar həmin məntəqələrdə olarkən ehtiyaclı olduqları suyu Məkkədən oraya qədər öz yanlarında daşımağa məcbur idilər. Bu cəhətdən, Zilhiccənin səkkizinci günü öz dəvələrinə su yüklədikləri və su ehtiyatı götürdüklərindən, həmin günü “yəvmut-tərviyyə” (su götürmə günü) adlandırırdılar. Abbas da öz zamanında hacılara su çatdırılması ilə vəzifəli idi və həmin zamanlarda bu vəzifə çox əhəmiyyət daşıyırdı, çünki hacıların adı çəkilən üç məntəqədə ehtiyaclı olduqları şey sadəcə su idi.
2- [2] . Məscidül-Həramın qeyri-adi mövqeyini, xüssusən, Quranda onun yer üzərində tikilən ilkin ev və ən müqəddəs məkan olmasını və orada qılınan bir rükət namazın digər məkanlardan fərqli olaraq (bəzi rəvayətlərə əsasən) bir milyon rükətə bərabər olmasını nəzərə aldıqda, Kəbənin açarları məsələsi xüsusi əhəmiyyət kəsb edir. Həmin vəzifə sahibi Kəbə evinin yenidən bərpası, qorunması və s. kimi işlərdə məsul idi.

birisinə verməmişdir”. Onun nə olduğunu soruşdular. O, cavab verdi ki, mən sizdən əvvəl iman gətirmiş və Allahın razılığı üçün hamınızdan öncə hicrət eləmişəm. Allah yolunda öz mal və canımla cihad etmiş, Siz və sizin timsalınızdakılar mənim cihad etməyimin bərəkətinə müsəlman olaraq İslamı qəbul etmisiniz. Nəticədə, “Siqayətül-hacc”, “İmarətul-Məscidil-Həram” deyil, Allaha iman və onun razılığı yolunda cihad ən üstün iftixardır. Peyğəmbər (s) və həzrət Əlinin (ə) əmisi Abbas bu sözlərdən qəzəbləndi və çox narahat olaraq Peyğəmbərin (s) hüzuruna gələrək məsələni danışdı və ondan şikayət etdi ki, Əli (ə) bizim məqamımızı sual altında qoyur. Peyğəmbər (s) həzrət Əlinin (ə) arxasınca adam göndərib onu çağırtdırır və gəldiyi zaman ondan izah eləməsini istəyərək buyurur: “Nə etmisən ki, əmin Abbas bu qədər hirslənib?”

Həzrət Əli (ə) buyurdu ki, mən haqqı demişəm və əmim də haqqa görə narahat olmuşdur. Sonra məsələni Peyğəmbərə (s) danışdı. Həmçinin, həmin sözləri dedikdə, məqsədinin öz məqamından danışmaq deyil, əksinə “Siqayətül-hacc”, “İmarətul-Məscidil-Həram”dan da üstün iftixarların mövcudluğunu bildirmək olmasını da vurğulayır. Elə bu zaman “Siqayətül-hacc” ayəsi nazil olaraq həzrət Əlinin (ə) sözlərini təsdiqləyir.(1) Yuxarıdakı nazilolma səbəbi əhli-sünnənin Quranın təfsiri, tariz və rəvayətlər barədə yazılan on iki məşhur kitabında qeyd edilmişdir. Həmin kitablar belədir:

1. Əllamə Vahidi(2), “Əsbabun-nuzul”

2. Əllamə Xazin Bağdadinin təfsiri(3)

3. Əllamə Qurtubini təfsiri(4)

səh:262


1- [1] . “Şəvahidut-tənzil”, c.1, səh.249-dan sonra.
2- [2] . “Əsbabun-nuzul”, səh.182 (“Ehqaqul-həqq”, c.3, səh.123-də nəql edilənlərə əsasən).
3- [3] . “Təfsiri Cazen”, c.3, səh.57 (“Ehqaqul-həqq”, c.3, səh.123-də nəql edilənlərə əsasən).
4- [4] . “Qurtubi təfsiri”, c.8, səh.91 (“Ehqaqul-həqq”, c.3, səh.125-də nəql edilənlərə əsasən).

4. Fəxri Razi təfsiri(1)

5. Əllamə Süyuti(2), “Durrul-mənsur”

6. Əbul Bərəkat Nəfsinin təfsiri(3)

7. İbn Səbbağ Maliki, “Fusulul-mühimmə”(4)

8. Gənci Şafei, “Kifayətut-talib”(5)

9. Xətib Bağdadi tarixi(6)

10. İbn Məğazəli, “Mənaqib”(7)

11. İbn Əsakir tarixi(8)

12. Zəməxşəri, “Rəbiül-əbrar”(9)

Nəticədə, yuxarıdakı nazilolma səbəbi ilə bağlı heç bir şəkk-şübhəyə yer yoxdur.

Mühüm bir mətləb (nöqtə)

Abbas ibn Əbdül Müttəlib “Siqayətül-hacc” ayəsi nazil olarkən şübhəsiz ki, ona iman gətirmiş və cihadd da etmişdir. Eyni zamanda, Şöybə də iman gətirərək cihad etmişdir. Belə olduğu halda, həzrət Əli (ə) öz iman və cihadını necə misa çəkir, halbuki, buna onlar da sahib idilər?

Bu sualcavab olaraq bildiririk ki, həzrət Əli (ə) camaat arasında ilk iman gətirən, Peyğəmbərdən (s) sonra Mədinəyə ilk hicrət edən və Allah və onun rəsulu yolunda cihadda iştirak

səh:263


1- [1] . “Fəxri Razi təfsiri”, c.16, səh.10 (“Ehqaqul-həqq”, c.3, səh.125-də nəql edilənlərə əsasən).
2- [2] . “Əd-Durrul-mənsur”, c.3, səh.218 (“Ehqaqul-həqq”, c.3, səh.126-da nəql edilənlərə əsasən).
3- [3] . “Nəsəfi təfsiri”, c.2, səh.221 (“Əl-Qədir”, c.2, səh.54-də nəql edilənlərə əsasən).
4- [4] . “Fusulul-muhimmə”, səh.106 (“Ehqaqul-həqq”, c.3, səh.126-da nəql edilənlərə əsasən).
5- [5] . “Kifayətut-talib”, səh.113 (“Ehqaqul-həqq”, c.3, səh.123-də nəql edilənlərə əsasən).
6- [6] . “Əl-Qədir”, c.2, səh.54-55də nəql edilənlərə əsasən.
7- [7] . Həmin mənbə.
8- [8] . Yenə orda.
9- [9] . Yenə orda.

edən birinci şəxs olduğunu və İslam, cihad və hicrətdə Şöybə və Abbasın malıik olmadığı öncüllüyə sahib olduğu və həmin iftixarın təkcə özünə mənsub olduğunu bildirmək istəyir.

Şərh və təfsir

Allaha imanın hər bir şeydən üstünlüyü

{أَجَعَلْتُمْ سِقَایةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ کَمَنْ آمَنَ بِاللَّهِ وَالْیوْمِ الْآخِرِ وَجَاهَدَ فِی سَبِیلِ اللَّهِ...}

{...لَا یسْتَوُونَ عِنْدَ اللَّهِ...}

Siz ümrə və həcdəki hacılara su vermək və Məscidül-Həramı abad etməyi Allah və qiyamət gününə iman gətirərək Allah yolunda cihad edən kəslə bir tutursunuzmu? Ayənin ifadəsindən Allaha iman və onun yolunda cihad edilməsinin qeyd edilən iki məsələ ilə müqayisə olunmasının – bu barədə danışdıq – düzgün olmadığı məlum olur. Allah həmin müqayisəni düzgün hesab etmir və Allaha iman və onun yolunda edilən cihadı “Siqayətül-hacc” və “İmarətul-Məscidil-Həram”la müqayisə edilməyə layiq bilmir, çünki iman və cihad onların ikisindən də üstündür.

{...وَاللَّهُ لَا یهْدِی الْقَوْمَ الظَّالِمِینَ}

Allah zalımları hidayət etməz. Bu ifadə təkcə həmin müqayisənin düzgün olmadığını və iman və cihadın “Siqayətül-hacc” və “İmarətul-Məscidil-Həram” dan üstün olmasını deyil, əksinə belə bir müqayisənin Allah və qiyamət gününüə iman gətirmək və Allah yolunda cihad etməkdə öncül olan şəxsə, bir növ, zülm və sitəm olduğunu bildirir.

- {الَّذِینَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِی سَبِیلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِنْدَ اللَّهِ وَأُولَئِکَ هُمُ الْفَائِزُونَ}

– İman gətirən və bundan əlavə, imanlarını qorumaq və artırmaq üçün hicrətin çətinliyinə sinə gərən və Allah və dinin yayılması yolunda mal və canları ilə cihad edən kəslərin Allah dərgahında üstün dərəcələri vardır və belə şəxslər nicat tapan və qalibdirlər. Əvvəlki ayədə edilən müqayisəni həqiqətdə rədd edən və onu bir növ zülm adlandıran Allah-taala bu ayədə iman, hicrət və cihadın daha dəyərli olduğunu bildirir.

səh:264

- {یبَشِّرُهُمْ رَبُّهُمْ بِرَحْمَةٍ مِنْهُ وَرِضْوَانٍ...}

– Allah bir tərəfdən, man, cihad və hicrətlə və digər tərəfdən də, “Siqayətül-hacc” və “İmarətul-Məscidil-Həram” arasındakı müqayisəni rədd etdikdən və əvvəlki üç məsələyə (iman, cihad, hicrət) daha artıq dəyər verdikdən sonra imanlı olan, cihad və hicrət edən kəslər üçün iki sonrakı ayədə müəyyən müjdələr verir. Həmin müşdələrə diqqət yetirin:

1. Allah belə şəxslərə öz rəhmətini və ona yaxın olmağı bəşarət verir.

2. Həmin şəxslər üçün nəzərdə tutulan mənəvi müjdə Allahın razılığıdır və insanın Allahın ondan razı olduğunu bilməsindən daha üstün hansı nemət ola bilər!

2. {...وَجَنَّاتٍ لَهُمْ فِیهَا نَعِیمٌ مُقِیمٌ * خَالِدِینَ فِیهَا أَبَدًا...}:

3. Onlara veriləcək üçüncü nemət cənnət bağlarıdır (diqqət yetirin ki, ayədə bir dənə bağ deyil, çoxlu sayda bağlar nəzərdə tutulmuşdur) və həmin bağlarda tükənmək bilməyən nemətlər mövcuddur. Dünya nemətləri üçün eyib və naqislik sayılan məsələlərdən biri onların tükənməsidir. Amma axirət nemətləri isə bu xüsusiyyətlərdən xaricdir.

{...إِنَّ اللَّهَ عِنْدَهُ أَجْرٌ عَظِیمٌ}

Görəsən, bu ifadə iman cihad və hicrət əhli olanlar üçün nəzərdə tutulan digər bir nemətə işarədirmi? Elə bir nemətə ki, Allaha yaxın olmaq, onun razılığı və cənnət bağlarından sonra əta ediləcək və nə onu dərk etməyə insan zehni, nə vəsf etməyə insan qüdrəti yetməz. Bu səbəbdənmi üstü örtülü şəkildə bəyan edilmişdir? Yoxsa, əvvəlki üç nemətə işarədir və onlara təkid üçündür? Bu ehtimallardan hansısa birinin olması mümkündür.

“Siqayətül-Hacc” ayəsinin vilayət məsələsi ilə irtibat və əlaqəsi

İman, cihad və hicrətdə qabaqcıllıq kimi fəzilətlərin həzrət Əliyə (ə)məsus olduğu və onun müsəlmanlardan üstünlüyü məlum olduqdan sonra, aydın məsələdir ki, Allah-

səh:265

taala Peyğəmbərə (s) canişin seçmək istəsə, insanlardan ən üstününü qoyub ondan aşağı olanların sorağında olmaz. Çünki Allah hikmət sahibidir və ondan aşağı olan şəxsi ən üstün şəxsə tərcih etmək Allahın hikmətinə zidd və müxalifdir. Eyni zamanda, əgər xilafət məsələsi seçimlə olsa belə, aqil və ağıllı insanlar da ən üstün şəxsi qoyub aşağı səviyyəlinin ardınca olmazlar. Nəticədə, bu ayə ilə də o həzrətin vilayətini sübuta yetirmək olar.

Əhli-sünnə alimlərindən birinin etirafı

Sünni alimlərindən biri deyir: “Siz şiələr öz üsulid-din və etiqadlarınızın hamısını bizim kitablarımızda mövcud olan rəvayətlərlə sübuta yetirə bilərsiniz. Çünki bizim kitablarımızda sizin nəzəriyyələrinizi təsdiqləyən o qədər rəvayət var ki, sizin bu işinizi (sübutunuzu) mümkün edir”. Daha sonra dediyi sözlərə (onu inkar emək üçün) belə bir bəhanə gətirir: “Bizdən əvvəlki insanlar sadə insanlar olmuş və əllərinə keçən hər bir rəvayəti öz kitablarında qeyd etmişlər”.(1) Biz bu cür tərs mütənasiblikdən təəccüb edirik. Çünki onlar öz kitablarını, xüsusən də, “Səhihe sittə”ni tərifləyərək deyirlər ki, “bu kitabların rəvayətləri çox diqqətlə seçilmişdir və onun bütün rəvayətləri mötəbərdir və buna səbəb minlərlə rəvayət arasından çox az bir qisminin seçilməsidir”.(2)

Görəsən bu cür sözlər həmin sünni aliminin əvvəlki sözləri ilə ziddiyyət təşkil etmirmi? Belə ziddiyyətlərin səbəbi insanın əvvəlcə müəyyən bir qərara gələrək

səh:266


1- [1] . Bu sözlərdə məqsəd nədir? Məqsəd xatırlanan rəvayətlərin mötəbər olması, amma bəzi şəxslərin istəyinə uyğun gəlmədiyi üçün nəql edilməməsidirmi?! Məqsəd belə rəvayətlərin mötəbər olmamasıdıırmı? Əgər belədirsə, onda “Səhihe sittə”dəki digər hədislərin etibarlı olmasına kim zəmanət verir?!
2- [2] . “Səhihe sittə”nin müəlliflərindən biri olan Buxari deyir ki, yeddi mindən artıq səhih hədisi olan bu kitabın hədislərini on altı il ərzində altmış min hədisin arasından seçmişəm. “Səhih Buxari”, birinci cildin tərcüməsinə müraciət edin.

sonradan həmin qərarına Quran və rəvayəti dəlil gətirməyə çalışmasıdır. Amma insan öncə Quran və rəvayətlərdə saf və şəffaf olaraq istifadə edilənlərə diqqət yetirərərk seçim etmək istəsə, heç vaxt belə ziddiyyətlərə düçar olmaz.

Ayənin verdiyi mesajlar

Dinin böyüklərinə (dini şəxsiyyətlərdən) əməldə itaət və ardıcıllıq

Pak və tahir imamların (ə) fəzilət və əxlaqi, ictimai və siyasi xüsusiyyət və keyfiyyətlərini bəyan etmək bəyənilən və lazımlı bir işdir, amma yetərli deyil və bunlarla kifayətlənmək olmaz. Əksinə, həmin məsələləri insan öz ictimai və fərdi həyatında ön plana çəkməli və işləri üçün bir proqram halına gətirməlidir. Bəhs etdiyimiz ayələrdə İslamın mühüm sütunu barədə üç məsələ bəyan edilmiş və həzrət Əli (ə) həmin üş məsələyə malik olduğu üçün ən yüksək səviyyədə mədh edilərək təriflənmişdir. Həmin üç məsələ “iman”, “hicrət” və “Allah yolunda mal və canla cihad”dan ibarətdir. Əgər biz də həzrət Əlinin (ə) yolunu getmək istəsək, onun kimi həmin üç məsələni öz həyatımızda yaşatmalıyıq.

İmanın gücləndirilməsi üçün iki yol vardır: Birincisi, imanlı olduğumuz məsələlər barədə daha çox mütaliə etmək. Məsələn, Allaha imanımızı artırmaq üçün, yaradılışın sirləri barədə mütaliələrimizi genişləndirməliyik. Qurana olan imanımızı artırmaq üçün onun maraqlı və cazibəli ayələri barədə təfəkkür etməliyik, bir sözlə, imanın artırılmasında həmin məsələ ilə əlaqədar mütaliə etmək çox təsirlidir. İkincisi, məsələyə özümüz və batinimizi düzəltmək yolundan varid olaq, çünki iman insanın qəlb aynasında əks edən bir nurdur və qəlb aynası nə qədər şəffaf və təmiz olsa, iman nuru da bir o qədər əks olunacaq. Əgər Allah eləməmiş, insanın qəlbi günaha aludə olsa və günahın çirkinlikləri qəlb aynasını örtsə, təbiidir ki, iman nuru belə bir qəlbdə azalacaq.

səh:267

Dinin mühüm təməllərindən sayılan hicrət barəsində bəzi şəxslər onun İslam dininin əvvəllərinəki müsəlmanlara aid olduğunu və müsəlmanların Mədinəyə hicrət etməsi ilə onun kitabının bağlandığını təsəvvür edir. Halbuki, Əhli-beytin (ə) rəvayətlərində bu mətləbin əksi müşahidə olunmaqdadır. Həzrət Əlidən (ə) nəql edilən bir hədisdə buyurulur:

اَلْهِجْرَةُ قائِمَةٌ عَلی حَدِّها الاَْوَّل(1)

“Hicrət elə birinci sütün olaraq öz yerində qalmaqdadır (yəni, onun kitabı bağlanmayıb).” Hicrət məsələsi iman və cihad kimi, qiyamətə qədər davam edəcək və müsəlmanlar onu yerinə yetirməklə vəzifəlidirlər. Əlbəttə, bir çox hallarda hicrətin şəkil və forması dəyişir. Həzrət Əli (ə) buyurur:

یَقُولُ الرَّجُلُ هاجَرْتُ وَلَمْ یُهاجِرْ، اِنَّمَا الْمُهاجِرُ مَنْ هاجَرَ السَّیِّئاتِ وَلَمْ یَأْتِ بِها(2)

“Bəzən kimsə hicrət etdiyini deyir, halbuki, hicrət etməmiş və mühacir deyildir. Həqiqi mühacir günahla dolu bir ölkədən pak bir ölkəyə hicrət edən və bir daha günah fikrində olmayan kəslərdir”.

Bəli, həqiqi mühacirlər günahdan pak şeylər, təqva və Allaha itaət üçün hicrət edən kəslərdir. Onlar qeyri-münasib dostlardan və günah məclislərindən uzaqlaşanlardır. Haram mal, haram məqam və günahlardan hicrət etmək vacib və lazımdır. Aydın məsələdir ki, hicrətin bu forma və şəkli təkcə İslamın əvvəllərindəki müsəlmanlara məxsus deyil və qiyamətə qədər bütün müsəlmanların vəzifəsidir.

Üçüncü mühüm məsələ olan can və malla cihad məsələsi də bütün əsr və məkanlarda müsəlmanlara şamildir. Can və malla cihad tətil edilməsi qeyri-mümkün olan bir məsələdir, xüsusən də, Quranın təbiri ilə desək, düşmənçilik və kinləri simalarından bilinən kəslərin mövcud olduğu zamanımızda həmin məsələ önəm daşıyır:

{...قَدْ بَدَتِ الْبَغْضَاءُ مِنْ أَفْوَاهِهِمْ...}(3)

səh:268


1- [1] . “Mizanul-hikmət”, c.10, səh.302 (3989-cu bölmə, hədis: 20755).
2- [2] . “Biharul-ənvar”, c.98, səh.99.
3- [3] . “Ali-İmran” surəsi, ayə 118.

“Doğrudan da, düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür”. Onlar elə düşmənlərdir ki, heç bir insanlıq məsələlərinə etiqadlı deyillər və öz qeyri-şəri məqsəd və mənafeləri üçün hər bir cinayətə əl atmağa hazırdırlar. Belə təhlükəli düşmənlər müqabilində həmişə müdafiə və cihada hazır olmaq lazımdır. Eyni zamanda, döyüş və mübarizə ruhunu daima cavan müsəlmanlarda yaşatmaq və canlandırmaq lazımdır. Bu səbəbdən, biz insanlardakı mübarizə ruhunu qeyri-sağlam əyləncələr və ya sağlam, lakin ifrat məsələlərlə zəiflətmək və yaxud da onu məhv etmək üçün çalışan kəslərin öz ölkə və İslama xəyanət etdikləri düşüncəsinə sahibik.

İlahi! İman nurunu bizim qəlbimizdə daha da alovlandır ki, zalım və günaha aludə olan ölkələrdən hicrət edə və Allah yolunda chad edərək digərlərinə də nicat verə bilək.

Təkmilləşdirici bəhslər

a) Nə üçün həzrət Əlinin (ə) adı Quranda qeyd edilməyib?

Sual: Əgər sizin etiqad bəslədiyiniz və Qurandan onun isbatı üçün dəllillər gətirdiyiniz kimi, həzrət Əli (ə) Peyğəmbərin (s) canişinidirsə, onda, nə üçün bu qədər bəhs və ixtilafların meydana çıxmasın deyə, o həzrətin adı Quranda qeyd edilməyib?

Cavab: “Əli” adının fəqət Əmirəl-Mömininin (ə) adı və “Əbu Talib” künyəsinin də onun atasının künyəsi olmadığına və həmin ad və künyənin əksər ərəblərin ad və künyəsi olduğunu nəzərə alaraq, Quranda o həzrətin adı aşkar şəkildə bildirilsəydi də, bu həqiqəti qəbul etmək istəməyən kəslər yenə bəhanələr gətirərək onu Əmirəl-Mömininə (ə) deyil, Əli adlı digər bir şəxsə şamil edərdilər. Bu cəhətdən, daha yaxşı

səh:269

olardı ki, sadəcə o həzrətə məxsus olan sifət və xüsusiyyətlərlə o, tanıtdırılsın və həmin məsələ onun özündən başqa, heç kəsə şamil olmasın. Beləliklə, Allah-taala da həmin üsulu seçərək o həzrəti Quranın ayələrində özünəməxsus sifət və xüsusiyyətlərlə tanıtdırmağa üstünlük vermiş və onu Peyğəmbərin (s) canişini və möminlərin vəlisi ünvanında göstərmişdir. Bununla belə, qəlblərində nifaq və xəstəlik olanlar həmin ayələri fərqli şəkildə təfsir edirlər.

Başqa bir sual: Hədislərin birində belə deyilir: “Yunis ibn Əbdürrəhman səkkizinci imam olan imam Rzanın (ə) yanına gəlir və deyir: “Camaatın bəzisi həzrət Əlinin (ə) adının Quranın hansı ayəsində gəldiyini soruşurlar. Mən cavabında onlara {...وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِیا}(1) – deyə cavab verirəm”. Belə olduğu halda, mən onlara düzgün cavab verirəmmi?”

İmam cavabında ona buyurur: صَدَقْتَ هُوَ هکَذا(2) – düz deyirsən, məsələ elə sənin dediyin kimidir. Bu rəvayət sizin Quranda o həzrətin adının qeyd edilmədiyini dediyiniz məsələ ilə uyğun gəlirmi?

Cavab: Şübhəsiz ki, bu ayədə işlədilən {...عَلِیا} kəlməsi bir şəxsin adı (fənni bir təbirlə desək, ələm) deyil, əksinə sifət xüsusiyyətinə malikdir ki, {...لِسَانَ...} (lisan) sözü üçün sifət rolunu daşıyır. Amma yuxarıdakı rəvayətə gəldikdə, onun mötəbər bir sənədi mövcud deyil. Onun ravilərindən biri Əhməd ibn Məhəmməd Səyyaridir və (rical elmi baxımından) zəifdir. Bu şəxs Quranın təhrif olunması ilə bağlı geniş şəkildə hədislər nəql edən kəsdir. Bu səbəbdən, silsilə sənədləri arasında onun adı olan rəvayətlər qəbul ediləsi deyil və qeyri-mötəbər (etibarsız) sayılır.

Mərhun Əllamə Əmini onun avto-bioqrafiyası ilə bağlı belə yazır: “O, zəif və məzhəbi xarab (fasid) bir şəxs olmuşdur. Onun nəql etdiyi rəvayətlərin içi boşdur

səh:270


1- [1] . “Məryəm” surəsi, ayə 50.
2- [2] . “Əl-Burhanu fi təfsiril-Quran”, c.3, səh.14.

(mənası yoxdur) və etimad olunası deyil”(1) Nəticədə, yuxarıdakı rəvayət etimad ediləsi deyil.

b) Nə üçün Peyğəmbər (s) münafiqləri ortadan qaldırıb məhv etmədi?

Sual: Şübhə yoxdur ki, münafiqlər Peyğəmbər (s) zamanında və o həzrətin vəfatından sonra yenicə yaranan İslama bərpaolunmaz zərbələr vurmuşlar. Həmçinin, onlar imamət və xilafət yolunun dəyişdirilməsinin əsasını qoyanlar idilər və Peyğəmbər (s) də onları tanıyır və münafiqliklərini bilirdi. Bu məsələni nəzərə alaraq nə üçün Peyğəmbər (s) öz zamanında onları qətlə yetirərək İslam və müsəlmanlara bu qədər zərbə dəyməsinin qarşısını almadı?

Cavab: Peyğəmbərin (s) özü hədislərin birində həmin suala cavab vermişdir. Hədisdə buyururlur: “Əgər bəzilərinin məni ittiham eədərk “Məhəmməd (s) Peyğəmbərliyinin başlanğıcında öz dostları və köməkçilərinin vasitəsi ilə qələbə əldə etdi və hökumət dayaqlarını möhkəmlətdikdən sonra da, öz keçmiş dostlarını öldürdü” deməsindən qorxmasaydım, münafiqlərdən çoxunun boynunu vurar və İslamı onların şərrindən xilas edərdim”.(2)

Belə bir ittihamın camaatın düşüncəsində Peyğəmbərlik məsələsini sarsıdacağını nəzərə alaraq Peyğəmbər (s) həmin yanlış düşüncənin qarşısını almaqdan ötrü belə bir addım atmadı və münafiqlərə dəyib-dolaşmayaraq onların xəyanətlərinə səbr etdi.

3. “NÜSRƏT” (KÖMƏK) AYƏSİ

İşarə

{وَإِنْ یرِیدُوا أَنْ یخْدَعُوکَ فَإِنَّ حَسْبَکَ اللَّهُ هُوَ الَّذِی أَیدَکَ بِنَصْرِهِ...}

“Əgər (sülh və barışıqda, yaxud başqa bir məsələdə)

səh:271


1- [1] . “Camiur-ruvvah”, c.1, səh.67.
2- [2] . “Vəsailuş-şiə”, c.18, “Əbvabu həddil-mürtədd”, bölmə: 5, hədis: 3.

səni aldatmaq istəsələr, şübhəsiz, sənə Allah kifayət edər. Səni öz (qeyb) köməyi və möminlərin vasitəsi ilə qüvvətləndirən odur”.(1)

Bəhsə qısa bir nəzər

“Nüsrət” adı ilə ifadə edilən bu ayə həzrət Əlinin (ə) fəzilətləri ilə bağlı olan ayələrdən biridir.

Sual: Bəhsin mövzusu həzrət Əlinin (ə) vilayəti ilə bağlı olan ayələrdir. Belə isə, fəzilətlə bağlı ayələrin vilayətlə nə irtibatı vardır?

Cavab: Əmirəl-Mömininin (ə) xilafət və vilayətinin isbatı üçün istifadə edilən ayələr iki qisimiə bölünür:

Birincisi, o həzrətin vilayət və xilafətinə aydın, açıq-aşkar və birbaşa dəlalət edən ayələr. Məsələn, birinci fəsildə bəhs etdiyimiz “İkmalud-din”, “Vilayət” ayəsi kimi ayələr. İkincisi, birbaşa o həzrətin xilafətinə dəlalət etməyən və ona məxsus fəzilətləri zəminində qeyd edilən ayələr. Əvvəlki bəhslərdə şərhini verdiyimiz kimi, müəyyən bir əqli müqəddiməyə əsasən, biz dolayı yolla həmin qisimdən olan ayələr vasitəsi ilə vilayət məsələsini isbat edə bilərik. “Bu qəbildən olan “Nüsrət” və sair ayələr barəsindəki şərh və təfsir də nəzərinizə çatdırılacaq.

Şərh və təfsir

Bütün quvvə ilə hazır olmaq

“Nüsrət” ayəsinin təfsirinin daha yaxşı təfsir edilməsi üçün “Ənfal” surəsinin 60-63-cü ayələrinin təfsirinə müraciət etmək lazımdır:

{وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَمِنْ رِبَاطِ الْخَیلِ...}

“Malik olduğunuz bütün qüvvələrinizi, həmçinin döyüş atlarınızı döyüş meydanı üçün və düşmən müqabilində hazır vəziyyətə gətirin”.

səh:272


1- [1] . “Ənfal” surəsi, ayə 62.

Bu ayə bütün zamanlarda, məkan, tarixi dövrlər və ölkələrdə ilhamverici funksiya daşıyır və xüsusi bir silahdan söhbət edilmir ki, zamanın dəyişməsi ilə sıradan çıxmış olsun. Əksinə, “qüvvə” sözündən istifadə edilərək müsəlmanların bütün zamanlarda mövcud olan ən yeni silahlarla təchiz olunaraq düşmən müqabilində hazır olmalarını tövsiyə edir. Həmin söz sadəcə döyüş silahlarına deyil, təbliğat kimi düşmənin aradan qaldırılmasında təsirli olan qeyri-silahlara da şamil edilir. Eyni zamanda, ayədə ifadə edilən “qüvvə” sözü iqtisadi, ictimai, əxlaqi, bir sözlə, düşmənin qarşısını almaqda və bizim müdafiə olunmağımızda təsirli olan və kömək edən bütün məsələlərə aid edilə bilir.

{...تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّکُمْ وَآخَرِینَ مِنْ دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللَّهُ یعْلَمُهُمْ...}

Ayənin bu qismi silah və döyüş qüvvələrinin toplanması barədəki hədəfi belə bəyan edir:

Bu hazırlıqdakı məqsəd insanların məhv edilməsi, dünyanın viran olunması və qüdrətsiz və biçarə şəxslərin öldürülüb qarət edilməsi deyil, əksinə hədəf şəri olan bir müdafiədir. Düşmənlərin təcavüz edə bilməməsi üçün bütün silah və qüvvələrlə hazır olmaq lazımdır. Çünki həmişə qüdrətli və zalım dövlətlər zəif ölkələrə hücum edirlər və qüdrət həm zahiri və batini, həm Allah düşmənləri və öz düşmənlərinizin – onların qarşısını ala bilən, yeganə vasitədir. Silahlı qüvvələrin artırılması və hazır vəziyyətə gətirilməsi hədəfi düşmənin ehtimal ediləsi təcavüzünün qarşısını şəri və məntiqi müdafiə formada almaq üçün olmalıdır.

{...وَمَا تُنْفِقُوا مِنْ شَیءٍ فِی سَبِیلِ اللَّهِ یوَفَّ إِلَیکُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ}

Şübhəsiz ki, İslamın müdafiə sisteminin gücləndirilməsi, onun iqtisadi, ictimai, əxlaqi və təbliğata yönəli müasir silahlarla təchiz olunması və bu kimi məsələlər çoxlu xərclər tələb edir və müsəlmanlar onu təmin etməlidirlər. Allah yolunda xərclədiyiniz bütün pulları Allah özü kamil şəkildə sizə qaytaracaq və sizə bu cür müamilədə şübhəsiz ki, heç bir zərər dəyməyəcəkdir.

səh:273

{وَإِنْ جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَکَّلْ عَلَی اللَّهِ إِنَّهُ هُوَ السَّمِیعُ الْعَلِیمُ}

Müsəlmanların müdafiə ilə bağlı öz hərbi qüvvələrini möhkəmləndirməkdə vəzifəli olmalarına baxmayaraq, əgər düşmənlər onlara tərəf öz dostluq əlini uzadaraq sülhə dəvət etsələr, bu zaman müsəlmanlar onların əlini geri çevirməyəcək və müharibəyə israra edərək ona can atmayacaqlar. Bu ayənin özü inadkar və İslamı müharibə və döyüş dini kimi tanıtdıranlara verilən ən yaxşı cavabdır, bu mənada ki, əgər İslam dini sülh dini olmasaydı, onda, ona tərəf sülh etmək üçün uzadılan əli geri çevirməli idi, amma həqiqət bunun əksini göstərir. Daha sonra müsəlmanlara xəbərdarlıq edilir:

{وَإِنْ یرِیدُوا أَنْ یخْدَعُوکَ فَإِنَّ حَسْبَکَ اللَّهُ هُوَ الَّذِی أَیدَکَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِینَ}

Düşmənin sülh təklifinə müsbət cavab versəniz belə, ehtiyyatlı olun ki, onların hiylə və məkrinə aldanmayasınız və bu şəraitdə də öz qüdrət və müdafiə qüvvələrinizi ən yüksək səviyyədə qoruyub saxlayın ki, düşmən hiylə işlətsə, siz qəflətdə olmayasınız.

Bu, düşmən qüvvələrinin zəiflədikləri zamanlarda yalandan sülh bağlamaq niyyətində olaraq öz qüvvələrini bərpa edənə qədər müsəlmanları danışıqlara tutmağa və qüvvələr bərpa edildikdən sonra da müsəlmanlara zərbə vurulmasına bənzəyir (xəbərdarlıq bu cəhətdəndir). Belə hallarda müsəlmanlar öz qüvvələrini qoruyub saxlamış olsalar, onda düşmənin gözlənilməz hiyləsini dəf edə biləcəklər. Həzrət Əli (ə) də vali təyin etdiyi Malik Əştərə nəsihət verdikdən sonra da, onu hətta, sülh zamanlarında da düşmənin hiyləsindən qafil olmamağa çağırır.(1)

səh:274


1- [1] . Malik Əştərin əhdnaməsinin son hissələrində belə yazılmışdır: ولاتدفعنّ صلحاً دعاک الیه عدوّک وللّه فیه رضی...ولکن الحذر کلّ الحذر من عدوّک بعد صلحه، فانّ العدوّ ربّما قارب لیتغفّل فخذ بالحزم واتّهم فی ذلک حسن الظّن Düşmən tərəfindən sənə təklif edilən və Allahın razılığı olan sülhü əsla geri çevirmə... Amma düşmənin sülhlə bağlı verdiyi sözdən sonra çox ehtiyyatlı ol ki, düşmən bəzən hiyləgərlik edir, yəni sülh müqaviləsi bağlayaraq səni qəflətdə qoymaq istəyir. Bu cəhətdən, sən uzaqgörənliyini əldən vermə və xoş düşüncəliliyini bir kənara qoy (“Nəhcül-bəlağə”, 53-cü məktub).

Allah-taala ayənin sonunda buyurur ki, əgər səni aldatmaq istəsələr, Allah sənə bu şəraitdə kifayət edər. Allah o kəsdir ki, səni özü və möminlərin yardımı ilə gücləndirmişdir.

{وَأَلَّفَ بَینَ قُلُوبِهِمْ لَوْ أَنْفَقْتَ مَا فِی الْأَرْضِ جَمِیعًا مَا أَلَّفْتَ بَینَ قُلُوبِهِمْ وَلَکِنَّ اللَّهَ أَلَّفَ بَینَهُمْ إِنَّهُ عَزِیزٌ حَکِیمٌ}

Ey Allahın Peyğəmbəri! Onların qəlbləri arasında (Allah) ülfət yaratdı. Əgər sən yer üzündə olan şeylərin hamısını onların qəlbləri arasında ülfət yaratmaq üçün xərcləsəydin, onların bir-birindən ayrı qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı. Həqiqətən, o, yenilməz qüdrət və hikmət sahibidir. Bu sən və bütün müsəlmanlar üçün ən böyük nemətlərdəndir.

Yuxarıdakı dörd ayə barədə daha artıq bəhs etmək mümkündür, amma biz bu qədəri ilə kifayətlənirik.

Möminlər kimlərdir?

Sual: “Nüsrət” ayəsi kimin barəsində nazil olmuşdur? Möminlərdə məqsəd kimlərdir?

Cavab: Bu zəminədə çoxlu rəvayətlər mövcuddur və həm Əllamə Əmini “Əl-Qədir”(1) kitabında, həm də “Ehqaqul-həqq”(2) kitabının müəllifi öz əsərində həmin rəvayətləri nəql etmişdir. Həmin rəvayətlər iki qisimə bölünür:

Birincisi, “Peyğəmbərin (ə) ilkin dost və köməkçisinin həzrət Əli (ə) olduğu və “Nüsrət” ayəsinin onun barəsində nazil edildiyini” bildirən rəvayətlər.

İkincisi, həzrət Əlinin (ə) yardımından danışan, amma onun həzrət Əliyə aid olduğunu bildirməyən rəvayətlər. Hər iki qisimdən olan rəvayətlərin hərəsinə bir nümunəni misal göstərməklə kifayətlənirik:

1. “Dəməşq tarixi” əsərinin müəllifi İbn Əsakir Əbu

səh:275


1- [1] . “Əl-Qədir”, c.2, səh.49-dan sonra.
2- [2] . “Ehqaqul-həqq”, c.3, səh.194-dən sonra.

Hüreyrədən(1) aşağıdakı rəvayəti nəql edir:

مَکْتُوبٌ عَلَی الْعَرْشِ لا اِلهَ اِلاَّ أنَا وَحْدی، لا شَریکَ لی، وَ مُحَمَّدٌ(2) عَبْدی وَ رَسُولی، اَیَّدْتُهُ بِعَلِیٍّ وَ ذلِکَ قَوْلُهُ هُوَ الَّذی اَیَّدَکَ بِنَصْرِه وَ(3) بِالْمُؤْمِنینَ

“Ərşin sütunlarına belə yazılmışdır: “Mən tək olan Allahdan başqa, heç bir Allah yoxdur və mənim şərikim də mövcud deyil. Məhəmməd (s) mənim bəndəm və rəsulumdur. Mən onu Əlinin (ə) vasitəsi ilə təsdiqləmişəm. “Nüsrət” ayəsində gələnlər ərşin sütunlarında yazılmış olan cümlələr Əlinin (ə) yardımı barəsindədir””.

Bu yerdə bir neçə mətləbi xatırlatmağı zəruri hesab edirik:

Birincisi, Əbu Hüreyrə bu rəvayəti Peyğəmbərə (s) nisbət verməsə də, onun söylədiyi مَکْتُوبٌ عَلَی الْعَرْشِ cümləsi həmin məsələni İslam Peyğəmbərindən (s) eşitdiyini göstərir, çünki özündən belə bir şeyi iddia edə bilməz.

İkincisi, Quran ayələrinin nazilolma səbəbi iki qisimdir:

Birincisi, sadəcə bir nəfərə və bir şəxsə aid olan nazilolma səbəbləri. Məsələn, “İkmalud-din” və “Vilayət” ayələri və bunun kimi həzrət Əlidən (ə) başqa, heç bir şəxsə aid olmayan ayələr.

İkincisi, bir fərdə deyil, çoxlu sayda fərdlərə şamil olan nazilolma səbəbləri. Misal üçün, “Nüsrət” ayəsi bir deyil, əksər insanlara şamildir, lakin onun ən üstün və bilinən misdaq və nümunəsi bir şəxsdir ki, o da həzrət Əlidir (ə).

Üçüncüsü: İbn Əsakirdən başqa, digər şəxslər də həmin rəvayəti nəql etmişlər:

A) Muhibbuddin Təbəri, “Riyaz”(4);

səh:276


1- [1] . Qeyd edilən rəvayətin ravisi təkcə Əbu Hüreyrə deyil, əksinə İbn Abbas, Cabir və Ənəs də onu nəql etmişdir.
2- [2] . Ubudiyyət və bəndəçilik məsələsi o qədər əhəmiyyət kəsb edir ki, burada risalət sözündən qabaq qeyd edilmişdir (təşəhhüddə deyildiyi kimi, müsəlmanlar o həzrətin risalətinə şəhadət verməzdən qabaq, onun bəndəçiliyinə şəhadət verirlər).
3- [3] . “Ehqaqul-həqq”, c.3, səh.194-də nəql edilənlərə əsasən.
4- [4] . “Ər-Riyaz”, c.2, səh.172 (“Əl-Qədir”, c.2, səh.50-də nəql edilənlərə uyğun olaraq).

B) Süyuti, “Əd-Durrul-mənsur”(1);

C) Qunduzi, “Yənabiul-məvəddəh”(2);

D) Əllamə Gənci, “Kifayətut-talib”(3) əsərində.

2. Mərhum Əllamə Əmini həzrət Əlinin (ə) Peyğəmbərin (ə) birinci köməkçi və yardımçısı olmasına işarə edən, amma ayədəki məqsədin həzrət Əli (ə) olmasını birbaşa bildirməyən çoxlu rəvayətlər nəql etmişdir. Həmin rəvayətlərdən biri Ənəs ibn Malikin Peyğəmbərdən (s) nəql etdiyi aşağıdakı hədisdir:

اللهُ، محمَّدٌ رَسُولُ اللهِ، اَیَّدْتُهُ بِعَلِیٍّ، نَصَرْتُهُ بِعَلِیٍّ لَمّا عُرِجَ بی: رَأَیْتُ عَلی ساقِ العَرشِ مَکْتُوباً: لا اِلهَ اِلاَّ

“Məni meraca apardıqları vaxt ərşin sütunlarında bu cümlələrin yazıldığını müşahidə elədim: “Tək olan Allahdan başqa, heç bir Allah yoxdur, Məhəmməd (s) Allahın Peyğəmbəri və onun elçisidir. Məhəmmədi (s) Əlinin (ə) vasitəsi ilə təsdiqlədim və onunla yardım etdim””.(4) Qeyd edilən bu hədis əhli-sünnənin müxtəlif kitablarında nəql edilmişdir. Həmin kitabları diqqət edin:

1. “Zəxairul-uqba”(5)

2. “Mənaqibu Xarəzmi”(6)

3. “Fəraidu Həmmuyi”(7)

4. “Xəsaisul-kubra”(8) və digər kitablar.(9)

səh:277


1- [1] . “Əd-Durrul-mənsur”, c.3, səh.199 (“Ehqaqul-həqq”, c.3, səh.194-də nəql edilənlərə əsasən).
2- [2] . “Yənabiul-məvəddəh”, səh.94 (“Ehqaqul-həqq”, c.3, səh.194-də nəql edilənlərə əsasən).
3- [3] . “Kifayətut-talib”, səh.110 (“Ehqaqul-həqq”, c.3, səh.194-də nəql edilənlərə əsasən).
4- [4] . ”Bağdad tarixi”, c.11, səh.173 (“Əl-Qədir”, c.2, səh.50-də nəql edilənlərə uyğun olaraq).
5- [5] . “Zəxairul-uqba”, səh.69 (“Əl-Qədir”, c.2, səh.50-də nəql edilənlərə uyğun olaraq).
6- [6] . “Mənaqibu Xarəzmi”, səh.254 (“Əl-Qədir”, c.2, səh.50-də nəql edilənlərə uyğun olaraq).
7- [7] . “Fəraidu Həmmuyi”, bölmə 46 (“Əl-Qədir”, c.2, səh.50-də nəql edilənlərə uyğun olaraq).
8- [8] . “Xəsaisul-kubra”, c.1, səh.7 (“Əl-Qədir”, c.2, səh.50-də nəql edilənlərə uyğun olaraq).
9- [9] . “Əl-Qədir”, c.2, səh.50-51-ə müraciət edin.

Əlinin (ə) adının ərşin sütunlarında yazılmasını söyləməyin özü həmin məsələnin əhəmiyyətli olmasını bildirir və Allah və onun rəsulunun adından sonra Əlinin (ə) adının ərşin sütunlarında yazılması o həzrətin Peyğəmbərə (s) yardım edən ilkin şəxs və müsəlmanların ən üstünü olmasını göstərir. Təbiidir ki, əgər Allah Peyğəmbərə (s) canişin seçmək istəsə, belə bir şəxsi nəzərdə tutacaqdır və əgər müsəlmanlar da bir şəxsi canişin kimi seçmək istəsələr, əqlin hökmünə əsasən, həzrət Əlinin (ə) ardınca getməlidirlər.

Ayənin verdiyi mesajlar

İslamı bütün qüvvəsi ilə müdafiə etmək

Qeyd edilərə diqqət etməklə həzrət Əlinin (ə) əldə etdiyi qeyri-adi məqamların Peyğəmbəri (s) himayə etmək sayəsində əldə etdiyi məlum oldu. Əmirəl-Möminin (ə) bütün bu məqamları İslam rəhbərini müdafiə etdiyi üçün əldə etmişdir. İslamın süquta uğrayacağı və ona zərbə dəyəcəyi mühüm anlarda biz həzrət Əlini (ə) bütün qüvvəsi ilə döyüş meydanında mübarizə apardığının şahidi oluruq. Məsələn, “Ühüd” döyüşündə hamı Peyğəmbəri (s) meydanda tək qoyaraq qaçır və təkcə Əli (ə) düşmənlə döyüşü davam etdirir. Onun Peyğəmbərdən (s) xəbəri yoxdur, amma bilir ki, o həzrət düşmənlərə arxa çevirərək meydandan qaçacaq biri deyil. Döyüşə davam etməklə yanaşı, o, Peyğəmbəri (s) axtarmağa başlayır. Meydanın bir hissəsində o həzrətin dişlərinin sındırıldığını və mübarək alnından qan axdığını gördükdə, pərvanə kimi onun başına dolanır və təklikdə Peyğəmbəri (s) müdafiə edir və çoxlu sayda yaralar alır.(1) O həzrətin şiələri də mal, can, əxlaq və bütün qüvvələri ilə çalışaraq İslamı müdafiə

səh:278


1- [1] . “Nurul-əbsar”, səh.96-97.

etməlidirlər ki, qiyamət günü Peyğəmbər (s) yanında və o həzrətin qarşısında başı uca olsunlar və xəcalət çəkməsinlər.

4. “ELMUL-KİTAB” AYƏSİ

İşarə

{وَیقُولُ الَّذِینَ کَفَرُوا لَسْتَ مُرْسَلًا قُلْ کَفَی بِاللَّهِ شَهِیدًا بَینِی وَبَینَکُمْ وَمَنْ...}

“Kafirlər “sən (Allahın) Peyğəmbər(i) deyilsən” deyirlər. De: “Mənimlə sizin aranızda Allahın, həmçinin, kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Qur’anın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir”.(1)

Bəhsə qısa bir nəzər

Həzrət Əlinin (ə) vilayətinin isbat edilməsi üçün istifadə edilə bilən ayələrdən biri o həzrətin fəzilətləri ilə bağlı olan “Elmul-kitab” ayəsidir. Peyğəmbər (s) bu ayədə onun Peyğəmbərlik iddiasının doğruluğuna şahid kimi iki nəfərin adını çəkir. Onlardan biri Allah, digəri isə kitab elmi (elmi-kitab) yanında olan kəsdir. Kitab elmi yanında olan şəxsə məqsədin kim olması və Allahla həmin şəxsin şahidliyinin necəliyi barədə gələn bəhslərdə geniş şəkildə şərh ediləcək, amma ayənin şərh və təfsirindən öncə bir mətləbi müqəddimə olaraq bildirmək zəruridir.

Heç bir şeyi dəlilsiz olaraq qəbul etməyin

Quranın bütün müsəlmanlar və bütün insanlara mühüm və ən əsas təlimlərindən biri budur ki, heç nəyi dəlilsiz olaraq qəbul etməsinlər. Bəli, İslamın nəzərində hansısa bir məsələnin qəbulu üçün onu əsaslandıra bilən dəlillər olmalıdır. Quranda bu zəminədə dörd ayə mövcuddur. Həmin ayələr belədir:

{...هَاتُوا بُرْهَانَکُمْ...}

Bu mövzu barəsində öz dəlillərinizi gətirin.(2)

səh:279


1- [1] . “Rəd” surəsi, ayə 43.
2- [2] . Bu cümlə Quranın “Bəqərə” surəsi, 114-cü, “Ənbiya” surəsi, 24-cü, “Nəml” surəsi, 64-cü və “Qəsəs” surəsinin 75-ci ayələrində qeyd edilmişdir.

Bu ayələrin xitabı bəzən yəhudi və nəsranilərdir və Allah Peyğəmbərə buyurur ki, onlara belə de: “Əgər onlar öz iddialarında (cənnət təkcə yəhudi və nəsranilərə məxsusdur və onlardan başqa, heç kəs cənnətə getməyəcək) doğruçu və sadiqdirlərsə, öz dəlillərini göstərsinlər”. Bəzən də bütpərəstlərə xitab olunur ki, onlar boş və əsassız iddialala bütlərə ibadət edirlər və bunun üçün də bir dəlil gətirməlidirlər, yoxsa, onların bu iddiası qəbul olunası deyil.

Eyni zamanda, həmin ayələrdən biri qiyamət gününə işarə edir, yəni oradada kiminsə bir iddiası olsa, ona dəlil gətirməlidir. Nəticədə, yuxarıdakı ayələrdən dünya və axirətdə hər hansı bir qövm və qrupun isbat etmək istədiyi mətləblə(1) bağlı dəlil gətirməsinin zəruriliyi anlaşılır. Əgər bu yüksək səviyyəli adət insanlar arasında yayılarsa, puç və əsassız sözlər və xürafatın qarşısı alınar və insanlar arasında münaqişə və ixtişaşlar özünün zirvə və kuliminasiya nöqtəsinə çamaz və həmin məsələlərdən

səh:280


1- [1] . Sual: Müsəlmanlar dəlil tələb etmədən mərcəyi-təqlid aliminə necə təqlid edir və ona bütün məsələlərdə tabe olurlar. O, hansı fətvanı versə, dəlil göstərməsə də sözsüz ona tabe olurlar? Cavab: Dəlil və sübut iki qisimdir: A). Müfəssəl dəlil, B) İcmali dəlil. Üsulid-din məsələləri barədə müfəssəl dəlillərə ehtiyaclıyıq. Hər bir müsəlman Allah, Peyğəmbər, imam və məad barəsində özünə lazımı qədər məlumat toplamalı və bu məsələləri dəlilə əsasən qəbul etməlidir. Amma füruid-din məsələlərində müfəssəl dəlillərə ehtiyac yoxdur və bu mümkün də deyil. İnsanlar bu barədə xırdalığına qədər məlumat toplamaq istəsə, onda, digər işlərini kənara qoyaraq illərlə təhsil almalı və beləliklə öyrənməlidirlər. Bu cür addım cəmiyyətdə nizam-intizamın aradan qalxmasına gətirib çıxarar və mümkün deyil. Məsələn, xəstə bir şəxs müalicə üçün mütəxəssis, təcrübə və təhsilli bir həkimin yanına getdiyində ondan bir-bir dəlil soruşmadığı kimi, dini məsələlərdə də insanlar təcrübəli, tədqiqatçı və hökmləri əldə etməkdə bacarıqlı və adil alimlərə müraciət edir. Nəticədə, insanlar dəlilsiz olaraq mərcəyi-təqlidə itaət və ona təqlid etmirlər, əksinə qeyri-mütəxəssisin mütəxəssisə müraciət etdiyi kimi ona tabe olurlar ki, bu da müfəssəl dəlil müqabilində icmali dəlildir.

müəyyən şəxslər öz mənafeləri üçün istifadə edə bilməz.

Buna əsasən, hətta, İslam Peyğəmbərinin (s) özü də iddiasının doğruluğuna mötəbər və hamının qəbul edə biləcəyi iki şahid və dəlil gətirir. Bu məsələlərə diqqət yetirməklə, ayənin şərh və təfsirirnə başlayırıq.

Şərh və təfsir

Nübuvvətin şahidləri

{وَیقُولُ الَّذِینَ کَفَرُوا لَسْتَ مُرْسَلًا...}

Kafirlər İslam Peyğəmbərinin (s) Allah tərəfindən göndərilmədiyini iddia edir və Quranın üslubuna uyğun olaraq ondan dəlil və şahid gətirməsini tələb edirdilər. Bu səbəbdən, Allah-taala ayənin davamında belə buyurur:

{...قُلْ کَفَی بِاللَّهِ شَهِیدًا بَینِی وَبَینَکُمْ وَمَنْ عِنْدَهُ عِلْمُ الْکِتَابِ}

Ey Peyğəmbər! De ki, sizinlə mənim aramda Allah və elmi-kitab yanında olan şəxsin şəhadəti kifayət edər. Yəni, mənim birinci şahidim Allah-taala və ikinci şahidim elmi-kitab (onun bir hissəsi deyil, hamısı) onun yanında olan şəxsdir. Bu iki şahid mənim Peyğəmbərliyimə şahiddir və həqiqətdə, həmin şahidlər dəlil istəyənlər üçün kifayət edər.

Allahın şahidliyinin necəliyi (xüsusiyyəti)

Sual: Gözə görünməyən və heç kimin görə bilmədiyi Allah İsılam Peyğəmbərinin (s) risalətinə necə şahidlik edir?

Cavab: Allahın İslam Peyğəmbərinin (s) ixtiyarında qoyduğu möcüzələr onun risalətinin həqiqiliyinə şahiddir. Yoxsa, çətin ki, hikmət sahibi olan Allah yalançı bir Peyğəmbərin (s) ixtiyarında bir-iki deyil, yüzlərlə möcüzə qoymuş olsun və o da Allah bəndələrini öz yollarından azdırsın. Halbuki, Allah bəndələrini azdırmaz. Deməli, Peyğəmbərin ixtiyarında çoxlu sayda möcüzələrin qoyulması onun risalətinə bir şahiddir.

səh:281

Elmi-kitab yanında olan şəxs kimdir?

Bu zəminədə Əllamə Təbərsi “Məcməul-bəyan” əsərində üç nəzəriyyəni bəyan etmişdir:

1. {...وَمَنْ عِنْدَهُ عِلْمُ الْکِتَابِ}:

1. (elmi kitab yanında olan şəxs) – Məqsəd Allah-taalanın özüdür. Həqiqətdə, bu cümlə {...بِاللَّهِ...} (billah) sözünü izah edən və ona ətf olunan (əlavə edilən) təfsirdir və hər iki söz eyni mənadadır. Nəticədə, bu ayədə Peyğəmbərin (s) risalətinin doğruluğu üçün birdən artıq şahid qeyd edilməmişdir və həmin şahid Allahdır.(1)

Bu nəzəriyyə rədd edilmişdir. Çünki ərəb dilinin qrammatik qanunlarına əsasən əlavə edilən cümlə (mətuf) say baxımından olmalıdır və əlavə edilmiş olan cümlə üzərinə əlavə edilən cümlədən (ətf) fərqli olaraq yeni bir mətləb olarsa, bu, qaydaya ziddir və qəbul olunmur. Həmin məsələ ərəb ədəbiyyatı (qrammatikası) alimlərinin dediyi kimidir. Nə qədər ki, bunun əksini sübut edən yeni bir dəlil əldə olunmayıb, biz ayədəki mətləbin əvvəlki cümlənin təkrarı deyil, yeni bir mətləb olduğunu qəbul etməliyik. Bu səbəbdən, yuxarıdakı nəzəriyyə qəbul olunası deyil.

2. İkinci nəzəriyyəyə üstünlük verən insanlar birinci nəzəriyyəni rədd edir və ayədəki məqsədin əhli-kitabdan olan və İslamı qəbul edən bir qrup alim, o cümlədən, Abdullah ibn Salam(2) olduğunu deyirlər. O, yəhudi alimi, insaflı olmuşdur. Abdullah ibn Salam Tövratda sonuncu Peyğəmbərin nişanələrini oxumuşdu və İslam Peyğəmbəri Məhəmmədi (s) gördükdə, həmin nişanələri o həzrətdə müşahidə edərək Allahın göndərdiyi Peyğəmbər olduğunu qəbul etmiş və ona iman gətirmişdi. Əgər o, əvvəlki dini olan yəhudilikdə qalmış olsaydı, onlar arasında hörmət sahibi olar və maddi cəhətdən daha yaxşı təmin oluna bilərdi. Amma o, həqiqəti gördükdə, öz

səh:282


1- [1] . “Məcməul-bəyan”, c.3, səh.301.
2- [2] . Yenə orda.

nəfsini ayağı altında qoyaraq İslama tərəf üz gətirdi. Nəticədə o, kitab elmi yanında olan şəxsdir, yəni Tövratda Peyğəmbərin nişanələrindən xəbərdar olan insandır və ayədə Allah və Abdullah ibn Salam Peyğəmbərin risalətinin doğruluğuna şahid olan kəslərdir. Başqa bir ifadə ilə desək, Allah və səmavi kitablar Peyğəmbərin (s) risalətinə şəhadət verirlər.

Bu nəzəriyyə də qəbul olunmur, çünki “Rəd” surəsi Məkkədə nazil olunan surələrdəndir və Abullah ibn Salam isə Mədinədə İslam dinini qəbul etmişdir. Deməli, bəhs etdiyimiz ayə nazil olarkən Abdullah ibn Salam hələ müsəlman deyildi ki, ayələr ona işarə etmiş olsun.

3. Bir çox təfsir, tarix, hədis və bunlara bənzər kitablarda işarə edilmiş üçüncü nəzəriyyədə kitab elmi yanında olan şəxsdəki məqsədin Əli ibn Əbutalib(1) (ə) olduğu bildirilmişdir. Əhli-sünnənin qəbul etdiyi, Peyğəmbər (s) səhabəsi, müsəlman alimi və şiələrin də xoşbin olduqları Əbu Səid Xudri belə deyir: “Mən Peyğəmbərin xidmətinə yetişdiyimdə, o həzrətdən kitab elmindən bir qədər bilən şəxsdəki {...الَّذِی عِنْدَهُ عِلْمٌ مِنَ الْکِتَابِ...}(2) məqsədin kim olduğunu soruşdum. Həzrət cavab verdi ki, məqsəd qardaşım Süleynmanın (ə) vəziri Asəf ibn Bərxiyadır. Sonra “Rəd” surəsindəki {...مَنْ عِنْدَهُ عِلْمُ الْکِتَابِ} elmi-kitab yanında olan kəs”dəki məqsəd kimdir?” - deyə sual verdim. Belə cavab verdi:

ذاکَ اَخی عَلِیُّ بْنُ اَبیطالِب(3)

“Məqsəd qardaşım Əli ibn Əbutalibdir (ə)”.

Bu rəvayəti Əbu Səid Xudridən başqa, Abdullah ibn Abbas, Səid ibn Cübeyr, Məhəmməd ibn Hənəfiyyə, Zeyd ibn Əli və digərləri də nəql etmişlər. Həmçinin, həmin

səh:283


1- [1] . “Məcməul-bəyan”, c.3, səh.301.
2- [2] . “Nəml” surəsi, ayə 40.
3- [3] . “Yənabiul-məvəddəh”, səh.102 (“Ehqaqul-həqq”, c.3, səh.281-dəki nəqlə əsasən).

rəvayəti nəql edənlərə Qurtubi(1), Süyuti(2), Əllamə Dəşti Şirazi(3), Tirmizi(4) və digərlərini də misal göstərmək olar.

Nəticədə, {...مَنْ عِنْدَهُ عِلْمُ الْکِتَابِ} “elmi-kitab yanında olan şəxs” cümləsinin ən yaxşı təfsiri həzrət Əli ibn Əbutalibdir (ə).

Həzrət Əlinin (ə) şahid olmasının necəliyi (xüsusiyyəti)

Sual: Yuxarıdakı ayənin nazilolma səbəbləri barəsində gələn çoxlu rəvayətlərə əsasən, onun həzrət Əli (ə) haqqında olmasını qəbul etdik, amma qarşıya digər bir sual çıxır ki, onun Peyğəmbərin (s) risalət və nübuvvətinə şahidliyi necə və hansı şəkildədir?

Cavab: Bu sualın cavabının aydın olması üçün iki misala diqqət yetirin:

A) Tanımadığı bir şəhərə daxil olan bir şəxsi təsəvvür edin. O şəhər əhalisindən heç kəsi tanımır və namaz vaxtı camaat namazında iştirak etmək istəyərək həm namazın əvvəl vaxtının, həm də camaat namazının fəzilətini əldə etmək fikrindədir. O, heç kəsi tanımadığı halda, imam camaatın (pişnamazın) adil olmasını necə biləcək və ona necə iqtida edəcək? Bu yerdə fəqihlər deyirlər ki, əgər həmin şəhər əhalisinin müəyyən bir qisminin ona iqtida etdiyi məlum olsa, yəni müəyyən sayda yetişkin ruhanilərin və iqtida edənlərin (məmumların) pişnamaza iqtida etməsindən həmin şəxsin adil olmasına inanmaq olar.

B) Əgər biz elmli və hamının ehtiram göstərdiyi bir şəxsin bizim tanımadığımız bir müəllimin yanında əyləşərək dərs oxuduğunu görsək, şagirdin elm və

səh:284


1- [1] . “Əl-Camiul-əhkamul-Quran”, c.9, səh.13 (“Ehqaqul-həqq”, c.3, səh.280-dakı nəqlə əsasən).
2- [2] . “Əl-İtqan”, c.1, səh.13 (“Ehqaqul-həqq”, c.3, səh.280-dakı nəqlə əsasən).
3- [3] . “Rovzətul-əhbab”, c.1, “doqquzuncu ildəki hadisələr” (“Ehqaqul-həqq”, c.3, səh.280-dakı nəqlə əsasən).
4- [4] . “Manaqibu-Murtəzəvi”, səh.49 (“Ehqaqul-həqq”, c.3, səh.280-dakı nəqlə əsasən).

fəzilətindən ustadın da fəzilətli olmasına inam gətiririk. Məsələn, Şeyx Ənsari və ya Əllamə Hilli kimi bir şəxsin Qomnami adlı ustad yanında dərs oxuduğunu müşahidə etsək, onların vasitəsi ilə ustadın əzəmətinə də inanırıq.

Qeyd etdiyimiz iki misala diqqət etməklə sualın cavabına nəzər yetirin:

Həzrət Əlinin (ə) şəxsiyyəti barədə mütaliə etdiyimiz zaman, onu bütün əxlaqi və insani sifətlərdə ən üstün bir şəx olduğunu anlayırıq.

Həzrət Əlinin (ə) elm və biliyinin bir nümunəsi olan “Nəhcül-bəlağə”ni oxuyaraq onun barəsində təgəkkür etdikdə, adam onun bir insan beyninin məhsulu olduğuna inana bilmir. Bu səbəbdən, o həzrətin kitabını “Allah kəlamından aşağı, insan kəlamından üstün” ifadəsi ilə vəsf etmişlər. Həzrət Əli (ə) ən çətin və insanı heyrətdə qoyan qəzavət məsələlərini ən yaxşı həll üsülları ilə həll edir və məzlum insanların haqqını zalımlardan alırdı. Həzrət Əli (ə) vəsf edilməz ibadət və bəndəçiliyi ilə namazda sadəcə Allaha diqqət edir və onun barəsində düşünürdü. Həmçinin, adi halda onun üzərində tətbiq edilə bilinməyən müalicə fəqət namaz halında o həzrət üçün mümükün olmuşdu.

Onun döyüşlərdə göstərdiyi şücaətə diqqət etirdikdə, məlum olur ki, heç vaxt düşmənə arxa çevirməmiş və daim qələbə çalmışdır. Həzrət Əli (ə) elə bir şəxsiyyətdir ki, heç kəs onu ədalət yolundan xaric edə bilməmiş və sonunda həmin ədalət onun şəhadətinə səbəb olmuşdur.

Bəli, qeyd edilən bütün bu xüsusiyyət və keyfiyyətlər və o həzrətin özünü dinin təbliğinə həsr etməsi və Peyğəmbərin (s) köməkçisi hesab etməsindən İslam Peyğəmbərinin (s) risalətinə şahid olması məlum olmurmu? Nəticədə, həzrət Əli (ə) Peyğəmbərin (s) nübuvvətinə şəhadət verən ikinci bir şəxsdir. Bu şəhadət o qədər mühüm və əhəmiyyətlidir ki, əgər Peyğəmbər (s) öz nübuvvətinin doğruluğuna digər bir şahid gətirə bilməsə

səh:285

idi, həzrət Əlinin (ə) şahidliyi təklikdə kifayət edərdi.

Asəf ibn Bərxiya ilə Əli ibn Əbutalibin (ə) müqayisə edilməsi

Asəf ibn Bərxiya həzrət Süleymanın (ə) vəziri idi və onunla bağlı məlumat “Nəml” surəsində bildirilmişdir və həmin hadisənin şərhi belədir:

“Səba hökmdarı (mələkəsi) həzrət Sülymana (ə) təslim olduğu və ona tərəf hərəkət etdiyində, həzrət Süleyman (ə) insan və cinlərdən olan köməkçilərinə xitab edərək dedi ki, sizlərdən hansının Səba hökmdarı bizə təslim olmamış və hüzurumuza gəlməmişdən qabaq, onun taxtını bura gətirə bilər?

Cinlərdən olan biri cavab verdi ki, mən onu sizin yanınıza gətirərəm, amma bir az zamana ehtiyac var və sizin bu məclis qurtarana qədər mənə vaxt verin. Həzrət Süleyman (ə) buna razı olmadı və onun qeyri–adi işləri həyata keçirdiyi və elmi-kitabdan bir şey bilən vəziri (Asəf ibn Bərxiya) dedi ki, siz gözününzü yumub-açaana qədər mən o taxtı gətirərəm. Həzrət Süleyman (ə) gözünü yumub-açıncaya qədər həmin taxtı öz yanında hazır gördü. Süleyman Peyğəmbər (ə) bütün bu nemətlərin Allahdan olduğunu etiraf edərək şükr elədi”.(1)

Asəf ibn Bərxiya elmi-kitabdan az bir şey və ismi-əzəmdən bir qədər bilirdi və onun köməyi ilə belə qeyri-adi bir işi həyata keçirdi. Elmi-kitabın hamısını və bütün ismi-əzəmləri bilən həzrət Əlinin (ə) qüdrəti Asəf ibn Bərxiya ilə müqayisə olunasıdırmı? Bu bəhslərdən imamların təkvini vilayətinə də iman gətirmək olar, çünki bu məsələ, nəuzubillah, onların yerlər və göylərin yaradıcısı mənasında deyil, əksinə onlar Allahın izni ilə varlıq aləmində təsərrüf və təsir qüvvısinə malikdirlər. Necə ki, Asəf ibn Bərxiya həmin məsələlərə qadir idi.

səh:286


1- [1] . Asəf ibn Bərxiya barəsində verilən şərh “Nəml” surəsinin 38-39-40-cı ayələrindən idi.

5, 6. “MÜƏZZİN” (AZAN VERƏN) VƏ “AZAN” AYƏSİ

İşarə

{وَنَادَی أَصْحَابُ الْجَنَّةِ أَصْحَابَ النَّارِ أَنْ قَدْ وَجَدْنَا مَا وَعَدَنَا رَبُّنَا حَقًّا فَهَلْ وَجَدْتُمْ مَا وَعَدَ رَبُّکُمْ حَقًّا قَالُوا نَعَمْ فَأَذَّنَ مُؤَذِّنٌ بَینَهُمْ أَنْ لَعْنَةُ اللَّهِ عَلَی الظَّالِمِینَ}

“Cənnət əhli cəhənnəm əhlini səsləyəcəklər ki: “Biz Rəbbimizin bizə vəd etdiyini doğru və sabit gördük, siz də Rəbbinizin sizə vəd etdiyi şeyi haqq və sabit gördünüzmü?” (Cəhənnəmdəkilər) deyəcəklər: “Bəli! “Belə olduqda, onların arasında bir carçı səslənəcək ki: “Allahın lənəti olsun zalımlara”.(1)

{وَأَذَانٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَی النَّاسِ یوْمَ الْحَجِّ الْأَکْبَرِ أَنَّ اللَّهَ بَرِیءٌ مِنَ الْمُشْرِکِینَ وَرَسُولُهُ...}

“Həmçinin, (bu ayələr) Allah və onun Peyğəmbəri tərəfindən (bütün) insanlara böyük həcc günündə (qurban bayramı günü, yaxud hicrətin doqquzuncu ilində müşriklərlə müsəlmanların həcc əməllərini birlikdə yerinə yetirdikləri böyük həcc günü) bir bildirişdir ki: “Allah və onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur)”.(2)

Bəhsə qısa bir nəzər

“Müəzzin” kəlməsi Quranda iki yerdə istifadə edilmişdir. Birincisi, “Əraf” surəsinin 44-cü ayəsindədir və axirət aləmi ilə əlaqədar işlənmişdir, ikincisi isə “Yusif” surəsində qeyd edilmişdir ki, bir xəbərin elan edilməsi ilə bağlıdır. Bizim zamanımızda “azan” sözü “namaz vaxtının bildirilməsi” mənasında işlədilir, amma ərəb lüğətində bu söz hər hansı bir məsələnin elan edilməsi ilə əlaqədar istifadə edilir. Məsələn, təhdid etmək, müharibə elan etmək və bəzən də namaz vaxtının elanı kimi hallara şamildir. Başqa sözlə, azan hansısa bir mesajı aşkar şəkildə elan etmək mənasında işlənir. Deməli, “azan”

səh:287


1- [1] . “Əraf”surəsi, ayə 44.
2- [2] . “Tövbə” surəsi, ayə 3.

sözü təkcə namaza aid deyil, əksinə onun geniş mənası vardır.

“Əraf” surəsi, 24-cü ayənin şərh və təfsiri

Cənnət əhli ilə cəhənnəm əhlinin bir-biri ilə söhbəti

“Müəzzin” ayəsinin daha yaxşı aydın olması üçün ondan öncə olan bir neçə ayədən başlamaq lazımdır:

{وَالَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَا نُکَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا أُولَئِکَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِیهَا خَالِدُونَ}

“İman gətirib saleh əməllər edən kəslər – əlbəttə, biz, heç kəsi qüdrətindən artıq vəzifəi yükləmərik – onlar cənnət əhlidirlər və orada əbədi olaraq qalacaqlar”. Yuxarıdakı cümlədə {...لَا نُکَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا...} kimi işlədilən mötərizə cümləsi (əlavə cümlə) iman və saleh əməlin yerinə yetirilməsi məsələsində hamının bərabər olmaması kimi mühüm bir məsələyə işarə edir və hər bir kəsin qüdrətinə uyğun olaraq ondan iman və saleh əməllər yerinə yetirməsi gözlənilir. Şübhəsiz ki, həzrət Əli (ə), Əbuzər, Salaman kimi şəxslərin imanı digərləri ilə eyni səviyyədə deyil və onlardan gözlənilən iman və saleh əməllər adi insanlardan gözlənilmir. Bir sözlə, öz qüdrət və zərfiyyətinə (tutumu) uyğun olaraq iman gətirib saleh əməllər edən şəxslər cənnətə daxil olaraq orada əbədi qalacaqlar.

{وَنَزَعْنَا مَا فِی صُدُورِهِمْ مِنْ غِلٍّ...}

Allah-taala cənnətə daxil olmaq haqqına sahib olanların xüsusiyyətlərini bəyan etdikdən sonra, onlara cənnətdə ediləcək rəftar barədə izah verməyə başlayır. Onlarla bağlı görüləcək birinci iş, qəlblərindəki həsəd və kinin onların qəlbindən silinməsidir ki, bir-biri ilə xoş və səfalı həyat sürə bilsinlər. غِلٍّ (ğillin) sözü otların altından məxfi şəkildə hərəkətdə olan suya deyilir. Həsəd və kin də insanın qəlbində məxfi olduğu üçün həmin ifadə ayədə işlədilmişdir.

Sual: Cənnət əhlinin qəlbində kin və həsəd vardırmı ki, Allah onların qəlbindən həmin şeyləri cənəətə daxil olduqlarında xaric edəcək?

səh:288

Cavab: Bəzi rəvayətlərdə, hətta, cənnət əhlində də həsəd və kinin çox az bir dərəcədə mövcud olması və əgər onu aşkar etməzlərsə, günah sayılmadığı və onun imanla heç bir ziddiyyət təşkil etmədiyi bildirilmişdir.(1) Allah-taala bu həddə olan həsəd və kini belə, cənnət əhlinin qəlbindən xaric edəcək ki, onlar bir-birinin kənarında kamil bir aramlıq və asayişdə yaşasınlar.

{...تَجْرِی مِنْ تَحْتِهِمُ الْأَنْهَارُ...}

Cənnət əhli elə bir evlər və qəsrlərdə yaşayırlar ki, onların altından arxlar axır, yəni həmin evlər, çayların üzərində tikilmişdir. Bu məsələ Quranın bir çox ayəsində olan və ona işarə edilən mühüm nemətlərdəndir.(2)

{...وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِی هَدَانَا لِهَذَا وَمَا کُنَّا لِنَهْتَدِی لَوْلَا أَنْ هَدَانَا اللَّهُ لَقَدْ جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ...}

Cənnətdəkilər Allahın bu cür nemətlərini və onun lütflərini müşahidə etdikdən sonra şükür etmək üçün belə deyərlər: “Həmd və sitayiş bizi bu nemətlərə doğru yönəldən Allaha məxsusdur. Əgər Allah bizi hidayət etməsəydi, biz bu nemətlərə əl tapa bilməzdik. Həqiqətən də, Allahın elçiləri haqqı gətirmişdilər”.

Bəli, cənnət əhli təşrii şəkildə Peyğəmbərlər və övliyalar tərəfindən hidəyət olunmanı və göndərilən səmavi kitabların onların vucudunda (fitrətində) qolulan bir cazibə ilə cənətə daxil olmalarına səbəb olduğunu və bunun Allaha məxsus lütf olduğunu bilir və etiraf edirlər.

{...وَنُودُوا أَنْ تِلْکُمُ الْجَنَّةُ أُورِثْتُمُوهَا بِمَا کُنْتُمْ تَعْمَلُونَ}

Cənnət əhli bütün bu nemətlər və Allahın lütfü müqabilində şükür etdikdən sonra onlara “bu nemətlər sizin etdiyiniz əməllərə xatirdir” – deyə nida edilər.

səh:289


1- [1] . “Əl-Mənar”, c.8, səh.421 (“Nümunə təfsiri”, c.6, səh.175-dəki nəqlə əsasən).
2- [2] . Allah-taala “Bəqərə” surəsi, ayə 25, 226; “Ali-İmran” surəsi, ayə 15, 136, 195, 198; “Nisa” surəsi, ayə 13, 57, 122 və “Maidə” surəsi, ayə12, 85, 119-da, həmçinin, Quranın digər ayələrində həmin nemətlərə işarə etmişdir. Bir sözlə, həmin ayələrin sayının 40-a yaxın olduğunu deyə bilərik.

{وَنَادَی أَصْحَابُ الْجَنَّةِ أَصْحَابَ النَّارِ أَنْ قَدْ وَجَدْنَا مَا وَعَدَنَا رَبُّنَا حَقًّا فَهَلْ وَجَدْتُمْ مَا وَعَدَ رَبُّکُمْ حَقًّا...}

Cənnətdəkilər ora daxil olduqları zmana, ətraflarına baxar və dost-tanışlarına göz gəzdirərlər. Amma onlardan bəzilərini orada görməzlər. Onlar həmin şəxslərin cəhənnəmlik olaraq cənnətdən məhrumluğunu başa düşərlər və bu səbəbdən, onlara xitab edərək deyərlər ki, Allahın bizə vədə etdikləri və onun əsasında da iman gətirirb sleh əməlləri yerinə yetirməklə bizə verilən vədənin doğru olduğunu görərək cənnətə daxil olduq və Allahın vədəsində heç bir yanlışlığın olmadığını bildik. Siz də Allahın verdiyi vədənin haqq olduğunu bildinizmi? Sizə vədə edilmiş cəzaların gerçəkliyini anladınızmı?

{...قَالُوا نَعَمْ...} – Cəhənnəm əhli cavabında deyər ki, bəli, biz Allahın birzə verdiyi əzab vədəsinin haqq olduğunu öz gözlərimizlə müşahidə etdik.

Sual: Nə üçün cənnətdəkilər bu sualı cəhənnəm əhlindən soruşur?

Cavab: Həmin məsələnin inamın daha da dərinləşməsi və əmin olmaq baxımından olması mümkündür. Doğrudur ki, cənnət əhli Peyğəmbərlərin verdikləri xəbərlərə inanır və onun gerçəkləşəcəyini bilirdilər, lakin həmin məsələlərin tədqiq edilməsində onların imanı daha da möhkəmlənirdi. Digər bir ehtimal bu sualın cəhənnəm əhlinin məzəmmət və danlanması üçün verilmiş ola biləcəyidir. Çünki cəhənnəmdəkilər dünyada möminləri məzəmmət edərərk onların iman və etiqadlarına məsxərə edirdilər. Beləliklə, bu sual bir növ, onlara verilən cavabdır.

{...فَأَذَّنَ مُؤَذِّنٌ بَینَهُمْ أَنْ لَعْنَةُ اللَّهِ عَلَی الظَّالِمِینَ}

Cəhənnəm əhli ilə cənnət əhli arasındakı söhbət və danışıqlara son qoyulması üçün bir nəfərin son sözü deməsi zəruridir və bu zaman ilahi xəbəri gətirən şəxs fəryad edərək “Allah zalımlara lənət eləsin” – deyir və beləliklə də, onlar arasındakı söhbət sona yetir.

səh:290

Müəzzin kimdir?

“Əraf” surəsinin 44-cü ayəsində işarə edilən müəzzin kimdir? Həmin xəbər verən və cənnət əhli ilə cəhənnəm əhli arasında, həmçinin, qiyamətdə sözü keçərli olan şəxs kimidir? Hamı tərəfindən səsi eşidilə bilən və cəhənnəmliklər və cənnətliklər arasındakı söhbətə son qoyan şəxs kim ola bilər?

Cavab: Şiə və əhli-sünnə mənbələrində çoxlu sayda rəvayətlər vardır ki, həmin şəxsi həzrət Əli (ə) kimi tanıtdırır. Onların bir neçə nümunəsini diqqətinizə çatdırırıq:

1. Hənəfi və əhli-sünnə alimlərindən sayılan Hakim Həskani “Şəvahidut-tənzil” əsərində Məhəmməd Hənəfinin həzrət Əlidən (ə) nəql etdiyi bir hədisi nəql edir:

أن_َا ذلِکَ الْمُؤذِّنُ

“Qiyamət günü xəbər gətirən şəxs mənəm”. Hakim Həskani İbn Abbasdan da belə bir rəvayəti nəql etmişdir: “Quranda həzrət Əlinin(ə) bir neçə adı qeyd edilmişdir ki, insanlar o adlarla tanış deyillər. Həmin adlardan biri “müəzzindir””. Bu rəvayəti İbn Abbas Peyğəmbərə (s) nisbət verməsə də, onu Peyğəmbərdən (s) eşitmiş olduğu məlumdur.(1)

2. Hafiz Əbu Bəkr Mərdəveyh öz kitabı “Mənaqib”də müəzzinin həzrət Əli (ə) olduğunu nəql etmişdir.(2)

3. Əhli-sünnənin məşhur təfsirçilərindən olan Alusi “Ruhul-məani” adlı əsərində İbn Abbasın belə dediyini nəql edir:

اَلْمُؤَذِّنُ عَلِیٌّ کَرَّمَ اللهُ وَجْهَهُ

“Müəzzin həzrət Əlidir.”(3)

4. “Yənabiul-məvəddəh” əsərinin müəllifi Şeyx Süleyman Qunduzi öz kitabında müəzzindəki məqsədin həzrət Əli (ə) olduğunu nəql edir.(4)

səh:291


1- [1] . “Ehqaqul-həqq”, c.3, səh.394-dəki nəqlə əsasən.
2- [2] . Yenə orda, səh.393-dəki nəqlə əsasən.
3- [3] . “Ruhul-məani”, c.8, səh.108 (“Ehqaqul-həqq”, c.3, səh.393-dəki nəqlə əsasən).
4- [4] . “Yənabiul-məvəddəh”, səh.101 (“Ehqaqul-həqq”, c.3, səh.393-dəki nəqlə əsasən).

5. Mirməhəmməd Saleh Kəşfi Tirmizi də həmin məsələni “Mənaqib”də nəql etmişdir.(1)

Görəsən, müəzzin olmaq iftixar hesab edilirmi?

Sual: “Əl-Mənar” təfsirinin müəllifi Məhəmməd Rəşid Rza kimi təssübkeşliyə düçar olmuş ziyalılar bu ayə və onun barəsindəki rəvayətlərin təfsirinə yetişdikdə, deyirlər ki, ayədə nəzərdə tutulan şəxsin (müəzzinin) həzrət Əli (ə) olduğunu fərz etsək də, bu, iftixar sayılmır, çünki bir nəfər Allahın xəbərini bildirməlidir və burada kimin olması heç də önəmli deyil.

Cavab: Bu əsassız sözlərin cavabı aydındır, yəni müəzzin Allahın əmri ilə hansısa bir xəbəri çatdırmaqda vəzifəli olan şəxsdir və o, ilahi xəbəri (özü də qiyamət günü) çatdırmaq və bəyan etmək kimi ağır vəzifə ilə vəzifələndirilmişdir. Xəbərin (Allahın lənəti zalımlara olsun) əhatə dairəsini nəzərə aldıqda, həmin şəxsin əhəmiyyətli bir şəxs və dünyada heç bir zülümə mürtəkib olmayan olması lazımdır. Çünki heç kəs özünə lənət göndərmək istəməz. Deməli, qiyamət günündəki müəzzin məqamı o qədər də sadə bir məqam deyil ki, onun öhdəsindən hamı gələ bilsin. Eyni zamanda, belə bir məqama yiyələn kəsə böyük bir fəzilət nəsib olmuşdur. Görəsən, nə üçün əhli-sünnənin bəzi təfsirçiləri həqiqətlər müqabilində gözlərini yumur, Quranın həqiqətləri kənarından öz düşüncələrini qorumaq üçün yan keçir, bəzən də onu inkar edirlər?

€“Bəqərə” surəsi, 3-cü ayənin şərh və təfsiri

Həzrət Əlinin (ə) fəilətləri ilə bağlı olan ayələrdən biri hesab edilən və “Müəzzin” ayəsi ilə rabitəsi olan “Azan” ayəsinin təfsirinin anlaşılması üçün “Tövbə” surəsinin əvvəlinci ayələrinə qısa şəkildə nəzər salmaq lazımdır:

səh:292


1- [1] . “Mənaqibu Murtəzəvi”, səh.60 (“Ehqaqul-həqq”, c.3, səh.393-dəki nəqlə əsasən).

Hicrətin səkkizinci ilində Məkkə fəth edildi və bütpərəstlərin kökü vəhy ölkəsində kəsildi vı hamı müsəlman oldu. İslam Peyğəmbərinin (s) həddən artıq mehribanlığı və onun müşrikləri bağışlamasə və əfvi camaatın İslama isti münasibət göstərməsinə və dəsdə-dəsdə İslamı qəbul edərək Peyğəmbərin (s) nübuvvətini qəbul etməsinə səbəb oldu. Həmin il baş verən bütün hadisələri ilə nəhayət sona çatdı. Peyğəmbər (s) hicrətin doqquzuncu ilində Həccətül-vida kimi əzəmətli bir ibadəti yerinə yetirmək niyyətində idi, ama aşağıdakı məsələlər münasibəti ilə həmin məsələni təxirə salamlı oldu:

A) Ərəbistan yarımadasının müəyyən künc-bucağında qalmış bəzi bütpərəstlər Məkkəəyə ziyarətə gəldiyində, bütpərəstliyin ortadan qaldırılmasına baxmayaraq, onlar Kəbəni təvaf edərkən öz əvvəlki bütlərinə məhəbbət səbəbi ilə təvaf edərkən cahiliyyət şüarları verirdilər.

B) Kəbəni lüt və çılpaq şəkildə təvaf etmək məsələsi tama olaraq aradan qaldırılmamışdı və bütbəpərəstlərin bəzisi yenə də çılpaq şəkildə təvaf edirdi. Buna səsəbəb onların təfav edətdikdən sonra paltarlarını hansısa bir fəqirə verməli olduqlarını güman etməsi idi və birdən artıq libası olmayan kəslər öz paltarlarını saxlamaq və ya müəyyən bir səbəbdən onufəqirə verməmək üçün çılpaq şəkildə təvaf edirdi. Bəzən qadın ziyarətçilər bu işi əməli olaraq yerinə yetirirdilər. Siz həmin halda onların Məscidül-Həramın mənəvi ab-havasını necə korladıqlarını təsavvür edin.

Bu məsələləri nəzərə alaraq Peyğəmbər (s) hicrətin doqquzuncu ilində öz fikrindən daşındı və “Tövbə” surəsinin ilkin ayələri nazil olaraq həcc mərasimində müşriklərə aşağıdakı dörd məsələni çatdırması üçün Peyğəmbərin (s) vəzifəli olduğunu bildirdi:

1. لا یَحِجَّنَّ الْبَیْتَ مُشْرِکٌ:

1. Hicrətin onuncu ilindən sonra heç bir müşrikin həcc etmək haqqı yoxdur və onlar Məscidül-Hərama daxil ola

səh:293

bilməzlər. Bütpərəstlərə qarşı mübarizə və onların aradan aparılması kimi məşhurlaşan Kəbə evi müşrik və bütpəəstlərin yeri deyil. Onlar şirkdən əl çəkməyənə qədər Kəbənin ətrafında təvaf etməməlidirlər.

2. وَلا یَطُوفَنَّ بِالْبَیْتِ عُرْیانٌ:

2. Bundan sonra heç kimin Kəbənin ətrafında lüt şəkildə təvaf etməsi qadağandır və kimsə Məscidül-Həramın mənəvi və mələkuti mühitini poza bilməz.

3. وَلایَدْخُلَ الْبَیْتَ اِلاّ مُؤمِنٌ:

3. Keçmişdə (hazırda həmin iftixar bəzi xüsusi şəxslərə nəsib olur) indikinin əksinə olaraq istər müsəlman olsun, istərsə də müşrik, bütün insanlar Kəbənin içinə daxil ola bilirdilər. Bu ayənin nazilindən sonra həmin haqq müşriklərdən alındı və onların daxil olması qadağan edildi.

4. وَمَنْ کانَتْ لَهُ مُدَّةٌ فَهُوَ اِلی مُدَّتِه وَمَنْ لَمْ یَکُنْ لَهُ مُدَّةٌ فَمُدَّتُهُ اَرْبَعَةُ اَشْهُر:

4. Peyğəmbərlə (s) düşmənçilikdən əl çəkmək barəsində müqavilə imzalamış müşriklərə (müqavilədə müddət nəzərdə tutulmamışdı) dörd ay maddətində İslamı qəbul etməsi və öz şirklərindən əl çəkmələri üçün vaxt verilir və bundan sonra onlarla Peyğəmbər (s) arasında heç bir müqavilə yoxdur. Amma müqavilələrində müəyyən bir müddət nəzərdə tutlan, lakin vaxtı hələ bitməmiş və vədələrinə xilaf çıxmayaraq düşmənlərlə əlbir olmayan müşriklərin müqavilələri müdət bitənə qədər keçərlidir.(1)

Peyğəmbər (s) hicrətin onuncu ilində bu xəbəri həcc mərasimində müşriklərə bildirməli idi və o, bu məqsədlə Əbu Bəkri təyin etdi və o, Məkkəyə tərəf yola düşdü. Bir müddət sonra Cəbrayıl nazil olaraq dedi ki, bu məsələni ya özün, ya da sənin kimi olan bir şəxs çatdırmalıdır, nəinki, başqası.

Bu səbəbdən, Peyğəmbər (s) həzrət Əlini (ə) çağırtdıraraq “Tövbə” surəsinin ayələrini Əbu Bəkrdən alması və həmin xəbərləri müşriklərə bildirməsi üçün

səh:294


1- [1] . “Nümunə təfsiri”, c.7, səh.289.

göndərdi. Həzrət Əli (ə) Peyğəmbərin (s) göstərişinə əsasən, ayələri Əbu Bəkrdən aldı və onu həcc mərasimində müşriklərə bəyan etdi.(1)

Mərhum Təbərsi bu barədə belə yazır:

اجمع المفسّرون و نقلة الاخبار انّه لمّا نزلت برائة رفعها رسول الله| الی ابیبکر، ثم اخذها منه و دفعها الی علیّ بن ابیطالب(2)

“İslam aləminin bütün mühəddis və müfəssirləri (təfsirçiləri) – istər şiə olsun, istərsə də sünni – “Tövbə” surəsinin həcc mərasimində oxunması üçün Peyğəmbər (s) tərəfindən Əbu Bəkrə verildiyi və sonra da ondan alınaraq həmin vəzifəni yerinə yetirmək üçün həzrət Əliyə (ə) tapşırıldığına dair fikir birliyinə malikdirlər”.

“Məcməul-bəyan”da deyilənlərdən də bu barədə nəql edilən hədislərin həddən artıq olması bəlli olur və təkcə “Ehqaqul-həqq” kitabında əhli-sünnənin qırx kitabından hədislər nəql edilmişdir.(3)

Cüzi məsələlərdə ixtilaflar

Əlbəttə, yuxarıdakı rəvayətlərin cüzi məsələlərində ixtilaflar mövcuddur və biz onlardan bir neçəsini diqqətinizə çatdırırıq:

Bəzi rəvayətlərdə Peyğəmbərin (s) həzrət Əlini (ə) özünün “Qəzbi” adlı xüsusi dəvəsinə mindirərək yola salır və o, Mədinənin yaxınlığındakı Şəcərə məscidində – həmin yer həcci-təməttö və ümrə üçün miqat (ehram libasını geyinmək yeri) sayılır – Əbu Bəkrə yetişərək Peyğəmbərin (s) göstərişini bildirir. O, çox narahat olaraq Mədinəyə geri dönür və Peyğəmbərin (s) yanına gələrək onun məzəmmət edilməsi barəsində Allahdan bir şeyin nazil olub-olmadığını soruşur اَنْزَلَ فِیَّ شَیْءٌ.

səh:295


1- [1] . Həmin yerdə, səh.275.
2- [2] . “Məcməul-bəyan”, c.3, səh.3.
3- [3] . “Ehqaqul-həqq”, c.3, səh.428-dən sonra.

Peyğəmbər cavab verir ki, xeyr, Allah mənə əmr etmişdir ki, həmin işi ya mən, ya da əhli-beytimdən olan bir şəxs etməliyik

اَنْ اُبَلِّغُهُ اَنَا اَوْ رَجُلٌ مِنْ اَهْلِ بَیْتی:(1)

Nəticədə, təyin edilən birinci şəxsin dəyişdirilməsini Peyğəmbər (s) deyil, Allah əmr etmişdir və həzrət Əlinin (ə) həmin vəzifəni yerinə yetirməsi ilə o həzrətin həcc mərasimi ilə bağlı narahatçılığı – ona əvvəldə işarə etmişdik – artadan qalxmış, Kəbənin bütpərəstlik və şirkin son qalıqlarından təmizlənməsi həyata keçmiş və İslam Peyğəmbərinin (s) Həccətül-vida üçün müqəddimə işlərin görülməsinə hazırlığı başlamış oldu.

Şərh və təfsir

Müşriklərə ciddi xəbərdarlıq

{بَرَاءَةٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَی الَّذِینَ عَاهَدْتُمْ مِنَ الْمُشْرِکِینَ}

Bu, Allah və onun rəsulunun əhd bağlanılmış olan müşriklərdən uzaq olduğunu bildirən bir xəbərdarlıqdır. Bu andan etibarən, müsəlmanlarla müşriklər arasında müddəti nəzərdə tutlmamış sazişlərin ləğv olunduğu bildirilir.

{فَسِیحُوا فِی الْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍ وَاعْلَمُوا أَنَّکُمْ غَیرُ مُعْجِزِی اللَّهِ وَأَنَّ اللَّهَ مُخْزِی الْکَافِرِینَ}

Odur ki, (ey müşriklər, bu nifrət bildirişinin elan olunmasından sonra) dörd ay yer üzündə (azad) gəzin və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (onun qüdrətindən yaxanızı qurtara bilməzsiniz) və Allah kafirləri xar edəndir.

Sual: Nə üçün Peyğəmbər (s) müşriklərlə öz müqavilələrini pozdu? Əhdin (müqavilənin) pozulması o həzrətin bütün müqavilələrinə şamildirmi?

Cavab: Sonrakı ayələrdən başa düşülür ki, bu məsələ xüsusi

səh:296


1- [1] . “Xəsaisun-Nəsai”, səh.28 (“Nümunə təfsiri”, c.7, səh.276-dakı nəqlə əsasən).

bir müddət nəzərdə tutulmayan, vaxtı çatmış müqavilələr və ya vaxtı hələ bitməyən, lakin müşriklərin öz vədələrinə xilaf çıxaraq İslam və müsəlmanlarla “Əhzab” və onun kimi döyüşlərdə düşmənlərə kömək etdikləri üçün aradan qaldırılan sazişlərə şamil idi. Amma müddəti bitməyən və sahiblərinin də vədəyə xilaf çıxmadıqları müqavilələr hələ də qüvvədə qalmaqda idi və bu surədə istisna edildiyi kimi, Peyğəmbər (s) və müsəlmanlar ona ehtiramla yanaşırdılar. Çünki İslamın nəzərində düşmənlə belə olsa, bağlanan müqavilələr ehtirama layiqdir və məsləhətə əsasən, onlarla saziş imzalamaq lazım gələrsə, həmin müqaviləyə uyğun olaraq əməl edilməlidir.

{وَأَذَانٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَی النَّاسِ یوْمَ الْحَجِّ الْأَکْبَرِ...}

Həmçinin, (bu ayələr) Allah və onun Peyğəmbəri tərəfindən (bütün) insanlara böyük həcc günündə (Qurban bayramı günü, yaxud hicrətin doqquzuncu ilində müşriklərlə müsəlmanların həcc əməllərini birlikdə yerinə yetirdikləri böyük həcc (həcci-əkbər) günü) bir bildirişdir ki, “Allah və onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur)”.

“Həcci-əkbər” sözü barədə müxtəlif təfsirlər mövcuddur, amma onların ən yaxşısı həmin sözdəki məqsədin “həcci-təməttö” – bu həcdə Ərəfat, Məşərül-həram, Mina, qurban kəsilən yer və şeytana daş atılması (rəmy cəmərat) kimi yerlərdə dayanılmalıdır – olamsıdır. “Həcci-əsğər” isə təməttö ümrəsidir.(1) Hər halda, Allah və onun rəsulunun hicrətin doqquzuncu ilində həcci-təməttö zamanı edilən elanın nə olmasını bilmək lazımdır. Ayənin davamına diqqət yetirin:

{...أَنَّ اللَّهَ بَرِیءٌ مِنَ الْمُشْرِکِینَ وَرَسُولُهُ...}

Allah və onun rəsulu bütün müşriklərdən uzaq olduğunu bildirir və bu baxımdan, müqavilələr ləğv edilir. Nəticədə,

səh:297


1- [1] . “Həcci-əkbər” sözünü Qurban bayramı və Ərəfə günü kimi də təfsir edirlər. Daha artıq məlumat üçün “Məcməul-bəyan”, c.2, səh.5, “Kəşşaf təfsiri”, c.2, səh.5-244-ə müarciət edin.

müşriklərin öz şirklərindən əl çəkərək müqəddəs İslam dini və tövhidi qəbul etməkdən başqa, ikinci bir yolları yoxdur.

{...فَإِنْ تُبْتُمْ فَهُوَ خَیرٌ لَکُمْ...}

Müqavilələri ləğv edilmiş olan müşriklər əgər bütpərəstlikdən əl çəksə və tövbə edərək İslam dinini qəbul etsələr, bu, onlar üçün daha xeyirlidir. Çünki bu yolla həm onların dünyadakı əmin-amanlığı, həm də İslam dininin qaydalarına əməl etmək, vacib əməlləri yerinə yetirmək və haramlardan çəkinmək sayəsində axirət səadəti təmin edilər.

{...وَإِنْ تَوَلَّیتُمْ فَاعْلَمُوا أَنَّکُمْ غَیرُ مُعْجِزِی اللَّهِ وَبَشِّرِ الَّذِینَ کَفَرُوا بِعَذَابٍ أَلِیمٍ}

Əgər tövbə etməsəniz və öz şirk əməllərinizdə inad göstərsəniz, bilin ki, Allahın qüdrətindən yaxa qurtara və onu aciz edə bilməzsiniz. Bundan əlavə, sizi Allahın əzabı da gözləyir.

Görəsən, bu vəzifə fəzilətdirmi?

Sual: Deyilənlərə uyğun olaraq, Peyğəmbər (s) tərəfindən “Tövbə” surəsinin ilkin ayələrini həcc mərasimində müşriklərə təbliğ etməklə vəzifələndirilən həzrət Əli (ə) üçün əvvəlcə Əbu Bəkrə tapşırılan, sonra isə ondan alınaraq həzrət Əliyə (ə) verilən vəzifə fəzilət hesab edilirmi?

Cavab: Bu fəziləti dəyərdən salmaq istəyən təəssübkeş şəxslərdən bir qrupu demişlər ki, vəzifələndirilmiş şəxsdən tapşırığı geri almaq ərəblər arasında mövcud olan bir adətdir. Yəni, ərəblər arasında belə bir adət var ki, bir nəfəri xəbər vermək üçün göndərən şəxsin ya özü, ya da onun əhli-beytindən olan biri həmin xəbəri çatdırmalıdır. Bu cəhətdən, Peyğəmbər (s) də Əbu Bəkri həmin vəzifədən kənarlaşdırdı və həzrət Əlini (ə) onun yerinə təyin etdi və nəticədə, bu vəzifə həzrət Əli (s) üçün fəzilət hesab olunmur.(1) Amma insaflı

səh:298


1- [1] . “Əl-Kəşşaf”, c.2, səh.244.

olaraq demək lazımdır ki, bu sözlər aşağıdakı səbəblərdən, həqiqətdən uzaqdır:

Birincisi, Siz ərəblər arasında belə bir adətin olduğunu nəyə əsasən deyirsiniz? Harada belə bir məsələ qeyd edilmişdir? Görəsən, sadəcə ehtimala əsasən, belə mühüm bir fəziləti inkar etmək olarmı?

İkincisi, ərəblər arasında belə bir adətin olduğunun sübut edildiyini fərz etsək belə, deməliyik ki, əvvəldə qeyd edilən bəzi rəvayətlərə əsasən, Peyğəmbər (s) Allahın əmri ilə o həzrəti bu məsələdə vəzifələndirmişdi. Nəticədə, belə bir vəzifənin həzrət Əli (ə) üçün fəzilət hesab edildiyini deməliyik, çünki Allah bir şəxsi Peyğəmbərə (s) canişin təyin etmək istəsə, insanların ən üstününü ona canişin təyin edər və əgər insanlar canişin seçmək istəsələr, əqlin tələbinə əsasən də, o həzrəti seçməlidirlər.

€“Azan” və “Müəzzin” ayəsinin bir-biri ilə irtibatı

Axirətdə insana savab və cəzaların verilməsi, həqiqətdə, onun dünyadakı əməllərinin nəticəsidir. Bu məsələ axirət dünyasının savab və cəzalarını insanın dünyadakı əməlləri ilə müqayisə etdikdə daha yaxşı anlaşılır. Böyük günahlardan hesab edilən riba (faiz) məsələsinə mürtəkib olan bir insanın axirətdə vəziyyəti məst olan adamın vəziyyəti kimidir. O, iradəsini əldən vermiş və normal şəkildə addım ata bilməz və yerə yıxılar. Buna səbəb onun riba almaqla cəmiyyətdəki iqtisadi tarazlığın pozulmasına yol açması olmuşdur. Deməli, riba ilə məşğul olan insanın axirətdəki vəziyyəti onun dünyada bu günaha mürtəkib olmaqla cəmiyyətin tarazlığını pozmasının əks-təsiridir.(1)

Zalım insanların axirətdə zülmətdə olması və çıxış yolu

səh:299


1- [1] . Riba məsələsini geniş şəkidə mütaliə etmək üçün “Riba və islami banklar” əsərinə müraciət edin.

tapa bilməməsinaə səbəb onların dünyada məzlumları çıxılmaz vəziyyətə salmalarıdır ki, onlar heç bir çıxış yolu tapmamışlar. Əgər axirətdə əlində çıraq tutduğu və onun nuru sayəsində asanlıqla cənnətə gedən bir şəxs olarsa, bu, onun dünyada bir çox insanı hidayət nuru ilə doğru yola yönəlməsinin nəticəsidir. Xülasə, axirət aləmindəki savab və cəzalar bizim özümümzün dünyadakə əməllərimizin əks olunmasıdır. Bu mətləbə diqqət etməklə deyə bilərik ki, “Tövbə” surəsində qeyd edilən ayələrə uyğun olaraq əgər həzrət Əli (ə) dünyada Peyğəmbərin (s) müəzzinidirsə və onun verdiyi xəbərləri Məkkədə insanlara çatdırırsa, deməli, o həzrət axirətdə də müəzzindir və ilahi xəbəri axirətdəkilərə çatdıraraq zülm etdikləri üçün Allahın lənətinin zalımlara olmasını onlara bildirir. O həzrət axirətdə cənnət və cəhənnəm əhli arasındakı danışıqlara son qoyandırsa, buna səbəb o həzrətin sonuncu dəfə dünyada müşrik və bütpərəstlərə xitab etməsidir. Görəsən, bu vəzilətin dəyəri azdırmı? Hansısa bir insan, istər müsəlman olsun, istərsə də digər ilahi dinlərdən, belə bir fəzilətə yiyələnə bilmişdirmi?

“Bəraət” (tövbə) surəsini təbliğ etmək vəzifəsi...

“Bəraət” (tövbə) surəsini təbliğ etmək vəzifəsi...

“Bəraət” (tövbə) surəsini təbliğ etmək vəzifəsi verilən şəxslərin

dəyişdirilməsindəki hikmət

Sual: Peyğəmbər (s) – qeyd edilənlərə əsasən – şiə və sünni olan bütün təfsirçilərin də fikir birliyinə görə, əvvəlcə Əbu Bəkri “Tövbə” surəsinin təbliği ilə vəzifələndirmiş, sonra isə həmin vəzifəni həzrət Əliyə (ə) tapşırmışdır. Görəsən, Peyğəmbər (s) öz işindən peşman olaraq belə bir addımı atmışdırmı?

Yoxsa, hər iki məsələ – həm Əbu Bəkrin təyini, həm də onun geri alınaraq həzrət Əliyə (ə) əta olması Allahın əmri ilə idimi? Bir sözlə, vəzifəli şəxslərin dəyişdirilməsindəki hikmət nə idi?

Cavab: Bu sualın cavabı aydındır. O həzrət hər bir işi agah

səh:300

və baxəbər şəkildə yerinə yetirmiş və camaatın nəzərini hamıdan fəzilətli təsəvvür etdikləri şəxsdən, həqiqətdə də, ən üstün olan şəxsə doğru yönəltmək istəmişdi. Bu səbəbdən, ilkin olaraq camaatın ən üstün təsəvvür etdiyi şəxsi – Əbu Bəkri bu məsələdə vəzifələndirmiş, sonra isə onu vəzifədən kənarlaşdıraraq həm Əbu Bəkrdən, həm də bütün müsəlmanlardan üstün olan bir şəxsə həvalə etmişdi. Bu məsələ Peyğəmbərin (s) gördüyü birinci iş deyildi, əksinə dəfələrlə həmin məqsədlə ona bənzər müəyyən işləri həyata keçirmişdi. Məsələn, Xeybəri qalasının fəthi məsələsində döyüş bayrağını birinci gün Əbu BƏkrə verir ki, bütün səyi ilə qalanı fəth eləsin, lakin o, bacarmır. İkinci gün də Ömərə bayrağı verir, o da kor-pşman geri qayıdır. Nəhayət, üçüncü gün belə buyurur:

“Sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, həm Allah və onun rəsuluna məhəbbəti var, həm də Allah və rəsulu onu sevir. O, daima düşmənə həmlə edən və əsla döyüşdən fərar etməyəndir. Həmin şəxs Xeybər qalasını fəth edəcək.”

Peyğəmbərin məqsədinin kim olduğu başa düşən səhabələr dedilər ki, əgər Əlini (ə) nəzərdə tutursunuzsa, o, indi göz ağrısı xəstəliyinə mübtəla olmuşdur. Həzrət onun yanına çağırılmasına göstəriş verdi və Əli (ə) gəldikdə, Peyğəmbər (s) ağzının suyundan bir qədərini onun gözlərinə sürtdü və Əlinin (ə) gözləri şəfa tapdı. Növbəti gün Peyğəmbər (s) bayrağı həzrət Əliyə verdi və o, qalanı fəth elədi.(1) Görəsən, nə üçün Peyğəmbər (s) elə əvvəlcədən bayrağı ona deyil, digər səhabələrə vermişdi? Aydın məsələdir ki, həzrət Əlinin (ə)üstün və əfzəl olduğunu digərlərinə bildirmək istəyirdi.

“Əhzab” (xəndək) döyüşündə də müşrik və bütpərəstlərin qəhrəmanı Əmr ibn Əbdüvəd xəndəyi aşaraq müsəlmanlardan

səh:301


1- [1] . Bu hadisənin şeniş şərhini “Furuğe əbədiyyət”, c.2, səh.248-dən mütaliə edin.

özü müqabilində döyüşçü istədikdə, həzrət Əlidən (ə) başqa, heç kəz, hazır olmadı. Peyğəmbər (s) ona birinci dəfə icazə vermədi. İkinci dəfə də məsələ təkrarlandı və Əlidən (ə) başqa, heç kəs döyüşə hazır olmadı və Peyğəmbər (s) ona yenə icazə vermədi. Əmr ibn Əbdüvəd üçüncü dəfə təhqirə keçərək dedi: “Döyüşçü tələb etməkdən yoruldum və səsim tutuldu, sizdən hansınız cənnətə getmək istəyir? Onu cənnətə göndərim”. Bu dəfə də Əlidən başqa, heç kəz irəli çıxmadı. Bu dəfə Peyğəmbər (s) ona icazə verdi və hamını heyrətə salacaq şəkildə o, Əmr ibn Əbdüvədə qalib gəldi.(1) Bu yerdə də Peyğəmbər (s) o həzrətin hamıdan üstün olduğunu bildirmək və cəmiyyət arasındakı mövqeyini möhkəmlətmək üçün bu qaydada əməl etdi.

7. “MUHSİNİN” (YAXŞILIQ EDƏNLƏR) AYƏSİ

İşarə

{فَمَنْ أَظْلَمُ مِمَّنْ کَذَبَ عَلَی اللَّهِ وَکَذَّبَ بِالصِّدْقِ إِذْ جَاءَهُ أَلَیسَ فِی جَهَنَّمَ مَثْوًی لِلْکَافِرِینَ * وَالَّذِی جَاءَ بِالصِّدْقِ وَصَدَّقَ بِهِ أُولَئِکَ هُمُ الْمُتَّقُونَ * لَهُمْ مَا یشَاءُونَ عِنْدَ رَبِّهِمْ ذَلِکَ جَزَاءُ الْمُحْسِنِینَ}

“Belə isə kim Allaha iftira yaxandan (onun övladı və şəriki olmasına qail olandan) və həqiqət (Peyğəmbərlik və sənin kitabın) ona çatanda onu təkzib edəndən daha zalımdır?! Bəyəm, cəhənnəmdə kafirlər üçün yer yoxdurmu?!

Həqiqəti gətirən və onu təsdiq edən kəs, (özlərinin haqq dinlərini təsdiq edən tək-tək bütün Peyğəmbərlər, bəli,) əsl təqvalılar (və məsumluq məqamında olanlar) onlardır. [Yaxud: (İslam Peyğəmbəri kimi) həqiqəti gətirən və (bu ümmətdən) onu təsdiq edən kəs – onların hamısı əsl təqvalılardır.]

Onlar üçün Rəbblərinin yanında istədikləri şey vardır. Budur yaxşı əməl sahiblərinin mükafatı!”.(2)

səh:302


1- [1] . “Furuğe əbədiyyət”, c.2, səh.135-dən sonra.
2- [2] . “Zümər” surəsi, ayə 32-34.

Bəhsə qısa bir nəzər

“Zümər” surəsinin ayələrində iki dəstədən – ən zalım və ən sadiq (doğruçu) olanlardan söhbət açılır. Daha sonra zalımlara veriləcək cəza və sadiqlərə də əta olunacaq mükafatlara da işarə edilir. Amma gələcək bəhslərdə izah etməli və aydınlaşdırmalı olduğumuz məsələ budur ki, “muhsin” ifadəsi ilə qeyd edilən ən sadiq insanda məqsəd kimdir? Bu sualın cavabını geniş şərhlərlə bildirəcəyik.

Şərh və təfsir

İnsanların ən zalımı

{فَمَنْ أَظْلَمُ مِمَّنْ کَذَبَ عَلَی اللَّهِ وَکَذَّبَ بِالصِّدْقِ إِذْ جَاءَهُ...}

Allah və onun Peyğəmbərinə yalan bağlamaq kimi iki böyük günaha mürtəkib olandan daha zalımı kimdir? Şübhəsiz ki, bütün yalanlar pis və bəyənilməz, həmçinin kəbirə və böyük günahlardan sayılır, amma Allah və Peyğəmbərə yalan nisbət vermək daha böyük günahdır və onun çox təhlükəli, pis və xoşagəlməz nəticələri vardır.

Sual: Bütpərəstlər Allah və Peyğəmbərə hansı yalanları nibət verirdilər?

Cavab: Onların Allah və Peyğəmbərə nisbət verdikləri yalanların bir qisminin şərhi belədir:

A) Mələkləri Allahın qızları hesab edirdilər.

B) Onların bəziləri Allahın bütpərəstlikdən razı olduğuna etiqad bəsləyir və bütlərin onlarla Allah arasında vasitə və şəfaətçi olduğunu düşünürdülər.

C) Müşriklərdən bəziləri Allahın övladı olduğunu güman edir və İsa Məsihi onun oğlu kimi qəbul edirdilər.

D) Bəzən hansısa bir şeyi halal və haram edir və bu işi yalandan Allaha nisbət verirdilər.

Bütün bu və onun bənzəri işlər Allaha yalandan nisbət verilən məsələlər idi və insanların hidayəti üçün göndərilmiş Peyğəmbərlər həmin məsələləri təsdiqləmədiyi və onlarla

səh:303

mübarizə apardığı üçün Peyğəmbərin risalətini inkar edirdilər. Həqiqətən də, bu insanlar ən zalım insanlardan hesab edilirlər. Onlar təkcə özlərinə deyil, bütün insanlar və asimani kitabların nurani kəlamlarına da zülm etmişlər. Özlərinə etdikləri zülüm onların uydurduqları yalanlarla səadət və nicat yolunu öz əlləri ilə üzlərinə bağlamaları və cəhənnəm əhli sırasına keçmələri idi. Onların camaata etdiyi zülüm digərlərinin azmasına da səbəb olmaları baxımından idi. Onlar təkcə özlərini deyil, digərlərinin də haqq yolundan azmasına bais olurdular. Belə şəxslər cəmiyyətdə bidətlərin yayılmasına səbəb olan şəxslər kimidir ki, onların qoyduqları bidətlər min illərlə, bəzən də qiyamətə qədər davam edir və əməl dəftri açıq qalmış olur. Onlar hətta, peşaman olsalar da, geriyə qayıdış və etdikləri səhvləri təlafi etmək imkanına malik deyillər. Bu kimi fərdlərin ilahi ayələrə etdikləri zülümü də təsəvvür etmək olar. “Əraf” surəsinin 103-cü ayəsində bu mətləbə işarə edilmişdir:

{ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِمْ مُوسَی بِآیاتِنَا إِلَی فِرْعَوْنَ وَمَلَئِهِ فَظَلَمُوا بِهَا فَانْظُرْ کَیفَ کَانَ عَاقِبَةُ الْمُفْسِدِینَ}

“O zaman onlardan (əvvəlki Peyğəmbərlərdən) sonra Musanı (ə) öz ayə və nişanələrimizlə Fironun və onun qövmünün başçılarının yanına göndərdik. Beləliklə, onlar o ayələrə zülm etdilər (onları qəbul etmədilər). Buna görə də fəsad törədənlərin aqibətlərinin necə olduğuna nəzər sal!”

Bu ayənin işarə etdiyi kimi, ayələrin – asimani kitablar və Peyğəmbərlərin möcüzələrinin – inkarı və onun qəbul edilməməsi, bir növ, ilahi ayələrə edilən zülüm hesab olunur. Çünki, camaatın hidayətinə səbəb olan bir məsələnin qarşısını aldıqda, bu zülüm sayılır. Bundan əlavə, İslamı pis tanıtdıran və öz çirkin əməllərini İslam adı ilə həyata keçirənlər və islami qanunları öz şəxsi rəy və düşüncələrinə əsasən təfsir edən kəslər, həqiqətdə, İslama zülüm etmişlər. Xülasə, Allah və onun rəsuluna yalan bağlayan kəs insanların ən zalımıdır və onun cəzası da həddən artıq şiddətli olacaqdır. Ayənin

səh:304

davamında həmin məsələyə işarə edilmişdir.

{...أَلَیسَ فِی جَهَنَّمَ مَثْوًی لِلْکَافِرِینَ}

Həm özləri, həm də cəmiyyət və ilahi ayələrə zülm edən kəslərin aqibəti cəhənnəmdir. Kafirlərin yeri olan cəhənnəm. Ayədə zalımların yerinin cəhənnəm olmasını sual formasında bəyan edilməsinin özü diqqəti çəkən və düşündürücü bir məsələdir. Yəni, belə bir məskənin (cəhənnəmin) onların aqibəti olacağı hamı tərəfindən başa düşülə bilən bir mətləbdir.

{وَالَّذِی جَاءَ بِالصِّدْقِ وَصَدَّقَ بِهِ أُولَئِکَ هُمُ الْمُتَّقُونَ}

Birinci qrupdan olanların müqabilində və əksində dayanan şəxslər, yəni sidq və həqiqəti gətirənlər və onlaın doğruluğunu təsdiqləyənlər ən pəhrizkar şəxslərdir. Bu ayədə أتقی (ətqa), yəni ən təqvalı, pəhrizkar kəlməsi işlənməsə də, ayədəki məqsədin pəhrizkarlar olduğunu iki dəlilə əssən iddia etmək mümkündr. Həmin dəlillər belədir:

Birincisi qərinədir və birinci qrupun müqabilindəkilər ən zalımlardırlarsa, deməli, onların əksi ən təqvalı və pəhrizkarlardır. İkincisi, {...هُمُ الْمُتَّقُونَ} kəlməsi burada həsr və məxsusluğu bildirir. Yəni, həmin şəxslər təkcə təqva əhli və həqiqi müttəqilərdir. Nəticədə, Quranda sadalanan savab, mükafat və digər məsələlər belə şəxslər üçün nəzərdə tutulmuş və onlara məxsusdur. Bu ayədə ümumi şəkildə bildirilən və bütün mütttəqilərə nəsib olacaq mükafatlardan əlavə xüsusi mükafatlar da nəzərdə tutulmuşdur. Sonrakı ayədə onun şərhi belədir:

{لَهُمْ مَا یشَاءُونَ عِنْدَ رَبِّهِمْ ذَلِکَ جَزَاءُ الْمُحْسِنِینَ}

Pəhrizkar və müttəqilərin məqam və dərəcələri o qədər yüksəkdir ki, onlar üçün bitib-tükənməyən nemətlər nəzərdə tutlmuşdur və bu mükafat yaxşılıq edənlərindir, həmçinin, ondan üstün bir nemət təsəvvür edilməzdir.

səh:305

Doğru sözü (həqiqəti) gətirənlər və onu təsdiq edənlər kimlərdir?

Sual: {وَالَّذِی جَاءَ بِالصِّدْقِ...} (həqiqəti gətirən kəs) cümləsi və {وَالَّذِی ... صَدَّقَ بِه...} (onu təsdiqləyən kəs) cümləsindəki şəxs kimdir?

Cavab: Birinci cümlədə məqsəd İsla Peyğəmbəri (s) və ikinci cümlədə isə həzrət Əlidir (ə). İkinci cümlə o həzrətin risalətini təsdiq edən bütün möminlərə şamil olsa da, şübhəsiz, onların başında həzrət Əli ibn Əbutalib (ə) dayanır.

Yuxarıdakı mətləb şiə və sünni mənbələrində qeyd edilmişdir və biz onun bir neççə nümunəsinə işarə edirik:

1. Əhli-sünnənin məşhur alimlərindən biri olan Muğazəli “Mənaqib” əsərində tanınmış təfsirçi Mücahiddən belə nəql edir?

فی قَوْلِه تَعالی: الَّذی جاءَ بِالصِّدْقِ؛ رَسُولُ اللهِ وَاَلَّذی صَدَّقَ بِه عَلِیٌّ(1)

““Haqqı gətirən” cümləsində məqsəd Peyğəmbər (s) və “onu təsdiq edən” cümləsində isə həzrət Əlidir (ə)”.

2. İbn Əsakir də həmin məsələni nəql etmişdir.(2)

3. Əllamə Gənci də “Kifayətut-talib” əsərində bu mətləbi nəql etmişdir.(3)

4. Qurtubi də öz təfsirində ona işarə etmişdir.(4)

5. Əbu Həyyan Undulusi də bu təfsirə üstünlük vermişdir.(5)

6. Süyuti “Əd-Durrul-mənsur” əsərində həmin əqidəyə

səh:306


1- [1] . “Mənaqib” (“Ehqaqul-həqq”, c.3, səh.177-dəki nəqlə əsasən).
2- [2] . “Ehqaqul-həqq”, c.3, səh.177.
3- [3] . “Kifayətut-talib”, səh.109 (“Ehqaqul-həqq”, c.3, səh.177-dəki nəqlə əsasən).
4- [4] . “Əlcamiul-əhkamil-Quran”, c.15, səh.266 (“Ehqaqul-həqq”, c.3, səh.178-dəki nəqlə əsasən).
5- [5] . “Əl-Bəhril-muhit”, c.7, səh.428 (“Ehqaqul-həqq”, c.3, səh.178-dəki nəqlə əsasən).

sahibdir.(1)

7. Tirmizi “Mənaqibu Murtəzəvi” əsərində bu məsələni qeyd etmişdir.(2)

8. Alusi “Ruhul-məani” əsərində bu məsələni qəbul edən çoxlu saydakı əhli-sünnə alimlərdən biridir.(3)

Yeganə müxalif Fəxri Razidir

Təfsirçilərin əksəriyyəti yuxarıdakı ayəni Peyğəmbər (s) və həzrət Əli (ə) ilə əlaqədar olduğunu söyləmişlər. Fəqət Fəxri Razi müxalifçilik bayrağı qaldıraraq belə demişdir: “İkinci cümlədəki məqsəd Əbu Bəkrdir, çünki o, “Siddiq” ləqəbi ilə tanınmışdır”. Qazı Nurullah Şüştəri onun sözünə münasib bir cavb vermişdir. O, belə deyir:

“Fəxri Razidən əvvəl bu mətləb heç bir kitabda qeyd edilməmişdir və o, Peyğəmbərin (s) səhabəsi də deyildir. Belə olduğu təqdirdə, Fəxri Razi bu sözləri nəyə əsasən söyləmişdir?” Nəticədə, bu sözlərin batil olduğunu bildirmək üçün şərh və təfsirə ehtiyac yoxdur.(4)

8. “İLKİN QABAQCILLAR” AYƏSİ

İşarə

{وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِینَ وَالْأَنْصَارِ وَالَّذِینَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِی اللَّهُ

səh:307


1- [1] . “Əd-Durrul-mənsur”, c.5, səh.328 (“Ehqaqul-həqq”, c.3, səh.178-dəki nəqlə əsasən).
2- [2] . “Mənaqibu Murtəzəvi”, səh.51 (“Ehqaqul-həqq”, c.3, səh.178-dəki nəqlə əsasən.
3- [3] . “Ruhul-məani”, c.30, səh.3 (“Ehqaqul-həqq”, c.3, səh.178-dəki nəqlə əsasən.
4- [4] . Bundan əlavə şiə və əhli-sünnə mənbələrində çoxlu sayda rəvayətlər vardır ki, “Siddiq” və “Faruq” sözünün müsəlmanlar arasında sadəcə həzrət Əliyə (ə) şamil olduğunu bildirir. Həmin rəvayətlərə əsasən, Peyğəmbər (s) belə buyurur: لکلّ امّة صدیق و فاروق و صدیق هذه الامّة و فاروقها علیّ بن ابیطالب Bu rəvayət “Biharul-ənvar”, c.38, səh.112, 212, 213, 216-da və onun digər cildlərində qeyd edilmişdir. Maraqlı burasındadır ki, həmin rəvayət “Əl-Qədir” kitabı, c.2, səh. 313-dən sonra əhli-sünnənin on kitabından nəql edilmişdir.

عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِی تَحْتَهَا الْأَنْهَارُ خَالِدِینَ فِیهَا أَبَدًا ذَلِکَ الْفَوْزُ الْعَظِیمُ}

“Allah mühacirlərin və ənsarın (Peyğəmbərin – səlləllahu əleyhi və alihi və səlləm – Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş!”(1)

Bəhsə qısa bir nəzər

Ayədə üç qrupdan olan qabaqcıllardan söhbət açılaraq onlara müjdələr verilməsinə baxmayaraq, onların özləri arasında da qabaqcıl və hamıdan birinci olan bir şəxs vardır. Sonradan bildirəcəyimiz çoxlu saydakı rəvayətlərə əsasən, həmin şəxs Əli ibn Əbutalibdən (ə) başqası deyildir.

Şərh və təfsir

İslamın qabaqcılları

{وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِینَ وَالْأَنْصَارِ وَالَّذِینَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ...}

bu ayədə üç qrupdan söhbət açılır:

Birinci qrup: Mühacirlər. Onlar Məkkədə düşmənlərin şiddətli təzyiqi və əzab əziyyətinə məruz qalan və Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra o həzrətin ardınca Mədinəyə yola düşərək öz yaxınları, qohum-əqrəbası və ev-eşiklərindən ayrılan və əli boş şəkildə Mədinəyə gedən müsəlmanlar idi. Onları bir çox təhlükələr gözləyirdi, məsələn, intiqam almaq və onları məhv etmək fikrində olan müşriklərin təhlükəsi, səfərdəki aclıq – çünki əli boş şəkildə hicrət edirdilər – qərib ölkədə işsiz, ev-eşiksiz qalmaq və s. bunlara bənzər təhlükələr. Amma həmin həqiqi müsəlmanlar bütün bu təhlükələri gözə alaraq hicrət etdilər. Hətta, həmin

səh:308


1- [1] . “Tövbə” surəsi, ayə 100.

müsəlmanlardan bəzilərinin vəziyyəti o qədər ağır idi ki, Məscidün-nəbinin (Peyğəmbər məscidi) kənarında onlar üçün bir səki (yer) ayrılmışdı və onlar gecə və gündüz orada qalırdılar. Həmin şəxslər sonradan “Əshabi-suffə” adlanmağa başladılar. Həmin qrupdan olan insanlar fəqir və İslam yolunda hər cür xidmət və fədakarlığa hazır idilər.

İkinci Qrup: Ənsar. Onlar Mədinədə İslamı qəbul etmiş və Peyğəmbəri Mədinəyə dəvət edən müsəlmanlar idi. Ənsar Peyğəmbər (s) və mühacirlər üçün hər cür yardım və köməklik göstətrəcəklərini bildirmişdilər. Hicrət edən mühacirlərə ənsardan olanlar ev-eşik verərək onları təmin edirdilər. Onlardan elələləri də vardı ki, öz ehtiyaclarını güclə təmin edirdi. Amma bununla yanaşı, mühacirlərə yardım edir və onlarla qardaş kimi dolanırdılar.

Üçüncü qrup: Tabein. Mühacir və ənsardan sonra dünyaya gələrək onların yolunu davam etdirərək hər iki qrupa qoşulanlar tabein(1) adlanırdı. Bu təfsirə əsasən, tabein müsəlmanların ikinci bir nəslidir və qiyamətə qədər hər bir zaman və məkanda olan müsəlmanlara şamildir. Yəni, bizim əsr və zamanımızdakı müsəlmanlar da əgər müsəlmanlara yardım etmək və Allahın rizası üçün hicrət yolunu davam etdirərələrsə, “tabein” sözü bu ayədə gələnlərə uyğun olaraq onlara da şamil olar. Əvvəlki ayələrdə də qeyd edildiyi kimi, hicrət məsələsi təkcə İslamın əvvəllərindəki müsəlmanlara aid deyil, əksinə bütün müsəlmanlar üçün də həmin məsələ mövcuddur. Çünki hicrət günahdan itaətə və pislikliklərdən paklığa və zülmətdən nura doğru hərəkət etmək mənasındadır.

Sual: Tabein barəsində işlədilən {...بِإِحْسَانٍ...} (biihsanin)

səh:309


1- [1] . Əlbəttə, “tabein” sözü əhli-sünnə hədis alimləri arasında başqa bir mənadadır və onun əhatə dairəsi məhduddur. Həmin söz Peyğəmbəri (s) görə bilməyən, amma o həzrətin səhabələrinin elmindən istifadə edən şəxslərə şamil edilir, nəinki, onların müasirləri olmasa da Ənsar və mühacirlərin yolunu davam edən kəslərə.

sözü hansı mənadadır?

Cavab: Bu sözün mənası ilə bağlı iki cür təfsir mövcuddur:

Birincisi, mühacir və ənsarın dvamçıları təkcə söz və dildə deyil, əməldə də onların ardıcılı olmalı və hicrət və yardım yolunu davam etdirməlidirlər. Başqa sözlə desək, mühacir və ənsara doğru şəkildə tabe olaraq onların yolunu izləsinlər.

İkincisi, mühacir və ənsara bütün işlərdə deyil, sadəcə yaxşı işlərdə ardıcıl olsunlar. Çünki həmin şəxslərin arasında elələri vardı ki, Peyğəmbər (s) üslubu və İslamın göstərişlərinə zidd olaraq hərəkət edirdi. Əhli-sünnədən fərqli olaraq biz Peyğəmbərin (s) bütün səhabələrinin pak və məsum olmasına(1) etiqad bəsləmirik və yuxarıdakı ayə bizim etiqadımızın doğruluğuna dəlil gətirilə bilər. Nəticədə, tabein

səh:310


1- [1] . Məkkəyə etdiyim sonuncu səfərlərimin birində (hicri-şəmsi 1380-ci il, Şaban ayında) Məkkənin əhli-sünnə alimlərindən bir qrupunun təklifinə əsasən, onlarla müəyyən qədər söhbətlər etdim. Həmin məclislərdə bəyan edilən məsələlrdən biri də səhabələrin ədalətli olması məsələsi idi. Mən onlara dedim ki, siz Peyğəmbərin (s) bütün səhabələrinin ədalətli olmasına etiqad bəsləyirsiniz, halbuki, “Cəməl” müharibəsinin yaranmasına səbəb olanlar o həzrətin səhabələri idi və on yeddi minə qədər insanın qətlinə səbəb olmuşdular. Bu qədər qanın məsuliyyəti kimlərin boynunadır?! Bir nəfərin qanı kiminsə boynunda olarsa, ondan haqq-hesab ediləcək, qaldı ki, on yeddi min nəfərin qanına bais olan kələr. Bunun müqabilində əhli-sünnənin bəzi alimləri dedilər ki, “Cəməl” müharibəsinin yaranmasına Təlhə, Zübeyr və Ayişə bais olsalar da, onlar döyüş başlamazdan əvvəl döyüşdən kənara çəkilmişlər və əlləri qana bulaşmayıb. Onların bu cavabının müqabilində dedim ki, bu iddianın düz olduğunu fırz edərək düşünün ki, bir insan od qalaya və özünü həmin oddan xilas edərsə, kifayətdirmi, onun heç bir məsuliyyəti yoxdurmu, yoxsa, məsuliyyətdən yaxa qurtarmaq üçün odu söndürməlidirmi? Daha sonra belə sual verdim ki, “Siffeyn” döyüşündə yüz mindən artıq müsəlman öldürüldü. Onların qanına cavabdeh olanlar kimlərdir? Dedilər ki, Müaviyyə müctəhid idi və öz istinbatında yanılmışdı və buna görə heç bir məsuliyyəti yoxdur. Cavab verdim ki, əgər istinbat bu qədər geniş və məsuliyyətsiz bir işdirsə, onda hamı öz istinbatında etdiyi səhvə görə cəzalanmamalıdır və heç kimə cəza vermək olmaz. Görəsən, sizin bu dediklərinizi ağıllı insanlar qəbul edərmi?

mühacir və ənsarın bütün əməl, rəftar və sözlərini deyil, onların yaxşı işlərini izləməlidir (örnək götürməlidir).

{...رَضِی اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِی تَحْتَهَا الْأَنْهَارُ خَالِدِینَ فِیهَا أَبَدًا ذَلِکَ الْفَوْزُ الْعَظِیمُ}

Allah-taala üç dəstədən olan qabaqcılların adlarını çəkdikdən sonra onları əzəmətlə yad edir, maddi və mənəvi nemətlərdən söhbət açır.

Onların mənəvi nemətləri bunlardan ibarətdir: Həm Allahın onlardan razılığı, həm də onların Allahdan razı olması. Əlbəttə, Allahın onlardan razılığı məsələsi aydındır. Onlar İslama köməklik göstərmişlər və bu da Allahın onlardan razı olmasına səbəb olmuşdur. Onların Allahdan razılığı bu mənadadır ki, qiyamət günü Allah onların ixtiyarında istədikləri şeyləri qoyar və onlar bu baxımdan Allahdan razı olarlar. Maddi nemətlərə gəldikdə isə, elə indidən onlar üçün iki xüsusiyyətə malik olan cənnət bağları hazırlanmağa başlanılar: Onun birinci xüsusiyyəti həmin bağlardakı ağaclar altından arxların axması və ikinxi xüsusiyyəti isə sahiblərinin həmin nemətin əllərindən çıxma kədərindən amanda qalmasıdır, çünki həmin bağlar əbədi olaraq onlara verilmiş və onlar da orada daimi olaraq qalacaqlar. Şübhəsiz ki, Allahın onlardan və onların da Allahdan razılığı və həmin bağlara sahib olmaq ən böyük qələbə və uğurdur və bundan daha böyük bir qələbə təsəvvür olunmazdır.

Birinci müsəlman olan kişi

Sual: “Tövbə” surəsinin 100-üncü ayəsindən məlum oldu ki, qabaqcıllar üç qrupdan ibarətdir və indi qarşıya çıxan sual onlardan da qabaqcıl (öndə) olan şəxsin kim olmasıdır. Müsəlmanlar arasından birinci dəfə olaraq Peyğəmbərin dəvətinə müsbət cavab verən şəxs kim idi?

Cavab: Bu ayə ilə bağlı çoxlu rəvayələr nəql edilmiş və həmin rəvayətlərdə kişilərdən iman gətirən birinci şəxsin Əli ibn Əbutalib (ə), qadınlardan isə xanım Xədicə olduğu

səh:311

bildirilmişdir. Bu məsələ sünni və şiə alimləri arasında aydın olan məsələlərdəndir. Əhli-sünnə alimləri həmin məsələ barəsində fikir birliyinə malikdirlər. Onların dediklərinə diqqət yetirin:

1. Əhli-sünnənin məşhur alimi İbn Əbdülbirr deyir:

اتّفقوا علی ان خدیجة اوّل من آمن بالله و رسوله و صدّقته فیما جاء به، ثم علیٌّ بعدها(1)

“Müsəlman alimləri ilkin olaraq qadınlardan Xədicənin və kişilərdən isə həzrət Əlinin (ə) Allah və onun Peyğəmbərinə iman gətirdiyi və onu təsdiq etdiyi barədə fikir birliyindədirlər”.

2. İbn Əbil Hədid Mötəzilənin 240-cı ildə vəfat etmiş ustadı Əbu Cəfər İskafi Mötəzili ilkin müsəlman olan şəxs barəsində deyir:

قد روی النّاس کافة افتخار علیّ بن ابی طالب بالسّبق الی الاسلام(2)

“Təkcə müsəlman alimləri deyil, əksinə bütün insanlar Əlinin (ə) müsəlmanlıqda hamıdan öndə olmaq iftixarına sahib olduğunu nəql etmişdir”.

3. Hakim Nişapuri “Səhih Buxari” və “Səhih Müslim”lə bir ağırlıq və çəkidə olan “Müstədrəkus-səhihəyn” əsərində belə deyir:

لا اعلم خلافاً بین اصحاب التّواریخ انّ علیّ بن ابی طالب رضی الله عنه اوّلهم اسلاماً و انّما اختلفوا فی بلوغه(3)

“Əliyyibni Əbi Talibin (ə) müsəlman olan birinci kişi olması barəsində tarixçilər arasında hansısa bir ixtilafın olmasına rast gəlməmişəm. Əlbəttə, onun iman gətirdiyi zamanlarda həddi-büluğ olub-olmaması barədə fikir ayrılığı mövcuddur.”

Həzrət Əlinin (ə) İslamda digərlərindən öndə olması

səh:312


1- [1] . “Əl-İstiyab”, c.2, səh.457 (“Əl-Qədir”, c.3, səh.238-də nəql edilənlərə əsasən).
2- [2] . “Əl-Qədir”, c.3, səh.237.
3- [3] . “Müstədrəkus-səhihəyn”, “kitabul-mərifət”, səh.22 (“Əl-Qədir”, c.3, səh.238-də nəql edilənlərə əsasən).

barədə söylənən yuxarıdakı cümlələri bir kənara qoyaraq deyə bilərik ki, mərhum Əllamə Əmini məsumlardan iyirmi beş rəvayət və İslam alimlərinin böyüklərindən altmış altısının nəzəriyyəsini bu zəminədə nəql etmişdir. Bəzi şiə alimləri əhli-sünnənin kitablarından yüzə yaxın hədis nəql etmişlər ki, bu, qeyri-adi bir göstəricidir.(1) Bəli, bu məsələ yəqin və etibar həddinin fövqündədir və şiə həmin məsələ ilə fəxr edir. Biz çiəlik nemətinin qədrini bilməli və ata-analarımıza, bizə bu yolu göstərən alimlərə təşəkkür etməliyik. Xatırlatdığımız rəvayətlərin bir neçə nümunəsinə diqqət yetirin:

1. Peyğəmbərin (s) xüsusi xidmətçisi olan Ənəs o

səh:313


1- [1] . Diqqət etmək lazımdır ki, həzrət Əlinin (ə) fəzilətləri arədə bu qədər hədislərin əlimizə gəlib çatması – özü də əhli-sünnə mənbələri vasitəsi ilə – həqiqətdə, möcüzəyə bərabər bir məsələdir. Çünki, Bəni-Ümməyə zamanı kimi tarixin qara və zülmətli dövründə Əhli-beytin (ə) fəzilətlərini danışmaq və təbliğ etmək, nəinki, qadağan olunmuş, hətta, geniş obir ərazini əhatə edən İslami ölkələrdə minbərlər qurularaq həzrət Əliyə (ə) (nəuzubillah) söyüşlər söyülür və o həzrətə təhqirlər yağdırılırdı. Həmin zəhərli və mənfi təbliğat nəticəsində camaat azğınlığa düşərək o həzrətlə fəxr etmək yerinə, bəzən o həzrətin vücudunu zülüm kimi dəyərləndirirdilər. Bir nəfər Həccac ibn Yusif Səqəfi kimi İslam tarixində tayı-bırabəri olmayan cinayətkar və zalımın yanına gələrək deyir: “Aanm mənə zülüm etmişdir və mən ondan şikayətçiyəm. Həccac soruşur ki, sənə necə zülüm etmişdir. Cavab verir ki, mənim adımı Əli qoymuşdur.” Beləliklə, tarixin çətin dövrlərinin olmasına, Əhli-beyt (ə) fəzilətlərinin nəql edilməsinin qadağan və düşmənlərin də qüdrətləri həddində onları aradan aparmaqda səy etməsinə baxmayaraq, Əhli-beytin (ə) fzilətləri ilə bağlı hədislərin salamat şəkildə əlimizə gəlməsi möcüzəyə bənzəyir. Şair həmin qaranlıq tarixi dövrlər barədə belə bir şer yazmışdır: أعَلَی المنابر تعلنون بسبّه     و بسیفه نصبت لکم اعواده “Əli ibn Əbutalibin (ə) qılınc və cihadı sayəsində əldə etdiyiniz uca minbərlərə çıxıb indi ona nalayiq sözlər deyirsiniz?!” İnsan bir tərəfdən həmin tarixi dövrlər və digər tərəfdən də həzrət Əlinin (ə) yüzlərlə fəzilətini bəyan edən hədislərin əlimizə gəlməsi barəsində düşündükcə, anlayır ki, Allah o həzrətin fəzilətlərinin qiyamətə qədər insanlara bildirilməsini və şiələrin bu nemət sevinərək Allaha şükür etməsini iradə etmişdir.

həzrətdən belə nəql edir:

نُبِّأَ النّبی یوم الاثنین و اسلم علیٌّ یوم الثّلثاء. (و فی روایة اخری) بعث رسول الله| یوم الاثنین و صلّی علیٌّ یوم الثّلثاء(1)

“İslam Peyğəmbəri (s) bazar ertəsi günü Peyğəmbərliyə seçildi və Əli (ə) sonrakı gün – çərşənbə axşamı İslamı qəbul etdi (və bəzi rəvayətlərdə həzrət Əlinin (ə) çərşənbə günü namaz qıldığı da bildirilmişdir)”.

Sual: Həzrət Əli (ə) nəvaxtsa büt müqabilində sitayiş edərək Allahdan başqa, digər bir varlığa pərəstiş etmişdirmi?

Cavab: Tarixin verdiyi şəhadətə əsasən, Əli ibn Əbutalib (ə) hətta, bir an belə olsun bütlər müqabilində səcdə etməmiş və tövhid dinindən başqa, digər bir dini seçməmişdir.(2)

Nəticədə, deyilənlərdən məlum olur ki, o həzrət Peyğəmbərin (s) besətindən bir gün sonra İslamı qəbul etdərək elan etmişdir və bundan öncə də qəlbində iman gətirmiş olmasının heç bir ziddiyyəti yoxdur.

2. Peyğəmbərin (s) məşhur səhabəsi olan Salman Farsi birinci müsəlman olan şəxs barəsində belə deyir:

اوّل هذه الامّة و روداً علی نبیّها الحوض اوّلها اسلاماً علیّ بن ابیطالب(3)

“Peyğəmbərə (s) qiyamət günü Kövsər hovuzun kənarında yetişəcək ilkin şəxs dünyada da İslamı qəbul etməkdə hamıdan öndə olan şəxsdir və həmin şəxs Əli ibn Əbutalibdir (ə)”.

Əvvəldə dediyimiz kimi, axirət mükafatı insanın dünyadakı əməllərinin nəticəsidir və buna uyğun olaraq həzrət Əli (ə) də müsəlman olna ilkin şəxs olduğu üçün Peyğəmbərə

səh:314


1- [1] . “Fəraidus-səmtəyn”, 48-ci bölmə (“Əl-Qədir”, c.3, səh.238-dəki nəqlə əsasən).
2- [2] . Məqrizi, “Əlimta”, səh.16-da bu barədə belə deyir: و امّا علیّ بن ابی طالب فلم یشرک بالله قطّ؛ علیّ بن ابی طالب هرگز به خداوند شرک نورزید “Əli ibn Əbutalib (ə) heç vaxt Allaha şərik qoşmamışdır”. (“Əl-Qədir”, c.3, səh.238-dəki nəqlə əsasən).
3- [3] . “Məcməuz-zəvaid”, c.9, səh.102 (“Əl-Qədir”, c.3, səh.227-dəki nəqlə əsasən).

Kövsər hovuzunda yetişən ilkin şəxs olacaqdır.

3. İkinci xəlifə Ömər ibn Xəttab da bu məsələni etiraf etmişdir. Peyğəmbərin (s) tanınmış səhabəsi və həzrət Əlinin (ə) xüsusi şagirdi Abdullah ibn Abbas belə deyir: “Mən və müsəlmanların bir dəstəsi Ömərin yanında idik. Bu zaman ilkin müsəlman olan şəxs barədə söhbət düşməyə başladı və Ömər bu barədə bir hədis nəql etdi ki, mən onu, şəxsən, özüm eşitdim. Həmin hədis belədir:

امّا علیٌّ فسمعت رسول الله یقول: فیه ثلاث خصال لوددت ان تکون لی واحدة منهن، وَکانت احبّ الیّ مما طلعت علیه الشّمس، کنت انا و ابوعبیدة و جماعة من اصحابه اذ ضرب النّبی| علی منکب علیٍّ فقال یا علی: اَنْتَ اَوَّلُ الْمُؤْمِنینَ ایماناً، وَاَوَّلُ الْمُسْلِمینَ اِسْلاماً، وَاَنْتَ مِنّی بِمَنْزِلَةِ هارُونَ مِنْ مُوسی(1)

“Mən Peyğəmbərdən (s) Əlinin (ə) üç xüsusiyyəti barədə eşitmişəm ki, əgər onlardan biri məndə olsaydı, bütün dünya və ondakı bütün şeylərdən üstün olardı. Mən, Əbu Übeydə və püyğəmbərin (s) səhabələrindən bir qismi o həzrətin hüzurunda idik. Həzrət əllərini Əlinin (ə) çiyninə qoyaraq (bunu ona görə elədi ki, orada olanlardan Əli adlı hansısa biri deyilən sözlərin onun barəsində olmasını iddia etməsin) buyurdu: “Ey Əli! Sən birinci iman gətirən və müsəlman olan şəxsən. Sənin mənə nisbətin Harunun (ə) Musaya (ə) olan nisbəti kimidir.””

Sual: “Birinci müsəlman” cümləsi “birinci iman gətirən” mənasındadır, yoxsa, onun başqa bir mənası vardır?

Cavab: “İman” insanın daxili (batini) etiqadları ilə əlaqədardır və “İslam” isə həmin etiqadların dillə elan edilməsi və bəyanıdır. Nəticədə, həzrət Əli (ə) Peyğəmbərə (s) qəlbində iman gətirən ilkin şəxs və qəlbindəki imanı dildə elan edərək bildirən birinci müsəlmandır.

Həddi-büluğdan qabaqkı imanın dəyəri

Sual: Həzrət Əli (ə) İslam dinini qəbul edərkən yetkin və həddi-büluğ idimi? Əgər həmin zamanlarda həddi-

səh:315


1- [1] . “Əl-Qədir”, c.3, səh.228.

büluğa yetişməmişdisə, görəsən, onun birinci müsəlman olması kimi tanıtdırılması və iman gətirməsi fəzilətdirmi?

Cavab: Bu sualın cavbında dörd mətləbə diqqət etmək zəruri və lazımdır:

Birinci mətləb: Əgər hansısa bir şəxs hıddi-büluğa çatmamış, amma ağıllı, zirəng, yaxşını-pisi başa düşərək bir-birindən ayırd edən olsa, bizim nəzərimizcə belə bir şəxsin İslamı qəbul etməsi və iman gətirməsi qəbul olunasıdır. Hətta, bizim fəqihlərimizin dediklərinə əsasən, belə bir şəxsin təkcə imanı deyil, ibadəti də düzgün və səhihdir. Oruc, həcc, ümrə və namazları onun şərtləri iləı birlikdə yerinə yetirsə, düzgündür. İslam fəqihlərinin termini ilə desək, belə şəxsin ibadətləri şəridir, nəinki, təcrübə(1) xarakterli.

Beləliklə, həddi-büluğ olmayan belə bir cavanın ibadətləri düzgün və şəri olarsa onun əməlləri qəbul edilər. Nəticədə, müməyyiz (yaxşını, pisi ayırd edə bilən) cavanlardan onların əməlləri qəbul olunur. Bundan əlavə, biz həmin şəxslərin həddi-buluğa çatmamasına baxmayaraq, bir sıra günahlara görə də məsuliyyət daşıdığına etiqad bəsləyir və bildiririk ki, onların büluğ olmaması “o günahlara mürtəkib ola bilərlər” demək deyil. Deməli, belə bir uşaq bilir ki, hansısa günahsız insanə öldürmək günahdır və Allah dərgahında buna cavab verməli olacq. Nəhayət, müməyyiz və həddü-büluğ olmayan uşaqların əməllərinin qəbul olunduğunu və həddi-büluğun bu baxımdan, İslamın və imanın qəbul olunması şərti hesab edilmədiyini söyləmək olar.

İkinci mətləb: İlahi Peyğəmbər və ənbiyaların əksəriyyəti uşaq yaşlarında nübuvvət məqamına çatmışlar. Nübuvvətdə – imanın qəbul olunması ilə müqayisə edilə bilməz – şərt hesab edilməyən həddi-büluğ necə olur ki, İslamın qəbulunda şərt hesab edilir?! Uşaq yaşlarında nübuvvətin əta

səh:316


1- [1] . Mərhum Seyid Yəzdi “Urvətul-vusqa” əsəri, c.2, səh.217-də bu məsələyə işarə etmişdir.

edilməsi ilə bağlı iki nümunəyə diqqət yetirin:

1. Həzrət Yəhya (ə) uşaq yaşlarında Peyğəmbərliyə yetişmiş və Allah “Məryəm” surəsinin 12-ci ayəsində belə buyurmuşdur:

{یا یحْیی خُذِ الْکِتَابَ بِقُوَّةٍ وَآتَینَاهُ الْحُکْمَ صَبِیا}

“(Beləliklə, ona Yəhyanı əta etdik və dedik:) Ey Yəhya, kitabı (Tövrat və ya bütün keçmiş səmavi kitablardan) qüvvətlə (möhkəm) (və onların mənalarını başa düşmək qüdrəti ilə) yapış! Biz ona uşaqlığında hikmət (və ilahi maarifin dərkini və Peyğəmbərlik) əta etdik”.

2. Həzrət İsaya (ə) da uşaq yaşlarında Peyğəmbərlik verilmişdi. Allah “Məryəm” surəsinin 30-cu ayəsində buyurur:

{قَالَ إِنِّی عَبْدُ اللَّهِ آتَانِی الْکِتَابَ وَجَعَلَنِی نَبِیا}

“(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən, mən Allahın bəndəsiyəm, o, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) Peyğəmbər edib.” Burada İsanın (ə) “mən Allahın bəndəsiyəm” ifadəsini söyləməsi gələcəkdə ona Allahın oğlu deməmələri üçündür və ayədə {...وَجَعَلَنِی...} (cəələni) işlənmişdir, nəinki, یجْعَلْنِی (yəcələni) və İsanın (ə) həmin anda Peyğəmbər olduğuna işarədir. Bəzi digər Peyğəmbərlər barəsində də bu cür hadisələr nəql edilmişdir.(1)

Xülasə, böyük məqam olan nübuvvət məqamında həddi-büluğ və yaş məsələsi şərt hesab edilmədiyindən, İslamın qəbulluğunda da yaş və həddi-büluğ şərt olunmamalıdır.

Üçüncü mətləb: İslam Peyğəmbəri (s) besətdən üç il sonra öz yaxınları və qohumlarını İslama dəvət etməklə vəzifələndirildi. Yəni, bu məsələlə o vaxta qədər gizli şəkildə(2) və İslamın qəbuluna qabiliyyəti olanlar üçün təbliğ

səh:317


1- [1] . Mərhum Əllamə Məclisi əhli-sünnənin nəqlinə əsasən, deyir ki, həzrət Süleyman və həzrət Danyal da uşaq yaşlarında Peyğəmbərliyə seçilmişlər. (“Biharul-ənvar”, c.38, səh.236).
2- [2] . Şiələrə təqiyyə məsələsinə görə irad tutaraq etiraz edən kəslərin, görəsən, Peyğəmbərin (s) üç il İslamı gizlin şəkildə təbliğ etməsi barədə sözü nədir?! Bəyəm, Peyğəmbər (s) öz qüvvəsini toplayaraq münasib bir zamanın gəlməsi üçün belə etmirdimi?! Nəticədə, mübarizə üçün münasib zamanın gözlənməsi və üslubun dəyişdirilməsi qaydası şiənin dini mətnlərdən əldə etdiyi və başa düşdyü bir məsələdir.

edilirdi. O həzrətin təbliğ etməsi aşkar şəkildə olduqda, həzrət Əliyə (ə) yemək hazırlayaraq qohumlarını qonaq çağırmasını soylədi və qonaqlar gəlib yemək yedikdən sonra Peyğəmbər (s) yeni din olan İslam barəsində onlarla danəşdə və bildirdi ki, Allahın Peyğəmbəridir və kim ona bu yolda kömək etsə, onun canişini, xəlifə və vəziri olacaqdır. O həzrət bunları üç dəfə təkrar etdi, amma həzrət Əlidən (ə) başqa, heç kəs müsbət cavab vermədi. Peyğəmbər (s) növcavan olan Əli (ə) barəsində qohumlarına belə buyurdu:

اِنَّ هذا اَخی وَوَصِیّی وَخَلیفَتی عَلَیْکُمْ فَاسْمَعُوا لَهُ وَاَطیعُوهُ(1)

“Bu cavan (Əli ibn Əbutalib (ə) mənim qardaşım, vəsim, xəlifəmdir. Onun sözlərinə qulaq asın və ona itaət edin.” Besətin əvvəllərində həzrət Əlinin (ə) iman gətirdiyi zaman onun on yaşında olduğu etiqadına malik insanların əksinə, o həzrət on üç yaşında idi. Əgər həddi-büluğdan əvvəl iman gətirmək və İslamı qəbul etməyin əhəmiyyəti olmasaydı, onda, nə üçün Peyğəmbər onun barəsində bu şəkildə gözəl ifadələr işlədir?! Bu fəzilətlər barəsində həzrət Əlinin (ə) məqamına şəkk edən kəslər həqiqətdə, Peyğəmbərin (s) dedikləri və onun məqamına şəkk etmişdir. Əgər desələr ki, bu sözlər o həzrət on üç yaşında olarkən deyilmişdir, onda, qəbul edilməlidir ki, on yaşında da imam Əlinin (ə) imanı dəyərli və əhəmiyyətlidir.

Dördüncü mətləb: Bunlardan əlavə, Peyğəmbərin (s) besəti dövründə həzrət Əlinin (ə) həddi-büluğ olmaması qəti bir məsələ deyil. Əksinə, İslam alimləri arasında bu barədə fikir ayrılığı və ixtilaflar mövcuddur. Həmçinin, “Müstədrəkus-səhihəyn” əsərinin müəllifi də əvvəlki bəhslərdə qeyd etdiyimiz kimi, həmin məsələyə işarə etmişdir. Bu məsələ

səh:318


1- [1] . “Təbəri tarixi”, c.2, səh.62; “Tarixe kamil”, c.2, səh.40; “Müsnəde Əhməd”, c.1, səh.111 (“Furuğe əbədiyyət” c.1, səh.259-dakı nəqlə əsasən).

barədə bəzi İslam alimlərinin nəzəriyyələrinə diqqət yetirin:

A) İbn Əbdülbirr “Əl-İstiab” kitabının ikinci cild 471-ci səhifəsində belə yazır:

اوّل من اسلم بعد خدیجة علیّ بن ابیطالب و هو ابن خمس عشر سنة او ستّ عشر سنة(1)

“Əli (ə) on beş və ya on altı yaşında Xədicədən sonra müsəlman olan birinci şəxs idi.”

B) “Usdul-ğabə fi mərifətis-səhabə” əsərinin müəllifi öz kitabının dördüncü cild 17-ci səhifəsində bu zəminədə olan üç nəzəriyyəni qeyd etmiş və bu nəzəriyyələrdən birinə əsasən, həzrət Əlinin (ə) həmin zamanlarda on beş yaşında olduğunu nəql etmişdir.

C) Mərhum Əllamə Əmini də bu məsələyə etiraz edərək həmin məsələ barəsində yeddi nəzəriyyə nəql etmişdir.(2)

Beləliklə, həzrət Əlinin (ə) İslamı qəbul etdiyi zaman baliğ olmaması qəti fikir deyil və bu barədə alimlər fikir ayrılığına malikdirlər. Xülasə, çoxlu sayda və mütəvatir olan rəvayətlərin şəhadətinə əsasən, həzrət Əlinin (ə) İslamı qəbul edən birinci kişi və Peyğəmbərə kömək edən şəxs olduğunu söyləmək olar və onun on yaşında olması bu böyüki fəzilətdən heç bir şeyi azaltmaz.

€

“Birinci mömin” olmaq böyük bir imtiyazdır

Bəzi kəslərin birinci mömin olan şəxslə sonradan müsəlmanların sırasına daxil olan kəs arasında heç bir fərqin olmamasını təsəvvür etməsi mümkündür. Amma həqiqət budur ki, onlar arasında həddən artıq fərqlər vardır. Məsələnin daha da aydınlaşması üçün fironun sehirbazları macərasına nəzər salaq:

Firon həzrət Musanın (ə) məğlub edilməsi üçün Misirdəki bütün sehirbaz və cadugərləei bir yerə

səh:319


1- [1] . O, qeyd edilən kitabda imamın İslamı qəbul etdiyi zamandakı yaşı barəsində yeddi nəzəriyyə nəql etmişdir və xatırladılan iki nəzəriyyə ilə birlikdə səkkiz nəzəriyyə edir.
2- [2] . “Biharul-ənvar”, c.38, səh.7 və 236.

toplatdırıb vədə olunan gündə o həzrətlə mübarizə aparmalarını bildirmiş və onlara çoxlu vədələr vermişdi. Həmin vədələrdən biri də qalib gələcəkləri təqdirdə, fironun ən yaxın adamlarından olmaları idi.(1)

Firon vədələşmiş olduqları gün üçün hər bir şeyi hazırladı və qalib gələcəyinə ümid etdi. Həmin gün yetişdikdə, ilkin olaraq sehirbazlar sehr göstərə və gözbağlayıcılıq edərək camaatı heyrətə sala bildilər. Sonra həzrət Musa Alahın əmri ilə əsasını yerə atdı və o, böyük bir əjşdahaya çevrilərək sehrbazların sehr alətlərini uddu. Bunu görən və həmin işin sehr olmadığını başa düşən sehrbazlar ixtiyarsız olaraq səcdəyə düşərək belə dedilər:

{...آمَنَّا بِرَبِّ الْعَالَمِینَ}(2)

“Biz aləmlərin rəbbinə iman gətirdik.” Firon sehirbazlarının həzrət Musaya – onun məğlub edilməsi üçün toplaşmışdılar – iman gətirməsi onun dininin qəbul edilməsində böyük təsir qoydu və beləliklə, firon və onun tərəfdarlarına sarsıdıcı zərbə vurulmuş oldu. Özləri sehirbaz olan və möcüzə ilə sehri bir-birindən yaxşı ayırd edə bilən sehirbazların həəzrət Musaya iman gətirməsi camaatın onun dinini qəbul etməsində böyük təsir qoydu. Bu səhnəni müşahidı edən firon dünənin srhirbazlarını və bu günün müsəlmanlarını təhdid edərək hədələdi və ən ağır şəkildə cəzalandıracağını bildirdi. O cümlədən dedi:

{لَأُقَطِّعَنَّ أَیدِیکُمْ وَأَرْجُلَکُمْ مِنْ خِلَافٍ ثُمَّ لَأُصَلِّبَنَّکُمْ أَجْمَعِینَ}(3)

“Həqiqətən, mütləq sizin əllərinizi və ayaqlarınızı çarpazvari (birini sağdan, birini soldan) kəsəcək, sonra isə şübhəsiz, sizin hamınızı dar ağacından asacağam!” İman nuru onların qəlblərini bürüdüyündən, hər bir işgəncə və azaba hazır olduqlarını elana etdilər:

səh:320


1- [1] . “Əraf” surəsi, ayə 114.
2- [2] . Həmin surə, ayə 121.
3- [3] . Yenə orada, ayə 124.

{إِنَّا نَطْمَعُ أَنْ یغْفِرَ لَنَا رَبُّنَا خَطَایانَا أَنْ کُنَّا أَوَّلَ الْمُؤْمِنِینَ}(1)

“Dedilər: “(Onsuz da) biz rəbbimizə tərəf dönəcəyik (buna görə də sənin hədələrindən qorxmuruq).””

Qeyd edilən ayələrdən birinci mömin olmağın böyük imtiyaz olduğu və bütün keçmiş günahlara kəffarə hesab edildiyi məlum olur. Bunun səbəbi aydındır, çünki hamıda belə bir cürət yoxdur. Xətər, təhlükə, qorxu və digər məsələlər, adətən, möminlərin birinci cərgəsində dayananlar üçündür və bu baxımdan, ilkin mömin olmağın mükafatı çoxdur. Həzrət Əli (ə) də Peyğəmbərin dəvətini eşitdikdə, Qurana qulaq asdıqda başa düşdü ki, bu dəvət Allahın dəvətidir və ləngimədət iman gətirdi və birinci müəlmanlardan (iman gətirənlərdən) oldu. O həzrətin şiələri də fəsad və inhiraflara qarşı mübarizə aparmaqda ilkin cərgədə olmalı və əmr be məruf və nəhy əz münkər edənlərin birincisinə çevrilməlidirlər. Bizim əziz cavanlarımız da hansısa bir bayram və şənlik məclislərində iştirak edərkən həmin məclisin günah məclisinə çevrildiyini görsələr, gərək, bu yerdə camaata qoşulmasın və məzəmmət və qınağa tuş gələcəklərinə baxmayaraq, həmin məclisləri tərk etməli və Allahın rizayətinə xatir tənələrə sinə gərməlidirlər.

Həzrət Əlinin (ə) şiələri bu yolda təklikdən qormamalıdırlar. O həzrət belə buyurmuşdur:

لا تَسْتَوْحِشُوا فی طَریقِ الْهُدی لِقِلَّةِ اَهْلِه(2)

“Haqq yolunda tərəfdarlarınızın az olmasından vəhşətə düşməyin.” Birinci mömin olan şəxs şeücaət və mərifətə sahib olmalıdır və həzrət Əlinin (ə) vücudunda bütün bunlar var idi. Fironun sehirbazları həzrət Musaya (ə) iman gətirməklə təkcə küfr və şirk zülmətdən nicat tapmadılar, əksinə onlar şəhidlik məqamına yüksəldilər. Bəli, onlar sübh

səh:321


1- [1] . “Şüəra” surəsi, ayə 51.
2- [2] . “Nəhcül-bəlağə”, xütbə 201.

vaxtı firon ənsarının dəstəsində idilər, amma gecə şəhidlər sırasına qoşuldular.(1) Firon təhdidlərini əməldə icra edərək onları şəhid etdi. Diqqət edilməlidir ki, sonrakı iman gətirənlərin imanı əvvəlcə iman gətirənə bağlıdır. Bu cəhətdən, sehirbazların həzrət Musaya (ə) iman gətirməsi sonrakı camaatın övhid dinini qıbul etməsinə səbəb oldu və şəhidlərin qanının qoyduğu təsirlərdən biri də budur.

Ayənin verdiyi mesajlar

Fəzilətlərin tanınması əməl üçün bir müqəddimədir

Həzrət Əli (ə) və digər Əhli-beytin (ə) fəzilətləri ilə tanış olaraq onlar barədə sadəcə danışmaqla kifayətlənmək olmaz, əksinə onları nurlu çıraq kimi əməl və rəftarımız üçün yol göstərən seçməli və onların göstərişlərinə əməl edərək həqiqi şiələrdən olmaq lazımdır. Bu ayələrdə Əmirəl-Möminin (ə) doğru danışan və doğru sözü də təsdiqləyən olduğu kimi, o həzrətin şiələri də haqq sözü təsdiqləməli və bu barədə öz istək və düşüncələrini daxil etməməlidirlər. Maraqlı burasındadır ki, əgər şeytan da haqqı söyləsə, ona qulaq asmaq lazımdır və Allah həzrət Nuhu (ə) vəzifələndirir ki, şeytanın(2) yaxşı sözlərinə şeytan olsa da belə, qulaq assın. Hazırda sadiq və doğru danışan şiələrin diqqətini sidqlə bağlı iki hədisə yönəldirik:

1. Peyğəmbər (s) buyurur:

لا تَنْظُرُوا اِلی کَثْرَةِ صَلاتِهِمْ وَصَوْمِهِمْ وَکَثْرَةِ الْحَجِّ وَالْمَعْرُوفِ وَطَنْتَنَتِهِمْ بِاللَّیْلِ، وَلکِنِ انْظُرُوا اِلی صِدْقِ الْحَدیثِ وَأداءِ الاَْمانَةِ(3)

“(Əgər camaatı imtahan etmək istəsəniz) onların qıldıqları çoxlu namazlar, tutduqları oruc, bir-birinin

səh:322


1- [1] . Mərhum Əllamə Təbərsi “Məcməul-bəyan”, c.3, səhifə 464-də belə yazır: کانوا اوّل النهار کفاراً سحرة، و آخر النّهار شهداء بررة
2- [2] . Şeytanın həzrət Nuha nəsihətləri ilə bağlı Ş insanın ən qədim düşmənidir” kitabı, səh.67 və “Ənbiyaların sözləri” səh.42-dən sonrakı hissələr mütaliə edə bilərsiniz.
3- [3] . “Mizanul-hikmət”, c.5, səh.288, bölmə 2192, hədis: 1095.

ardınca etdiyi həclər, ehtiyaclılara davamlı olaraq göstərdiyi yardım və gecə namazları ilə kifayətlənməyin, əksinə onları danışıqda doğru danışan və əmanətdə vəfalı (əmanətdar) olduğuna diqqət yetirin (bunları meyar və ölçü təyin edin).” Deyilənlərə əsasən, insanların imtahan edilməsi onların sadiqliyi və əmanətə vəfa etməsi ilədir.

2. Həzrət Əli (ə) buyurur:

اَلاْیمانُ اَنْ تُؤْثِرَ الصِّدْقَ حَیْثُ یَضُرُّکَ عَلَی الْکِذْبِ حَیْثُ یَنْفَعُکَ(1)

“İmanın nişanələrindən biri yalanın onun xeyrinə olmasına baxmayaraq, zərərinə tamamlanacağı təqdirdə belə, insanın doğruluğu ona tərcih etməsidir (doğruluğu yalandan üstün tutmasıdır).” Bu hədisə əsasən, imanın tələbi sədaqət və doğruluqdur və mömin olan şəxs yalançı ola bilməz.

Allahdan bizə həzrət Əlinin (ə) fəzilətlərini izləməkdə, xüsusən, doğruluq və düzlükdə, həmçinin, haqq və həqiqətlərin təsdiqində müvəffəqiyyət əta etməsini diləyirirk.

9. “MƏHƏBBƏT” AYƏSİ

İşarə

{إِنَّ الَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَیجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا}

“Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklər və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır”.(2)

Bəhsə qısa bir nəzər

Əhli-sünnənin çoxlu sayda kitablarındakı dəlillərə əsasən, bu ayənin ən kamil misdaq və nümunəsi həzrət Əlidir (ə). Bu barədə müxtəlif məsələlər bəyan edilmişdir, o cümlədən, iman və saleh əməlin qəlblərdəki məhəbbətlə irtibatı, əhli-sünnə alimlərinin yuxarıdakı ayə ilə bağlı

səh:323


1- [1] . “Nəhcül-bəlağə”, müxtəsər (lakonik) cümlələr, 257-ci cümlə.
2- [2] . “Məryəm” surəsi, ayə 96.

söylədikləri nəzəriyyələr və bu qəbildən olan mətləblər barəsində gələcək bəhslərdə danışılacaqdır.

Qəlblərə nüfuz etmək rəhbərlərin ən mühüm sərmayəsidir

Müxtəlif cəmiyyətlərdəki rəhbərlərin malik olduğu ən mühüm sərmayə onların qəlblərdə məhəbbətə sahib olmasıdır. Qəlblərə nüfuz etmək məsələsi böyük əhəmiyyət kəsb edir və mühüm ictimai işlər bu sərmayə və camaatın iştirakı olmadan həyata keçirilə bilmir. Bu baxımdan, camaatın ictimai, siyasi və hətta, hərbi işlərdə iştirakı lazım və zəruridir. Camaatı cəlb etmək üçün qəlblərə nüfuz edə bilməyə ehtiyac vardır. Əgər bir İslam Peyğəmbərinin insanlara nicat verən dini dünyanın şərq və qərbinə (hər yerinə) yaya bilməsini, kinlərlə dolu olan qəlblərdə bir-birinə qarşı məhəbbət yaradadaraq haqq dini yaymaqda vahid bir qoşun halına gətirməsini müşahidə ediriksə, bunun sirrini Quran açıqlayır və bildirir ki, Peyğəmbərin xoş əxlaqı və o həzrətin insanların qəlblərinə qeyri-adi şəkildə təsir edə bilməsi bunun əsl səbəbidir. Quranda bu barədə buyururlur:

{فَبِمَا رَحْمَةٍ مِنَ اللَّهِ لِنْتَ لَهُمْ وَلَوْ کُنْتَ فَظًّا غَلِیظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِکَ...}(1)

“Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar.”

Həzrət İbrahim (ə) yenicə doğulmuş övladı İsmayılla (ə) öz xanımını kifayətqədər azuqəsi olmadığı halda Allahın göstərişi ilə yandırıcı istilik və quru ərazi olan Məkkəyə gətirdiyi və müqəddəs Kəbənin yanında qoyduğu zaman, belə dua edir:

{رَبَّنَا إِنِّی أَسْکَنْتُ مِنْ ذُرِّیتِی بِوَادٍ غَیرِ ذِی زَرْعٍ عِنْدَ بَیتِکَ الْمُحَرَّمِ رَبَّنَا لِیقِیمُوا الصَّلَاةَ

səh:324


1- [1] . “Ali-İmran” surəsi, ayə 159.

فَاجْعَلْ أَفْئِدَةً مِنَ النَّاسِ تَهْوِی إِلَیهِمْ وَارْزُقْهُمْ مِنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ یشْکُرُونَ}(1)

“Ey rəbbimiz, həqiqətən, mən övladlarımdan bəzisini (İsmayılı anası ilə birgə) sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, namaz qılsınlar. Ey rəbbimiz, buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə, şükr etsinlər.”

İbrahim (ə) qəlblərə nüfuz etməyin mühüm bir sərmayə olduğunu bildiyindən, Allahdan qadını və övladının məhəbbətini insanların qəlbinə salmasını diləyir.

İmam Xomeyni (r.ə) inqilabın sonlarına qədər əhəmiyyət təşkil edən hərbi silaha malik deyildi, lakin o, müasir silahlardan da mühüm olan elə bir kəskin silaha sahib idi ki, onun vasitəsi ilə tağut rejiminə qalib gəldi və həmin silah qəlblərə nüfuz edə bilmək və camaatın məhəbbəti idi.

Bir sözlə, qəlblərə nüfuz və təsir edə bilmək müxtəlif cəmiyyətdəki rəhbərlərin ən mühüm sərmayəsidir.

Şərh və təfsir

İman və saleh əməlin qəlblərə nüfuz etməklə rabitəsi

{إِنَّ الَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَیجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا}

Bu ayədə bir tərəfdən iman və saleh əməllə, digər tərəfdən də camaatın qəlbinə nüfuz etməklə bağlı rabitənin olmasından bəhs edilmişdir. Allah-taala qəlblərə təsir edə bilməri iman və saleh əməlin nəticəsi hesab etmişdir. Bu cümlələrin mənası odur ki, zor gücü və qılıncla insanlar üzəırində hakimiyyət yaratmaq mümkündür, amma heç vaxt bu yolla onların qəlblərinə nüfuz etmək olmaz.

Sual: Doğrusu, bir tərəfdən iman və salh əməl, digər tərəfdən də insanların qəlbinə nüfuz etmək arasında hansı rabitə mövcuddur?

Cavab: bu ikisi arasındakı rabitəni aşağıdakı kimi

səh:325


1- [1] . “İbrahim” surəsi, ayə 37.

təsəvvür etmək olar:

Birincisi, mənəvi rabitədir ki, Allah öz hikmətinə əsasən onu yaradır. Misal olaraq Fironun qəlbində Musaya (ə) qarşı məhəbbətin yaranmasını göstərmək olar. Firon Misirdəki bütün təzə doğulan uşaqların öldürülməsinə göstəriş verir, lakin Allahın iradəsi ilə onun qəlbində körpə olan Musaya qarşı məhəbbət yaranır və o, öz düşmənini özü böyüdür. Allah burada firon və onun tərəfdarlarına öz qüdrətini göstərərək bildirir ki, Allah bir şeyi iradə etdiyi zaman, heç nə onun qarşısını ala bilməz. Belə rabitələr kəsb ediləsi deyil, əksinə Allahın əta etməsi ilədir.

İkincisi, adi məhəbbət və maraqlar məntiqi baxımdan təhlil edilməyə qabildir. Yaxşı işlər və saleh əməllərin özünəməxsus cazibəsi vardır və hətta, pis insanları belə özünə doğru cəlb edə bilir. Məsələn, əmanənətdarlıq saleh bir əməl, və əmanətdar isə saleh bir insandır. Hamı onu sevir və məhəbbət bəsləyir, hətta, oğrular hansısa bir oğurluq malı əmanət vermək istədikdə, oğru dostlarına deyil, əmanətdar şəxslərə müraciət edir. Kimsə insanların qəlbinə nüfuz etmək istəyirsə saleh əməllər yerinə yetirsin və imanlı olsun. Camaat onun saleh və imanlı olduğunu bildikdə, öz-özünə ona doğru hərəkət edəcək və burada xüsusi işlərə ehtiyac yoxdur. İffət və paklıq o qədər əhəmiyyətlidir ki, pak olmayan insanlar da ona aşiqdirlər. Belə insanlar evlənmək istədikdə, pak ailələrin ardınca gedirlər. Maraqlı burasındadır ki, həzrət Əli (ə) sadalanan bütün üstün keyfiyyətlər həm malikdir, həm də Allah bütün insanların qəlbinə nüfuz etməyi o həzrətə əta etmişdir.

“Məhəbbət” ayəsinin nazilolma səbəbi

Bu ayənin bütün əməlisaleh və iman əhli olan möminlərə şamil ola bilməsinə baxmayaraq, əhli-sünnə

səh:326

kitablarında da işarə edildiyi kimi, onun ən kamil misdaq və nümunəsi həzrət Əlidir (ə). Bəziləri bu cür aydın və bəlli həqiqəti inkar etməyə çalışmışlar.

Mərhum Əllamə Hilli “Ehqaqul-həqq”(1) kitabında bu ayənin nazilolma.

səbəbinin həzrət Əli (ə) olduğunu bildirir və əhli-sünnə alimlərindən Qazı Ruzbehan bu sözləri inkar edərək deyir:

لیس هذه الرّوایة فی تفسیر اهل السنّة و ان صحت دلّت علی وجوب محبّته و هو واجب بالاتّفاق(2)

“Bu cür rəvayət əhli-sünnənin heç bir təfsir kitabında qeyd edilməmişdir. Qeyd edildiyini fərz etsək belə, bu, yeni bir məsələ deyil, çünki Əlinin (ə) məhəbbəti hamıya vacibdir və həmin mətləbi hamı qəbul edir.”

Maraqlı burasındadır ki, “Ehqaqul-həqq” kitabına haşiyə yazan şiə mühəqqiqləri əhli-sünnənin on yeddi kitabından həzrət Əli (ə) barəsində rəvayət nəql edirlər və həmin kitabların altısı tıfsir kitabıdır. Əhli-sünnə alimlərinin sözlərindəki bu təzadı necə izah etmək olar? Görəsən, Qazı Ruzbehan həmin kitabları mütaliə etməmişdirmi? Yoxsa, mütaliə etmiş, amma təəssüb və inadkarlıq bu hədislərin qəbulluğuna mane olmuşdurmu? Kitabların adları belədir:

1. “Sələbi təfsiri”(3)

2. “Kəşşaf təfsiri” – bu kitabın müəllifi məşhur təfsirçi

səh:327


1- [1] . Şiənin dəyərli kitablarından sayılan “Ehqaqul-həqq” kitabı dörd hissədən ibarətdir.Onun birinci müəllifi Əllamə Hillidir və əhli-sünnə alimlərindən Qazı Ruzbehan bu kitabın inkarı ilə bağlı bəzi mətləbləri qeyd etmişdir ki, kitabın əlavə hissəsini təşkil edir. Daha sonra mərhum Qazı Nurullah Qazı Ruzbehanın sözlərinin rədd edilməsi və Əllamə Hillinin sözlərinin təsdiqi ilə əlaqədar bir sıra mətləbləri qeyd etmiş və bu kitaba əlavə olunmuşdur. Nəhayət, mərhum Ayətullah Mərəşi Nəcəfi öz köməkçiləri ilə birlikdə kitabın səhifə aşağısına faydalı haşiyələr yazmış və kitab hazırkı şəklə düşərək elm arxasınca olanların istifadəsinə verilmişdir.
2- [2] . “Ehqaqul-həqq”, c.3, səh.87.
3- [3] . “Sələbi təfsiri”, səh.151 (“Ehqaqul-həqq”, c.3, səh.82-dəki nəqlə əsasən).

Zəməxşəidir.(1)

3. “Təfsire Əllamə Nişapuri” – Təbəri təfsirinin haşiyəsində çap edilmişdir.(2)

4. “Durrul-mənsur”(3) – müəllifi Süyuti.

5. “Əllamə Şukaninin təfsiri”(4)

6. “Ruhul-məani”(5) – müəllifi məşhur alim Alusidir.

Sadaladığımız kitablarda qeyd edilən üç rəvayətə diqqət yetirin:

A) “Ruhul-məani” kitabında Peyğəmbərin (s) məşhur səhabəsi Bəra ibn Azibdən belə nəql edilib:

قالَ رَسُولُ الله| لِعَلِیّ کَرَّمَ اللهُ تَعالی وَجْهَهُ: «قُلِ اللّهُمَّ اجْعَلْ لی عِنْدَکَ عَهْداً وَاجْعَلْ لی فی صُدُورِ الْمُؤْمِنینَ وُدّا» فَاَنْزَلَ اللهُ سُبْحانَهُ هذِهِ الاْیَهَ

“Peyğəmbər (s) Əliyə (ə) buyurdu: (Allahdan iki şeyi istə. Birincisi,) de ki, ilahi, mənimlə öz aranda əhd-peyman müəyyən et. (İkincisi,) mənim məhəbbətimi möminlərin qəlbində yerləşdir. Sonra...{إِنَّ الَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ...} bu ayə nazil oldu”.

کانَ مُحَمَّدُ بْنُ حنفیّه (رضی الله عنه) یَقُولُ: لا تَجِدُ مُؤْمِناً اِلاّ وَهُوَ یُحِبُّ عَلِیّاً کَرَّمَ اللهُ تَعالی وَجْهَهُ وَاَهْلَ بَیْتِه(6)

“Məhəmməd ibn Hənəfiyyə həmişə deyərdi: “Əli (ə) və onun Əhli-beytini (ə) sevməyən mömin yoxdur””.

Sual: Bu rəvayətdə “əhd və peyman” ifadəsi ilə bildirilən məsələdə məqsəd nədir?

Cavab: Bu əhdin bizim barəsində bəhs etdiyimiz ayədən qabaq gələn ayəyə, yəni “Məryəm” surəsinin 87-ci ayəsinə

səh:328


1- [1] . “Kəşşaf təfsiri”, c.2, səh.225 (“Ehqaqul-həqq”, c.3, səh.83-dəki nəqlə əsasən).
2- [2] . “Təbəri təfsiri”, c.16, səh.74 (“Ehqaqul-həqq”, c.3, səh.84-dəki nəqlə əsasən).
3- [3] . “Əd-Durrul-mənsur”, c.4, səh.487 (“Ehqaqul-həqq”, c.3, səh.854-dəki nəqlə əsasən).
4- [4] . “Şukani təfsiri”, c.3, səh.342 (“Ehqaqul-həqq”, c.3, səh.86-dakı nəqlə əsasən).
5- [5] . “Ruhul-məani”, c.16, səh.130 (“Ehqaqul-həqq”, c.3, səh.86-dakı nəqlə əsasən).
6- [6] . “Ehqaqul-həqq”, c.3, səh.86.

işarə olduğunu ehtimal etmək olar. Həmin ayə belədir:

{لَا یمْلِکُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِنْدَ الرَّحْمَنِ عَهْدًا}

“(Həmin gün) Rəhman olan Allahın yanında (Peyğəmbərlər, övliyalar və mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa, (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. (Həmçinin, (əqidə əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa, insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz).”

Deməli “əhd-peyman”da məqsəd şəfaətdir. Peyğəmbər (s) həzrət Əliyə (ə) Allahdan şəfaət məqamının ona əta olunması və onun məhəbbətinin möminlərin qəlbində yerləşdirməyi diləməsini istəyir. Bu elə bir məhəbbətdir ki, həzrət İbrahim (ə) zamanında onun duası ilə başlamış və Peyğəmbər (s) zamanına qədər davam etmişdir. İslam Peyğəmbərindən sonra da qiyamətə qədər qalarğı olacaqdır.

B) Əllamə Şukani Tibrani və Ovəz ibn Abbasdan belə nəql edir:

نَزَلَتْ فی عَلِیِّ بْنِ اَبیطالِب {إِنَّ الَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ...} قالَ مَحَبَّةً فی قُلُوبِ الْمُؤْمِنینَ(1)

“{إِنَّ الَّذِینَ آمَنُوا...} – ayəsi həzrət Əli (ə) barəsində nazil olmuşdur və “vədə” sözündəki məqsəd məhəbbət və möminlərin qəlbinə nüfuz etməkdir.”

Nəticədə, bu ayə iman və saleh əməlin insanların qəlbinə nüfuz etməklə bağlı rabitəsinin olduğuna işarə edir və onun ən kamil misdaq və nümunəsi həzrət Əlidir (ə).

Bəhs etdiyimiz ayə barəsində digər təfsirlər

Qeyd edilən təfsirlərdən əlavə, bu ayə barəsində digər bir neçə təfsir də mövcuddur. O cümlədən:

A) Ayənin məqsədi xüsusi bir fərd və ya fərdlərin məhəbbətinin bütün möminlərin qəlbində yerləşdirilməsi

səh:329


1- [1] . Həmin mənbə.

deyil, əksinə iman və saleh əməlin bütün möminlərin bir-birinə qarşı məhəbbət bəsləməsinə səbəb olmasıdır.

B) Bu ayə qiyamət gününə işarədir. Allah bütün möminlərin məhəbbətini bir-birinin qəlbində yerləşdirəcək və onun bu dünya ilə heç bir irtibatı yoxdur.

C) Bu ayədəki məqsəd yalnız və yalnız həzrət Əlidir (ə) və əvəzliklərin cəm şəkildə işlədilməsinin heç bir iradı yoxdur, çünki bəzən bu cür işlənmə ehtiram əlamətidir.(1)

Aydın məsələdir ki, ayə bütün əməlisaleh olan möminlərə şamil ola bilir. Məsələn, çıraq, elektrikli lampa, projektor və günəşinişığı da nurdur, amma yerdə qalan nurlar günəşin nuruna çata bilməz. Bu baxımdan, ayənin bütün möminlərə şamil olmsına baxmayaraq, onun ən kamil nümunəsi həzrət Əli ibn Əbutalibdir (ə).

Ayənin verdiyi mesajlar

Şiə nurlu çıraqdır

Dəfələrlə söylədiyimiz kimi, həzrət Əlinin (ə) şiələr təkcə Əhli-beytin (ə) fəzilətlərini tanımaqla kifayətlənməməli, əksinə həmin fəzilətləri tanıdıqdan sonra onun nuru sayəsində hərəkət etməli və digərlərinə də bunu nişan verməlidir. Əli (ə) şiələri həm iman, həm də saleh əməllər baxımından yaşadıqları cəmiyyətdə nurlu çıraq kimi işıq saçmalıdır ki, digərləri onların iman nuru sayəsində hidayət ola və məhəbbətləri onların qəlbinə nüfuz edə bilsin və beləliklə, dini rəhbərlərin fəxrinə səbəb olsun. Eyni zamanda, Allah eləməmiş, hansısa bir işi görməməlidir ki, onların xəcalətinə səbəb olsun.(2)

səh:330


1- [1] . Qeyd edilən üç ehtimal və digərləri “Məcməul-bəyan”, c.3, səh.3 və 532-də bildirilmişdir.
2- [2] . Bir sıra rəvayətlərdə bu mətləb bildirilmiş və o cümlədən, imam Sadiq (ə) belə buyurmuşdur: کُونُوا لَنا زَیْناً وَلا تَکُونُوا عَلَیْنا شَیْناً (“Biharul-ənvar”, c.68, səh.267). Bu rəvayətin bənzərini imam Rza (ə) (“Biharul-ənvar”, c.75, səh.348) və imam Həsən Əsgəridən (ə) (“Biharul-ənvar”, c.75, səh.372) nəql etmişlər.

Təkmilləşdirici bəhslər

a) Hamının qəlbinə nüfuz etmək

a) Hamının qəlbinə nüfuz etmək

Ayənin zahirindən belə başa düşülür ki, iman və saleh əməllər təkcə məhəbbətin möminlərin qəlbinə nüfuz etməsilə bitmir, əksinə onun şöləsi qeyri-möminlərin də qəlbində məhəbbətin yaranmasına səbəb olur. Bu baxımdan, həzrət Əlinin (ə) düşmənləri də onu sevirdilər, baxmayaraq ki, nəfsləri üzündən bunu daimi şəkildə büruzə vermirdilər, amma bəzən məcburi olaraq həmin məsələni etiraf edirdilər. Müaviyyə dəfələrlər həzrət Əlinin (ə) tərəfdarları ilə görüşdükdə, o həzrətin halı barədə danışmalarını söyləyir və onların sözlərini təsdiqləyirdi.(1)

Müaviyyə dövründəki bütün fəsadların qaynağı, hiyləgər və məkrli biri olan Əmr As – həmin dövrdə baş verən ixtişaşlar onun başının altından çıxırdı və bu sahədə Müaviyyə ikinci dərəcəli idi – “Cilciliyyə”(2) adlı məşhur qəsidəində Müaviyyə dövründəki cinayətlərinə etiraf edir və həzrət Əlinin (ə) fəzilətlərindən danışır. Həmin qəsidənin seçilmiş hissələrini qeyd edirik:

səh:331


1- [1] . Bu cərəyanların nümunələrini “Həzrət Əlinin (ə) həyatı barədə 110 dastan” adlı kitabın beşinci qismində qeyd etmişik.
2- [2] . Əmr Asın bu şeri yazması səbəbi belə idi: “Müaviyyə onu Misirə vali təyin etdi və adətə görə şəhərin gəlir və vergiləri vali toplamalı və onun bir qismini özünə götürərək digər qismini hökumətə göndərməli idi. Lakin Əmr As həmin adətin əksinə olaraq bu işdən boyun qaçırdı və Müaviyyəyə heç nə göndərmədi. Müaviyyə bundan çox narahat oldu və ona məktub yazaraq töhmətləndirdi və Misirin gəlirinin digər qismini mərkəzi hakimiyyət üçün göndərməsini əmr etdi. Əmr As Müaviyyəyə çoxlu xidmətlər göstərmiş və bəzən də onun hökumətini süquta uğramaqdan xilas etmişdi. Görəndə ki, Müaviyyə bunları unudur, ona “Cilciliyyə” qəsidəsini yazaraq göndərir. Qəsidə Müaviyyənin əlinə yetişdikdə, guya, öz əməlindən peşiman oldu və belə dedi: “Bundan sonra Əmr As və Misirin xəracı ilə işiniz olmasın!””

     مُع___اوِیَ_ةُ الْح___الَ لا تَجْ__هَل                                    وَ عَ_نْ سُبُلِ الْ__حَقِّ لا تَ__عْدِل(1)

وَ کِدْتُ لَهُمْ اَنْ اَقامُوا الرُّماحَ

 

عَلَیْهَا الْمَصاحِفَ فِی الْقَسْطَل

نَسیتَ مُحاوَرَةَ الاَْشْعَری

 

وَ نَحْنُ عَلی دُومَةِ الْجَنْدَل؟

خَلَعْتُ الْخِلافَةَ مِنْ حَیْدَر

 

کَخَلْعِ النَّعالِ مِنَ الاَْرْجُل

وَ اَلْبَسْتُها فیکَ بَعْدَ الاْیاسِ

 

کَلُبْسِ الْخَواتیمِ بِالاَْنْمُل

وَ کَمْ قَدْ سَمِعْنا مِنَ الْمُصْطَفی

 

وَصایا مُخَصَّصَةً فی عَلِیّ؟

وَ فی یَوْمِ خُمّ رَقی مِنْبراً

 

یُبَلِّغُ وَالرَّکْبُ لَمْ یَرْجُل

وَ فی کَفِّه کَفِّه مُعْلِناً

 

یُنادی بِاَمْرِ الْعَزیزِ الْعَلِیِّ

وَ قالَ فَمَنْ کُنْتُ مَوْلیً لَهُ

 

 فَهذا لَهُ الْیَوْمَ نِعْمَ الْوَلِیّ

وَ اِنّا وَ ما کانَ مِنْ فِعْلِنا

 

لَفِی النّارِ فِی الدَّرْکِ الاَْسْفَلِ

Şerin tərcüməsi: “Ey Müaviyyə! Hazırda özünü nadanlığa vuraraq haqq yolu və ədalətdən yayınma (əgər mənim sənə etdiyim xidmətləri unutmusansa, onda, mən sənə xatırladıram: “Siffeyn” döyüşündə Əlinin (ə) qoşunu az qalmışdı ki, sənin xeymələrinə yetişsin, mən onda Quranı nizələrə keçirmək təklifini irəli sürdüm və bu yolla sənin süquta uğramaqdan xilas etdim. Bunlari unutmusanmı?! Dumtul-Cəndəl adlı məntəqədə gerçəkləşən həkəmiyyət məsələsini yaddan çıxarmısan?! Həmin vaxtlarda hiylə ilə Əlini (ə) ayaqdan ayaqqabını soyunar kimi xilafətdən kənarlaşdırdım və xilafət libasını sənin əyninə barmağa üzük taxırmış kimi geyindirdim. (Ey Müaviyyə! Bütün bunlar sənin xilafətə layiq olduğun və sənin haqqın olduğu üçün deyildi, əksinə nəfsimiz bizə qalib gəlmişdi. Yoxsa ki, Əli (ə) Peyğəmbərin (s) həqiqi xəlifəsidir. Peyğəmbər (s) bu məsələni dəfələrlə təkrar etmişdir və biz Qədir-Xumda camaat toplaşmış olduğu halda, o həzrət minbərin üzərinə çıxdı və Allahın Əli (ə)

səh:332


1- [1] . “Əl-Qədir”, c.2, səh.114.

barəsindəki fərmanını camaata çatdırdı. O zaman Peyğəmbər (s) əlini Əlinin (ə) əlindən tutmuş və yuxarı qaldıraraq uca səslə belə buyurmuşdu: “Mən kimin mövlasıyamsa, bu Əli (ə) də onun mövlasıdır.” Biz gərək acı həqiqəti iqrar edək və o, belədir: “Mənimlə sən və bizim əməllərimizə şərik olan kəslər axirətdə cəhhənnəm odunda yanacağıq və bizim yerimiz cəhənnəm (əsfəl) dərəsidir.””

b) Saleh əməlin əhatə dairəsi

İslamın nəzərində saleh əməl çox mühüm əhəmiyyətə malikdir və bu barədə Quranda yetmişdən artıq ayə mövcuddur. Saleh əməlin əhatə dairəsi çox genişdir və Allah rizası yolunda həyata keçirilən hər bir xeyir əmələ şamildir. Saleh əməlin əhatə dairəsini bəyan edən Peyğəmbər (s) hədisində belə oxuyururq:

شَهادَةُ اَنْ الطَّریقِ لا اِلهَ اِلاَّ اللهُ وَاَدْناها اِماطَةُ الاْذی عَنِ اَلاْیمانُ بِضْعَةٌ وَسَبْعُونَ (سِتُّونَ خ ل) شُعْبَةً اَعْلاها(1)

“İman yetmiş neçə (bəzi rəvayətlərə əsasən altmış neçə) bölmədən ibarətdir ki, onun ən üstünü tövhid kəlməsi olan “la ilahə illəllah”dır və onun ən aşağı həddi müsəlmanların yolu üzərindəki maneələri aradan qaldırmaqdır.”

Bu rəvayətdə saleh əməlin əhatə dairəsinin bildirilməsindən əlavə, İslamın müsəlmanların ən kiçik həyat tərzinə xüsusi diqqət yetirdiyinə və müsəlmanlara həmin cüzi məsələlərə riayət etməli olduğuna işarə edir.

səh:333


1- [1] . “Əvaliul-ləali”, c.1, səh.431. Bu rəvayət “Səhih Müslim”, “Kitabul-iman”, 12-ci bölmə, hədis 58-də müəyyən fərqlərlə qeyd edilmişdir və onun mətni belədir: لایمان بضع و سبعون، او بضع و ستّون شعبة، فافضلها قول لا اله الاّ الله و ادناها اماطة الاذی عن الطّریقِ و الحیاء شعبة من الایمان Bu rəvayət cüzi fərqlə “Müsnəde Əhməd”, c.2, səh.379-da da qeyd edilmişdir.

10. “SABİQUN” (ÖNCÜLLƏR) AYƏSİ

İşarə

{وَالسَّابِقُونَ السَّابِقُونَ * أُولَئِکَ الْمُقَرَّبُونَ * فِی جَنَّاتِ النَّعِیمِ}

“(Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar! Onlar (Allahın dərgahına) yaxın olanlardır. (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar”.(1)

Bəhsə qısa bir nəzər

Bu ayələr də həzrət Əlinin (ə) fəzilətlərinə işarə edən ayələrdəndir və sünni alimləri də əksər halda onu etiraf etmişlər. Həmin ayələrdə qiyamətdəki üç dəstədən bəhs edilir ki, burada acılı-şirinli və ibrətamiz mətləblər mövcuddur. Biz gələn bəhslərdə bu barədə danışacağıq.

“Vaqiə” surəsinin möhtəvası (əhatə dairəsi)

“Vaqiə” surəsi digər surələr kimi insana təsir qoyan mətləblərə malik surələrdən biridir. Bu surənin ayələri daha çox ölümdən sonrakı həyat və məad barəsindədir. Onun ilkin ayələri qiyamət nişanələrini bildirməklə başlayır. Yer və göylər bir partlayışla müydana gəldiyi kimi, qiyamət də bu şəkildə yaranacaq. Nəticədə, partlayışla yaranmış dünya partlayışla da sona çatacaq. Qiyamət baş verən zaman yer şiddətli şəkildə lərzəyə gələcək və əzəmətli ağırlığa malik olan dağlar həmin titrəyişdən yerindən çıxaraq asimana atılacaq və səmada bir-birinə elə bir şiddətlə dəyəcək ki, toz halına düşəcək. Dünya məhv olduqdan sonra Allah axirət aləmini yaradacaq və yeni bir asiman və yer xəlq edəcəkdir. Həmin gün insanlar qəbirlərindən çixardılaraq dirildiləcək və üç dəstəyə bölünəcəklər:

1. Əshabul-məymənəh – Bir dəstə bu qrupda daxil olacaq ki, onlar səadətə çatanlardır, iftixar, bərək və xoşbəxtlik onlara məxsusdur.

səh:334


1- [1] . “Vaqiə” surəsi, ayə 10-12).

2. Əshabul-məşəməh(1) – Bu dəstədən olan kəslər bədbəxt və əməl dəftərləri sol əllərinə verilənlərdir.

3. “Əssabiqunəs-sabiqun” – Üçüncü dəstədən olanlar hamıdan qabaq və öndə olanlardır. Hamıdan öndə olan bu dəstə üçün Allah xüsusi bir iftixarı nəzərdə tutmuşdur ki, heç kimdə yoxdur. Həmin iftixar Allaha yaxınlıq və qurb məqamıdır. Öncüllər ilahi dərgahda Allaha ən yaxın olanlardır.

Allah bu bölgüdən sonra hər üçü dəstənin mükafat və cəzası barədə söhbət açır. Elə bir mükafat və cəzalar ki, onlar barəsində təsəvvür etmək qeyri-mümkün və çox çətindir. Surənin 11-ci ayəsindən 26-cı ayəsinə qədər müqqərəb və sabiqunun mükafatlarından danışılır. 27-ci ayədən 40-cı ayəyə qədər sağ tərəf sahiblərinin mükafatından bəhs edilir və 41-ci və sonrakı ayələrdə isə sol tərəf sahiblərinə veriləcək şiddətli əzab haqqında müfəssəl şəkildə məlumat verilir.

Şərh və təfsir

“Sabiqun” (oncüllər) kimlərdir?

{وَالسَّابِقُونَ السَّابِقُونَ * أُولَئِکَ الْمُقَرَّبُونَ}

Allah dərgahına hamıdan yaxın və hamıdan öndə olanlar nümunə olmalı və camaatın hidayəti üçün imamət və rəhbərliyi ələ almalıdırlar.

Sual: Hamıdan öndə olanlar və müqərrəblər kimlərdir?

Cavab: “Sabiqun” barədə bir sıra təfsirlər qeyd edilmişdir:

1. İmanda öncül olanlar.

2. Cihad və mübarizədə öncüllər.

3. İbadət və vacib namazlarda öndə olanlar.

səh:335


1- [1] . “Məymənəh” və “məşəməh” sözlərini iki mənada təfsir etmək mümkündür: Birincisi, “bərəkət və səadət” və “bədbəxtlik”, ikincisi isə, “sağ” və “sol” mənasında. Bu iki sözün bir-birinə zidd olaraq işlədilməsindən, nəzərdə tutulan məqsədin birinci məna olduğu aydınlaşır. Amma sonrakı ayələrdə əməl dəftərlərinin sağ və sol ələ verilməsindən də məqsədin ikinci məna olduğunu demək mümkündür.

4. Tövbə etməkdə öndə olanlar.

5. Allaha itaət etməkdə qabaqcıllar.

6. Cənnətə daxil olmaqda qabaqcıllar.

7. Hicrət etməkdə öncüllər.

8. Xeyir işlər görməkdə öncül olanlar.

Eyni zamanda, digər təfsirlər də nəql edilmişdir.(1) Ayəni təkcə bir fərdə aid etmək olmaz. Bizim nəzərimizcə, ayənin yuxarıda qeyd edilən bütün şəxslərə şamil olmasında heç bir maneə yoxdur və onu daha geniş bir mənada başa düşmək lazımdır ki, bütün öncüllərə şamil olsun. Hər halda, öncüllər böyük iftixara malikdirlər və onlara verilən nemətlər içərisində ən uca qülləni təşkil edən Allaha yaxınlıq məqamıdır. Şübhəsiz, ilahi yaxınlıq və qürb məqamından duyulan ləzzət bütün ləzzətlərdən üstündür.

{...فِی جَنَّاتِ النَّعِیمِ}

“Cənnatin-nəim” {...جَنَّاتِ النَّعِیمِ} ifadəsi cənnətdəki maddi və mənəvi nemətlərə şamildir. Həmçinin, bu ifadə ilə dünyadakı zəhmət və yaşayış vəsiləsi olan bağlardan fərqli olaraq cənnətin nemətlər məkanı olmasına da işarə edilə bilər. Dünyada müqərrəb və öndə olanların məqamı məsuliyyətlə birgədir, amma axirətdə isə sadəcə nemətlərlə əlaqəlidir. Görəsən, belə nemətlər “sabiqun”dan başqa, digərlərinə layiqdirmi?! Allah öz lütf və mərhəməti ilə bizi bu dəstəyə tərəf yönəltsin.

Həzrət Əli (ə) “Sabiqun”un ən kamil misdaq və nümunəsidir

Bildirdiyimiz kimi, bu ayənin mənası iman, cihad, tövbə, xeyir əməllər və sairdə qabaqcıl olanlara da şamildir. Rəvayətdə gələnlərə uyğun olaraq həzrət Əli (ə) həmin öncüllərin hamısından öndədir. Başqa bir ifadə ilə

səh:336


1- [1] . Bu cümlələr “Nümunə təfsiri”, c.23, səh.204; “Təfsire tibyan”, c.9, səh.490 və “Məcməul-bəyan”, c.5, səh.215-də qeyd edilmişdir.

desək, bu ayənin ən aydın və kamil misdaq və nümunəsi o həzrətdir. Həmin rəvayətlərin bəzilərinə diqqət yetirin:

A) Şiə və sünnilərin qəbul etdikləri məşhur təfsirçi İbn Abbas deyir:

سابِقُ هذِهِ الاُْمَّةِ عَلِیُّ بْنُ اَبیطالِب(1)

“Bu ümmətin öncüllərindən də öndə olan Əli ibn Əbutalibdir.”

B) Ravi digər bir rəvayətdə belə deyir:

یُوشَعُ بْنُ نُونْ سَبَقَ اِلی مُوسی، وَمُؤْمِنُ آلِ یاسین سَبَقَ اِلی عیسی، وَعَلِیُّ بْنُ اَبیطالِب سَبَقَ اِلی مُحَمَّد(2)

“Həzrət Musa (ə) ümmətinin öncüllərindən öndə olan Yuşa ibn Nun, həzrət İsa (ə) ümmətində Həbib Nəccar və həzrət Məhəmmədin (s) ümmətində isə Əli ibn Əbutalibdir (ə).”

C) İslam Peyğəmbəri (s) ən mübarək evlilik olan Fayimeyi-Zəhra (ə) ilə həzrət Əlinin (ə) evliliyi zamanı onların əqdini oxudu və qızına belə buyurdu:

زَوَّجْتُکِ باَوَّلِ مَنْ آمَنَ بی وَعَرَفَنی وَساعَدَنی(3)

“Ey Fatimə! Səni evləndirdiyim şəxs mənə inanaraq ilk iman gətirən, məni tanıyan və birinci olaraq mənə yardım edən kəsdir.” Bu və ixtisara riayət etmək məqsədilə nəql edilməsinən daşındığımız digər rəvayətlərdə həzrət Əlinin (ə) öncüllərdən də öndə olması bildirilmişdir. Belə olduğu halda, Əlidən (ə) başqasının Peyğəmbərin (s) xəlifəsi olmağa ləyaqəti varmı?!

Ərəbin şirin dilli şairi necə də gözəl deyib:

          اَلَیْسَ اَوَّلُ مَنْ صَلّی بِقِبْلَتِهِمْ                    وَ اَعْلَمُ النّاسِ بِالْقُرْآنِ وَ السُّنَنِ(4)

“Əli (ə) Peyğəmbərdən (s) sonra qibləyə tərəf namaz qılan ilkin müsəlman və Peyğəmbərin (s)

səh:337


1- [1] . “Ehqaqul-həqq”, c.3, səh.114.
2- [2] . Həmin mənbə, səh.115.
3- [3] . “Rovzətul-əhbab”, c.3, səh.10 (“Ehqaqul-həqq”, c.3, səh.117-dəki nəqlə əsasən).
4- [4] . Yuxarıdakı şer Xüzeymə ibn Sabitindir.

sünnəsi və Qurana daha yaxşı agah olan şəxs deyilmi? Onda, nə üçün onlardan üstün olan Əlini (ə) qoyub digərlərinin evinə gedirsiniz?” qeyd edilən rəvayət əhli-sünnənin müxtəlif mənbələrində yazılmışdır. Onlardan onuna işarə edirik:

1. İbn Məğazəli, “Müsnəd”(1)

2. Sibt ibn Covzi, “Təzkirə”(2)

3. İbn Kəsir Dəməşqi(3)

4. Muhiyyuddin Təbəri, “Ərriyazun-nəzrəh”(4)

5. Süyuti, “Durrul-mənsur”(5)

6. İbn Həcər, “Əs-Səvaiqul-muhrəqə”(6)

7. Əllamə Şukani, “Fəthul-Qədir”(7)

8. Mirməhəmməd Saleh Tirmizi, “Mənaqibu Murtəzəvi”(8)

9. Alusi, “Ruhul-məani”(9)

10. Qunduzi, “Yənabiul-məvəddəh”(10)

Ayənin həzrət Əli (ə) barəsində nazilolmasını bildirməklə əlaqədar qeyd edilən bütün bu rəvayətlərin mövcudluğu və həzrət Əlinin olmasına baxmayarq, Allahın o həzrətdən başqa,

səh:338


1- [1] . “Ehqaqul-həqq”, c.3, səh.114-dəki nəqlə əsasən.
2- [2] . “Təzkirə”, səh.21 (“Ehqaqul-həqq”, c.3, səh.115-dəki nəqlə əsasən).
3- [3] . “İbn Kəsir təfsiri”, c.3, səh.283 (“Ehqaqul-həqq”, c.3, səh.115-dəki nəqlə əsasən).
4- [4] . “Ər-Riyazun-nəzrəh”, səh.157 (“Ehqaqul-həqq”, c.3, səh.115-dəki nəqlə əsasən).
5- [5] . “Əd-Durrul-mənsur”, c.5, səh.154 (“Ehqaqul-həqq”, c.3, səh.116-dakı nəqlə əsasən).
6- [6] . “Əs-Səvaiq”, səh.123 (“Ehqaqul-həqq”, c.3, səh.116-dakı nəqlə əsasən).
7- [7] . “Fəthul-Qədir”, c.5, səh.148 (“Ehqaqul-həqq”, c.3, səh.117-dəki nəqlə əsasən).
8- [8] . “Mənaqibu Murtəzəvi”, səh.49 (“Ehqaqul-həqq”, c.3, səh.117-dəki nəqlə əsasən).
9- [9] . “Ruhul-məani”, c.27, səh.114 (“Ehqaqul-həqq”, c.3, səh.118-dəki nəqlə əsasən).
10- [10] . “Yənabiul-məvəddəh”, səh.60 (“Ehqaqul-həqq”, c.3, səh.118-dəki nəqlə əsasən).

hansısa digər bir şəxsi xilafətə təyin etməsinə imkan varmı?!

Peyğəmbərin dili ilə “sabiqun”un təfsiri

Peyğəmbər (s) rəvayətlərin birində buyurmuşdur:

اَلسّابِقُونَ اِلی ظِلِّ الْعَرْشِ طُوبی لَهُمْ

“Çətin və taqətləri aradan aparan qiyamət günü ilahi ərşin kölgəsinə tərəf irəliləyənlərin xoş halına!”

قیلَ: یا رَسُولَ اللهِ وَمَنْ هُمْ؟

Həmin şəxslərin kim olması barədə soruşuldu. Bu sualın cavabında Peyğəmbər (s) dedi:

1. اَلَّذینَ یَقْبَلُونَ الْحَقَّ إِذا سَمِعُوهُ:

1. “Sabiqun” haqqı eşitdikləri zaman onu qəbul edən kəslərdir. “Sabiqun” haqqə uşaq və hətta, düşmənin dilindən belə olsa, qəbul edər və onun müqabilində təəssüb, təkəbbür və inadkarlıq etməz. Əgər səhv etdiklərini anlasala, onu etiraf və haqqı qəbul edərlər. Onlar bilir ki, səhvi etiraf etmək onu inkar etməkdən asandır.

2. وَیَبْذَلُونَهُ اِذا سَألُوهُ:

2. “Sabiqun”dan olanların digər bir xüsusiyyəti budur ki, onlardan haqq soruşulduğu zaman, onu bəyan edərlər. Onlar heç vaxt haqqı gizləmirlər və düşünmürlər ki, əgər haqqı desələr, ata, ana, qonşu və dostları narahat olar. Haqqı gizlətmək böyük günahlardandır və bu, bildiyin bir məsələ haqqında şəhadət verməkdən də vacibdir. Allah-taala “Bəqərə” surəsinin 283-cü ayəsində buyurur:

{...وَلَا تَکْتُمُوا الشَّهَادَةَ وَمَنْ یکْتُمْهَا فَإِنَّهُ آثِمٌ قَلْبُهُ وَاللَّهُ بِمَا تَعْمَلُونَ عَلِیمٌ}

“(Lazım olan zaman) şəhadəti gizlətməyin. Kim onu gizlətsə, onun qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir.”

3. ویَحکُمُونَ لِلنّاسِ کَحُکْمِهِمْ لاَِنْفُسِهِمْ:(1)

3. “Sabiqun”un digər xüsusiyyəti budur ki, onlar özləri üçün istədikləri şeyi başqalarına da istəyər və sevmədikləri

səh:339


1- [1] . “Nəvadirur-Rəvəndi”, səh.15 (“Biharul-ənvar”, c.66, səh.403-dəki nəqlə əsasən).

şeyləri digərlərinə də istəməzlər. Başqa bir ifadə ilə desək, öz mənafeləri ilə digərlərinin mənafeyinə eyni gözlə baxarlar. Əlbəttə, bu çox çətindir və əgər biz də bütün bunlara riayət edə bilsək “sabiqun” dəstəsindən ola bilərik.

Əgər bugünkü dünya həmin üç göstərişə əməl etsə, dünya gülüstana çevrilər. Amma təəssüflər olsun ki, bəşər hüququndan dəm vuranlar öz ikiüzlülükləri ilə dünyanı yandırıcı cəhənnəmə çevirmişlər. Hazırda yalaançı iddiaçılardan bu sözü eşitdikdə, onu yeni bir mənada başa düşürlər. Həmin məna belədir: “Qüdrətli və qoluzorluların mənafeyini hansı şərtlərdə olursa olsun, mühafizə etmək.”

11. “UZUNUN-VAİYƏ” (EŞİDİB YADDA SAXLAYAN QULAQ) AYƏSİ

İşarə

{إِنَّا لَمَّا طَغَی الْمَاءُ حَمَلْنَاکُمْ فِی الْجَارِیةِ * لِنَجْعَلَهَا لَکُمْ تَذْکِرَةً وَتَعِیهَا أُذُنٌ وَاعِیةٌ}

“Həqiqətən, biz (Nuhun duası ilə göydən gələn və yerdən qaynayan) su aşıb-daşan zaman sizi(n əcdadınızı) gəmiyə mindirdik. Ona görə ki, bunu (bu hadisəni) sizin üçün bir ibrət edək və eşidən, yadda saxlayan qulaq bunu eşidib yadda saxlasın”.(1)

Bəhsə qısa bir nəzər

Bu ayə də həzrət Əlinin (ə) fəzilətləri ilə bağlı olan ayələrdəndir. Ayə barsində nəql edilən rəvayətlərə uyğun olaraq, Peyğəmbər (s) həzrət Əlinin (ə) barəsində onun da “Uzunun-vaiyə”yə sahib olmasını dua etmişdir. O həzrətin duası qəbul edilmişdir. Ayənin geniş şərhi və “Uzunun-vaiyə”nin mənası ilə bağlı mətləbləri bəhsin davamında bəyan edəcəyik.

səh:340


1- [1] . “Əl-Haqqə” surəsi, ayə 11-12.

Şərh və təfsir

Peyğəmbərlərin əhvalatları

Quran təkcə bu surədə deyil, digər surələrdə də Peyğəmbərlərin əhvalatlarını müxtəlif prizmalardan diqqət mərkəzində saxlamışdır.

Sual: Görəsən, nə üçün Quranda əvvəlki (keçmiş) ümmətlərin tarixi və Peyğəmbərlərin əhvalatı bəyan edilmişdir?

Cavab: Quran insanın təlim və tərbiyə edilməsinə yönəli bir kitabdır və tarix bu baxımdan, mühüm rol oynayır. Bir sözlə, insanın yaşayışı təcrübədir və yaxşı olar ki, o, keçmişdəkilərin təcrübəsindən istifadə etsin. Şair demişkən, insana iki dəfə ömür verilmir ki, birində təcrübə toplasın, ikincisində də onları istifadə eləsin.(1) Allah “Yusif” surəsinin 111-ci ayəsində buyurur:

{لَقَدْ کَانَ فِی قَصَصِهِمْ عِبْرَةٌ لِأُولِی الْأَلْبَابِ...}

“Şübhəsiz, onların (Peyğəmbərlərin və onların ümmətlərinin) başlarına gələnlərdə ağıl sahibləri üçün bir ibrət vardır.”

“Əl-Haqqə” surəsinin əvvəlki ayələrində də keçmiş Peyğəmbərlər və onların ümmətləri barədəki hadisələrə toxunulmuşdur və biz qısa şəkildə həmin ayələrin şərhini qeyd edirik:

{وَجَاءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهُ وَالْمُؤْتَفِکَاتُ بِالْخَاطِئَةِ}

“Firon da, ondan öncəkilər (kafirlər) də, alt-üst olmuş şəhərlər(in əhalisi – Lut qövmü) günah etdilər və yollarını azdılar (dini əqidə və şəriət məsələlərində yanlış yolla getdilər).” Ayədəki “mötəfikat” {...الْمُؤْتَفِکَاتُ...} sözü “mötəfikə”nin مؤتفکه cəmidir və mənası “alt-üst olmuş şəhərlər” dir və məqsəd Lut Peyğəmbərin qövmüdür. Lut

səh:341


1- [1] . Şair bu barədə belə yazır. “Ömrün birində təcrübə toplamaq və digərində onu həyata keçirmək.” (Şerin farscası belədir: Ta be yeki təcrobe ənduxtən, ba digəri təcrobe bəstən be kar).

qövmünə əzab nazil olan zaman zəlzələnin şiddətindən evlər elə bir şəkildə darmadağın və viran oldu ki, sanki orada şəhər olmamışdı və daha sonra yağış yağaraq onun qalıqlarını da aradan apardı. Belə bir əzabın nazil olmasına səbəb, ayənin sonunda qeyd edildiyi kimi {...بِالْخَاطِئَةِ} onların günah və pis əməlləri idi.

{فَعَصَوْا رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَابِیةً}

“Onlar öz Rəbbinin Peyğəmbərinə asi oldular, Allah da onları şiddətli bir cəza ilə yaxaladı”. “Rabbihim” {...رَبِّهِمْ...} ifadəsi Allahın Peyğəmbərlər göndərərək insanları tərbiyə etməsinə işarədir və camaatın bəzisi itaətsizlik edərək günah yolunda addım atdığı üçün onlar cəzaya layiq görülürlər.

{إِنَّا لَمَّا طَغَی الْمَاءُ حَمَلْنَاکُمْ فِی الْجَارِیةِ}

“Həqiqətən, biz (Nuhun duası ilə göydən gələn (yağan) və yerdən qaynayan) su aşıb-daşan zaman sizi(n əcdadınızı) gəmiyə mindirdik.” Bu ayə həzrət Nuh (ə) hadisəsinə işarə edir. Yağış göydən sel kimi yağdığı və sular yerdən bulaq kimi qaynadığı zaman, qısa bir müddət ərzində suların səviyyəsi dağlardan hündür oldu və Allahın əmri ilə gəmi düzəltmiş olan Nuh (ə) və onun dininə iman gətirənlər gəmiyə minərək suda qərq olmaqdan nicat tapdılar. Amma müşrik və bütpərəstlik yolunu seçənlər, hətta, Nuhun (ə) oğlu da suda boğularaq həlak oldular. Bəli, bir zamanlar dəryadan kənarda gəmi düzəltməklə məşğul olan Nuha (ə) isteza edərək onu dəli adlandıranlar şiddətli tufan və yağış zamanı ilahi əzabdan yaxa qurtara bilməyərək suda qərq oldular və öz əməllərinin cəzasına çatdılar.

{لِنَجْعَلَهَا لَکُمْ تَذْکِرَةً وَتَعِیهَا أُذُنٌ وَاعِیةٌ}

“Ona görə ki, bunu (bu hadisəni) sizin üçün bir ibrət edək və eşidib yadda saxlayan qulaq bunu eşidib yadda saxlasın.” Keçmiş qövm və Peyğəmbərlərin hadisələrini nəql etmək sırf tarixi xüsusiyyətə malik deyil, əksinə onların qeyd edilməsi ibrət və insanların qəflətdən oyanması üçündür ki, eşidən qulaqlar onu eşidib yadda saxlasın. “Vai” وَعْی sözü “bir şeyi

səh:342

qəlbdə yerləşdirmək” mənasını verir. Müasir dövrümüzdəki ərəblər də ciddi təlaşa “vai” deyirlər. Nəticədə, “uzunun vaiyə” sözü eşidib yadda saxlayan qulaq deməkdir, yəni bu cür qulaq sahibləri eşitdikləri sözü unutmayan, ona əməl edənlərdir və onlar sözü bir qulağından eşidib o biri qulağından çıxaran kəslər kimi deyillər. Əksinə, hər iki qulaqları ilə üşidir və yadda saxlayırlar. Belə kəslər eşidən qulaq, bəsirətli göz və sağlam qəlbə malikdirlər.

€

“Uzunun vaiyə” (eşidib yadda saxlayan qulaq) sahibi kimdir?

Ayənin geniş mənaya malik olaraq bütün “uzunun vaiyə”yə şamil edilməsinə baxmayaraq, onun təfsiri ilə bağlı əksər rəayətlərdə qeyd edildiyi kimi, “uzunun vayiə”nin ən yaxşı və ən kamil nümunəsi həzrət Əli ibn Əbutalibdir (ə).

Bəzi rəvayətlərdə qeyd edilmişdir ki, bu ayə nazil olan zaman Peyğəmbər (s) həzrət Əliyə (ə) xitab olaraq buyurdu:

سَأَلْتُ اللهَ اَنْ یَجْعَلَها اُذُنَکَ یا عَلِیّ

“Ey Əli! Allahdan istəmişəm ki, səni “uzunun vayiə”dən eləsin.”(1) Həzrət Əli (ə) deyir: “Bu hadisədən sonra mənim unutduğum bir şey olmadı və Peyğəmbərdən eşitdiyim hər bir mətləbi yadda saxlayırdım.” Bəzi rəvayətlərdə Peyğəmbərin (s) əvvəlcə bu duani həzrət Əli (ə) barəsində etdiyi və sonra bu ayənin nazil olduğu bildirilmişdir. İşarə etdiyimiz rəvayət əhli-sünnənin bir sıra mənbəsində qeyd edilmişdir və nümunə olaraq onların bəzisini nəzərinizə çatdırırıq:

1. Qurtubi, “Əl-Camiu li əhkamil-Quran”(2)

2. Əllamə Müttəqi Hindi, “Muntəxəbu kənzil-ummal”(3)

səh:343


1- [1] . “Əl-Kəşşaf”, c.4, səh.134 (“Ehqaqul-həqq”, c.3, səh.149-dakı nəqlə əsasən).
2- [2] . “Əl-Camiu li əhkamil-Quran”, c.18, səh.264 (“Ehqaqul-həqq”, c.3, səh.151-dəki nəqlə əsasən).
3- [3] . “Muntəxəbu kənzil-ummal”, c.5, səh.148 (“Ehqaqul-həqq”, c.3, səh.151-dəki nəqlə əsasən).

3. Əllamə Alusi, “Ruhul-məani”(1)

4. Əllamə Vahidi Nişapuri, “Əsbabun-nuzul”(2)

5. Əbu Nəim İsfahani, “Hilyətul-övliya”(3)

6. Təbəri öz təfsirində(4)

7. Zəməxşəri, “Kəşşaf”(5)

8. Sələbi təfsirində(6)

9. Əlamə Undulusi Məğribi, “Əl-Bəhrul-muhit”(7)

10. Gənci, “Kifayətit-talib”(8)

İmamət və vilayət barəsində həddən artıq təəssübkeş olmasına baxmayaraq, Fəxri Razi bu ayə ilə bağlı maraqlı bir hədis nəql etmişdir. O, Peyğəmbərin (s) həzrət Əli (ə) barəsində dua etdiyini söylədikdən sonra Əmirəl-Möminindən (ə) belə bir cümlə nəql edir:

فَما نَسیتُ بَعْدَ ذلِکَ وَما کانَ لی اَنْ اَنْساهُ

“Bu hadisədən sonra mən heç bir şeyi yaddan çıxarmadım və belə bir şey mümkün də deyildi.”(9) Yəni, həzrət Əlinin (ə) qəlbi Peyğəmbərin (s) duasından sonra ilahi vəhyin xəzinəsi və Peyğəmbərin (s) sözlərinin mərkəzi oldu.

səh:344


1- [1] . “Ruhul-məani”, c.49, səh.43 (“Ehqaqul-həqq”, c.3, səh.153-dəki nəqlə əsasən).
2- [2] . “Əsbabun-nuzul”, səh.339 (“Ehqaqul-həqq”, c.3, səh.148-dəki nəqlə əsasən).
3- [3] . “Hilyətul-övliya”, c.1, səh.67 (“Ehqaqul-həqq”, c.3, səh.148-dəki nəqlə əsasən).
4- [4] . “Təbəri təfsiri”, c.29, səh.31 (“Ehqaqul-həqq”, c.3, səh.147-dəki nəqlə əsasən).
5- [5] . “Əl-Kəşşaf”, c.4, səh.134 (“Ehqaqul-həqq”, c.3, səh.149-dakı nəqlə əsasən).
6- [6] . “Ehqaqul-həqq”, c.3, səh.149-dakı nəqlə əsasən.
7- [7] . “Əl-Bəhrul-muhit”, c.8, səh.322 (“Ehqaqul-həqq”, c.3, səh.151-dəki nəqlə əsasən).
8- [8] . “Kifayətut-talib”, səh.11 (“Ehqaqul-həqq”, c.3, səh.150-dəki nəqlə əsasən).
9- [9] . “Ət-Təfsirul-kəbir”, c.30, səh.107 (“Ehqaqul-həqq”, c.3, səh.149-dakı nəqlə əsasən).

Şeyx Ruzbəhanın sözlərindəki ziddiyyət

Əllamə Hillinin sözlərinin inkarı ilə bağlı bir sıra mətləbləri qeyd edən Şeyx Ruzbəhan bu ayəyə yetişdikdə, belə deyir:

لمّا نزلت هذه الآیة، قال رسول الله| لعلی× سألت الله تعالی ان یجعلها اذنک، قال علی: «فَما نَسیتُ بَعْدَ هذا شَیْئاً». و هذا یدلّ علی علمه و حفظه و فضیلته

““Uzunun vaiyə” ayəsi nazil olan zaman, Peyğəmbər (s) həzrət Əliyə (ə) xitab olaraq buyurdu: “Allahdan sənin qulaqlarını eşidib yadda saxlayan etməsini istəmişəm.” Həzrət Əli (ə) deyir: “Bu hadisədən sonra heç bir şeyi unutmadım.””

Şeyx Ruzbəhan yuxarıdakı hədisi nəql etdikdən sonra deyir: “Bu hədis həzrət Əlinin (ə) elm və biliyi, güclü hafizəsi, fəzilət və üstünlüyünə dəlalət edir.” Bu hədis barəsində özü həzrət Əlinin (ə) şənində belə cümlələr yazdıqdan sonra o, belə deyir: “Amma bu məsələlər Əlinin (ə) Peyğəmbərdən (s) sonra imamət və vilayət məsələsi üçün əsas deyil.”(1) Bu sözlərin cavabı aydındır. İmamətin əsaslarından biri elm və agahlıqdır. İmam Peyğəmbərin (s) canişini olduğu üçün Peyğəmbərin bütün sünnəsindən xəbərdar olmalı, camaatın çətinliklərini həll edə bilməlidir və məlum məsələdir ki, onun elminin yüksək səviyyəli olması zəruridir. Bu cəhətdən, elm və agahlığına görə camaatdan üstün olan bir şəxs xilafət məqamına daha layiqlidir. Beləliklə, biz deyirik: “Əli ibn Əbutalib (ə) sizin öz etirafınıza əsasən, elm, fəzilət və zəkaya malikdir və bu cəhətdən, digər xilafət iddiaçılarından üstündür. Onda, hansı əql və məntiq belə bir insan olduğu halda, digərlərinin sorağına getməyə icazə verir?!”

Nəticədə, Əlinin (ə) elm və təqvasına dəlalət edən bu ayə necə ola bilər ki, imamət və xilafətlə əlaqəyə malik olmasın?! Görəsən, bu cür sözlər açıq-aşkar ziddiyyətə malik deyilmi?!

səh:345


1- [1] . “Ehqaqul-həqq”, c.3, səh.154.

Fəxri Razidən zərif bir mətləb (nöqtə)

Fəxri Razi “Uzunun vaiyə” ayəsininin təfsiri barədə aşağıdakı sualları bəyan edir:

Nə üçün bu ayədə “uzunun vaiyə” sözü müəyyən və cəm şəkildə deyil, qeyri-müəyyən və tək halda qeyd edilmişdir? Daha sonra bu sualın cavabında üç mətləbə işarə edir:

1. للإیذان بأنّ الوعاة فیهم قلة:

1. Allah-taala bu sözlərlə bizə eşidən qulağa malik olan insanların az və onların tanınmayan olmasını bildirmək istəyir.

2. لتوبیخه النّاس بقلّة من یعی منهم:

2. Həmin ifadənin ikinci xüsusiyyəti budur ki, Allah insanları bu qədər camaat arasında eşidən qulağa malik olanların azlığı ilə tənbet və məzəmmət edir.

3. للدّلالة علی ان الاذن الواحدة اذا وعت و عقلت عن الله فهی السّواد الاعظم عندالله و ان ما سواه لا یلتفت الیهم:(1)

3. Eşidən qulağa sahib olan şəxsin camaat arasında bir nəfər belə olmasına baxmayaraq, onun Allah yanında dəyəri həddən artıqdır, sanki bütün cəmiyyət eşidən qulağa malikdir.

Bu mətləblər və “uzunun vaiyə” ilə əlaqədar həzrət Əli (ə) barəsində qeyd edilən rəvayətlərin təfsirinə diqqət etməklə, belə nəticə çıxır ki, İslam ümmətinin eşidən qulağı həzrət Əlidir (ə) və bu məsələlər ayənin nazil olması və Peyğəmbərin (s) duasının dəyərini bizə aydınlaşdırır.

Əli (ə) haqq ilə, haqq da Əli (ə) ilədir

Peyğəmbər (s) xəlifəsinin bənzərsiz şəxsiyyətinin müxtəlif cəhətləri sizin üçün daha yaxşı aydın olsun deyə, əhli-sünnə mənbələrində də qeyd edilən üç rəvayəti diqqətinizə çatdırırıq:

1. Təbərani Peyğəmbərin (s) vəfalı xanımı Ümmü Sələmənin Peyğəmbərdən nəql etdiklərinə əsaslanaraq yazır:

səh:346


1- [1] . “Ət-Təfsirul-kəbir”, c.3, səh.107.

عَلِیٌّ مَعَ الْقُرْآنِ وَالْقُرْآنُ مَعَ عَلِیٍّ لا یَفْتَرِقانِ حَتّی یَرِدا عَلَیَّ الْحَوْضَ(1)

“Əli Quranla və Quran da Əli (ə) ilədir və kövsər hovuzunun kənarında mənə yetişincəyə qədər bir-birlərindən heç vaxt ayrılmazlar.”

Sual: “Quran Əli (ə) ilə, Əli (ə) də Quran ilədir” sözündəki məqsəd nədir? Yəni, Əlinin (ə) yanında həmişə Quran var? Yaxud, məqsəd Əlinin (ə) Quran hafizi olmasıdırmı, yoxsa, Peyğəmbərin (s) məqsədi başqadır?

Cavab: Məqsəd həzrət Əlinin (ə) Quran elmi və təfsirinə malik olmasıdır və Quranın göstərişlərinə əməl etmək həzrət Əlidən (ə) ayrılmaz. Əli (ə) Qurana alim və ona əməl edəndir və bu ikisi ondan ayrılan deyil. Bu, Peyğəmbərin digər səhabələrinin heç birində olmayan xüsusi və böyük bir imtiyazdır.

Peyğəmbərin (s) Əlinin (ə) barəsində duası

2. Hakim Nişapuri “Mustədrəkus-səhihəyn” adlı kitabında mətəbər sənədlərlə həzrət Əlinin (ə) Peyğəmbərdən (s) nəql etdiklərinə istinadən yazır:

قالَ: بَعَثَنی رَسُولُ الله| اِلَی الْیَمَنِ فقُلْتُ یا رَسُولَ اللهِ بَعَثْتَنی وَاَن_َا شابٌّ اَقْضی بَیْنَهُم وَاَن_َا لا اَدْری مَا الْقَضاءُ، فَضَرَبَ صَدْری ثُمَّ قالَ|: اللّهُمَّ اهْدِ قَلْبَهُ وَثَبِّتْ لِسانَهُ فَوَ الَّذِی فَلَقَ الْحَبَّةَ ما شَکَکْتُ فی قَضاء بَیْنَ اثْنَیْنِ بَعْدُ(2)

“Peyğəmbər (s) qəzavət etməklə əlaqədar məni vəzifələndirərək Yəmənə təyin etdi. Mən dedim: “Cavan və qəzavətlə bağlı təcrübəm olmadığı halda, mən Yəmən camaatı arasında necə qəzavət edim?” Peyğəmbər (s) əlini sinəmə qoyaraq belə dua etdi: “İlahi! Onun qəlbini hidayət və dilini də haqqa sabit elə ki, haqqı başa düşsün və onu bəyan etsin.” Torpaqdakı toxumu yaran(3) (bitirən)

səh:347


1- [1] . “Nurul-əbsar”, səh.89.
2- [2] . Yuxarıdakı rəvayət azaacıq fərqlərlə “Müstədrəkus-səhihəyn”, c.3, səh.135-də nəql edilmişdir(“Nurul-əbsar”, səh.88-dəki nəqlə əsasən).
3- [3] . Bu cür and həddən artıq əhəmiyyətə malikdir və bu cəhətdən məsum imamların cümlələrində çox rast gəlinir. Torpaqdakı dənənin (toxumun) yarılması (bitməsi) müddəti ana bətnindəki uşağın dünyaya gəldiyi vaxtdır, yəni eynilə ana bətnindəki dölə hakim olan qanun və proses həmin toxum üzərində icra edilir.

Allaha and olsun ki, Peyğəmbərin (s) duasından sonra heç bir qəzavətimdə şəkk və tərəddüd etmədim.” Bu rəvayətə uyğun olaraq həzrət Əli (ə) Peyğəmbər (s) duasının bərəkətinə həm düzgün qəzavət edər və həm də heç vaxt qəzavətdə şəkkə düşməzdi (yanılmazdı).

Əli (ə) ən yaxşı qazidir (hakimdir)

3. Bir nəfər İslam Peyğəmbərinin (s) xidmətinə yetişdikdə belə bir sual verir:

“İnəklə ulağı bir tövləyə salmışdılar. İnək ulağa həmlə edərək onu öldürdü. Bunun hökmü nədir? Peyğəmbərin (s) hüzurunda olan səhabələr bir-birinin üzünə baxdılar və dedilər ki, heyvanların heç bir məsuliyyəti yoxdur, biri digərini öldürmüşdür. Nə onlardan qisas almaq olar, nə də diyə. Peyğəmbər (s) həzrət Əliyə (ə) xitab edərək soruşdu ki, bu məsələnin hökmü nədir? Həzrət Əli (ə) heyvan sahibllərindən hər iki heyvanın bağlı, hər ikisinin açıq və yaxud da birinin bağlı, digərinin isə açıq olduğunu soruşdu. Cavab verildi ki, ulağın sahibi onu bağlamış, inək sahibi isə onu açıq qoymuşdur. Bu zaman həzrət Əli (ə) buyurdu ki, inək sahibi ulağ sahibinə dəyən xəsarəti ödəməlidir.” Peyğəmbər (s) onun qəzavətini təsdiqlədikdən sonra buyurdu:

اَقْضاکُمْ عَلِیٌّ(1)

“Əli (ə) qəzavətlə bağlı sizin hamınızdan üstün və düzgün qəzavət edəndir.”

Həzrət Əlinin yuxarıdakı hadisədə qəzavəti şiə fiqhində qəzavət üsullarının ümumi bir qaydasını təşkil edir və o, belədir: “Ən güclü səbəb mübaşir tərəfdən olduğu zaman o,

səh:348


1- [1] . “Nurul-əbsar”, səh.88.

zamindir.” Yuxarıdakı hadisədə inək ulağı qətlə yetirmişdir və bu işi görən inəkdir, amma inəyi bağlamayan sahibi qətlin baş verməsinə səbəbdir. İnək əqlə malik olmadığından, onun sahibi qətl üçün ən güclü səbəbdir deyə, zamindir.(1)

Qeyd edilənlərə əsasən, həzrət Əli (ə) Qurandan ayrılmamazlıqla yanaşı “Uzunun vaiyə” sahibi, qəzavət işlərində ən üstün mütəxəssis, müsəlmanların ən elmlisi və Peyğəmbər (s) səhabələrinin ən fəzilətlisidir.

Bu mətləbə diqqət etməklə, əgər Allah Peyğəmbərə (s) xəlifə və canişin seçmək istəsə, onun hikməti Əlidən (ə) başqasını seçməyə icazə verərmi?! Eyni zamanda, bu məsələ ümmətin ixtiyarında qoyulsa, əql sahibləri bütün bu keyfiyyətlərlə yanaşı Əlini (ə) qoyub başqalarını seçərmi?!

Bir daha əllərimizi göyə qaldıraraq səmimi qəlbdən Allha şükr etməliyik ki, belə bir üstün insanın vilayətində olmağı bizə nəsib etmiş və bizi Əli (ə) şiələrindən təyin etmişdir. Həmçinin, bizi Əlinin (ə) məhəbbəti ilə tanış edən ata-analarımız, bu yolda zəhmət çəkən elm adamları və tarixlər boyu vilayət bayrağını əldən-ələ ötürərək bu ölkəyə qədər gəlib çıxmasında böyük zəhmətlər çəkmiş alimlərə də öz minnətdarllığımızı da bildirməliyik. Bir daha Allahdan bunları diləyək:

İlahi! Əlinin (ə) məhəbbətini bizim qəlb və ruhumuzda yerləşdir və bizim qiyamətə qədər nəslimizdən olanları o həzrətin həqiqi şiələrindən elə.

İlahi! Ölümün, qiyamət və hesab-kitabın ən çətin anlarında Əli (ə) və onun pak xanədanını bizim imdadımıza çatdır.

İlahi! Əməl və rəftarımızla o həzrətin yaxşı şiələrindən olmaq və onların mübarək qəlblərinin bizdən razı olmasına səbəb olmaqda bizə tofiq əta elə.

səh:349


1- [1] . Əgər hansısa bir şəxs digər birini evinə qonaq çağırsa və evində adamlara hücum edən iti olduğunu xəbər verməmiş və qonaq gəldiyində də onu qorumamış olsa, bu halda it gələn qonağa həmlə edərək ona xəsarət yetirsə, ev sahibi dəyən zərəri ödəməkdə zamindir.

12. “SALEHUL-MUMİNİN” (MÖMİNLƏRİN ƏMƏLİ SALEHİ) AYƏSİ

İşarə

{إِنْ تَتُوبَا إِلَی اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُکُمَا وَإِنْ تَظَاهَرَا عَلَیهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِیلُ وَصَالِحُ الْمُؤْمِنِینَ وَالْمَلَائِکَةُ بَعْدَ ذَلِکَ ظَهِیرٌ}

“Əgər siz ikiniz (sirri faş edən və onu eşidən) Allaha tövbə etsəniz (çox yaxşı olar. Ona görə) ki, qəlbləriniz (haqdan) dönmüşdür. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək olsanız, belə isə (bilin ki,) şübhəsiz, Allah özü, Cəbrayil və möminlərin əməlisalehi onun köməkçiləridir və bunlardan sonra (ona) mələklər də arxadırlar”.(1)

Bəhsə qısa bir nəzər

“Salehul-muminin” adı ilə məşhur olan bu ayə də əhli-sünnə və şiələrin etirafına əsasən, həzrət Əlinin (ə) çoxlu saydakı fəzilətlərindən birinə işarə edir. Bu yənin o həzrətin fəziləti və onun vilayətlə rabitəsinin necəliyi barədə bəhsin davamında söhbət açacağıq.

Ayənin nazilolma səbəbi

Bu ayə “Təhrim” surəsinin dördüncü ayəsidir. Surənin əvvəlki ayələrinin nazilolmasının səbəbi barədə şiə və əhli-sünnə tarix, təfsir və hədis kitablarında çoxlu rəvayətlər qeyd edilmişdir və onlardan ən mühümü aşağıdakı kimidir:

Peyğəmbər (s) xanımlarından biri olan Zeynəb bint Cəhşin yanına getdiyi zaman o, hazırladığı balı Peyğəmbərə gətirərdi. Bu məsələ o həzrətin digər qadınlarından olan Ayişənin qulağına yetişdikdə, onun üçün dözülməz oldu. Ayişə deyir: “Mən Həfsə ilə (Peyğəmbərin qadınıdır) sözü bir yerə qoyaraq qərara gəldik ki, Peyğəmbər (s) bizdən hansı birimizin yanına gəlsə, ona belə deyək: “Yenə də səmğu məğafir(2) yemisiniz?”

səh:350


1- [1] . “Təhrim” surəsi, ayə 4.
2- [2] . Bir maddə idi ki, Hicazdakı Urfut adlı ağacdan alınırdı və çox pis iyiyə malik idi.

Peyğəmbər həmişə ağız və paltarından gözəl iyi gəlməsinə çalışar və pis iyilərin gəlməsindən çəkinərdi. Əgər bizim planımız baş tutsa və Peyğəmbəri (s) inandıra bilsəydik ki, onun ağzından xoşagəlməz iyi gəlir, bu zaman o baldan yeməyəcəkdi. Bu minvalla, Peyğəmbər (s) bir gün Həfsənin yanına gəldikdə, həmin sözləri dedi. Peyğəmbər (s) buyurdu ki, mən məğafir yeməmişəm, əksinə Zeynəbin verdiyi baldan yemişəm. And içirəm ki, bir daha o baldan yeməyim (ola bilsin ki, onu hazırlayan arı münasib bitkidən deyil, məğafirdən istifadə etmiş olsun).

Məbada, bu sözləri kiməsə deyəsən (birdən, camaatın qulağına yetişər və deyərlər ki, nə üçün Peyğəmbər (s) halal yeməyi özünə haram etmişdir və ya Zeynəbin qulağına çatar və onun qəlbi qırılar).” Amma Həfsə bu sirri faş elədi və sonradan məlum oldu ki, həmin məsələ bir hiylə və plan imiş.

Bu hadisədən Peyğəmbər (s) çox narahat oldu və yuxarıdakı ayə nazil olaraq Peyğəmbərin qadınlarına belə işləri görməyi qadağan etdi, çünki bu gün kiçik sayılan bir hadisə, sabah daha da böyük(1) bir məsələyə çevrilə bilər.

Bəzi rəvayətlərdə bu hadisədən sonra Peyğəmbərin öz qadınlarından bir ay müddətində kənarlaşdığı da qeyd edilmişdir.(2) Hətta, Peyğəmbərin (s) o iki qadına talaq verəcəyi şayiəsi də yayılmış və onlar bu işdən çox qorxaraq(3) öz əməllərindən peşman olmuşlar.

səh:351


1- [1] . Bu məsələnin əsli “Səhih Buxari”, c.6, səh.194-də nəql edilmişdir və mötərizədə qeyd edilənlər digər kitabdan qeyd edilmişdir (“Nümunə təfsiri”, səh.2 və 271).
2- [2] . “Qurtubi təfsiri” və digər təfsirlərdə yuxarıdakı ayə ilə əlaqədar qeyd edilmişdir (“Nümunə təfsiri”, c.24, səh.272).
3- [3] . “Təfsiru fi zilal”, c.8, səh.163.

Şərh və təfsir

Peyğəmbərin (s) köməkçiləri

Barəsində bəhs etdiyimiz ayənin daha yaxşı anlaşılması üçün məcburən ondan əvvəlki ayələrə də icmali şəkildə nəzər salmağımız lazımdır. Şübhəsiz ki, İslam Peyğəmbəri (s) kimi əzəmətli bir şəxsiyyət təkcə özünə deyil, cəmiyyət və bütün bəşəriyyətə də bağlıdır. Bu baxımdan, onun ailəsində özünə qarşı hansısa bir plan və hiylə qurulursa, hətta, kiçik olmasına baxmayaraq, onu asanlıqla görməzdən gəlmək olmaz. Peyğəmbərin (s) heysiyyəti – nəuzu billəh – kiminsə oyuncağına çevrilməməlidir və əgər belə bir məsələ qarşıya çıxarsaŞ onunla ciddi şəkildə rəftar olunmalıdır ki, belə iş daha mühüm məsələlərə sirayət eləməsin. “Təhrim” surəsinin ilkin ayələrində Allah tərəfindən bu cəhətdən ciddi şəkildə rəfdar edilməsi və o həzrətin heysiyyənin qorunması əmr edilmiş və buyurulmuşdur:

{یا أَیهَا النَّبِی لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَکَ تَبْتَغِی مَرْضَاتَ أَزْوَاجِکَ...}

“Ey Peyğəmbər, niyə Allahın sənə halal etdiyini (bal yeməyi və zövcə ilə yaxınlıq etməyi and içməklə) özünə haram edirsən?! Bununla (yerinə yetirlməsi daha münasib olan bu işi tərk etməklə) zövcələrinin razılığını arayırsan?!”

Aydın məsələdir ki, bu cür məhrumetmə şəri məhrumetmə deyil. Sonrakı ayələrdən başa düşülür ki, bəzi mübah məsələlərin tərk edilməsi ilə bağlı and içməyin günahı yoxdur. Beləliklə, “limə tuhərrimu” {...لِمَ تُحَرِّمُ...} – yəni, “niyə özünün məhrum edirsən” ifadəsi məzəmmət deyil, şəfqət baxımındandır. Bu məsələ gəlir əldə etmək üçün həddən artıq çalışan, amma özü üçün bir xeyir götürmətyən şəxsə deyilən “nə üçün özünə bu qədər zəhmət verir və əldə etdiyin gəlirdən özün üçün istifadə etmirsən?” ifadəsinə bənzəyir.

{...وَاللَّهُ غَفُورٌ رَحِیمٌ}

Sonunda isə buyurur: “Allah bağışlayan və rəhm

səh:352

edəndir.” Bu rəhmət və bağışlamaq həmin hadisələrə səbəb olan və səmimi qəlbdən tövbə edən qadınlara şamildir. Ya da ayədə Peyğəmbərin (s) and içməməsinin daha yaxşı olmasına və bu yolla o həzrətin digər qadınlarının da cürət eləməməsinə işarə edilmişdir.

Sonrakı ayəyə belə əlavə olunur: {قَدْ فَرَضَ اللَّهُ لَکُمْ تَحِلَّةَ أَیمَانِکُمْ...} – “Şübhəsiz, Allah (belə yerlərdə) andlarınızı geri götürməyi sizin üçün qoymuş və caiz etmişdir (ki, əksini etsəniz kəffarə verəsiniz).” Amma elə məsələlər var ki, onlar barəsində and içsəniz, onu poza bilməzsiniz və əgər pozsanız, kəffarəsi vardır. Yuxarıdakı ayədə nəzərdə tutulan kimi and içmək və onu pozmaq olar, lakin andın ehtiramını qorumaq məqsədilə kəffarə verilsə daha yaxşı olar.

{...وَاللَّهُ مَوْلَاکُمْ وَهُوَ الْعَلِیمُ الْحَکِیمُ}

“Allah (dini və dünyəvi cəhətdən həmişə) sizin mövlanızdır (haminizdir) və o, (hər şeyi) bilən və hikmət sahibidir.” Allah bu cür andlar zamanı nicat yolunu sizə müəyyən edərək bildirmişdir. Rəvayətdən belə başa düşülür ki, bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) bir qul azad etdi və and içməklə özünə haram etdiyi şeyi halal elədi.

Aşağıdakı ayədə bu hadisə ilə bağlı daha artıq şərh verilmişdir və ayə belədir:

{وَإِذْ أَسَرَّ النَّبِی إِلَی بَعْضِ أَزْوَاجِهِ حَدِیثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللَّهُ عَلَیهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَنْ بَعْضٍ...}

“(Yada salın) bir zaman Peyğəmbər zövcələrindən birinə (bir neçə mətləbə aid olan) bir sözü gizlində demişdi. O (qadın) onu (o sözü eyğəmbərin digər zövcəsinə) xəbər verdikdə, Allah Peyğəmbəri onun xəbər verməsindən agah etdi. Peyğəmbər (onun faş etdiklərinin) bəzisini (zövcəsinə) izhar etdi və bəzisindən vaz keçdi.” Bu sirrin nə olması və onun Peyğəmbərin hansı zövcəsi tərəfindən faş edildiyini ayənin nazilolma səbəbi ilə bağlı bəhsdə diqqətinizə çatdırmışdıq. Ayələrin məcmusundan məlum olur ki,

səh:353

Peyğəmbərin (s) bəzi zövcələri onu narahat etməklə yanaşı, zövcələrin vəfalılığı ilə bağlı şərtlərdən sayılan sirri saxlamağı da bacarmırdılar və vəfalı deyildilər. Amma əksinə, Peyğəmbər (s) onlardakı bu xüsusiyyətlərə baxmayaraq, onlarla yaxşı rəftar edirdi və hətta, razı deyildi ki, onların söylədiyi sözlərin hamısını zövcələrin üzünə desin. Bu səbəbdən, həmin sözlərin bir qismini onlara bildirmişdi. Həzrət Əlinin (ə) söylədiyi hədislərin birində buyururlur:

ما اِسْتَقْصی کَریمٌ قَطُّ لاَِنَّ اللهَ یَقُولُ عَرَّفَ بَعْضَهُ وَاَعْرَضَ عَنْ بَعْض(1)

“Kərim və böyük şəxsiyyətlər haqlarının tələbi ilə bağlı öz şəxsiyyətlərini sonuna qədər önə çəkməzlər. Allah bu barədə Peyğəmbərlə bağlı buyurur: “O, məsələnin bir qismini onlara danıdı və digər qismindən vaz keçdi.”” Daha sonra yuxarıda qeyd etdiyimiz hadisəsdə əlləri olan iki nəfər barədə Allah bu sözləri buyurur:

{إِنْ تَتُوبَا إِلَی اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُکُمَا...}

“Əgər siz ikiniz (sirri faş edən və onu eşidən) Allaha tövbə etsəniz (çox yaxşı olar. Ona görə) ki, qəlbləriniz (haqdan) dönmüşdür.” İki nəfərdəki məqsədin əhli-sünnə və şiə təfsirçilərinin bildirdiyinə əsasən,

Ömərin qızı Həfsə və Əbu Bəkrin qızı Ayişə olduğu məlum olur.(2)

Əgər o iki nəfər bu işləri bir daha təkrar etsəydi, çox təhlükəli hadisələrə gətirib çıxara bilərdi və Allah onlara xitab olaraq buyurur:

səh:354


1- [1] . “Əl-Mizan”, c.19, səh.338.
2- [2] . İbn Abbas deyir ki, Ömərdən Peyğəmbərin əleyhinə bir-biri ilə əlbir olan qadınların kim olduğunu soruşduğumda, cavab verdi ki, Həfsə və Ayişə idi. Daha sonra sözlərinə əlavə etdi: “Allaha and olsun ki, biz cahiliyyət zamanı qadınların hansısa bir hüquqa sahib olmasına etiqad bəsləmirdik. Allah onlar barəsində ayə nazil etdi və onlar üçün hüquqular nəzərdə tutdu (və qadınlar cürətə gəldilər).” (“Səhih Buxari, c.6, səh.195 (“Ehqaqul-həqq”, c.3, səh.311-dəki nəqlə əsasən).

{...وَإِنْ تَظَاهَرَا عَلَیهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِیلُ وَصَالِحُ الْمُؤْمِنِینَ وَالْمَلَائِکَةُ بَعْدَ ذَلِکَ ظَهِیرٌ}

“Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək olsanız, belə isə (bilin ki,) şübhəsiz, Allah özü, Cəbrayıl və möminlərin əməlisalehi onun köməkçiləridir və bunlardan sonra (ona) mələklər də arxadırlar.” Ayədən məlum olur ki, bu hadisə Peyğəmbərin (s) mübarək qəlbini çox narahat edərək onun ruhuna mənfi təsir qoymuşdur. Allah da Peyğəmbəri müdafiə edərək özünün (baxmayaraq ki, onun qüdrəti təklikdə kifayətdir), Cəbrayıl, məminlərin salehinin də o həzrətə yardım edəcəyini bildirir.

€“Salehul-muminin” kimdir?

Bəhsdə diqqəti çəkən məsələlərdən biri də möminlərin əməlisalehinin (salehul-muminin) kim olmasıdır. Görəsən, burada məqsəd xüsusi bir şəxsdir, yoxsa, ayə bütün əməlisaleh olan möminlərə də şamildir? Şübhəsiz ki, zahirindən “Salehul-muminin” sözü tək halda işlədilmiş və bütün əməlisaleh, təqvalı və kamil imanlı möminlərə də şamildir. Çünki “saleh” sözü ümumilik bildirir və ümüumi mənada istifadə edilə bilər. Aydın məsələdir ki, “Salehul-muminin”in ən kamil bir nümunəsi var və o, əksər rəvayətdən əldən edilənlərə əsasən, Əmirəl-Möminin Əli ibn Əbutalibdir (ə). Bu mətləbi əhli-sünnə alimlərinin çoxu öz kitablarında nəql etmişlər. O cümlədən:

1. Əllamə Sələbi(1)

2. Əllamə Gənci, “Kifayətut-talib”(2)

3. Əbu Həyyan Undulusi(3)

səh:355


1- [1] . “Əl-Umdətu libni Bətriq”, səh.152 (“Ehqaqul-həqq”, c.3, səh.311-dəki nəqlə əsasən).
2- [2] . “Kifayətut-talib”, səh.53 (“Ehqaqul-həqq”, c.3, səh.311-dəki nəqlə əsasən).
3- [3] . “Əl-Bəhrul-muhit”, c.8, səh.291 (“Ehqaqul-həqq”, c.3, səh.312-dəki nəqlə əsasən).

4. Səbt ibn Covzi(1)

5. Süyuti, “Əd-Durrul-mənsur”(2)

6. Alusi, “Ruhul-məani”(3)

7. Hakim Həskani, “Şəvahidut-tənzil”(4)

8. Əllamə Bursuyi, “Ruhul-bəyan”(5)

9. İbn Həcər, “Əs-Səvaiq”(6)

10. Əlauddin Müttəqi, “Kənzul-ümmal”(7)

Təkcə Hakim Həskani Hənəfi bu ayə barəsində müxtəlif vasitələrlə on səkkiz hədis nəql etmişdir ki, onların hamısı “Salehul-muminin”dəki məqsədin Əli ibn Əbutalib olmasını bildirir. Onlardan üçünü diqqətinizə çatdırırıq:

1. Əsma bint Ümeys Peyğəmbərin belə dediyini nəql edir:

صالِحُ الْمُؤْمِنینَ عَلِیُّ بْنُ اَبیطالِب(8)

“Salehul-muminin Əli ibn Əbutalibdir.”

2. İbn Abbas Peyğəmbərdən (s) belə nəql edir:

هُوَ صالِحُ الْمُؤْمِنینَ(9)

“Möminlərin əməlisalehi odur.”

3. Əmmar Yasir həzrət Əlidən (ə) Peyğəmbərin (ə) onu yanına çağıraraq belə buyurduğunu nəql edir:

اَلا اُبَشِّرُکَ؟ قُلْتُ: بَلی یا رَسُولَ اللهِ وَمازِلْتَ مُبَشِّراً بِالْخَیْرِ! قالَ: قَدْ اَنْزَلَ اللهُ فیکَ قُرْآناً. قُلْتُ: وَما هُوَ یا رَسُولَ اللهِ؟ قالَ: قُرِنْتَ بِجَبْرَئیلِ ثُمَّ قَرَءَ: وَجِبریلُ وَصالِحُ الْمُؤْمِنینَ...(10)

səh:356


1- [1] . “Ət-Təzkirəh” səh.267 (“Ehqaqul-həqq”, c.3, səh.312-dəki nəqlə əsasən).
2- [2] . “Əd-Durrul-mənsur”, c.6, səh.244 (“Ehqaqul-həqq”, c.3, səh.313-dəki nəqlə əsasən).
3- [3] . “Ruhul-məani”, c.28, səh.135 (“Ehqaqul-həqq”, c.3, səh.314-dəki nəqlə əsasən).
4- [4] . “Şəvahidut-tənzil”, c.2, səh.254.
5- [5] . “Ruhul-bəyan”, c.10, səh.53.
6- [6] . “Quranın mesajları”, c.9, səh.299-dakı nəqlə əsasən.
7- [7] . Yenə orda.
8- [8] . “Şəvahidut-tənzil”, c.2, səh.254, hədis.982.
9- [9] . “Şəvahidut-tənzil”, c.2, səh.257, hədis.987.
10- [10] . “Şəvahidut-tənzil”, c.2, səh.259, hədis.989.

“Sənə müjdə verimmi? Dedim: “Bəli, ey Allahın Rəsulu. Siz həmişə xeyirlə müjdə vermisiniz.” Buyurdu ki, Allah sənin barəndə ayə nazil etmişdir. Mən hansı ayə olduğunu soruşdum. Peyğəmbər (s) buyurdu ki, sən Cəbrayılla bir sıradasan (bəli, Alah səni ona yaxın etmişdir). Daha sonra isə o həzrət bu ayəni oxudu: {...وَجِبْرِیلُ وَصَالِحُ الْمُؤْمِنِینَ...}”

Xülasə, bu barədə hədislər həddən artıqdır. Məşhur təfsirçi Bəhrani “Burhan” təfsirində bu zəminədəki rəvayətləri nəql etdikdən sonra Məhəmməd ibn Abbasdan onun şiə və əhli-sünnə vasitəsi ilə əlli iki rəvayət topladığını bildirir və daha sonra həmin rəvayətlərin bir qismini nəql edir.(1) Nəticədə, Allah və Cəbrayıldan sonra Peyğəmbərə (s) ömrü boyu yardım edən kəsin Əli ibn Əbutalib (ə) olduğu məlum olur. Buna əsasən, ondan başqa kim Peyğəmbərin (s) xəlifə və canişini olmağa daha layiqlidir? Görəsən, bu rəvayətlər həzrət Əlinin (ə) Peyğəmbərdən (s) sonra ümmətin ən üstün və fəzilətlisi olduğuna dəlil deyilmi? Belə olduğu halda, Allah Peyğəmbərə (s) canişin təyin edərsə, o həzrətdən başqasını seçməyə Allahın hikməti yol verərmi? Əgər Peyğəmbərə (s) canişin seçmək ağıllı insanların ixtiyarında qoyularsa, onlar Allah və Cəbrayıldan sonra Peyğəmbərə yardımçı olmuş həzrət Əlidən (ə) başqasının sorağına gedərmi? Bəli, həzrət Əli (ə) bütün ömrü boyu Peyğəmbərlə çiyin-çiyinə verərək o həzrətin yardımçısı olmuş və canişinlik məqamına da hamıdan daha ləyaqətlidir.

Ayənin verdiyi mesajlar

“Salehul-muminin” ayəsi hamıya doğruluq, saleh əməlli və imanlı olmaq mesajı verir. Eyni zamanda, ayə Əmirəl-Mömininin (ə) ardıcıllarına töxsiyə edir ki, onlar sadəcə İslamı qəbul etməklə kifayətlənməsinlər və səy

səh:357


1- [1] . “Burhan təfsiri”, c.4, səh.353.

etsinlər ki, iman mərhələsinə yetişərək onu btün əcza və bədən üzvlərində nişan verə və onlara aşılaya bilsinlər və beləliklə, möminlərin əməlisalehinə çevrilsinlər.

13. “İNZAR VƏ HİDAYƏT” (QORXUTMA VƏ HİDAYƏT) AYƏSİ

İşarə

{وَیقُولُ الَّذِینَ کَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَیهِ آیةٌ مِنْ رَبِّهِ إِنَّمَا أَنْتَ مُنْذِرٌ وَلِکُلِّ قَوْمٍ هَادٍ}

“Küfr edənlər “nə üçün ona Rəbbi tərəfindən (Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?!” - deyirlər. Əslində, sən yalnız bir qorxudansan (və möcüzə sənin ixtiyarın və onların seçimi ilə deyil, Allahın əlindədir) və (bəşər cəmiyyətindən olan) hər bir dəstə üçün bir doğru yol göstərən (ya Peyğəmbər, ya imam ya da rəhbər) vardır.”(1)

Bəhsə qısa bir nəzər

Bu ayə də Əmirəl-Mömininin (ə) vilayəti ilə əlaqədar olan ayələrdən biridir və alim və təfsirçilər onun barəsində müxtəlif şəkildə bəhs etmişlər. Rəvayətlərdən bu ayənin təkcə Əmirəl-Mömininin (ə) deyil, əksinə bütün imamların vilayət və imamətini təsdiq etdiyi məlum olur. Bu məsələnin şərhini bəyan edəcəyik.

Şərh və təfsir

Yenə də bəhanə axtarışında

{وَیقُولُ الَّذِینَ کَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَیهِ آیةٌ مِنْ رَبِّهِ...}

Ayənin zahirindən kafirlərin məntiqli bir şəkildə tələbə malik olduqları başa düşülür. Çünki Alah tərəfindən göndərildiyini bildirən Peyğəmbərin özünun haqq olduğunu sübut etməi üçün möcüzə gətirməsi adət halını almışdı. Bu ayədə də kafirlər İslam Peyğəmbərindən (s)

səh:358


1- [1] . “Rəd” surəsi, ayə 7.

möcüzə göstərməsini istəyirlər. Allah onların zahirdə məntiqi və aəqli tələblərinə cavab olaraq buyurur:

{...إِنَّمَا أَنْتَ مُنْذِرٌ وَلِکُلِّ قَوْمٍ هَادٍ}

“Ey Peyğəmbər! Sən sadəcə qorxudansan və hər bir ümmətin öz hidayətçisi vardır.”

Ayənin əvvəli ilə axırındakı tənasüb

Sual: Görəsən, ayənin əvvəli ilə sonu arasında tənasüb varmı? Peyğəmbərdən möcüzə gətirməsini istəyən kafirlərin cavabında deyilən “sən sadəcə qorxudansan və hər bir qövmün öz hidayətçisi vardır” cümləsi münasib cavabdırmı?

Cavab: Bu sualın cavablandırılması və ayənin əvvəli ilə sonu arasındakı irtibatı başa düşmək üçün Quranın kafirllərin Peyğəmbərdən möcüzə tələb etməsi ilə bağlı digər ayələrinə müraciət etməyimiz lazımdır. Allah “İsra” surəsinin 90-93-cü ayələrində müşriklərin dilindən buyurur:

{وَقَالُوا لَنْ نُؤْمِنَ لَکَ حَتَّی...}

“Müşriklər Peyğəmbərə (s) dedilər ki, biz sənə heç vaxt iman gətirməyəcəyik”. Əlbəttə, onlar möcüzə göstərdiyin halı istisna etmiş və Peyğəmbərdən yeddi möcüzə istəmişdilər. Həmçinin, qeyd etmişlər ki, göstərdiyn möcüzələr bizim istək və meylimizə görə, yəni biz istəyəndə olmalıdır, yoxsa, heç bir əhəmiyyətə malik deyil.(1)

Ayənin zahirindən belə başa düşülür ki, onların istədikləri yeddi möcüzə bir nəfərə məxsus deyildi və hər biri ayrı ayrılıqda möcüzə göstərilməsini tələb edirdi.

1. {...حَتَّی تَفْجُرَ لَنَا مِنَ الْأَرْضِ ینْبُوعًا}:

1. Onların istədikləri birinci möcüzə bu idi ki, Peyğəmbər (s) Hicazın yandırıcı, susuz və quru ərazisində insanların ondan içə və heyvanlarını suvara biləcəyi bir bulaq əmələ gətirsin və həmin bulaq fəvvarə kimi yerdən fışqırsın.

səh:359


1- [1] . Bu əyənin nazilolma səbəbi ilə bağlı şərhi “Nümunə təfsiri”, c.12, səh.279-dan mütaliə edin.

2. {أَوْ تَکُونَ لَکَ جَنَّةٌ مِنْ نَخِیلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الْأَنْهَارَ خِلَالَهَا تَفْجِیرًا}:

2. “Yaxud, sənin xurma və üzüm ağaclarından elə bir bağın olsun ki, onların arasından çoxlu çaylar axıdasan”. Onların istədikləri bu iki möcüzə ədəbli şəkildə və qəbul olunası idi.

3. {أَوْ تُسْقِطَ السَّمَاءَ کَمَا زَعَمْتَ عَلَینَا کِسَفًا...}:

3. “Yaxud da göyü, güman etdiyin (və bizi onunla qorxutduğun) kimi parça-parça bizim başımıza tökəsən.”

4. {...أَوْ تَأْتِی بِاللَّهِ وَالْمَلَائِکَةِ قَبِیلًا}:

4. “Və ya Allah və mələkləri dəstə-dəstə bizim qarşımıza gətirəsən”. İnsan tərslik və inadkarlıq etdiyi zaman dediyi sözlərə də diqqət etmir. Onlar demədilər bizi Allah və mələklərin yanına apar, dedilər ki, Allah və mələkləri bizim yanımıza gətir.

5. {أَوْ یکُونَ لَکَ بَیتٌ مِنْ زُخْرُفٍ...}:

5. “Yaxud da, sənin qızıldan (və rəngarəng zinət əşyalarından) bir evin olsun”.

6. {...أَوْ تَرْقَی فِی السَّمَاءِ...}:

6. “Ya da göyə tərəf qalxasan”.

7. {...وَلَنْ نُؤْمِنَ لِرُقِیکَ حَتَّی تُنَزِّلَ عَلَینَا کِتَابًا نَقْرَؤُهُ...}:

7. “Bizə oxuya biləcəyimiz bir yazı gətirməyincə, göyə qalxmağına (da) əsla iman gətirmərik”.

Diqqət etdiyiniz kimi, bu cür möcüzələrin bəzisi əqli baxımdan mümkün və bəziləri də onların həlakətinə səbəb olaca şəkildə idi. Kafirlərin üçüncü qisimdən olan istəkləri qeyri-mümkün idi. Dördüncü qisimdən olanlar isə möcüzə istəmək deyil, inadkarlıq idi. Əgər Peyğəmbərlər camaatın istəyinə əsasən möcüzələr göstərsə, onda, hər gün onlardan biri möcüzə istəyərək Allah dinini oyun-oyuncağa çevirər. Bu baxımdan, Allah Peyğəmbərlərə elə aydın və aşkar möcüzələr əta edir ki, onların Peyğəmbərliyi sübuta yetsin və inadkar insanların istəklərinə əhəmiyyət verilmir.

Bütün bu müfəssəl izahdan sonra bir daha ayənin

səh:360

üzərinə qayıdaq. Kafirlər dedilər ki, nəı üçün Allahdan bir möcüzə İslam Peyğəmbərinə (s) nazil olmamışdır? Bu sualın cavabında deyirik ki, Peyğəmbərə möcüzə verilmişdi və onun oxşarını gətirmək baxımından, bütün insanlar və cinlər aciz idi. Həmin surənin (“İsra”) 88-ci ayəsində belə buyururlur:

{قُلْ لَئِنِ اجْتَمَعَتِ الْإِنْسُ وَالْجِنُّ عَلَی أَنْ یأْتُوا بِمِثْلِ هَذَا الْقُرْآنِ لَا یأْتُونَ بِمِثْلِهِ وَلَوْ کَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِیرًا}

“De: “Şübhəsiz, əgər insan və cin tayfası bu Quranın (kəlmə və məna baxımından) bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta, bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər (çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə etmiş bir qüvvə yaratmışdır).”” İslam Peyğəmbəri (s) bundan əlavə möcüzələr də göstərmişdir ki, bəhanə axtaranların səsi kəsilsin. Allah Peyğəmbərə(s) bildirir ki, ey Peyğəmbər, sən möcüzənin göstərilməsi ilə bağlı qərar qəbul etməyə sahib deyilsən və hər bir ümmət üçün hidayətçilər vardır. Bu məsələdə qərar qəbul edən bizik. Nəticədə, Ayənin əvvəli ilə sonu arasındakı tənasüb və uyğunluq aydın oldu.

“Munzir” (qorxudan) və “hadi” (hidayətçi) kimdir?

İşarə

Ayə üçün açar rolunu oynayan bu sözləri iki yolla təfsir etmək olar:

Birinci yol:Ayəni rəvayətləri nəzərə almadan təfsir etmək

Ayənin mənası Peyğəmbərin (s) həm “munzir, həm də “hadi” olmasıdırmı? Yoxsa, o həzrət sadəcə “munzir”dir və “hadi” digər bir şəxsdir?

Bu iki sözün təfsiri barədə üç nəzəriyyə mövcuddur:

1. Bəziləri Peyğəmbərin həm “qorxudan”, həm də

səh:361

“hidayətçi” olmasına etiqadlıdırlar və bildirirlərl ki, hidayətçi şəxs digər biri deyil. Amma həqiqət burasındadır ki, bu sözlər doğru sözlə deyil və ayənin zahiri ilə uyğun gəlmir. Həmçinin, ayənin fəsahət və bəlağəti ilə də uzlaşmır. Əgər hər iki söz Peyğəmbərə (s) şamil olsaydı, ayə belə olmalı idi:

{...أَنْتَ مُنْذِرٌ وَلِکُلِّ قَوْمٍ هَادٍ}

Yəni, “hadi” sözü ayrıca və müstəqil bir cümlədə işlənməzdi. Nəticədə, ayənin zahirindən “hadi” {...هَادٍ} sözünün İslam Peyğəmbərindən (s) başqa, digər şəxsə də şamil olması məlum olur. Başqa ayələrə istinad edərək həmin şəxsin kim olmasını öyrənmək lazımdır.

2. Bəziləri “munzir” sözünün İslam Peyğəmbərinə (s) və “hadi” sözünün isə Allaha şamil olduğu əqidəsindədirlər. Yəni, Peyğəmbər (s) insanları qorxudan, Allah isə millət və qövmləri hidayət edəndir.

Deməliyik ki, bu nəzəriyyə də ayənin zahiri ilə uyğun gəlmir, çünki “hadi” sözü burada qeyri-müəyyən bir halda işlənmişdir və Allah isə müəyyən və hər kəsdən daha yaxşı tanınandır, həmçinin, bildirilmişdir ki, müxtəlif qövmlərin hidayətçiləri vardır, nəinki, bir hidayətçisi. Bu cəhətdən, həmin nəzəriyyə düzgün deyil.

3. Üçüncü nəzəriyyə hidayətçi şəxsin Peyğəmbər (s) və Allahdan başqa, digər biri olmasıdır. Görəsən, ayənin nəzərdə tutduğu məqsəd hər bir cəmiyyət, qövm və millətin alim və ziyalıları olan kəslərdirmi? Xeyr! Qeyd etdik ki, “hadi” sözü qeyri-müəyyən halda işlənmişdir və bu vəhdətə (vahidliyə) işarədir. Belə olduğu halda, məlum olur ki, hər bir qövm və millətin bir hidayətçisi var. Doğrusu, İslam ümməti üçün həmin hidayətçi və yol göstərən kimdir?

Keçmiş bəhslərə diqət etməklə ayəni belə tərcümə etmək olar:

“Ey Peyğəmbər! Sən müqəddəs qorxudan və İslam

səh:362

dinini bəyan edən və onun əsasını qoyansan və hər bir din üçün yolgöstərən və hidayətçilər vardır ki, dinin mühafizləri və onun qoruyucularıdırlar.” Bu məsələlər Peyğəmbər (s) Allah tərəfindən təyin olunduğu kimi, hidayətçilərin də Allah tərəfindən təyin olunmasını tələb edir. “Hadi”nin Allah, Peyğəmbər (s) və hər bir ümmətin alimlərindən başqa, digər bir şəxs olduğu və Allah tərəfindən təyin edildiyi aydın olur. Əgər biz desək ki, Peyğəmbərdən (s) sonra imamət və vilayətinə açıq-aşkar işarə edilərək təyin olunan şəxs həzrət Əlidir(ə) və o, allahın əmri ilə ümmətə yol göstərəndir, yanılmış olmarıq. Həmçinin, əhli-sünnə alimləri də digər bir şəxsin də bu məsələdə hidayətçi olmasını iddia etməmişlər. Bu cür təfsir ayə ilə uyğu və mütənasibdir.

İkinci yol: Ayənin rəvayətlər sayəsində təfsiri

Bu ayənin şərh və təfsiri ilə əlaqədar çoxlu sayda rəvayətlər mövcuddur və biz onlardan beşinə işarə edəcəyik. Həmin rəvayətlərin üçü əhli-sünnə, ikisi şiə və biri isə həm şiə, həm də əhli-sünnə mənbələrində qeyd edilmişdir.

1. Bu rəvayətlərdən birinin ravisi olan İbn Abbas belə nəql edir:

یَدَهُ عَلی صَدْرِهِ،| لَمّا نَزَلَتْ {...أَنْتَ مُنْذِرٌ وَلِکُلِّ قَوْمٍ هَادٍ} وَضَعَ رَسُولُ اللهِ(1)

فَق_الَ: أَنَا الْمُنْذِرُ وَلِکُلِّ قَوْم ه_اد، وَأَوْمَأَ بِیَدِهِ عَلی مِنْکَبِ عَلِیٍّ، فَق_الَ: أَنْتَ الْه_ادی ی_ا عَلِیّ، بِکَ یَهْتَدِی الْمُهْتَدُونَ مِنْ بَعْدِی

“{...اِنَّما اَنْتَ مُنْذِرٌ...} ayəsi nazil olan zaman Peyğəmbər əlini mübarək sinəsinə qoyaraq dedi ki, munzir və İslam dininin əsasını qoyan və onu bəyan edən mənəm və daha sonra əlini həzrət Əlinin (ə) çiyninə qoyaraq buyurdu ki, hər bur qövmün öz hidayətçisi var və ayədiki “hadi” sözündəki məqsəd sənsən. Hidayət axtarışında olan kəslər sənin

səh:363


1- [1] . “Əd-Durrul-mənsur”, c.4, səh.45.

vasitənlə (sənin danışıq, rəftar, hədis və üslubun barədə düşünərək hidayət olarlar.”

Əhli-sünnə mənbəyindən nəql edilən yuxarıdakı rəvayət “hadi” sözündəki məqsədin həzrət Əli (ə) olduğunu bildirir.

2. Əbu Burzə Əsləminin “Şəvahidut-tənzil”(1) və “Əd-Durrul-mənsur” kitablarında belə nəql edilmişdir:

سَمِعْتُ رَسُولَ اللهِ| یَقُولُ: {...إِنَّمَا أَنْتَ مُنْذِرٌ...} وَضَعَ یَدَهُ عَلی صَدْرِ نَفْسِه، ثُمَّ وَضَعَها عَلی صَدْرِ عَلِیٍّ وَیَقُولُ لِکُلِّ قَوْم ه_اد(2)

“(Əbu Burzə deyir ki,) Peyğəmbərdən (s) {...اِنَّما اَنْتَ مُنْذِرٌ...} ayəsi barədə eşitdim və o həzrət Əlini mübarək sinəsinə qoyaraq özünün munzir olduğunu bildirdi. Daha sonra əlini Əli ibn Əbutalibin sinəsinə qoyaraq dedi: {...لِکُلِّ قَوْمٍ هَادٍ} Yəni, hadi Əli ibn Əbutalibdir(ə)”.

Əhli-sünnənin iki mötəbər kitabında qeyd edilən və İbn Abbas deyil, başqası tərəfindən nəql edilmiş bu iki rəvayət də “hadi” sözündəki məqsədin həzrət Əli (ə) olduğunu bildirir.

3. Əhli-sünnə arasında məşhur və mötəbər olan “Mustədrəkus-səhihəyn” kitabında bu ayənin təfsiri ilə bağlı həzrət Əlinin (ə) özündən belə nəql edilir:

عَنْ عَلِیٍّ: {...إِنَّمَا أَنْتَ مُنْذِرٌ وَلِکُلِّ قَوْمٍ هَادٍ} ق_الَ عَلِیٌّ: رَسُولُ اللهِ| الْمُنْذِر وَأَنَا الْه_ادی(3)

“Həzrət Əli (ə) {...إِنَّمَا أَنْتَ مُنْذِرٌ...} ayəsinin təfsiri barədə buyurur ki, Peyğəmbər (s) munzir və mən isə hadiyəm”. Əhli-sünnənin digər kitabından nəql etdiyimiz bu rəvayətə uyğun olaraq həzrət Əli (ə) hadidir.

Sual: Bilirik ki, əgər hansısa bir şəxs rəvayət nəql edə və özünün mədhi ilə bağlı nəyi isə söyləyərsə, onu qəbul etmək olmaz. Belə isə, necə olur ki, həzrət Əlidən nəql edilən bu rəvayət dəlil gətirilir?

Cavab: Bu sözlər məsum olmayanlar barəsində keçərlidir. Amma günah və xətadan amanda qalan məsumlar (ə) üçün belə sözlər əhəmiyyət kəsb etmir.

səh:364


1- [1] . “Şəvahidut-tənzil”, c.1, səh.298.
2- [2] . “Əd-Durrul-mənsur”, c.4, səh.45.
3- [3] . “Mustədrəkus-səhihəyn”, c.3, səh.129.

Şiənin nəzərində Əli (ə) məsumdur və əhli-sünnənin nəzərində də söz və hədisləri əhəmiyyətli və şəri höccət olan səhabələrdəndir. Nəticədə, qeyd edilən iki məsələyə əsasən, tutulan irad hər iki məzhəbdə yersizdir.

4. Həm əhli-sünnə, həm də şiə mənbələrində qeyd edilən bu təfsir hədən artıq cəlbedici və üstün bir məmzmuna malikdir. Əhli-sünnə alimləri onu İbn Abbasdan,(1) şiələr isə İbn Məsuddan nəql etmişlər. Yəni, onların hər ikisi bu rəvayəti Peyğəmbərdən eşidərək qələmə almışlar. Peyğəmbər (s) belə buyurmuşdur:

لَمّ_ا اُسْرِیَ بی اِلَی السَّم_اءِ لَمْ یَکُنْ بَیْنِی وَبَیْنَ رَبّی مَلَکٌ مُقَرَّبٌ وَلا نَبِیُّ مُرْسَلٌ وَلا ح_اجَةٌ سَأَلْتُ إِلاّ أَعْط_انِی خَیْراً مِنْه_ا، فَوَقَعَ فِی مَس_امِعی إِنَّم_ا أَنْتَ مُنْذِرٌ وَلِکُلِّ قَوْم ه_اد فَقَلْتُ: إِلهی أَنَا الْمُنْذِرُ، فَمَنِ الْه_ادی؟ فَق_الَ: ی_ا مُحَمَّد ذاکَ عَلِیُّ بْنُ أَبی ط_الِب غ_ایَةُ الْمُهْتَدِینِ إوَمَنْ یَهْدِی مِنْ اُمَّتِکَ بِرَحْمَتِی إِلَی الْجَنَّةِ م_امُ الْمُتَّقِینَ، ق_ائِدُ غُرِّ الُْمحَجَّلِینَ

“Meraca aparıldığım zaman bu səfərin elə bir mərhələsinə yetişdim ki, orada bütün vasitələr aradan qalxmışdı – nə mələk, nə Peyğəmbər, nə Cəbrayıl, Mikayıl və Ruhul-əmin vardı. Bir sözlə, mən və Allahdan başqa, bir kimsə yox idi. Mən mətləbləri bibaşa Allahdan qəbul edirdim. Orada Allahdan istədiyim hər bir seyi Allah mənə daha yaxsı səkildə əta edirdi. Bu cür istisna və xüsusi olan qurb və Allaha yaxınlıq məqamında bir səs eşitdim ki, buyurdu:

{...إِنَّمَا أَنْتَ مُنْذِرٌ وَلِکُلِّ قَوْمٍ هَادٍ}

Mən soruşdum ki, İlahi! Munzir mənəm, bəs, hadi kimdir? Allah hadinin Əli ibn Əbutalib (ə) olduğunu bildirdi.(2) Daha sonra Allah Əlinin (ə) üç əhəmiyətli xüsusiyyətini sadalamağa başladı və buyurdu: “Allaha yaxınlıq məqamının son mərhələsini keçmək istəyən kəs, gərək, Əliyə (ə) tərəf gedə. O, pəhrizkarların rəhbəridir. Həmçinin, insan cəmiyyətində üzüağ və abırlı olanların

səh:365


1- [1] . “Şəvahidut-tənzil”, c.1, səh.296.
2- [2] . “Təfsiru fəratul-kufiyy”, səh.78.

da rəhbəridir.(1) Elə bir kəsdir ki, cənnətin yolu onun vilayətindən keçir.””

Bu gözəl rəvayət ayənin Peyğəmbər (s) və həzrət Əlinin (ə) mübarək vücudu barəsində tətbiq edildiyini aşkar şəkildə izah edir.

“Vilayət” və “İnzar” ayələrinin verdiyi mesajlar
İşarə

Bu ayələr sadəcə etiqadi və tarixi məsələlərlə bağlı deyil, əksinə bizim əsrimizdəki müsəlmanlara iki mesajı verir ki, əgər insanlar ona əməl etsələr bir sıra problemləri həll olunar. Həmin iki mesaja diqqət edin:

a) Təəssüb və inadkarlıq iki böyük maneədir

Ayənin əvvəlki hissələrindən məlum olur ki, insan inadkarlıq və təəssübkeşliklə heç bir yerə çatmaz və əgər haqqı istəyirsə, şəxsi düşüncə, nəfsə tabe olmaq və sairədən çəkinərək onun müqabilində təslim olmalıdır. Bu baxımdan, Quran və rəvayətlərdə batil yerə mübahisə və cidal edən insanların şiddətli şəkildə cəzalanacağı bildirilmişdir. “Həcc” surəsinin 3-cü ayəsində buyurulur:

{وَمِنَ النَّاسِ مَنْ یجَادِلُ فِی اللَّهِ بِغَیرِ عِلْمٍ وَیتَّبِعُ کُلَّ شَیطَانٍ مَرِیدٍ}

“İnsanlardan eləsi var ki, həmişə heç bir biliyi olmadan Allah barəsində (mələklər onun qızlarıdır, Qur’an keçmişlərin əfsanələridir, axirət yalan şeydir deyə) mübahisə edir və hər bir murdar və itaətsiz şeytana tabe olur.” Bu ayədə həmin şəxslər itaət etməyən şeytan kimi vəsf edilmişlər.

səh:366


1- [1] . Bu və digər rəvayətdə qeyd edilən قائد غرّ المحجّلین cümləsindəki قائد sözünün mənası “imam” və “rəhbər”dir. غرّ sözü isə أغرّ sözünün cəmidir və ağ üzlü, sifəti nurani olan insanlar barəsində işlənir. محجّل (Muhəccəl) sözü “həcələ” sözündən götürülmüşdür, ağ kifə deyilir, həmçinin, ağ atlara da bu söz şamil olunurdu. Sonradan mənası genişlənərək cəmiyyətdə abır-həyalıl kimi tanınan insanlar barəsində də işlənmişdir və bu rəvayətdə “insan cəmiyyətində üzüağ və abırlı olanlar” mənasındadır.

İnsanın yəqinə çatmasına mane olan digər bir məsələ bəhanə axtarmaq və düşməncəsinə sözlər söyləməkdir. İslam Peyğəmbəri buyurur:

م_ا ضَلَّ قَوْمٌ إِلاّ أَوْثَقُوا الْجِدالَ(1)

“Hansısa bir qövm batil yolda cidal etməkdən başa, digər bir şeylə azğınlığa düşməmişdir.”

Rəvayətə uyğun olaraq inhiraf və azğınlığın bir amili var ki, o da məntiqsiz və batil mübahisələrdir.

Sual: Nə üçün bütün azğınlığların kökü cidal və münaqişəyə qayıdır?

Cavab: Əgər haqqın müqabilində təslim olarsa, hidayət edənlər çoxluq təşkil edir və onlar asanlıqla hidayət oluna bilərlər. İmam Sadiq (ə) ondan moizə etməsini istəyən Harun Ər-Rəşidə buyurur:

م_ا مِنْ شَیء تَراهُ عَیْناْکَ إِلاّ وَفِیهِ مَوْعِظَةٌ(2)

“Dünyada gördüyün bütün şeylər moizədir.” Yəni, yerdə və göydə olan məxluqatlar, acı-şirin hadisələr, zaman və məkanlar – hər bir şey moizədir, bu şərtlə ki, onu görən göz və eşidən qulaq olmuş olsun.

Həqiqət axtarışında olanlara həiqət gizli deyil və inhirafa düçar olanlar batil yerə mübahisə və cidal edənlərdir. Bu yerdə dini, siyasi və əxlaqi mübahisələr arasında heç bir fərq yoxdur. Mətbuat və siyasi məsələlərdə haqqı ayırd etmək o qədər də çəin deyil, amma şəxsi maraq və istəklərdən söhbət getdiyi üçün haqqı məxfi və pünhan edirlər ki, bu da məsələni çətinləşdirir.

Əmirəl-Möminindən (ə) nəql edilən digər bir hədisdə belə buyurulur:

اَلْجَدَلُ فِی الدِّینِ یُفْسِدُ الْیَقِینَ(3)

“Dini məsələlərdə batil (əbəs) yerə inadkarlıq və

səh:367


1- [1] . “Biharul-ənvar”, c.2, səh.138.
2- [2] . “Mizanul-hikmət”, bölmə 4120, hədis: 21711.
3- [3] . “Mizanul-hikmət”, bölmə 492, hədis: 2285.

mübahisə etmək yəqini aradan aparar.” Çünki cidal əhli olanlar yavaş-yavaş öz nəfsi istəklərinə tabe olar və həqiqət onlara nəfsləri istəyən libasda cilvələnməyə başlayar. Bi sözlə, ayə və rəvayətlərdə batil yerə mübahisə və cidal pislənmiş və çəkindirilmişdir. Amma həqiqətlərin axtarışı üçün iki tərəf elmi və s. kimi məsələlərdə mübahisə edə və bir-biri üzərində üstünlüyü nişan verməyə çalışmazs, nəikni, bəyənilən deyil, əksinə Allah ona əmr etmişdir. “Nəhl” surəsinin 125-ci ayəsində belə buyurulur:

{...وَجَادِلْهُمْ بِالَّتِی هِی أَحْسَنُ...}

“(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, agahedici və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə elə.”

b) Hidayət olunanın hidayət edənə iqtida etməsi (təqlidi)

Ayənin sonundandan belə başa düşülür ki, həzrət Əli (ə) hidayət edəndir və belə olduğu təqdirdə, hidayət axtarışında olan müsəlmanlar o həzrətə iqtida etməlidirlər. Həzrət Əlinin (ə) mehriban rəftarı, danısığı, ölkə daxili və xaricindəqki qövmlər və şəxsiyyətlərlə münasibəti, xütbələri, lakonik və hikmətlə dolu cümlələri, o həzrətin cazibəsi, ədəbi və insanlara doğru yolu göstərməsi bütün müsəlmanlar üçün nümunə olmalıdır.

Həqiqətdə, o həzrətin vilayətində olduğunu iddia edən bizlərin yaşamı ilə onun yaşamı arasında nə qədər fasilə vardır! Qüdrət və hakimiyyətin fövqündə olmasına baxmayaraq, onun yemək, yaşayış və libası necə də sadə idi. Dünyanın bər-bəzəyi həzrət Əlini (ə) özünə cəlb edə bilimi? Hətta, o həzrətin dəfn mərasimi də çox sadə şəkildə həyata keçirilmişdi. Amma özlərini şiə adlandıran bir çox insanların həyatında dünyanın cah-cəlalı yer tutmasından əlavə, onların ölümlərindən sonrakı dəfn mərasimi də təmtəraqlı şəkildə

səh:368

həyata keçirilir. Həmin məclislər əzadarlıq məclislərinə bənzəmir. Belə məclislərə bəzən külli miqdarda pul xərclənir. Mənə bir tərəfdən sevindirici və digər tərəfdən də kədərləndirici bir xəbər verərək bildirdilər ki, bir şəxs vəfat etmiş və onun varisləri pul toplayaraq ona əzadarlıq məclisi keçirmək qərarına gəlirlər və onların topladıqları pul beş min manat məbləğinə çatır. Mərhumun yaxınları ona mərasim keçirmək əvəzinə, ehtiyaclı olan ailələrdəki on qızın cehizini almağı düşünürlər. Bu məsələlər bir tərəfdən on görə insanı narahat edir ki, cah-cəlal bizim həyatımızda özünə yer tutaraq hətta, əzadarlıq məclislərinin həyata keçirilmə xərclərini ağırlaşdırır və digər tərəfdən isə xoşhallığa səbəb olan məsələ mərhumun yaxınlarının toplanan məbləği evlənmək istəyən qızların cehizlərinə sərf etməklə bağlı qərar qəbul etməsidir.

Həqiqətən də, təmtəraqlı məclislər təşkil etmək yerinə belə xeyirli işlərin həyata keçirilməsininə nə irad var. Əziz cavanlar! Evliliyə ehtiyacı ilan oğul və qızları evləndirmək sadəcə ata və ananın üzərinə düşən vəzifə deyil, əksinə Quranın təbiri ilə desək, bu, hamının boynunda olan ümumi bir vəzifədir:

{وَأَنْکِحُوا الْأَیامَی مِنْکُمْ وَالصَّالِحِینَ مِنْ عِبَادِکُمْ وَإِمَائِکُمْ...}

“(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin.”(1) Təkcə evlilik məsələlrində deyil, ev, təhsil və işsizlik kimi fəsad amilləri hesab edilən digər problem və çətinliklərlə də bağlı cavanlara yardım etmək lazımdır. “Əmirəl-Möminin (ə)” ilində insanlar səyedərək dünyaya olan bağlılıqlarını azaltmalı və dövlət orqanları da bu məsələdə insanlara yardım etməli və bu müqəddəs mədəni fəaliyyətə başlamalıdır. Biz bu yolla insanların iqtisadi, dünyaəvi bağlılıqdan xilas ola biləcəklərini və Əmirəl-Mömininin (ə)

səh:369


1- [1] . “Nur” surəsi, ayə 2.

bərəkəti hesabına ağ günə çıxacaqlarını ümid edirik.

Allahdan bizə də eşidib yadda saxlayan qulaq əta etməsini və bu ayələrin verdiyi mesajlara əməl etməkdə müvəffəq olmağımızı, həmçinin, ondan bəhrələnməyi diləyirik. Amin, ya rəbbəl aləmin.

14. “XƏYRUL-BƏRİYYƏ” (YARADILMIŞLARIN ƏN YAXŞILARI) AYƏSİ

İşarə

{إِنَّ الَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَئِکَ هُمْ خَیرُ الْبَرِیةِ * جَزَاؤُهُمْ عِنْدَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِی مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِینَ فِیهَا أَبَدًا رَضِی اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِکَ لِمَنْ خَشِی رَبَّهُ}

“Şübhəsiz, iman gətirən və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar.(1) Onların rəbbi yanındakı mükafatları (evləri və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz rəbbindən qorxan kəslər üçündür”.(2)

Bəhsə qısa bir nəzər

Bu ayə də Əmirəl-Möminin (ə) imamət və vilayəti ilə bağlı və xüsusi bir zərifliklə ona dəllalət edən ayələrdəndir. Əvvəlki ayələrə nisbətdə, bu ayə ilə bağlı o qədər də ixtilaflar nəzərə çarpmasa da, vilayət və imamətlə bağlı gətirilən dəlillər çox dəqiq və zərifdir.

səh:370


1- [1] . “Bəriyyə” sözü “bəriə” kökündəndir və mənası “yaradılış” deməkdir. Bu baxımdan Allaha xaliq mənasında “bari” və məxluqata da “bəriyyə” deyilir. Bəziləri həmin sözün torpaq mənasında olduğunu və məxluqat torpaqdan yaradıldığı üçün ona “bəriyyə” deyildiyi fikrindədirlər. Bəziləri də həmin sözün “bəritul-qələmə”, yəni “qələmi yonmaq” mənasını verdiyini və Allahın əmri ilə insanlar müxtəlif şəkil və formalarda olduğu üçün də sanki yaradılış nizamında qələm kimi yonulmuş və “bəriyyə” adlandırıldığını vurğulamışlar (“Təfsire peyame Quran”, c.9, səh.259).
2- [2] . “Bəyyinə” surəsi, ayə 7-8.

Bu barədə şərh verəcəyik.

Şərh və təfsir

İnsanların ən pisi və ən yaxşısı

“Xəyrul-bəriyyə” ayəsinin mənası daha yaxşı başa düşülsün deyə, şərhə “Bəyyinə” surəsinin altıncı ayəsindən başlamaq lazımdır:

{إِنَّ الَّذِینَ کَفَرُوا مِنْ أَهْلِ الْکِتَابِ وَالْمُشْرِکِینَ فِی نَارِ جَهَنَّمَ خَالِدِینَ فِیهَا...}

“Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar.” Yəni, İslamı qəbul etməyən yəhudi, məsihi və bütlərə pərəstiş edən müşriklərin hamısı cəhənəmdə olacaq və orada həmişəlik qalacaqlar.

{...أُولَئِکَ هُمْ شَرُّ الْبَرِیةِ}

(Ulaikə hum şərrul-bəriyyə) Onlar yaradılmışların ən pisidirlər. Bu cümlələr onların cəhənnəmdə(1) əbədi qalacağına dəlildir.

Əvvəlki ayələrdən belə başa düşülür ki, onlar adi kafirlər deyillər, əksinə aşkar dəlillər və onların yəqinliyə çatması üçün höccət olmasına baxmayaraq, belə şəxslər

səh:371


1- [1] . Ulaikə hum şərrul-bəriyyə { ...أُولَئِکَ هُمْ شَرُّ الْبَرِیةِ } ifadəsi yaradılmış məxluqat arasında haqq aşkar olduqdan sonra onu qəbul etməyən və azğınlıq yolunda addım atan elə kəslərin olduğunu bildirir ki, nə eşidən qulağa, nə danışan dilə nə də təfəkkürə malik deyillər və onlar myaradılmışların ən pisidirlər. “Ənfal” surəsinin 22-ci ayəsində belə buyurulur: { إِنَّ شَرَّ الدَّوَابِّ عِنْدَ اللَّهِ الصُّمُّ الْبُکْمُ الَّذِینَ لَا یعْقِلُونَ } “Həqiqətən, Allah yanında hərəkət edən canlıların ən pisi düşünməyən (haqqı eşitməkdə) kar və (haqqı deməkdə) lal (olan) insanlardır. “Həmçinin, “Əraf” surəsinin 179-cu ayəsində cəhənnəm əhlinin bu sifəti xatırlandıqdan sonra Allah buyurur: { ...أُولَئِکَ کَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ أُولَئِکَ هُمُ الْغَافِلُونَ } “Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər.” Ayə onları yaradılmışların ən pisi kimi tanıtdırır (“Nümunə təfsiri”, c.27, səh.207).

yenə də İslamla müxalif olanlar və düşmənçilik edənlərdir. Nəticədə, cahillik və bilməməzlikdən küfr yolunda olanlara bu ayə şamil deyil.

Yuxarıdakı ayədə məxluqatın ən pisi barədə bildirildikdən sonra, digər ayədə yaradılmışların ən yaxşısı tanıtdırılır:

{إِنَّ الَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَئِکَ هُمْ خَیرُ الْبَرِیةِ}

“Həqiqətən, iman gətirən və saleh əməllər eədnlər yaradılmışların ən yaxşısıdır.” Məxluqatın ən yaxşısı barədə üç xüsusiyyət bəyan edilmişdir:

1. {...الَّذِینَ آمَنُوا...}:

1. (əlləzinə amənu) – Onların birinci xüsusiyyəti Allaha, Peyğəmbər, qiyamət günü və ölümdən sonrakı həyata iman gətirmələridir. Deməli, İslam dinindən başqa, digər bir dini qəbul edən yəhudi və məsihilər ayənin əhatəsindən xaricdirlər.

2. {...وَعَمِلُوا الصَّالِحَاتِ...}:

2. (Saleh əməllər edənlər) – İkinci xüsusiyət onların iman və etiqadlarının əməl və rəftarda özünü büruzə verməsidir. “Əməli-saleh”(1) sözünün geniş mənası vardır. Rəvayətlərdə qeyd edilənlərə uyğun olaraq onun ən sadə forması müsəlmanların yolu üzərindəki maneələri aradan qaldırmaqdır. Əgər kimsə müsəlmanların gediş-gəliş etdikləri yolda maneə görüb onu aradan qaldırsa, bu, saeh əməlin bir növüdür

اِماطَةُ اْلأذی عَن الطَّریقِ. Ən üstün saleh əməl haqq dinin (İslamın) qəbulluğudur أعْلاها شَهادَةُ اَنْ لا اِلهِ اِلاَّاللهُ.(2)

3. {...ذَلِکَ لِمَنْ خَشِی رَبَّهُ}:

3. (Bu, Allahdan qorxan kəslər üçündür) – Belə kəslər iman və saleh əməllərə malik olmaqdan başqa, Allahdan

səh:372


1- [1] . Saleh əməlin əhəmiyyəti bu sözün Quranda yetmiş dəfəyə yaxın işlənməsi ilə məlum olur.
2- [2] . “Əvaliul-ləyali”, c.1, səh.431. Yuxarıdakı rəvayət “Səhih Müslim”, “Kitabul-iman”, 12-ci bölmə, hədis: 57 və “Müsnəde Əhməd”, c.2. səh.379-da nəql edilmişdir.

qorxmaq məqamına da yetişmişlər.

Sual: Qorxu saleh əməl və imana əlavə edilən bir şeydirmi?

Cavab: Bəli, qorxu iman və saleh əmələ əlavə edilən bir məsələdir və zahirən “məsuliyyət” mənasındadır. Bəzən iman və saleh əməl olsa da, işin içində məsuliyyət yoxdur və bu məsələ ailədəki tərbiyə və adətlərdən qaynaqlanır. Bəzi vaxtlarda isə həmin məsələlər məsuliyyət hissindən yaranır. Belə bir şəxs müxtəlif insan və hadisələr müqabilində məsuliyyət hissinə əsaslanaraq əməl edir.

Nəticədə, “xəyrul-bəriyyə” iman, saleh əməl və məsuliyyət hissinə malik olanlardır. Onların bu xüsusiyyətləri sadalandıqdan sonra onlara veriləcək əcr və mükafatdan bəhs edilir:

{جَزَاؤُهُمْ عِنْدَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِی مِنْ تَحْتِهَا الْأَنْهَارُ...}

(Onların rəbbi yanındakı mükafatları (evləri və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir) – İnsana axirətdə veriləcək nemətlər həm maddi, həm də mənəvidir, çünki insan cisim və ruhdan ibarətdir və cisim maddi, ruh isə mənəvi nemətlərin müştaqıdır. Maddi nemətlər cənnətdə veriləcək bağlardır və oradakı ağacların altından daim(1) sular axar və kəsilməz. Bağlar iki qisimdir:

1. Suyu bir neçə gündən bir xaricdən təmin edilən və daimi axar suya malik olmayan bağlar.

2. Suyu özündən olan və daim ağacları altından axar sulara malik bağlar. Bu bağların xüsusi yaşıllıq və təravəti vardır və ağaclar solmaq və qurumaq təhlükəsindən amandadır.

{...خَالِدِینَ فِیهَا أَبَدًا...}

səh:373


1- [1] . “Daim” sözü ayədəki “ədn” sözündən əldə edilir. Çünki həmin söz “əbədilik” mənasındadır. Mədənlər də ona görə belə adlanır ki, oradan əldə olunan maddələr daim orada yerləşmiş və mövcuddur.

(Orada əbədi olaraq qalacaqlar) – inadkarlıq və təəssüb üzündən haqqı qəbul etməyən, yəhudi, məsihi və müşriklər cəhənnəmdə əbədi qalacağı kimi, iman gətirib saleh əməlli və məsuliyyətli möminlər də cənnətdə əbədi qalacaqlar.

{...رَضِی اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ...}

(Həm Allah onlardan, həm də onlar Allahdan razıdırlar) – Bu cümlə möminlərə veriləcək mənəvi mükafatlara işarədir. Allah onlara o qədər nemət əta edər ki, Allahdan razı qalarlar, digər tərəfdən, Allah da onlardan razıdır.

Necə də uca məqamdır! Görəsən, bundan da üstün məqam varmı?! Nəzərinizə çatdırırıq ki, üçlük təşkil edən yuxarıdakı ayələrlə həm “xəyrul-bəriyyə”nin xüsusiyyətləri, həm də onlara axirətdə veriləcək mükafatlar bəyan edilmişdir.

Rəvayətlərdə “Xəyrul-bəriyyə”

Sual: Görəsən, ayə ümumilikdə hamını nəzərdə tutur, yoxsa, xüsusi şəxslərə şamildir? Başqa bir ifadə ilə desək, ayədə bütün əməli-saleh möminlər yaxud xüsusi bir qrup nəzərdə tutulumuşdurmu?

Cavab: Bu sualın cavabını ayələrin nazil olması ilə bağlı məsumların dilindən nəql edilmiş rəvayətlərdə axtarmaq lazımdır. Həmin rəvayətlərə diqqət yetirin:

Əhli-sünnə və şiə mənbələrində qeyd edilən çoxlu sayda rəvayətlərə əsasən, Peyğəmbər (s) həzrət Əli (ə) və onun şiələrini “xeyrul-bəriyyə” kimi tanıtdırmışdır. Bu rəvayət müxtəlif kitablarda qeyd edilib, o cümlədən:

1. Hakim Həskani(1), “Şəvahidut-tənzil”

2. İbn Həcər Heysəmi(2), “Əs-Səvaiqul-muhrəqə”

səh:374


1- [1] . Hakim Həskani Nişapurda yaşamış sünni alimlıərindəndir. Həskan o zamanlar Nişapurun kəndlərindən biri idi. Bu alim təəssübdən uzaq və nisbətən adil bir insan olmuş və səy etmişdir ki, Quran ayələri barədəki bütün nazil olma səbəblərini toplasın.
2- [2] . “Əs-Səvaiqul-muhrəqə”, səh.96 (“Peyame Quran”, c.9, səh.261-dəki nəqlə əsasən).

3. Süyuti(1), “Əd-Durrul-mənsur”

4. Məhəmməd Şiblənci(2), “Nurul-əbsar”

5. “Təbəri təfsiri”(3)

6. Alusi(4), “Ruhul-məani”

7. “Mənaqibul-Xarəzmi”(5)

8. Əllamə Şukani, “Fəthul-Qədir”(6)

Təkcə “Şəvahidut-tənzil” əsərində bu ayə ilə bağlı iyirmi rəvayət nəql edilmişdir və biz sadəcə onların üçü ilə kifayətlənirik:

A) Peyğəmbərin (s) məşhur səhabələrindən olan Cabir ibn Ənsari belə nəql edir.

“Peyğəmbər (s) və müsəlmanların bir dəstəsi ilə Kəbənin kənarında əyləşmişdik. Birdən həzrət Əli (ə) uzaqdan görünməyə başladı və Peyğəmbərin (s) gözü ona sataşdıqda, o həzrət üzünü səhabələrinə tutaraq dedi:

قَدْ أَت_اکُمْ أَخی، ثُمَّ الْتَفَتَ إِلَی الْکَعْبَةِ، فَق_الَ وَرَبِّ ه_ذِهِ الْبُنْیَةِ! إِنَّ ه_ذا وَشِیعَتَهُ هُمُ الفائِزونَ یَوْمَ الْقیامَةِ، ثمَّ أَقْبَلَ عَلَیْن_ا بِوَجْهِهِ، فَقالَ: أَما وَاللهِ إِنّهُ أَوَّلُکُمْ ایم_اناً باللهِ، وَاقْوَمُکُمْ بأمر اللهِ وَأَوفاکُم بِعَهْدِ اللهِ وَأَقْض_اکُمْ بِحُکْمِ اللهِ وَأَقْسَمُکُمْ بِالسَّوِیَّةِ وَأَعْدَلُکُمْ فی الرَّعیَّةِ وَأَعْظَمُکُمْ عِنْدَ الله مَزِیَّةً. ق_الَ ج_ابِرُ فَأَنْزَلَ اللهُ: {إِنَّ الَّذِینَ آمَنُوا...خَیرُ الْبَرِیةِ} فَکانَ عَلِیٌّ إِذا أَقْبَلَ ق_الَ أَصْح_ابُ مُحَمّد: قَدْ أَت_اکُمْ خَیْرُ الْبَرِیَّةِ بَعْدَ رَسُول اللهِ

“Qardaşım Əli (ə) sizə tərəf gəlir. Daha sonra üzünü Kəbəyə tutaraq buyurdu: “Kəbənin Allahına and olsun ki, Qiyamət günü təkcə Əli (ə) ə onun şiələri nicat tapanlardır. Allaha and olsun, o, sizdən

səh:375


1- [1] . “Əd-Durrul-mənsur”, c.6, səh.379 (“Peyame Quran”, c.9, səh.260-dakı nəqlə əsasən).
2- [2] . “Nurul-əbsar”, səh.70 və 110 (“Peyame Quran”, c.9, səh.261-dəki nəqlə əsasən).
3- [3] . “Ruhul-məani”, c.30, səh.207.
4- [4] . “Mənaqibu Xarəzmi”, səh.421, Tehran çapı (“Ehqaqul-həqq”, c.3, səh.289-dakı nəqlə əsasən).
5- [5] . “Fəthul-qədir”, c.5, səh.464, Misir çapı (“Ehqaqul-həqq”, c.3, səh.291-dəki nəqlə əsasən).
6- [6] . “Şəvahidut-tənzil”, c.2, səh.362.

əvvəl Allaha iman gətirmiş, Allahın əmrinə sizdən öncə itaət etmiş, Allahla əhdinə daha artıq vəfadar, qəzavətdə ədalətli və bərabərlik və beytül-malın bölgüsündə hamıdan üstün və Allah dərgahında olan məqamı hamıdan yüksəkdir.” Cabir deyir: “Bu zaman Xeyrul-bəriyyə ayəsi nazil oldu və bu ayənin nazil olmasından sonra müsəlmanlar həzrət Əlini gördükləri zaman deyirdilər: “Peyğəmbərdən (s) sonra məxluqatın ən yaxşısı gəldi”.

Rəvayətdən belə başa düşülür ki, yuxarıdakı cümlə İslamın əvvəllərində bütün müsəlmanlar arasında məşhur idi. Nəticədə, onu nəql edənlər təkcə İbn Abbas və Cabir ibn Abdullah Ənsari deyil.

B) Digər bir rəvayətdə Cabir deyir:

هُمْ أَنْتَ وَشِیعَتُکَ، تَرِدُ عَلَیَّ وَ شِیعَتُکَ رَاضِینَ مَرْضِیِّیْنَ

“Xeyrul-bəriyyədəki məqsəd sən və sənin şiələrindir. Qiyamət günü sən və şiələrin mənim yanıma gəldikləri zaman, həm Allah onlardan, həm də onlar Allahdan razı olmuş halda olacaqlar.”(1)

C) Əbu Burzə Əsləmi deyir ki, “Xəyrul-bəriyyə” ayəsi nazil olan zaman Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurdu:

أَنْتَ وَشِیعَتُکَ ی_ا عَلِیّ، وَمیع_ادُ م_ا بَیْنی وَبَینکَ الْحَوْضُ

“Ey Əli (ə)! Xeyrul-bəriyyə sən və sənin şiələrindir və qiyamət günü səninlə mənim görüş yerim Kövsər hovuzunun kənarıdır.”(2)

D) İbn Əsakir “Xəyrul-bəriyyə” ayəsi barədə Ayişədən maraqlı bir rəvayət nəql edir. Həmin rəvayətdə bir şəxs Ayişədən həzrət Əli (ə) barəsində soruşduqda (onunla yaxşı münasibətinin olmamasına və həzrətin əleyhinə “Cəməl” döyüşünü törətməsinə baxmayaraq), belə deyir:

səh:376


1- [1] . “Şəvahidut-tənzil”, c.2, səh.360.
2- [2] . “Şəvahidut-tənzil”, c.2, səh.359.

“Əli (ə) məxluqatın ən yaxşısıdır və kimin ona qəlbində düşmənçiliyi olarsa, o, kafirdir.”(1)

Nəql edilən rəvayətlərdən belə bir nəticə əldə edilir ki, “Xəyrul-bəriyyə” ayəsində nəzərdə tutulan şəxs həzrət Əlidir (ə).

Sual: Alusi “Ruhul-məani” əsərində belə bir sual bəyan etmişdir:

“Əgər “Xəyrul-bəriyyə” ayəsində məqsəd Əli ibn Əbutalibdirsə, onda, onun Peyğəmbərdən (s) üstün olduğunu düşünmək olarmı? Çünki ayədə bu məsələ mütləq şəkildə qeyd edilmişdir və belə olduğu halda, onun misdaq və nümunəsi bütün insanlardan üstün şəxsdir.”

Cavab: Əgər ayənin özünə diqqət edilsə, bu sualın cavabı aydın olacaqdır. Qeyd edildiyi kimi, “Xəyrul-bəriyyə”nin bir xüsusiyyəti iman məsələsi idi, yəni Allah və onun Peyğəmbərinə (s) iman gətirmək. Bu baxımdan, o həzrətin Peyğəmbərdən (s) üstün olduğunu söyləmək olarmı?! Əhli-sünnə mənbəyində Cabir ibn Abdullah Ənsaridən nəql edilən rəvayətdə də o həzrətin Peyğəmbərdən (s) sonra bütün insanlardan üstün olduğu bildirilmişdir.

Digər bir sual: Bu ayə ilə Əmirəl-Mömininin (ə) vilayət, imamət və xilafəti arasında hansı rabitə mövcuddur? Əgər əhli-sünnənin həzrət Əlinin (ə) “Xəyrul-bəriyyə” olmasını qəbul etdiyini fərz etsək, onda, o həzrətin vilayətinə bu ayəni necə dəlil gətirmək olar?

Cavab: Peyğəmbərə (s) canişin təyin edilməsi üslubu və canişinlik məsələsində şiə və sünni arasında ixtilaflar vardır. Şiənin etiqadına əsasən, Peyğəmbər (s) canişini Allah tərəfindən təyin(2) edilməlidir, yəni bu məsələ təyin

səh:377


1- [1] . “Ehqaqul-həqq”, c.3, səh.388-dəki nəqlə əsasən.
2- [2] . Peyğəmbər (s) məsum olduğu kimi, onun canişini də məsum olmalıdır və məsumluğu təşxis və müəyyən etmək Allahdan başqa, digərləri üçün qeyri-mümkündür. Deməli, Allah məsum olan şəxsi xilafət məqamı üçün tanıtdırmalıdır.

edilmə üsulu ilədir.

Amma əhli-sünnənin nəzərində xəlifəlik məsələsi seşki üsulu ilədir və camaatın öhdəsinə qoyulmuşdur. Camaat kimə səs versə, Peyğəmbərin (s) canişini o olacaq. Əlbəttə, bu məsələnin qeyd edilən ayəyə heç bir təsiri yoxdur. Xəlifəlik istər seçkili olsun, istərsə də təyin etmə ilə, təkcə Əlinin (ə) ona ləyaqəti vardır. Əgər məsələ təyin etmə ilə olsa, bu zaman bütün insanlardan üstün olan Əlini (ə) qoyub başqasını təyin etmək Allahın hikməti ilə uyğun deyil. Çünki bu cür edərsə, hikmətli bir iş görmüş olmaz. Əgər seçki ilə olmuş olsa, bu zaman həzrət Əli (ə) kimi bir şəxsiyyəti qoyub digərlərinin ardınca getmək əqllə düz gəlmir və camaatın tanıma qabiliyyətinin bütün müsəlmanlar arsında məşhur olan o həzrətə nisbətdə zəif olduğunu söyləmək heç də qəbul ediləsi bir üzr deyil.

Verdiyimiz izaha əsasən, vilayət və imamət məsələsi ilə ayə arasında mövcud olan rabitə aydınlaşmış oldu.

Üçüncü sual: Adətən, iki-üç nəfər deyil, bir nəfər ən yaxşı və üstün olur. Belə isə, həzrət Əli (ə) və onun şiələrnin üstün olması necə mümkündür?

Cavab: Məxluqatın ən yaxşısı olmağın silsiləvi mərtəbələri vardır. Mümkündür ki, bir nəfər ən yaxşıdır və digəri ona nisbətdə aşağı mərtəbədədir. Həmçinin üçüncü dəstə ikinciyə nisbətdə aşağıdır. Beləliklə, həzrət Əli (ə) onların fövqündədir. Nəticədə, bəyan edilənlərə və üçlük təşkil edən rəvayətlərə diqqət etməklə, “Xəyrul-bəriyyə”nin həzrət Əli (ə) və onun şiələri olduğu məlum olur.

səh:378

“Xəyrul-bəriyyə” ayəsinin verdiyi mesajlar

İşarə

Bu ayə və onun barəsində qeyd edilən rəvayətlərin müxtəlif mesajları vardır. O cümlədən:

a) İslami dəyərlər rejimi

Hər bir din, məzhəb və məktəblər həmin məktəbə məxsus olan dəyərlərin girovundadır. Daha sadə desək, hər bir məktəb və məzhəb öz oxu ətrafında hərəkət edir və bu ox həmin məktəbin dəyərlər rejimini təşkil edir. Bu zəminədə olan misallara diqqət yetirin:

a) Tağut rejimi olan firon rejiminin dəyərləri barədə Quranın “Zuxruf” surəsinin 51-ci ayəsində fironun dilindən belə bəyan edilmişdir:

{وَنَادَی فِرْعَوْنُ فِی قَوْمِهِ قَالَ یا قَوْمِ أَلَیسَ لِی مُلْکُ مِصْرَ وَهَذِهِ الْأَنْهَارُ تَجْرِی مِنْ تَحْتِی أَفَلَا تُبْصِرُونَ}

“Firon öz qövmünün arasında səsini ucaldaraq dedi: “Ey mənim qövmüm! Məgər Misirin hökmranlığı mənə məxsus deyil və bu çaylar mənim saraylarımın altından və mənim istəyimə tabe olaraq axmırlar? Məgər görmürsünüzmü?!””

Fironun iftixarı diktatorluq və istibdad hakimiyyəti sayılan Misir hökumətinə sahib olmaqda və onu özünə tabe etməkdədir. Firon və onun kimilərin nəzərində yaxşı insanlar, hətta, ən zalım və cinayətkar olmasına baxmayaraq, hakim və rəhbərlərdir. Həmçinin, ən pis insanlar isə əxlaqi baxımdan ən yaxşı xüsusiyyətlərə sahib olsalar belə, hakimiyyət və qüdrətə malik olmayanlardır.

Bu cəhətdən firon həzrət Musanın (ə) Peyğəmbərliyinə etiraz edərək belə deyir:

{فَلَوْلَا أُلْقِی عَلَیهِ أَسْوِرَةٌ مِنْ ذَهَبٍ أَوْ جَاءَ مَعَهُ الْمَلَائِکَةُ مُقْتَرِنِینَ}

“Bəs nə üçün onun üzərindən qızıl bilərziklər asılmamış, yaxud onunla birlikdə çiyin-çiyinə mələklər

səh:379

gəlməmişdir?”(1) Yəni, həzrət Musa firon rejiminə uyğun olaraq qüdrət və sərvətə malik deyilsə, o, Peyğəmbər ola bilməz. Deməli, firon rejimindəki dəyərlər qüdrət, sərvət və zinətlərdir.

b) Digər məktəb və cəmiyyətlərdə üstünlük təşkil edən dəyərlər övlad çoxluğu, mal və sərvət məsələləridir. “Səba” surəsinin 35-ci ayəsində belə buyurulur:

{وَقَالُوا نَحْنُ أَکْثَرُ أَمْوَالًا وَأَوْلَادًا وَمَا نَحْنُ بِمُعَذَّبِینَ}

“Dedilər: “Bizim mal-dövlətimiz və övladlarımız (sizinkindən) çoxdur və bizə heç vaxt əzab verilməyəcəkdir (çünki, bizə verilənlər Allahın bizə olan məhəbbətinin əlamətidir).”” Belə rejimlərin əhəmiyyət verdiyi dəyərlər övlad çoxluğu, iqtsadi baxımdan sərvət və güc baxımdan da qüdrətd əldə etməkdir. Onların nəzərində belə şəxlər yaxşılardır. Xüsusən, cahiliyyət dövründə çoxlu sayda oğlan övladlara malik olan ailəni xoşbəxt hesab edirdilər, çünki oğullar atalarına qarət, döyüş və s. kimi hallarda yardımçı olacaqdılar.

Amma İslamın nəzərində yuxarıda sadalanan məsələlər müqəddəs dinin hədəflərinə yetişmək üçün bəyənilən olmasına baxmayaraq, üstünlük meyarı hesab edilmir. Quranda sonuncu qrupdan olanlarla bağlı buyurulur:

{وَمَا أَمْوَالُکُمْ وَلَا أَوْلَادُکُمْ بِالَّتِی تُقَرِّبُکُمْ عِنْدَنَا زُلْفَی إِلَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَأُولَئِکَ لَهُمْ جَزَاءُ الضِّعْفِ بِمَا عَمِلُوا وَهُمْ فِی الْغُرُفَاتِ آمِنُونَ}

“Sizi bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə də övladlarınızdır. Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində iki qat mükafat vardır və onlar Cənnət otaqlarında əmin-amanlıq içindədirlər.” Bu ayə ilə siyasi rejimlərdə olan bir sıra dəyərlər rədd edili və onların müqabilində islami dəyərlər təqdim olunur. İman və saleh əməllər islami

səh:380


1- [1] . “Zuxruf”, surəsi, ayə 53.

cəmiyyətdəki dəyərləri formalaşdırıb təşkil edən əməllərdən hesab olunur. Çünki bu dəyərlər insanı Allaha yaxınlaşdırır, nəinki, onlara mal və sərvət bəxş edir.

“Hucurat” surəsinin 13-cü ayəsində islami dəyərlər mərkəzində dayanan təqva və pəhrizkarlıqdan danışılır və Allah həmin ayədə belə buyurur:

{یا أَیهَا النَّاسُ إِنَّا خَلَقْنَاکُمْ مِنْ ذَکَرٍ وَأُنْثَی وَجَعَلْنَاکُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَکْرَمَکُمْ عِنْدَ اللَّهِ أَتْقَاکُمْ إِنَّ اللَّهَ عَلِیمٌ خَبِیرٌ}

“Ey insanlar! Şübhəsiz, biz sizin hamınızı bir kişi və qadından yaratdıq və sizi bir-birinizi tanıyasınız deyə, böyük və kiçik qəbilələrə ayırdıq. Həqiqətən, Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır.”(1)

İslam dini meydana gəldiyi zaman cəmiyyətdəki dəyərlər əvəz olunmağa başladı və cahiliyyətdə əhəmiyyət kəsb edən məsələərin yerini tutdu. Təəccüb ediləsi dərəcədə dəyişikliklər həyata keçdi və Əbu Cəhllər, Əbu Süfyanlar, Əbu Ləhəblər öz yerini Əbuzərlər, Salmanlar və s. kimi şəxslərə verdilər. “Xəyrul-bəriyyə” ayəsi cəmiyyətdə iman, saleh əməl və məsuliyət hissi kimi dəyərlərə üstünlük verildiyini bəyan edir və yaradılmışların ən yaxşısını bu meyarlara əsasən müəyyənləşdirir. Təəssüflər olsun ki, hazırkı dünyada külli miqdarda dollar və liralara malik olanlar iqtisadi baxımdan mühüm mövqe və qüdrətə malik olduqları üçün məxluqatın ən yaxşısı kimi tanıtdırılır. Amma İslamın nəzərində bunların heç biri müstəqil şəkildə əhəmiyyət və önəm kəsb etmir.

b) Şiənin meydana gəldiyi tarix

Bəziləri qəsdən, ya da bilmədən elə təsəvvür etmişlər

səh:381


1- [1] . “Səba” surəsi, ayə 37.

ki, şiəlik Səfəvilər zamanında yaranmış və o, elə də qədim tarixə malik deyildir. Amma islami əsər və rəvayətləri oxuduqda, bu təsəvvürün batilliyi məlum olur, o cümlədən, əvəlki rəvayətlərdə bildirdik ki, ilk dəfə “şiə” sözünü Peyğəmbər (s) həzrət Əlinin (ə) ardıcılları ilə bağlı işlətmişdir və şiənin yaranma tarixi İslamın meydana çıxdığı tarixə bərabərdir və o, bütün məzhəblərdən qədim bir keçmişə malikdir. Bu mətləbə diqqət etməklə, bilərəkdən və ya bilməyərəkdən şiəyə belə töhmətlər vuranlar ərəb şairinin dediyi şerdəki xüssiyyətlərə malikdir:

وَإِن کُنْتَ لا تَدْری فَتِلْکَ مُصِیبَةٌ

 

وَإِنْ کُنْتَ تَدْری فَاْلمُصیبَةُ أَعْظَمٌ

“Əgər alimlər bu rəvayətlərdən xəbərsizdirlərsə, onda bu, müsibətdir və əgər bilir və inadkarlıq səbəbindən inkar edirlərsə, onda, əvvəlki müsibətdən də böyük və betərdi.”

İlahi! Bizi yersiz təəssübkeşlikdən hifz et ki, onun mənfi nəticələri ilə üzləşməyək.

c) “Şiə” sözü hansı mənadadır?

Sual: Bu bəhsdə xatırladılan rəvayətlərdən melə məlum olur ki, həzrət Əli (ə) və onun şiələri yaradılmışların ən yaxşısıdır. “Şiə” sözünün hansı şəxslərə şamil olduğunu bilmək istəyirik. Görəsən, biz də həqiqiətən şiəyik və ayə bizə də şamildirmi?

Cavab: Bu suala cavab vermək üçün “şiə” sözünü üç cəhətdən araşdırmaq lazımdır:

a) Lüğətdə “şiə” sözü – Bu söz lüğəvi mənada “qüvvət və qüdrət ilə müxtəlif nöqtələrə yayılmaq” mənasındadır. Deməli, “şiə” sözü qüvə və qüdrətli bir qrupa şamildir.

b) Quranda “şiə” sözü – Bu söz Quranda dörd yerdə istifadə

səh:382

edilmişdir. Həmin ayələrdən biri həzrət İbrahim barəsindədir. “Saffat” surəsinin 83-84-cü ayələrində Allah buyurur:

وَإِنَّ مِنْ شیعَتِه لاَِبْراهیمَ

 

إِذْ ج_اءَ رَبَّهُ بِقَلْب سَلیم

“Həqiqətən, İbrahim (dində, kitabda və şirklə mübarizədə) onun (Nuhun (ə)) şiələrindən (davamçılarından) idi. O zaman o, təmiz qəlblə öz rəbbinə tərəf gəldi (rəbbinə üz tutdu, onun birliyini təsdiq edərək özünü ona təslim etdi).”

Bu ayədə İbrahim (ə) Nuhun (ə) şiəsi kimi tanıtdırılmışdır. Yəni, o həzrət Nuhun (ə) yolunu davam edənlərdən idi. İkinci ayə İbrahimin (ə) Nuhun (ə) yolunu necə davam etdirməklə bağlı onun Alah dərgahına salim qəlblə(1) üz gətirməsini bəyan edir.

“Şiə” sözü işlənən digər surə “Qəsəs” surəsi 15-ci ayədir. Həzrət Musa (ə) barəsində olan bu ayədə buyurulur:

{وَدَخَلَ الْمَدِینَةَ عَلَی حِینِ غَفْلَةٍ مِنْ أَهْلِهَا فَوَجَدَ فِیهَا رَجُلَینِ یقْتَتِلَانِ هَذَا مِنْ شِیعَتِهِ وَهَذَا مِنْ عَدُوِّهِ فَاسْتَغَاثَهُ الَّذِی مِنْ شِیعَتِهِ عَلَی الَّذِی مِنْ عَدُوِّهِ...}

“(Musa Fironun qəsrindən) şəhərə əhalisi xəbərsizkən (istirahət vaxtı) daxil oldu. İki nəfərin bir-birilə vuruşduğunu gördü. Biri onun şiələrindən idi, o biri düşmənlərindən. Şiələrindən olan şəxs düşməninə qarşı ondan kömək istədi”.

Bu ayədə həmin söz Həzrət Musanın (ə) tərəfdarları barəsində işlənmişdir. Bu ifadədən o həzrətin Peyğəmbərliyindən öncə bir qrup insanı haqqa doğru

səh:383


1- [1] . Rəvayətlərdə salim qəlb (qəlbi-səlim) onda Allahdan başqasına yer olmayan qəlb kimi tanıtdırılır. Yəni, belə qəlbin sahibi hər bir şeyi – ailəni, uşağı, sağlamlığı, mal və məqamı Allaha yaxınlıq üçün istəyir. Əgər sasdalanan məsələlər müstəqil şəkildə qəlbdə özünə yer tutarsa, artıq o qəlbə salim qəlb deyilməz. “Qəlbi-səlim” sözü Quranın “Şüəra” surəsinin 89 və “saffat” surəsinin 84-cü ayəsində olmaqla, iki yerdə işlədilmişdir. Bu barədə daha artıq məlumat almaq istəyənlər “Nümunə təfsiri”, c.15, səh.273 və c.19, səh.87-dən sonrakı hissələrə müraciət edə bilərlər.

yönəldə bilməsini anlamaq olar. Nəticədə, deyə bilərik ki, “şiə” sözü həm bəzi Peyğəmbərlər, həm də onların tərəfdarları barədə işlənmişdir.

d) Rəvayətlərdə “şiə” sözü

“Şiə” sözü rəvayətlərdə geniş şəkildə istifadə edilmişdir. Burada üç nümunəni diqqətinizə çatdırmaqla kifayətlənirik:

1. Günlərin birində Həzrət Əli (ə) tərəfdarlarından Novf Bukaliyə buyurur:

أَتَدْری ی_ا نَوْفُ مَنْ شیعَتی؟

“Sən mənim şiələrimin kimlər və onların hansı xüsusiyyətlərə sahib olduğunu bilirsənmi?”

Novf Bukali cavab verir ki, allaha and olsun, bilmirəm. Siz deyin. Sonra o həzrət şiələrinin xüsusiyyətlərini saymağa başladı və dedi:

رُهْب_انٌ بِاللَّیْلِ وَاُسْدٌ بِالنَّه_ار

“Mənim şiələrim gecə ibadət edər və günüzlər isə İslamı müdafiə edərlər. Yəni, günüzlər İslamı müdafiə etməkdə şir kimi güclü və qüvvətlidirlər.”(1)

2. Digər bir rəvayətdə şiələr belə vəsf edilmişdir:

إِنَّما شَیعَتُن_ا أَصْح_ابُ الاَْرْبَعَةِ الأعْیُنِ; عَیْن_انِ فِی الرَّأْسِ وَعَین_انِ فِی الْقَلْبِ

“Bizim şiələrimizin dörd gözü vardır. İkisi adi insanlarda olduğu kimidir və digər ikisi isə onların qəlblərindədir.”(2) Yəni, şiələr, güclü, alim, bəsirətli və hər bir şeyi anlayan kəslərdir, nəinki, sadəlövh.

3. Bir nəfər imam Baqirə (ə) dedi ki, Allaha şükürlər olsun ki, sizin şiələriniz çoxdur. İmam ona mənalı bir nəzər saldıqdan sonra dedi: “Bizim şiələrimiz olduğunu dediyin kəslər sadaladığım bu işləri görürlərmi?

هَلْ یَعْطِفُ الْغَنیُّ عَلَی الْفَقیرِ؟ وَ یَتَج_اوَزُ الْمُحْسِنُ عَنِ الْمُسِیءِ وَیَتَواسَوْنَ؟ قُلتُ: لا، ق_الَ: لِیْسَ

səh:384


1- [1] . “Biharul-ənvar”, c.75, səh.27.
2- [2] . “Əl-Kafi”, c.8, səh.215.

ه_ؤُلاءِ الشِّیعَةُ، الشِّیعَةُ مَنْ یَفْعَلُ هَکَذا

“Onlardan varlı olanlar ehtiyaclı və fəqirlərə diqqıt edir və yardım göstərirmi, Şiələrimiz olduğunu dediyin o kəslərin böyükləri xətaya yol verənləri bağışlayır və onların günahlarından keçirlərmi, yoxsa, onları cəzalandıraraq neçə bərabər əziyyət verirlər? Öz sevinclərini digərləri ilə paylaşırlarmı?”(1) bu cavabları eşitdikdə, həmin şəxs utandı və mənfi cavab verdi. İmam buyurdu ki, belə insanlar şiə deyillər, şiələr sadaladığım əməlləri yerinə yetirənlərdir. Bəli, şiələr ayıq, başa düşən, ehtiyaclılara yardım edən, xətakarların xətasından keçən və öz sevincini digərləri ilə paylaşanlardır.

15. “HİKMƏT” AYƏSİ

İşarə

{یُؤْتِی الْحِکْمَةَ مَنْ یَشاءُ وَمَنْ یُؤْتَ الْحِکْمَةَ فَقَدْ اُوتِیَ خَیْراً کَثیراً وَما یَذَّکَّرُ اِلاّ اُولُوا الاَْلْبابِ}

“Hikməti (şəriət hökmlərini və əqli və əməli maarifi) istədiyi (və vücudunda tələbat olan və haqqın hikməti ilə uyğun gələn) şəxsə verir. Kimə hikmət verilsə, (ona) doğrudan da, çoxlu xeyir verilmişdir. Əsl ağıl sahiblərindən başqa, heç kəs öyüd almaz”.(2)

Bəhsə qısa bir nəzər

Şübhəsiz ki, digər dinlərə nisbətdə İslam dininin insanları elm və biliyə təşviq etməsi daha artıqdır. Bu cəhətdən, əgər İslam dinini hikmət və elm dini adlandırsaq, yanılmarıq. Bu ayə elm və hikməti hədsiz xeyir adlandırır. Həmin ayənin həzrət Əlinin (ə) fəzilətləri ilə bağlılığı məsələsinə bəhsin davamında izah verəcəyik. Allah bizi həmin həqiqətləri dərk edən aqillər sırasında yerləşdirsin. Amin, ya rəbbəl aləmin.

səh:385


1- [1] . “Biharul-ənvar”, c.71, səh.313.
2- [2] . “Bəqərə” surəsi, ayə 269.

Şərh və təfsir

Hikmət hədsiz xeyirdir

{یؤْتِی الْحِکْمَةَ مَنْ یشَاءُ...}

“Allah elm və hikməti istədiyi və ona layiq olan şəxslərə verər.” Hikmət sözü ilə bağlı onun “Quran həqiqətlərindən agah olmaq”, “yaradılış aləminin sirlərinə nisbətdə mərifət”, “əməl və rəftar baxımından haqqa yetişmək”, nəhsyət, “Allaha mərifət və onu tanımaq”(1) mənalarında olduğunu bildirmişlər və bunların hamısı bir sözdə toplanmışdır. Bu ayədən qabaqkı ayədə (“Bəqəqrə” surəsi, ayə 268) Allahın infaq və fədakarlıq müqabilində bağışlanmaq və bərəkət vədəsi verdiyi, şeytanın isə vəsvəsə edərək insanları fəqirliklə qorxutduğu bildirilmiş və ilahi vədə ilə şeytani vəsfəsə arasında fərqi müəyyən edən və insanın nicatına səbəb olan məsələnin hikmət olması bəyan edilmişdir. Həmçinin, hikmətin istənilən şəxsə verilməsində məqsəd o deyil ki, hər hansı bir şəxsə veriləcək, əksinə məqsəd Allahın gördüyü işlərin hikmətə əsaslanmasıdır.

Yəni, onu ləyaqəti olan şəxslərdən istədiyinə verərək həyat bulağından sirab edər.

{...وَمَنْ یؤْتَ الْحِکْمَةَ فَقَدْ أُوتِی خَیرًا کَثِیرًا...}

“Hikmət verilən kəsə hədsiz xeyir əta edilmişdir.” Hikməti bağışlayanın Allah olmasına baxmayaraq, ayədə onun adı çəkilməmişdir. Bu ifadə ilə sanki elm və hikmətin zatən yaxşı olduğu və hansı nahiyə və kim tərəfindən olmasına baxmayaraq, ondan istifadə edərək əldə edilən xeyir arasında heç bir fərqin olmadığı bildirilmişdir. Diqqət olunası məsələ cümlənin bu şəkildə “kiməsə elm və hikmət verilsə ona hədsiz xeyir və bərəkət əta edilmişdir” işlənməsidir, nəinki, mütləq şəkildə xeyir

səh:386


1- [1] . Yuxarıdakı dörd ehtimala altı digər ehtimal da əlavə edilmiş və “Məcməul-bəyan” c.2, səh.382-də qeyd olunmuşdur.

formasında Deməli, mütləq səadət və xeyir təkcə elmdə deyil, əksinə elm onun mühüm amillərindən biridir.

{...وَمَا یذَّکَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ}

“Əsl ağıl sahiblərindən başqa, heç kəs öyüd almaz.” “Təzzəkkur” sözü “xatırlamaq”, “elm və biliyi ruhda qoruyub saxlamaq” mənasındadır və “əlbab” sözü isə “lob” sözünün cəmidir ki, “əql” mənasını ifadə edir. Bu cümlədə bildirilir ki, təkcə əql sahibləri həqiqətləri xatırlayır, onu qoruyur və ondan bəhrələnirlər. Divanələrdən başqa, bütün insanlarda əqlin olmasına baxmayaraq, onların hamısı “ulul-əlbab” adlanmır, əksinə “ulul-əlbab” ağıllarını işə salaraq onun nurlu çırağı sayəsində həqiqi həyat yolunu tapanlardır.

Əli (ə) hikmət sahibidir

“Hikmət” ayəsi hikmət verilən şəxsə hədsiz xeyir-bərəkər əta edildiyini bildiri və kimlərə hikmət verildiyi isə bu ayədən o qədər də məlum deyil. Amma əhli-sünnə və şiə rəvayətlərində belə bir hikmət sahibi olan şəxsin Əli ibn Əbutalib olduğu bildirilmişdir. Həmin rəvayətlərin bəzilərinə diqqət yetirin:

1. Əhli-sünnənin məşhur alimlərindən Hakim Həskani Rəbi ibn Xeysəmin belə dediyini nəql edir:

“Mənim yanımda Əlinin (ə) adını çəkdilər və mən dedim:

لَمْ اَرَهُمْ یَجِدُونَ عَلَیْهِ فی حُکْمِهِ وَاللهُ تَعالی یَقُولُ وَمَنْ یُؤْتَ الْحِکْمَةَ فَقَدْ اُوتِیَ خَیْراً کَثیراً

Mən camaatın hansısa birinin onun hökmü barədə irad tutmasını gömədim (daha sonra “Hikmət” ayəsini dəlil gətirdi).”(1)

2. İbn Abbas Peyğəmbərin (s) belə buyurduğunu deyir:

مَنْ اَرادَ اَنْ یَنْظُرَ اِلی اِبْراهیمَ فی حِلْمِه وَ اِلَی نُوح فِی حِکْمَتِهِ وَاِلی یُوسُفَ فی اِجْتماعِه فَلْیَنْظُرْ اِلی عَلِیِّ بْنِ اَبی طالِب

“İbrahimin (ə) helmini, Nuhun (ə) hikmətini, Yusifin (ə) camaata mehribanlığını görmək istəyən kəs Əli ibn

səh:387


1- [1] . “Şəvahidut-tənzil”, c.1, səh.107, hədis: 150.

Əbutalibə (ə) nəzər salsın.”(1) Belə bir rəvayətin oxşarı İbnil Həmradan da nəql edilmişdir:

“Biz Peyğəmbərin. (s) yanında olduğumuz zaman həzrət Əli (ə) bizə tərəf gəldi. Peyğəmbər (s) buyurdu:

مَنْ سَرَّهُ اَنْ یَنْظُرَ الی آدَمَ فی عِلْمِه وَنُوح فی فَهْمِه وَاِبْراهیمَ فی خُلَّتِه فَلْیَنْظُرْ اِلی عَلِیِّ بْنِ اَبیطالِب

“Adəmin (ə) elmini, Nuhun (ə) dərrakəsini, İbrahimin Allah dostu məqamını görərək şadlanmaq istəyən şəxs (bütün bu sifətlər onda toplanmış) Əli ibn Əbutalibə (ə) baxsın”.(2)

3. Başqa bir rəvayətdə İbn Abbasdan belə nəql edilir:

“Allah Peyğəmbərinin yanında idim. Ondan həzrət Əli (ə) barəsində soruşulduqda, buyurdu:

قُسِّمَتِ الْحِکْمَةُ عَشْرَةَ اَجْزاءَ، فَاُعْطِیَ عَلیٌّ تِسْعَةَ اَجْزاءَ وَاُعْطِیَ النّاسُ جُزْءاً واحِداً

“Elm və hikmət on hissəyə bölünmüşdür. Onun doqquzu Əliyə (ə), təkcə bir hissəsi isə digər insanlara verilmişdir (yəni Əlinin (ə) elmi büten insanların elminin doqquz bərabəridir)”(3)

Bu ifadələrlə İslam ümmətində Peyğəmbərdən (s) sonra həzrət Əliyə (ə) elm və hikmətdə heç kəsin çatmadığı bildirilir. İmamətin əsas rüknlərindən biri də elm və hikmət olduğu üçün, Peyğəmbərin (s) canişini olmaq ləyaqəti həzrət Əliyə (ə) məxsusdur.

Həzrət Əlinin (ə) elminin əhatə dairəsi

Həzrət Əlinin (ə) elm və biliyi o qədər geniş və nuru parlaqdır ki, hətta, düşmənləri belə, onu inkar etməmiş, əksinə üç əvvəlki xəlifə dövründə də o həzrətəin elminə müraciət etmişlər. Bu barədə deyiləsi sözlər çoxdur və biz bir neçə nümunəni diqqətinizə çatdırmaqla

səh:388


1- [1] . “Şəvahidut-tənzil”, c.1, səh.106, hədis: 147.
2- [2] . “Şəvahidut-tənzil”, c.1, səh. 79, hədis: 116.
3- [3] . “Şəvahidut-tənzil”, c.1, səh. 105, hədis: 146.

kifayətlənirik:

1. İmam Əlinin mərcə (müraciət mənbəyi) olması

Peyğəmbərin (s) xüsusi xidmətçilərindən olan Ənəs ibn Malik o həzrətin Əliyə (ə) xitab olaraq belə buyurduğunu nəql edir:

اَنْتَ تَبینُ لاُِمَّتی ما اخْتَلَفُوا فیهِ بَعْدی

“Sən məndən sonra ümmətimin ixtilafa düşdükləri məsələləri onlar bəyan edərək həll edəcəksən.”(1) İmamət və vilayətin mühüm vəzifələrindən biri Quran və Peyğəmbər (s) elmini mühafizə etmək, onları düzgün şəkildə alimlərə çatdırmaq və ümmət arasında yaranan ixtilafları həll etməkdən ibarətdir. Böyük ölkələri özünə tabe etdirən çoxlu fatehlər olmuşdur ki, onlar məğlub ölkə millətinin mədəniyyəti qarşısında aciz qalaraq onların mədəniyyətinin yayılmasına icazə vermişlər. Məsələn, monqolların müsəlmanlar üzərində qələbə çalmasına baxmayaraq, onlar Quran və İslamdan o qədər təsirlənə bilmişlər ki, sonralar İslamın yayılmasına çalışmışlar.

Peyğəmbərin (s) vəfatından sonra həzrət Əli (ə) İslam mədəniyyətinin yayılmasına çalışmış və ilkin olaraq Quranı toplamışdır. O həzrət Quranı toplayana qədər namaz(2) qılmaqdan başqa, evdən çölə çıxmayacağına and içmişdir. Daha sonra həzrət Əli Quranın nasex, mənsux, aşkar və məxfi məsələlərini və Peyğəmbərdən öyrəndiklərini təlim verərək imam Həsən (ə), imam Hüseyn (ə), İbn Abbas, İbn Məsud və digərləri kimi tələbələr yetişdirmişdir ki, onlar yenicə

səh:389


1- [1] . “Mustədrəkus-səhihəyn”, c.3, səh.122; “Kənzul-ümmal”, c.6, səh.156. Mərhum Tüştəri “Ehqaqul-həqq”, c.6, səh.52-53-də yuxarıdakı iki mənbədən başqa, əhli-sünnənin digər dörd kitabından həmin rəvayəti nəql etmişdir.
2- [2] . “Əl-İstiab”, səh.1109 və “İhticacut-Təbərsi”, səh.239.

müsəlman olan ölkələrin müsəlmanlarına fiqhi, etiqadi, hüquqi və s. məsələlərdə cavab verə və onların ehtiyaclarını ödəyə bilsinlər. Həmçinin, digər mədəniyyətlərin hücumları müqabilində dayana və fəth edilmiş ölkələrdəki alimlərinin verdikləri sualları cavablandırsınlar.

2. İmam Əli (ə) Peyğəmbərin (s) elm şəhərinin qapısıdır

“Səhih Tirmizi”də Peyğəmbərin belə buyurduğu nəql edilmişdir:

اَن_َا دارُ الْحِکْمَةِ وَعَلِیٌّ بابُها

“Mən elmin eviyəm və Əli (ə) də o evdədir.”(1) Quranın “Bəqərə” surəsinin 189-cu ayəsində bildirildiyi kimi, evə daxil olmaq istəyən şəxs onun qapısından gəlməlidir:

{...وَأْتُوا الْبُیوتَ مِنْ أَبْوَابِهَا...}

“Evlərə qapılarından daxil olun.” Deməli, Peyğəmbərin (s) elminə yiyələnmək istəyənlər, həzrət Əlidən (ə) başlamalı və elm xəzinələrinin açarını ondan istəməlidirlər.

3. İmam Əli (ə) və təfsir elmi

Təfsir elminə müraciət etdikdə, görürük ki, həzrət Əli (ə) təfsirçilərin rəhbəridir. Süyuti yazır: “Xəlifələr arasında hmıdan daha çox Əli ibn Əbutalibdən (ə) rəvayət nəql edilmişdir”.(2)

Çoxlu syda təfsir əsərlərinə malik olan İbn Abbas həzrət Əlinin (ə) şagirdlərindəndir. Ondan soruşulduqda ki, sənin elmin əmin oğlunun (həzrət Əli (ə)) elminə

səh:390


1- [1] . “Səhih Tirmizi”, c.5, səh.637 (“Quranın mesajı”, c.9, səh.272-dəki nəqlə əsasən). Məzmunu belə, lakin sözləri fərqli olan rəvayətlər həddən artıqdır. Qeyd edilən rəvayətdə hikmət sözü olduğu üçün xüsusən xatırladılmışdır. Məsələn, məşhur rəvayət olan “Mən elmin şəhəriyəm, Əli (ə) də onun qapısıdır” kimi qeyd edilən rəvayət bizim rəvayətlərdə çoxlu sayda nəql edilmişdir. Təkcə “Biharul-ənvar”ın 40-cı cildində on iki dəfə təkrar edilmişdir.
2- [2] . “İtqan”, 80-ci növ, “Təbəqatul-müfəssirin”.

nisbətdə nəqədərdir? Cavab verir ki, okean(1) müqabilində yağan yağış damlası kimi. Həzrət Əlinin (ə) şagirdlərindən hər biri Məkkə, Mədinə və Kufədə təfsir məktəbinin sahibi idi.

4. İmam Əli (ə) Nəhv elminin əsasını qoyanlardandır

İmam Əli (ə) Quranın düzgün oxunuşu ilə bağlı Əbuləsvəd Dualini vəzifələndirdi ki, onun nəzarəti altında nəhv elmini yaratsın. Əbuləsvəd Duali sonralar həmin elmdən istifadə edərək Quranda hərəkələr qoymuşdur.(2)

5. İmam Əli (ə) və kəlam (əqaid) elmi

İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi” ndə yazır: “Elmlərin əşrəfi sayılan kəlam və əqaid elmi imam Əlinin (ə) elmindən iqtibas olunmuşdur”.(3) İrbili “Kəşful-ğummə” əsərində belə deyir: “Kəlam elmi məktəblərinin rəhbərləri - əşairə, mötəzilə, şiə və xəvaric özlərini o həzrətə nisbət verirlər”.(4)

6. İmam Əli (ə) və fiqh elmi

Öz fiqhini imam Əlidən (ə) əldə edən imamiyyədən başqa, Əhməd ibn Həmbəl fiqhi Şafeidən, Şafei Məhəmməd ibn Həsən və Malikdən öyrənmiş, Məhəmməd ibn Həsən öz fiqhini Əbu Hənifədən, Malik və Əbu Hənifə də fiqhi imam Sadiqdən (ə) öyrənmişlər. İmam Sadiqin fiqhi isə cəddi Əli ibn Əbutalibə dayanır.(5)

7. İmam Əli və həqiqət (batin) elmi

Qahirə universiteti müəllimi və təriqət sahibi Doktor Əbulvəfa Qənimi Taftazani özünün “Vəsailuş-şiə” adlı kitabının müqəddiməsində yazır: “Rəfai, Dəsvəqi və Gilani kimi Təriqət sahibləri və əhli-sünnə alimləri öz

səh:391


1- [1] . İbn Əbil Hədid, “Nəhcül-bəlağənin şərhi”, c.1, səh.18-19.
2- [2] . “Təbəqatun-nəhviyyin”, c.7, səh.14.
3- [3] . İbn Əbil Hədid, “Nəhcül-bəlağənin şərhi”, c.1, səh.17.
4- [4] . “Kəşful-ğummə”, c.1, səh.21.
5- [5] . İbn Əbil Hədid, “Nəhcül-bəlağənin şərhi”, c.11, səh.17.

təriqətlərini imamlara, onların vasitəsi ilə həzrət Əliyə və bu yolla da Peyğəmbərə (s) istinad edirlər. Çünki Peyğəmbər (s) buyurmuşdur:

انا مدینة العلم و علیّ بابها

“Mən elmin şəhəriyəm, Əli (ə) isə qapısıdır.”(1) Bu ifadələr ariflərin nəzərində həqiqət, batin və mükaşifə kimi xüsusiyyətlərə malik olmaq deməkdir və həzrət Əlidən (ə) başqa, heç kəs ona sahib deyildir.(2) Əhli-sünnə mənbələrində həzrət Əlinin (ə) bu xüsusiyyəti ilə əlaqədar çoxlu rəvayətlər mövcuddur. Burada isə biz Ömərin Həcərul-əsvədlə bağlı dediyi bir nümunəni nəzərinizə çatdırırıq: “Bilirəm ki, sən daşsan və səni xeyir və zərərin yoxdur. Əgər Peyğəmbərin (s) səni öpdüyünü görməsəydim, səni öpməzdim. Həzrət Əli (ə) ona buyurur: “O da xeyir və zərər verə bilir. Allah aləmi-zərdə(3) (zər aləmi) onun vasitəsi ilə əhd almışdır və qiyamətdə əhdinə vəfa edənlərin xeyrinə bu daş şəhadət verəcəkdir”. “Ömər bu sözləri eşitdikdə, deyir: “Allah məni sən olmayan yerdə salamat qoymasın, ey Əbülhəsən!”(4)

8. İmam Əli (ə) və Peyğəmbərə (s) canişinlik

Keçmiş bəhlərdən möhtərəm oxucu öz-özlüyündə həzrət Əlinin (ə) istər dostlar tərəfindən olsun, istərsə də düşmənlər, Peyğəmbərdən (s) sonra bütün insanlardan elmli, fəzilətli və üstün olduğunun etiraf edilməsi nəticəsinə gəlmişdir. Yəni, digərləri deyil, o həzrət Peyğəmbərdən (s) sonra canişin olmağa layiqdir. Bu cəhətdən, İslam Peyğəmbəri (s) xilafət və müraciət mənbəyi olmaq kimi iki

səh:392


1- [1] . Bu rəvayətin sənədi bir neçə səhifə əvvəl xatırladıldı.
2- [2] . “Keyhane fərhəngi”, 184-cü say, səh.16.
3- [3] . Aləmi-zərlə bağlı geniş şərhi “Nümunə təfsiri”, c.7, səh.5-dən sonra mütaliə edə bilərsiniz.
4- [4] . “Əl-Camiul-üsul li əhadisir-rusul”, c.2, səh.149.

mətləbi özünün əhatəli xütbəsi olan Qədir xütbəsində bir yerdə qeyd edərək belə buyurmuşdur:

مَعاشِرَ النّاسِ! هذا اَخی وَوَصِیّی وَواعی عِلْمی وَخَلیفَتی

“Ey camaat! Bu, (Əli ibn Əbutalib) qardaşım, vəsim, mənim bütün elmimin qoruyucusu və canişinimdir.”(1) Yuxarıda qeyd edilən dörd xüsusiyyəti nəzərə aldıqda, bir sıra mətləblərin həqiqəti aydınlaşır:

1. اَخی:

1. (əxi) – Əgər hansısa bir şəxs özündən böyüyə ehtiram etmək istəsə, ona “ata”, kiçiyə hörməti nişana vermək istəsə, “oğlum” ifadələri ilə müraciət edər. Amma biri şəxsi özü ilə bərabər tutarsa, ona “qardaşım” ifadəsi ilə müraciət edər. Mənəvi qardaşlıq iki şəxs arasında bərabərliyə əsaslanan münasibətlərdən ibarətdir. Nəticədə, “qardaşım” ifadəsi böyük bir həqiqətdən söhbət açır və o, budur ki, həzrət Əli (ə) Peyğəmbərlə (s) bir çəkidədir və ya onun şəxsiyyəti Peyğəmbərin (s) şəxsiyyətinə daha yaxındır. “Qardaşım” ifadəsi “Mübahilə” ayəsində işlənən “ənfusəna və ənfusəkum…” cümləsini bəyan edir.

2. وَصِیّی و:

2. (vəsiyyi) – Əhli-sünnənin etiqadına əsasən, Peyğəmbər (s) özündən sonar heç bir irs aparmır. Bilirik ki, Peyğəmbərin (ə) vəsisi deyildi və o həzrətin yeganə övladı Fatimə (ə) idi. Həzrət Əli (ə) Peyğəmbərin (s) mal və mülkü baxımından vəsisi deyildi. Həmçinin, o həzrətin qızı Fatimeyi-Zəhra (ə) var idi və imam Əli (ə) Peyğəmbər övladlarının vəsisi ola bilməzdi. Deməli, Əli (ə) dini məsələlər barədə Peyğəmbərin (s) vəsisi idi. Bəli, Peyğəmbər (s) öz yolunun davam etdirilməsi üçün həzrət Əlini (ə) zöünə vəsi təyin etdi.

3. واعی عِلْمی:

səh:393


1- [1] . “Əl-Qədir”, c.3, səh.117.

3. (və vaiyi elmi) – “Vai” sözü ərəb dilində hansısa bir şeyi qəlbdə saxlamağa, yəni bir mətləb barəsində düşünərək ona qəlbdə yer vermək və onu həyat amalına çevirməyə deyilir. Nəticədə, həzrət Əli (ə) Peyğəmbərin (s) bütün elmini öyrənə və onu müsəlmanlara təlim verə bildi.

Görəsən, belə bir şəxsin mövcud olması ilə yanaşı, ikinci bir şəxsin xilafətindən söhbət açmaq olarmı?!

4. و خلیفتی علیّ من آمن بی:

4. (və xəlifəti əla mən amənə bi) Peyğəmbər (s) bu cümlə ilə bütövlükdə bəhanə axtaranların bəhanəsinə son qoymuş və açıq-aşkar şəkildə həzrət Əlinin (ə) canişinliyini bütün dünyaya çatdırmışdır. İslam Peyğəmbəri (s) خلیفتی (mənim xəlifəm) sözü ilə kifayətlənməmiş və nəfslərinə tabe olan insanların “Peyğəmbərin (s) məqsədi onun bütün müsəlmanlara rəhbərliyi deyil, əksinə ailəsi və qadınlarına rəhbərlik və başçılıqdır” deməsinin qarşısını alaraq həzrət Əli (ə) və onun övladlarının imamət və xilafətini ən yaxşı və gözəl ifadələrlə bəyan etmişdir. Əhli-beyt (ə) və onların başında həzrət Əlinin (ə) elmi baxımdan müraciət mənbəyi olması barədə təkid edilməsinə baxmayaraq, həmin məsələni imamət və xilafətdən ayırmaq böyük səhvdir və öz ardınca elə pis nəticələr gətirər ki, onu təlafi etməyə heç kəsin gücü çatmaz. Sözümüzün sonunda Allaha həmd və səna edirik.

səh:394

səh:395

İSTIFADə EDILəN MəNBəLəR

1. Quran

2. "Nəhcül-bəlağə"

3. Əhməd ibn Hənbəl, "Müsnəd"

4. Xətib Bağdadi, "Bağdad tarixi"

5. "Feyzul-Qədir"

6. "Əs-Səvaiq"

7. Təbərsi, "Məcməul-bəyan"

8. "Qurtubi təfsiri"

9. "Sələbi təfsiri"

10. Şiblənci, "Nurul-əbsar"

11. "Təbəri təfsiri"

12. Əllamə Əmini, "Əl-Qədir"

13. "Əbsus-Səud" (Fəxri Razinin təfsirinə haşiyə)

14. "Əs-Siracul-munir"

15. Səd ibn Məhəmməd ibn Səd ibn Seyfi Təmimi, "Reyhanətul-ədəb"

16. Fəxri Razi, "Ət-Təfsirul-kəbir"

17. Şeyx Kuleyni, "Üsuli-kafi" kitabının tərcüməsi

18. "Əl-Qədir fi kitab vəs-sünnəh vəl-ədəb"

19. Süyuti, "Əd-Durrul-mənsur"

20. Hakim Həskani, "Şəvahidut-tənzil"

21. Ayətullah Məkarim Şirazi, "Təfsire-nümunə"

22. Alusi, "Ruhul-məani"

23. Zəməxşəri, "Əl-Kəşşaf" təfsiri

24. Əllamə Məclisi, "Biharul-ənvar"

25. Ayətullah Məkarim Şirazi, "Təfsir be rəy"

səh:396

1. "Mizanul-hikmət"

2. Şeyx Tusi, "Təhzibul-əxbar"

3. ŞeyxTusi, "Əl-İstibsar"

4. Şeyx Səduq, "Mən la yəhzurul-fəqih"

5. "Sünəne-Tirmizi"

6. "Müstədrəkus-səhihəyn"

7. "Səhih Müslim"

8. Nəsai," Xəsaisun-Nəsai"

9. İbn Həcər, "Əs-Səvaiqul-mühərrəqə", "Əbdüllətif" nəşriyyatı, Misir

10. İbn Teymiyyə, "Minhacus-sünnə"

11. Ayətullah Məkarim Şirazi, "Quranın mesajları"

12. Mühəddis Qumi, "Muntəhil-amal"

13. "Məzhəre vilayət"

14. "Kifayətut-talib"

15. "Əsrarun Ali-Muhəmməd"

16. Qurtubi, "Furqan" təfsiri

17. İbn Əbil Hədid, "Nəhcül-bəlağənin şərhi"

18. "Səhih Müslim"

19. Beyhəqi, "Əs-Sünənil-kubra"

20. Əllamə Təbatəbai, "Əl-Mizan" təfsiri

21. Əhməd ibn Hənbəl, "Müsnəde Əhməd"

22. "Rövzətül-müttəqin"

23. ."Güclü mübarizə aparmaq üçün müdafiə təqiyyəsi"

24. "Əhkamul-Quran"

25. "Mərifətu ulumil-hədis", Misir çapı

26. Məhəmməd Ubdə, "Əl-Mənar" təfsiri

27. "Navadirul-usul"

28. "Əl-Əqdul-fərid"

29. ." Əl-Kəşfu vəl-bəyan"

30. "Mənaqibu Xarəzmi"

31. "Mətalibus-suul"

32. ." Nurul-əbsar"

33. "Fəthul-Qədir"

34. "Əl-İsabəh"

35. "Əsbabun-nuzul"

36. "Məalimut-tənzil"

37. "Təzkirətu ibnil-Covzi"

38. "Kifayətut-talib"

39. "Zəxayirul-uqba"

səh:397

1. Əllamə Nişapuri, "Təfsir"

2. "Ət-Təzkirə"

3. "Ət-Tibyan"

4. "Məaricun-nubuvvəh"

5. "Yənabiul-məvəddəh"

6. "Kəşful-ertiyab"

7. "Təthirul-etiqad"

8. "Vəfaul-vəfa"

9. "Furuğe əbədiyyət"

10. "Təbəri tarixi"

11. "Sireye İbn Hişam"

12. "Əs-Sirətul-hələbiyyə"

13. "Tarixe Yəqubi"

14. "Fusulu ibn Səbbağ Maliki"

15. "Mustədrəkatu elmir-rical"

16. "Təfsiri Cazen"

17. "Nəsəfi təfsiri"

18. "Fusulul-muhimmə"

19. "Əl-Burhanu fi təfsiril-Quran"

20. "Camiur-ruvvah"

21. "Ər-Riyaz"

22. "Xəsaisul-kubra"

23. "Əl-Camiul-əhkamul-Quran"

24. "Əl-İtqan"

25. "Rovzətul-əhbab"

26. "Manaqibu Murtəzəvi"

27. "Əl-Bəhril-muhit"

28. "Əl-İstiyab"

29. "Fəraidus-səmtəyn"

30. Məqrizi, "Əl-İmta"

31. "Məcməuz-zəvaid"

32. Mərhum Seyid Yəzdi, "Urvətul-vusqa"

33. "Tarixe kamil"

34. "Şukani təfsiri"

35. "Əvaliul-ləali"

36. "Təzkirə"

37. "İbn Kəsir təfsiri"

38. "Ər-Riyazun-nəzrəh"

39. "Fəthul-Qədir"

səh:398

1. "Nəvadirur-Rəvəndi"

2. "Muntəxəbu kənzil-ummal"

3. "Hilyətul-övliya"

4. "Əl-Bəhrul-muhit"

5. "Səhih Buxari"

6. "Təfsiru fi zilal"

7. "Əl-Umdətu libni Bətriq"

8. "Burhan təfsiri"

9. "Təfsiru fəratul-kufiyy"

10. "Kəşful-ğummə"

11. "Keyhane fərhəngi" jurnalı, 184-cü sayı

"Əl-Camiul-üsul li əhadisir-rusul"

səh:399

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109